Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-77/2023 19.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1, 08 saylı vəkil bürosunun vəkili Müdafiəçi3, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, "xxxx" MMC-də ekspeditor işləmiş, əvvəllər məhkum olunmuş, Bakı şəh., Nəsimi rayonu, Azadlıq prospekti ev 111, mənzil 17-də qeydiyyatda olmaqla, Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi, nömrəsiz evdə kirayədə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair xx xxxxxx 1981-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmuş, Bakı şəh., Nizami rayonu, M.X.Şərəfli küçəsi, məhəllə 2521, ev 94 Q-də qeydiyyatda olmaqla, Bakı şəh., Xəzər rayonu, Buzovna qəsəbəsi, Q.Nəbi küçəsi ev 10-da yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqan tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə hər hansı bir şəxsdən avtomobil icarəyə götürüb sonradan özgəninkiləşdiriməklə pulunu ələ keçirmək barədə razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında 12 mart 2021-ci il tarixdə aralarında olan razılaşmaya əsasən Zərərçəkmiş şəxs məxsus olan baş etibarnamə əsasında Şahid3 verilmiş 10.200 manat dəyərində «Kia Rio» markalı, «az ** DY ***» dövlət qeydiyyat nişanlı avtomobili günü 30 manata olmaqla icarəyə götürmək adı ilə idarə etmək üçün 4 saylı notariat kontorunda avtomobili idarə etmək üçün etibarnamə alıb ünvan 1 ünvanda Zərərçəkmiş şəxs təhvil alıb şübhə yaratmamaq məqsədi ilə 05 aprel 2021-ci il tarixədək ödənişi ona verməklə etibarını qazandıqdan sonra cinayətkar niyyətlərini başa çatdırmaq üçün özünün tanınmaması üçün qrup üzvü Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsinin texniki şəhadətnamə üzrə sahibi Şahid4 tapıb avtomobili aldığını faktiki sahibinin ölkə hüdudlarından kənarda olması barədə yalan məlumat verib Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ticarət mərkəzinin yaxınlığında yerləşən 24 saylı notariat kontorunda qeyd edilən avtomobillə bağlı öz adına bütün hüquqları ehtiv a edən etibarnamə alıb əmlak hüquqlarını əldə etdikdən sonra onunla birlikdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən avtomobil bazarında Şahid1 7.500 manata satmaqla verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 10.200 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə hər hansı bir şəxsdən avtomobil icarəyə götürüb sonradan özgəninkiləşdiriməklə pulunu ələ keçirmək barədə razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında 12 mart 2021-ci il tarixində aralarında olan razılaşmaya əsasən Zərərçəkmiş şəxs məxsus olan baş etibarnamə əsasında Şahid3 verilmiş 10.200 manat dəyərində «Kia Rio» markalı, «az ** DY ***» dövlət qeydiyyat nişanlı avtomobili günü 30 manata olmaqla icarəyə götürmək adı ilə idarə etmək üçün 4 saylı notariat kontorunda Təqsirləndirilən şəxs1 avtomobili idarə etmək üçün etibarnamə alıb ünvan 2 ünvanda Zərərçəkmiş şəxs təhvil alıb şübhə yaratmamaq məqsədi ilə 05 aprel 2021-ci il tarixədək ödənişi ona verməklə etibarını qazandıqdan sonra cinayətkar niyyətlərini başa çatdırmaq üçün Təqsirləndirilən şəxs1 özünün tanınmaması üçün qrup üzvü olan o nəqliyyat vasitəsinin texniki şəhadətnamə üzrə sahibi Şahid4 tapıb avtomobili aldığını faktiki sahibinin ölkə hüdudlarından kənarda olması barədə yalan məlumat verib Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ticarət mərkəzinin yaxınlığında yerləşən 24 saylı notariat kontorunda qeyd edilən avtomobillə bağlı öz adına bütün hüquqları ehtiva edən etibarnamə alıb əmlak hüquqlarını əldə etdikdən sonra onunla birlikdə Bakı şəh., Yasamal rayonu ərazisində yerləşən avtomobil bazarında Şahid1 7.500 manata satmaqla verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 10.200 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X13 ona Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin mart ayında internet elan saytında Xəyal adlı şəxs tərəfindən «Kia Rio» markalı, «az ** DY ***» dövlət qeydiyyat nişanlı avtomobilin icarəyə verilməsi barədə elan yerləşdirldiyini görüb, Xəyalın hazırda xatırlamadığı mobil nömrəsinə zəng edib onunla əlaqə saxlamış və Binəqədi rayonu 9-cu mkr., ərazisində yerləşən adını xatırlamadığı çay evində onunla görüşmüşdür. Xəyal ilə ilkin olaraq 300 manat, gündəlik isə 30 manat ödəməklə avtomobili icarəyə götürməyi şifahi olaraq razılaşıb, həmin günü 150 manat Xəyala vermişdir. Həmin söhbətdə qardaşı Abdulla, Xəyal, Xəyalın tanışı Adəm adlı şəxs iştirak etmişdirlər. Söhbət əsnasında Xəyal avtomobilin tanışı Adəmin adına olduğunu, səhərisi günü Adəmin onunla görüşüb avtomobili idarə etmək üçün etibarnamə verəcəyini demişdir. 12 mart 2021-ci il tarixdə, səhər saat 12:00 radələrində Adəmlə görüşüb birlikdə Sabunçu rayonu Sabunçu qəsəbəsində 12-ci Polis Şöbəsinin yaxınlığında yerləşən nömrəsini xatırlamadığı notariat kontorunda Adəm ona avtomobili idarə etmək üçün 20 sentyabr 2021-ci il tarixədək etibarlı olan etibarnamə vermişdir. Bundan sonra o, 9-cu mkr., ərazisində yerləşən adını xatırlamadığı çay evinin qarşısında «Kia Rio» markalı, «az ** DY ***» dövlət qeydiyyat nişanlı avtomobili Adəmdən təhvil almış və 150 manatı Adəmə vermişdir. Bu barədə Xəyala zəng edib demişdir. Xəyal isə ona «Whatsap» vasitəsi ilə özünə məxsus bank kartının fotoşəkilini göndərib gündəlik 30 manatı həmin kart hesabına köçürməsini demişdir. 2021-ci ilin aprel ayının əvvəllərində Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində tanışı Təqsirləndirilən şəxs2 ilə görüşdükdə, Bəhlul ondan borc qismində verdiyi 2.000 manatı geri qaytarmasını tələb etdikdə Bəhlula pulu olmadığını bildirmişdir. Bəhlul isə girov qismində idarə etdiyi «Kia Rio» markalı, «az ** DY ***» dövlət qeydiyyat nişanlı avtomobili ona v erməsini təklif etmiş və söz vermişdir ki, 2.000 manatı ona qaytardıqdan sonra avtomobili qaytaracaqdır. Bəhlulun təklifi ilə razılaşmış və avtomobili Bəhlula vermişdir. Təxminən 2 gün sonra Bəhlul ilə əlaqə saxlayıb 2.000 manatı hazır olduğunu pulu ona verib avtomobili götürmək istədiyini dedikdə, Bəhlul ona bank kart hesabının nömrəsini göndərəcəyini pulu həmin hesaba köçürməyi, sonra avtomobilin olduğu yeri ona deyəcəyini, həmin ünvandan avtomoili götürə biləcəyini bildirmişdir. Bəhlula inanmayıb avtomobili təhvil aldıqdan sonra ona pul verəcəyini dedikdə Bəhlul razılaşmamış və müxtəlif bəhanələr gətirərək avtomobili qaytarmamışdır. Təxminən 1-2 gün sonra qardaşı Abdulla ona «Kia Rio» markalı, «az ** DY ***» dövlət qeydiyyat nişanlı avtomobilin «Turbo.az» elan saytında satışa yerləşdirildiyini demişdir. Elanla tanış olub avtomobilin Badamdar qəsəbəsində avtomobil bazarının yaxınlığında yerləşən «114 Cars» avtosalonda olduğunu müəyyən edib həmin salona gedib, orada işləyən Elşən adlı şəxsdən avtomobilin 9.500 manata satışda olduğunu öyrənmişdir. Bundan sonra Bəhlul ilə əlaqə saxlayıb nə üçün avtomobili satdığını soruşduqda Bəhlul ona heç bir söz deməmişdir. 2021-ci ilin aprel ayının ikinci yarısında Xəyal bu barədə məlumat əldə etdikdən sonra ondan pulunu tələb etdikdə Xəyala pulu olmadığını, hissə-hissə qaytara biləcəyini təklif etsə də, Xəyal onunla razılaşmamışdır. Özünü qismən təqsirli bilir. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında təqsirəndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 2018-ci ildən tanıyır. Belə ki, Ceyhunun anası Şəhla ilə birgə mebel alqı-satqısı ilə məşğul olmuşlar. Birgə kommersiya fəaliyyəti ilə məşğul olarkən Şəhlaya 2.000 manat borcu yaranmış, həmin pulu da hər ay hissə-hissə olmaqla ödəyirdi. 2021-ci ilin aprel ayının əvvəllərində Ceyhun ona zəng edib avtomobil aldığını, avtomobil mülkiyyətçisindən iki dəfə etibarnamə aldığını, 3-cü dəfə isə etibarnamə verməkdən imtina etdiyini deyib, avtomobil mülkiyyətçisindən yeni etibarnamə almaqda ona köməklik etməsini xahiş etmişdir. Ceyhundan avtomobilin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini götürüb, əvvəllər tanımadığı, heç bir münasibəti olmadığı sonradan adını bildiyi Tehranın mobil nömrəsini müəyyənləşdirib ona zəng edib əlaqə saxlamış, onun Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, «Bakıxanov» Ticarət Mərkəzinin yaxınlığında avtomobil təmiri sexində işlədiyini öyrənib, gedib onunla görüşmüşdür. Ceyhunun tanışı olduğunu, Ceyhuna 2 dəfə etibarnamə verdiyini, lakin yenə etibarnamə lazım olduğunu dedikdə, Tehran həqiqətən avtomobilə görə bir neçə şəxsə etibarnamə verdiyini, sonuncu dəfə etibarnamə verən zaman avtomobili öz adına rəsmiləşdirilməsini və təkrar onun yanına etibarnamə üçün müraciət edlməməsini dediyini bildirmişdir. Tehrandan etibarnamə verməsini xahiş edib, bir daha ona bununla bağlı müraciət edilməyəcəyini dedikdə, Tehran onunla razılaşmışdır. Bundan sonra o, Ceyhuna zəng edib Tehran ilə razılaşdığını, etibarnamə verilməsi üçün yanına dəvət etmişdir. Ceyhun isə ona işi olduğunu, bu səbəbdən də gələ bilməyəcəyini deyib, Tehranın ona etibarnamə verməsini, sonra özü ondan etibarnamə alacağını təklif etmişdir. Bundan sonra o, Tehranla birlikdə notariat kontoruna getmiş, Tehran «Kia Rio» markalı, «az ** DY ***» dövlət qeydiyyat nişanlı avtomobilə dair ona baş etibarnamə vermişdir. Avtomobilə dair Tehrandan etibarnamə aldıqdan sonra Ceyhunla görüşüb notariat kontoruna gedib sənədləri Ceyhuna vermişdir ki, Ceyhun sənədləri notariusa verib, etibarnaməni öz adına rəsmiləşdirsin. Notariusda adını və vəzifəsini bilmədiyi şəxs ondan avtomobilə dair baş etibarnamə vermək istəyində olduğunu soruşduqda o, təsdiq etmişdir. Sonra nə sənədləşmə tərtib olunduğunu və Ceyhunun avtomobilə dair kimə etibarnamə verdiyini bilməmişdir. Sonra başa düşmüşdür ki, Ceyhun onu aldadıb avtomobilə dair etibarnaməni başqa şəxsə vermiş və onun adından Ceyhuna etibarnamə verilməmişdir. Ceyhun Xəyaldan «Kia Rio» markalı, «az ** DY ***» dövlət qeydiyyat nişanlı avtomobili alınması ilə bağlı söhbətlərində iştirak etməmişdir. Ceyhunun ona borcu olmamış, Ceyhundan girov qismində «Kia Rio» markalı, «az ** DY ***» dövlət qeydiyyat nişanlı avtomobili almamışdır. Xəyalın tanışı, Xəyalın Rusiya Federasiyasında olduğunu Azərbaycana gələ bilmədiyini, Xəyalın bu işdən məlumatı olduğunu, lazım olarsa özü ona zəng edib əlaqə saxlayacağını Tehrana deməmiş, aldatma yolu ilə avtomobilə dair ondan etibarnamə almamışdır. Özünü qismən təqsirli bilir. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 20 sentyabr 2020-ci il tarixdə internet elan saytında «Kia Rio» markalı, «az ** DY ***» dövlət qeydiyyat nişanlı avtomobilin satışa yerləşdirildiyini görüb bəyənərək avtomobili almaq qərarına gəlmiş, bu məqsədlə də elanda olan mobil nömrəyə zəng edib, özünü Tehran və kimi təqdim etmiş şəxslə əlaqə saxlayıb avtomobilə baxmaq istədiyini demişdir. Avtomobilə baxıb bəyənərək qiymətini 10.200 manata razılaşmışdır. İşi ilə əlaqədar mütəmadi olaraq Rusiya Federasiyasına getdiyi üçün avtomobili tanışı N.R.İbadovun adına etibarnamə verilməsini istəmişdir. Nərman razılaşdıqdan sonra Tehranla birlikdə notariat kontoruna getmiş, orada Tehran Nərmanın adına baş etibarnamə vermişdir. Avtomobil ona məxsus pul ilə alınmış, etibarnamədə Nərmanın adına olsa da, faktiki olaraq ona məxsus olmuşdur. Avtomobili aldıqdan sonra bir neçə şəxslərə günü 30 manatdan icarəyə vermiş, bununla bağlı yenə də onun razılığı əsasında Nərman idarə etmək üçün həmin şəxslərə notarial qaydada təsdiq olunmuş etibarnamə vermişdir. Belə ki, 27 sentyabr 2020-ci il tarixdə Nərman idarə etmək üçün Raufa, 24 yanvar 2021-ci il tarixdə Cəmilə icarəyə vermişdir. 19 fevral 2021-ci il tarixdə Nərman işi ilə bağlı Rusiya Federasiyasına getməli olduğu üçün onun razılığı ilə Nərman notariat kontorunda təsdiq olunmuş baş etibarnamə ilə avtomobili digər tanışı Adəmə vermişdir. Adəmin adına olsa da, faktiki avtomobilin sahibi özü olmuş və onun xahişi əsasında Adəm avtomobili 12 mart 2021-ci il tarixdə Ceyhuna idarə etmək üçün notarial kontorunda təsdiq olunmuş etibarnamə ilə gündəlik 30 manata icarəyə vermişdir. 05 aprel 2021-ci il tarixdə Rusiya Federasiyasına getmiş, bir müddətdən sonra atası Müqabil ilə əlaqə saxladıqda atası bildirmişdir ki, Ceyhun icarə haqqını ödəmir. Ceyhun ilə əlaqə saxlamaq istəsə də, onunla əlaqə yarada bilməmişdir. Bu səbəbdən də atası avtomobili aldığı şəxslə, yəni Tehranla əlaqə saxlayıb müəyyən etmişdir ki, 2021-ci ilin aprel ayının ikinci yarısında Bəhlul adlı şəxs onunla görüşüb onun qohumu kimi özünü təqdim edərək, onun Rusiya Federasiyasında olduğunu və avtomobilin idarə edilmədiyini bildirib, avtomobilə dair ona baş etibarnamə verilməsini xahiş etmişdir. Tehran da inanıb Bəhlula 05 aprel 2021-ci il tarixdə baş etibarnamə vermişdir. Sonradan Ceyhun ilə telefon vasitəsi ilə əlaqə saxladıqda Ceyhun etiraf edib, Bəhlula pul borcu olduğunu, avtomobili borc əvəzinə Bəhlula verdiyini, Bəhlul ilə birgə razılaşma əsasında Bəhlulun gedib Tehrandan baş etibarnamə almağa nail olduğunu demişdir. Hal-hazırda şikayətçidir. Təqsirləndirilən şəxslərə ağır cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Nüsrət oğlu ifadsində göstərmişdir ki, «Kia Rio»markalı avtomobili 2020-ci ilin avqust ayında Gürcüstan Respublikasında alıb Azərbaycana gətirib Gömrük İdarəsindən və D.İ.N B.D.Y.P-də qeydiyyatdan keçirib, 2020ci ildə «az ** DY ***» dövlət qeydiyyat nişanı alıb bir müddət idarə etmişdir. 25 avqust 2020-ci ildə 17 may 2027-ci il tarixədək olan müddətə idarə etmək üçün qardaşı Şahid4 notariat kontorunda təsdiq olunmuş etibarnamə vermişdir. Bir müddət idarə etdikdən sonra pula ehtiyacı olduğu üçün avtomobili satmaq qərarına gəlib bu barədə internet elanlar saytında elan yerləşdirib öz telefonunu qeyd etmişdir ki, müştəri onunla əlaqə saxla bilsin. 20 sentyabr 2020-ci il tarixdə ona bir nəfər şəxs zəng edib özünü Xəyal kimi təqdim edərək avtomobili almaq istədiyini bildirib avtomobilə baxmaq üçün onunla yer müəyyənləşdirib gəlib avtomobilə baxıb bəyənib qiymətini 10.200 manata razılaşmışdır. Əvvəl Xəyalı tanımamışdır. Xəyal bildirmişdir ki, işi ilə bağlı ilin əksər vaxtlarını Rusiya Federasiyasında olur, ona görə də avtomobilə dair baş etibarnaməni dostu Nərman adlı şəxsə verilməsini xahiş etmişdir. Razılaşıb 20 sentyabr 2020-ci ildə Xəyalın xahişi ilə bir il müddətinə 2021-ci ildə Xəyal ona zəng edib Rusiya Federasiyasında olduğunu, onun yanına sürücüsünü göndərəcəyini və həmin şəxsə idarə etmək üçün etibarnamə verməsini xahiş etmişdir. Onun yanına əvvəllər tanımadığı, heç bir ədavət və düşmənçiliyi olmadığı hazırda adını bildiyi Cəmil adlı şəxs gəlmişdir. Cəmilə idarə etmək üçün notariat kontorunda təsdiq olunmuş etibarnamə vermişdir. 05 aprel 2021-ci ildə bir nəfər əvvəllər tanımadığı, heç bir ədavət və düşmənçiliyi olmadığı Bəhlul adlı şəxs gəlib, Xəyalın tanışı, Xəyalın Rusiya Federasiyasında olduğunu Azərbaycana gələ bilmədiyini, avtomobilə dair ona baş etibarnamə verilməsini xahiş etmişdir. Bəhlul ona Xəyalın bu işdən məlumatı olduğunu, lazım olarsa özü ona zəng edib əlaqə saxlayacağını demişdir. Bəhlula inanıb, həmçinin Xəyalın telefon nömrəsi onda olmadığı üçün Xəyal ilə əlaqə saxlamadan Bəhlula notariat kontorunda təsdiq olunmuş 1 il müddətinə baş etibarnamə vermişdir. Bir müddət keçdikdən sonra Xəyal və adını xatırlamadığı atası onunla əlaqə saxlayıb Bəhlulun dələduzluq edib onların adından istifadə edib onu aldadıb avtomobilə dair baş etibarnamə aldığını və onların əmlakını dələduzluq yolu ilə ələ keçirdiyini, hazırda onlardan yayındığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Xəyaldan eşidib bilmişdir ki, o 2020-ci ilin sentyabr ayının 20-də internet elan saytında «Kia Rio» markalı, «az ** DY ***» dövlət qeydiyyat nişanlı avtomobilin satıldığını görüb bəyənmiş, avtomobili almaq qərarına gəlmişdir. Bu məqsədlə də Xəyal elanda olan mobil nömrəyə zəng edib özünü Tehran kimi təqdim etmiş şəxslə əlaqə saxlayıb, avtomobilə baxıb bəyənib qiymətini 10.200 manata razılaşmışdır. İşi ilə bağlı Xəyal mütəmadi olaraq Rusiya Federasiyasına getdiyi üçün avtomobili tanışı Nərmanın adına etibarnamə verilməsini istəmişdir. Nərman razılaşdıqdan sonra Tehranla birlikdə notariat kontoruna getmiş, orada Tehran Nərmanın adına baş etibarnamə vermişdir. Bunlar hamısı Xəyalın və Nərmanın razılığı ilə həyata keçmişdir. Avtomobil Xəyala məxsus pul ilə alınmışdır. Avtomobil etibarnamədə Nərmanın adına olsa da, faktiki Xəyala məxsus idi. Xəyal avtomobili aldıqdan sonra bir neçə şəxslərə günü 30 manatdan icarəyə vermişdir, bununla bağlı yenə də Xəyalın razılığı əsasında Nərman idarə etmək üçün həmin şəxslərə notarial qaydada təsdiq olunmuş etibarnamə vermişdir. 19 fevral 2021-ci il tarixdə Nərman işi ilə bağlı Rusiya Federasiyasına getməli olduğu üçün Xəyalın təklifi əsasında və onun razılığı ilə Nərman notariat kontorunda təsdiq olunmuş baş etibarnamə ilə avtomobili ona vermişdir. Avtomobil etibarnamə ilə onun adına olsa da, faktiki sahibi Xəyal olmuş və Xəyalın xahişi ilə o, avtomobili 12 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 idarə etmək üçün notairal kontorunda təsdiq olunmuş etibarnamə ilə gündəlik 30 manata icarəyə vermişdir. 05 aprel 2021-ci ildə Xəyal işi ilə əlaqədar Rusiya Federasiyasına çıxıb getmişdir. Sonradan Xəyaldan eşidib bilmişdir ki, Ceyhun icarə haqqını ödəmir. Bu səbəbdən də Xəyalgil avtomobilin sahibi Tehranla əlaqə saxlayıb müəyyən etmişdir ki, 2021-ci ilin aprel ayının ikinci yarısında Bəhlul adlı şəxs Tehranla görüşüb Xəyalın qohumu kimi özünü təqdim edərək, Xəyalın Rusiya Federasiyasında olduğunu və avtomobilin idarə edilmədiyini bildirib xahiş etmişdir ki, avtomobilə dair baş etibarnaməni ona versin. Tehran da inanıb Bəhlula 05 aprel 2021-ci il tarixdə baş etibarnamə vermişdir. Sonradan Ceyhunla telefonla əlaqə saxladıqda Ceyhun özü ona etiraf etmişdir ki, bəs onun Bəhlula pul borcu olmuş və Bəhlul ilə birgə razılaşma əsasında Bəhlul gedib Tehrandan baş etibarnamə almağa nail olmuşdur. Bununla da Ceyhun Bəhlula borcunu ödəmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Xəyal onun oğludur. 20 sentyabr 2020-ci il tarixdə internet elan saytında Xəyal satışa «Kia Rio» markalı, «az ** DY ***» dövlət qeydiyyat nişanlı avtomobilin yerləşdirildiyini görüb bəyənmiş və həmin avtomobili almaq qərarına gəlmişdir. Bu məqsədlə də Xəyal elanda olan mobil nömrəyə zəng edib, özünü Tehran kimi təqdim etmiş şəxslə əlaqə saxlayaraq, avtomobilə baxıb bəyənib qiymətini 10.200 manata razılaşmışdır. İşi ilə bağlı Xəyal mütəmadi olaraq Rusiya Federasiyasına getdiyi üçün avtomobili tanışı Nərmanın adına etibarnamə verilməsini istəmişdir. Nərman razılaşdıqdan sonra Tehranla birlikdə notariat kontoruna getmiş, orada Tehran Nərmanın adına baş etibarnamə vermişdir. Bunlar hamısı Xəyalın və Nərmanın razılığı ilə həyata keçmişdir. Avtomobil Xəyala məxsus pul ilə alınmışdır. Avtomobil etibarnamədə Nərmanın adına olsa da, faktiki olaraq oğlu Xəyala məxsus olmuşdur. Xəyal avtomobili alandan sonra bir neçə şəxslərə günü 30 manatdan icarəyə vermişdir. Bununla bağlı yenə də Xəyalın razılığı əsasında Nərman idarə etmək üçün həmin şəxslərə notarial qaydada təsdiq olunmuş etibarnamə vermişdir. 27 sentyabr 2020-ci il tarixdə Nərman idarə etmək üçün Raufa, 24 yanvar 2021-ci il tarixdə Cəmilə avtomobili icarəyə vermişdir. 19 fevral 2021-ci il tarixdə Nərman işi ilə bağlı Rusiya Federasiyasına getməli olduğu üçün Xəyalın razılığı İlə Nərman notariat kontorunda təsdiq olunmuş baş etibarnamə ilə avtomobili digər tanışı Adəmə vermişdir. Avtomobil etibarnamə ilə Adəmin adına olsa da, faktiki sahibi Xəyal olmuş və Xəyalın xahişi ilə Adəm avtomobili 12 mart 2021-ci il tarixdə Ceyhuna idarə etmək üçün notairal kontorunda təsdiq olunmuş etibarnamə ilə gündəlik 30 manata icarəyə vermişdir. 2021-ci il aprel ayının 5-də Xəyal işi ilə əlaqədar Rusiya Federasiyasına getmişdir. Bir müddətdən sonra Xəyal onunla əlaqə saxladıqda o, Xəyala Təqsirləndirilən şəxs1 tərəfindən icarə haqqı ödənilmədiyini demiş və özü avtomobilin sahibi Tehranla əlaqə saxlayıb müəyyən etmişdir ki, 2021-ci ilin aprel ayının ikinci yarısında Bəhlul adlı şəxs onunla görüşüb Xəyalın qohumu kimi özünü təqdim edərək, Xəyalın Rusiya Federasiyasında olduğunu və avtomobilin idarə edilmədiyini bildirib, avtomobilə dair baş etibarnaməni ona verməsini Tehrandan xahiş etmişdir. Tehran da inanıb Bəhlula 05 aprel 2021-ci il tarixdə baş etibarnamə vermişdir. Sonradan Ceyhunla əlaqə saxladıqda Ceyhun özü ona etiraf etmişdir ki, bəs onun Bəhlula pul borcu olmuş və Bəhlul ilə birgə razılaşma əsasında Bəhlul gedib Tehrandan baş etibarnamə almağa nail olmuş, bununla da Ceyhun Bəhlula borcunu ödəmişdir. Nəticədə oğlu Xəyala 10.200 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2021-ci ilin aprel ayında idarə etdiyi 2004-cü il buraxılışlı «Nissan Sunny» markalı, «az ** NP ***» dövlət qeydiyyat nişanlı a vtomobili bir qədər ili yeni olan avtomobil ilə dəyişdirmək qərarına gəlib bununla bağlı Bakı şəhəri Badamdar qəsəbəsində yerləşən «114 Cars» avtosalonuna müraciət etmişdir. Həmin salonda işləyən əvvəllər tanımadığı, heç bir münasibəti olmadığı, anket məlumatlarını və telefon nömrəsini bilmədiyi, özünü həmin salonun əməkdaşı kimi təqdim etmiş şəxslə razılaşıb mülkiyyətində olan 2004-cü il buraxılışlı «Nissan Sunny» markalı, «az ** NP ***» dövlət qeydiyyat nişanlı avtomobili ona 5.000 manata verərək, əvəzində salonda 14.000 manata satışa qoyulmuş 2007-ci il buraxılışlı «Kia Rio» markalı, «az ** DY ***» dövlət qeydiyyat nişanlı avtomobili 9.000 manata hesablanmaqla 2 il müddətinə, hər ay 420 manat olmaqla icarəyə götürmüşdür. Bununla bağlı aralarında «Nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair» müqavilə imzalanmışdır. Daha sonra həmin avtomobili idarə etmək üçün ona etibarnamə verilmişir. Salona nağd qaydada 5.000 manat, 20 may 2021ci ildən 22 yanvar 2022-ci ilədək 420 manatdan icarə haqqı ödəmişdir. «Kia Rio» markalı, «az ** DY ***» dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi N.H.Nağıyevi tanımamış, onunla aralarında avtomobilə dair hər hansı razılaşma olmamışdır. İstintaq zamanı ona məlum olmuşdur ki, «Kia Rio» markalı, «az ** DY ***» dövlət qeydiyyat nişanlı avtomobil N.H.Nağıyevin mülkiyyətindədir və Namik həmin avtomobili salona satdığa qoymuşdur. Şahid4, Şahid3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid1, C.Ə.Həsənli, Şahid4, R.H.Həsənovu, N.R.İbadov adlı şəxslərin heç birini tanımır, həmin şəxslərlə aralarında hər hansı bir münasibət olmayıb və yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəh., Səbail rayonu Badamdar qəsəbəsində yerləşən «114 Cars» avtomobil salonunda nəzarətçi vəzifəsində işləyir. N.X.Nağıyev həmin salonda işləyir. Avtomobillərin alqı-satqısı ilə məşğul olduğu üçün mütəmadi olaraq müxtəlif şəxslərdən avtomobillər alıb, salonda bir qədər baha qiymətə satıb gəlir əldə edirlər. Qeydiyyatı Lənkəran rayonu Şilavar kəndi olduğundan X25 İdarəsində adına avtomobil qeydiyyata aldırmağın dövlət rüsumu bir qədər baha olduğundan Namik 10 oktyabr 2021-ci ildə ona bütün daşınar və daşınmaz əmlaklarının idarə edilməsinə üzərlərində sərəncam verilməsinə və digər hüquqi səlahiyyətləri 19 il müddətinə notariat kontorunda təsdiq olunmuş etibarnamə vermişdir. Həmin etibarnamə əsasında Namikin iştirakı olmadan «114 Cars» avtomobil salonu üçün alınan avtomobilləri DYP-də Namikin adına qeydiyyata aldırmışdır. 05 aprel 2021-ci il tarixdə əvvəllər tanımadığı, heç bir münasibəti, ədavət və düşmənçiliyi olmadığı Təqsirləndirilən şəxs1 «az ** DY ***» dövlət qeydiyyat nişanlı «Kia Rio» markalı avtomobili işlədiyi salona gətirib satmaq istədiyini bildirmişdir. Avtomobilə baxıb qiymətini 7.500 manata razılaşmışdır. Ceyhun bildirmişdir ki, həmin avtomobil etibarnamə əsasında ona verilib. Ceyhunun təklifi ilə şəxsiyyət vəsiqəsini Ceyhuna vermişdir ki, o gedib notariat kontorunda ona etibarnamə verə bilsin. Az bir müddət sonra Ceyhun geri qayıdıb həmin avtomobilə dair notariat kontorunda təsdiq olunmuş etibarnaməni ona təqdim etmişdir. O, da öz növbəsində həmin etibarnamə əsasında DYP-ə gedib avtomobili Namikin adına qeydiyyata aldırmışdır. Bir müddətdən sonra həmin avtomobil bir qədər baha qiymətə Şahid2 satılmışdır. Belə ki, 16 aprel 2021ci ildə salona müraciət etmiş Şahid2lə razılığa gəlinmişdir ki, mülkiyyətində olan 2004-cü il buraxılışlı «Nissan Sunny» markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobil salon tərəfindən 5.000 manata alınacaq, əvəzində isə ona salonda 14.000 manata satışa qoyulmuş 2007-ci il buraxılışlı «Kia Rio» markalı, «az ** DY ***» dövlət qeydiyyat nişanlı avtomobil ona 9.000 manata hesablanmaqla 2 il müddətinə icarəyə veriləcək və o hər ay 420 manat olmaqla icarə haqqı ödəyəcək. Bununla bağlı aralarında «Nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair» müqavilə imzalanmış, avtomobili idarə etmək üçün Namikin adından etibarnamə verilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş X1 Nail Allahşükür oğlu ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X2 İdarəsi tərəfindən 14 yanvar 2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 mart 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəi ilə təqsirli bilinib, «09» il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 24 yanvar 2018-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Qərarı ilə Təqsirləndirilən şəxs1 əməli Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsüf olunub, təyin olunmuş cəza «05» ilə endirilmiş, 08 fevral 2020-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X2 İdarəsi tərəfindən 14 yanvar 2022-ci il tarixdə doldurulmuş tələbnamədən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)7/2023 saylı, 02 fevral 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 188.1, 320.2, 66.2, 67.1, 69.3-cü maddələri ilə təqsirli bilinib «02» il, «06» ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhku edilmişdir. 27 mart 2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 fevral 2023cü il tarixli hökmü ilə isə Cinayə Məcəlləsinin 188.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, «01» il, «09» ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Üzərində qəti olaraq «01» il, «08» ay, «28» gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X23 İdarəsinin 13 yanvar 2022-ci il tarixli 016-4876-1222 nömrəli məktubuna əlavə olunmuş «Kia Rio» markalı, «az ** DY ***» dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından görünür ki, avtomobilin sahibi Balakən rayonu Tülü kəndində qeydiyyatda olan Şahid4 tərəfindən 25 avqust 2020-ci ildə X5, 20 sentyabr 2020-ci ildə X8, 27 sentyabr 2020-ci ildə X6, 24 yanvar 2021-ci ildə X11, 19 fevral 2021-ci ildə Şahid3, 12 mart 2021-ci ildə X14, 05 aprel 2021-ci ildə Təqsirləndirilən şəxs2, 06 aprel 2021-ci ildə Şahid1 etibarnamə verilmiş, 15 aprel 2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında nəqliyyat vasitəsi BDYPİ-də qeydiyyatdan çıxarılaraq X3 adına qeydiyyata alınmış, 16 aprel 2021-ci ildə Şahid2 adına etibarnamə verilmişdir. AE100017 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Kia Rio» markalı, «az ** DY ***» dövlət qeydiyyat nişanlı avtomobil 15 aprel 2021-ci il tarixdən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 129 ünvanda qeydiyyatda olan N.H.Nağıyevin mülkiyyətindədir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və onların əməli cinayətin sadə residivini yaradır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən Cinayət Məcəlləsinin 15-ci maddəsində cinayətlərin təsnifatı, yəni cinayətlərin böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə aid edilməsi həmin cinayətlərə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə görə aparıldığından, müvafiq olaraq da cinayət məsuliyyətinə cəlb etmə, məhkumluğun ödənilməsi müddətləri, cəzanın daha yüngül cəza ilə əvəz olunması, cəzadan vaxtından əvvəl şərti olaraq azad etmə kimi məsələlərin həlli də cinayətin təsnifatından, yəni dolayısı ilə cinayətə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən asılı olaraq həll edildiyindən, yeni və yaxud əvvəlki cinayət qanunun tətbiqi məsələsi ortaya çıxdıqda, əvvəlki və yeni sanksiyalar əsasən eyni olub yalnız azadlıqdan məhrum etmə cəzasının yuxarı hədləri fərqli olduğu hallarda hansı normanın şəxsin vəziyyətini yaxşılaşdıran norma olması məsələsi bu normalarda nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarından hansının yuxarı həddinin daha az olmasından asılı olaraq həll edilməlidir. Həmin Qərarın 7-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilibödənilməməsi və yaxud götürülüb-götürülüməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin mənasına və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» 6 sentyabr 2010-cu il tarixli qərarında verilmiş rəsmi təfsirə əsasən cinayətlərin residivi yeni cinayətin törədildiyi vaxt şəxsin üzərində əvvəllər qəsdən cinayət törətməyə görə (ödənilməyən və yaxud götürülməyən) məhkumluğun olub-olmamasına görə müəyyən olunduğundan, hökm çıxarıldığı tarixə məhkumluğun ödənilməsi cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmasına mane olan hal kimi nəzərdən keçirilə bilməz. Hökmün çıxarıldığı tarixə məhkumluq Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürüldüyü halda da cinayətlərin residivinin müəyyən edilməsi ilə bağlı məsələ eyni cür həll olunmalıdır. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinə əsasəndələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, xeyli miqdarda ziyan vurmaqla törədilmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxslərin qismən etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri, iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinə əsasəndələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla törədilmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxslərin qismən etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri, iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs1 Bəhlul oğlunun və Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs1 Bəhlul oğlunun və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Onların təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinə əsasən-dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla törədilməyə görə-dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 7.2-ci maddəsinə əsasən şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, təqsirləndirilən şəxslər X9 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumununu 11 iyun 2015-ci il tarixli 7 saylı qərarından görünür ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun az ağır cinayət törətməsini, əməlində cinayətin residivinin olmasını, onun dəfələrlə məhkum olunmasını, lakin islah olunmadığını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun az ağır cinayət törətməsini, əməlində cinayətin residivinin olmasını, onun dəfələrlə məhkum olunmasını, lakin islah olunmadığını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən-xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzanı-«ciddi rejimli» cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını «ciddi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan 11 mart 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 11 mart 2022-ci il tarixdə tutulmuşdur (cild 01, səh., 184). Cinayət işinin materiallarında olan 12 mart 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 01, səh., 216). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 4(008)205/2022 saylı, 12 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 11 mart 2022-ci il tarixdən hesablanmaqla «01» ay, «29» gün müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir (cild 01, səh.,241). Cinayət işinin materiallarında olan 03 iyun 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 03 iyun 2022-ci il tarixdə tutulmuşdur (cild 02, səh.,39). Cinayət işinin materiallarında olan 03 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 02, səh., 64). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 4(008)464/2022 saylı, 04 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 iyun 2022-ci il tarixdən hesablanmaqla 11 iyul 2022-ci il tarixə kimi «həbs» qətimkan tədbiri seçilmişdir (cild 02, səh.,81). Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı «11» mart 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs2 oğlunun cəza çəkmə müddətinin başlanğıcı «03» iyun 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 5(008)255/2022 saylı, 10 mart 2022-ci il tarixli qərarı ləğv edilməli, «Kia Rio» markalı, «az ** DY ***» dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılmalıdır. Hüquqi xidmətə görə müdafiəçilər Müdafiəçi2, Müdafiəçi1 iştirak etdiyi 50 saata görə (hər birinə ayrı-ayrılıqda) 300 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 oğuna Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinə əsasən «02» il, «09» ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını «ciddi» rejimli cəzacəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı «11» mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 oğuna Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinə əsasən «02» il, «09» ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hazır ki, hökmlə təyin olunmuş cəza Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)07/2022 saylı, 02 fevral 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin olunmuş «01» il, «08» ay, «18» gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılsın və Təqsirləndirilən şəxs2 oğunun üzərində qəti olaraq «03» il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını «ciddi» rejimli cəzacəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı «03» iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 5(008)255/2022 saylı, 10 mart 2022-ci il tarixli qərarı ləğv edilsin, «Kia Rio» markalı, «az ** DY ***» dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılsın. Hüquqi xidmətə görə müdafiəçilər Müdafiəçi2, Müdafiəçi1 iştirak etdiyi 50 saata görə (hər birinə ayrı-ayrılıqda) 300 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-77/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-77/2023
19.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver