Məhkəmə qərarları › İş №1(008)-755/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-755/2022

28.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-755/2022 28.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 İmanovanın sədrliyi və məruzəsi ilə, məhkəmə iclasının katibi Fərahim Balaş oğlu Dadiyevin katibliyi ilə, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi (vəkil) Nümayəndə, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs X2 iştirakları ilə, xx xxxx 1968-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2ə kirayə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən X4 yol hərəkəti qaydalarının pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, o, 14 may 2022-ci il tarixdə saat 23.30-da idarə etdiyi «VAZ-21074» markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsi ilə üzü Sabunçu rayon icra hakimiyyətinin inzibati binası istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməmiş və «Bakcell» telefon mağazasının qarşısında avtomobilin qabaq sol qanadı ilə həmin yolu sağdan sola doğru keçmək istəyən 1952-ci il təvəllüdlü piyada Zərərçəkmiş şəxs vuraraq ehtiyyatsızlıqdan yol- nəqliyyat hadisəsi törətmiş, nəticədə Zərərçəkmiş şəxs sağ bazu sümüyünün böyük qabarının və sol qamış sümüyünün bayır kondilusunun yerini dəyişən qapalı sınıqları və hər iki sağrı nahiyəsinin qançırları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmaya səbəb olan xəsarətlər almışdır. Bununla da, X4 Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyi, habelə cinayət işinin materiallarında olan işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən X4 ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 11 may 2022-ci il tarixdə, təxminən saat 23:30-da idarə etdiyi avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsi ilə üzü Sabunçu rayon İcra hakimiyyətinin inzibati binası istiqamətində sağ tərəfdən birinci zolaqla saatda təxminən 40-50 km sürətlə hərəkətdə olarkən 148 ünvanın qarşısında təxminən üç metr məsafədə piyada qadının yolun sağ tərəfdən sol tərəfə keçmək istəməsini gördükdə hadisənin qraşısını almaq üçün əyləcədən istifadə edib sükanı yolun sol hissəsinə istiqamətləndirmiş, həmin vaxtı yolun sağ tərəfdən ikinci zolaqda olarkən idarə etdiyi avtomobilin qabaq sol qanad hissəsi ilə piyadaya toxunduqda piyada yerə yıxılmış, dərhal avtomobili saxlayıb ona yaxınlaşaraq xəsarət almasını gördükdə avtomobilinə əyləşdirib 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmış və orada həmin piyadaya lazım ilkin tibbi yardım göstərilmiş, həkim müayinəsi zamanı adının Zərərçəkmiş şəxs olduğunu bildiyi piyada qadın xəstəxanada guya yıxılaraq xəsarət almasını bildirmiş, müayinə olunduqdan sonra isə onu yaşadığı ünvana aparmış, bir necə gün müalicəsi üçün müxtəlif dərmanlar aldıqdan sonra ona 500 manat təklif etmiş, lakin Zərərçəkmiş şəxs onunla razılaşmayaraq AR DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Hazırda zərərçəkmiş şəxslərlə barışdığını, ona dəymiş zərəri tam ödədiyini qeyd edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 11 may 2022- ci il tarixdə, axşam saat təxminən 23 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, «Bakcell» şirkətinin qarşısından X5 küçəsini piyada yolu bir istiqamətdən digər istiqamətə keçən zaman «Sabunçu vağzalı» istiqamətindən Mehmandarov küçəsi ilə üzü Sabunçu Rayon İcra Hakimiyyəti istiqamətində hərəkət edən ağ rəngli, «VAZ 2107» markalı avtomaşın qabaq hissəsi ilə onu vurmuş və aldığı zərbədən yerə yıxılmış, bundan sonra həmin avtomobilin sürücüsüsonradan adını bildiyi Fərhad adlı şəxsi onu idarə etdiyi avtomobilə əyləşdirərək müayinə olunması üçün 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmış və xəstəxanada müayinə olunan zaman sağ qolunun sınmasını bilmişdir. Xəstəxanada müayinə olunduqdan sonra hadisəni törətmiş sürücü Fərhad adlı şəxs onu yaşadığı ünvana gətirmiş və evində olan zaman aralarındakı razılaşmaya əsasən, o bütün tibbi xərclərini ödəməyi üzərinə götürmüş, lakin Fərhadın müalicə xərclərini qarşılamadığını görərək məcburiyyət qarşısında qalaraq 14 may 2022-ci il tarixdə baş vermiş hadisə ilə bağlı qızı Çinarə AR DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, hadisə zamanı yanında heç kim olmamış, həmin vaxt yolu piyada keçidi ilə keçməmiş, yolu əks tərəfə keçərək avtobusa minmək istəmişdir. X3 barışdığını, ona dəymiş zərərin tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayətinin və tələbinin olmadığını qeyd edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 20 may 2022-ci il tarixli, 958 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədən səthində sağ bazu sümüyünün böyük qabarının və sol qamış sümüyünün bayır kondilusunun yerini dəyişən qapalı sınıqları və hər iki sağrı nahiyəsinin qançırları kimi xəsarətlər aşkar edilmiş, həmin xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, avtomaşın vurması nəticəsində əmələ gələ bilər, müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir (i.v.21-22). Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 21 iyun 2022 il tarixli, 8/1433 saylı rəyindən görünür ki, «VAZ-21074» markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v.37-39). “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında 12 avqust 2022-ci il tarixli qərardan görünür ki, X4 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.80). Zərərçəkmiş şəxsin məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, cinayət hadisəsi nəticəsində ona dəymiş ziyan tam ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur və cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət əməlini törətmiş şəxs X4 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişlər. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X2 əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ; 72.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 72.2-ci maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcələnin 263.1 və ya 263.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə təqsirləndirilən şəxs X2, zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, X2 zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X4 AR CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Məhkəmə zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş mülki iddiaya münasibətdə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarındakı müddəaları nəzərə alaraq verilmiş mülki iddianın baxılmamış saxlanılması qənaətinə gəlir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 74-cü bəndinə əsasən bəraət hökmü CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs X4 zərərçəkmiş şəxsə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən barəsində olan cinayət təqibinə xitam verilməli və o, AR CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalı, iş üzrə ekspertiza tədqiqatının dəyəri 85 manat X1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs X4 zərərçəkmiş şəxsə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. X4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 85 manat X1 tutularaq dövlət büdcəsinə ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar