Məhkəmə qərarları › İş №1(008)-758/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-758/2025

18.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-758/2025 18.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı Knyaz qızının, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-texniki təhsilli, "xxxx" MMC-də printer ustası işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, tərəfindən avtomobil idarə edilərkən yol hərəkəti qaydalarını pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur.. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 07:52-də idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan BMW 525D markalı ** NM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesində yerləşən “Bolmart” marketin qarşısında X4, yəni mərkəz istiqamətində olan avtomobil yolunun avtobus zolağı ilə işıqforun yaşıl işığında 30-40 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin 4-cü hissəsinin və 76-cı maddəsinin 5-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü Təqsirləndirilən şəxs 5.9 yol nişanının tələbini pozaraq ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağa daxil olaraq avtomobili düzünə hərəkət etdirməməli, avtomobilin icazə verilən hərəkət zolağı ilə hərəkətini təmin etməli, işıqforun icazə verilən yaşıl işığı yandıqda hərəkətin təhlükəsizliyini təmin etmək üçün yolayrıcına daxil olmazdan əvvəl yolayrıcında hərəkəti başa çatdırmamış piyadanın olmadığına əmin olmalı, hərəkəti başa çatdırmamış piyadanın olduğu vəziyyətdə həmin piyadaya yol verməli və bundan sonra hərəkətə başlamalı olduğu halda bu qaydalara əməl etməyərək avtomobil yolunun solundan hərəkətə başlayaraq sağa doğru adi qaçışla yolu keçən piyada Zərərçəkmiş şəxs yolun sol tərəfindən sağına tərəf 18,6 metrliyində avtomobilin qabaq sol ön farası ilə vurmuş, nəticədə ehtiyatsızlqıdan piyada Zərərçəkmiş şəxs huşun sopor tipli pozulması ilə müşayiət olunan baş beyin əzilməsi, sağ göz almasının ağlı qişasına qansızma, sağ gözyuvasıətrafi-gicgah-alın nahiyəsinin qançırı, iki tərəfli hemopnevmotoraks (döş boşluğuna sərbəst qanın və havanın yığılması); hər iki diz və sağ baldır nahiyələrinin sıyrığı, sağ bud nahiyəsinin qançırı ilə nəticələnən dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 07:50 radələrində o, idarə etdiyi “BMW” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Şəhər Şossesi ilə X3 istiqamətində hərəkətdə olarkən “Bolmart” marketin qarşısındakı işıqforun qırımızı işğının yandığını, avtomobillərin dayandığını görmüşdür. O, həmin vaxt avtobuslar üçün nəzərdə tutulan zolağda təxminən 30-40 km saat sürətlə hərəkətdə imiş. O, İşıqfora çatmağa 100 metr qalmış işıqforun yaşıl işiğı yanmış, avtobus zolağında avtobusun dayandığını görüb idarə etdiyi avtomobil ilə yolun 2-ci zolağına tərəf sürmüş, avtomobilin çox hissəsi 2-ci zolaqda, sağ tərəfinin cüzi bir hissəsi avtobus zolağında olmuşdur. İşiqforun yaşıl işiq yandığı üçün sol tərəf zolaqlarda olan avtomobillər hərəkətə başlamış, buna görə də o, təxminən 30-40 km saat sürətlə hərəkətini davam etdirmiş, həmin vaxt ikinci zolaqda dayanmış avtomobilin qarşısında yolun solundan sağ tərəfinə doğru adi qaçışla qaçaraq yolu keçən qadın cinsli piyadanı 1-2 metr məsafədə gördükdə əyləci sıxıb sükanı sağ tərəfə fırlatmış, təxminən 1 metr avtomobili sağ zolağa tərəf qaçırtsa da, hadisənin qarşısını ala bilməyib idarə etdiyi avtomobilin sol ön farasının yan hissəsi ilə piyadanı ehtiyatsızlıqdan vurmuş, zərbədən piyada avtomobilin sol hissəsinə doğru yerə yıxılmışdır. O, dərhal avtomobildən düşüb ona yaxınlaşmış, həmin qadını avtomobilə əyləşdirib yaxınlıqda yerləşən X5 aparmış, xəstəxanada məlum olmuşdur ki, həmin qadın Zərərçəkmiş şəxsdır. O, Zərərçəkmiş şəxs xəstəxanada müalicəsi ilə bağlı həyat yoldaşına 2000 manat nağd pul vermiş, 900 manatlıq dərman alıb vermişdir. Keçən məhkəmə iclasında zərərçəkmiş şəxsin həyat yoldaşının istədiyi 5000 manat məbləği də ödəmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir. Onunla barışmışdır. İş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. O, hər gün səhər 07:30 radələrində kiçik qızı Banu Mahmudovanı baxçaya qoyub sonra isə işə getmişdir. xx.xx.2025-ci il tarixdə saat 07:50 radələrində o, Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən “Bolmart” marketinin qarşısından keçən Şəhər Şossesində işıqforun piyadalar üçün yaşıl işığında yolüstü piyada keçidi ilə avtomobil yolunun Zabrat dairəsi istiqamətində olan hissəsini adi qaçışla keçmiş, daha sonra avtomobil yolunun X4 istiqamətinə olan hissəsini keçən zaman minik avtomobili onu vurmuş, o, yerə yıxılıb huşunu itirmiş, ayılanda xəstəxanada olduğunu görmüşdür. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində onun baş beyni zədələnmiş, ağciyərində problemlər yaranmış, bədəninin müxtəlif nahiyyələrində xəsarətlər yaranmışdır. Onun avtoqəza nəticəsində cərrahi əməliyyat olunmağına və müalicəsinə təxminən 8000 manat xərci çıxmışdır. Onu vuran avtomobilin sürücüsü ona təxminən 2500 manat maddi yardım göstərmişdir, qalan xərcləri həyat yoldaşı çəkmişdir. Bundan başqa o, işə gedə bilməmiş, uşaqlarına kifayət qədər vaxt ayıra bilməmişdir. Həmçinin hadisədən sonra psixoloji vəziyyəti ilə bağlı bu günə qədər psixoloji dəstək almışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ərizə ilə müraciət olunaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş zərərin tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, bundan sonra da olmayacağını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 07 iyul 2025-ci il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesində baxış keçirilmiş, sxem tərtib olunaraq və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 1/6797 nömrəli xx.xx.2025-ci il tarixli tibbi müayinə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs ayıqdır, alkoqol sərxoşluğu vəziyyəti yoxdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X6 Sabunçu Rayon Şöbəsinin 14 iyul 2025-ci il tarixli, 1537 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs huşun sopor tipli pozulması ilə müşayiət olunan baş beyin əzilməsi, sağ göz almasının ağlı qişasına qansızma, sağ gözyuvasıətrafı-gicgah-alın nahiyəsinin qançırı; iki tərəfli hemopnevmotoraks (döş boşluğuna sərbəst qanın və havanın yığılması), hər iki diz və sağ baldır nahiyələrinin sıyrığı, sağ bud nahiyəsinin qançırı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni baş vermiş vermiş yolnəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 07:52-də Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesində baş vermiş yol nəqliyyat hadisəsinin baş verdiyi ərazidə quraşdırılmış “Təhlükəsiz Şəhər” X1 kameralarının qeyd etdiyi videogörüntü olan bir ədəd diskə baxış keçirilmiş, orada 3 dəqiqəlik davam edən videogörüntü vardır. Videogörüntünün 18-ci saniyəsində Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesində “Bolmart” marketin qarşısında işıqforun avtomobillər üçün nəzərdə tutulan qırmızı işığında yolun Zabrat dairəsi istiqamətində olan hissəsindən piyada Zərərçəkmiş şəxs adi qaçışla hərəkətə başlayır, 23-cü saniyədə işıqforun yaşıl işığı yanır, 29-cu saniyədə yol nəqliyyat hadisəsi baş verir, daha sonra ətrafa yığışmış şəxslər Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs idarə etdiyi BMW 525D markalı avtomobilə əyləşdirirlər və videogörüntünün 1 dəqiqə 52 ci saniyəsində avtomobilin sürücüsü avtomobili hərəkətə gətirib sürüb gedir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2025-ci il tarixli 8/2069 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən BMW 525D markalı ** NM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin 4-cü hissəsinin və 76-cı maddəsinin 5-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisəsinin qarşısını almağa texniki imkanı olmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. AR DİN-nin BDYPİ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə (xx.xx.2034-cü il tarixədək etibarlı olan) BA 444849 nömrəli “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; AR DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat aşkar olunmamışdır. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, yol nəqliyyat hadisəsi baş vermiş yerin yaxınlığında quraşdırılmış TŞ 9-200 nömrəli videogörüntü qurğusunun görüntülərinin əks olunduğu 01 ədəd DVD disk sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-cü maddəsinin qeydinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə CM-nin 263-cümaddəsinin qeyd hissəsini nəzərə almaqla, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Məhkəmə məsrəfi olan 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 25 iş saatı müddətinə bərabər olduğundan, göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 11 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 275 manat (25x11) məbləğində əmək haqqı Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 40.3, 156.4, 300.1.7, 305.1 və 384-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin qeydinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Məhkəmə məsrəfi olan 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar