Məhkəmə qərarları › İş №1(008)-764/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-764/2024

06.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-764/2024 06.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Vinşnyovka-2, Bağ sahəsi, 212 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsi ev 8, nömrəsiz fərdi evdə yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüquq verən «BC» dərəcəli sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan, "xxxx" MMC-yə məxsus, etibarnamə əsasında idarə etdiyi Hyundai Sonata markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomobili 02 aprel 2024-cü il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi ilə Balaxanı qəsəbəsi istiqamətindən, Heydər Əliyev prospekti istiqamətinə 60-70 km/saat sürətlə idarə edərkən, ünvan 3 ünvanının qarşısında yolu soldan sağa keçmək üçün piyadanın hərəkət hissəsinə daxil olması ilə hərəkət üçün təhlükə yaransa da, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, avtomobilin dayanması üçün heç bir tədbir görməyib həmin yolhərəkət qaydalarını pozması, ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin qabaq sol yan hissəsi ilə piyada X4 vurulmasına, nəticədə Mehriban Abbasovaya ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmaya aid baş-beyin maddəsinin əzilib-dağılması, onurğa beyninin boyun şöbəsinin əzilməsi, baş-beyin maddəsinə və yumşaq qişalarma, onurğa beyninin boyun şöbəsinə qansızma, kəllə tağı və əsası sümüklərinin açıq qəlpəli, İ- İİ-İİİ boyun fəqərələrinin, burun və hər iki əng sümüklərinin qapalı qəlpəli sınıqları, ikitərəfli hemotoraks (döş boşluğuna sərbəst qanın yığılması), sağ ağciyərin əzilmiş-cırılmış yaraları, sağ körpücük sümüyünün, ikitərəfli qabırğaların və sol baldır sümüklərinin yerini dəyişən qapalı sınıqları, döş qəfəsinin və qarının yumşaq toxumalarına qansızma, başın, sifətin, gövdənin və sol aşağı ətrafın əzilmiş-cırılmış yaraları, qançır və sıyrıqları ilə müşayiət olunan həyat üçün təhlükəli olan xəsarətlər yetirilməsinə və aldığı xəsarətlərdən ölməsinə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 16 ildir ki, avtomobil idarə edir, avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi var. 02 aprel 2024-cü il tarixdə saat 15:30 radələrində "xxxx" MMC-yə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan, etibarnamə əsasında idarə etdiyi Hyundai Sonata markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi ilə Balaxanı qəsəbəsi istiqamətindən, Heydər Əliyev prospekti istiqamətinə saatda 60-70 km sürətlə yolun soldan birinci zolağıyla hərəkət edən zaman ünvan 3 ünvanının qarşısına çatdıqda Sabunçu körpüsünün altından, yolun sol tərəfindən sağ tərəfinə doğru sağ əlində çanta, sol əlində isə sellofan torba olan bir qadın hərəkəti istiqamətinə doğru qaçmağa başlamış, o, bunu görən anda ayağını tormoza ataraq pedalı var gücü ilə sıxmış və avtomobili sağa tərəf istiqamətləndirmiş, lakin həmin piyadanı avtomobilinin qabaq sol yan hissəsi ilə, yəni özünün oturduğu tərəflə vurmuşdur, ayağını tormozdan götürmədiyinə görə avtomobil sürüşərək bir qədər irəli gedib avtomobilin qabaq sol tərəfi yolun sol kənarında yerləşən dəmir arakəsməyə dəyib dayanmışdır. Bundan sonra o, idarə etdiyi avtomobildən düşərək həmin qadın piyadaya yaxınlaşmış, eyni zamanda ətrafda olan tanımadığı şəxslərdə yaxınlaşaraq ona köməklik edib piyadanı avtomobilinə əyləşdirmişlər və piyadanı dərhal X16 aparmışdır, lakin X15 həkimlər qadın piyadaya heç bir köməklik göstərə bilməyəcəklərini deyib öldüyünü bildirmişlər. Bundan sonra X16 gələn polis əməkdaşları ilə birlikdə hadisə yerinə getmiş, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, həmin baxışda o, da iştirak etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X10 məhkəməyə teleqram ünvanlayaraq istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs şikayəti olmadığını, məhkəmənin onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisinin iştirakı olmadan məhkəmə istintaqının keçirilməsini mümkün hesab edərək onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini elan etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X10 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, mərhum X2 ilə 1979-cu ildə ailə həyatı qurmuşdur. Onların birgə nikahdan iki oğlan və bir qız övladları var. X2 ölən günə qədər onunla eyni ünvanda, yəni ünvan 5nvanında yaşamışdır. 02 aprel 2024-cü il tarixdə günorta saatlarında X2 şəxsi işləri ilə əlaqədar yaşadıqları evdən çıxıb getmişdir. Həmin gün axşam saatlarında oğlu X11 istifadəsində olan mobil telefonu ilə onun istifadəsində olan mobil telefonuna zəng edərək arvadı X9 rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində avtomobil vurduğunu və öldüyünü bildirmişdir. Sabunçu rayon MTE-nm meyitxanasında arvadı Mehriban Abbasovanm meyiti müayinə oldunduqdan sonra oğlu X8 təhvil verilmişdir. Yol nəqliyyat hadisəsini törədən Hyundai Sonata markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 02 aprel 2024-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, ünvan 3 qarşısı, Sabunçu körpüsünün yaxınlığına, hadisə yerinə baxış keçirilmiş, sxem və fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur (i.v.07-13); nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanması haqqında 02 aprel 2024-cü il tarixli protokoldan görünür ki, “Hyundai Sonata” markalı, ** AU ***dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş, fotoşəkillər çəkilərək cinayət işinə əlavə edilmişdir (i.v.14-19); Təqsirləndirilən şəxs sürücülük vəsiqəsindən görünür ki, xx.xx.2018-ci il tarixdə 10 il müddətinə «BC» kateqoriyalı AC 729330 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v.21); xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Hyundai Sonata markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir (i.v.22); xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, Mercedes Benz 816 L markalı, Xüsusi təyinatlı modelli, 99-UT-3 Hyundai Sonata markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixədək Təqsirləndirilən şəxs etibar edilmişdir (i.v.23); 02 aprel 2024-cü il tarixli, 1/328 №-li sərxoşluq vəziyyətinin tibbi müayinə aktından müəyyən olunur ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v.26); Zərərçəkmiş şəxsin hüquqi varisi X6 4 saylı Notariat ofisində təqdim etdiyi xx.xx.2024cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmışlar, ona qarşı heç bir şikayət və tələbi yoxdur (i.v.48); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumuğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kortatekasında heç bir məlumat yoxdur (i.v.51); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X20 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə (xx.xx.2028-ci il tarixədək etibarlı olan) AC 729330 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi verilib, onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmayıb (i.v.54); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X19 Sabunçu rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 72 saylı ekspert rəyindən görünür ki,

1. X3mm meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir. Baş-beyin maddəsinin əzilib-dağılması. Onurğa beyninin boyun şöbəsinin əzilməsi. Baş-beyin maddəsinə və yumşaq qişalarına, onurğa beyninin boyun şöbəsinə qansızma. Kəllə tağı və əsası sümüklərinin açıq qəlpəli, İ-İİ-İİİ boyun fəqərələrinin, burun və hər iki əng sümüklərinin qapalı qəlpəli sınıqları, ikitərəfli hemotoraks (döş boşluğuna sərbəst qanın yığılması). Sağ ağciyərin əzilmiş-cırılmış yaraları. Sağ körpücük sümüyünün, ikitərəfli qabırğaların və sol baldır sümüklərinin yerini dəyişən qapalı sınıqları. Döş qəfəsinin və qarının yumşaq toxumalarına qansızma. Başın, sifətin, gövdənin və sol aşağı ətrafın əzilmiş-cırılmış yaraları, qançır və sıyrıqları. - Xəsarətlər həyati olub, bərk-küt əşya (əşyalar) təsirindən mərhumun ölümündən az əvvəl törənmişlər, qərarm təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomaşın vurması nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə AĞİR zərərvurmanm əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir.

2. X1 ölümünə səbəb kəllə-tağı və əsası sümüklərinin açıq qəlpəli sınıqları ilə əlaqədar baş-beyin maddəsinin əzilib-dağılması olmuşdur. Öülümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-5 saat əvvələ uyğun gəlir.

3. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisatlar aşkar edilməmişdir (i.v.55- 58); Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/2541 nömrəli rəyindən görünür ki, İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən: 1.2. Hyundai Sonata markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v.67-70); Təhlükəsizlik Şəhər Xidmətindən daxil olmuş DVD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında 20 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, bir qadın piyada sağ əlində çanta, sol əlində isə sellofan torba ilə yolun sol tərəfindən, yəni səkidən sağa doğru çəpinə adi qaçışla yolu keçməyə cəhd edir və həmin vaxt Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Balaxanı qəsəbəsi istiqamətindən, Heydər Əliyev prospekti istiqamətinə doğru hərəkət edən Hyundai Sonata markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomobil qabaq sol yan hissəsi ilə yolun orta hissəsində onu vurur, qadın zərbədən asvalt örtüyünə yıxılır. Videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, görüntüsü qeydə alınmış yol-nəqliyyat hadisəsi onun tərəfindən törədilmişdir, yolun orta hissəsində piyadanı vuran avtomobil həmin vaxt onun tərəfindən idarə edilən Hyundai Sonata markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomobildir. TŞ9-018 2-2024-04-02 adlı faylda olan videogörüntüyə baxış zamanı, yuxarıda qeyd olunan yol-nəqliyyat hadisəsinin görüntüsü uzaq məsafədən qeydə alındığından həmin görüntüdə iş üçün sübut əhəmiyyət kəsb edəcək hal aşkar aşkar edilməmişdir. Video görüntüləri qeydə alınmış DVD diskə baxış keçirildikdən sonra iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılmış və Sabunçu RPİ-nin 48 nömrəli möhürü ilə möhürlənmişdir (i.v.93-94) Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.99-100); Sübutların qiymətləndirilməsi haqqında 23 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, hadisə yerinin video görüntüsü əks olunmuş DVD disk cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işinə əlavə edilmişdir (i.v.105-109); Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü 01 azyaşlı və xx.xx.2008-ci il təvəllüdlü 01 yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmə istintaqı zamanı DVD diskə baxış keçirilmiş, diskdə olan görüntülər 20 sentyabr 2024-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 azyaşlı uşağının olmasını(CM- 59.1.4), zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini (CM-59.1.12), əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini(CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 60.1-ci maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla (CM-58.3.), ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası(CM-60.1) və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı (CİM 67.2), barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 85 (səksən beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli(CPM-198.1), maddi sübut-01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Maddi sübut- 1 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 15 iş saatına görə 90 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu və ya alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar