Məhkəmə qərarları › İş №1(008)-762/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-762/2024

01.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-762/2024 01.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X29 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Ağdaş rayonu, Abad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Ağdam rayonu, Məlikli Ərazi Dairəsi Məlikli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək M Ü Ə Y Y Ə N E T D İ: İbtidai araşdırma orqanı tərəfindən X4 verilmiş ittihama əsasən o, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə 04 aprel 2014-cü il tarixdə ’’Bakı İnvest Co” MMC tərəfindən onun mərhum əri X5 istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Tramvay küçəsində yerləşən 0,06 ha torpaq sahəsini Zərərçəkmiş şəxs satacağına dair yalandan vəd verib aldadaraq, bu adla Zərərçəkmiş şəxs tanışı Şahid2 vasitəsilə vermiş olduğu həmin dövrün məzənnəsi ilə 850 manat təşkil edən 500 ABŞ dolları, 3950 manat pul vəsaitini 12 fevral 2022-ci il tarixdə günün birinci yarısında Zərərçəkmiş şəxs yanında Şahid2, eyni məqsədlə Zərərçəkmiş şəxs Şahid1 vasitəsilə göndərmiş olduğu 300 manat pul vəsaitini 12 fevral 2022-ci il tarixdə günün ikinci yarısında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Tramvay küçəsində yerləşən torpaq sahəsində Şahid1 vahid niyyətlə əhatə olunan qəsdələ alıb ələ keçirərək, Zərərçəkmiş şəxs ümumilikdə 5.100 manat olmaqla xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Hazırkı işə hazırlıq iclasında baxılarkən ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulub-pozulmaması barədə məsələlər araşdırılmış, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303cü maddələrinin tələblərini rəhbər tutmaqla, cinayət işinin ibtidai istintaqı zamanı məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyi müəyyən olunduğundan, cinayət işinin baxılmasına xitam verilməli və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmaqla yanaşı məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarılmalıdır. Belə ki, məhkəmənin hazırlıq iclasında cinayət işi öyrənilərkən AR CPM-nin 289.3.2-ci maddəsinin tələblərinə riayət edilməməsi, cinayət işi üzrə ittiham aktının AR CPM-nin 289cu maddəsinin tələblərinə uyğun olmaması və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsində nəzərdə tutulan kobud qanun pozuntularına yol verildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 289.3.2-ci maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar göstərilir. Məhkəmə hazırki cinayət işi üzrə tərtib edilmiş və məhkəməyə göndərilmiş ittiham aktının təsviri-əsaslandırıcı hissəsinin iş materiallarında olan sübutlarla müəyyən edilmiş işin həqiqi hallarına uyğun olmaması qənaətindədir. Belə ki, cinayət işinin materialları ilə müəyyən edilmişdir: X3 19 may 2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin “Qaynar Xətt” əlaqə mərkəzinə müraciət edərək oğlu X20-2 qəsəbəsi, Tramvay küçəsində yerləşən 6 sot torpaq sahəsini almaq üçün müraciət etdiyini, özünü "xxxx" MMC-nin vəzifəli şəxsi kimi təqdim edən Namiq adlı şəxsin Cəsarət Hüseynovdan ümumilikdə 9500 manat pul alaraq torpağın cəmiyyətin adından satılacağını təşkil edəcəyinə söz versə də, vədinə əməl etmədiyini və həmin pulu taladığını bildirmişdir (cild 01; i.v.2). X1 26 may 2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində verdiyi izahatından görünür ki, o, həmin izahatında göstərmişdir ki, X28 2022-ci ilin mart ayının əvvəllərində sosial şəbəkələrdə Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Tramvay küçəsində sotu 1000 manata torpaq sahəsinin satıldığını görmüş, elanda olan telefon nömrəsinə zəng edərək Gülnar adlı qadınla görüşmüşdür. Gülnar ona torpaq sahəsinin "xxxx" MMC-nin balansında olduğunu bildirmiş və torpaq sahəsinin 5800 manat pul veriləcəyi təqdirdə satılacağını demişdir. X28 razılaşaraq 06 mart 2022-ci l tarixdə Nərimanov rayonu ərazisində “Gold” otelin yanında Gülnar adlı şəxsə və Nazim adlı şəxsə vermişdir. Daha sonra həmin gün "xxxx" MMC-nin sahibkarı Şahid1 06 mart 2022-ci il tarixli torpaqdan yer ayırma müqaviləsini, eyni tarixli qərarı və torpaq sahəsinin eskiz layihəsini imzalayıb möhürləyərək oğluna vermişdir. Bundan sonra oğlu həmin torpaq sahəsini hasarlamışdır. 2022-ci ilin may ayının əvvəllərində qonşulardan kimsə oğluna zəng edərək torpaq sahəsinin başqa şəxsə satıldığını demiş, bundan sonra o, Gülnar adlı qadına zəng edərək bu barədə dedikdə Gülnar pul lazım olduğundan torpağı iki nəfər şəxsə satdığını və yaxın zamana oğlundan aldığı 5800 manat pulun 300 manatını Nazimə verdiyini, ona çatan pulu qaytaracağını, bu barədə borc müqaviləsi də imzalaya biləcəyini demişdir. Lakin o, razılaşmamışdır. Bir müddət sonra ona məlum olmuşdur ki, Gülnar və Nazim adlı şəxslər həmin torpaq sahəsini Rəmzi adlı digər bir polis əməkdaşına da satmışlar. Həmin şəxslə danışdıqda o, təxminən 2022-ci ilin yanvar ayında torpağın ona satıldığını demişdir. Daha sonra Nazim adlı şəxs də oğluna zəng edərək borc müqaviləsi imzalamağı təklif etsə də, o, yenə də razılaşmamışdır. Gülnar və Nazim adlı şəxslər X28u aldadaraq ondan 5800 manat pul almışlar və oğluna saxta sənədlər vermişlər (cild 01; i.v.3-4). 06 mart 2022-ci il tarixli “Torpaqdan yer ayırma müqaviləsi”ndən görünür ki, "xxxx" MMC-nin balansında olan Baki şəhər sovetinin 27 mart 1991-ci il tarixli, 3/104 saylı qərarı ilə ayrılmış 1600 sot torpaq sahəsindən gələcəkdə şirkətdə işlə təmin ediləcək X8 yaşayış yeri olmadığından yaşayışını yaxşılaşdırmaq üçün 6 sot-istifadəyə verilmişdir. Həmin yerin ünvanı Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Tramvay küçəsi. Həmin torpaq sahəsindəki vətəndaşın özünə ayrılan yerdən şirkət gələcəkdə heç bir haqq və iddia qaldıra bilməz. Vətəndaş həmin topaq sahəsində tikinti apara bilər. Vətəndaşa pay verilən torpaq sahəsini hər iki tərəf də geri qaytara bilməz (cild 01; i.v.8). 06 mart 2022-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC-nin daimi istifadəsində olan torpaq sahəsindən gələcəkdə X16 işlə təmin ediləcəyi üçün onun yaşayış evi olmadığından yaşayışını yaxşılaşdırmaq üçün şirkətin ümumi balansından 6 sot torpaq ayıraraq həmin şəxsə pay müqaviləsi əsasında istifadəyə verir, həmin şəxs isə həmin yerdə özü bütün qanuni icazələri alıb tikinti apara bilər. Şirkət buna etiraz etmir (cild 01; i.v.9). X8 26 may 2022-ci il tarixli izahatından görünür ki, o, həmin izahatında göstərmişdir ki, 2022-ci ildə sosial şəbəkələrdə torpaq elanları ilə maraqlanmış, maklerdən birinə zəng etmiş, o, Vasif adlı tanışının nömrəsini ona vermiş, Vasiflə görüşmüş və Zabrat-2 qəsəbəsinə getmişlər. Vasif boş torpaq sahələrindən birini ona göstərmiş və həmin torpaq sahəsinin sahibi Gülnar adlı qadının telefon nömrəsini ona vermişdir. Gülnar adlı qadın torpaq sahəsinin "xxxx" MMC-nin balansında olduğunu bildirmiş və torpaq sahəsinin 5800 manat pul verəcəyi təqdirdə ona satılacağını bildirmişdir. O, razılaşaraq 06 mart 2022-ci il tarixdə Nərimanov rayonu ərazisində “Golden City” otelin yanında 5500 manat məbləğində pulu nağd şəkildə Gülnar və Nazim adlı şəxslərə vermiş, 07 mart 2022-ci il tarixdə Gülnarın bank kartına 250 manat pul köçürmüşdür. Gülnar həmin məbləğin 300 manatını onun yanında Nazimə vermişdir. Həmin gün Şahid1 torpaqdan yer ayırma müqaviləsini, eyni tarixli qərarı və torpaq sahəsinin eskiz layihəsini imzalayıb möhürləyərək ona vermişdir. Bundan sonra o, həmin torpaq sahəsini hasarlamağa başlamışdır. Tikinti işləri gedərkən qonşuluqdakı şəxslər onun sənədinə baxaraq saxta olduğunu demişlər. O, bu barədə Nazimə dedikdə Nazim məsələnin Gülnara aid olduğunu demişdir. 11 aprel 2022-ci il tarixdə Gülnarla Masazır qəsəbəsində “Yeni Bakı” yaşayış massivində görüşmüş, Gülnar müxtəlif bəhanələr gətirərək sənədin saxta olduğundan məlumatsız olduğunu demişdir. O, Gülnara verdiyi 5750 manat pulun qaytarılması üçün mayın 5-dək vaxt vermiş, mayın 8-i Gülnarla əlaqə saxlayan zaman Gülnar müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir (cild 01;11-12). Təqsirləndirilən şəxs ilkin izahatında bildirmişdir ki, 2014-cü ildə həyat yoldaşı Ədalət Balakişiyev 7200 manat məbləğində pul verməklə “X33” MMC-nin balansında olan Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Tramvay küçəsində 0.12 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinin 0.06 hektarını 2022-ci ilin əvvəllərində Rəmzi adlı polis əməkdaşına satmışdır. Qızının qan xəstəliyi ilə əlaqədar pula ehtiyacı olduğundan qalan 0.06 ha torpaq sahəsini də satmaq qərarına gəlmiş, bu məqsədlə qızının adına açdığı “Mələkadil” adlı instagram səhifəsində elan paylaşmışdır. Təxminən 2022-ci ilin fevral ayının əvvəllərində Zamiq adlı şəxs ona zəng edərək həmin torpaq sahəsini almaq istədiyini bildirmişdir. Onlar Zamiqlə görüşmüşlər və torpaq sahəsinin 4500 manata satılması barədə razılığa gəlmişlər. Lakin alqı-satqı zamanı Zamiq ona 4200 manat pul vermişdir. Torpaq sahəsi "xxxx" MMCnin balansında olduğundan MMC-nin rəhbəri Nazim adlı şəxs həyat yoldaşının adına olan müqaviləni dəyişərək Zamiqin adına rəsmiləşdirmişdir. Bir müddət sonra Zamiq torpaq sahəsinin sənədləşməsinin çətin olduğunu bildirərək torpaq sahəsini qaytarmaq istədiyini demiş və ona verdiyi pulu geri istəmişdir. O, pulu qızının xəstəliyinə görə xərclədiyindən qaytara bilməmişdir. Zamiqə torpağı yenidən satışa çıxarıb satdıqdan sonra onun pulunu qaytara biləcəyini demişdir. Bu barədə Nazimə ərizə ilə müraciət edərək Zamiqin adına imzalanmış müqavilənin ləğvini tələb etmişdir. Nazim həmin müqaviləni ləğv etdikdən sonra yenidən əvvəlki qaydada instagram səhifəsində həmin torpaq sahəsinin satılması ilə elan paylaşmışdır. Fevral ayının sonlarına yaxın Cəsarət adlı şəxs ona zəng edərək torpaq sahəsini almaq istədiyini bildirmişdir. 06 mart 2022-ci il tarixdə Cəsarət, o və “X33” MMC-nin rəhbəri Nazim adlı şəxs Nərimanov rayonu ərazisində görüşmüşlər. Görüş zamanı Cəsarət ona 5500 manat pul vermişdir. O da həmin məbləğin 300 manatını Nazimə vermişdir. Nazim həmin gün torpaqdan yer ayırma müqaviləsini, eyni tarixli qərarı və torpaq sahəsinin eskiz layihəsini imzalayıb möhürləyərək Cəsarətə vermişdir. Npvbəti gün Cəsarət onun katına 250 manat da pul göndərmişdir. Pulu aldığı üçün Zamiqə zəng edib görüşərək ondan aldığı 4200 manatı ona qaytarmışdır. Bir müddət sonra Cəsarət ona zəng edərək torpaq sahəsinin başqa şəxsə aid olduğunu demişdir. O, Zamiqlə danışdıqda Zamiq torpaq sahəsini qaytarmayacağını demişdir (cild 01; i.v.13-14). Şahid1 ilkin izahatında göstərmişdir ki, ’’Bakı İnvest Ko” MMC 1991 -ci ildə yaradılmış və o, həmin MMC-nin təsisçisi olmuşdur. 2007-ci ildə MMC yenidən Ədliyyə Nazirliyinin qeydiyyatından keçmiş və hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Tramvay küçəsinə dəyişdirilmişdir. MMC təmir-tikinti sahəsində fəaliyyət göstərmiş və 2020ci ildə MMC-nin fəaliyyəti 5 illik müddətə müvəqqəti dayandırılmışdır. Bakı şəhər X18 İcraiyyə Komitəsinin 27 mart 1991 -ci il tarixli qərarı əsasında ’’Bakı İnvest Co” MMC- yə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Tramvay küçəsində 18.13 ha torpaq sahəsi ayrılmışdır. 2010-cu ildə Türkiyə Respublikası vətəndaşı Turhan Koksalı MMC-yə direktor təyin etmişdir. Turhan MMC-nin balansında olan torpaq sahəsində uşaq bezi istehsal edən zavod tikəcəyini demiş və onunla müqavilə bağlamışdır. O, da “Azərmemarlayihə” Dövlət Baş layihə İnstitutunda həmin zavodun layihəsini hazırlatdıraraq təsdiqlədib Turhana vermişdir. Layihədə müxtəlif vətəndaşların zavodda işə götürüləcəyi və onlara MMC-yə məxsus torpaq sahəsində ev tikmək üçün yer ayrılacağı nəzərdə tutulmuşdur. Turhan Koksal 2014-cu ildə Təqsirləndirilən şəxs həyat yoldaşı X10 ilə müqavilə imzalayaraq ona 0.12 ha torpaq sahəsi ayırmışdır. 2014-cü ilin sonunda Turhan Koksal MMC-nin möhürünü və digər sənədləri götürərək ona xəbər vermədən Türkiyə Respublikasına getmişdir. Ondan sonra MMC heç bir fəaliyyət göstərməmişdir. 2022-ci ilin fevral ayında mərhum X5 həyat yoldaşı Təqsirləndirilən şəxs ona müraciət edərək həyat yoldaşının vəfat etdiyini, övladının xəstə olduğunu, bu səbəbdən MMC tərəfindən həyat yoldaşına ayrılmış torpaq sahəsinin varisi kimi onu tanıyaraq satmaq istədiyini deyib X5 adına bağlanmış müqaviləni torpaq sahəsini almaq istəyən Zərərçəkmiş şəxs adına dəyişdirməyini ondan xahiş etmişdir. O, da 12 fevral 2022- ci il tarixdə Zərərçəkmiş şəxs adına yeni müqavilə hazırlamış və imzalayıb möhürləyərək Zərərçəkmiş şəxs vermişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs yenidən ona müraciət edərək Zamiqin torpaq sahəsini qaytarmaq istədiyini və pulunu geri istədiyini ona bildirib Zərərçəkmiş şəxs adına imzalanmış müqaviləni ləğv etməyini istəkdə o, 12 fevral 2022- ci il tarixli, Zərərçəkmiş şəxs adına imzalanmış müqaviləni daxili əmrlə ləğv etmişdir. Gülnar Zamiqə həmin torpaq sahəsini 5.100 manat satmışdır. Bundan başqa Gülnar ondan xahiş etdiyi üçün Zərərçəkmiş şəxs Gülnara verməli olduğu 300 manatı Zərərçəkmiş şəxs 12 fevral 2022-ci il tarixdə saat 15 radələrində ona Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Neftiçələr” metrosunun yaxınlığında vermiş və o, da 300 manat pulu həmin günü gətirib Gülnara Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Tramvay küçəsində Gülnarın satmaq fikrində olduğu torpaq sahəsində vermişdir. Gülnar ondan xahiş etdiyi üçün Zərərçəkmiş şəxs adına olan onun imzası və MMC-nin möhürü ilə təsdiq edilmiş 12 fevral 2022-ci il tarixli torpaqdan yer ayırma müqaviləsini, eyni tarixli qərarı və torpaq sahəsinin eskiz layihəsini Zərərçəkmiş şəxs vermişdir. Gülnar daha sonra torpaq sahəsini X2 istədiyini bildirib ondan xahiş etmişdir ki, torpaq sahəsinə görə Cəsarət Hüseynovun adına sənədləri və yeni müqavilə hazırlasın. O, da Cəsarətin adına yeni müqavilə hazırlamış və 06 mart 2022-ci il tarixdə Gülnar, o, və Cəsarət Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Golden City” otelinin yanında görüşmüşlər. Gülnar Cəsarətdən torpağın pulunu almışdır. Bir müddət sonra Zamiq ona zəng edəərk torpaq sahəsinin Cəsarət adlı şəxsə atıldığını bildirmişdir. O, Zamiqə Gülnarın dediklərini bildirdikdə Zamiq Gülnar deyilənlərin yalan olduğunu, Gülnarın ona pul qaytarmadığını demişdir. Bundan sonra Gülnar Zamiqin onu aldatdığını, torpaq sahəsindən çıxmadığını, Cəsarətdən aldığı pulu geri qaytaracağını demişdir. Daha sonra Gülnar Cəsarətə notarial qaydada borc müqaviləsi bağlamağı təklif etmişdir. O, şahid kimi iştirak edə biləcəyini desə də Cəsarət razı olmamışdır (cild 01; i.v.15- 16). “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 29 avqust 2022-ci il tarixli qərardan görünür ki, X15 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 01; i.v.82). “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 04 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs X11 5750 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsinə dair cinayət işi üzrə icraat dayandırılmışdır (cild 02; i.v.15). “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 18 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs X11 5750 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir (cild 02; i.v. 22). Göründüyü kimi müstəntiq X16 tərəfindən təqsirləndirilən şəxsə verilmiş pulun X12 məxsus olmasını qeyd edərək onu zərərçəkmiş şəxs qismində tanısa da, bundan sonrakı istintaq hərəkətlərində və prosessual qərarlarında zərərçəkmiş şəxs qismində X13 göstərmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 21 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ümumilikdə 5100 manat olmaqla xeyli miqdarda ziyan vurmaqla (sonuncu məbləği Bakı şəhəri, Nərimanov rayonu ərazisində alması göstərilməklə) dələduzluq etməsi ilə əlaqədar o, AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 02; i.v.90). “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 04 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 5100 manat məbləğində (sonuncu 300 manat məbləğində pulu Bakı şəhəri, Nərimanov rayonu, X31 küçəsi, 161A ünvanlnda yerləşən “Golden City” hotelin qarşısında alması göstərilməklə) xeyli miqdarda ziyan vuraraq dələduzluq etməsinə dair cinayət işi üzrə dayandırılmışdır (cild 02; i.v.107-108). “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 18 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 5100 manat məbləğində (sonuncu 300 manat məbləğində pulu Bakı şəhəri, Nərimanov rayonu, X31 küçəsi, 161A ünvanlnda yerləşən “Golden City” hotelin qarşısında alması göstərilməklə) xeyli miqdarda ziyan vuraraq dələduzluq etməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir (cild 02; i.v.110-111). “Sübutların qiymətləndirilməsi, cinayət təqibi üzrə icraata hissəvi xitam verilməsi və cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” 03 may 2023-cü il tarixli qərardan görünür ki, müstəntiq Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə qarşı dələduzluq cinayətini tək halda törətməsini göstərərək istintaq zamanı X7 5750 manat pul vəsaitinin ələ keçirilməsi epizodundan Təqsirləndirilən şəxs əməlində AR CM-nin 178-ci maddəsinin tərkib əlamətlərinin olmamasının müəyyən edilməsi qənaətinə gəlmişdir. Müstəntiq gəldiyi qənaəti belə əsaslandırmışdır ki, araşdırma zamanı X7 ərizə, izahat və ifadəsində Təqsirləndirilən şəxs dələduzluq etməsi barədə göstərmiş olduğu xüsusatlar öz təsdiqini tapmamışdır. X7 5750 manat pul vəsaitinin ələ keçirilməsi epizodunda Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi və cinayət hadisəsi olmadığından həmin xüsusatla bağlı onun barəsində cinayət işi üzrə icraata hissəvi xitam verilməli və Təqsirləndirilən şəxs həmin xüsusatla bağlı ittiham elan edilməməlidir. İş materallarından göründüyü kimi X7 övladı X21 Balakişiyeva arasında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Tramvay küçəsində yerləşən torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanmış və müqavilədə nəzərdə tutulmuş öhdəliklərin Təqsirləndirilən şəxs tərəfindən icra edilməməsi üzündən onların arasında mülki mübahisə yaranmışdır. Bununla da Təqsirləndirilən şəxs müqavilədə göstərilən mülki-hüquqi öhdəlikləri yerinə yetirməmişdir. Odur ki, X15 və X16 ilə Təqsirləndirilən şəxs arasında yaranmış mübahisə mülki qanunvericiliyin tələblərinə uyğun həll edilməlidir və onlara mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunmalıdır (cild 02; i.v.113-130). “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 21 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Bakı şəhəri Sabunçu RPİ-nin istintaq şöbəsinin müstəntiqi X6 tərəfindən zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 02; i.v.145). Zərərçəkmiş şəxs 21 noyabr 2023-cü il tarixli ifadəsindən görünür ki, o, ifadəsində göstərmişdir ki, 12 fevral 2022-ci il tarixdə ona Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbsi, Tramvay küçəsində yerləşən torpaqdan yer ayırma müqaviləsini, eyni tarixli qərarı və torpaq sahəsinin eskiz layihəsini Təqsirləndirilən şəxs verdiyi 5100 manat pulun müqabilində əldə etmiş, 2022-ci ilin mart ayının sonlarında həmin torpaq sahəsinə getmiş və adı həmin gün ona məlum olan Cəsarət adlı bir nəfərin həmin torpaq sahəsini hasarladığını görmüşdür. Cəsarətə həmin torpaq sahəsini ona Gülnarın satdığını bildirdikdə Cəsarət də həmin torpağı aldığını deyərək ona sənədləri göstərmişdir. Həmin vaxt o, görmüşdür ki, hər ikisnin sənədləri eynidir. O, sənədlərin eyni olduğunu görüb Cəsarətə demişdir ki, Gülnar onu aldadıb (cild 02; i.v.150-151). Göründüyü kimi, 21 iyun 2022-ci il tarixdə X8 atası X7 şikayəti əsasında Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi tərəfindən AR CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış,daha sonra cinayət işi Bakı şəhəri Nərimanov rayon prokuroru tərəfindən Bakı şəhəri Nərimanov RPİ-nə göndərilmiş, cinayət işi 24 iyul 2022-ci il tarixdə müstəntiq tərəfindən icraata qəbul edilmiş, 29 avqust 2022-ci il tarixdə X15 zərərçəkmiş şəxs qismində tanınmaqla uzun müddət cinayət işi üzrə istintaq aparılmış, 21 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs şikayət ərizəsinin olmadığı və onun iş üzrə zərərçəkmiş şəxs qismində tanınmadığı halda Bakı şəhəri Nərimanov RPİ-nin istintaq şöbəsinin müstəntiqi X24 cinayət işinin başlanmasına səbəb olan və uzun müddətdir istintaq olunan X15 ilə bağlı məsələyə ümumiyyətlə münasibət bildirmədən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 5100 manat məbləğində maddi zərər vurmaqla dələduzluq etməsini qeyd edərək ona AR CM-nin 178.2.4-cü maddəsi ilə ittiham elan etmiş, 03 may 2024-cü il tarixdə isə “Sübutların qiymətləndirilməsi, cinayət təqibi üzrə icraata hissəvi xitam verilməsi və cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” qərarda Zərərçəkmiş şəxs göndərdiyi son məbləğinin Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri Nərimanov rayonu ərazisində əldə edildiyini qeyd edərək cinayət işinin araşdırılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Sabunçu RPİnin istintaq şöbəsinə göndərilməsi qərarına gəlmişdir. Çox maraqlıdır ki, müstəntiq uzun müddət şikayəti üzrə cinayət işi başlanılmış X26 ilə bağlı epizod üzrə araşdırma aparmasına, çoxsaylı şəxslərin izahat və ifadələrini almasına, iş üzrə əhəmiyyət kəsb edən sübutları toplayaraq cinayət işinin materiallarına əlavə etməsinə baxmayaraq Zərərçəkmiş şəxs şikayət ərizəsinin olmadığı, onun izahatının alınmadığı halda müəmmalı bir şəkildə 21 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 5100 manat məbləğində maddi zərər vurmaqla dələduzluq etməsini qeyd edərək onu təqsirləndirilən şəxs qismində cəlb etmiş, hansı səbəbdən və nəyin əsasında bu qənaətə gəldiyini əsaslandırmağa zərurət görməmiş, sadəcə “Sübutların qiymətləndirilməsi, cinayət təqibi üzrə icraata hissəvi xitam verilməsi və cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” 03 may 2024-cü il tarixli qərarda “Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki” yazmaqla kifayətlənərək naməlum şəkildə gəldiyi qənaəti yazmağı məqbul hesab etmişdir. Bununla yanaşı, müstəntiq Vüqar Hadi “Sübutların qiymətləndirilməsi, cinayət təqibi üzrə icraata hissəvi xitam verilməsi və cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” 03 may 2024-cü il tarixli qərar qəbul edilənədək cinayət işinin başlanmasına səbəb olan və uzun müddətdir istintaq olunan X15 ilə bağlı münasibət bildirmədiyi məsələyə dair isə X7 övladı X21 Balakişiyeva arasında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Tramvay küçəsində yerləşən torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanması və müqavilədə nəzərdə tutulmuş öhdəliklərin Təqsirləndirilən şəxs tərəfindən icra edilməməsi üzündən onların arasında mülki mübahisə yaranması, bununla da Təqsirləndirilən şəxs müqavilədə göstərilən mülki-hüquqi öhdəlikləri yerinə yetirməməsi, onun əməlində cinayət tərkibinin olmaması qənaətinə gəlmişdir. Halbuki, iş materiallarında X21 Balakişiyeva arasında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Tramvay küçəsində yerləşən torpaq sahəsinin alqı-satqısına dair ümumiyyətlə müqavilə olmamış, istər təqsirləndirilən şəxs, istər X16, istər X17, istərsə də Şahid1 hər hansı ifadələrində Təqsirləndirilən şəxs və Cəsarət Hüseynov arasında alqı-satqı müqaviləsinin olmasını bildirməmişlər ki, müstəntiqin mövcud olmayan hallara istinad edərək həm Cəsarət Hüseynova, həm də Zərərçəkmiş şəxs münasibətdə eyni sənədlərin iş materiallarında olmasına və hər ikisinə münasibətdə eyni əməlin törədilməsinə baxmayaraq Təqsirləndirilən şəxs ilə Cəsarət Hüseynov arasında olan münasibətlərin mülki xarakterli olması, Zərərçəkmiş şəxslə bağlı hissədə isə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması qənaətinə gəlməsi və həmin qənaətin təsdiqlənərək məhkəməyə təqdim edilməsi iş materiallarında olan sübutların və iş materialları ilə müəyyən edilmiş halların ittiham aktına uyğun olmamasını deməyə əsas verir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Tramvay küçəsində yerləşən torpaq sahəsi ilə bağlı Təqsirləndirilən şəxs ilə nə X16, nə də Zərərçəkmiş şəxs arasında alqı-satqı müqaviləsi olmamış, onların hər ikisinə münasibətdə "xxxx" MMC-nin sahibkarı Şahid1 tərəfindən təsdiqlənmiş “Torpaqdan yer ayırma müqaviləsi, torpağın həmin şəxslərin istifadəsinə verilməsinə dair əmrlər, torpağın istifadəyə verilməsinə dair qərarlar iş materiallarına əlavə edilmişdir ki, bu sənədlərdən hər hansı biri alqı-satqı müqaviləsi hesab olunmamaqla torpağın satılmasını və ya X8 və ya Zərərçəkmiş şəxs mülkiyyətinə verilməsini nəzərdə tutmur. Bununla yanaşı, diqqətəlayiq bir məqam da ondan ibarətdir ki, Zərərçəkmiş şəxs cinayət işi Bakı şəhəri Sanunçu RPİ-nin istintaq şöbəsinə daxil olduqdan sonra verilmiş ərizəsində o, Şahid2, Şahid1 və Təqsirləndirilən şəxs əlbir olaraq onun 5100 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini bildirsə də, müstəntiq tərəfindən həmin hala ümumiyyətlə qiymət verilməmiş, Elşən Abbasov və Şahid1 da Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olub-olmaması istiqamətində araşdırma aparılmamış və əgər olmamışlarsa, bununla bağlı gəldiyi qənaət göstərilməməklə əsaslandırılmamışdır. Göründüyü kimi, uzun illər ərzində istintaqı aparılan cinayət işi üzrə Bakı şəhəri Nərimanov RPİ-nin istintaq şöbəsinin müstəntiqi X24 (hazırda Sabunçu RPİ-nin istintaq şöbəsinin müstəntiqi) tərəfindən qəbul edilmiş “Sübutların qiymətləndirilməsi, cinayət təqibi üzrə icraata hissəvi xitam verilməsi və cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” 03 may 2023-cü il tarixli qərarda işin həqiqi halları təhrif edilmiş, şikayət ərizəsi olmayan və zərərçəkmiş şəxs qismində tanınmayan şəxs zərərçəkmiş kimi göstərilmiş, şikayət ərizəsi əsasında cinayət işi başlanılmış və zərərçəkmiş şəxs qismində tanınmış şəxsə münasibətdə isə mövcud olmayan müqaviləyə istinad olunmaqla münasibətlər mülki xarakterli münasibətlər kimi qiymətləndirilərək həmin hissədə cinayət işi üzrə icraata xitam verilmişdir ki, bu da Bakı şəhəri Nərimanov RPİ-nin istintaq şöbəsinin müstəntiqi X24 (hazırda Sabunçu RPİ-nin istintaq şöbəsinin müstəntiqi) tərəfindən cinayət işinin onun icraatında olduğu müddətdə öz səlahiyyətlərindən istifadə edərək açıq-aşkar cinayət işinin həqiqi hallarına uyğun olmayan nəticələrə gəlməsinə, qanunun tələblərini nəzərə almadan öz şəxsi mülahizələri əsasında işin hallarını təhrif etməklə sübutlara qiymət verməsinə dəlalət edir. Daha sonra cinayət işi Sabunçu RPİ-nin istintaq şöbəsinə göndərildikdən sonra isə cinayət işini icraata qəbul etmiş Bakı şəhəri Sabunçu RPİ-nin istintaq şöbəsinin müstəntiqi Məhəmmədəli Cümşüdov qeyd olunan pozuntulara, iş materiallarında olan sübutlara düzgün qiymət vermədən digər müstəntiqin öz mülahizələri əsasında gəldiyi qənaəti dəstəkləyərək istintaq hərəkətlərini davam etdirmiş, sonda isə işin həqiqi hallarına və iş üzrə toplanmış sübutlara uyğun olmayan ittiham aktını tərtib edərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır; 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir; 303.3.6-ci maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmamasından ibarət kobud pozuntulara yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı ibtidai araşdırma orqanı tərəfindən yol verilmiş pozuntular əhəmiyyətli və kobud olduğundan və aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından hazırkı cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi qeyd olunan pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilərək, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə cinayət işi üzrə CPM-nin yuxarıda qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiqlər Bakı şəhəri Nərimanov RPİ-nin istintaq şöbəsinin sabiq müstəntiqi X24 (hazırda Sabunçu RPİ-nin istintaq şöbəsinin müstəntiqi) və Bakı şəhəri Sabunçu RPİ-nin istintaq şöbəsinin müstəntiqi X6 barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Bununla yanaşı CPM-nin 306.1-ci maddələrinin müddəaları baxımından cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul etmiş məhkəmə, təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi, uzadılması və ya ləğv edilməsi ilə bağlı məsələyə münasibət bildirməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. Təqsirləndirilən şəxs cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, məhkəmə baxışının normal gedişinə mane olmaq, məhkəmə çağırışlarına üzrlü səbəb olmadan gəlməmək və cəmiyyət üçün təhlükə yaratmaq ehtimalları müəyyən olunmadığından, habelə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmasına dair hallar mövcud olmadığından məhkəmə hesab edir ki, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 173.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı hallar istisna olmaqla, qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. X9 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiqlər Bakı şəhəri Nərimanov RPİ-nin istintaq şöbəsinin sabiq müstəntiqi X24 (hazırda Sabunçu RPİ-nin istintaq şöbəsinin müstəntiqi) və Bakı şəhəri Sabunçu RPİ-nin istintaq şöbəsinin müstəntiqi X6 barəsində ayrıca xüsusi qərar çıxarılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar