Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-768/2022 18.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X12 İmanovanın sədrliyi, məhkəmə iclasının katibi Fərahim Balaş oğlu Dadiyevin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1984-cü il tarixdə Naxçıvan MR-in Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməyən, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə irəli sürülmüş ittihama görə, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla gizli talayıb təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq niyyətilə 24 may 2021-ci il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 16 4, 3-cü mərtəbəsində yerləşən mənzilin giriş qapısının açıq olmasından istifadə edib qanunsuz olaraq həmin yaşayış sahəsinə daxil olaraq yataq otağındakı çantadan sonuncuya məxsus 3700 (üç min yeddi yüz) manat nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 3700 (üç min yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq niyyətilə 22 oktyabr 2021-ci il tarixdə, saat 18 radələrində AllahverdiyevTəbriz Yavər oğluna məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin ərazisində "xxxx" MMC-yə aid binada yerləşən, 7 saylı evin 99 saylı mənzilin giriş qapısını açarseçmə üsulu açıb qanunsuz olaraq yaşayış sahəsinə daxil olaraq, həmin mənzilin yataq otağındakı çarpayının üzərindəki döşəyin altındanm 1800 (min səkkiz yüz) manat nağd pulu, həmin otaqdakı dolabdan ümumi dəyəri 350 (üç yüz əlli) manat olan geyim əşyalarını və qonaq otağındakı masanın üzərində olan 1200 (min iki yüz) manat dəyərində 01 ədəd, 102 sm ölçülü “LG” markalı televizoru gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 3350 (üç min üç yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 15 yanvar 2022-ci il tarixdə, saat 11 radələrində X1 məxsus Sabunçu rayonu, ünvan 3 ünvanında yerləşən mənzilə giriş qapısını açarseçmə yolu ilə açmaqla yaşayış sahəsinə qanunsuz daxil olub, yataq otağında yerləşən saxlanc yeri hesab olunan dəmir seyfin qapısını sındıraraq içərisindəki Zərərçəkmiş şəxs5 məxsus 5000 manat nağd pulu gizli talayıb sonuncuya 5000 manat dəyərində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində 10 fevral 2022-ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs6 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə giriş qapıdan açarseçmə üsulu ilə qanunsuz daxil olub evin içərisindən dəyəri 70 manat olan 1 qutu led işığı, ümumi dəyəri 96 manat olan 3 qutu kabeli, ümumi dəyir 38 manat olan 1 qutu yarımın içərisində 150 ədəd kabel birləşdiricini, 150 manat dəyərində 150 metr uzunuluğunda olan 01 ədəd səyyar uzatma kabeli, ümumi dəyəri 80 manat olan 02 ədəd keramik kəsmək üçün kəsiçi almaz daşı, 65 manat dəyərində 02 ədəd keramik yonmaq üçün kəsiçi almaz daşı, ümumi dəyəri 240 manat olan 08 ədəd divar dəlmə pançını, ümumi dəyəri 21 manat olan 03 ədəd direl aparatında istifadə olunan divar deşəni, ümumi dəyəri 14 manat olan 02 ədəd qırıcı qulağı, ümumi dəyəri 758 manat olan Bosch GBH 2- 26 DRE markalı prefarator, yəni qırıcı-dəlici elektrik aləti, 151 manat dəyərində Bosch GSB 13 RE markalı 01 ədəd elektrik direlini, 375 manat dəyərində Bosch GSR 18V 50 plus 2x2 markalı batareka ilə işləyən 01 ədəd direli, 700 manat dəyərində Bosch GLL 3-80 markalı 01 ədəd lazer cihazını, 384 manat dəyərində Makita 1** GA ***0 C markalı kəsmə aləti və 384 manat dəyərində Makita *** **** CVL markalı kəsmə alətini gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümümilikdə 3526 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq niyyətilə 13 fevral 2022-ci il tarixdə, 22:30 radələrində Zərərçəkmiş şəxs3 saylı binanın 1-ci mərtəbəsində yerləşən 12 saylı mənzilin giriş qapısını açarseçmə yolu ilə açıb qanunsuz olaraq yaşayış sahəsinə daxil olaraq, yataq otağındakı çarpayının döşəyinin altındakı qızılqabının içərisindən 2700 manat dəyərində İtaliya istehsalı 1 ədəd qızıl üzük-sırğa dəstini, 1000 manat dəyərində Türkiyə Rüspublikasınm istehsalı olan bir ədəd qızıl üzük-sırğa dəstini, 210 manat dəyərində 1 ədəd qızıl üzüyü, 600 manat dəyərində bir ədəd brilyant qaşlı üzüyü, 150 manat dəyərində mirvari dəstini, 180 manat dəyərində 1 ədəd kəpənək formasında qızıl klonu, 180 manat dəyərində 1 ədəd qızıl sepi, 100 manat dəyərində 1 ədəd alyans qızıl üzüyü, 150 manat dəyərində bir cüt qızıl sırğanı, 120 manat dəyərində üzərində “Murad” yazısı olan lədəd qızıl qolbağını, 1000 manat dəyərində qədimi qızıl üzüyü, 500 manat dəyərində qədimi qızıl üzüyü, 250 manat dəyərində 2 ədəd bənövşəyi rəngli qaşı olan qədimi qızıl üzüyü, 400 manat dəyərində 1 ədəd qızıl üzüyü, 250 manat dəyərində 1 ədəd qızıl üzüyü, 150 manat dəyərində qızıl kişi üzüyünü, 50 manat dəyərində üzərində “T” hərfi olan qızıl klonu, 300 manat dəyərində 1 ədəd qızıl qolbağını, 150 manat dəyərində 1 ədəd qızıl üzüyü, həmin otaqdakı dolabın içərisindən 300 manat dəyərində 1 ədəd qızıl üzük-sırğa dəstini və dəyəri 30 manat olan 1 ədəd gümüş üzüyü gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümümilikdə 8770 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq niyyətilə 17 may 2022-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 4 saylı binanın 129 saylı mənzilində heç kimin olmamasından istifadə edərək mənzilin giriş qapısını açarseçmə yolu ilə açıb qanunsuz yaşayış sahəsinə daxil olaraq, yataq otağından 800 manat dəyərində 1 ədəd “Samsunq” markalı televizoru, həmin evin eyvanından 1000 manat dəyərində kombi aparatını, ümumi dəyəri 10 manat olan iki ədəd divan balıncını və 25 manat dəyərində döşək üzlüyünü gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümümilikdə 1835 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə ittiham edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilib göstərmişdir ki, o, ittihamda göstərilən oğurluq cinayətlərindən ikisini-ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin ərazisində "xxxx" MMC-yə aid binada yerləşən, 7 saylı evin 99 saylı mənzilində oğurluq etmişdir. Belə ki, o, 22 oktyabr 2021-ci il tarixdə, təxminən saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən binalarda mənzilləri gəzişərkən təsadüfən sonradan kimliyini bildiyi Zərərçəkmiş şəxs1 məxsus 99 nömrəli mənzilin giriş qapısını bir nəçə dəfə əli ilə döymüş, açan olmamışdır. Həmin mənzilin boş olduğuna və sahiblərinin evdə olmadığına əmin olub üzərində gəzdirdiyi açarı yoxlamaq məqsədilə qapının üzərindəki açar yerinə salıb, saat əqrəbinin əksinə hərəkət etdirmişdir. Bu zaman təsadüfən üzərindəki açar qapının qıfılına uyğun gəlmiş və qapı açılmışdır. İçəri dəhlizə keçib, mənzildə bir-bir otaqları gəzişərək axtarış etmişdir. Lakin evdə pul və qızıl-zinət əşyaları əlinə keçməmişdir. Yataq otağındakı dolabdan bir dəst kişi kostyumunu və qonaq otağından isə 01 ədəd 102 sm diaqnallı “LG” markalı plazma televizorunu altlığın üzərindən götürüb kağız qutuya qoymuş və mənzildən çıxmışdır. Çıxanda isə qapını elə açarla da bağlamışdır. Pilləkənlə hər ikisini də qucağında binanın həyətinə düşürmüşdür. Düşərkən kiminləsə orada rastlaşmamışdır. Həmin əşyaları tanımadığı yoldan keçən taksiyə qoyub, taksi ilə Bakı şəhəri, Nəsimi rayonunun ərazisində “Kubinka” kimi tanıdığı yerə gəlmiş və orada düşmüşdür. Elə həmin ərazidə də tanımadığı şəxsə televizoru 200 (iki yüz) manata satmışdır. Həmin şəxsə televizorun özünə məxsus olduğunu və pula ehtiyacı olduğundan satdığını bildirmişdir. Bu səbəbdən də həmin şəxs televizorun oğurluq olduğunu bilməmişdir. Bundan başqa, o, 10 fevral 2022-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən Amal yaşayış binasının yanında olarkən maddi vəziyyəti yaxşı olmadığına görə həmin binadan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə Bakı şəhəri, Xətai rayonu ərazisində, N.Tusi küçəsində yerləşən Amal yaşayış binasına daxil olub bir neçə evə baxmış, həmçinin evlərə daxil olmaq üçün özünə bir neçə açar düzəltmişdir, həmin açarla açarseçmə üsulu ilə Amal yaşayış binasının 5-ci mərtəbəsinə daxil olub evlərdən birinin qapısını döymüşdür, qapını açan olmayanda isə açarlardan biri ilə evə daxil olmuş, mənzilə daxil olan zaman mənzildə xeyli sayda əşyaların olmasını görmüş və buna görə də gedib tanışı X3 telefonla həmin ünvana çağırmışdır. Elgün isə markasını dəqiq xatırlamadığı avtomobillə oraya gəlmiş və birlikdə Amal yaşayış binasının 5-ci mərtəbəsinə daxil olub 1 qutu led işığı, 3 qutu kabeli, 1 qutu yarımın içərisində 150 ədəd kabel birləşdiricini, 150 metr uzunuluğunda olan 01 ədəd səyyar uzatma kabeli, 02 ədəd keramik kəsmək üçün kəsiçi almaz daşı, 02 ədəd keramik yonmaq üçün kəsiçi almaz daşı, 08 ədəd divar dəlmə pançım, 03 ədəd direl aparatında istifadə olunan divar deşəni, 02 ədəd qırıcı qulağı, Bosch GBH 2-26 DRE markalı prefaratoru, yəni qırıcı-dəlici elektrik aləti, Bosch GSB 13 RE markalı 01 ədəd elektrik direlini, Bosch GSR 18V 50 plus 2x2 markalı batareka ilə işləyən 01 ədəd direli, Bosch GLL 3-80 markalı 01 ədəd lazer cihazını, Makita 1** GA ***0 C markalı kəsmə aləti və Makita *** **** CVL markalı kəsmə alətini oğurlayıb sellofana torbalara doldurub Elgünün gəldiyi markasını bilmədiyi avtomobillə oradan uzaqlaşmışlar. Həmin əşyaların bir hissəsi avtomobildə qalmış, bir hissəsini isə Sabunçu rayonunda tanımadığı şəxsə 200 manata satıb şəxsi ehtiyacları üçün xərcləmişdir.Törətdiyi bu oğurluq epizodları üzrə əməlindən peşmandır. Digər epizodlar üzrə özünü təqsirli bilmir. O, digər epizodlarda göstərilən cinayət əməllərini törətməmişdir, istintaq zamanı ona psixoloji təzyiqlər göstərildiyindən etirafedici ifadələr vermişdir. Hazırda həmin epizodlar üzrə verdiyi ifadələri təsdiq etmir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilmədiyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o göstərmişdir ki, təxminən 4-5 il bundan əvvəl Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən "xxxx" şirkəti tərəfindən tikilmiş binalardan birində mənzil almış və ora köçmüşdür. Lakin, hərdən bir gəlib, həmin binada yerləşən 129 nömrəli mənzildə yaşayırmışlar. Mənzil isə binanın 12-ci mərtəbəsində yerləşirmiş. Belə ki, 29 aprel 2022-ci il tarixdə, təxminən saat 12 radələrində ailəsi ilə birlikdə evi tərk edib Masallı rayonu, Qı/ılağac kəndinə getmişdir. xx.xx.2022-ci il tarixədək Masallı rayonu, Qızılağac kəndində qalmışlar. xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə evə qayıtmışlar, həmin gün saat 19 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 4 saylı binanın 129 saylı mənzilinə daxil olmaq istədikdə evin qapısının açıldığını görmüşdür. Evə daxil olduqda isə evin qonaq otağında divardan asılmış olan 600 manat dəyərində 01 ədəd “Samsung” markalı televizorun oğurlandığını müəyyən etmişdir. Dərhal evin digər otaqlarına və eyvana baxmış və eyvandan 1000 manat dəyərində 01 ədəd kombi aparatının da oğurlandığını müəyyən etmişdir. Bundan sonra Sabunçu RPİ-nin 13-cü PB-nə yaxınlaşıb bu barədə ərizə yazaraq şikayət etmişdir. Daha sonra evə baxan zaman əlavə olaraq ümumi 10 manat dəyərində iki ədəd divan balıncının və 25 manat dəyərində döşək üzlüyünün oğurlandığını da müəyyən etmişdir. Yaşadığı evin qonaq otağından oğurlanmış 01 ədəd “Samsung” markalı televizor 82 sm ölçülüdür və 600 manat dəyəri vardır. Kombi isə işlənmiş olsa da real qiyməti 1000 manatdır. Daha sonra evə baxan zaman əlavə olaraq ümumi 10 manat dəyərində iki ədəd divan balıncının və 25 manat dəyərində döşək üzlüyünün oğurlandığını müəyyən etmişdir. Ona cinayət nəticəsində ümumilikdə 1635 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs4 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək cinayət işinə onun iştirakı olmadan baxılmasını və iş üzrə obyektiv qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 31, mənzil 34-də qeydiyyatda olmaqla, Sabunçu rayonu, ünvan 6 ünvanında yerləşən Maşınqayırma texnikomunun yataqxanasında tək yaşayır. Həyat yoldaşı Elçin Əliyev 1-ci Qarabağ müharibəsində şəhid olmuşdur. Şəhid ailəsi kimi ona verilən təqaüddən müalicəsi üçün 3700 manat pul yığıb oğlunun ailəsi ilə birlikdə yaşadığı ünvan 7 ünvanındakı evində saxlayırmış. 20 may 2021-ci il tarixdə həmin 3700 manat pulu oğlunun evindən götürüb yaşadığı Sabunçu rayonu, ünvan 8 ünvanında yerləşən Maşınqayırma texnikomunun yataqxanasındakı evə gətirib masanın üzərindəki əl çantasına qoymuşdur. Dəqiq xatırlamır may ayının 24-25-də yataqxanadakı evində olan zaman çantanın içərisində olan 3700 manat pulun naməlum şəraitdə oğurlandığını aşkar etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrində pilot vəzifəsində işləyir. Hər gün işi ilə əlaqədar evdən səhər saat 07 radələrində çıxıb, axşam saat 19 radələrində evə qayıdır. Ailə üzvləri 2021-ci ilin sentyabr ayından Naxçıvan MR-in Babək rayonunun Payız kəndində idilər. Buna görə də evdə tək qalırdı. Həmişə olduğu kimi xx.xx.2021-ci il tarixdə saat 07 radələrində hazırlaşıb evdən çıxıb işə getmişdir. Həmin gün təxminən saat 22 radələrində işdən çıxıb geri evə qayıtmışdır. Bu zaman üzərindəki açarla mənzilin giriş qapısını açıb içəri daxil olmaq istəmiş və açar boşa getmişdir. Yenidən açarı evin giriş qapısının qıfılına salmışdır. Bu dəfə qapı açılmış və o, içəri dəhlizə girmişdir. Sonra əvvəlcə salona keçmişdir. Görmüşdür ki, giriş qapısı ilə üzbəüz qoyulmuş masanın üzərindən 1200 manat dəyərində 01 ədəd böyük ölçülü “LG” markalı plazma televizor götürülüb. Sonra mənzildə digər otaqlara keçib mənzildə həqiqətən də oğurluq hadisəsinin baş verib-verməməsini yoxlamışdır. Yataq otağında şkafın qapılarının açıq olduğunu və içərisindəki paltarların dağınıq vəziyyətdə olduğunu görmüşdür. Tez pulu qoyduğu yerə baxmış və həmin otaqda çarpayının üzərindəki döşəyin altına sayıb qoyduğu 1800 (min səkkiz yüz) manat pulu orada aşkar etməmişdir. Bundan başqa ümumi dəyəri 350 (üç yüz əlli) manat olan özünə məxsus bir cüt ayaqqabını, bir dəst kostyum və bir ədəd köynəyi də dolabda aşkar etməmişdir. Həmin vaxt mənzilindən 1800 (min səkkiz yüz) manat pul, 350 (üç yüz əlli) manat dəyərində olan özünə məxsus geyim əşyaları və 1200(min iki yüz) manat dəyərində 01 ədəd “LG” markalı televizordan başqa heç nə oğurlanmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, X9 şəxsi işləri ilə əlaqadar olaraq 2020-ci ilin sentyabr ayından etibarən Rusiya Federasiyasına getmiş və həmin vaxtdan da o, tez-tez xalasının evinə gedərək nəzarət edirmiş, lakin orada yaşamırdı. X9 Rusiya Federasiyasına getdikdə özünə məxsus ünvan 9 ünvanında yerləşən mənzilin açarlarını ona vermişdir ki, evə nəzarət etsin. Xalası getdikdən sonra onun ünvan 9 ünvanında yerləşən evinə nəzarət etməyə başlamışdır. Belə ki, mütəmadi olaraq həmin mənzilə gedib nəzarət edirmiş. Sonuncu dəfə 02 yanvar 2022-ci il tarixdə xalası Minarəyə məxsus evə gəlmiş və evə baxdıqda hər şeyin qaydasında olduğunu görmüşdür. Xalasının mənzilindəki yataq otağında olan dəmir seyfdə ona məxsus 100 manatlıq əskinazlardan ibarət 5000 manat pul olmuşdur. Sonuncu dəfə 16 yanvar 2022-ci il tarixdə anası ilə birlikdə Minarənin evinə gedərkən mənzilin giriş qapısının kilidinin birinin açıq olduğunu görmüşdür. İçəri daxil olarkən mənzilin dağınıq vəziyyətdə olduğunu, evdə olan seyfin qapısını sındırılaraq içərisindən 5000 manat pulun oğurlandığını aşkar etmişdir. Ona görə də, baş vermiş həmin oğurluq hadisəsi barədə xx.xx.2022-ci il tarxdə DİN-nin 102 xidmətinə məlumat vermişdir. O, oğurluğun Təqsirləndirilən şəxs tərəfindən edilməsinə inanmır. Çünki, təqsirləndirilən şəxsin ifadəsini yerində yoxlamağa gələn zaman xalasının evində anası və özü olsalar da, polis əməkdaşları ifadəni yerində yoxlayarkən onları evdən çıxarmışlar, onların həmin istintaq hərəkətində iştirak etmələrinə, həqiqətən də Təqsirləndirilən şəxs hadisə yerində oğurluğu haradan və necə törətməsini göstərməsini görmələrinə şərait yaratmamışlar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs5 ifadənin yerində yoxlanılması zamanı polis əməkdaşlarından birinin onun başını qatdığını, digərinin isə anasını evdən çıxardığını, həmin istintaq hərəkətində iştirak etmədiklərini, oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə inanmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, ünvan 10 ünvanının 5-ci mərtəbəsində yerləşən mənzil ona məxsusdur, həmin mənzili 3-4 ilə yaxın müddətdir ki, almışdır. Təxminən 8-9 aya yaxın müddətdir ki, mənzildə təmir işləri gedir. xx.xx.2022-ci il tarixdə gecə vaxtı yaşadığı ünvandan çıxaraq təmir işləri gedən mənzilə getmişdir. Binanın liftindən çıxıb mənzilə doğru irəliləmiş və qapını açmaq istəyən zaman qapının açıq olduğunun fərqinə varmışdır. Ona məlum olmuşdur ki, mənzilindən dəyəri 70 manat olan 1 qutu led işığı, ümumi dəyəri 96 manat olan 3 qutu kabeli, ümumi dəyir 38 manat olan 1 qutu yarımın içərisində 150 ədəd kabel birləşdiricini, 150 manat dəyərində 150 metr uzunuluğunda olan 01 ədəd səyyar uzatma kabeli, ümumi dəyəri 80 manat olan 02 ədəd keramik kəsmək üçün kəsiçi almaz daşı, 65 manat dəyərində 02 ədəd keramik yonmaq üçün kəsiçi almaz daşı, ümumi dəyəri 240 manat olan 08 ədəd divar dəlmə olan Bosch GBH 2-26 DRE markalı prefarator, yəni qırıcı-dəlici elektrik aləti, 151 manat dəyərində Bosch GSB 13 RE markalı 01 ədəd elektrik direlini, 375 manat dəyərində Bosch GSR 18V 50 plus 2x2 markalı batareka ilə işləyən 01 ədəd direli, 700 manat dəyərində Bosch GLL 3-80 markalı 01 ədəd lazer cihazını, 384 manat dəyərində Makita 1** GA ***0 C markalı kəsmə aləti və 384 manat dəyərində Makita *** **** CVL markalı kəsmə aləti oğurlanmışdır. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 3667 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Ələgər oğlu ifadəsində göstərmişdir ki, ünvan 11 ünvanında təxminən 6 aydır ki, kirayədə yaşayır. Azərbaycan Respublikası Xəzər Dəniz Gəmiçiliyində mexanik vəzifəsində işləyir. Azərbaycan Respublikası ərazisində Covid-19 karantin rejimi tətbiq olduğu üçün gələcək həyat yoldaşı ilə rəsmi toy və nikah bağlanmamış, Xaçmaz rayonundan götürüb Bakı şəhərinə kirayə yaşadığı ünvana gətirib birgə yaşamağa başlamışlar. O və həyat yoldaşından başqa həmin ünvanda atası, anası və bacısı yaşayırlar. xx.xx.2022-ci ildə Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində yerləşən Arzu şadlıq sarayının administratoru ilə danışıb onun həyat yoldaşı Arifə ilə toy məclislərinin keçirilməsini xx.xx.2022-ci il tarixə planlaşdırmışlar. Həmin gün, saat 18:10 radələrində birlikdə evdən çıxmışlar, giriş qapısını anası bağlamış və Arzu şadlıq sarayına getmişlər. Həmin gün, saat 23 radələrində toy yekunlaşmış və saat 23:40 radələrində birlikdə yaşadıqları mənzilə qayıtmışlar. Evdə yaşayan qadınlar üzərində olan qızıl-zinət əşyalarını çıxarıb anası və bacısı yataq otağında olan çarpayının döşəkçəsinin altında saxladığı, həyat yoldaşı isə dolabın içərisində saxladığı yerə geri əşyaları qoymaq istəyərkən digər qızılların saxlanıldığı yerdə aşkar etməmişlər. Belə ki, evə baxış keçirilən zaman yataq otağındakı döşəyin altında olan qızıl qabının içərisindən dəyəri 2700 manat olan İtaliya istehsalı qızıl komplekt dəstin, dəyəri 1000 manat olan Türkiyə istehsalı olan qızıl komplekt dəstin, dəyəri 210 manat olan qızıl sırğanın, dəyəri 600 manat olan brilliant üzüyün, dəyəri 150 manat olan mirvari dəstin, dəyəri 180 manat olan kəpənək formalı qızıl klonun, dəyəri 180 manat olan qızıl sepin, dəyəri 100 manat olan alyans qızıl üzüyün, dəyəri 150 manat olan qızıl sırğanın, 120 manat dəyərində üzərində “Murad” yazısı olan qızıl qolbağın, dəyəri 1000 manat olan qədimi qızıl üzüyün, dəyəri 500 manat olan qədimi qızıl üzüyün, dəyəri 250 manat olan iki ədəd bənövşəyi rəngli qaşdan ibarət qədimi qızıl üzüyün, dəyəri 400 manat olan qızıl üzüyün, dəyəri 250 manat olan qədimi qızıl üzüyün, dəyəri 150 manat olan qızıl kişi üzüyünün, dəyəri 50 manat olan “T” hərfli kolunun, dəyəri 300 manat olan qızıl qolbağın, dəyəri 150 manat olan qızıl üzüyün, həmin otaqdakı dolabın içərisindən dəyəri 300 manat olan qızıl komplekdəstin və dəyəri 30 manat olan gümüşü üzüyün oğurlandığını aşkar etmişlər. Oğurluq hadisəsi nəticəsində ona 8710 (səkkiz min yeddi yüz) manat dəyərində maddi ziyan dəymişdir. Lakin oğurluğun Təqsirləndirilən şəxs tərəfindən edilməsinə inanmır. Çünki, qızıl-zinət əşyalarının oğurlandığı gün onların evində toy idi. Evdə çox adam var idi, onlardan birinin də həmin qızılları götürməsi realdır. Çünki, orda olanların çoxu həmin qızılların yerini bilirdi. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman o, işdə olmuş, lakin müstəntiq onun ailə üzvlərinə də həmin istintaq hərəkətində iştirak etməyə icazə verməmiş, təqsirləndirilən şəxsin özünün oğurladığı əşyaların yerini həqiqətən də göstərə bildiyinin şahidi olmamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X4 onun doğma bacısıdır. ünvan 15 ünvanındakı ev bacısı Minarə Məmmədovaya məxsusdur. Minarə bir neçə vaxtdır Rusiya Federasiyasında yaşayır. Minarə evinə nəzarət etmək üçün mənzilin açarını onun oğlu Alimə vermişdir. Oğlu Alim vaxtaşırı gedib həmin evə baş çəkir. Sonuncu dəfə 16 yanvar 2022-ci il tarixdə oğlu Alimlə birlikdə Minarənin evinə gedərkən mənzilin giriş qapısının kilidinin birinin açıq olduğunu görmüşlər. İçəri daxil olarkən mənzilin dağınıq vəziyyətdə olduğunu, evdə olan seyfin qapısını sındırılaraq içərisindən 5000 manat pulun oğurlandığını aşkar etmişlər. Ona görə də, oğlu Alim baş vermiş həmin oğurluq hadisəsi barədə 16 yanvar 2022-ci il tarxdə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. O, da oğurluğun Təqsirləndirilən şəxs tərəfindən edilməsinə inanmır. Çünki, ifadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs bacısının evinə gətirilən zaman polis əməkdaşları tələsik formada onu evdən çıxarmışlar və evdə özlərindən və Təqsirləndirilən şəxs başqa heç kim qalmamışdır. O və oğlu ifadənin yerində yoxlanması zamanı orada olmamışlar. Düşünür ki, oğurluq Təqsirləndirilən şəxs tərəfindən törədilmədiyindən və oğurluğu törətdiyi yeri göstərə bilməyəcəyindən müstəntiq onları evə buraxmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, atasının yanında işlərinə köməklik edir, arada isə atasına məxsus etibarnamə əsasında idarə etdiyi BMW 525 markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi kimi fəaliyyət göstərir. 2022-ci ilin fevral ayının 10-da Rauf və Elgün ona zəng edib onları Ukrayna dairəsindən götürməyini, yaxınlıqda əşyaları olduğunu, həmin əşyaları aparmağını xahiş etmişlər. O, da həmin gün, təxminən saat 22 radələrində Raufa zəng etmiş, Rauf onu “Amal” yaşayış kompleksinin qabağına gəlməyini xahiş etmiş, o da avtomobillə həmin yaşayış kompleksinə getmiş və avtomobildə onları gözləmişdir. Bir neçə dəqiqədən sonra Rauf və Elgün əllərində usta əşyaları, elektrik naqillər və digər əşyalarla birlikdə onun avtomobilinə tərəf gəlib avtomobilə minmişlər, avtomobilə mindikdən sonra onların istəyinə uyğun olaraq onları Elmlər metrostansiyasma tərəf aparmışdır. Orada avtomobildən düşən zaman Rauf əşyaların bir qismini özü ilə götürmüş və bir qismi isə avtomobildə qalmışdır. Rauf qalan əşyaları da sonradan götürəcəyini bildirib ondan əşyaları saxlamasını istəmişdir. Uzun müddət həmin əşyalar onun avtomobilində qalmış, Rauf və Elgünlə əlaqə saxlaya bilməmiş, bu səbəbdən də əşyalar avtomobildə qalmışdır. Bir müddət sonra ona polis əməkdaşları yaxınlaşıb Elgün və Rauf haqqında maraqlanıb oğurluqda şübhəli olduqlarını bildirmişdir. O, isə Elgün və Raufu tanıdığını, sonunculara məxsus əşyaların hələ də onun avtomobilində olduğunu bildirmiş və təqdim etmək istədiyini qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 24 may 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında oğurluq hadisəsinin törədildiyi yerə baxış keçirilmiş və hadisə yerinin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, ev 4, mənzil 129 olması müəyyən edilmişdir.Mənzil 22 mərtəbəli binanın 12-ci mərtəbəsində yerləşməklə bir yataq otağından, qonaq otağı, vanna və mətbəxdən ibarətdir. Zərərçəkmiş şəxs2 29 aprel 2022-ci il tarixdən 23 may 2022-ci il tarixədək olan müddət ərzində naməlum şəxs və ya şəxslərin mənzilinə daxil olmaqla bir ədəd televizoru və kombini oğurladığını bildirmişdir (cild 01, i.v.5-8). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 27 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında oğurluq hadisəsinin törədildiyi yerə baxış keçirilmiş və hadisə yerinin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, ("xxxx" MMC) bina 7, mənzil 99 olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs1 evin qonaq otağından 1700 manat dəyərində plazma TV-nin, yataq otağından isə 1800 manat məbləğində nəğd pulun və 350 manat dəyərində geyim əşyalarının oğurlandığını bildirmişdir (cild 01, i.v.64). 21 may 2022-ci il tarixli Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 “Üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 evin qonaq otağından 1700 manat dəyərində plazma TV-nin, yataq otağından isə 1800 manat məbləğində nəğd pulun və 350 manat dəyərində geyim əşyalarının oğurlandığını bildirmiş, Təqsirləndirilən şəxs isə zərərçəkmiş şəxsin dediklərini təsdiq edərək onun evindən oğurluq edərək 01 ədəd televizor və 01 ədəd kostyum oğurladığını, lakin nağd pul, ayaqqabı və köynək oğurlamadığını bildirmişdir (cild 01, i.v.119-121). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 27 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 müraciəti əsasında oğurluq hadisəsinin törədildiyi yerə baxış keçirilmiş və hadisə yerinin ünvan 16 ünvanında yerləşən beş mərtəbəli ailəvi yataqxanın 3-cü mərtəbəsində yerləşən iki otaqlı mənzildir (cild 01, i.v.160-164). “İfadənin yerində yoxlanılması haqqında” 23 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 16 ünvanında yerləşən beş mərtəbəli ailəvi yataqxanın 3-cü mərtəbəsində yerləşən iki otaqlı mənzildə törədilmiş oğurluqla bağlı istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, oğurluq etdiyi yerləri və şəraiti əyani şəkildə göstərmişdir (cild 01, i.v.205-207). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 14 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti əsasında oğurluq hadisəsinin törədildiyi yerə baxış keçirilmiş və hadisə yerinin ünvan 17 ünvanı olması müəyyən edilmişdir (cild 01, i.v.242-245). “İfadənin yerində yoxlanılması haqqında” 15 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 4 saylı binanın, 129 saylı mənzilinin, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "xxxx" MMC-yə aid 7 saylı binanın, 99 saylı mənzilinin, ünvan 18 ünvanının, ünvan 19 1-ci mərtəbəsində yerləşən 12 saylı ünvandakı mənzilin qarşısına gəlib ifadəsində göstərdiyi xüsusatları əyani göstərmişdir (cild 02, i.v.165-170). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 22 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 müraciəti əsasında oğurluq hadisəsinin törədildiyi yerə baxış keçirilmiş və hadisə yerinin ünvan 20 ünvanı olması müəyyən edilmişdir (cild 02, i.v.188-196). “İfadənin yerində yoxlanılması haqqında” 24 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs X5 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən Amal yaşayış binasına gəlib liftlə binanın 5-ci mərtəbəsinə qalxdığını, açarseçmə üsulu ilə Zərərçəkmiş şəxs6 məxsus mənzilə daxil olduğunu, mənzildə olan elektrik naqillərini və digər əşyaları oğurlayaraq torbalara qoyub liftlə binadan düşüb əllərində olan əşyalarla binanın arxa tərəfinə keçib Elgünün gətirdiyi avtomobilə əyləşib oradan uzaqlaşdıqlarını bildirmişdir (cild 02, i.v.248-252). “Baxış və götürmə keçirilməsi haqqında” 24 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 məxsus Təqsirləndirilən şəxs və Elgün İbrahimov tərəfindən oğurlanmış və Ramil Yəhyayevdən götürülmüş üç ədəd Standart firmasına məxsus 100 metr uzunluğunda 450-750V-luq elektrik naqili, həmçinin, 31 metr uzunluğunda həmin naqillərin hissəsi, 25 metr uzunluğunda led elektrik naqili, bir ədəd “Nakita” markalı 200- 240V laqonda aparatı, bir qutu içərisində 100 ədəd naqilbirləşdirici müvafiq qaydada götürülmüşdür (cild 03, i.v.5-8). “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 24 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 üç ədəd Standart firmasına məxsus 100 metr uzunluğunda 450-750V-luq elektrik naqili, həmçinin, 31 metr uzunluğunda həmin naqillərin hissəsi, 25 metr uzunluğunda led elektrik naqili, bir ədəd “Nakita” markalı 200-240V laqonda aparatı, bir qutu içərisində 100 ədəd naqilbirləşdiricinin ona məxsus olmasını, qeyd edilən əşyalarla birlikdə təqdim edilmiş naqil kəsintilərinin evdən götürüldüyünü, lakin istifadəyə yararsız olduğunu və heç bir maddi əhəmiyyət daşımadığını bildirmişdir (cild 03, i.v. 09-14). “Məhkəmə-əmtəəşünaslıq” ekpertizasının 24 avqust 2022-ci il tarixli, 9/4749 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 5 adda əşyaların ümumilikdə orta bazar qiyməti təxminən, 224,30 manat müəyyən edilir. “Sübutların qiymətləndirilməsi, cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında” 19 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, X8 tərəfindən təqdim edilmiş üç ədəd Standart firmasına məxsus 100 metr uzunluğunda 450-750V-luq elektrik naqili, həmçinin, 31 metr uzunluğunda həmin naqillərin hissəsi, 25 metr uzunluğunda led elektrik naqili, bir ədəd “Nakita” markalı 200-240V laqonda aparatı, bir qutu içərisində 100 ədəd naqilbirləşdirici cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və məhkəmə hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılmasından ötrü qanuni sahibi Zərərçəkmiş şəxs6 təhvil verilmiş, X2 AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ayrıca icraata ayrılmışdır (cild 03, i.v.105-124). Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda göstərilən epizodlardan “24 may 2021-ci il tarixdə Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 16 4, 3-cü mərtəbəsində yerləşən mənzildən oğurluq edərək ona 3700 manat məbləğində maddi ziyan vurması”, “15 yanvar 2022-ci il tarixdə X1 məxsus Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi ev 72, mənzil 75 ünvanında yerləşən mənzildən oğurluq edərək Zərərçəkmiş şəxs5 5000 manat dəyərində maddi ziyan vurması”, “17 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 4 saylı binanın 129 saylı mənzilindən oğurluq edərək Zərərçəkmiş şəxs2 ümümilikdə 1835 manat məbləğində maddi ziyan vurması”, “13 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 11 ünvanında yerləşən mənzilin giriş qapısını açarseçmə yolu ilə açıb qanunsuz olaraq oğurluq etməklə Zərərçəkmiş şəxs3 ümümilikdə 8770 manat məbləğində xeyli miqdarda maddi ziyan vurması” öz təsdiqini tapmadığından həmin epizodlar, o cümlədən, “13 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 11 ünvanında yerləşən mənzilin giriş qapısını açarseçmə yolu ilə açıb qanunsuz daxil olaraq oğurluq etməklə Zərərçəkmiş şəxs3 ümümilikdə 8770 manat məbləğində xeyli miqdarda maddi ziyan vurması” epizodu ilə əlaqədar Təqsirləndirilən şəxs əməli AR CM-nin 177.2.4-cü maddəsi ilə tövsif edildiyindən ona elan edilmiş ittihamdan AR CM-nin 177.2.4-cü maddəsi xaric ediilməli, onun “22 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin ərazisində "xxxx" MMC-yə aid binada yerləşən, 7 saylı evin 99 saylı mənzilindən oğurluq edərək Zərərçəkmiş şəxs1 ümumilikdə 3350 (üç min üç yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla” və “tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində 10 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs6 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən oğurluq edərək Zərərçəkmiş şəxs6 ümümilikdə 3526 manat məbləğində maddi ziyan vurmaqla” təkrar oğurluq etməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxlər AllahverdiyevTəbriz Yavər oğlunun və Zərərçəkmiş şəxs6 ifadələri, Şahid2 ifadəsi, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən o, AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs elan ittihamda göstərilən hər bir epizod üzrə gəldiyi qənaəti ayrıca əsaslandırmağı zəruri hesab edir. Belə ki, ittiham aktında Təqsirləndirilən şəxs 24 may 2021-ci il tarixdə Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 16 4, 3-cü mərtəbəsində yerləşən mənzildən oğurluq edərək ona 3700 manat məbləğində maddi ziyan vurması, 15 yanvar 2022-ci il tarixdə X6ma məxsus Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi ev 72, mənzil 75 ünvanında yerləşən mənzildən oğurluq edərək Zərərçəkmiş şəxs5 5000 manat dəyərində maddi ziyan vurması, 17 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 4 saylı binanın 129 saylı mənzilindən oğurluq edərək Zərərçəkmiş şəxs2 ümümilikdə 1835 manat məbləğində maddi ziyan vurması göstərilsə də, həmin cinayətlərin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini təsdiq edən sübut kimi sadəcə təqsirləndirilən şəxsin komputer vasitəsi ilə yazılmış etirafedici ifadələrinə, zərərçəkmiş şəxslərin əmlaklarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını göstərən ifadələrinə və “İfadənin yerində yoxlanmasına dair” protokollara istinad edilmişdir. Halbuki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həmin epizodlar üzrə özünü təqsirli bilməmiş, göstərilən ünvanlardan oğurluq etmədiyini, polis bölməsində onun müvafiq cinayətləri etiraf etməyəcəyi təqdirdə daha ağır maddə ilə məhkəməyə veriləcəyi bildirilməklə psixoloji təzyiqlərə məruz qaldığını, bu səbəbdən etirafedici ifadələri imzaladığını, ifadələrinin müstəntiq tərəfindən komputer vasitəsi ilə yazıldığını və özü tərəfindən oxunmadan imzalandığını, ifadənin yerində yoxlanılması zamanı hadisə yerində zərərçəkmiş şəxslərin olmadığını, yalnız özünün və polis əmıkdaşlarının olduğunu, polis əməkdaşı tərəfindən göstərilən yerlərə əlini uzadaraq fotoşəkillərinin çəkildiyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlazərərçəkmiş şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrlə (nəzərə alınsa ki, iş materiallarına bundan savayı bir dənə də olsun mötəbər sübut əlavə edilmişdir) müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrini inandırıcı hesab edir. Belə ki, göstərilən epizodlar üzrə zərərçəkmiş şəxs qismində tanınmış hər bir şəxsin ifadəsindən görünür ki, onlar ifadələrində əmlaklarının oğurlanması faktını göstərək təsdiq etsələr də, həmin cinayət hadisəsinin kim tərəfindən törədilməsini, kimin törədə biləcəyinə dair hər hansı ehtimalı göstərməmişlər. Məlum məsələdir ki, oğurluq əmlakın gizli talanmasından ibarət olan əməli özündə ehtiva etdiyindən zərərçəkmiş şəxslərin cinayəti törətmiş şəxsi görməmələri və həmin cinayətin kim tərəfindən törədilməsini bilməmələri tam məntiqli və realdır. Belə olan halda, konkret şəxs tərəfindən həmin cinayətin törədilməsini təsdiq edən kifayət qədər mötəbər sübutlar iş materiallarına əlavə edilməli və oğurluğun məhz həmin şəxs tərəfindən törədilməsi şübhə doğurmamalıdır. Bu həm təqsirləndirilən şəxsin, həm də əmlaklarından məhrum edilmiş zərərçəkmiş şəxslərin mənafeləri baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə ki, zərərçəkmiş şəxslərin hüquq mühafizə orqanlarına oğurluq hadisəsi barədə məlumat verməsinin məqsədi kiminsə həmin cinayətdə təqsirli bilinməsi deyil, məhz onların əmlaklarını talamış şəxsin layiqli cəzaya məruz qalmasıdır. Hazırki halda istintaq orqanının istinad etdiyi sübut növlərindən biri olan təqsirləndirilən şəxsin ifadələri məhkəmə tərəfindən digər sübutlarla əlaqəli şəkildə tədqiq edilməklə təqsirləndirilən şəxsin sadəcə həmin ifadələrin məzmununu oxumadan imzaladığı ifadələr kimi qəbul edilir. Bununla yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs5 ifadənin yerində yoxlanılması zamanı polis əməkdaşlarından birinin onun başını qatdığını, digərinin isə anasını evdən çıxardığını, həmin istintaq hərəkətində iştirak etmədiklərini, oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə inanmadığını bildirmişdir. Həmçinin, həmin epizod üzrə şahid qismində dindirilmiş Şahid1 da ifadəsində oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədildiyinə inanmadığını, onun oğurluğu törətdiyi yeri göstərə bilməyəcəyindən müstəntiqin onları evə buraxmadığını bildirmişdir. Göründüyü kimi göstərilən epizod üzrə istintaq orqanının istinad etdiyi-3 sübut olmuşdur: 1. Təqsirləndirilən şəxsin etirafedici ifadəsi-hansı ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs həmin ifadələri təsdiq etməmiş, sadəcə oxumadan imza etdiyini bildirmişdir; 2. Zərərçəkmiş şəxsin və Şahid1 ifadələri-hansı ki, məhkəmə istintaqı zamanı həm zərərçəkmiş şəxs, həm də şahid oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə inanmadıqlarını, ifadənin yerində yoxlanması zamanı onların müstəntiq tərəfindən evdən çıxarıldıqlarını və həmin istintaq hərəkətində iştirak etmələrinə imkan yaradılmadığını bildirmişlər; 3. İfadənin yerində yoxlanması protokolu- hansı ki, zərərçəkmiş şəxslərə həmin istintaq hərəkətində iştirak etməyə icazə verilməmiş, təqsirləndirilən şəxs isə müstəntiqin göstərdiyi yerlərə əlini uzadaraq fotoşəkillərinin çəkildiyini bildirmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanın istinad etdiyi bu sübut növləri məhkəmə istintaqı zamanı aparılan araşdırma nəticəsində təkzib edildiyindən həmin sübutlar şəxsə ittiham elan edilməsi üçün mötəbər sübut kimi qiymətləndirilməməli və məhkəmə istintaqı zamanı müəyyən edilmiş hallar işin həqiqi halları kimi dəyərləndirilməlidir. Bununla yanaşı, Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs 13 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 21 ünvanında mənzilin giriş qapısını açarseçmə yolu ilə açıb qanunsuz olaraq oğurluq etməklə Zərərçəkmiş şəxs3 ümümilikdə 8770 manat məbləğində xeyli miqdarda maddi ziyan vurması ilə bağlı cinayət əməli üzrə vurulmuş zərərin 5000 manatdan artıq olmaqla AR CM-nin 177.2.4-cü maddəsinin tərkibinin yaranması və Təqsirləndirilən şəxs həmin maddə ilə də təqsirli bilinməsi ilə nəticələndiyindən, hazırda isə həmin cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi də öz təsdiqini tapmadığından Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan həmin epizod və onunla əlaqədar AR CM-nin 177.2.4-cü maddəsi xaric edilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs həmin epizod üzrə göstərilən ünvandan oğurluq etmədiyini bildirmiş və məhkəmə yuxarıda hansı əsaslarla təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadələri inandırıcı hesab etdiyini göstərmişdir. Həmin cinayət əməli nəticəsində zərərçəkmiş şəxs özü də məhkəmə istintaqı zamanı göstərmişdir ki, o, oğurluğun Təqsirləndirilən şəxs tərəfindən edilməsinə inanmır. Çünki, qızıl-zinət əşyalarının oğurlandığı gün onların evində toy idi. Evdə çox adam var idi, onlardan birinin də həmin qızılları götürməsi realdır. Çünki, orda olanların çoxu həmin qızılların yerini bilirdi. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman o, işdə olmuş, lakin müstəntiq onuun ailə üzvlərinə də həmin istintaq hərəkətində iştirak etməyə, təqsirləndirilən şəxsin özünün oğurladığı əşyaların yerini həqiqətən də göstərə bildiyinin şahidi olmalarına imkan verməmişdir. “İfadənin yerində yoxlanılması haqqında” 15 iyul 2022-ci il tarixli protokolda Təqsirləndirilən şəxs ünvan 19 1-ci mərtəbəsində yerləşən 12 saylı ünvandakı mənzilin qarşısına gələrək ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə göstərməsi qeyd olunsa da, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı zərərçəkmiş şəxs və ya onun ailə üzvləri iştirak etməmiş və belə olan halda Təqsirləndirilən şəxs sadəcə polis əməkdaşlarının iştirakı ilə fotoşəkillərdə əlini dolaba, qapıya uzadarkən fotoşəkillərinin çəkilməsi onun həmin ünvandan oğurluq etməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Nəzərə alınsa ki, zərərçəkmiş şəxs özü də evindən oğurluğu həmin gün evdə olan və həmin əmlakların yerini bilən çoxsaylı şəxslərin oğurlaması ehtimalının daha real olmasını göstərir və təqsirləndirilən şəxs istintaq zamanı psixoloji təsir altında ifadələri imzaladığını və hadisə yerində polis əməkdaşlarının göstərdiyi yerlərə əlini uzadaraq fotoşəkillərinin çəkildiyini göstərmişdir, iş materiallarında isə bunlardan savayı bir dənə də olsun mötəbər sübut yoxdur (təqsirləndirilən əl-barmaq izləri, hadisə günü təqsirləndirilən şəxsin həmin ünvanda olmasını təsdiq edə biləcək bir şahid ifadəsi, zərərçəkmiş şəxsin iştirakı ilə ifadənin yerində yoxlanması protokolu və ya anten məlumatları), məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ünvan 19 1-ci mərtəbəsində yerləşən 12 saylı ünvandan oğurluq edərək Zərərçəkmiş şəxs3 8770 manat məbləğində maddi zərər vurması, bununla da AR CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli olması öz təsdiqini tapmadığından qeyd olunan epizod və həmin epizodla əlaqədar AR CM-nin 177.2.4-cü maddəsi ittihamdan xaric edilməlidir. Belə ki, AR CPM-nin 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə iş üzrə toplanmış və istintaq orqanı tərəfindən mötəbər sübut kimi qiymətləndirilmiş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, iş materiallarında olan sübutlar şəxsin təqsirli olması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verməməklə yanaşı, həmin sübutların hər biri (təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslərin ifadələri, ifadənin yerində yoxlanılması protokolu) məhkəmə istintaqı zamanı tamamilə təkzib edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə, həmçinin, qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir; 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda göstərilən epizodlardan 24 may 2021-ci il tarixdə Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 16 4, 3-cü mərtəbəsində yerləşən mənzildən oğurluq edərək ona 3700 manat məbləğində maddi ziyan vurması, 15 yanvar 2022-ci il tarixdə X1 məxsus Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi ev 72, mənzil 75 ünvanında yerləşən mənzildən oğurluq edərək Zərərçəkmiş şəxs5 5000 manat dəyərində maddi ziyan vurması, 17 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 4 saylı binanın 129 saylı mənzilindən oğurluq edərək Zərərçəkmiş şəxs2 ümümilikdə 1835 manat məbləğində maddi ziyan vurması, 13 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 11 ünvanında yerləşən mənzilin giriş qapısını açarseçmə yolu ilə açıb qanunsuz olaraq oğurluq etməklə Zərərçəkmiş şəxs3 ümümilikdə 8770 manat məbləğində xeyli miqdarda maddi ziyan vurması öz təsdiqini tapmadığından və qeyd olunan epizodlar üzrə Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən sübutlar iş materiallarında mövcud olmadığından həmin epizodlar, o cümlədən, Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurması ilə əlaqədar təqsirli bilindiyi AR CM-nin 177.2.4-cü maddəsi ittihamdan xaric edilməlidir. Bununla yanaşı, Təqsirləndirilən şəxs 22 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin ərazisində "xxxx" MMC-yə aid binada yerləşən, 7 saylı evin 99 saylı mənzilindən oğurluq edərək Zərərçəkmiş şəxs1 ümumilikdə 3350 (üç min üç yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla və tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində 10 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs6 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən oğurluq edərək Zərərçəkmiş şəxs6 ümümilikdə 3526 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs6 ifadələri, Şahid2 ifadəsi, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs göstərilən epizodlar üzrə özünü təqsirli bilərək cinayətin törədilmə yeri, üsulu, mexanizmi barədə tam təfərrütlı ifadələr vermiş və onun ifadəsində göstərdiyi xüsusatlar iş materiallarında olan sübutlarla da öz təsdiqini tapmışdır. Bununla yanaşı, həmin epizodlar üzrə məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs6 həqiqətən də Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi əmlakların oğurlandığını təsdiq etmişlər. Bununla yanaşı, iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsi ilə də Təqsirləndirilən şəxs bir qrup şəxs halında Zərərçəkmiş şəxs6 məxsus evdən oğurluq etməsi öz təsdiqini tapmışdır (şahidin ifadəsi yuxarıda göstərilmişdir). Həmçinin, “Baxış və götürmə keçirilməsi haqqında” 24 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 məxsus Təqsirləndirilən şəxs və Elgün İbrahimov tərəfindən oğurlanmış və Ramil Yəhyayevdən götürülmüş üç ədəd Standart firmasına məxsus 100 metr uzunluğunda 450-750V-luq elektrik naqili, həmçinin, 31 metr uzunluğunda həmin naqillərin hissəsi, 25 metr uzunluğunda led elektrik naqili, bir ədəd “Nakita” markalı 200-240V laqonda aparatı, bir qutu içərisində 100 ədəd naqilbirləşdirici müvafiq qaydada götürülmüşdür (cild 03, i.v.5-8). “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 24 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 üç ədəd Standart firmasına məxsus 100 metr uzunluğunda 450-750V-luq elektrik naqili, həmçinin, 31 metr uzunluğunda həmin naqillərin hissəsi, 25 metr uzunluğunda led elektrik naqili, bir ədəd “Nakita” markalı 200-240V laqonda aparatı, bir qutu içərisində 100 ədəd naqilbirləşdiricinin ona məxsus olmasını, qeyd edilən əşyalarla birlikdə təqdim edilmiş naqil kəsintilərinin evdən götürüldüyünü, lakin istifadəyə yararsız olduğunu və heç bir maddi əhəmiyyət daşımadığını bildirmişdir (cild 03, i.v. 09-14). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilən iki epizod üzrə (zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs6 əmlaklarını oğurlamasına dair) törətdiyi oğurluq əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2. və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar və yaşayış sahəsinə daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 2ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin qərarın 10-cu bəndinə əsasən özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin, hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Həmin qərarın 11-ci bəndinə əsasən CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Həmin qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Təqsirləndirilən şəxsin iki epizod üzrə (zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs6 məxsus əmlaklara münasibətdə) oğurluqdan ibarət əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 maddələri ilə təqsirli hesab edilməli və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması haqqında” 15 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 may 2022-ci il tarixli qərarı ilə barəsində 01 ay müddətə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır (cild 01, i.v.51). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs Bakə şəhəri Yasamal Rayon Məhkəməsinin 12 avqust 2008-ci il tarixli hökmü ilə AR CM-nin 180.1, 234.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21 aprel 2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Abşeron Rayon Məhkəməsinin 19 may 2016-cı il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20 oktyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 01, i.v.96-98). “Şübhəli şəxsin tutulması haqqında” 21 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 may 2022-ci il tarixdə, saat 06:50-də tutulmuşdur (cild 01, i.v.110). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 may 2022-ci il tarixli, 4(008)-417/2022 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 21 may 2022-ci il tarixdən hesablanmaqla 01 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v.144-147). “Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması haqqında” 23 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 may 2022-ci il tarixli qərarı ilə barəsində 01 ay müddətə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır (cild 01, i.v.228). “Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması haqqında” 23 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 may 2022-ci il tarixli qərarı ilə barəsində 01 ay müddətə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır (cild 02, i.v.56). “Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması haqqında” 25 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 may 2022-ci il tarixli qərarı ilə barəsində 01 ay müddətə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır (cild 02, i.v.118). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyun 2022-ci il tarixli, 4(008)-517/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin 02 ay müddətə, yəni 21 avqust 2022-ci il tarixədək uzadılması qərara alınmışdır (cild 02, i.v.155-159). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 avqust 2022-ci il tarixli, 4(008)- 679/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 26 avqust 2022-ci il tarixədək uzadılmışdır (cild 03, i.v.71-79). Abşeron Rayon Məhkəməsinin 19 may 2016-cı il tarixli, 1(012)-42/2016 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini səmimi etiraf etməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alır (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi (CM-65.2.) nəzərə alınmalı, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı (CPM-158.2.1, 158.6), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut-üç ədəd Standart firmasına məxsus 100 metr uzunluğunda 450-750Vluq elektrik naqili, həmçinin, 31 metr uzunluğunda həmin naqillərin hissəsi, 25 metr uzunluğunda led elektrik naqili, bir ədəd “Nakita” markalı 200-240V laqonda aparatı, bir qutu içərisində 100 ədəd naqilbirləşdirici hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Zərərçəkmiş şəxs6 qaytarılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu 21 may 2022-ci il tarixdən hesablanmaqla cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut-üç ədəd Standart firmasına məxsus 100 metr uzunluğunda 450- 750V-luq elektrik naqili, həmçinin, 31 metr uzunluğunda həmin naqillərin hissəsi, 25 metr uzunluğunda led elektrik naqili, bir ədəd “Nakita” markalı 200-240V laqonda aparatı, bir qutu içərisində 100 ədəd naqilbirləşdirici hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Zərərçəkmiş şəxs6 qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 100 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan xaric edilmiş “24 may 2021-ci il tarixdə Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 16 4, 3-cü mərtəbəsində yerləşən mənzildən oğurluq edərək ona 3700 manat məbləğində maddi ziyan vurması”, “15 yanvar 2022-ci il tarixdə X1 məxsus Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi ev 72, mənzil 75 ünvanında yerləşən mənzildən oğurluq edərək Zərərçəkmiş şəxs5 5000 manat dəyərində maddi ziyan vurması”, “17 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 4 saylı binanın 129 saylı mənzilindən oğurluq edərək Zərərçəkmiş şəxs2 ümümilikdə 1835 manat məbləğində maddi ziyan vurması”, “13 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 11 ünvanında yerləşən mənzilin giriş qapısını açarseçmə yolu ilə açıb qanunsuz olaraq oğurluq etməklə Zərərçəkmiş şəxs3 ümümilikdə 8770 manat məbləğində xeyli miqdarda maddi ziyan vurması” öz təsdiqini tapmadığından həmin epizodlar, o cümlədən, “13 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 11 ünvanında yerləşən mənzilin giriş qapısını açarseçmə yolu ilə açıb qanunsuz olaraq oğurluq etməklə Zərərçəkmiş şəxs3 ümümilikdə 8770 manat məbləğində xeyli miqdarda maddi ziyan vurması”na dair oğurluq cinayətlərinin təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılsın və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-768/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-768/2022
18.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver