Məhkəmə qərarları › İş №1(008)-76/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-76/2023

27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-76/2023 27.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, X1, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə, saat 18 radələrində ünvan 2 ünvanda 40 saylı marşrut xətt avtobusunun içərisində sərnişin qismində olan Zərərçəkmiş şəxs əynində olan açıq qəhvəyi rəngli gödəkcəsinin sağ cibində olan 400 manat dəyərində “Redmi 9T” markalı, **********91842 və **********91859 imei kodlu mobil telefonunu cibdən çıxarmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs cəmi 400 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək bir neçə dəfə məhkum olunmuşdur. xx.xx.2021-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyası yaxınlığına gələrək 40 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna minmişdir. Avtobusda sərnişin sıxlığını görərək Bakı şəhəri, Sabunçu rayonu, M.Fətəliyev küçəsində 40 saylı marşrut xətt avtobusunun içərisində sərnişin qismində olan adını sonradan bildiyi X2 əynində olan açıq qəhvəyi rəngli gödəkcəsinin sağ cibində olan mobil telefon götürərək öz cibinə qoymuş, Zərərçəkmiş şəxs avtobusda sıxlıq olduğu üçün telefonunun oğurlandığını hiss etməmişdir. X5 avtobusdan endikdən sonra, o, növbəti dayanacaqda avtobusdan enərək yolun digər hissəsinə keçib yenidən Neftçilər metrostansiyası yaxınlığına qayıtmışdır. Orada telefonu format etdikdən sonra telefonun üzərində olan GSM nömrəsini çıxararaq sındırmışdır. Daha sonra X3 məxsus mobil telefonu lombarda apararaq sürücülük vəsiqəsini təqdim edərək 130 manata satmış, əldə etdiyi pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Törətdiyi əməldən səmimi peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin məhkəmə iclasındakı ifadəsi, həmçinin məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş şahid ifadəsi və iş materiallarında olan digər sübutlarla tam təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında yaşayır. 2021-ci ilin əvvəllərində 429 manat dəyərində “Redmi 9T” markalı, **********91842 və **********91859 imei kodlu mobil telefon almışdır. O, xx.xx.2021-ci il tarixdə, saat 18 radələrində Neftçilər metrostansiyası yaxınlığına gələrək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisinə getmək məqsədi ilə 40 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna minmişdir. ünvan 2 ünvanda avtobusdan enmiş bir qədər irəlilədikdən sonra əynində olan açıq qəhvəyi rəngli gödəkcəsinin sağ cibinə əlini salmış, lakin, özünə məxsus “Redmi 9T” markalı mobil telefonun cibində olmadığını müəyyən etmişdir. Avtobusda sıxlıq olduğu üçün ona məxsus mobil telefonun avtobusda olan sərnişin tərəfindən oğurlandığını anlayaraq bununla DİNnin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi əvvəllər tanımamış, onunla düşmənçiliyi və ya ədavəti olmamışdır. O, təxminən 02 ildir ki, Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyası yaxınlığında yerləşən lombardda işləyir. O, 25 noyabr 2021-ci il tarixdə, saat 19 radələrində işdə olarkən Təqsirləndirilən şəxs lombarda gələrək özünə məxsus “Redmi 9T” markalı mobil telefonu girov qoyaraq pul götürmək istədiyini bildirmiş, telefona baxdıqdan sonra həmin telefonun müqabilində 130 manat pul verə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onun təklifi ilə razılaşaraq özünə məxsus sürücülük vəsiqəsini təqdim etmiş, o, müvafiq qeydlər apardıqdan sonra Təqsirləndirilən şəxs 130 manat pul vermiş, həmçinin, ona lombard qəbzi təqdim etmişdir ki, hər ay 26 manat ödəniş edərək aldığı pulu tam ödədikdən sonra girov qoyduğu telefonu geri götürsün. Lakin, Təqsirləndirilən şəxs aylıq ödənişləri ödəmədiyi üçün onun girov qoyduğu telefonu başqa şəxs satmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Siyəzən rayonunda yaşayır. 055 *** ** ** saylı GSM nömrəsini bir ildən artıq müddətdir ki, istifadə edir. O, təxminən 2022-ci ilin fevral ayının sonlarında Qusar rayonunda olduğu zaman ünvanını dəqiq xatırlamadığı mobil telefon mağazasından 300 manat müqabilində “Redmi 9T” markalı **********91859 və **********91842 imei kodlu mobil telefonu alaraq istifadə etmiş, 2022-ci ilin aprel ayında istifadə etdiyi “Redmi 9T” markalı mobil telefonu yaşadığı evin yaxınlığında itirmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Cinayət işinin 120-ci vərəqəsində olan 19 may 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsinin surəti, Bakcell və Azerfon mobil operatorlarına məxsus Şahid1 aid sənədlər cinayət işi üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 124-125-ci vərəqəsində olan 19 may 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi hadisə yerlərində yoxlanılmışdır. Cinayət işinin 149-152-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 18 may 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, sonuncu dəfə, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 12 fevral 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-312/2018 nömrəli, 27 sentyabr 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-332/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 214/2022 saylı, 17 may 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 04 (dörd) gün müddətinin azadlıqdan məhrumetmə cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 04 (dörd) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 15 dekabr 2021-ci il tarixdən hesablanmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadə, digər iş materialları ilə onun zərərçəkmiş şəxsin cibindən çıxarmaqla özgənin əmlakını gizli olaraq talama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edilərkən cəzanı yüngülləşdirən hal müəyyən olunmadı, cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-312/2018 nömrəli, 27 sentyabr 2018-ci il tarixli hökmü ilə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-332/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 04 (dörd) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-332/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli hökmündən əvvəl törətmişdir və bu səbəbdən, ona cinayətlərin məcmusu ilə cəza təyin edilməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-332/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkmə müddətinin əvvəli 15 dekabr 2021-ci il tarixdən hesablandığından məhkəmə hesab edir ki, sonuncunun hazırkı hökm üzrə cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-332/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli hökmü üzrə 04 (dörd) gün tutulması müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 04 (dörd) günü nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli, barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-332/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsinin surəti, Bakcell və Azerfon mobil operatorlarına məxsus Şahid1 aid sənədlər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-332/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 04 (dörd) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-332/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli hökmü üzrə tutulduğu 04 (dörd) gün müddət azadlıqdan məhrumetmə cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 05 (beş) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 15 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin, barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-332/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut, Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsinin surəti, Bakcell və Azerfon mobil operatorlarına məxsus Şahid1 aid sənədlər cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar