Məhkəmə qərarları › İş №1(008)-755/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-755/2024

25.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-755/2024 25.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X14 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublkası vətəndaşı, subay, orta təhsilli, Gədəbəy rayonu Qoşabulaq kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, nömrəsiz evdə yaşamış, məhkumluğu ödənilməmiş, başqa cinayət işi üzrə həbsdə olmaqla hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, Bakı şəhəri Sabunçu rayonu, Zabrat- 2 ünvanda yerləşən Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılarkən həmin təcridxananın nəzarətçisi X1 qulluq mövqeyindən istifadə edərək təcridxanaya gizli yolla keçirdiyi və həbsdə saxlanılan X3 2024-cü ilin iyun ayında ötürdüyü içərisinə 051 ******* Nq-İİ danışıq kartı yerləşdirdiyi «Nokia» markalı «**********38973, **********85690» imei kodlu mobil telefonunu və elektrik qidalandırıcını sonuncudan müvəqqəti əldə edib özündə saxlamış, gəzdirmiş, həmin telefonla xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 051 ******* və 070 ******* nömrəli telefonlara zənglər etməklə atası Şahid7 və X11 ilə əlaqə saxlamaqla istifadə etmiş və xx.xx.2024-cü il tarixdə saat 19- 00 radələrində təcridxana əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı saxlanıldığı 01 saylı rejim korpusun 57 saylı kamerasında digər həbsdə saxlanılan şəxsin çarpayısının üstündə olan döşəyinin altında «Həbs yerlərinin daxili intizam Qaydaları» ilə həbsdə saxlanılanlar üçün qadağan olunmuş, həmin mobil telefon danışıq kartı və elektrik qidalandırıcı ilə birlikdə aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1- ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1 və 221.3-cü maddələri ilə təqsirləndirildərək Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həmin maddə ilə təqsirli bilinərək həbsə alınmış və xx.xx.2024-cü il tarixdən etibarən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılır. xx.xx.2024-cü il tarixdə, təxminən saat 19:00 radələrində həbsdə saxlanıldığı təcridxananın əməkdaşları tərəfindən qeydiyyatda olduğu 1 saylı rejim korpusunun 57-ci kamerasında hal şahidlərinin iştirakı ilə birlikdə daxil olaraq kamerada keçirilən axtarış-baxış tədbirləri zaman onunla bir kamerada həbsdə saxlanılan X4 yatdığı çarpayının üstündə olan döşəyin altından məhkumlar və həbsdə saxlanılan şəxslər üçün istifadəsi və saxlanılması qadağan olunmuş əşya sayılan bir ədəd «Nokia» markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Həmin mobil telefonun daxilində “Azercell” danışıq kartı var idi. Həmin mobil telefon aparatı onunla bir kamreda həbsdə saxlanılan X3 məxsusdur. Bu telefon vasitəsilə atası Şahid7 ilə sonuncunun 070 ******* və 051 ******* N°-li telefonlarla əlaqə saxlamışdır. Lakin o, telefondan istifadə edilməsinin cinayət olduğunu bilməmişdir. Bu səbəbdən də hesab edir ki, o, təqsirli hesab edilə bilməz. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı İstintaq Təcridxanasının nəzarətçiləri Şahid2 ifadəsində göstərmişdir ki, 08 iyul 2024-cü il tarixdə, saat 19:00 radələrində əvvəlcədən alınmış əməliyyat məlumatı əsasında Bakı İstintaq Təcridxanasının 01 saylı rejim korpusun 57-cı kamerada Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbsdə saxlanılan X5 həbsdə saxlanılan şəxslər üçün saxlaması və istifadəsi qadağan olunmuş mobil telefonun olması ilə əlaqədar həmin kamerada axtarış- baxış tədbirləri keçirilməsi üçün hal şahidi qisməndə iştirakı üçün iki nəfər dəvət olunmuşdur. Hal şahidlərinə hüquq və vəzifələri tərəfimizdən izah edilmişdir. Bundan sonra həmin kameraya qəfləti daxil olaraq keçirilmiş baxış-axtarış zamanı həbsdə saxlanılan Fərid Dadaşovun yatdığı çarpayının üstündə olan döşəyinin altında ona məxsus daxilində «Azercell» danışıq kartı olan 1 ədəd «Nokia» markalı mobil telefon aparatı və ona aid elektrik qidalandırıcı aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Şifahi sorğu zamanı Fərid Dadaşov bildirmişdir ki, telefon ona məxsusdur, telefonu və elektrik qidalandırıcını saxlanıldığı kamerada divarda kustar üsulla düzəldilmiş gizli saxlanc yerindən tapdığını və bir neçə dəfə yaxınları ilə əlaqə saxlamışdır. Fakt barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən, o cümlədən təqsirləndirilən şəxs Fərid Dadaşov tərəfindən imzalanmışdır, mobil telefon müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmışdır. Tədbir zamanı iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. İzahatı alınmış Fərid Dadaşov həmin telefondan istifadə etdiyini etiraf etmişdir. Bundan sonra həmin fakt üzrə əməliyyat tədbirləri davam etdirilmiş və müəyyən edilmişdir ki, həmin mobil telefonu istintaq təcridxanasına 01 saylı rejim korpusun 57-cı kamerasında həbsdə saxlanılan X3 nəzarətçi X2 gizli yolla keçirərək ötürmüşdür, həmin kamerada həbsdə saxlanılan digər şəxslər isə, yəni Fərid Dadaşov, Təqsirləndirilən şəxs və X9 həmin mobil telefondan istifadə etmişlər. Adları çəkilən həbsdə saxlanılan şəxslər və nəzarətçi Niyaməddin Tağıyev həmin faktı etiraf etmişlər. İstintaq təcridxanasında saxlanılan bütün şəxslərə qanunvericiliyin tələbləri izah edilmiş, bildirilmişdir ki, həbsdə saxlanılan şəxslərə və məhkumlara qadağan olunmuş əşyalardan saxlamaqla istifadə etməsi qadağandır və buna görə cinayət məsuliyyəti vardır. Məhkəmə iclasında iştirak edən Şahid3 digər Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Şahid Bakı İstintaq Təcridxanasının əməliyyat inspektoru Şahid1 yazılı ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Şahidlər Şahid4, Şahid5, Şahid6 və Şahid7 məhkəmə iclasında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 08 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasının əməkdaşları əməliyyat məlumatı əsasında həmin gün saat 19:00 radələrində təcridxananın 1-ci rejim korpusun 57 saylı kamerasında qəfləti axtarış-baxış tədbirləri keçirilərkən həmin kamerada saxlanılan Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən X4 yatdığı çarpayının üzərindəki döşəyinin altında daxilində danışıq kartı olan «Nokia» markalı mobil telefon və ona aid elektrik qidalandırıcı aşkar edilərək götürülmüşdür (i.v. 12). "xxxx" MMC-dən daxil olmuş məktubundan görünür ki, ********** mobil nömrə X6 adınadır (i.v.45). Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin kompyuter-texniki ekspertizasının 30 iyul.2024-cü il tarixli, 3-16-16/2-5/803/2024 saylı rəyindən görünür ki, aşkar edilmiş bir ədəd «Nokia» markalı «**********38973, **********85690» imei kodlu mobil telefon hal hazırda işlək vəziyyətdədir (i.v.95-99). "xxxx" MMC-dən daxil olmuş məktubdan görünür ki, ********** mobil nömrə Şahid7 adınadır (i.v.105). “Baxış keçirilməsi haqqında” 23 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd diskdə olan və xidməti noutbuka köçürülmüş məlumatlara baxış keçirilərək müəyyən edilmişdir ki, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həmin kamerada həbsdə saxlanılan Təqsirləndirilən şəxs qeyd edilən mobil telefonda olan 051 ******* Nq-İİ telefon danışıq kartından xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 32 dəfə 051 ******* nömrəli və 18 dəfə 070 ******* nömrəli telefona zənglər etməklə atası Şahid7 və anası X12 ilə olan danışıqları qeydiyyata alınmışdır. Həmirn məlumatlardan görünür ki, 051 ******* nömrəli telefon X7 adınadır (i.v.135-141). “Sübutların qiymətləndirilməsi haqqında” 25 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 317-2.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, həbsdə olması nəzərə alınmaqla barəsində qətimkan tədbiri seçilməmişdir (i.v.156-163). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməməsinin əsası kimi cəzaçəkmə müəssisəsində mobil telefonun saxlanılmasının qadağan olunmasından məlumatlı olmasına baxmayaraq başqa şəxsin saxladığı telefondan istifadənin cinayət olmasından məlumat olmasına istinad etsə də, iş materiallarında olan (i.v.183) 15 aprel 2024-cü il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olan kimi həbs edilmiş şəxslərə hazırlanması, saxlanması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşya və digər malların siyahısı və AR CM-nin 317-2-ci maddəsi təqdim edilmiş, o, həmin siyahı və AR CM-nin 317-2-ci maddəsi ilə tanış olduğunu öz imzası ilə təsdiq etmişdir. Göstərilən bu hal təqsirləndirilən şəxsin məhkəmə iclasında istinad etdiyi halın sadəcə özünümüdafiə xarakterli dəlil olmasının göstəricisidir. Beləliklə,məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 317-2.1ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ümumi cəza növü yalnız o halda təyin edilir ki, az ümumi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 aprel 2024-cü il tarixli, 4(001)- 232/2024 saylı qərarından çıxarışdan görünür ki, AR CM-nin 221.2.1 və 221.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 01 ay 25 gün müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.75). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 29 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin 31 avqust 2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 180.2.1 və 180.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə 07 iyun 2023-cü il tarixdə cəzasının qalan 08 ay 21 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (i.v.94). Şirvan Şəhər Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 1(032)-167/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 180.2.1 və 180.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (i.v.143-152). Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 7(008)-632/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azdlıqdan məhrum etmə cəzasının çəkilməmiş 08 ay 21 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (i.v.153-155). Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayətə görə məhkumluğunun ödənilmədiyi dövrdə yenidən cinayət əməlini törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərarının 7-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmasına yol verilməyən ödənilməyən və götürülməyən məhkumluqlar iş üzrə digər hüquqi məsələlərin həllində, məsələn Cinayət Məcəlləsinin 58.3 və yaxud 70-ci maddələrinin məqsədləri üçün təqsirləndirilənin şəxsiyyəti qiymətləndirilərkən nəzərə alına bilər. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) və onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində “həbs” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, "xxxx" MMC tərəfindən verilmiş disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 25 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və onun başqa cinayət işi ilə bağlı həbsdə olması nəzərə alınsın. "xxxx" MMC tərəfindən verilmiş disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar