Məhkəmə qərarları › İş №1(008)-76/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-76/2024

27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-76/2024 27.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu. Ə.Əliyev küçəsi ev 113-də qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, X2 19 may 2023-cü il tarixdə, saat 22:00 radələrində ünvan 1 ünvanda yerləşən kafedə tanışları ilə birlikdə spirtli içikini qəbul edib sərxoş hala düşərək, onunla birlikdə kafedə olan tanışı Zərərçəkmiş şəxs ayaqyoluna getdiyindən istifadə edib birlikdə əylədikləri masanın üzərindən Zərərçəkmiş şəxs xəbəri olmadan, ona məxsus olan «Hyunday İ 30» markalı, «az ** EL ***» dövlət qeydiyyat nişanlı avtomobilin açarını götürərək kafeni tərk etmiş, kafenin qarşısında dayanmış Zərərçəkmiş şəxs məxsus olan «Hyundai İ 30» markalı, «az ** EL ***» dövlət qeydiyyat nişanlı avtomobili işə salıb hərəkət etdirərək talama məqsədi olmadan qanunsuz ələ keçirib qaçıraraq həmin avtomobili Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ş.Məmmədli küçəsi 22 C saylı binanın qarşısında yolun kənarında dayanmış Şahid1 məxsus olan «Khazar Samand» markalı, «az ** DK ***» dövlət qeydiyyat nişanlı avtomobilinə sonra isə yolun ortası ilə hərəkət edən Şahid3 tərəfindən idarə edilən mopedə və yolun kənarında dayanmış Şahid4 məxsus olan «Mersedes Benz» markalı, «az ** UE ***» dövlət qeydiyyat nişanlı avtomobili vurub zədələyərək «Hyundai İ 30» markalı, «az ** EL ***» dövlət qeydiyyat nişanlı avtomobilə sahiblik edən Zərərçəkmiş şəxs xeyli miqdarda 5.224 manat miqdarında maddi ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust-sentyabr aylarında Seyran özünə «Hyundai İ 30» markalı, «az ** EL ***» dövlət nömrəli avtomobili almışdır. Həmin avtomobili Seyran özü idarə edir. 19 may 2023-cü il tarixdə, saat 20:00 radələrində Seyran həmin avtomobili ilə Maştağa qəsəbəsində yerləşən kafelərin birinə gəlmiş və həmin kafedə onlar ümumi dostları ilə birlikdə görüşmüşlər. Kafedə o Seyran, Elçin, Elvin və Orxan olmuşdur. O, Orxan və Elçin spitrli içiki içirdilər. Seyranla və Elvin isə spirtli içiki qəbul etmirdilər. Seyran kafeyə idarə etdiyi «Hyundai İ 30» markalı, «az ** EL ***» dövlət qeydiyyat nişanlı avtomobili ilə gəlmişdir. Avtomobilin açarını isə Seyran masanın üzərinə qoymuşdur. Saat 22:00 radələrində kafedə olan zamanı Seyran ayaq yoluna çıxmış, avtomobilin açarı isə masanın üzərində qalmışdır. Həmin vaxtı siqareti olmadığı üçün o siqaret almaq istəmişdir. Buna görə də Seyrandan icazə almadan Seyranın olmadığından istifadə edib masanın üzərindən Seyranın avtomobilinin açarını götürüb kafedən çıxmışdır. Kafedən çıxanda Elçində onunla birlikdə siqaret almağa getmişdir. Seyranın xəbəri olmadan kafenin qarşısında Seyrana məxsus olan «Hyundai İ 30» markalı, «az ** EL ***» dövlət qeydiyyat nişanlı avtomobilin sükanın arxasına əyləşmişdir. Elçində avtomobilin qabağ oturacağına əyləşmişdir. Elçin onun Seyrandan avtomobili icazəsiz götürdüyünü bilmirdi. Elçinlə o hər ikisi sərxoş halda idilər. Avtomobili o Maştağa qəsəbəsi H.Heybətov küçəsi ilə üzü Ş. Məmmədli küçəsi istiqamətində saatda təxminən 50-60 km sürətlə idarə etmişdir. Yol kəsişməsinə daxil olan zamanı o avtomobili sola doğru istiqamətləndirəndə sərxoş halda olduğu üçün avtomobilin idarə etməsini itirərək idarə etdiyi avtomobilin qabağ hissəsi ilə yolun kənarında dayanmış «Khazar Samand» markalı, «az ** DK ***» dövlət qeydiyat nişanlı avtomobilin sol qabağ hissəsinə dəymişdir. Sonra həmin küçəsədə hərəkətdə olan üç təkərli moped nəqliyyat vasitəsinə və yolun kənarında dayanmış «Mersedes» markalı, «az ** UE ***» dövlət qeydiyyat nişanlı avtomobilin qabağ sağ qanad hissəsi ilə toqquşmuşdur. Həmin vaxtı o sərxoş halda olduğu üçün həyəcanlanmış və avtomobilini saxlamadan hadisə yerindən uzaqlaşmışdır. Avtomobili zədəli halda o idarə edərkən Maştağa qəsəbəsində yerləşən ara küçələrində saxladı, qorxdu ki, polis əməkdaşları onu yaxalaya bilər. Qorxusundanda mobil telefon aparatını söndürmüşdü. Elçin həmin vaxtı onun yanında olmuşdur və Elçin həmin vaxtı Seyrana zəng vuraraq hadisə barədə məlumat vermişdir. O avtomobilin yanından bir qədər kənarlaşdı, həmin vaxtı hadisə yerinə polis əməkdaşları gəldilər. O özünü polis əməkdaşlarına təqdim etdi və hadisəni necə baş verdiyini izah etdi, polis əməkdaşları onu sərxoşluq müayinəsinə apardılar. Sonra ona məlum oldu ki, hadisə vaxtı o «Khazar Samand» markalı, «az ** DK ***» dövlət qeydiyyat nişanlı avtomobili, «Mersedes» markalı, «az ** UE ***» dövlət qeydiyyat nişanlı avtomobili və yolda hərəkət edən mopedi zədələmişdir və həmin yol nəqliyyat hadisəsi nəticəsində mopedin sürücüsü sonradan adını bildiyi kimi Şahid3 bədən xəsarətlərini almışdır. Törətdiyi əməlinə görə peşmandır. Həmin avtomobillə siqaret alıb qayıtmaq fikrində olmuşdur. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust-sentyabr aylarında o özünə «Hyundai İ 30» markalı, «az ** EL ***» dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Həmin avtomobili özü idarə edir. Təqsirləndirilən şəxs o təxminən 10 ildir ki, tanıyır, aralarında normal münasibətləri var. İbadullanı o ümumi dostları vasitəsi ilə tanımışdır. 19 may 2023-cü il tarixdə, saat 20:00 radələrində o həmin avtomobili ilə Maştağa qəsəbəsində yerləşən kafelərin birinə gəlmişdir. Həmin kafedə İbadulla ilə və ümumi dostları ilə birlikdə görüşüb nahar etməyə başlamışlar. Orada o, İbadulla, Elçin, Elvin və Orxan olmuşlar. İbadulla, Orxan və Elçin spitrli içikini qəbul etməyə başlamışlar. O və Elvin spirtli içikini qəbul etmirdilər. İbadulla bilirdi ki, o «Hyundai İ 30» markalı, «az ** EL ***» dövlət qeydiyyat nişanlı avtomobili idarə edir və həmin avtomobil ona məxsusdur. Kafedə olan zamanı o avtomobilin açarını masanın üzərinə qoymuşdu. Saat 22:00 radələrində o masanın arxasından durub ayaqyoluna getmişdir. Qayıdanda İbadulla və Elçinin çıxıb getmiş, avtomobilin açarını masanın üzərində olmadığını görmüşdür. Onların hara getmələrini soruşanda Elvinlə Orxan ona dedilər ki, İbadulla avtomobilinin açarını götürüb siqaret almağa getmişdir, Elçində onun arxası ilə getmişdir. O İbadullaya onun avtomobilini idarə etmək üçün icazə verməmişdir. İbadulla sərxoş halda onun avtomobilini ondan icazəsiz götürüb sürdüyünə görə o İbadullaya zəng vurmuş, amma İbadulla onun zənglərinə cavab verməmişdir. Sonra isə telefonu söndürmüşdü. Təxminən 15 dəqiqədən sonra Elçin ona zəng vuraraq bildirdi ki, İbadulla «Hyundai İ 30» markalı, «az ** EL ***» dövlət qeydiyyat nişanlı avtomoilini sərxoş halda idarə edərək Maştağa qəsəbəsi, H.Heybətov küçəsi ilə Ş.Məmmədli küçələrin kəsişməsində yolun kənarında dayanmış «Azsamand» və «Mersedes» markalı avtomobillərlə və 3 təkərli mopedlə toqquşmuşdur. Toqquşandan sonra avtomobili saxlamadan hadisə yerindən uzaqlaşmışdır. O da Orxanla və Elvinlə birlikdə hadisə yerinə gəlmiş və həqiqətən yolun kənarında «Khazar Samand» markalı, «az ** DK ***» dövlət qeydiyyat nişanlı avtomobili qabağ sol tərəfi zədələnmiş vəziyyətdə olduğunu, həmin avtomobilin sürücüsü sonradan adını bildiyi kimi Şahid1 orada olmasını görmüşdür. Yolun kənarında o «Mersedes» markalı, «az ** UE ***» dövlət qeydiyyat nişanlı avtomobilidə görmüş, həmin avtomobilin qabağ sağ qanad hissəsi zədələnmişdir. Hadisə yerində 3 təkərli mopedlə olmuşdur və mopedin arxa hissəsi zədəli vəziyyətdə olmuşdur. Hadisə yerində o yerdən avtomobilinə məxsus olan qopmuş qabağ buferi və «az ** EL ***» dövlət qeydiyyat nişanının olduğunu görmüşdür. Nömrəni buferlə birlikdə o götürüb Elçinə zəng vurub avtomobilinin harada olmasını soruşanda Elçin ona İbadullanın polis əməkdaşları onu tapa bilməsinlər deyə, avtomobili hansısa dalanların aralarına sürüb orada gizlətdiyini demişdir. O da gedib avtomobilini tapmış,amma İbadulla orada olmamışdır. Elçin ona demişdir ki, avtomobili İbadulla sürüb hadisə törətmişdir, özüdə çıxıb getmişdir. Həmin vaxtı o avtomobilinin qarşısına gələndə avtomobilin polis əməkdaşları tərəfindən evakuatoru yükləndiyini görmüşdür. Avtomobili cərimə meydançasına aparıldığına görə o hadisə yerinə qayıtmış və orada TTYS-in briqadasını görmışdür. Onlar mopedin sürücüsü yaşlı kişiyə tibbi yardım göstərirdilər. Hadisə nəticəsində həmin şəxs sonradan adını bildiyi kimi Şahid3 bədən xəsarətlərini almış və halı pisləşmişdir. Təqsirləndirilən şəxs o həmin vaxtı avtomobilini idarə etmək üçün icazə verməmişdi. İbadulla sərxoş halda olduğuna görə avtomobilinin açarını masanın üzərindən onun xəbəri və icazəsi olmadan götürüb avtomobilini qaçırtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 30 noyabr 2021-ci il tarixdə, o özünə «Khazar Samand» markalı, «az ** DK ***» dövlət qeydiyyat nişanlı avtomobili almışdır, həmin avtomobi ilə o taksi fəaliyyəti ilə məşqul olub ailəsini dolandırır. Həmin avtomobil ona məxsusdur. 19 may 2023-cü il tarixdə, saat 22:00 radələrində o idarə etdiyi «Khazar Samand» markalı, «az ** DK ***» dövlət qeydiyyat nişanlı avtomobilini Maştağa qəsəbəsi, Ş.Məmmədli küçəsinldə yerləşən H.Əliyev adına olan istirahət parkının qarşında saxlayıb avtomobilinə əşyəşib mobil telefonu ilə şəxsi işlərilə bağlı danışmışdır. Təxminən 5 dəqiqədən sonra o anidən Maştağa qəsəbəsi, H.Heybətov küçəsi ilə hərəkətdə olan ağ rəngli «Hyundai İ 30» markalı, «az ** EL ***» dövlət nömrə nişanlı avtomobil H.Heybətov küçəsi ilə Ş.Məmmədli küçələrin kəsişməsinə yüksək sürətlə daxil olduğu üçün, həmin avtomobili idarə edən sonradan adını bildiyi kimi Təqsirləndirilən şəxs avtomobilin idarə etməsini itirərək qabağ ön hissəsi ilə yolun kənarında dayanmış ona məxsus olan «Khazar Samand» markalı, «az ** DK ***» dövlət qeydiyyat nişanlı avtomobilin sol qabağ hissəsinə dəymiş, sonra həmin küçəsədə hərəkətdə olan 3 təkərli moped nəqliyyat vasitəsinə və yolun kənarında dayanmış «Mersedes» markalı, «az ** UE ***» dövlət qeydiyyat nişanlı avtomobilin qabağ sağ qanad hissəsi ilə toqquşmuşdur. «Hyundai İ 30» markalı, «az ** EL ***» dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sonradan adını bildiyi kimi Təqsirləndirilən şəxs həmin hadisəni törədəndən sonra avtomobili saxlamadan hadisə yerindən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşandan sonra hadisə yerinə yoldan keçən vətəndaşlar toplaşmış və hadisəni tamaşa etməyə başlamışlar. Həmin vaxtı təxminən 10 dəqiqədən sonra yolun kənarında dayanmış «Mersedes» markalı, «az ** UE ***» dövlət qeydiyyat nişanlı avtomobilin sahibi sonradan adını bildiyi kimi Şahid4 gəlmişdir. Xalid ondan nə baş verdiyini soruşanda o Xalidə hadisənin necə baş verdiyini izah etmişdir. Bir neçə dəqiqədən sonra mopedin sürücüsü sonradan adını bildiyi kimi Şahid3n halı pisləşdi və hadisə yerinə TTYS-in həkimləri gəldi. Şahid3 baş vermiş hadisə nəticəsində bədən xəsarətlərini aldığına görə ona tibbi yardım göstərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 19 may 2023-cü il tarixdə, saat 22:00 radələrində o idarə etdiyi üç təkərli mopedi ilə Maştağa qəsəbəsi, H.Heybətov küçəsi ilə üzü Ş.Məmmədli küçəsi istiqamətinə hərəkətdə olmuşdu. Ş.Məmmədli küçəsində yerləşən Heydər Əliyevin adına olan parka çatanda o mopedini sola doğru istiqamətləndirib Ş.Məmmədli küçəsinə daxil olub hərəkətini davam etdirəndə arxası ilə, yəni H.Heybətov küçəsi ilə yüksək sürətlə hərəkət edən ağ rəngli «Hyundai İ 30» markalı, «az ** EL ***» dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sonradan adını bildiyi kimi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili ilə H.Heybətov küçəsi ilə Ş.Məmmədli küçələrin kəsişməsinə yüksək sürətlə daxil olduğu üçün, həmin avtomobili idarə edən sonradan adını bildiyi kimi Təqsirləndirilən şəxs avtomobilin idarə etməsini itirərək qabağ ön hissəsi ilə yolun kənarında dayanmış «Khazar Samand» markalı, «az ** DK ***» dövlət qeydiyyat nişanlı avtomobilin sol qabağ hissəsinə dəymiş, sonra isə yolun ortası ilə hərəkətdə olduğu üç təkərli mopedinin arxa hissəsinə dəyib onu yerə yıxaraq, avtomobilin qabağ hissəsi ilə yolun kənarında dayanmış «Mersedes» markalı, «az ** UE ***» dövlət qeydiyyat nişanlı avtomobilin qabağ sağ qanad hissəsi ilə toqquşmuşdur. «Hyundai İ 30» markalı, «az ** EL ***» qeydiyyat nişanlı avtomobilin sürücüsü sonradan adını bildiyi kimi Təqsirləndirilən şəxs həmin hadisəni törədəndən sonra avtomobili saxlamadan hadisə yerindən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşandan sonra hadisə yerinə yoldan keçən vətəndaşlar toplaşmış və hadisəni tamaşa etməyə başlamışlar. Yol nəqliyyat hadisəsi nəticəsində o bədən xəsarətlərini aldığına görə halı pisləşdi və hadisə yerinə TTYS-ın briqadası gəlib ona tibbi yardım göstərdilər. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2019-cu ildə o özünə «Mersedes Benz C 230» markalı, «az ** UE ***» dövlət qeydiyyat nişanlı avtomobili almışdır, həmin avtomobillə özü idarə edir. Avtomobil ona məxsusdur. 19 may 2023-cü il tarixdə, saat 22:00 radələrindəo idarə etdiyi «Mersedes Benz C230» markalı, «az ** UE ***» dövlət qeydiyyat nişanlı avtomobilini Maştağa qəsəbəsi, Ş.Məmmədli küçəsinldə yerləşən H.Əliyev adına olan istirahət parkla üzbə-üz yolun kənarında saxlayıb ərzaq dükanına daxil olmuşdur. Avtomobildə heç kim olmamışdır. Təxminən 5 dəqiqədən sonra dükanda olanda o möhkəm səs-küy eşitmişdir. Həmin səs-küy avtomobilin toqquşmaları nəticəsində əmələ gəlmişdir. O dərhal H.Əliyev adına olan parka tərəf, avtomobili saxladığı yerə qaça-qaça getmişdir. Orada yol nəqliyyat hadisəsinin baş verdiyini, bir nəfər təxminən 60 yaşlı kişi sonradan adını bildiyi kimi Şahid3 bədən xəsarətlərini aldığını görmüşdür. Hadisə yerinə yaxınlaşanda ona məlum olmuşdur ki, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi ilə hərəkətdə olan ağ rəngli «Hyundai İ 30» markalı, «az ** EL ***» dövlət qeydiyyat nişanlı avtomobil H.Heybətov küçəsi ilə Ş.Məmmədli küçələrin kəsişməsinə yüksək sürətlə daxil olduğu üçün, həmin avtomobili idarə edən sonradan adını bildiyi kimi Təqsirləndirilən şəxs avtomobilin idarə etməsini itirərək qabağ ön hissəsi ilə yolun kənarında dayanmış sonradan adını bildiyi kimi Şahid1 məxsus olan «Khazar Samand» markalı «az ** DK ***» dövlət qeydiyyat nişanlı avtomobilin sol qabağ hissəsinə dəymişdir. Sonra həmin küçədə hərəkətdə olan 3 təkərli moped nəqliyyat vasitəsinə və yolun kənarında dayanmış ona məxsus olan «Mersedes» markalı, «az ** UE ***» dövlət qeydiyyat nişanlı avtomobilin qabağ sağ qanad hissəsi ilə toqquşmuşdur. «Hyundai İ 30» markalı, «az ** EL ***» dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sonradan adını bildiyi kimi Təqsirləndirilən şəxs həmin hadisəni törədəndən sonra avtomobili saxlamadan hadisə yerindən uzaqlaşmışdır. Bir neçə dəqiqədən sonra mopedin sürücüsü sonradan adını bildiyi kimi Şahid3 halı pisləşmiş və hadisə yerinə TTYS-ın həkimləri gəlmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust-sentyabr aylarında Seyran özünə «Hyundai İ 30» markalı, «az ** EL ***» dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Həmin avtomobili Seyran özü idarə edir. 19 may 2023-cü il tarixdə, saat 20:00 radələrində Seyran həmin avtomobili ilə Maştağa qəsəbəsində yerləşən kafelərin birinə gəlmiş və həmin kafedə onlar ümumi dostları ilə birlikdə görüşmüşlər. Kafedə o Seyran, İbadulla, Elvin və Orxan olmuşdular. O, Orxan və İbadulla spirtli içiki içirdilər. Seyranla və Elvin isə spirtli içikini qəbul etmirdilər. Seyran kafeyə idarə etdiyi «Hyunda İ 30» markalı, «az ** EL ***» dövlət qeydiyyat nişanlı avtomobili ilə gəlmişdir. Avtomobilin açarını isə Seyran masanın üzərinə qoymuşdur. Saat 22:00 radələrində kafedə olan zamanı Seyran ayaqyoluna çıxmış, avtomobilin açarı isə masanın üzərində qalmışdır. Həmin vaxtı siqaretləri qurtarmışdır. İbadulla siqaret almaq istəmiş və buna görədə Seyrandan icazə almadan Seyranın olmadığından istifadə edib masanın üzərindən Seyranın avtomobilinin açarını götürüb kafedən çıxmışdır. Kafedən çıxanda o da İbadulla ilə birlikdə siqaret almağa getmişdir. İbadulla Seyranın xəbəri olmadan kafenin qarşısında Seyrana məxsus olan «Hyundai İ 30» markalı, «az ** EL ***» dövlət qeydiyyat nişanlı avtomobilin sükanın arxasına əyləşmişdir. O da avtomobilin qabağ oturacağına əyləşmişdir. İbadulla ilə o sərxoş halda olmuşar. X3 qəsəbəsi H.Heybətov küçəsi ilə üzü Ş.Məmmədli küçəsi istiqamətində saatda təxminən 50-60 km sürətlə idarə edirdi. Yol kəsişməsinə daxil olan zamanı İbadulla avtomobili sola doğru istiqamətləndirəndə sərxoş halda olduğu üçün avtomobilin idarə etməsini itirərək idarə etdiyi avtomobilin qabağ hissəsi ilə yolun kənarında dayanmış «Khazar Samand» markalı, «az ** DK ***» dövlət qeydiyyat nişanlı avtomobilin sol qabağ hissəsinə dəymişdir. Sonra həmin küçədə hərəkətdə olan 3 təkərli moped nəqliyyat vasitəsinə və yolun kənarında dayanmış «Mersedes» markalı «az ** UE ***» dövlət qeydiyyat nişanlı avtomobilin qabağ sağ qanad hissəsi ilə toqquşmuşdur. Həmin vaxtı İbadulla sərxoş halda olduğu üçün həyəcanlandı və avtomobilini saxlamadan hadisə yerindən uzaqlaşmışdır. Avtomobili zədəli halda İbadulla idarə edərkən Maştağa qəsəbəsində yerləşən ara küçələrində saxladı, polis əməkdaşları tərəfindən yaxalana biləcəyinə görə qorxmuşdur. O da həmin vaxtı Seyrana zəng vurub hadisə barədə Seyrana məlumat vermişdir. Seyrana o avtomobilin olduğu yeri barədə məlumat vermiş və bir neçə dəqiqədən sonra onlara polis əməkdaşları yaxınlaşmış və orada olan İbadullanı sərxoşluq müayinəsinə aparmış, avtomobili cərimə meydançasına aparmışlar. O da hadisə yerinə qayıdanda ona məlum oldu ki, hadisə vaxtı İbadulla Seyrana məxsus olan «Hyundai İ 30» markalı avtomobili ilə «Khazar Samand» markalı, «az ** DK ***» dövlət qeydiyyat nişanlı avtomobili, «Mersedes» markalı, «az ** UE ***» dövlət qeydiyyat nişanlı avtomobili və yolda hərəkət edən mopedi zədələmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 23 iyun 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan «Hyundai Auto Azərbaycan Servis Department» şirkətindən verilmiş 21 iyun 2023-cü il tarixli AA041/110 saylı aktdan görünür ki, «Hyundai İ 30» markalı, «az ** EL ***» dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində ehtiyyat hissələrinin dəyişdirilməsi üçün 5.224.00 manat tələb olunur. Dəmirçi, boya, elektrik, razval işlərinin həyata keçirilməsi üçün ümumi olaraq 1.470 manat tələb olunur. TŞ 9-015 nömrəli videomüşahidə qurğusunun 2-ci kamera tərəfindən qeydə alınmış 19 may 2023-cü il tarixli saat 22:05-dən 22:08-dək olan müddətdəki bir ədəd «DVD» diskdə qeydə alınmış videoyazısınına baxış keçirilən zamanı müəyyən olmuşdur ki, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi ilə hərəkətdə olan ağ rəngli «Hyundai İ 30», markalı, «az ** EL ***» dövlət qeydiyyat nişanlı avtomobil H.Heybətov küçəsi ilə Ş.Məmmədli küçələrin kəsişməsinə yüksək sürətlə daxil olur. Həmin avtomobili idarə edən sürücü avtomobilin idarə etməsini itirərək qabağ ön hissəsi ilə yolun kənarında dayanmış boz rəngdə olan «Khazar Samand» markalı avtomobilimin sol qabağ hissəsinə dəymiş, sonra həmin küçəsədə hərəkətdə olan 3 təkərli moped nəqliyyat vasitəsinə dəymiş, həmin mopedin sürücüsünü yerə yıxmış və yolun kənarında dayanmış tünd rəngli «Mersedes» markalı avtomobilin qabağ sağ qanad hissəsi ilə toqquşmuşdur. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədilmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş, təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 185.2.4cü maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə, (qaçırma) zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədilməyə görə-üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə olaraq az ağır cinayətin törətməsini, himayəsində yetkinlik yaşına çatmayan uşaqların olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamın 1.1-ci maddəsinə əsasən həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsi mümkünlüyü araşdırılmalıdır. Həmin Sərəncamın 10.5-ci maddəsinə əsasən həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməli, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməli, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılmalıdır. Cinayət işinin materiallarında olan 05 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh.,94). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 05 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh., 105). Cinayət işinin materiallarında olan iş üzrə toplanmış sübutlara qiymət verilməsi haqqında 19 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsinə tövsif olunmu və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (səh., 81). Məhkəmə, təqsirləndirilən şəxs X1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi əməldən peşman olmasını, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümükülüyünü, himayəsində yetkinlik yaşına çatmayan uşaqların olmasını, ağır cəzanın verilməsi onun ailəsinə pis təsir göstərməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsinə əsasən «03» (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hüquqi xidmətə görə müdayfiəçi Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar