Məhkəmə qərarları › İş №1(008)-772/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-772/2024

07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-772/2024 07.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Nuri Nihal Yusif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, taksi sürücüsü işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2024-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən “N Beauty Studio” adlı gözəllik salonunun yaxınlığında Zərərçəkmiş şəxs onunla yüksək səs tonu ilə danışması səbəbindən aralarında yaranmış şəxsi münasibətlər zəmnində, mübahisə zamanı qəsdən sonuncunun sol göz nahiyəsinə yumruqla bir dəfə zərbə vuraraq ona sol göz almasının ağlı qişasının qansızma və sol gözyuvasıətrafı nahiyənin hematoması ilə müşayiət olunan ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, 2024cü ilin avqust ayının əvvəllərində Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən çimərlikdə olan zaman taksi kimi idarə etdiyi “Toyota Prius” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomaşına bir nəfər xanım Kürdəxanı qəsəbəsinə getmək üçün əyləşmiş və həmin xanımı yaşadığı evə qədər aparmışdır. Ünvana çatan zaman həmin xanıma taksi lazım olduqda ona müraciət edə biləcəyini demiş, mobil nömrəsini həmin xanıma söyləmiş və həmin xanımda onun nömrəsini öz telefonunda qeyd etmişdir. Belə ki, həmin ərəfədə bir dəfə də adını sonradan Günay olaraq bildiyi xanımı və azyaşlı övladını Pirşağı qəsəbəsində yerləşən çimərlikdən yaşadığı evə qədər taksi kimi idarə etdiyi avtomobildə aparmışdır. Daha sonrakı zaman ərzində həmin xanımdan xoşu gəldiyi üçün ciddi fikirlə yazıb maraqlanmış, lakin Günay onun zənglərinə cavab verməmişdir. xx.xx.2024- cü il tarixdə saat 19 radələrində Günay işlədiyi Zabrat qəsəbəsində yerləşən “N Beauty studio” adlı gözəllik salonundan çıxıb bir qədər uzalaşdıqdan sonra heç kimin olmadığı yerdə o, Günaya yaxınlaşaraq ünsiyyət qurmağa cəhd etmişdir. Günay isə danışmaq istəmədiyini deyib ondan uzaqlaşmağa çalışmışdır. O, sonuncu dəfə Günaya yaxınlaşan zaman Günayın onunla yüksək səs tonu ilə danışıb qışqırdığına görə əsəbiləşib, yumruqla bir dəfə Günayın sol göz nahiyəsindən zərbə endirmiş, daha sonra isə oradan uzaqlaşaraq getmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədən barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2024-cü ilin avqust ayının əvvəllərində Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən çimərlikdən çıxıb yaşadığı evə getmək üçün taksi kimi yaxınlıqda olan adını sonradan Gülbaba olaraq bildiyi şəxsin idarə etdiyi “Toyota Prius” markalı 99 - KY- 398 dövlət qeydiyyat nişanlı avtyomaşına əyləşmiş və həmin şəxs onları yaşadığı ünvana qədər aparmışdır. Evə çatan zaman Gülbaba mobil nömrəsini ona söyləmiş, taksi kimi kömək edə biləcəyini qeyd etmişdir. Belə ki, həmin ərəfədə bir dəfə də Pirşağı qəsəbəsində yerləşən çimərlikdən evə gedən zaman Gülbaba adlı şəxsə zəng edərək, onu və azyaşlı övladını evlərinə aparmağını xahiş etmişdir. Daha sonra isə Gülbaba onları idarə etdiyi avtomobillə ünvana qədər aparmışdır. Sonralar təxminən bir həftə ərzində Gülbaba ona ismarıc yazan vaxtı o, Gülbabadan onu narahat etməməyini xahiş etmişdir. Lakin Gülbaba ondan əl çəkməmişdir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində işlədiyi Zabrat qəsəbəsində yerləşən “N Beauty studio” adlı gözəllik salonundan çıxıb yaşadığı evə getmək istəyən zaman Gülbaba ona yaxınlaşaraq onunla yenidən ünsiyət qurmağa cəhd etmiş, o isə danışmaq istəmədiyimi deyib ondan uzaqlaşmağa çalışmışdır. Bu zaman Gülbaba yumruqla bir dəfə onun sol göz nahiyəsindən zərbə endirmiş, daha sonra isə oradan uzaqlaşaraq getmişdir. O da hadisə barədə polis bölməsinə yaxınlaşaraq müraciət etməyi qərara almışdır. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir. Ona qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmədən sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. -İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yerləşən “N Beauty studio” adlı gözəllik salonunun yaxınlığında ətrafda digər şəxslər olmadığı yerdə baş vermişdir. -İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxsinin Sabunçu rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 2390 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sol göz almasının ağlı qişasının qansızma və sol gözyuvasıətrafı nahiyənin hematoması müəyyən edilmişdir. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə baxışı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini bildirmiş, bunları ifadə edən ərizəni məhkəməyə təqdim etmiş və barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs da məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən sadələşdirilmiş icraat materialı üzrə icraata xitam xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasına və dəymiş ziyanın tamamilə ödənilməsinə dair məhkəməyə təqdim edilmiş ərizələri, prosessual qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından görünür ki, hazırkı iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Məhkəmə hesab edir ki, vəkilin məhkəməyədək icraatda və məhkəmədə iştirak etdiyi müddət 20 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 120 manat (20x6) məbləğində əmək haqqı Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Nəticə: Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 20 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 120 manat əmək haqqı Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar