Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-77/2020 28.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı2, 07 saylı vəkil bürosunun vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs Ağaqul oğlunun iştirakı ilə xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəh., Xətai rayonu, G.Şıxlınski küç., ev 82, mənzil 71-də qeydiyyatda olan, Bakı şəh., Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Albalıq yaşayış massivində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan-Əliyev Elçin Ədalət oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Əliyev Elçin Ədalət oğlu özgə əmlakını talama məqsədi ilə xx xxxxxxxx 2019-cu il tarixdə, saat 07:00 radələrində Bakı şəh., Sabunçu rayon, Bilgəh qəsəbəsi, 1-ci Albalıq yaşayış sahəsi, 377 nömrəli bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs məxsus evin həyətindəki su quyusunun içində olan 300 manat dəyərində bır ədəd «WİLLA» markalı su mühərriki, çənin altında olan 500 manat dəyərində «WİLLA» markalı su mühərriki, 300 manat dəyərində bir ədəd elektrik qaynaq aparatı, 150 manat dəyərində bir ədəd somavar, 150 manat dəyərində bir ədəd «Candan» markalı Türkiyə istehsalı elektrik boru yapışdırıcı aparatı, 300 manat dəyərində 0.15-0.40 ölçülərində plastmas borular, 800 manat dəyərində 50-100 diametrli, 3 metr uzunluğunda dəmir borular, 500 manat dəyərində 100 diametrli və 3 metr uzunluğunda kanalizasiya boruları, 300 manat dəyərində 0.75 diametrlik aliminium metaldan su damı su ötürücü boruları gizli yolla talamış və zərərçəkmış şəxs Zərərçəkmiş şəxs 3.300 manat miqdarında maddi ziyan vurmaqla oğlurduq etmişdir. Bundan başqa, E.A.Əliyev təkrarən özgə əmlakını talama məqsədi ilə xx xxxxxxxx 2019cu il tarixdə, saat 07:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1-ci Albalıq yaşayış sahəsi, 377 nömrəli bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olub, evdən Zərərçəkmiş şəxs məxsus evin həyətində olan otaqdan «İndizit» markalı soyuducunu sökmüş, 250 manat dəyərində soyuducu mühhərriki, 130 manat dəyərində yapışdırıcı dülgər aləti 5 manat dəyərində kəlbətin, 140 manat dəyərində «ECA» markalı su krantı, 10 manat dəyərində usta əlcəkləri, 800 manat dəyərində evin həyətindən 100 metr uzunluğunda elektirk naqilini kəsərək gizli yolla talamış və Zərərçəkmiş şəxs 1.335 manat miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Əliyev Elçin Ədalət oğlu ona Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2019-cu il tarixdə, səhər saat 07:00 radələrində qonşu evin həyətinə hasardan aşaraq düşmüş evin həyətindən iki ədəd su motorlarını götürmüdır. Su motorunun biri su quyusunda və digəri isə qapsı açıq vəziyyətdə olan bir otaqlı tikilinin içindən idi. Bir ədəd elektirik qaynaq aparatı, təxminən bir-iki metr uzunluğunda dəmir torbaları oğurlamışdır. Həmin oğurladığı əşyaları bir-bir hasardan keçirmiş və öz yaşadığı evə aparmışdır. Yaşadığı ev yaxınlıqda olduğu üçün evə aparmış, həmin günü Sabunçu qəsəbəsində yerləşən «Rus Bazarı» adlanan yerdə tanımadığı şəxsə 60 manata satmışdır. Ona yenidən pul lazım olduğu üçün həmin evdən oğurluq etmək qərarına gəlmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə hasardan aşmaqla həmin evin həyətinə daxil olmuş, evin həyətində yerləşən bir otaqlı tikilinin qapsını sındırıb içəri daxil olmuş, orada bir ədəd soyuducunun mühərrikini söküb çıxarıb götürmüşdür. Sonra evin həyətindən təxminən 40-50 metr uzunluğunda elektrik naqilini söküb çıxarmış, bir ədəd kəlbətin, bir ədəd əlcək, borular, su krantı və digər əyşaları oğurlayıb yaşadığı evin həyətinə aparmışdır. Soyuducunun mühərrikini «Rus bazarı» adlanan yerdə tanımadığı metal yığan şəxslərə satmışdır. İkinci dəfə oğurluğa gedərkən təxminən 30 manat pul əldə etdmişdir. Oğurladığı əşyaları «Rus bazarın»da tanımadığı şəxslərə işlənmiş mal kimi və ya çəkisinə görə metal kimi satmışdır. Belə ki, həmin bazarda əsasən köhnə, işlənmiş mallar satılır, əldə etdiyi pulları isə öz ehtiyyaclarına ödəmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını və mülki iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Sabunçu rayon Maştağa qəsəbəsi, 1-ci Albalı yaşayış sahəsi, 377 saylı bağ evi ona məxsusdur. Bağ evi bir mərtəbədən, bir otaq və bir köməkçi sahədən ibarətdir. Həyət hasara alınmış və 24 sotdan ibarətdir. xx xxxxxxxx 2019-cu il tarixdə o, bağ evinə gəlmiş və evin həyətindəki su quyusunun içində olan 300 manat dəyərində bir ədəd «WİLLA» markalı su mühərrikinin, çənin altında olan 500 manat dəyərində «WİLLA» markalı su mühərrikinin, 300 manat dəyərində bir ədəd elektrik qaynaq aparatının, 150 manat dəyərində bir ədəd somavarın, 150 manat dəyərində bir ədəd «Candan» markalı, Türkiyə istehsalı elektrik boru yapışdırıcı aparatın, 300 manat dəyərində 0.15-0.40 ölçülərində plasmas boruların, 800 manat dəyərində 50-100 diametrli, 3 metr uzunluğunda dəmir boruların, 500 manat dəyərində 100 diametrlik və 3 metr uzunluğunda kanalizasiya boruların 300 manat dəyərində 0.75 diametrlik aliminium metaldan su dam su ötürücü boruların oğurlandığını görmüşdür. Həmin günü 3.300 manat dəyərində əmlak oğurlanmışdır. Həmin günü o, 14-cü polis bölməsinə ərizə ilə müraciət etmişdi. xx xxxxxxxx 2019-cu il tarixdə, saat 14:00 radələrində isə yenidən bağ evinə gəlmiş, yenədə oğurluq olmasını aşkar etmişdir. Evin həyətində olan bir otaqlı tikilinin pəncərəsi açılmış və otaqdan «İndizit» markalı soyuducu sökülmüş və 250 manat dəyərində mühhərriki oğurlanmışdır. 130 manat dəyərində yapışdırıcı dülgər aləti, 5 manat dəyərində kəlbətin, 140 manat dəyərində «ECA» markalı su krantı, 10 manat dəyərində usta əlcəkləri, evin elektirik sayğacından və həyətindən ev kimi 100 metr uzunluğunda elektrik naqili kəsilərək oğurlanmışdır. 100 metr uzunluğunda elektrik naqilinin dəyəri təxminən 800 manat təşkil edirdi. Həmin günü evin həyətindən 1.335 manat dəyərində əmlakı oğurlanmışdır. Təqsisrləndirilən şəxsə ağır cəzanın təyin olunması və 4.635 manat məbləğində dəymiş ziyanın ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28508/28509 saylı, xx xxxxxx 2019-cu il tarixli məhkəmə iqtisad ekspertizası, ərzaq və sənaye mallarının tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd təxmini uzunluğu 30 m, istifadədə olmuş, üzəri ağ rəngli izolyasiyalı, üzərində markalanma göstəricisi olmayan, ümumidiametri 4.4 mm olan təksimli (d+3.0mm) kabel nümunəsinin keçirici hissəsinin metal aliminium əsaslı ərintidən hazırlanmışdır. Ekspertiza tədqiqatına təqdim olunmuş kabelin 1 metrinin hazırki bazar qiyməti 0.25 manat, 30 metri-7.50 manat müəyyən olunur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Ədalət oğlunun Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş-oğurluq, yəni özgənin əmlakını təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq daxil olmaqla talama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs qismən etirafedici, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2və 177.2.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs Əliyev Elçin Ədalət oğluna cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8,41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyinolunan cəzanın həm məhkum,həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Əliyev Elçin Ədalət oğlunun törətdiyi əməldən peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, əvvəllər məhkum olunmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə məsuliyyəti yüngülləşdirən hal hesab edir. Əliyev Elçin Ədalət oğlunun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasəncinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxx 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, xx xxxx 2005-ci il tarixli Plenumunun qərarından görünürki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəssiz götrülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Əliyev Elçin Ədalət oğlu xx xxxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Əliyev X2 Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilətəqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Cinayət işinin materiallarında olan 21 sentyabr 2019-cu il tarixli qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 1(008)77/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmuşdur. Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 14-cü Polis Bölməsinin xx xxx 2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə Bakı şəh., Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə Sabunçu RPİ-inCAB-n əməkdaşları tərəfindən tutulmuş və xx xxx 2020-ci iltarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Əliyev X2 Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həbsdə saxlandığı 19 sentyabr 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixə kimi olan müddət nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrumetmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Əliyev Elçin Ədalət oğlunun cəza çəkmə müddətinin başlanğıcı «07» may2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hesab edir ki, Əliyev X2 Məcəlləsinin56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübutlar elektrik naqilləri Zərərçəkmiş şəxs Ağaqulu oğluna qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 109 manat 50 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs Ədalət oğlundan tutulub AZ.MEM VÖİN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ**********00000 03944 SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Cinayət işi üzrə mülki iddiaçı-Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs Ədalət oğluna qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əliyev Elçin Ədalət oğlundan 4.635 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula biln şəxsə verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməəsini tələb etmək hüququna malik olan şəxs vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququna bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakın məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə cinayət prosesinin qanunvericliyin mükli iddiaya aid yuxarıda salanan normaları rəhbər tutub, mülki iddiaçının mülki iddiaya aid izahatını, təqdim edilmiş sübutları və cinayət işinin mülki iddiya aid materialları nəzərədən keçirib belə nəticəyə gəlir ki, mülki iddia təmin edilməli, 4.635 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs Ağaqulu oğlunun xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, və 177.2.3-cü maddələrinə əsasən 03 (üç) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həbsdə saxlandığı 19 sentyabr 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixə kimi (02 gün) müddət nəzərə alınsın, həmin müddət təyin olunmuş cəzadan çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 03 (üç) il, 05 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «07» may 2020-ci il tarixdən hesablanılsın. İş üzrə 109 manat 50 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ********** 00000 03944 SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübutlar elektrik naqilləri Zərərçəkmiş şəxs Ağaqulu oğluna qaytarılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Əliyev Elçin Ədalət oğluna qarşı iddiası təmin olunsun. Mülki cavabdeh Əliyev Elçin Ədalət oğlundan 4.635 manat məbləğində və ödənilmiş 30 manat dövlət rüsumu mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-77/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-77/2020
28.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver