Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-765/2022 09.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X17 İmanovanın sədrliyi, Fərahim Balaş oğlu Dadiyevin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X5, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1978-ci il tarixdə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi nömrəsiz fərdi evdə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,113 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edib, üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi nömrəsiz fərdi evin qarşısına kimi daşımış, 10 may 2022-ci il tarixdə, saat 22 radələrində həmin ərazidə özünü şübhəli apardığına görə xidmət aparan Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,113 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin ondan aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqsirli olması iş materiallarında sübutlarla sübuta yetirilməmiş və onun təqsirli olması qənaətinə gələrkən istintaq orqanının istinad etdiyi sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməklə öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər psixotrop maddə metamfetamin istifadəçisi olsa da, artıq yarım ildən çoxdur ki, tamamilə psixotrop maddənin istifadəsini dayandırmışdır. Heroindən isə o, ümumiyyətlə həyatı boyu istifadə etməmişdir. Ümumiyyətlə o, metamfetamindən başqa hər hansı başqa narkotik vasitə və psixotrop maddədən istifadə etməmişdir. 10 may 2022-ci il tarixdə, saatı dəqiq yadında olmasa da, təxminən saat 18 radələrindən sonra o, yaşadığı Ramana qəsəbəsi ərazisində olarkən həmin ərazinin əməliyyat müvəkilləri Məhəmməd və Kənan adlı şəxslər onu polis şöbəsinə dəvət etmişlər, o, razılaşaraq maşına əyləşdikdən sonra Məhəmməd adlı şəxs onun telefonunu əlindən almışdır. Onlar polis şöbəsinə gəldikdən sonra o, bir qədər gözləmiş, sonradan həmin şöbənin rəis müavini Süleyman adlı şəxs ona bir bükümdə qəhvəyi rəngli maddəni təqdim edərək ona məxsus olduğunu bildirmiş, o, etiraz etdikdə isə Süleyman adlı şəxs onun başına bir dəfə vuraraq ona “mənim həddiyəmi hələ geri qaytaran olmayıb” deyə cavab vermiş, onu həmin narkotik vasitəni götürməcəyi təqdirdə ona daha ağır AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan ediləcəyi ilə hədələmişdir. O, ehtiyat edərək narkotik vasitənin üzərində olmasını boynuna götürəcəyini bildirsə də, həmin Süleyman adlı şəxsə məhkəmədə bütün gerçəkləri söyləyəcəyini demişdir. Bundan sonra Əli və Habil adlı əməliyyat müvəkilləri onu təhqiqatçının otağına aparmışlar. Video çəkiliş aparılarkən həmin əməliyyat müvəkilləri güldüklərindən video çəkilişi bir müddət həyata keçirmək mümkün olmamış, hətta Əli adlı şəxs “adam biləndə ki, doğurdan bunun üzərindən çıxmayıb adamı gülmək tutur” deyə bir ifadə də işlətmişdir. Bir neçə dəfə videoçəkilişin aparılması alınmasa da, sonradan həmin şəxslər özlərini ələ aldıqdan sonra çəkiliş başlanmış, o, Süleyman adlı şəxsin dediyi kimi cibindən həmin qəhvəyi rəngli maddəni çıxararaq stolun üzərinə qoymuş, öncədən ona deyilən sözləri təkrarlayaraq təhqiqatçının suallarına deyilən qaydada cavab vermişdir. O, müstəntiq tərəfindən komputer vasitəsi ilə yazılmış ifadələri qorxusundan imzalasa da, öz xətti ilə özünü təqsirli bilmədiyini, heç bir günahının olmadığını həmin ifadələrdə göstərmişdir. O, bir daha qeyd edir ki, onun üzərindən heç bir narkotik vasitə aşkar edilməmiş və onun Əli və habil adlı polis əməkdaşları saxlamamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhər Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 10 may 2022-ci il tarixdə, saat 22 radələrində etibarlı mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni daşıması və gəzdirməsi barədə məlumat daxil olmuş, həyata keçirilən əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmiş, orada üzərinə axtarış keçirilən zaman özü könüllü olaraq cibində olan narkotik vasitəni təqdim edərək həmin narkotik vasitəni 20 manata öz istifadəsi üçün əldə etdiyini bildirmiş, bundan sonra həmin narkotik vasitə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid1 Təqsirləndirilən şəxs məhz əməliyyat məlumatı əsasında saxlanıldığını, saxlanılarkən yayınmağa çalışdığını, təqsirləndirilən şəxsin onun özü və X4 tərəfindən 10 may 2022-ci il tarixdə, saat 22 radələrində Ramana qəsəbəsində saxlanılaraq onlar tərəfindən polis bölməsinə gətirildiyini bildirmişdir. Məhkəmə iclasında sədrlik edən Şahid1 zalda olan şəxslərdən hansının hazırda barəsində danışdığı, Ramana qəsəbəsində saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu göstərməsini dedikdə şahid tamamilə başqa bir şəxsi göstərərək tam əminlikdə həmin şəxsin Ramana qəsəbəsində əməliyyat məlumatı əsasında saxladıqlarını və şöbədə üzərindən narkotik vasitə aşkar olunan Təqsirləndirilən şəxs olduğunu bildirmiş, şahidə bir daha eyni sualı verildikdə şahid öz cavabını bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 12-ci Polis şöbəsinin cinayət-axtarış xətti üzrə əməliyyat müvəkkili, polis baş leytenantı X4 ifadəsində göstərmişdir ki, 10 may 2022-ci il tarixdə, saat 22 radələrində Bakı şəhər Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ilə Ramana qəsəbəsində olarkən bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. Həmin şəxsə yaxınlaşaraq bir qədər söhbət etdikdən sonra həmin şəxsin narkotik vasitə daşıması və gəzdirməsi onlarda şübhə yaratdığından həmin şəxs polis şöbəsinə dəvət edilmiş, üzərinə baxış keçirilən zaman üzərindən narkotik vasitə aşkar edilmişdir. Həmin şəxs özü cibində olan bükümü şəxsi axtarış zamanı könüllü olaraq təqdim etmiş, həmin maddənin narkotik vasitə kakos olduğunu, öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Bundan sonra həmin narkotik vasitə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid X4 Təqsirləndirilən şəxs əməliyyat məlumatı əsasında deyil, özünü şübhəli apardığına görə saxlanıldığını, saxlanılarkən yayınmağa çalışmadığını, dəvət olunan kimi etiraz etmədən polis şöbəsinə getməyə razılıq verdiyini, təqsirləndirilən şəxsin onun özü və Şahid1 tərəfindən 10 may 2022-ci il tarixdə, saat 22 radələrində Ramana qəsəbəsində saxlanılaraq onlar tərəfindən polis bölməsinə gətirildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 10 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 10 may 2022-ci il tarixdə, saat 12:00-dan tutulmuş hesab olunmuşdur (i.v. 10). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 10 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümünü çıxardaraq masanın üzərinə qoyur. Ramin Babazadə masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi bükümü təhqiqatçı Sənan Qazıyev tərəfindən açıldıqda içərisindən maddə aşkar olunur. Ramin Babazadə təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin narkotik vasitə “kokos” olduğunu deyərək, xx.xx.2022-ci il tarixdə Ramana qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını, 04 aydır ki narkotik vasitədən istifadə etdiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində maddə olan büküm təhqiqatçı Sənan Qazıyev tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir, şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən imzalanır ( i.v. 28-30). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasının 11 may 2022-ci il tarixli, 6/2714 nömrəli rəyindən görünür ki, “Azərbaycan Respublikası DİN Zərflər üçün №159” möhür əksi və üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,113 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i.v.39-41). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 12 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbi seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal saxlanıldığı yerdən azad edilmiş, barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.66-69). “Qətimkan tədbiri seçilməsi haqqında” 12 may 2022-ci il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.70-71). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi ambulator məcbiri-narkoloji tibbi yoxlamanın 11 may 2022 il tarixli, 3030 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.76-77). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xanlar Rayon Məhkəməsinin 19 avqust 2004-cü il tarixli hökmü ilə AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07 iyun 2007-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 08 may 2007-ci il tarixli Amnistiya qərarına əsasən vaxtından əvvəl cəzadan azad edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilsə də, 27 avqust 2016-cı il tarixdə AR CM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir (i.v.85-87). “Maddi sübut kimi tanınma haqqında” 20 iyul 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Vqif oğlunun üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd sellofan bükümdə ilkin təmiz çəkisi 1,113 qram olmuş narkotik vasitə heroin maddi sübut kimi tanınmalı və saxlanılması üçün Sabunçu RPİ-nin məsul saxlancına təhvil verilmişdir (i.v.92-93). “Sübutların qiymətləndirilməsi haqqında” 01 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosesini əks etdirən videoçəkilişin olduğu bir ədəd DVD diskin maddi sübut hesab olunmaqla cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır ( i.v. 106-112). Məhkəmə hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, eksperti rəyləri və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onların təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və iş materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci ilə maddəsi təqsirli olması sübuta yetirilməmiş və iş materiallarında olan sübutlar onun qeyd olunan maddə ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir. Məhkəmə gəldiyi qənaətin əsaslandırılması üçün istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübutun ayrıayrılıqda tədqiq edilməsini zəruri hesab edir. -İlkin olaraq məhkəmə təqsirləndirilən şəxsin özünün həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin təhlil edilməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarından görünür ki, müstəntiq həm sübutların qiymətləndirilməsi haqqında 01 avqust 2022-ci il tarixli qərarda, həm də ittiham aktında Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini göstərmiş və hər iki sənəddə onun təqsirliliyini təsdiq edən sübut növlərindən biri kimi “təqsirləndirilən şəxsin etirafedici ifadəsi”nə istinad etmişdir. Halbuki, cinayət işinin materiallarında olan (i.v.58-60) “Təqsirləndirilən şəxsin dindirilməsi”nə dair 12 may 2022-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxsin adından komputer vasitəsilə yazılmış məzmunu cinayətin əməlinin etiraf edilməsinə dair cümlələrdən ibarət olan ifadələr protokolda öz əksini tapsa da, həmin ifadənin əvvəlində təqsirləndirilən şəxsin özü tərəfindən qələmlə “özümü təqsirli bilmirəm”, ifadənin sonunda isə təqsirləndirilən şəxsin özü tərəfindən qələmlə “ifadəmi oxudum, mənə elan edilmiş ittihamla razı deyiləm, çünki heç bir günahım yoxdur, ona görə də imtina edirəm” cümləsi yazılmışdır. Lakin göründüyü kimi, müstəntiq təqsirləndirilən şəxsin öz xətti ilə yazılmış cümlələri ya görməmiş, ya da görməzdən gələrək özü tərəfindən komputer vasitəsi ilə yazılmış ifadələrə inanmağı üstün tutaraq sonradan tərtib etdiyi ittiham aktında özünün yazdığı etirafedici ifadələrə “təqsirləndirilən şəxsin etirafedici ifadəsi” kimi istinad etməyi məqbul hesab etmiş, nə “Sübutların qiymətləndirilməsi haqqında” qərarda, nə də ittiham aktında təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi ilə əlaqədar göstərdiyi xüsusata qiymət verməmiş və həmin halın üstündən keçmişdir. Halbuki, ifadədən əvvəlki qrafada özünü təqsirli bilmədiyini göstərən şəxsin etirafedici məzmunda ifadə verməsi ümumiyyətlə absurd olmaqla heç bir məntiqə sığmır. Məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməmiş, ifadələrin komputer vasitəsi ilə yazıldığını, ifadələri imzalasa da, həmin ifadədə özünü təqsirli bilmədiyini qeyd etdiyini bildirmişdir. Göründüyü kimi, istintaq orqanının istinad etdiyini sübut növlərindən biri olan “təqsirləndirilən şəxsin etirafedici ifadəsi” əslində etirafedici ifadə olmamış, sadəcə müstəntiq təqsirləndirilən şəxsin komputer vasitəsi ilə yazılmış ifadənin əvvəlində və sonunda göstərdiyi xüsusatlara fikir vermədən həmin ifadəni iş materiallarına əlavə etməklə kifayətlənmişdir. İş materiallarında olan “Şübhəli şəxsin dindirilməsi”nə dair 11 may 2022-ci il tarixli ayrı-ayrı saatlarda müvafiq olaraq təhqiqatçı və müstəntiq tərəfindən tərtib edilmiş protokollara münasibətdə isə məhkəmə qeyd edir ki, eyni məzmunlu etirafedici ifadələri özündə əsk etdirən həmin protokollardakı ifadələr eynilik təşkil edərək komputer vasitəsi ilə yazılmaqla həmin sənədlərdə şübhəli şəxsə öz xətti ilə əlyazma şəklində hər hansı qeyd vermək imkanı yaradılmamış, müstəntiq Şəbnəm Ələkbərova tərəfindən tərtib edilmiş protokolda isə sonuncu vərəq istisna olmaqla şübhəli şəxsin hüquq və vəzifələrinin izah olunmasına, onun tərcüməçiyə ehtiyacının olmamasını, azərbaycan dilində kiril və latın qrafikaları ilə sərbəst oxuya bilməsini təsdiq etməsinə dair qrafalarda ümumiyyətlə şübhəli şəxsin imzaları əks olunmamaqla həmin qrafalar boş qalmışdır (i.v.49). Göstərilən bu hallar hamısı tərtib edilmiş sənədlərin şablon formada formal olaraq tərtib edilməsinə, təhqiqatçı və müstəntiqin həyata keçirdikləri tədbirlərə və istintaq hərəkətlərinə, müvafiq sənədlərin tərtib edilməsi qaydasına dair Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə laqeyd münasibətlərinin göstəricisidir. -Bununla yanaşı, məhkəmə istintaq orqanının istinad etdiyi digər sübut növlərindən olan şahid ifadələrinin təhlil edilməsi və onlara qiymət verilməsini zəruri hesab edir. Məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs 10 may 2022-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində əməliyyat müvəkilləri Şahid1 və X4 tərəfindən saxlanılaraq Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsildar Məmmədəliyev, 3 ünvanında yerləşən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə gətirilmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər Şahid1 və X4 tamamilə biri birinə zidd olan və uyğun gəlməyən ifadələr vermişlər. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 Təqsirləndirilən şəxs məhz əməliyyat məlumatı əsasında saxlanıldığını, saxlanılarkən yayınmağa çalışdığını göstərsə də, onunla birlikdə təqsirləndirilən şəxsin saxlanılmasında iştirak etdiyi iddia edilən digər şahid X1 İbrahimovun əməliyyat məlumatı əsasında deyil, özünü şübhəli apardığına görə saxlanıldığını, saxlanılarkən yayınmağa çalışmadığını, dəvət olunan kimi etiraz etmədən polis şöbəsinə getməyə razılıq verdiyini göstərmişdir. Bununla yanaşı, məhkəmə iclasında sədrlik edən Şahid1 zalda olan şəxslərdən hansının hazırda barəsində danışdığı, Ramana qəsəbəsində saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu göstərməsini dedikdə şahid tamamilə başqa bir şəxsi göstərərək tam əminlikdə həmin şəxsin Ramana qəsəbəsində əməliyyat məlumatı əsasında saxladıqları və şöbədə üzərindən narkotik vasitə aşkar olunan Təqsirləndirilən şəxs olduğunu bildirmiş, məhkəmə bir daha eyni sualı verdikdə şahid öz cavabını bir daha təsdiq etmişdir. Göstərilən bu hallar şahidlərin ifadələrində səmimi olmamasına, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi “onun əməliyyat müvəkilləri Şahid1 və X4 tərəfindən saxlanılmadığına” dair göstərdiyi xüsusatın həqiqiliyinə dair məhkəmədə şübhələrin yaranmasına səbəb olduğundan məhkəmə göstərilən xüsusatın dəqiqləşdirilməsi üçün 05 oktyabr 2022-ci il tarixdə həm Təqsirləndirilən şəxs, həm də əməliyyat müvəkilləri Şahid1, X2, X3 və X6 10 may 2022-ci il tarixdə, saat 22 radələrində olduqları yerin müəyyən edilməsi üçün onların istifadələrində olan mobil nömrələrin anten məlumatlarının götürülməsi barədə qərar qəbul etmişdir. Məhkəmənin qərarına əsasən "xxxx" MMC tərəfindən təqdim edilmiş məlumatlara əsasən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefonun anten dairələri onun həmin gün sonuncu dəfə saat 16:07 radələrində “ünvan 5 ünvanında olmasını göstərmiş, həmin saatdan sonra anten məlumatlarını müəyyən etmək mümkün olmamışdır. "xxxx" MMC tərəfindən təqdim edilmiş məlumatlara əsasən Şahid1 istifadəsində olmuş ***- ***-**-** nömrəli mobil telefonun anten dairələri onun 10 may 2022-ci il tarixdə, saat 20:29 radələrindən 23:01 radələrinədək Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsildar Məmmədəliyev küçəsində, yəni Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsində olmasını göstərmiş və həmin saat aralıqlarında həmin mobil nömrə ilə mütəmadi danışıqlar aparılmışdır. "xxxx" MMC tərəfindən təqdim edilmiş məlumatlara əsasən X2 istifadəsində olmuş ***-***-**- ** nömrəli mobil telefonun anten dairələri onun 10 may 2022-ci il tarixdə, saat 13:40 radələrindən 23:27 radələrinədək ümumiyyətlə Ramana qəsəbəsində olmadığını, verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs saxlanıldığı saat 22 radələrində isə onun “Zabrat-1” qəsəbəsində, ondan sonra isə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsildar Məmmədəliyev küçəsində, yəni Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsində olmasını göstərmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş məlumatlara əsasən X3 istifadəsində olmuş ***-***-**- ** nömrəli mobil telefonun anten dairələri onun 10 may 2022-ci il tarixdə 20:59 radələrində Ramana qəsəbəsində olmasını, həmin saatdan saat 22:42-dək onun olduğu yer haqqında məlumat müəyyən edilməmiş, saat 22:42 radələrində isə onun Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsildar Məmmədəliyev küçəsində, yəni Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsində olması müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş məlumatlara əsasən X6 istifadəsində olmuş ***-***-**- ** nömrəli mobil telefonun anten dairələri onun 10 may 2022-ci il tarixdə, saat 17 radələrindən saat 21:54-dək Ramana qəsəbəsində olduğunu, 21:54-də isə onun Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsildar Məmmədəliyev küçəsində, yəni Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsində olması müəyyən edilmişdir. Məhkəmə tərəfindən müvafiq anten məlumatlarını əldə edildikdən sonra Şahid1, X4, X3 və X11 məhkəmə iclasına dəvət edilmiş, həmin şəxslərdən Şahid1, X3 və X11 məhkəmə iclasında iştirak etmişlər. Məhkəmə istintaqı zamanı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməliyyat müvəkkili X7 verilmiş suallara cavab olaraq özünün Ramana qəsəbəsində xidmət etdiyini, Təqsirləndirilən şəxs ərazidən kənd sakini kimi tanıdığını, lakin 10 may 2022-ci il tarixdə Raminin onun tərəfindən saxlanılmadığını, Raminin iddialarının yalan olduğunu bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs göstərilənlərə münasibət bildirərək X3 üzünə qarşı Məhəmməd Musayevin həqiqəti danışmadığını, onların ərazisində olan əməliyyat müvəkillərindən birinin Məhəmməd Musayev olduğunu, Məhəmməd Musayev tərəfindən saxlanılaraq polis bölməsinə aparıldığını, Məhəmməd Musayevin bu yaxınlarda bir nəfər şəxslə ona “Ramin bizi məhkəmədə satdığına görə nəyin bahasına olursa olsun onu yenidən şöbəyə gətirəcəyəm” deyə söz göndərdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməliyyat müvəkkili X11 verilmiş suallara cavab olaraq özünün Ramana qəsəbəsində xidmət etdiyini, Təqsirləndirilən şəxs ərazidən kənd sakini kimi tanıdığını, lakin 10 may 2022-ci il tarixdə Raminin onun tərəfindən saxlanılmadığını, Raminin iddialarının yalan olduğunu bildirmiş, sədrlik edən tərəfindən “Şahid1 və X2 xidmət göstərdikləri ərazinin Ramana olmadığı halda nəyə görə onların digər ərazidən gələrək Ramini məhz onların saxladıqlarına” dair sualına cavab olaraq Kənan Cəfərov “Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələri daşıyıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olduğundan və həmin məlumat digər əməliyyat müvəkillərinə verildiyindən Təqsirləndirilən şəxs digər ərazinin əməliyyat müvəkilləri tərəfindən saxlanılmışdır” deyə cavab vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs göstərilənlərə münasibət bildirərək X6 üzünə qarşı Kənan Cəfərovun həqiqəti danışmadığını, onların ərazisində olan əməliyyat müvəkillərindən birinin X6 olduğunu, onu saxlayan şəxslərdən birinin də Kənan Cəfərov olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı təkrarən şahid qismində dəvət edilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 əldə edilmiş anten məlumatları ilə Təqsirləndirilən şəxs saxlanıldığı zaman onun Ramana qəsəbəsində olmamasına dair ziddiyyətə münasibət bildirərək göstərmişdir ki, “ola bilər ki, həmin saatlarda telefonu ya maşında, ya da bölmədə qalmışdır”. Bu zaman sədrlik edən tərəfindən “qeyd olunan saatlarda mütəmadi olaraq onun mobil telefonu ilə danışıqların aparıldığını, telefonun maşında və ya bölmədə qaldığı təqdirdə bu qədər zənglərin kim tərəfindən edildiyi və ya qəbul edildiyi”nə, “həmin saatlarda Habil İsmayılovun da ümumiyyətlə Ramana qəsəbəsində olmaması”na dair suallara isə şahid cavab verə bilməyəcəyini bildirmiş və susmuşdur. Göründüyü kimi, məhkəmə tərəfindən əldə edilmiş anten məlumatları ilə Təqsirləndirilən şəxs 10 may 2022-ci il tarixdə, saat 22 radələrində saxlanılan zaman iş materiallarına əsasən onu saxlayaraq bölməyə gətirən Şahid1 və X2 ümumiyyətlə həmin saatlarda Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində olmadıqları müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı məhkəmə yenidən həmin şəxsləri məhkəməyə dəvət edərək dəqiqləşdirmə apararkən isə Şahid1 “ola bilər ki, həmin saatlarda telefonu ya maşında, ya da bölmədə qalmışdır” deyərək vəziyyətdən çıxmağa çalışsa da, “qeyd olunan saatlarda mütəmadi olaraq onun mobil telefonu ilə danışıqların aparıldığı, telefonun maşında və ya bölmədə qaldığı təqdirdə bu qədər zənglərin kim tərəfindən edildiyi və ya qəbul edildiyi”nə, “həmin saatlarda Habil İsmayılovun da ümumiyyətlə Ramana qəsəbəsində olmaması”na dair suallara isə Şahid1 cavab verə bilməyəcəyini bildirərək susmuşdur. Bundan savayı, məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməliyyat müvəkkili X11 “Şahid1 və X2 xidmət göstərdikləri ərazinin Ramana olmadığı halda nəyə görə onların digər ərazidən gələrək Ramini məhz onların saxladıqlarına” dair suala cavab olaraq Kənan Cəfərovun “Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələri daşıyıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olduğundan və həmin məlumat digər əməliyyat müvəkillərinə verildiyindən Təqsirləndirilən şəxs digər ərazinin əməliyyat müvəkilləri tərəfindən saxlanılmışdır” deyə cavab verməsi bir daha əməliyyat müvəkillərinin ifadələrində səmimi olmamasına, onların bir birindən xəbərsiz tamamilə biri digərinə uyğun olmayan, işin həqiqi halları ilə uzlaşmayan (belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əməliyyat məlumatı əsasında və əməliyyat tədbirləri nəticəsində deyil, sadəcə ərazidə (hansı ərazidə ki, orada xidmət göstərən əməliyyat müvəkilləri məhz X7 və X11 olmuşlar) özünü şübhəli apardığı üçün saxlanılmışdır) ifadələr verməsinə dəlalət edir. Məhkəmə hazırki iş üzrə əsas sübut növlərindən olan şahid ifadələri ilə əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı ibtidai ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs 10 may 2022-ci il tarixdə, saat 22 radələrində saxlayaraq polis şöbəsinə gətirmiş şəxslər kimi şahid qismində dindirilmiş Şahid1 və X2 10 may 2022-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində olmadıqları, Şahid1 10 may 2022-ci il tarixdə, saat 20:29 radələrindən 23:01 radələrinədək Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsildar Məmmədəliyev küçəsində, yəni Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsində olması, X2 isə 10 may 2022-ci il tarixdə, saat 13:40 radələrindən 23:27 radələrinədək ümumiyyətlə Ramana qəsəbəsində olmadığı, verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs saxlanıldığı saat 22 radələrində isə onun “Zabrat-1” qəsəbəsində, ondan sonra isə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsildar Məmmədəliyev küçəsində, yəni Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsində olması müəyyən edilmişdir ki, bu da həmin şəxslərin iş materiallarında olan şahid ifadələrinin sübuti əhəmiyyəti olmayan sübut kimi qiymətləndirilərək sübutlar siyahısından xaric edilməsi üçün əsasdır. -İbtidai istintaq orqanın mötəbər sübut qismində istinan etdiyi digər sübut növü 10 may 2022ci il tarixli, saat 23:15-dən saat 23:30-dək keçirilmiş “şəxsi axtarış və götürmə aparılması”ndan ibarət istintaq hərəkətinə dair protokol və həmin istintaq hərəkətini özündə əks etdirən diskdəki görüntülər olmuşdur ki, məhkəmə həmin sübuta da ayrılıqda qiymət verilməsini zəruri hesab edir. Belə ki, iş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 10 may 2022ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə əməliyyat müvəkilləri Şahid1 və X2 iştirakları ilə saat 23:15-də başlanmış və saat 23:30-da başa çatmışdır. Halbuki, "xxxx" MMC tərəfindən təqdim edilmiş məlumatlara əsasən Şahid1 istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefonun anten dairələri onun 10 may 2022-ci il tarixdə, saat 23:23, 23:38 radələrində Ramana qəsəbəsində olmasını, yalnız saat 23:56-dan onun yenidən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsildar Məmmədəliyev küçəsində, yəni Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsində olmasını göstərmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş məlumatlara əsasən X2 istifadəsində olmuş ***-***-**- ** nömrəli mobil telefonun anten dairələri onun 10 may 2022-ci il tarixdə, saat 23:27, 23:31-də Ramana qəsəbəsində olmasını, ümumiyyətlə 23:49-dək bölmədə olmadığını göstərmişdir. Göstərilən bu hal özü şəxsi axtarış və götürmə aparılmasına dair istintaq hərəkətinin aparılması zamanı qanunvericiliyin tələblərinin pozulmasının, qeyd olunan protokolun formal şəkildə tərtib edilməsinin göstəricisidir. Belə ki, AR CPM-nin 247.1.1-ci maddəsinə əsasən axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair axtarış və ya götürmənin aparıldığı yer, tarix və vaxtını əks etdirən protokol tərtib edilir. Bununla yanaşı, şəxsin axtarış və götürmə aparılması haqqında protokolda Təqsirləndirilən şəxs 4 aya yaxındır ki, narkotik vasitə istifadə etməsini bildirməsi göstərilsə də, şəxsi axtarış və götürməni özündə əks etdirən və məhkəmə istintaqı zamanı baxış keçirilən diskdəki görüntülərdən aydın olur ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı ümumiyyətlə belə bir xüsusatı göstərmir. Bundan savayı, DVD diskə baxış zamanı görünür ki, Təqsirləndirilən şəxs üzərində qadağan edilmiş əşya olması soruşulan zaman o, əynində olan şalvarın sağ yan cibindən bir bükümü çıxaraq stolun üzərinə qoyur, bu zaman ondan həmin maddənin nə olması soruşulduqda o, cəld və könülsüz formada “narkotik vasitədir, istifadə edirəm, kakosdur” deyə cavab verir və dərhal şübhəli baxışlarla sağ tərəfdə dayanmış əməliyyatçının üzünə baxır. Həmin diskdəki görüntülərə baxış zamanı məhkəmədə Təqsirləndirilən şəxs cavablarının sanki əzbərlənmiş cavablar olması təəssüratı yaranmışdır. Bununla yanaşı, DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi maddə zərfə qoyularaq müvafiq əməliyyatçılar, Təqsirləndirilən şəxs özü tərəfindən imzalansa da, həmin zərf möhürlənmir və təhqiqatçı həmin zərfin hansı nömrəli möhürlə möhürləndiyinə dair hər hansı xüsusatı göstərmir. Halbuki, AR CPM-nin 245.8-ci maddəsinə əsasən axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənir. Həmin Məcəllənin 128.3.1-ci maddəsinə əsasən əşyanın maddi sübuti əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki, əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun. Göstərilən bu halların hər biri iş üzrə sübut kimi qiymətləndirilmiş “şəxsi axtarış və götürmə aparılması”na dair protokolun qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilməsinə dəlalət etməklə həmin sübutun da mötəbərliyini şübhə altına alır. -İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 11 may 2022-ci il tarixli, 6/2714 nömrəli rəyinə münasibətdə isə məhkəmə qeyd edir ki, müvafiq ekspert rəyi ekspertizaya təqdim edilmiş maddənin növünün və çəkisinin müəyyən edilməsini təsdiq edən mötəbər sübut olsa da, həmin ekspert rəyi təqdim edilmiş maddənin kimə məxsus olmasını, kimin üzərindən aşkar edilməsini təsdiq edən sübut növü hesab edilmir. AR CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Hazırki halda məhkəmə iş üzrə sübut kimi qiymətləndirilmiş şahid ifadələrinin sübuti əhəmiyyətini itirdiyini, şəxsi axtarış və götürmə aparılmasına dair protokolun qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyini, həmin protokolda istintaq hərəkətinin aparılması vaxtının formal göstərildiyini, şəxsin üzərindən aşkar edilmiş maddənin qablaşdırıldıqdan sonra möhürlənmədiyini, aşkar edilmiş maddənin qoyulduğu zərfin möhürlənib möhürlənməməsinin, əgər sonradan möhürlənmişdirsə, hansı nömrəli möhürlə möhürlənməsinin məhkəməyə məlum olmadığı halda göstərilən bu hallar sadəcə müvafiq ekspert rəyi ilə aradan qaldırılaraq şəxsin təqsirli olması qənaətinə gəlməyə imkan vermir. -İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 11 may 2022 il tarixli, 3030 saylı rəyi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 11 may 2022 il tarixli, 3030 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs səmimilik göstərərək əvvəllər psixotrop maddə olan metamfetamindən istifadə etdiyini, lakin aylardır ki, həmin maddədən istifadə etmədiyini, zərurət olarsa yenidən narkoloji müayinəyə getməyə hazır olduğunu, heç vaxt narkotik vasitə heroindən istifadə etmədiyini bildirmişdir ki, məcburi-narkoloji tibbi yoxlamanın 11 may 2022 il tarixli, 3030 saylı rəyindən də görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərdən istifadə halları müəyyən edilməmiş, onun yalnız psixostimulyatorları qəbul etməsi faktı müəyyən edilmişdir. Nəzərə alınsa ki, metamfetamin psixotrop maddə hesab olunur və narkotik vasitə heroindən istifadə edən şəxsdə mütləq qaydada opiodilərdən istifadə hallarının olması müayinə zamanı aşkar olunmalı idi, hazırki halda Təqsirləndirilən şəxs yalnız psixostimulyatorların qəbul edilməsi halının müəyyən edilməsi bir daha onun ifadələrində səmimi olmasının göstəricisidir. Göründüyü kimi, ibtidai istintaq orqanının X8 AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübut məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamaqla işin həqiqi halları ilə təkzib olunmuşdur. Göstərilən bütün bu Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilmədiyi qənaətinə gəlməyə imkan verir ki, belə olan halda Təqsirləndirilən şəxs AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirildiyi AR CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X14 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPMin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 1-ci abzasında göstərilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə onun təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, iş üzrə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra həmin heroinin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilməli, maddi sübut kimi saxlanılan heroinin qalıq miqdarı araşdırma sona çatanadək Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri dövlət büdcəsinə aid edilməli, 03 ədəd disk iş materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən və 1,113 qram çəkidə narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan hökm qanuni qüvvəyə mindikdən sonra həmin heroinin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilsin, maddi sübut kimi saxlanılan 1,013 qram heroin araşdırma sona çatanadək Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 92 manat dövlət büdcəsinə aid edilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk, məhkəmə istintaqı zamanı əldə edilmiş anten məlumatları özündə əks etdirən 02 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-765/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-765/2022
09.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver