Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-761/2023 16.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X6, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 2004-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Ağdam rayonu, Sarıcalı Ərazi Dairəsi, Sarıcalı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik Sovxozu, nömrəsiz fərdi yaşayış evində yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 iyun 2022-ci il tarixdə, saat 20:40-da Bakı şəhəri, Sabunçu rayonunun inzibati ərazisinə aid olan Abşeron rayonu, Məmmədli kəndi, Zabrat-Kürdəxam şosesində, Məmmədli dairəsinin sağ tərəfində yerləşən Zavod küçəsi adlanan ərazidəki boş torpaq sahəsində tanışları Şahid1 ilə ona borcunu ödəməkdən yayınmış X2 baş verənləri aydınlaşdırmaq məqsədi ilə görüşüb söhbət edən zaman bu məzmunda aralarında baş vermiş sözlü mübahisə zamanı Sübhan Cəfərovun pulunun olmaması səbəbindən borcunu ödəyə bilmədiyini bir daha bildirməsindən əsassız olaraq hiddətlənib bunu cüzi səbəb kimi bəhanə etmiş Şahid1 ictimai qaydalara və cəmiyyət tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə öz şəxsiyyətini sonuncunun şəxsiyyəti fövqündə qoyub üstünlüyünü nümayiş etdirmək məqsədilə heç bir əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, deşicikəsici xassəyə malik soyuq silah hesab olunan ümumi təyinatlı qatlanan tipli ov bıçağını çıxarıb qəsdən öldürmək məqsədi ilə Sübhan Cəfərovun bədən səthinə bir dəfə zərbə vurub ona qarının ön divarının qarın boşluğuna nüfuz edərək mədənin yaralanmasına səbəb olan baş vermiş çoxlu qanitirmə nəticəsində ölümü ilə birbaşa səbəbli əlaqəli canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik 1 (bir) ədəd deşilmiş-kəsilmiş xəsarət yetirərək onu qəsdən öldürməklə Şahid1 tərəfindən xüsusilə ağır cinayət olan xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə cinayətinin törətməsini həmin vaxtı hadisə yerində olduğundan görüb bilərək sonradan qaçıb gizlənməklə həmin cinayət barəsində müvafiq hakimiyyət orqanına xəbər verməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Ağdam rayonu, Sarıcalı Ərazi Dairəsi, Sarıcalı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik Sovxozu, nömrəsiz fərdi yaşayış evində yaşayır. X5 və Şahid1 onun tanışıdır. O, 09 iyun 2022-ci il tarixdə, saat 20:40 radələrində tanışları Şahid1 və Şahid2 Hüseyn oğlu ilə birlikdə X5 ilə görüşmək məqsədi ilə taksi vasitəsilə Abşeron rayonu, Məmmədli kəndi, Zabrat-Kürdəxanı şosesində, Məmmədli dairəsinin sağ tərəfində yerləşən Zavod küçəsi adlanan əraziyə getmiş, taksidən endikləri zaman Şahid1 vəsiqəsini girov qoyaraq sürücüyə gözləməsini bildirmişdir. Şahid1 aralarında olan borc məsələsi ilə bağlı Sübhan Cəfərovla söhbət edəcəyini bildirərək Sübhanla birlikdə boş əraziyə getmiş, onları arxalarınca gəlmələri barədə xəbərdar etmişdir. Şahid1 və Sübhan Cəfərov bir qədər onlardan uzaqlaşaraq söhbət etməyə başlamış, İlham ona borcu olduğu pulu geri qaytarmasını Sübhandan tələb etmiş Sübhan aqressiv şəkildə pulu olmadığını İlhama bildirmiş, bununla bağlı aralarında mübahisə yaranmışdır. Sübhan Cəfərov borcunu qaytarmaqdan imtina etdiyi üçün Şahid1 belində gizlətdiyi bıçağı sol əlinə alaraq Sübhana bir dəfə zərbə vurmuş, onun bu zərbəsindən sonra Sübhan yerə yıxılmışdır. O, dərhal Sübhana yaxınlaşmış, əynində olan köynəyin altından geyindiyi maykanı çıxararaq Sübhanın qarın nahiyəsinə sıxmış, lakin, Sübhanın öldüyünü görərək qorxub İlhamgillə birlikdə taksiyə əyləmiş, taksi sürücüsü İlhamın əlində bıçaq olduğu üçün ondan qorxaraq İlhamın bildirdiyi istiqamətdə hərəkət etmişdir. Taksidə olarkən İlham sürücüdən salfet alaraq bıçağın üzərində olan qanı silmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsi yaxınlığında ilk olaraq Şahid2 Hüseyn oğlu avtomobildən enmiş, bir qədər irəlilədikdən sonra o və İlhamda taksidən düşmüşdür. Onlar birlikdə Sabunçu rayonu ərazisində yerləşən “Muxtarov” adlanan əraziyə getmiş, orada tanışları Elcan Səfərovla qarşılamışlar. Şahid1 baş vermiş hadisəni Elcan Səfərova danışmış, lakin, Elcan onlara inanmamışdır. Daha sonra onlar birlikdə Elcan Səfərovun yaşadığı məhəlləyə getmiş, orada olarkən İlham köməklik etməsi məqsədi ilə tanışı Məhəmmədə zəng edərək hadisə barədə məlumat vermiş, ondan olduqları yerə gəlməsini xahiş etmişdir. Təxminən gecə saat 01-02 radələrində Məhəmməd zəng edərək çatdığını bildirmiş, onlar Məhəmmədi qarşıladığı zaman avtomobildən polis əməkdaşları düşərək Şahid1 və Elcan Səfərovu saxlamış, o, qorxduğu üçün qaçaraq oradan uzaqlaşmışdır. O, bir neçə gün Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən cücə fermasında gizlənərək, istifadə etdiyi mobil telefonu söndürmüş, mobil telefonu yandırdığı zaman atası və dayısı onunla əlaqə saxlayaraq Sübhan Cəfərovun öldüyünü bildirmiş, ondan polisə təslim olmasını tələb etmişlər. Bundan sonra, o, Sabunçu RPİ-nin 15-ci PB-nə gedərək təslim olmuşdur. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 2021-ci ildən etibarən taksi fəaliyyəti ilə məşğul olur. 09 iyun 2022-ci il tarixdə, saat 20:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində olduğu zaman “Bolt” proqramı vasitəsi ilə 2 ünvana yəni Sabunçu rayonu, Ramanı qəsəbəsi, “Qardaşlar" marketdən, Abşeron rayonu, Məmmədli dairəsi və Sabunçu rayonu, Ramanı qəsəbəsi, Şəhər yolu döngə 52 ünvanına sifariş daxil olmuş, o, sifariş verilmiş ünvana getmiş, orada 3 nəfər şəxs, həmin şəxslərdən biri ön oturacaqda, digəri ikisi arxa oturacaqda əyləşmiş, yol boyu ön oturacaqda əyləşmiş şəxs sonradan ad, soyadını bildiyi Şahid1 telefon vasitəsi ilə qardaş deyə müraciət etdiyi şəxslə mülayim şəkildə danışmışdır. Abşeron rayonu, Məmmədli kəndi, Zabrat-Kürdəxanı şosesində, Məmmədli dairəsi yaxınlığında həmin şəxslər avtomobildən enərək digər bir şəxslə görüşmüş, ikinci ünvana sifariş verildiyi üçün o, avtomobildə həmin şəxslərin geri qayıtmasını gözləmişdir. Təxminən 20-30 dəqiqə sonra səs-küy eşitmiş, həmin istiqamətə baxdığı zaman əvvəllər tanımadığı qara köynək geyinmiş şəxsin arxası üstə yerə uzandığını görmüş, Təqsirləndirilən şəxs və yaxınlıqda yerləşən avtoyuma məntəqəsinin əməkdaşları həmin şəxsə köməklik etmək istəsə də, Şahid1 həmin şəxslərə köməklik etməmələrini bildirmişdir. Daha sonra onlar yenidən avtomobilə geri qayıtmış, Şahid1 əlində qanlı bıçıqla ön oturacaqda, digər iki şəxs isə arxa oturacaqda əyləşmiş, ondan avtomobili hərəkət etdirməsini tələb etdirmişdir. O, Şahid1 əlində bıçaq olduğuna görə qorxaraq Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi istiqamətində hərəkət etmiş, Şahid1 yol boyu xəsarət yetirdiyi şəxsin ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin şəxslərdən biri Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsi yaxınlığında, digər ikisi isə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu keçidinə çatmamış avtomobildən enmişdir. O, DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, daha sonra yaşadığı ünvana getmişdir. Evdə olduğu zamanı mobil telefonuna zəng gəlmiş, o, hadisə yerinə geri qayıdaraq baş verənləri danışmışdır. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və X5 onun tanışlarıdır. O, Şahid1 ilə sosial şəbəkə vasitəsi ilə tanış olmasına baxmayaraq yaxın münasibətləri olmamışdır. 09 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən “playstation” klubda olduğu zaman istifadəsində olan mobil nömrəyə tanımadığı nömrədən zəng gəlmiş, telefon zəngini cavablandırdığı zaman, zəng edənin Təqsirləndirilən şəxs olduğunu öyrənmiş, Adil onu Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən “Şəhid Bulağı” adlanan əraziyə dəvət etmişdir. O, qeyd olunan ünvana getmiş, həmin vaxt, Şahid1 da, orada olmuşdur. Şahid1 telefon vasitəsi ilə Sübhan Cəfərova zəng edərək onunla mülayim şəkildə danışmış, ona görüşməyi təklif etmişdir. Daha sonra onlar taksi sifariş verərək Abşeron rayonu, Məmmədli kəndi, Zabrat-Kürdəxanı şosesində, Məmmədli dairəsi yaxınlığına getmiş, yolda olarkən Sübhan zəng edərək İlhamdan harada olduqlarını soruşmuş, İlham yenidən Sübhanla mülayim şəkildə danışaraq yolda olduqlarını demişdir. Abşeron rayonu, Məmmədli kəndi, Zabrat-Kürdəxanı şosesində, Məmmədli dairəsi yaxınlığında olduqları zaman o, Sübhan Cəfərovu görərək ona əli işarə edərək yanlarına gəlməsini bildirmişdir. Taksidən endikləri zaman İlham özünə məxsus mobil telefon və pul qabını sürücüyə verərək gözləməsini demiş, onlar avtomobildən enərək Sübhanla görüşmüşlər. Daha sonra İlham ilə Sübhan kənara çəkilərək söhbət etməyə başlamış, Sübhangilin söhbətinin mübahisəyə çeviriləcəyini gördükləri üçün o, Adil ilə birlikdə Sübhangilə yaxınlaşmış, Sübhan məsələnin onunla İlhama aid olduğunu bildirərək onlardan qarışmamalarını xahiş etmişdir. Onlar yenidən bir qədər aralıda gözləməyə başlamış, Sübhan ilə İlhamın arasında olan mübahisənin borc ilə bağlı olduğunu eşitdikləri üçün onlara yaxınlaşmış, o, özünə məxsus mobil telefonu lombarda girov qoyaraq pul götürməyi və İlhama olan borcu ödəməsini Sübhana təklif etmiş, Sübhan onun təklifi ilə razılaşmayaraq onlardan məsələyə müdaxilə etməmələrini tələb etmişdir. Sübhan ilə İlhamın arasında olan mübahisənin müsbət sonluqla sonlanacağını düşündükləri üçün onlar bir qədər uzaqlaşaraq söhbət etməyə başlamış, anidən səs-küy gəldiyini eşidərək geriyə baxmış, İlhamın əlində olan bıçaqla Sübhanı vurduğunu və Sübhanın arxası üstdə yerə uzandığını görmüşdür. O, Adil ilə birlikdə Sübhana tərəf qaçaraq ona yardım etməyə çalışmış, Adil əynində olan maykanı çıxararaq Sübhanın qarın boşluğuna tutmuşdur. O və Adil aldığı bıçaq xəsarətinə görə Sübhanın vəziyyəti pisləşdiyi üçün şoka düşmüş, İlham onlara hadisə yerindən qaçmağı tələb etdiyinə görə qorxduqları üçün onunla birlikdə taksiyə əyləşmiş, oradan uzaqlaşdıqları zaman Adil avtoyuma məntəqəsində çalışan işçilərdən Sübhana köməklik etmələrini xahiş etmişdir. Onlar taksiyə əyləşdikdən sonra İlham sürücüdən oradan uzaqlaşmasını tələb etmiş, sürücü İlhamın əlində qanlı bıçaq gördüyü üçün qorxaraq avtomobili hərəkət etdirmişdir. O, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsi yaxınlığında avtomobildən enərək yaşadığı evə getmiş, baş vermiş hadisə barədə heç kimə məlumat verməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, X4 təxminən biriki ay olar ki, yolda təsadüfən tanımış, ortaq tanışları olduğu üçün aralarında səmimi münasibət yaranmış və özünə məxsus sosial şəbəkədə olan səhifəsini ona vermişdir. 2022-ci ilin may ayının sonlarında dostları ilə birlikdə Ramana qəsəbəsində yerləşən “Friends” adlı kafeyə gedib pivə içmiş, onun həmin kafeyə 100 manat borcu qalmışdır. Bundan 2-3 gün sonra səhv etmirsə iyun ayının 2-də o, Sübhanla bir yerdə olan zaman qərara gəlmişlər ki, dostlarını kafeyə dəvət etsinlər, birlikdə əyləşib pivə içsinlər. Sübhanda ona bildirmişdir ki, hesab nə gəlsə ikisi yarıya bölərlər. Bundan sonra həmin gün onlar “Friends” adlı kafeyə yığıb axşam saat 21-22 radələrinə qədər birlikdə əyləşib pivə içmişlər. Bu dəfə hesab 100 manata yaxın olmuşdur. O, hesabı verə bilməyəcəklərini görüb Sübhanla birlikdə “Neftçilər" metro stansiyasına gedib özünə məxsus “Redmi" markalı telefonunu Sübhanın şəxsiyyət vəsiqəsi ilə girov qoyub 100 manat pul götürmüşdür. Həmin pulun 60 manatını özünə lazım olduğu üçün saxlamış, 40 manatını isə gətirib kafeni işlədən Sarvan adlı şəxsə vermiş, kafeyə 153 manat borcu qalmış, həmin pulu da tez bir zamanda qaytaracağını demişdir. Sübhan isə ona 153 manat borcu qaytarmaqda, səhəri gün pul tapıb telefonu lombartdan çıxartmaqda köməklik edəcəyinə söz vermişdir. Lakin səhəri gün ona zəng vursa da, pulu düzəldə bilmədiyini demişdir. Sonrakı günlərdə kafeni işlədən Sarvan adlı şəxsin pulunu istədiyini görüb Sübhana bildirmişdir ki, pulu ödəməkdə köməklik etsin. Sübhan ona 60-70 manat pul verməli idi. Lakin müxtəlif bəhanələr gətirib pulu ödəməkdən yayınmışdır. xx.xx.2022-ci il tarixdə bütün günü evdə olmuş, günorta saatlarında telefonuna baxanda görmüşdür ki, “İnstagram” sosial şəbəkəsində Sübhan ona “sən düzgünlükdən danışırsan, amma elədiyin hərəkətlər səhvdir, sən qəhbəsən” məzmununda smslər yazmışdır. O, Sübhana heç bir cavab yazmamış, lakin bu smsdən bərk əsəbləşmişdir. Həmin gün saat 17 radələrində tanışı Təqsirləndirilən şəxs ile “Koroğlu" metro stansiyasının yaxınlığında görüşüb ayaqqabı almaq üçün “28 may” metro stansiyasına getmiş, sonra isə birlikdə Adilgilin həyətində qayıtmışlar. O, Adil ayaqqabısını evə qoyandan sonra Adildən xahiş etmişdir ki, bir qədər piyada gəzişsinlər onu evlərinə tərəf yol salsın. Adil yolda onun telefonundan “Ceka” ləqəbli tanışına zəng vurub, harada olması ilə maraqlanmış, Adilin dediyinə görə həmin şəxslə hələ günorta danışmışdır ki, axşam onlar tərəfə gəlsin, birlikdə gəzişsinlər. Onlar bulağın yanında “Ceka” ləqəbli şəxslə rastlaşmış, biraz söhbət etmişlər. Həmin vaxtı “Friends” adlı kafeni işlədən Sarvan adlı şəxs ona zəng vurub aqressiv şəkildə danışaraq ona olan borcunu ödəməyini tələb etmişdir. O da Sübhana zəng vurmuşdur ki, onunla görüşüb pulunu alsın. Sübhan bir neçə gün idi ki, pulu vermədiyindən o, pis vəziyyətdə qalmışdır. Pulu qaytaraq əvəzinə ona söyüşlü smslər göndərmişdir. O, Adilə təklif etmişdir ki, Sübhan ilə görüşə onunla birlikdə getsin, “Ceka" ləqəbli şəxsə isə gəlməməsini xahiş etmişdir. O dostlar arasında olan söhbətdən “Ceka” ləqəbli şəxsin xəbər tutmasının istəməmişdir. Lakin Adil təklif etmişdir ki, “Ceka" ləqəbli şəxs də onlarla getsin tez görüşüb qayıdarlar. Buna görə də etiraz etməmişdir. “Ceka" ləqəbli şəxsi Sabunçuda yaşayan şəxs kimi tanımışdır. Onunla elə də yaxın münasibəti olmamışdır. Onun telefon nömrəsini, anket məlumatlarını bilmir. Düzdü Adil onun telefonundan həmin şəxsə zəng vursa da, lakin nömrəni özü yığdığı üçün hansı nömrə olduğunu xatırlamır. Təxminən saat 19 radələrində öz istifadəsində olan ***-***-**-** nömrəsindən Sübhanın istifadəsində olan hazırda unutduğu nömrəyə zəng vurub ondan harada olmasını soruşmuşdur. Sübhan isə cavabında Məmmədli kəndində olduğunu demişdir. O, şübhələnməsin deyə onunla mehriban danışmış, məqsədi Sübhanla görüşmək, işlətdiyi söyüşlərə görə onu bıçaqla vurub cəzalandırmaq olmuşdur. Adil özü də Sübhanı tanımış, bildiyinə görə münasibətləri yaxşı olmuşdur. Adil ondan nə baş verdiyini, nə üçün Sübhanı axtardığını soruşduqda, onunla işi olduğunu demişdir. Hadisədə istifadə etdiyi bıçaq isə qabaqcadan üzərində olmuş, həmin bıçaq açılıb-bağlanan olmaqla dəstəyi şabalıdı rəngli taxtadan, tiyəsi isə metaldan olmuşdur. Bıçağın uzunluğu təxminən 15-20 sm olmuşdur. Həmin bıçağı o, təxminən iki ay olar ki, hazırda xatırlamadığı internet səhifəsindən xoşu gəldiyi üçün sifarişlə 40 manat almışdır. Onun üstündə bıçaq olmasından Adilin və "Ceka” ləqəbli şəxsin xəbəri olmamışdır. Onlar birlikdə “Bolt" taksi xidməti vasitəsi ilə taksi çağırmış, bir müddət keçmiş “Toyota Prius" markalı avtomobil qeyd etdikləri ünvana çatmışdır. O, maşında qabaq sağ tərəf sərnişin oturacağında əyləşmiş, Adil və “Ceka" ləqəbli şəxs isə arxa oturacaqda əyləşmişlər. Yolda Məmmədli dairəsi istiqamətində gedən zaman bir daha öz telefonundan Sübhana zəng vurub harada olduğunu soruşmuş, Sübhan isə Məmmədli dairəsində yolun kənarında dayandığını demişdir. O, telefonda onunla mehriban danışmış, dəstəyi yerə qoyandan sonra isə Adilgilə bildirmişdir ki, "baxarsız onu peysər çıxardacam". Onlar ondan nə baş verdiyini soruşanda “baxıb özünüz görərsiz” deyə bildirmiş, başqa heç bir söz deməmişdir. Təxminən saat 20:35 radələrində onlar Məmmədli dairəsini çatmış, həmin vaxtı Sübhanın yolun əks tərəfində yəni solunda dayandığını görmüşdür. Adil ona tərəf gedib əl etmiş, Sübhanda bunu görüb yolu keçib onların yanına gəlmişdir. O, maşından düşəndə öz telefonunu sürücüyə girov kimi qoymuş və bildirmişdir ki, onları gözləsin, tez söhbət edib gəlirlər. Sürücü də heç bir söz deməmişdir. O, mehriban şəkildə Sübhan ilə hal-əhval tutub dairənin sağ tərəfində avtoyuma məntəqəsinin arxasında yerləşən boş torpaq sahəyə tərəf getmişdir. Adil və “Ceka" ləqəbli şəxslər də onların arxasınca gəlmişlər. Təxminən 30 metr irəlilədikdən sonra dayanmış və Sübhandan hansı səbəbə görə ona “sən qəhbəsən" deyə sms yazdığını soruşmuşdur. Sübhan isə cavabında “çay evinin pulunu ödəməyib məndən pul istəyirsən" deyə bildirmiş, o isə “nə üçün pul ödəməliyəm, yeyib içən sən, pulu ödəyən mən" deyə Sübhana cavab vermişdir. Sübhan söyüş söymədiyini dediyi üçün o, Cekadan xahiş etmişdir ki, taksi sürücüsündən telefonunu alıb gətirsin. Həmin şəxs telefonu alıb ona verəndən sonra ona çıxıb getməsini demiş, bundan sonra telefonda olan smsləri Sübhana göstərmiş, Sübhan da ona yazdığı smsləri oxuduqdan sonra yenidən ünvanına söyüş işlədib onu itələmişdir. Onun bu danışıqlarından əsəbiləşib telefonu cibinə qoyub sağ əlini onun sol çiyninə qoymuş, özü də onu söyüb təhqir etmiş, “qəhbə sənsən” deyib arxa sol tərəfdən şalvarının belində saxladığı açılıb-bağlanan bıçağı çıxardıb sol əli ilə Sübhanın qarın nahiyəsindən bir dəfə bıçaq zərbəsi vurmuşdur. Onun bu zərbəsindən sonra Sübhan dizləri bükülüb arxası üstə yerə yıxılmışdır. O, Sübhanı vuran zaman yalnız bir dəfə “Ay Bla” deyib möhkəmdən qışqırmış, Sübhanın onu bıçaqla vuracağını gözləməmişdir. Sübhanı bıçaqla vuran zaman Adil və “Ceka” ləqəbli şəxs onlardan bir-iki metr aralıda olmuş, onların heç biri Sübhanı vurmamışdır. O, Sübhanın yıxıldığını görüb yanında olan şəxslərə “siz qarışmayın" deyib birlikdə taksiyə tərəf qaçmışlar. Yenidən qabaq sərnişin oturacağında əyləşmiş, “Ceka" ləqəbli şəxs və Adil İsə arxa oturacaqda əyləşmişlər. Onlar maşına minən kimi Adil ona “niyə belə hərəkət etdin, vururdunsa yumruqla vurardın” deyə irad bildirmiş, o isə artıq ona çox güzəşt etdiyini, Sübhanın hərəkətlərindən bezdiyini demişdir. Taksi sürücüsünün onun əlində qanlı bıçaq olduğunu görüb özü də qorxmuş, bu səbəbdən onun tələbi ilə maşını geri hərəkət etdirib şəhər yolu istiqamətində sürməyə başlamışdır. O, maşını geriyə verən zaman Adil arxa pəncərəni açıb avtoyuma məntəqəsində çalışan şəxsə orda "bir nəfər bıçaqlanıb ona kömək edin” deyə bildirmiş, lakin həmin şəxsin sonradan Sühban olan yerə tərəf gedib-getmədiyini bilməmişdir. Onlar yolda gedən zaman əvvəlcə gedib polisə təslim olmaq istəmiş, lakin sonradan Sübhan ölməz deyə fikirləşib bir qədər gözləmək qərarına gəlmişdir. O, əlində bıçaq olsa da, sürücüyə hadisəni hansı səbəb görə törətdiyini deməmiş, nədəki onu əlində olan bıçaqla hədələməmişdir. Onlar bir qədər hərəkət etdikdən sonra "Ceka” ləqəbli şəxsi Zabrat qəsəbəsində, “Panda" marketin yanında düşürmüş, o və Adil isə yolun sonunda Sabunçu qəsəbəsində yerləşən körpünün yanında maşından düşmüşlər. O, sürücüyə yol pulunu bir nəfərin sabah ona çatdıracağını demiş, sürücü də qorxusunda heç bir söz deməmişdir. Onlar maşından düşəndən sonra qəsəbədə yerləşən adını bilmədiyi kafenin tualetinə girib əl-üzünü yumuş, o, üstündə olan bıçağı da yuyub qanı təmizləmişdir. Sonra isə bıçağı yenidən qatlayıb cibində gizlətmişdir. Bundan sonra onlar birlikdə Sabunçu qəsəbəsində vağzalın yaxınlığında Adilin dostu tanımadığı şəxslə görüşüb, ondan qalmağa yer tapmaqda kömək etməsini xahiş etmişlər. Həmin şəxs onlardan salamatçılıq olub-olmadığını soruşmuş, onlar əvvəlcə ona heç bir söz deməmiş, birlikdə piyada Balaxanı qəsəbəsində yerləşən neft buruqlarının yanına çatanda o, həmin şəxsə Sübhan adlı şəxsi bıçaqla vurduğunu, sağ qalıb-qalmamasından xəbərsiz olduğunu demişdir. Həmin şəxs onun bu sözündən çox təəcüblənmişdir. Bundan sonra qərara gəlmişdir ki, dostu Məhəmməd adlı şəxsə zəng vurub, onu Gəncəyə aparsın. O, Məhəmmədlə danışıb olduğu yeri ona dedikdən bir qədər sonra Sabunçu RPİ-nin əməkdaşları həmin ünvana gəlib, onu və Adilin tanışını tutub saxlamış, Adil isə polisin gəldiyini görüb imkan tapıb qaçıb getmişdir. Bundan sonra o, heç bir tabesizlik göstərmədən maşına əyləşib Sabunçu RPl-nin 15-ci PB-yə gəlmiş və hadisədə istifadə etdiyi bıçağı könüllü olaraq polis əməkdaşlarına təhvil vermişdir. Cinayət işinin 87-92-ci vərəqəsində olan 13 iyun 2022-ci il tarixli şahidin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. Cinayət işinin 168-ci vərəqəsində olan Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi F.Məmmədəliyev tərəfində verilmiş 5-8-5/2-3203/2023 nömrəli, 31 may 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə yazılı və ya şifahi şikayət daxil olmamışdır. Cinayət işinin 172-195-ci vərəqəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-333/2023 nömrəli, 06 fevral 2023-cü il tarixli hökmündən görünür ki, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinmiş, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Şahid1 qəti olaraq 18 (on səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli hökmü ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Şahid1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 04 (dörd) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Şahid1 üzərində qəti olaraq 19 (on doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Şahid1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 10 iyun 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 200-213-cü vərəqələrində olan 15 iyul 2023-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 107-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 28 iyun 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf etməsini, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 №-li Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrıayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də, təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona islah işləri növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində islah işləri növündə təyin edilməlidir. Məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri növündə cəza təyin edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək, qüvvəsində saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-761/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-761/2023
16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver