Məhkəmə qərarları › İş №1(008)-76/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-76/2021

16.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-76/2021 16.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, S.İ.Ağa küçəsi, ev 27-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 228.4 və 234.1-ci maddələri ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, A.Zeynallı küçəsi, ev 63-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhərində açıq məhkəmə iclasında, məhkəmənin binasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il saat 00:30 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları, 12-ci dalanda yerləşən fərdi yaşayış evinin hasarından tullanmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olub həyətindən tapdıqları dəmir parçası ilə evin mətbəx otağının pəncərəsinin bayır tərəfində olan dəmir barmaqlığı sındırıb plastik pəncərəni əl ilə güc tətbiq edib açaraq evə qanunsuz daxil olmaqla mətbəxdən 1 ədəd 700 manat dəyərində «Ariston» markalı soyuducunu, 01 ədəd 120 manat dəyərində mikrodalğalı sobanı, dəhlizdən 01 ədəd 90 manat dəyərində samovarı, 01 ədəd 60 manat dəyərində dreli, 01 ədəd 70 manat dəyərində dreli, 01 ədəd 150 manat dəyərində «Samsung» markalı tozsoranı, 01 ədədinin qiyməti 0,10 qəpik olan 2 ədəd 20 qəpik dəyərində plastik materialdan olan, qızılı rəngli suvenir çaynikləri, 01 ədəd 3 manat dəyərində üzərində «Eralcap 42» yazıları olan usta qayçısını, zal otağından 01 ədəd 25 manat dəyərində uşaq üçün nəzərdə tutulmuş velosipedi, 01 ədədinin qiyməti 100 manat olan 03 ədəd 300 manat dəyərində xalçaları, yataq otağından 01 ədəd 200 manat dəyərində su dispenserini, 01 ədədinin qiyməti 50 manat olan 4 ədəd 200 manat dəyərində ev üçün nəzərdə tutulan səsgücləndiricini, 01 ədəd 250 manat dəyərində «Moschino» markalı təzə ayaqqabını, 01 ədəd «Damat» markalı 125 manat dəyərində təzə ayaqqabını, 01 ədəd «Paul Shark» markalı 120 manat dəyənrində təzə idman dəstini, 01 ədəd 10 manat dəyərində istifadə olunmuş «LCW CASUAL» markalı qısa qol köynəyi, 01 ədəd 15 manat dəyərində «DKNY» markalı, ağ rəngli, S ölçülü qısa qol köynəyi, 01 ədəd 15 manat dəyərində istifadə olunmuş «DKNY» markalı, boz rəngli M ölçülü qısa qol köynəyi, 01 ədəd 15 manat dəyərində istifadə olunmuş «LACOSTE» markalı, açıq mavi rəngli 39 ölçülü qısa qol köynəyi, 01 ədəd 15 manat dəyərində istifadə olunmuş «TWEEN» markalı, mavi rəngli, M ölçülü qısa qol köynəyi, 01 ədəd 20 manat dəyərində istifadə olunmuş «Damat TWEEN» markalı, açıq mavi rəngli uzun qol köynəyi, 01 ədəd 20 manat dəyərində istifadə olunmuş «DAMAT» markalı, tünd göy rəngli, S ölçülü uzun qol köynəyi, 01 ədəd 15 manat dəyərində istifadə olunmuş «LACOSTE» markalı, üzərində ağ, mavi və göy rəngli qısa qol üç düymə köynəyi, 01 ədəd 20 manat dəyərində istifadə olunmuş «ENERGİE» markalı, ağ-qara cızıqlı, 29 ölçülü şalvarı, 01 ədəd 25 manat dəyərində istifadə olunmuş «TRUSSARDİ jeans» markalı boz rəngli 32 ölçülü şalvarı, 01 ədəd 25 manat dəyərində Fransa istehsalı olan istifadə olunmuş «LACOSTE» markalı tünd qırmızı rəngli, 33 ölçülü şalvarı, 01 ədəd 35 manat dəyərində istifadə olunmuş «ZARA Man» markalı, qara rəngli L ölçülü gödəkçəni, 01 ədəd 2 manat dəyərində istifadə olunmuş üzərində «ARMANİ» yazıları olan koftanı, 01 ədəd 2 manat dəyərində Türkiyə istehsalı olan istifadə olunmuş, S ölçülü boz rəngli köynəyi, 01 ədəd 2 manat dəyərində Türkiyə istehsalı olan istifadə olunmuş, S ölçülü göy rəngli köynəyi, zirzəmidən 01 ədəd hidroforla birlikdə 80 manat dəyrində su mühərrikini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2729,2 manat dəyərində ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə 0,475 qram nakotik vasitə olan heroini 15 manata almaqla əldə edib üzərində saxlayaraq daşımış, həmçinin istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq soyuq silah hesab edilən ov bıçağını əldə edib üzərində gəzdirmiş, xx.xx.2020-ci il saat 09 radələrində Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağ massivində ünvansız yerdə saxlanılaraq Sabunçu RPl-nin 42-ci PB-nə aparılmış, orada video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli şalvarın sağ ön cibindən bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,475 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və əynində olan tünd göy rəngli şalvarın sol ön cibindən bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxta və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə 0,535 qram nakotik vasitə olan heroini 15 manata almaqla əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2020-ci il saat 09 radələrində Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağ massivində ünvansız yerdə saxlanılaraq Sabunçu RPİ-nin 42-ci PB-nə aparılmış, orada video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ ön cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş təmiz çəkisi 0,535 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, əvvəllər məhkum olunmuşdur. O, narkotik vasitələrdən istifadə edir və narkotik vasitə olan heroini inyeksiya yolu ilə qəbul edir. X5 uşaqlıq vaxtlarından yaşadığı məhlədən tanıyır və aralarında dostluq münasibətləri var. xx.xx.2020-ci il saat 23:40 radələrində dostu Təqsirləndirilən şəxs2 ilə söhbət edərkən pula ehtiyacları olduğu üçün Sabunçu rayonu, Ləhiş bağlarında boş ev tapıb oradan oğurluq etmək qərarına gəlmişlər. xx.xx.2020-ci il tarixə keçən gecə saat 00:30 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağlar massivi, 12-ci dalanda oğurluq etmək məqsədi ilə ev axtarmaq üçün gəzişərkən 1 mərtəbəli, 4 tərəfdən hasarlanmış fərdi yaşayış evi diqqətlərini cəlb etmiş və qərara gəlmişlər ki, birlikdə həmin evə girib oğurluq etsinlər. Bir qədər evi və ətrafı müşahidə etdikdən sonra evdə işıqların yanmamasını, səs gəlməməsini müəyyən etmişlər. Daha sonra, bağ evinin sağ tərəfindən hasarın hündür olmayan hissəsindən əvvəlcə özü, sonra isə Tərlan aşaraq həyətə düşmüş, evin mətbəxinin plastik pəncərəsinin dəmir barmaqlığını Tərlan həyətdən tapdığı dəmir parçası ilə çıxarmış, plastik pəncərəni açmış və hər ikisi içəri daxil olmuşlar. Evin mətbəxində olan 1 ədəd soyuducunu, digər otaqda olan 3 ədəd bükülmüş xalçanı, 1 ədəd samovarı, 1 ədəd su dispenserini, 1 ədəd dreli, evin yataq otağında şkafda olan xeyli paltarları və evin zirzəmisində olan 1 ədəd su motorunu kəsib sökərək oğurlamış və evdən əşyaları birlikdə çıxarmışlar. Həmin əşyaları evin yan tərəfində olan hasara alınmış boş torpaq sahəsinə yığdıqdan sonra şübhə yaratmamaq üçün oraya taksi çağırmış və tanımadıqları taksi sürücüsünə əşyalar özlərinə məxsus olmasını bildirərək Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesində kirayə yaşadıqları evə aparmışlar. Həmin gün təxminən saat 10-11 radələrində həmin əşyaların bir qismini Sabunçu rayonunda yerləşən “rus bazarı”nda tanımadıqları şəxsə satmış və ümumilikdə 200 manat alaraq birlikdə ehtiyaclarına xərcləmişlər, qalan əşyalar isə kirayədə tutduqları evdə qalmışdır. xx xxx 2020-ci il tarixdə Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmış və polis bölməsinə aparılmışdır. Saxlanıldığı zaman üzərində narkotik vasitə və ov bıçağı bıçağı olmamış, polis əməkdaşları tərəfindən ona təzyiq göstərildiriyi üçün özünə qarşı ifadə verərək hansısa sənədləri imzalamışdır. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü qismən təqsirli biərək verdiyi ifadəsində göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir-neçə maddəsi təqsirli bilinərək məhkum olunmuşdur. Təqsirləndirilən şəxs1 uşaqlıq vaxtlarından yaşadığı məhlədən tanıyır və aralarında dostluq münasibətləri var. xx.xx.2020-ci il saat 23:40 radələrində dostu Təqsirləndirilən şəxs1 ilə söhbət edərkən pula ehtiyaclarları olduğundan Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağlarında boş ev tapıb oradan oğurluq etmək qərarına gəlmişlər. xx.xx.2020-ci il tarixə keçən gecə saat 00:30 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağlar massivi, 12-ci dalanda oğurluq etmək məqsədi ilə ev axtarmaq üçün gəzişərkən 1 mərtəbəli, 4 tərəfdən hasarlanmış fərdi yaşayış evi diqqətlərini cəlb etmiş və qərara gəlmişlər ki, birlikdə həmin evə daxil olub oğurluq etsinlər. Bir qədər ətarfı müşahidə etdikdən sonra evdə işıqların yanmamasını və səs gəlməməsini müəyyən etmişlər. Bağ evinin sağ tərəfindən hasarın hündür olmayan hissəsindən əvvəlcə Rahib, sonra isə o həyətə düşmüş və evin mətbəxinin plastik pəncərəsinin dəmir barmaqlığını o, həyətdən tapdığı dəmir parçası ilə çıxarmış və plastik pəncərəni açmışdır. Bundan sonra, hər ikisi içəri daxil olaraq evin mətbəxində olan 1 ədəd soyuducunu, digər otaqda olan 3 ədəd bükülmüş xalçanı, 1 ədəd samovarı, 1 ədəd su dispenserini, 1 ədəd dreli, evin yataq otağında şkafda olan xeyli paltarları və evin zirzəmisində olan 1 ədəd su motorunu kəsib sökərək oğurlamış və evdən əşyaları köməkləşib çıxarmışlar. Həmin əşyaları evin yan tərəfində olan hasara alınmış boş torpaq sahəsinə yığdıqdan sonra şübhə yaratmamaq üçün tanımadıqları taksi çağırmaqla həmin taksi sürücüsünə əşyaların özlərinə məxsus olmasını bildirərək Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesində kirayə yaşadıqları evə aparmışlar. Səhər açıldıqdan sonra, yəni, xx.xx.2020-ci il təxminən saat 10-11 radələrində həmin əşyaların bir qismini Sabunçu rayonunda yerləşən rus bazarında tanımadıqları şəxsə satmış və ümumilikdə 200 manat alaraq birlikdə ehtiyaclarına xərcləmişlər, qalan əşyalar kirayədə tutduqları evdə saxlamışlar. xx.xx.2020-ci il saat 09 radələrində onu «Sabunçu keçidi» adlanan yerin yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 42-ci PB-nə aparılmışlar. Daha sonra, 42-ci PB-nin əməkdaşları tərəfindən Ləhiş bağlar massivindəki bağ evindən oğurladıqları bir-neçə ədəd şalvarlar, bir-neçə ədəd köynəklər, 1 ədəd gödəkçə, 1 ədəd boru kəsən qayçı və sair evdə qalan oğurluq əşyalar aşkar edilmiş və polis əməkdaşları tərəfindən protokollaşdırılaraq götürülmüşdür. O, narkotik vasitələrdən istifadə etsə də, saxlanıldığı vaxt üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları tərəfindən ona təzyiq göstərildiyi üçün özünə qarşı ifadə vermiş və hansısa sənədləri imzalamışdır. Məhkəmə iclasında zərərçəkən şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran əsəbəsi, 12-ci dalanda özünə məxsus bağ evi vardır. Həmin evdə yaşamasa da, təmir işləri aparmaq üçün tez-tez həmin evə getmişdir. 07.05.220-ci il saat 08 radələrində özünə məxsus bağ evinə getdikdə görmüşdür ki, naməlum şəxs və ya şəxslər evin mətbəxinin plastik materialdan olan pəncərəsinin dəmir barmaqlığını çıxarıb pəncərəni açmaq yolu ilə evə daxil olub mətbəxdən 1 ədəd 700 manat dəyərində «Ariston» markalı soyuducu, 01 ədəd 120 manat dəyərində mikrodalğalı soba, dəhlizdən 01 ədəd 90 manat dəyərində samovar, 01 ədəd 60 manat dəyərində drel, 01 ədəd 70 manat dəyərində drel, 01 ədəd 150 manat dəyərində «Samsung» markalı tozsoran, 01 ədədinin qiyməti 0,10 qəpik olan 2 ədəd 20 qəpik dəyərində plastik materialdan olan, qızılı rəngli suvenir çayniklər, 01 ədəd 3 manat dəyərində üzərində «Eralcap 42» yazıları olan usta qayçısı, zal otağından 01 ədəd 25 manat dəyərində uşaq üçün nəzərdə tutulmuş velosiped, 01 ədədinin qiyməti 100 manat olan 03 ədəd 300 manat dəyərində xalçalar, yataq otağından 01 ədəd 200 manat dəyərində su dispenseri, 01 ədədinin qiyməti 50 manat olan 4 ədəd 200 manat dəyərində ev üçün nəzərdə tutulan səsgücləndirici, 01 ədəd 250 manat dəyərində «Moschino» markalı təzə ayaqqabı, 01 ədəd «Damat» markalı 125 manat dəyərində təzə ayaqqabı, 01 ədəd «Paul Shark» markalı 120 manat dəyənrində təzə idman dəsti, 01 ədəd 10 manat dəyərində istifadə olunmuş «LCW CASUAL» markalı qısa qol köynək, 01 ədəd 15 manat dəyərində «DKNY» markalı, ağ rəngli, S ölçülü qısa qol köynək, 01 ədəd 15 manat dəyərində istifadə olunmuş «DKNY» markalı, boz rəngli M ölçülü qısa qol köynək, 01 ədəd 15 manat dəyərində istifadə olunmuş «LACOSTE» markalı, açıq mavi rəngli 39 ölçülü qısa qol köynək, 01 ədəd 15 manat dəyərində istifadə olunmuş «TWEEN» markalı, mavi rəngli, M ölçülü qısa qol köynək, 01 ədəd 20 manat dəyərində istifadə olunmuş «Damat TWEEN» markalı, açıq mavi rəngli uzun qol köynək, 01 ədəd 20 manat dəyərində istifadə olunmuş «DAMAT» markalı, tünd göy rəngli, S ölçülü uzun qol köynək, 01 ədəd 15 manat dəyərində istifadə olunmuş «LACOSTE» markalı, üzərində ağ, mavi və göy rəngli qısa qol üç düymə köynək, 01 ədəd 20 manat dəyərində istifadə olunmuş «ENERGİE» markalı, ağ-qara cızıqlı, 29 ölçülü şalvar, 01 ədəd 25 manat dəyərində istifadə olunmuş «TRUSSARDİ jeans» markalı boz rəngli 32 ölçülü şalvar, 01 ədəd 25 manat dəyərində Fransa istehsalı olan istifadə olunmuş «LACOSTE» markalı tünd qırmızı rəngli, 33 ölçülü şalvar, 01 ədəd 35 manat dəyərində istifadə olunmuş «ZARA Man» markalı, qara rəngli L ölçülü gödəkçə, 01 ədəd 2 manat dəyərində istifadə olunmuş üzərində «ARMANİ» yazıları olan kofta, 01 ədəd 2 manat dəyərində Türkiyə istehsalı olan istifadə olunmuş, S ölçülü boz rəngli köynək, 01 ədəd 2 manat dəyərində Türkiyə istehsalı olan istifadə olunmuş, S ölçülü göy rəngli köynək, zirzəmidən 01 ədəd hidroforla birlikdə 80 manat dəyərində su mühərriki oğurlanmışdır. Daha sonra baş vermiş oğurluq hadisəsi ilə bağlı polisə məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumilikdə 2729,2 manat dəyərində ziyan vurulmuşdur. Ona dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslərə qanunla nəzərdə tutulmuş cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Sabunçu RPİ-nin 42-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Xidmət etdiyi 42-ci polis bölməsinin xidməti ərazisində Tərlan və Rahib adlı şəxslərin narkotik vasitələri əldə etmələri, üzərlərində gəzdirmələri, istifadə etmələri, həmçinin oğurluq cinayətinin törədilməsində şübhəli olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2020-ci il tarixdə həmin məlumatın yoxlanılması məqsədi ilə onun özündən və Sabunçu RPİ-nin 42-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmış, sonra onlar birlikdə Tərlan və Rahib adlı şəxslərin ola biləcəkləri ehtimal olunan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağ massivinə gəlmişlər. Təxminən saat 09:10 radələrində Tərlan və Rahib adlı şəxslərin göstərilən ünvanın yaxınlığında olduqlarını görüb onlara yaxınlaşmış, həmin şəxslərə polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər özlərini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 kimi təqdim etmişlər. Onlara oğurluq cinayətinin törədilməsi barədə şübhəli olduqlarını bildirib birlikdə Sabunçu RPİ-nin 42-ci PB-nə dəvət etmişlər və həmin şəxslər heç bir etiraz etmədən 42-ci polis bölməsinə aparmışlar. 42ci polis bölməsində Təqsirləndirilən şəxs2 könüllü olaraq əynindəki qara rəngli şalvarın sağ ön cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş, 01 ədəd bükümə baxış keçirilərkən qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, könüllü təqdim etdiyi maddə narkotik vasitə heroindir, həmin narkotik vasitəni Sabunçu rayonu, Maştağa qəsəbəsində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən 15 manata almışdır. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik vasitə qablaşdırılaraq möhürlə möhürləndi və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs1 üzərində olması ehtimal olunan narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri, könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs1 könüllü olaraq əynindəki tünd göy rəngli şalvarın sağ ön cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoydu. 01 ədəd bükümə baxış keçirilərkən qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, könüllü təqdim etdiyi maddə narkotik vasitə heroindir. Həmin narkotik vasitəni Sabunçu rayonu, Zabrat qəsəbəsində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən 15 manata almışdır. Həmçinin, Təqsirləndirilən şəxs1 əynindəki tünd göy rəngli şalvarın sol ön cibindən 01 ədəd bıçaq aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitə və bıçaq qablaşdırılaraq möhürlə möhürlənmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kirayədə yaşadıqları evə Sabunçu rayon məhkəməsinin qərarına əsasən baxış keçirilmiş, həmin evdən müxtəlif növdə və sayda paltarlar aşkar edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bildirmişlər ki, həmin paltarları Nardaran qəsəbəsində, Ləhiş bağları adlanan yerdən tanımadıqları evə girib oğurlamışlar. Cinayət işinin 1-ci cildinin 57-58-ci vərəqəsində olan xx xxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Şahid1 və Şahid2 Abbasovun iştirakı ilə Sabunçu RPİnin 42-ci PB-nin inzibati binasında Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarın sağ ön cibindən 1 ədəd bükümdə spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 78-79-cu vərəqəsində olan xx xxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Şahid1 və Şahid2 Abbasovun iştirakı ilə Sabunçu RPİnin 42-ci PB-nin inzibati binasında Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli şalvarın sağ ön cibindən 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan tünd göy rəngli şalvarın sol ön cibindən 1 ədəd açılıb-qatlanan bıçaq aşkar edilmişdir. Cinayət işinin 1-ci cildinin 106-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 108 (yüz səkkiz) manat 46 (qırx altı) qəpik müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 107-108-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 6/998 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd büküm” və s. qeydlər olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,535 qram maddə tərkibinə görə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildikdən sonra heroinin qalıq çəkisi 0,485 qramdır. Cinayət işinin 1-ci cildinin 110-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 108 (yüz səkkiz) manat 46 (qırx altı) qəpik müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 111-112-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 6/997 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət.Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd büküm” və s. qeydlər olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,475 qram maddə tərkibinə görə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildikdən sonra heroinin qalıq çəkisi 0,425 qramdır. Cinayət işinin 1-ci cildinin 195-198-ci vərəqələrində olan Sabunçu Rayon Məhkəməsinin 4(008)-309/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanılmaqla 02 (iki) ay 20 (iyirmi) gün müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 199-202-ci vərəqələrində olan Sabunçu Rayon Məhkəməsinin 4(008)-310/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanılmaqla 02 (iki) ay 20 (iyirmi) gün müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 26-27-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2020-ci il tarixli, 1937 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cildinin 28-29-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2020-ci il tarixli, 1947 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cildinin 31-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 32-33-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 9/2048 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 2 ədəd plastik materialdan olan, qızılı rəngli suvenir çayniklərin hər birinin qiyməti 0,10 manat, 2 ədədinin ümumi qiyməti 0,20 manat, üzərində «Eralcap 42» yazıları olan istifadə olunmuş 1 ədəd usta qayçısının qiymətinin 3 manat, Türkiyə istehsalı olan, istifadə olunmuş 1 ədəd «LCW CASUAL» markalı qısa qol köynəyin qiymətinin 10 manat, istifadə olunmuş 1 ədəd «DKNY» markalı, ağ rəngli, S ölçülü qısa qol köynəyin qiymətinin 15 manat, istifadə olunmuş 1 ədəd «DKNY» markalı, boz rəngli M ölçülü qısa qol köynəyin qiymətinin 15 manat, istifadə olunmuş 1 ədəd «LACOSTE» markalı, açıq mavi rəngli 39 ölçülü qısa qol köynəyin qiymətinin 15 manat, istifadə olunmuş 1 ədəd «TWEEN» markalı, mavi rəngli, M ölçülü qısa qol köynəyin qiymətinin 15 manat, istifadə olunmuş 1 ədəd «Damat TWEEN» markalı, açıq mavi rəngli uzun qol köynəyin qiymətinin 20 manat, istifadə olunmuş 1 ədəd «DAMAT» markalı, tünd göy rəngli, S ölçülü uzun qol köynəyin qiymətinin 20 manat istifadə olunmuş 1 ədəd «LACOSTE» markalı, üzərində ağ, mavi və göy rəngli qısa qol üç düymə köynəyin qiymətinin 15 manat, istifadə olunmuş 1 ədəd «ENERGİE» markalı, ağ-qaracızıqlı, 29 ölçülü şalvarın qiymətinin 20 manat, istifadə olunmuş 1 ədəd «TRUSSARDİ jeans» markalı boz rəngli 32 ölçülü şalvarın qiymətinin 25 manat, Fransa istehsalı olan istifadə olunmuş 1 ədəd «LACOSTE» markalı tünd qırmızı rəngli, 33 ölçülü şalvarın qiymətinin 25 manat, istifadə olunmuş 1 ədəd «ZARA Man» markalı, qara rəngli L ölçülü gödəkçənin qiymətinin 35 manat, istifadə olunmuş 1 ədəd üzərində «ARMANl» yazıları olan koftanın qiymətinin 2 manat, Türkiyə istehsalı olan istifadə olunmuş, 1 ədəd S ölçülü boz rəngli köynəyin qiymətinin 2 manat, Türkiyə istehsalı olan istifadə olunmuş, 1 ədəd S ölçülü göy rəngli köynəyin qiymətinin 2 manat olması, cəmi 239,20 manat olması müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 35-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 64 (altmış dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 36-37-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-ballistik xx xxxx 2020-ci il tarixli, 3/695 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən predmet zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. Cinayət işinin 2-ci cildinin 43-57-ci vərəqələrində olan xx xxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatın sərf edildikdən sonra qalıq çəkiləri 0,425 qram və 0,485 qram olan narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş üzrə götürülmüş 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təhqiqat zamanı götürülmüş 02 ədəd plastik materialdan olan, qızılı rəngli suvenir çayniklər, 01 ədəd üzərində «Eralcap 42» yazıları olan istifadə olunmuş usta qayçısı, 01 ədəd «LCW CASUAL» markalı qısa qol köynək, 01 ədəd «DKNY» markalı, ağ rəngli, qısa qol köynək, 01 ədəd «DKNY» markalı, boz rəngli qısa qol köynək, 01 ədəd «LACOSTE» markalı, açıq mavi rəngli qısa qol köynək, 01 ədəd «TWEEN» markalı, mavi rəngli, qısa qol köynək, 01 ədəd «Damat TWEEN» markalı, açıq mavi rəngli uzun qol köynək, 01 ədəd «DAMAT» markalı, tünd göy rəngli, uzun qol köynək, 01 ədəd «LACOSTE» markalı, üzərində ağ, mavi və göy rəngli qısa qol üç düymə köynək, 01 ədəd «ENERGİE» markalı, ağ-qara cızıqlı şalvar, 01 ədəd «TRUSSARDİ jeans» markalı boz rəngli şalvar, 01 ədəd «LACOSTE» markalı tünd qırmızı rəngli şalvar, 01 ədəd «ZARA Man» markalı, qara rəngli gödəkçə, 01 ədəd «ARMANİ» yazıları olan kofta, 01 ədəd boz rəngli köynək, 01 ədəd göy rəngli köynək maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmişə şəxsə qaytarılmışdır. Cinayət işinin 1-ci cildinin 217-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Cinayət işinin 1-ci cildinin 218-219-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Quliyev X6 Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci xx xxxx 2017ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə cəzası 06 (altı) ay endirilərək 03 (üç) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx xxxx 2020-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 228.4 və 234.1-ci maddələri, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs1 “…saxlanıldığı zaman üzərində narkotik vasitə və ov bıçağı bıçağı olmadığı, polis əməkdaşları tərəfindən ona təzyiq göstərildiyi üçün özünə qarşı ifadə vermiş və hansısa sənədləri imzalamışdır” deməsi, Təqsirləndirilən şəxs2 “saxlanıldığı zaman üzərində narkotik vasitə olmamasını” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə dindirilmiş zərərçəkmiş, şahid ifadələri, ekspertiza rəyləri, protokollar və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi əməli qismən etiraf edərək peşman olmasını cəzanı yüngülləşdirən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayətin resedivi olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin resedivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. İş materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs2 sonunsu dəfə məhkum olunduqdan sonra xx xxxx 2020-ci il tarixdə, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdə cəzanın sonu ilə azad olunmuş və hazırki əməlləri törədən vaxt qanunvericiliklə müəyyən edilmiş müddət ötməmişdir. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə X2 cəza təyin edərkən, onun şəxsiyyətini, məhkəmə iclaslarındakı davranışlarını, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran hallarının olmamasını nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyil. Ona görə də, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 228.4 və 234.1-ci maddələrinin, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlığının xx xxx 2020-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncuların cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, barələrində narkomaniyadan məjburi müalijə təyin edilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatın sərf edildikdən sonra qalıq çəkiləri 0,425 qram və 0,485 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbayjan Respublikası DİN-nə təhvil verilməli, təhqiqat zamanı götürülmüş 02 ədəd plastik materialdan olan, qızılı rəngli suvenir çayniklər, 01 ədəd üzərində «Eralcap 42» yazıları olan istifadə olunmuş usta qayçısı, 01 ədəd «LCW CASUAL» markalı qısa qol köynək, 01 ədəd «DKNY» markalı, ağ rəngli, qısa qol köynək, 01 ədəd «DKNY» markalı, boz rəngli qısa qol köynək, 01 ədəd «LACOSTE» markalı, açıq mavi rəngli qısa qol köynək, 01 ədəd «TWEEN» markalı, mavi rəngli, qısa qol köynək, 01 ədəd «Damat TWEEN» markalı, açıq mavi rəngli uzun qol köynək, 01 ədəd «DAMAT» markalı, tünd göy rəngli, uzun qol köynək, 01 ədəd «LACOSTE» markalı, üzərində ağ, mavi və göy rəngli qısa qol üç düymə köynək, 01 ədəd «ENERGİE» markalı, ağ-qara cızıqlı şalvar, 01 ədəd «TRUSSARDİ jeans» markalı boz rəngli şalvar, 01 ədəd «LACOSTE» markalı tünd qırmızı rəngli şalvar, 01 ədəd «ZARA Man» markalı, qara rəngli gödəkçə, 01 ədəd «ARMANİ» yazıları olan kofta, 01 ədəd boz rəngli köynək, 01 ədəd göy rəngli köynəyin saxlanılması üçün zərərçəkmişə şəxsə qaytarılması nəzərə alınmalı, məhkəmə-ballistik ekspertizasının xərci 64 manat Təqsirləndirilən şəxs1, materialların-məhkəmə ekspertizasının xərci 266 manat 92 qəpik müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.2, 42.1.3, 61, 62, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 228.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə 02 il 09 ay, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 06 ay, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü ilə maddəsi ilə 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə 02 il 09 ay, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs2 qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatın sərf edildikdən sonra qalıq çəkiləri 0,425 qram və 0,485 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbayjan Respublikası DİN-nə təhvil verilsin, təhqiqat zamanı götürülmüş 02 ədəd plastik materialdan olan, qızılı rəngli suvenir çayniklər, 01 ədəd üzərində «Eralcap 42» yazıları olan istifadə olunmuş usta qayçısı, 01 ədəd «LCW CASUAL» markalı qısa qol köynək, 01 ədəd «DKNY» markalı, ağ rəngli, qısa qol köynək, 01 ədəd «DKNY» markalı, boz rəngli qısa qol köynək, 01 ədəd «LACOSTE» markalı, açıq mavi rəngli qısa qol köynək, 01 ədəd «TWEEN» markalı, mavi rəngli, qısa qol köynək, 01 ədəd «Damat TWEEN» markalı, açıq mavi rəngli uzun qol köynək, 01 ədəd «DAMAT» markalı, tünd göy rəngli, uzun qol köynək, 01 ədəd «LACOSTE» markalı, üzərində ağ, mavi və göy rəngli qısa qol üç düymə köynək, 01 ədəd «ENERGİE» markalı, ağ-qara cızıqlı şalvar, 01 ədəd «TRUSSARDİ jeans» markalı boz rəngli şalvar, 01 ədəd «LACOSTE» markalı tünd qırmızı rəngli şalvar, 01 ədəd «ZARA Man» markalı, qara rəngli gödəkçə, 01 ədəd «ARMANİ» yazıları olan kofta, 01 ədəd boz rəngli köynək, 01 ədəd göy rəngli köynəyin saxlanılması üçün zərərçəkmişə şəxsə qaytarılması nəzərə alınsın, məhkəmə-ballistik ekspertizasının xərci 64 manat Təqsirləndirilən şəxs1, materialların-məhkəmə ekspertizasının xərci 266 manat 92 qəpik müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar