Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-759/2025 08.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs X3 və onun müdafiəçisi–Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1994-cü ildə Ağcabədi rayonu Boyad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, orta təhsilli, məhkumluğu ödənilməmiş, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanda yaşayan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən X4 verilmiş ittihama əsasən o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə oğurluq etmişdir. Belə ki, X6 tamah məqsədi ilə 10 iyun 2025-ci il tarixdə saat 14 radələrində işlədiyi Bakı şəhəri Sabunçu rayonu Yeni Balaxanı qəsəbəsi Fazenda yaşayış massivində yerləşən, sərbəst girib-çıxışına malik olduğu fermanın rəhbəri Zərərçəkmiş şəxs ilə atası Şahid istifadə etdikləri qapısı açıq vəziyyətdə olmuş otağa daxil olub Şahid əynindən çıxarıb otağa qoyduğu şalvarının cibindən Malik Süleymanova məxsus həmin dövr üçün AZN-nə qarşı məzənnə ilə 3.400 manat dəyərində olan 2.000 ABŞ dollarını və 900 manat məbləğində nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 4.300 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, X6 Azərbaycan Respublikası CM-nin 177.1 -ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X6 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.1 -ci maddəsində nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs qohumu Rahib adlı şəxsin vasitəsi ilə tanıyıb tanış olmuşdur. Qohumu Rahib 2025-ci ilin aprel ayından özü və ailəsi üçün fermada iş axtarırdı, bununla bağlı internet sosial şəbəkədə elan yerləşdirmişdir. 01 may 2025-ci il tarixdə sosial şəbəkə vasitəsi ilə Malik Rahibin qeyd olunmuş mobil nömrəsini əldə edib Rahiblə əlaqə saxlayıb, söhbət etmişdir. Rahibin işdən anlayışı olduğunu görüb onu Bakı şəhəri Sabunçu rayonu Yeni Balaxanı qəsəbəsində Fazendaya fermaya dəvət etmişdir. Söhbət əsnasında Rahib bildirmişdir ki, onun yanında qalır və Maliklə atasından xahiş etmişdir ki, onun da işsiz olduğunu nəzərə alıb, onu da fermaya bir işə qəbul etsin. Malik razılıq vermişdir. O və Rahib ailəsi ilə fermanın ərazisində olan boş bir otaqda qalmağa başlamış və fermada tapşırılan işləri icra etmişdirlər. Rahib bir ay işlədikdən sonra başqa yerdə iş tapdığı üçün ailəsi ilə fermadan çıxmaq istəmişdir. O isə başqa yerdə iş tapa bilməyəcəyini bilib Malik və onun atasına tək bu işlərin öhdəsindən gələcəyini və başqa yerdə qalmağa yeri olmadığını deyib xahiş etmişdir ki, onu işdən çıxarmasınlar. Malik və atası razılıq verdikləri üçün fermada qalıb işləmişdir, işlədiyi müddətdə Malik və onun atasının yanında tam etibar qazanmaq üçün hər işə can atmış və mallara yaxşı baxmışdır. Buna görə də Malikgil özləri istifadə etdikləri otağa onun giribçıxmasına etiraz etməmişdirlər və o sərbəst onların istifadə etdiyi, əmlaklarını saxladıqları otağa girib-çıxmışdır. Təxminən 2025-ci ilin iyun ayının əvvəllərində fermada olan inəklərdən ikisini Malik satmış və həmin pula yumurta alıb inkubatora qoymaq qərarına gəlmişdir. Buna görə də Malikin atası Süleymanla o 10 iyun 2025-ci il tarixdə Şüvəlan qəsəbəsinə gedib oradan 2.500 ədəd yumurta alıb fermaya gətirib orada inkubator olan otaqda yumurtaları Maliklə birlikdə latoklara yığmağa başlamışdır. Fermaya gələrkən Malikin atası Süleymanın şalvarının cibində pul olduğunu bilib, həmin pulları oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə də fermada Malikin fikrinin yayındığını görüb, ona saat 14 radələrində yalandan inəklərin altını təmizləyib yumurtaların yığılmasına gəlib köməklik edəcəyimi deyib ondan aralanmış və Malikgilin istifadə etdiyi otağa keçib, orada heç kimin olmadığını, Süleymanın fermada başqa bir yerdə işlə məşğul olduğunu bilib Malikin atası Süleymanın şalvarının otaqda olduğunu görüb, şalvarın cibini axtarmış və cibindən 300 ABŞ dollar və 150 manat pul olduğunu aşkar edib, gizlin götürüb cəld fermanı tərk etmişdir. Həmin pulu gündəlik ehtiyaclarına xərcləmişdir. Bundan sonra Malikgil ona zəng etsələr də, onların zənglərinə cavab verməmiş və onlarla görüşməkdən yayınıb gizlənmişdir. Törətdiyi əmələ görə peşmandır, oğurluq cinayət əməlini tək törətmiş, bu barədə heç kimə deməmişdir. Hazırda zərərçəkmiş şəxslə barışıq əldə edilmişdir. Verilmiş suallara cavabında bildirmişdir ki, o Malikin atası Süleymanın şalvarının cibini axtarmış və cibindən 300 ABŞ dollar və 150 manat pul götürmüşdür, cəmi o qədər pul olmuşdur, başqa pul olmamışdır, zərərçəkmiş şəxslə heç bir ədavəti olmamışdır, götürdüyü məbləğ qeyd etdiyidir. Məbləğin zərərçəkmiş şəxs hansı səbəbdən məbləğin şişirdilməsi barədə bir söz deyə bilməz. Zərərçəkmiş şəxs heç vaxt ona qarşı pis rəftar etməmiş, aralarında ədavət olmamışdır. Ağdam icra şöbəsində qeydiyyatda olsa da, üç gün olar ki, çağırıb ayağında qandal vurublar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsinə məxsus Bakı şəhəri Sabunçu rayonu Yeni Balaxanı qəsəbəsində yerləşən Fazendada atası Süleymanla birlikdə fermer təsərrüfatı ilə məşğul olur. 01 may 2025-ci il tarixdə sosial şəbəkə vasitəsi ilə işçi axtaran zaman Rahib adlı şəxsin ailəlikçə iş axtarması barədə elan yerləşdiyini görüb, elanda yerləşdirilmiş mobil nömrəyə zəng edib onunla əlaqə saxlayıb söhbət etdikdə, işdən anlayışı olduğunu hiss edib, o və atası Rahibin ailəlikçə fermada işləmələrinə şərait yaratmışdırlar. Rahib bildirmişdir ki, onun yanında xalası oğlu Röyal adlı şəxs də qalır, o subaydır, işsizdir, xahiş etmişdir ki, fermada onlarla qalıb işləməsinə şərait yaratsınlar. O və atası buna etiraz etməmişdirlər. Röyal adlı şəxsə fermanın ərazisində qalması üçün boş bir otaq ayırmışdırlar. Rahib bir ay işlədikdən sonra başqa yerdə iş tapdığı üçün ailəsi ilə fermadan çıxmaq qərarına gəlmişdir. Röyal isə tək bu işlərin öhdəsindən gələcəyini və başqa yerdə qalmağa yeri olmadığını deyib, xahiş etmişdir ki, ona fermada qalıb işləməsinə şərait yaratsınlar. Onlar da həm insani tərəfdən, həm də işlərinin yolunda getməsi üçün Royalın orada qalıb işləməsinə razılıq vermişdirlər, işlədiyi müddətdə Röyal onların yanında tam etibar qazanmaq üçün hər işə can atmış və mallara yaxşı baxmışdır. Buna görə də atası ilə istifadə etdikləri, əmlaklarını saxladıqları otağa girib-çıxmasına icazə vermişdirlər. Təxminən 2025-ci ilin may ayının 22-23-də Röyal bildirmişdir ki, onun telefonu yoxdur imkan varsa ona bir telefon alsın. Təxminən 2025-ci ilin iyun ayının əvvəllərində fermada olan inəklərdən ikisini satmış və 4.700 ABŞ dollar pul əldə etmişdir. Həmin pula yumurta alıb inkubatora qoymaq qərarına gəlmişdir. Buna görə də atası 10 iyun 2025-ci il tarixdə Royalla birlikdə Şüvəlan qəsəbəsinə gedərək oradan 2.500 ədəd yumurta alıb fermaya gətirmişdir. O Röyal ilə fermada inkubator olan otaqda yumurtaları latoklara yığan zaman, atası fermada onlardan aralıda başqa işlə məşğul olmuşdur. Həmin günü saat 14 radələrində Röyal inəklərin altını təmizləyib, yumurtaların yığılmasına gəlib köməklik edəcəyini deyib çıxıb getmiş, lakin geri qayıtmamışdır. Bir qədər sonra atası Süleyman ona bildirmişdir ki, dincəlmək məqsədi ilə istirahət otağına qalxdıqda şalvarının yerdə olduğunu, ciblərinin çölə çıxdığını görmüşdür. Şalvarının ciblərinə baxdıqda cibində olmuş 2.000 ABŞ dollar və 900 manat pulun olmadığını aşkar edib cəld Röyal qalan otağa tərəf getmişdir. Lakin «işçi otağının» qapısının açıq olduğunu, Royalın şəxsi paltarının «işçi paltarı» yerdə dağınıq vəziyyətdə olduğunu görüb pulun Röyal tərəfindən oğurlandığına tam əmin olmuşdur. Atası bunu ona dedikdən sonra o otağa baxış keçirdikdə Royalın sanki çox tələsik qaçmasını xatırladan mənzərə ilə rastlaşmışdır. Belə ki, Röyal özünə məxsus telefonun elektrik qidalandırıcısını, dolu siqaret qutusunu orada unutmuş, işçi paltarlarını, ayaqqabılarını hərəsini bir tərəfə ataraq getmişdir. Verilmiş suallara cavabında bildirmişdir ki, gündəlik orada satışlar olur, məbləği dəqiq bilmir nə qədər olub, həmin gün atası əlavə 80-90 manat gəlib götürüblər, amma 2.000 ABŞ dollar və 900 manat pulu evdən götürüb gətirmişlər, gündə beş dəfə telefonla danışmışlar məsləhətli şəkildə, özləri də Röyalla birlikdə Şüvəlana gedib gəliblər, orada görüb, əgər məqsəd 500-600 manatın söhbəti idisə, atası səhər Röyala o pulu verəcəyini demişdir, həmin gün atası Röyalla birlikdə Şüvəlana gedib 2.500 ədəd yumurta almışdır, orada pulu çıxaranda Röyal görmüşdür, Röyal etibar qazanmışdır, atasının bütün işlərindən məlumatı var idi, pul atasının şalvarının cibində olmuşdur, pul ona məxsus olmuşdur, Şüvəlandan qayıdandan sonra günorta ofisdə şalvarı çıxarıb, aşağı bir yerdə düşüblər, Röyal yumurtaları yığmağa atasına kömək də edib, sonra atasına demişdir ki, gedib heyvanların altını təmizləyib gəlir, həmin vaxt çıxıb yuxarıdan atasının cibindən pulu götürüb çıxıb getmişdir, şalvarın qoyulması ilə pulun oradan götürülməsi arasında təxminən yarım saat, bir saat olub, orada başqa adam olmayıb, atasının otağına Röyal sərbəst girib-çaxmağa bilmişdir, otağa girib çıxan adam olmuşdur, icazəsi olmuşdur. Ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Şahid məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O, həmin ifadəsində bildirmişdir ki, oğlu Zərərçəkmiş şəxsla birlikdə Bakı şəhəri Sabunçu rayonu Yeni Balaxanı qəsəbəsində yerləşən Fazendada fermer təsərrüfatı ilə məşğul olur. 01 may 2025-ci il tarixdə sosial şəbəkə vasitəsi ilə işçi axtaran zaman Rahib adlı şəxsin ailəlikçə iş axtarması barədə elan yerləşdiyini görüb, Malik elanda olan mobil nömrəyə zəng edib onunla əlaqə saxlayıb söhbət etdikdə işdən anlayışı olduğunu hiss etmişdir. Bundan sonra o və oğlu Malik Rahibin ailəlikçə fermada işləmələrinə şərait yaratmışdırlar. Rahib bildirmişdir ki, onun yanında xalası oğlu Röyal adlı şəxs də qalır, o subaydır, işsizdir, xahiş etmişdir ki, fermada onlarla qalıb işləməsinə şərait yaratsınlar. O da Maliklə buna etiraz etməmişdirlər. Röyal adlı şəxsə fermanın ərazisində qalması üçün boş bir otaq ayırmışdırlar. Rahib bir ay işlədikdən sonra başqa yerdə iş tapdığı üçün ailəsi ilə fermadan çıxmaq qərarına gəlmişdir. Röyal isə tək bu işlərin öhdəsindən gələcəyini və başqa yerdə qalmağa yeri olmadığını deyib, onlardan xahiş etmişdir ki, ona fermada qalıb işləməsinə şərait yaratsınlar. Onlar da həm insani tərəfdən, həm də işlərinin yolunda getməsi üçün Royalın orada qalıb işləməsinə razılıq vermişdirlr. işlədiyi müddətdə Röyal onların yanında tam etibar qazanmaq üçün hər işə can atmış və mallara yaxşı baxmışdır. Buna görə də onun sərbəst Maliklə birgə istifadə etdikləri, əmlaklarını saxladıqları otağa girib-çıxmasına icazə vermişdirlər. Təxminən 2025-ci ilin iyun ayının əvvəllərində fermada olan inəklərdən ikisini Malik onun razılığı ilə satmış və 4.700 ABŞ dollar pul əldə etmişdir. Həmin pula yumurta alıb inkubatora qoymaq qərarına gəlmişdirlər. Buna görə də o, 10 iyun 2025-ci il tarixdə Röyal ilə birlikdə Şüvəlan qəsəbəsinə gedərək oradan 2.500 ədəd yumurta alıb, fermaya gətirmişdir. X12 inkubator olan otaqda yumurtaları latoklara yığmağa başlamışdırlar, özü isə fermada Malikgildən aralıda digər bir işlə məşğul olmuşdur. Həmin günü saat 14 radələrində dincəlmək məqsədi ilə istirahət otağına qalxdıqda şalvarının yerdə olduğunu, ciblərinin çölə çıxdığını görüb, şalvarının ciblərinə baxdıqda cibində olmuş Malikə məxsus, Malikin ona həmin pulla fermaya lazım olan bazarlıq, yəni heyvanlara yem və digər vasitələr almaq üçün verdiyi 2.000 ABŞ dollar və 900 manat pulun olmadığını aşkar edib, cəld Röyal qalan otağa tərəf getmişdir. Lakin «işçi otağının» qapısının açıq olduğunu, Royalın şəxsi paltarının «işçi paltarı» yerdə dağınıq vəziyyətdə olduğunu görüb pulun Röyal tərəfindən oğurlandığına tam əmin olmuşdur. Bu barədə Malikə dedikdən sonra Malik də gəlib otağa baxmış və Royalın sanki çox tələsik qaçmasını xatırladan mənzərə ilə rastlaşmışdır. Belə ki, Röyal özünə məxsus telefonun elektrik qidalandırıcısını, dolu siqaret qutusunu orada unutmuş, işçi paltarlarını, ayaqqabılarını hərəsini bir tərəfə ataraq getmişdir. Malkdən eşidib bilmişdir ki, onlar birlikdə saat 14 rədlərində latoklara yumurta yığarkən Röyal inəklərin altını təmizləyib, yumurtaların yığılmasına gəlib köməklik edəcəyini deyib getmiş, lakin qayıtmamışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində maddi ziyan oğlu Zərərçəkmiş şəxs dəymiş, ona görə də onun cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasına etirazı yoxdur. Röyal adlı şəxsə hər hansı məbləğdə pul verəcəkləri, aralarında ədavət və ya düşmənçilikləri olmamış və yoxdur. Hadisə baş verən zaman fermada ondan, oğlu Malikdən və Royaldan başqa hər hansı bir şəxs və ya şəxslər olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1 -ci maddəsi ilə cinayət işi başlanaraq icraata götürülmüşdür(i.v 1). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 11 iyun 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda yaşayış massivində yerləşən heyvandarlıq fermasıdır (i.v.10-12). Zərərçəkmiş şəxs qismində tanınma haqqında 23 iyul 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v.23). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 30 iyul 2025-ci il tarixli tələbnamədən görünür ki, X6 Abşeron rayon məhkəməsinin 19 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1ci maddəsi ilə təqsirli bilinib, 11 ay 22 gün müddətinə islah işləri -20% cəzasına məhkum olunmuş, 10 yanvar 2022-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 2.8-ci bəndinə əsasən təyin edimliş islah işləri cəzasından azad edilmişdir.Goranboy rayon məhkəməsinin 18 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 09 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub(i.v.42-43). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 11 avqust 2025-ci il tarixli 1/4127 nömrəli məktubundan görünür ki, X2 10 ildə stasionar müalicə üçün qeyd olunan xəstəxanaya müraciət etməyib(i.v. 46). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X10 11 avqust 2025-ci il tarixli xx/xx-8619 nömrəli məktubundan görünür ki, X6 qeyd olunan mərkəzdə müalicədə olmayıb, 21 oktyabr 2023-cü il tarixdən “Ağdam rayon Mərkəzi Xəstəxanası” da narkoloji qeydiyyatdadır(i.v.47). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X10 15 avqust 2025-ci il tarixli 3-28-29/2-7762/2025 nömrəli məktubundan görünür ki, X6 arxiv məlumatına görə qeyd olunan xəstəxanada müalicədə olmayıb(i.v.48). 21 avqust 2025-ci il tarixli qərardan görünür ki, X3 istintaqdan yayındığı, olduğu yer müəyyən edilmədiyi nəzərə alınaraq barəsində axtarış elan edilmişdir(i.v.50). 22 avqust 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.2-ci maddəsinə əsasən dayandırılmışdır(i.v.53). Ağdam Rayon Mərkəzi XƏstəxanası PHŞ-in 28 avqust 2025-ci il tarixli 18-1—21/3- 3488/2025 saylı məktubundan görünür ki, X6 xx.xx.2023-cü il tarixdən etibarən Ağdam Rayon Mərkəzi Xəstəxanası PHŞ-in Poliklinika şöbəsinin Narkoloji kabinetində qeydiyyatdadır(i.v 56). Axtarışda olan şəxsin tutulması barəsində 29 avqust 2025-ci il tarixli protokoldan görünür ki, X6 29 avqust 2025-ci il tarixdə Ağdam rayonunda saxlanılaraq PŞ-nə gətirilmişdir(i.v.58). 29 avqust 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir(i.v.59). 30 avqust 2025-ci il tarixli üzləşdirmə protokollarındandan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs və Şahid vermiş olduqları ifadələrini təsdiq edib, Röyal Məmmədovu törətmiş olduğu cinayət əməlində ifşa edib, Röyal Məmmədovun 2.000 ABŞ dollar və 900 manat yox, 300 ABŞ dollar və 150 manat pul oğurladığını göstərməklə cinayət məsuliyyətini yüngülləşdirməyə çalışdığını bildirmişdirlər(i.v.76-81). “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 30 avqust 2025-ci il tarixli qərardan görünür ki, X6 iş üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir(i.v.82-83). Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 30 avqust 2025-ci il tarixli qərardan görünür ki, X6 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, o dərhal saxlanıldığı MSY-dən azadlığa buraxılmışdır(i.v.97-99). Qətimkan tədbirinin seçilməsi barədə 30 avqust 2025-ci il tarixli qərardan görünür ki, X6 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir(i.v.100-101). Təqsirləndirilən şəxsin vəsatətinin rədd edilməsi haqqında 30 avqust 2025-ci il tarixli qərardan görünür ki, X3 2.000 ABŞ dollar və 900 manat pul deyil, 300 ABŞ dollar və 150 manat pul oğurlaması, bu səbəbdən də Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilməsi ilə bağlı göstərdikləri təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillər vəsatət kimi qəbul edilmiş və rədd edilmişdir(i.v.105-106). Goranboy Rayon Məhkəməsinin 1(045)-22/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, X6 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X3 ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 1 ay 12 gün həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və qəti olaraq ona 01 il 09 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir(i.v.108-121). 10 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır (i.v.123-124). 20 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnib istintaq aparılmışdır(i.v.127-128). “sübutların qiymətləndirilməsi barədə” 20 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş 30 avqust 2025-ci il tarixli ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, təqsirləndirilən şəxs X3 əməlində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin əlamətləri müəyyən edilmədiyindən, barəsində həmin hissə üzrə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işi üzrə təqsirləndirilən şəxs X3, Zərərçəkmiş şəxs, Şahid ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında protokol, üzləşdirmədə dindirmə protokolu sübut növü kimi qiymətləndirilmişdir (i.v.131-136). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağdam rayon İcra və Probasiya şöbəsinin 08 dekabr 2025-ci il tarixli məhkəmənin sorğusuna cavab olaraq məktubundan görünür ki, məhkum X6 xx.xx.2024-cü il tarixdə Ağdam rayon icra və probasiya şöbəsində qeydiyyata alınmış, hazırda Ağdam rayon İcra və Probasiya şöbəsində cəza çəkir, cəzası xx.xx.2026cı il tarixdə başa çatacaqdır. “AzeMıs” elektron məhkəmə sistemi üzərindən görünür ki, X3 himayəsində xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X7 vardır. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxs X6 ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X3 təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir(CPM 144-146). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin özünü qismən təqsirli bilməsini, yəni məbləğin yüksək olmasına qiymət verilməlidir. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs DİN-102 xidmətinə ilkin müraciətində oğlurlanmış məbləğin 2000 ABŞ dollar və 900 manat olması barədə ilkin məlumat(i.v 4) vermiş, həmçinin ilkin izahatında oğlurlanmış məbləğin 2000 ABŞ dollar və 900 manat olmasını(i.v 6-8), zərərçəkmiş şəxs kimi ifadəsində məbləğin oğlurlanmış məbləğin 2000 ABŞ dollar və 900 manat olması(i.v. 29-32), Şahid ifadəsində oğlurlanmış məbləğin 2000 ABŞ dollar və 900 manat olmasını(i.v 33-35) qeyd etmişlər. Göründüyü kimi zərərçəkmiş şəxs ilkin müraciətindən, ilkin izahatından tutmuş, zərərçəkmiş şəxs kimi ifadəsində oğlurlanmış məbləğin 2000 ABŞ dollar və 900 manat olmasını dəfələrlə qeyd etmiş və göstərilən halı hadisənin şahidi Şahid da təsdiq etmişdir. Eyni zamanda 30 avqust 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsini təsdiq edərək Röyal Məmmədovu törətmiş olduğu cinayət əməlində ifşa edib, Röyal Məmmədovun 300 ABŞ dollar və 150 manat pul oğurladığını göstərməklə cinayət məsuliyyətini yüngülləşdirməyə çalışdığını bildirmiş, oğurlanmış məbləği 2.000 ABŞ dollar və 900 manat olmasını bir daha Röyal Məmmədovun üzünə qarşı bildirmişdir(i.v.76-78). Bundan əlavə 30 avqust 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid vermiş olduğu ifadəsini təsdiq edərək Röyal Məmmədovu törətmiş olduğu cinayət əməlində ifşa edib, Röyal Məmmədovun 300 ABŞ dollar və 150 manat pul oğurladığını göstərməklə cinayət məsuliyyətini yüngülləşdirməyə çalışdığını bildirmiş, oğurlanmış məbləği 2.000 ABŞ dollar və 900 manat olmasını bir daha Röyal Məmmədovun üzünə qarşı bildirmişdir(i.v.79-81). Məhkəmə, zərərçəkmiş şəxsə və şahidə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, təqsirləndirilən şəxslərə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxsin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadələrin həm bir-biri ilə, həm də iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Röyal Məmmədovun özünü təqsirli bilməməsi, vurulmuş ziyanın məbləğinin şişirdilməsini qeyd etməsi iş üzrə toplanmış sübutlarla təkzib edildiyindən və öz təsdiqini tapmadığından özünü müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama-üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.(13 iyun 2025-ci il tarixli 211-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 177.1-ci maddənin sanksiyasında üçüncü halda “iki” sözü “üç” sözü ilə əvəz edilmişdir.) “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması(oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir(7-ci bənd). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahid ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, X6 tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X3 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 67.2-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 67.4-cü maddəsinə görə hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə X3 zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını(CM-59.1.12), himayəsində azyaşlı uşağın olmasını(CM 59.1.4) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. X3 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, törədilmiş əməl mülkiyyət əleyhinə olan cinayət olmaqla törədildiyi zaman böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmuşdur(hadisə 10 iyun 2025-ci il tarixdə törədilmiş, 13 iyun 2025-ci il tarixli 211-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 177.1-ci maddənin sanksiyasında üçüncü halda “iki” sözü “üç” sözü ilə əvəz edilmişdir.). Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X4 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti,o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Belə ki, CM-nin 177.1-ci maddənin sanksiyasında dörd növ cəza: ictimai işlər, islah işləri, iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərədə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş cəzanın həddinə münasibət qeyd edir ki, onun cəza çəkdiyi müddətdə yenidən cinayət törətməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X6 Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri(CM-58.3.), təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, hazırki hökmlə təyin edilmiş cəza Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və cəzanın çəkilməmiş hissəsi ilə qismən birləşdirilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı(CM 69.3), cəza çəkməsinin əvvəli hökm elan olunduğu andan hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, X6 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində- Ağdam rayonu ərazisində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli X6 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində X6 elektron nəzarət vasitəsi tətbiq edilməli, X3 üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdam rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, X4 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Ağdam Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alınmış, hazırda azadlığın məhdudlaşdırılması növündə cəza çəkir və cəzanın müddətinin axımı davam edir. Bu səbəbdən də cəza çəkməsinin əvvəli hökm elan edilən andan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X6 Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, X3 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən X4 hazırki hökmlə təyin edilmiş cəza Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(045)- 22/2023 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 07 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 02 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X3 29 avqust 2025-ci il tarixdən 30 avqust 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 02 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X6 yaşayış yerini, axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdam rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. X3 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət X3 yaşayış yeri üzrə icra edilməsi üçün Probasiya İdarəsinə həvalə edilsin. X3 cəzasını çəkməsinin əvvəli 08 dekabr 2025-ci il tarixdən hesablansın. X3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. X3 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manatdan hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 42 iş saatına görə 462 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına(Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №1(008)-759/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-759/2025
08.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver