Məhkəmə qərarları › İş №1(008)-76/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-76/2020

29.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-76/2020 29.07.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, müdafiəçi - Abşeron Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1990-cı ildə Lerik rayonunun Laman kəqdində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, evli, məhkum olunmamış, orta təhsilli, Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsi, ev 40B-də qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanasında yeni tikili fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2018-ci ilin noyabr ayının ortalarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanasında yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs döyərək sağ çənəaltı nahiyyəsinin səthi deşilmiş-kəsilmiş yarası ilə müşaiyət olunan qəsdən sonunjunun sağlamlığına zərər vurmayan bədən xəsarəti yetirmiş, xx xxxx 2019-cu il saat 19:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanasında yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs döyərək başın təpə-gicgah və sağ bud nahiyyəsinin dərialtı hematomaları, boyun və qasıq nahiyyələrinın qançırları ilə müşaiyət olunan qəsdən Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül bədən xəsarəti yetirmiş və sonuncu dəfə xx xxxx 2019-cu il saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanasında yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs döyərək baş beyin silkələnməsi ilə müşaiyət olunan başın təpə nahiyyəsinin dərialtı hematoması ilə müşaiyət olunan qəsdən axırınjının sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül bədən xəsarəti yetirməklə və mütamadi olaraq döyməklə zərərçəkmişə əzab vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2011-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və birgə nikahdan iki övladları var. 2 ildir ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanasında yerləşən fərdi yaşayış evində yaşayır. xx xxxx 2019-cu il tarixdə birlikdə yaşadıqları Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanasında yerləşən fərdi yaşayış evində olan zaman arvadı Arzu ondan icazəsiz telefon işlətdiyi üçün aralarında mübahisə yaranmış, həmin vaxt əsəbləşdiyi üçün Arzu Littiyevanı döymüş, Arzu yerə yıxılmış və xəsarət almışdır. xx xxxx 2019-cu il tarixdə Arzu atası Zərdabi ilə Lerik rayonuna getmiş və təxminən 10 gün sonra evə qayıtmışdır. xx xxxx 2019cu ıl tarixdə günorta saatlarında Arzu və uşaqları ilə birlikdə evdə olan zaman qaynatası Zərdabi onlara gəlmiş, onların arasında mübahisə yaranmışdır. xx xxxx 2019-cu il tarixdə Zərdabi ona barəsində polisə şikayət etdiyini bildirmiş və Arzunu uşaqları ilə birlikdə yaşadığı Lerik rayonuna aparmışdır. O, Zərərçəkmiş şəxs xx xxxx 2019-cu il tarixdə döymüş, lakin xx xxxx 2019-cu il tarixdə döymədiyini bildirmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş və şahid ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2011-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və birgə nikahdan iki övladları var. Abdullanın başqa qadınlarla olan münasibətinə görə tez-tez aralarında mübahisələr baş vermişdir. xx xxxx 2019-cu il təxminən saat 19:30 radələrində yaşadığı evdə Abdulla ilə aralarında mübahisə yaranmış, Abdulla yumuruq və təpiklə onu döyüb xəsarət yetirmiş, o, aldığı bədən xəsarətlərindən huşunu itirmişdir. xx xxxx 2019-cu il tarixdə təxminən saat 15:10 radələrində yaşadığı evdə olarkən Təqsirləndirilən şəxs yenidən onunla mübahisə etmiş və onun evdən getməyini tələb etmişdir. O, Abdullanın dedikləri ilə razı olmadığı üçün Abdulla onu döyərək xəsarət yetirmişdir. Buna görə də DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxslə barışmaq istəmədiyini bildirərək ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Qızı Arzu 2011-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və birgə nikahdan iki övladları var. 2 ildir qızı Arzu ailəsi ilə birlikdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanasında yerləşən fərdi yaşayış evində yaşayır. Abdullanın başqa qadınlarla münasibəti olması ilə bağlı Arzu ilə aralarında mübahisə yaranmış və həmin mübahisələr zamanı Abdulla qızı Arzunu döyərək ona xəsarətlər yetirmişdir. Bu barədə məlumatı olduqdan sonra Arzugilə gəlmiş, qızında xəsarətlər olduğunu görüdüyü üçün onu həkimə aparmış və daha sonra polisə müraciət etmişlər. Cinayət işinin 21-23-cü vərəqəsində olan Azərbaycan Respublikası SN Məhkəmə- Tibbi Ekspertiza və X2-Təcrübi və X1 rayon şöbəsi tərəfindən keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 306 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində başın təpə-gicgah və sağ bud nahiyyəsinin dərialtı hematomaları,boyun və qasıq nahiyyələrının qançırları, sağ çənə altı nahiyyəsinin çapığı ilə müəyyən edildi. Xəsarətlərdən başın təpə-gicgah və sağ bud nahiyyələrinin dərialtı hematomaları, boyun və qaşıq nahiyyələrinin qançırları bərk küt əşyanın təsirindən: sağ çənə altı nahiyyəsinin səthi deşilmiş-kəsilmiş yara izi isə deşici-kəsici əşyanın, ola bilsin ki, bıçağın uduğunun təsirindən törənə bilər. Müddətinə görə başın təpə-gicgah və sağ bud nahiyyəsinin dərialtı hematomaları,boyun və qasıq nahiyyələrinin qançırları qərarda göstərilən xx.xx.2019-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sağ çənə altı nahiyyəsinin səthi deşilmiş-kəsilmiş yara izi isə zərərçəkmişın məhkəmə-tibbi ekspertizasından 3-6 ay əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsartlərə aid olduğu üçün dərəcələri təyin edilmir. Cinayət işinin 24-25-ci vərəqəsində olan Azərbaycan Respublikası SN Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və X1 rayon şöbəsi tərəfindən keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 353 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs baş beyinin silkələnməsi ilə müşahidə olunan başın təpə nahiyyəsinin dərialtı hematoması müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, müddəti qərarda göstərilən xx.xx.2019-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətin yıxılma nəticəsində törənməsi, eləcədə müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin 95-96-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 2463 saylı rəyindən görünür ki,Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunur, onun hərəktləri Azərbayjan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 1(008)-76/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarının surtindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin 45-46-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Bakı İstintaq Təcridxanasının xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Sabunçu RPİnin CAB-nin əməkdaşları tərəfindən tutulmuş və xx.xx.2020-ci il tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, zərərçəkmiş və şahidin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs döymədiyini bildirməsi işdə olan sübutlarla öz təsdiqini tapmadığından özünü müdafiə xarakterli ifadə kimi qəbul olunaraq əsassız sayılır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini qismən etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 133.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərədə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublilası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx xxxx 2020-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə olduğu 04 (dörd) ay 05 (beş) gün müddətinin 01 günü azadlığın məhdudlaşdırılması cəzasının 02 gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad olunmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 04 (dörd) ay 05 (beş) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 08 (səkkiz) ay 10 (on) gün çıxılaraq üzərində qəti olaraq 09 (doqquz) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar