Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-76/2025 16.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Cəfərova İfadə Gündüz qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi –07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalardan istifadə etməklə özgənin əmlakını gizli talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılardan istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 27 dekabr 2022-ci il tarixdə saat 20 radələrində yaşadığı ünvan 3 ünvanında olarkən istifadəsində olan «Samsung» markalı A 30 modelli mobil telefonuna yüklənilmiş «MPAY» tətbiqindən istifadə etməklə ümumi istifadə üçün nəzərdə tutulmayan, özündə bank sirrini təşkil edən Zərərçəkmiş şəxs istifadəçisi kimi adında ona məxsus "xxxx" ASC-nin bank kartının məlumatlarını, yəni bank kartının 16 rəqəmdən ibarət nömrəsinin hər bir bank istifadəçisində fərqli olan son 8 rəqəmini habelə 3 rəqəmdən ibarət CW nömrəsini müəyyən etmək üçün özündən ixtiyari rəqəmlər daxil etmə üsulu ilə müəyyən edərək hüququ olmadığı halda qəsdən ələ keçirərək, informasiya texnologiyalarından istifadə etməklə 27 dekabr 2022-ci il tarixdə saat 20:01:41-də 3 manat, saat 20:01:53-də 52 manat, saat 20:02:00-də 102 manat, saat 20:02:09-də 102 manat, saat 20:02:18-də 204 manat, saat 20:02:57-də 32 manat və sonuncu dəfə saat 20:03:17-də 7 manat pul, cəmi komissiya daxil məbləğ 502 manat pul vəsaitini istifadəsində olan adına qeydiyyata alınmış ***-***-**-** nömrəli Mpay hesabına köçürdükdən sonra pulu həmin tarixdə saat 20:03-də "xxxx" ASC-nə məxsus 4098 5844 6415 9712 nömrəli «Leobank» kartın balansına mədaxil etməklə 27 dekabr 2022-ci il tarixdə axşam saatlarında ünvan 4 ünvanında yerləşən 113 nömrəli tam orta məktəbin yaxınlığında olan "xxxx" ASC-nə aid bankamatdan 486 manat pulu nağdlaşdırıb elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs ümumilikdə 502 manat dəyərində maddi ziyan vurmaqla özgənin əmlakını gizli talayıb oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanda yaşayır. 27 dekabr 2022-ci il tarixdə günorta saatlarında “Tik tok” sosial şəbəkəsində «Mpay» proqramı vasitəsi ilə “Leo bank" kartından ilk səkkiz rəqəmlər eyni olduğundan digərlərini ardıcıl proqramda rəqəm yığmaqla yaşıl işarə çıxdıqda həmin tanımadığı şəxsə məxsus kartdan «Mpay» proqramına ilk olaraq ən aşağı məbləğ, yəni bir manat kart sahibinin icazə verməsindən sonra yüklədikdə digər məbləğləri də eyni qaydada karta yükləyib bankomatdan çıxarmaq mümkündür. Odur ki, həmin görüntünü gördükdən sonra istifadəsində olan “Samsung” markalı A30 modelli telefonunun yaddaşına ***-***-**-** nömrəsi ilə qeydiyyatdan keçdiyi “Mpay” proqramı yükləmişdir. Yaşadığı ünvan 6 ünvanında olarkən saat 20 radələrində həmin proqramda “Leo Bank” kartının hər kəsdə eyni olan ilk 8 rəqəmini yığmış, digər rəqəmləri isə özündən həmin proqrama daxil etmişdir. Beləliklə həmin şəxsə məxsus 4098 5844 6856 3992 saylı kodu daxil etdikdən sonra yaşıl rəngli işarə gələrək belə kodun mövcud olması bildirilmişdir, kartın etibarlılıq müddəti sorğu edildikdə çox zaman 05/27 olduğundan o həmin tarixi daxil etmişdir, 3 rəqəmli kodu sorğu etdikdə isə real olmayan hər hansı bir 3 rəqəmi də daxil etdikdə qəbul olunduğundan həmin prosesi də icra edib kartdan ilk olaraq “MPAY" tətbiqinə aid bir manat, daha sonra isə ardıcıl olaraq digər məbləğlər yüklənməklə ümumilikdə 502 manat pul vəsaiti yüklənmişdir. Həmin “Mpay” proqramına yüklənən 502 manat pul vəsaitini isə özünə məxsus olan 4098 5844 6415 9712 saylı kodu olan “Leo Bank” kartına yükləmişdir. Sonra kartına yüklənən həmin pul vəsaitinin komissiyalar tutulmaqla Kürdəxanı qəsəbəsində yerləşən 113 saylı tam orta məktəblə üzbəüz yerləşən "xxxx" ASC-nə məxsus bankomatdan 482 manat nağd pul vəsaitini çıxartmışdır. 31 dekabr 2022-ci il tarixdə Nizami RPİ-nin 24- cü Polis şöbəsindən zəng olunaraq şöbəyə dəvət edilmişdir. PB-də olarkən o 27 dekabr 2022-ci il tarixdə tutduğu əməli səmimi olaraq etiraf etmiş və bankomatdan əldə etdiyi pulu polis əməkdaşlarına təqdim etmişdir. O eyni qaydada yalnız hal-hazırda bildirdiyi kartdan pulu ələ keçirmiş, başqa digər kartdan pul vəsaiti ələ keçirməmişdir. Vurulmuş ziyanı tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmamasını, hərbi xidmətdə olarkən Qarabağ müharibəsi iştirakçısı olmasını nəzərə almaqla ona yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə teleqramla müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasını qeyd etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 20 radələrində özünə məxsus mobil telefonla danışan zaman ona MPAY mesaj tətbiqindən mesaj gəlmişdir. Həmin mesajda “Unibank”a aid 4098 5844 6856 3992 saylı Leo Bank kartından 3 manat ödəniş ediləcəyi barədə mesaj gələn zaman ondan təsdiqləməyi barədə sorğu gəlmişdir. Onun başı qarışıq olduğu üçün həmin mesajı təsdiqləmişdir. Təxminən 1 dəqiqə sonra mobil telefonuma mesajlar gəldiyini görmüşdür. Həmin mesajlara baxan zaman özünə məxsus Unibanka aid 4098 5844 6856 3992 Leobank kartından ilk olaraq 3 manat pulumun çıxarıldığını aşkar etmişdir. Bir qədər sonra yenidən mesaj gəlmişdir. Sonradan ardıcıl olaraq kartından hissə-hissə ümumilikdə 502 manat pulunun çıxarıldığını aşkar etmişdir. O sonradan Unibank məxsus *07773 çağrı mərkəzi ilə əlaqə saxlamışdır. Operatorla əlaqə saxladıqda operator ona pulunun naməlum şəxs tərəfindən çıxarıldığını və polis orqanlarına müraciət etməsini bildirmişdir. O bundan sonra baş vermiş hadisə ilə əlaqədar DİN-nin 102 xidmətinə məlumat vermişdir. Həmçinin sonradan özünə məxsus kartı da başqa kartla əvəz etmiş və onun adına aparılmış bank əməliyyatlarını təhqiqata təqdim etmişdir. Ona ümumilikdə 502 (beş yüz iki) manat maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZ96BAZ**********1010AZN001 hesab nömrəsi və 4098 5844 6856 3992 saylı Leo Bank kartına dair hesabdan çıxarışlardan görünür ki, Zərərçəkmiş şəxs 4169 7388 1403 2987 nömrəli "xxxx" ASC-nin bank kartından 27 dekabr 2022-ci il tarixdə saat 20:01:41-də 3 manat, saat 20:01:53-də 52 manat, saat 20:02:00-də 102 manat, saat 20:02:09-də 102 manat, saat 20:02:18-də 204 manat, saat 20:02:57-də 32 manat və sonuncu dəfə saat 20:03:17-də 7 manat pul, cəmi 502 manat pul ***-***-**-** nömrəsi ilə qeydiyyatdan keçilmiş “Mpay” hesabına köçürülmüşdür. Hesaba köçürüldükdən sonra elə həmin tarixdə saat 20:03-də “LeoBank”-a məxsus 6415-9712 (kartın son 8 rəqəmi) nömrəli plastik bank kartına mədaxil edilmişdir(i.v. 96-101). “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür k, Misirov X1 Mixail Yuryeviçin bank kartından gizli talayıb oğurluq etdiyi 502 manat pul vəsaitini istifadəsində olan adına qeydiyyata alınmış "xxxx" ASC-nə məxsus 4098 5844 6415 9712 nömrəli «Leobank» kartın balansına hissə-hissə olmaqla yükləmiş və həmin pulun bir hissəsini, yəni 486 manatım 27 dekabr 2022-ci il tarixdə axşam saatlarında ünvan 4 ünvanında yerləşən 113 nömrəli tam orta məktəbin yaxınlığında olan "xxxx" ASC-nə aid bankamatdan çıxararaq nağdlaşdırmışdır. Pulun nağdalaşdırılması faktı ilə bağlı şahid Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, Təqsirləndirilən şəxs pulu nağdlaşdırdığı bankamatı göstərməklə çəkilmiş fotoşəkillər protokola əlavə olunmuşdur (i.v.64-67). “Sübutların qiymətləndirilməsi haqqında” 06 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittihama əlavələr edilməklə ona yenidən həmin maddə ilə ittiham elan edilmiş, Zərərçəkmiş şəxs bank kartına dair çıxarışlar maddi sübut kimi qiymətləndirilmiş, iş üzrə Zərərçəkmiş şəxs ifadəsi, ifadənin yerində yoxlanılması protokolu sübut kimi qiymətləndirilmişdir(i.v.102-104). Maddi ziyanın könüllü ödənilməsi üçün təqdim edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 500 manat pul vəsaiti ünvan 7 ünvanda yerləşən Nizami RPİ-nin 409 nömrəli xidməti otağında iş üZərərçəkmiş şəxs verilmişdir(i.v.53). Zərərçəkmiş şəxs məhkəməyə teleqramla müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ifadənin yerində yoxlanması protokolu, hesabdan çıxarışlar, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il qərarına əsasən Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş “informasiya texnologiyaları” müddəası isə informasiyanın ötürülməsi, qəbulu və emalı üzrə proseslər zamanı alət və ya vasitələr toplusunu nəzərdə tutur. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən informasiya texnologiyaları -informasiya prosesləri zamanı, o cümlədən hesablama və rabitə texnikasının tətbiqi ilə istifadə edilən üsul və vasitələr sistemidir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompyuter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.3- 1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 31 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 dekabr 2022-ci il tarixdə, saat 22:10-da tutulmuşdur(i.v.31). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 02 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal saxlandığı yerdən azadlığa buraxılmışdır (i.v.71-72). “Qətimkan tədbirinin seçilməsi haqqında” 02 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.73-74). 01 yanvar 2023-cü il tarixli qərarla Bakı şəhəri Nizami RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi polis mayoru X2 tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir(i.v.1). 06 yanvar 2023-cü il tarixli Nizami RPİ-nin İŞ-nin qərarı ilə ********* nömrəli cinayət işi ərazi aidiyyəti üzrə Bakı şəhəri Sabunçu RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir(i.v.76). 16 yanvar 2023-ci il tarixli qərarla ********* nömrəli cinayət işi icraata qəbul edilib istintaqı aparılmışdır(i.v.77). 31 yanvar 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində təqsirləndirilən şəxs qismində axtarış elan edilməklə ********* nömrəli cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nİn 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır(i.v.84-85). 06 noyabr 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işinin icraatı Təqsirləndirilən şəxs könüllü gəldiyindən icraat təzələnmişdir(i.v.87). “Qətimkan tədbirinin seçilməsi haqqında” 06 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.135-136). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 28 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkumluğu barədə məlumat yoxdur(i.v.80). Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il təvəllüdlü azyaşlı uşağı var(i.v. 137). Təqdim edilmiş hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (AR CM-nin 59.2-ci maddəsi), vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsini(AR CM-59.1.13), cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması(AR CM-nin 59.1.4), zərərçəkmiş şəxsin şikayət və tələbinin olmaması onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, vurulmuş ziyanın məbləği(502 manat), şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi nəzərə alınmalıdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, məhkəmə xərci yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 dekabr 2022-ci il tarixdən 02 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut AZ96BAZ**********1010AZN001 hesab nömrəsi üzrə 4098 5844 6856 3992 saylı bank kartına dair hesabdan çıxarışlar cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №1(008)-76/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-76/2025
16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver