Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-762/2025 21.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X3, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs - X4, 30 avqust 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 qısa müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, X7 23 oktyabr 2025-ci il tarixdə, saat 18 radələrində yaşadıqları ünvan 1 ünvanının qarşısında həyat yoldaşı Zərərçəkmiş şəxs ona spirtli içkili qəbul etməsi ilə bağlı irad bildirməsi və həyat yoldaşının evə daxil olması səbəbindən ailə-məişət zəmnində aralarında yaranmış mübahisə zamanı qəsdən əlində olan məişət çəkicini Zərərçəkmiş şəxs sol ayağının topuq nahiyəsinə vuraraq, ona sol ayağın topuq nahiyəsinin əzilmiş yarası kimi xəsarət yetirərək, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X7 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə təxminən 15 ildir rəsmi nikah münasibətlərindədir və birgə nikahlarından bir azyaşlı oğulları vardır. O, son zamanlar mütəmadi olaraq spirtli içki qəbul etdiyinə görə aralarında dəfələrlə ailəmünaqişəsi zəminində sözlü mübahisələri baş vermişdir. Həyat yoldaşı Zərərçəkmiş şəxs onun spirtli içki qəbul etməsinə qarşı çıxdığından, özü isə bununla razılaşmadığından tərəflər arasında mübahisələr yaranmışdır. Hadisə sonuncu dəfə 23 oktyabr 2025-ci il tarixdə, təxminən saat 18:00 radələrində baş vermişdir. Belə ki, spirtli içkinin təsiri altında yaşadıqları evin həyətinə giriş qapısının qarşısında əlində məişət çəkici ilə iş gördüyü vaxt həyat yoldaşı Zərərçəkmiş şəxs ona spirtli içkili olması ilə bağlı irad bildirmiş və evin həyətinə daxil olmaq istəmişdir. O isə həyat yoldaşına evə daxil olacağı təqdirdə əlində olan məişət çəkici ilə ona xəsarət yetirəcəyini bildirmişdir. Buna baxmayaraq, Zərərçəkmiş şəxs onun dediklərinə məhəl qoymamış və həyətə daxil olduqda, o əlindəki məişət çəkicini həyat yoldaşının istiqamətinə atmışdır. Nəticədə məişət çəkici öncə yerə, sonra isə Zərərçəkmiş şəxs sol ayağının topuq nahiyəsinə dəymiş, onun ayağından qan axmışdır. O, baş vermiş hadisə ilə bağlı həyat yoldaşından dəfələrlə üzr istəsə də, Zərərçəkmiş şəxs evi tərk etmişdir. Baş vermiş hadisə konkret olaraq 23 oktyabr 2025-ci il tarixdə, təxminən saat 18:00 radələrində, yaşadıqları evin həyətinin giriş qapısının qarşısında baş vermiş, mübahisə təqribən 2 dəqiqə davam etmiş və hadisə zamanı onların yanında kimsə olmamışdır. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X7 Zərərçəkmiş şəxs ilə barışmasına dair ərizə təqdim edərək əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərməşdir ki, X7 ilə təxminən 15 ildir rəsmi nikah münasibətlərindədir və birgə nikahlarından bir azyaşlı oğulları mövcuddur. Ailə münasibətləri dövründə, xüsusilə son zamanlar X4 mütəmadi olaraq spirtli içki qəbul etməsi səbəbindən onların arasında dəfələrlə ailə münaqişəsi zəminində sözlü mübahisələr yaranmışdır. O, həyat yoldaşının spirtli içki qəbul etməsinə etiraz etsə də, X7 onun sözlərinə məhəl qoymamış və əsassız yerə onunla mübahisələr etmişdir. Növbəti münaqişə 23 oktyabr 2025-ci il tarixdə, təxminən saat 18:00 radələrində baş vermişdir. Belə ki, yaşadıqları evin həyətinə giriş qapısının qarşısında X2 içkinin təsiri altında onunla yenidən sözlü mübahisəyə başlamış, o evə daxil olduğu təqdirdə əlində olan məişət çəkici ilə ona xəsarət yetirəcəyi barədə hədəqorxu gəlmişdir. O, onun dediklərinə əhəmiyyət vermədən evin həyətinə daxil olduqda, X7 əlindəki məişət çəkicini onun istiqamətinə atmış, nəticədə çəkic onun sol ayağının topuq nahiyəsinə dəymiş və ona xəsarət yetirmişdir. Aldığı xəsarət nəticəsində yaranmış kəsilmiş yaradan qan axdığı üçün zərərçəkmiş dərhal “X10” müraciət etmişdir. Hadisənin ertəsi günü isə o, həyat yoldaşı Nəsimi Tağıyev barəsində polis orqanlarına müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs yazılı ərizə təqdim edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, X6 qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X11 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının 2363 nömrəli, 03 noyabr 2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs sol ayağın topuq nahiyəsinin əzilmiş yarası müəyyən edilmiş, xəsarətin bərk küt əşyanın təsirindən törənməsi, müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlməsi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olması qeyd olunmuşdur. (v.21-22) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04 noyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, X7 əvvəllər məhkum olunmamışdır. "Sübutların qiymətləndirilməsi haqqında” 26 fevral 2025-ci il tarixli qərardan görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X4 əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, zərərçəkmiş şəxsin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsinməhkəmə-tibbi ekspertizasının rəyinin və işdə olan digər protokolların sübut kimi qəbul edilməsi qərara alınmışdır (i.v. 54--55). Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Həmin Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə məhkəməyədək sadələşdirilmiş icraat materialı və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata yalnız bu hissədə xitam verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1- ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə Zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X7 ilə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini və zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı şikayət və tələbinin olmamasına dair məhkəməyə təqdim edilmiş ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 300.1.7, 305 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə AR CM-nin 73.2ci maddəsinə əsasən xitam verilsin və X7 cinayət məsuliyyətindən azad edilsin. X4 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X5 ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında sərf etdiyi 25 iş saatına görə 11 manat hesablanmaqla 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********m/h AZ37NABZ******************** Baki şəhər 07 saylı vəkil bürosu hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Məmmədova Günel
Məhkəmə qərarları › İş №1(008)-762/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-762/2025
21.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver