Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-773/2024 30.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X5 və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Şamaxı rayonu Quşçu kəndində anadan olmuş, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X5, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib saxlayıb daşımışdır Belə ki, aparılmış ibtidai istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,568 qram olan kustar üsulla hazırlanan psixotrop maddə hesab edilən metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 26 fevral 2024-cü il tarixdə saat 12:30 radələrində Sabunçu stansiyasında X6 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Sabunçu rayonu, Bakıxanov-Sabunçu dəmir yolu mənzilinin 12-ci kilometr 3-cü piketində yerüstü piyada keçidinin yanında saxlanılaraq, ünvan 2 ünvanda yerləşən Sabunçu st.XPŞ-nin inzibati binasına gətirilmiş və orada həmin gün saat 14:35-də üzərinə şəxsi axtarış keçirilən zaman onun boz rəngli cins şalvarının arxa sağ cibindən “Sobranie” markalı siqaret qutusunun qızılı rəngli kağıza bükülmüş bir ədəd bükümün içərisindəki xeyli miqdarda təmiz çəkisi 0,568 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X5 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2 aydır ki, narkotik istifadə edir. xx.xx.2024-cü ildə gecə təxminən saat 01:00 radələrində ona məxsus olan “Samsung” markalı mobil telefonu vasitəsilə istifadə etdiyi “eliw346” adlı instaqram səhifəsində patı sözünü yazmış və qarşısına “pati_kola_ot_m40_baki_iran adlı səhifə çıxmış, həmin səhifəyə “salam” sözünü yazan kimi əlaqə üçün xarici mobil telefon nömrəsi göndərilmiş və o, öz istifadəsində olan 070 *** ** ** mobil telefon nömrəsi ilə ona göndərilən xarici (+**********47) nömrə ilə əlaqə saxlamış, patının və otun qiymətini soruşmuş, otu 9 manata, patını isə 35 manata satdığını bildirmişdir. O, ona bu qədər pulu olmadığını bildirmişdir və sağollaşmışdir. xx.xx.2024-cü il tarixdə səhər 11:00 radələrində həmin xarici (+**********47) nömrədən gələn zəngə oyanmış və adının Əli olduğunu bildirən həmin şəxs ona demişdir ki, uşaqlara tapşırmışam sənə mal verəcəklər, pulun olanda verərsən. O, onunla razılaşdıqdan sonra konum atdığı yerə getmiş, Bakıxanov dəmir yolu stansiyasında, keçidin alt tərəfində dəmir dirəyin işərisində gizlədilmiş “Sobranie” siqaret qutusunu götürüb, oradan 5-6 metr aralanmışdır ki, 3 nəfər mülki geyimdə polis əməkdaşı yaxınlaşıb, özlərini təqdim edib şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Lakin üzərində heç bir sənəd olmadığından onu X4 Polis İdarəsinin Sabunçu st XPŞ-nə dəvət etmişlər. Orada onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil dəvət olunaraq təqdim edilmiş və daha sonra onun üzərində şəxsi axtarış keçiriləcəyi elan edilmişdir. O, polis əməkdaşlarının bildirdikləri ilə razılaşaraq üzərinə vəkilinin iştirakı olmadan şəxsi axtarış aparılmasını bildirmiş və bu barədə ərizə ilə müraciət etdikdən sonra, polis əməkdaşları tərəfindən aparılan videoçəkilişlə onun üzərində qanunla daşınması qadağan edilən hər hansı bir əşya varsa təqdim etməyi təklif olunmuşdur. O, məsuliyyətdən kənarda qala bilməyəcəyini başa düşərək polis əməkdaşlarının təklifinə psixotrop maddə olan metamfetamini masanın üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və başqa hər hansı qanunsuz əşya müəyyən edilməmişdir. Daha sonra polis əməkdaşları tərəfindən bükümə baxış keçirilərək qablaşdırılaraq götürülmüşdür, bu barədə protokol tərtib edilmiş və o, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Müharibədə psixoloji travma aldığı üçün arada bir metamfetamin iştirak etmişdir. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, DYNPİ-nin Sabunçu st.XPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. 26 fevral 2024-cü il tarixdə «Elvin» adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə edib, saxlamaqla daşıması barədə daxil olmuş məlumat həmin tarixdə Sabunçu st.XPŞ-nin rəhbərliyinə məruzə olunaraq əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra əməliyyat qrupu üzvləri ilə birlikdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində «Elvin» adlı şəxsin olduğu yer müəyyən edilərək həmin gün saat 12:30 radələrində Bakıxanov qəsəbəsi ərazisində Bakıxanov-Sabunçu dəmir yolu mənzilinin 12-ci km 3-cü piketinə getmişlər. Orada bir nəfər şəxsin xarici əlamətlərinin «Elvin» adlı şəxsin xarici əlamətləri ilə üst-üstə düşməsini dəqiqləşdirdikdən sonra həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib Sabunçu st.XPŞ-nin əməkdaşları olduqlarını bildirərək həmin şəxsə özünü təqdim etməsi təklif etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra həmin şəxsi Sabunçu st.XPŞ-nə dəvət etmişlər. XPŞdə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi elan edilmiş və əgər üzərində daşınması qadağan edilmiş qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs ilk öncə əynindəki boz rəngli cins şalvarın arxa sağ cibindəki skoçlanmış “Sobranie” markalı siqaret qutusunu sonra isə əynindəki boz rəngli cins şalvarın sol arxa cibindən 1 ədəd “Samsung A5” markalı mobil telefonu, şalvarın sol yan cibindən isə “Rotmans” markalı siqaret qutusunu və bir ədəd alışqanı 70 qəpik məbləğində pulu və 1 ədəd açarı masanın üzərinə qoymuşdur. Sobranie” markalı siqaret qutusu açıldıqda içərisindən qızılı rəngli kağıza bükülmüş kristallik dənəciklər şəklində spesifik iyə malik olan maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin “Sobranie” markalı siqaret qutusundakı psixotrop maddə olan metamfetamini xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində istifadəsində olan mobil nömrəsi ilə “eliw346” adlı istaqram səhifəsində patı sözünü yazmış və qarşısına pat_kola_ot_m40_baki_iran adlı səhifə çıxmiş həmin səhifəyə “salam” sözünü yazan kimi əlaqə üçün xarici mobil telefon nömrəsi göndərmiş və o da öz istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə həmin xarici +**********47 nömrəsi ilə əlaqə saxlamış və patı və otun qiymətini soruşmuş ot 9 manata, patı isə 35 manata satdığını bildirmişdir. Təqsirləndirilən şəxs onunla razılaşmamışdır. xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində həmin xarici +**********47 nömrəsi ona zəng edərək adının Əli olduğunu həmin şəxs ona demiş ki, “uşaqlara tapşırmışam sənə mal verəcəklər, pulun olanda verərsən”. Təqsirləndirilən şəxs onunla razılaşdıqdan sonra konum atdığı yerə getmişdir. Bakıxanov dəmir yolu stansiyasında keçidin alt tərəfində dəmir dirəyin içərisində gizlədilmiş “Sobranie” markalı siqaret qutusunu götürmüşdür. Bundan sonra aşkar edilmiş maddə qablaşdırılmaqla üzəri və bu barədə tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir(i.v.114-117). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 26 fevral 2024-cü il tarixli protokoldan görünür ki, X5 həmin tarixdə saat 14:30 radələrində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.23); şəxsi axtarış və götürmə aparılması haqqında 26 fevral 2024-cü il tarixli protokoldan görünür ki, X5 ilk öncə əynindəki boz rəngli cins şalvarının arxa sağ cibindəki skoçlanmış “Sobranie” markalı siqaret qutusunu, sonra isə əynindəki boz rəngli cins şalvarının sol arxa cibindən 1 ədəd Samsung A5 markalı mobil telefonu, şalvarın sol yan cibindən isə “Rothmans” markalı siqaret qutusunu və bir ədəd alışqanı, 70 qəpik məbləğində pulu və 1 ədəd açarı çıxarıb masanın üzərinə qoymuş, sorğu zamanı X5 bildirmişdir ki, təqdim etdiyi skoçlanmış “Sobranie” markalı siqaret qutusunun içərisində narkotik vasitə vardır. Qeyd edilən “Sobranie” markalı siqaret qutusu açıldıqda içərisindən qızılı rəngli kağıza bükülmüş ağ kristallik dənəciklər şəklində spesifik iyə malik olan maddə aşkar olunmuşdur(i.v.28); məhkəmə-kimyəvi ekspertizasının 27 fevral 2024-cü il tarixli 3-16-16/2-6/1140 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsi DYNPİ-nin X8 Şöbəsi Zərflər üçün» dairəvi möhür əksləri olan, “Şübhəli şəxs E.Hacıyev “imza” ” və digər yazı, ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) bükümdə təmiz çəkisi 0,568 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i.v.41-42); video görüntüyə baxış keçirilməsi haqqında 27 fevral 2024-cü il tarixli protokoldan görünür ki, video çəkiliş zamanı X5 ilk öncə əynindəki boz rəngli cins şalvarının arxa sağ cibindəki skoçlanmış “Sobranie” markalı siqaret qutusunu, sonra isə əynindəki boz rəngli cins şalvarının sol arxa cibindən 1 ədəd Samsung A5 markalı mobil telefonu, şalvarın sol yan cibindən isə “Rothmans” markalı siqaret qutusunu və bir ədəd alışqanı, 70 qəpik məbləğində pulu və 1 ədəd açarı çıxarıb masanın üzərinə qoymuş, sorğu zamanı X5 bildirmişdir ki, təqdim etdiyi skoçlanmış “Sobranie” markalı siqaret qutusunun içərisində narkotik vasitə vardır. Qeyd edilən “Sobranie” markalı siqaret qutusu açıldıqda içərisindən qızılı rəngli kağıza bükülmüş ağ kristallik dənəciklər şəklində spesifik iyə malik olan maddə aşkar olunur(i.v.75); Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat varilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi barədə 28 fevral 2024-cü il tarixli qərardan görünür ki, X2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və onun dərhal MSY-dən azad edilməsi qərara alınmışdır (i.v.78-80); qətimkan tədbirinin seçilməsi haqqında 28 fevral 2024-cü il tarixli qərardan görünür ki, X2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir(i.v.85-86); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, X2 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v.107); Maddi sübut kimi tanıma haqqında 27 mart 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X1 aşkar edilib götürülmüş 0,568 qram çəkidə psixotrop maddə metamfetamin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra qalan 0,518 qram metamfetamin qalığı saxlanılması üçün Sabunçu st. XPŞ-nə təhvil verilməsi qərara alınmışdır(i.v.111); Ambulator məhkəmə-psixiatrik ekspertizasının 05 mart 2024-cü il tarixli 640 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs oğlı hərəkətləri Azərbaycan Respublikası CM-nin 21ci maddəsinin təsiri altına düşmür(i.v.132-133); məhkəmə-narkoloji ekspertizasının 05 mart 2024-cü il tarixli 1450 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs oği Psixostimulyatorların istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, hazırda müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (i.v.135-136); sübutların qiymətləndrilməsi haqqında 27 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X2 üzərində keçirilən şəxsi axtarış və götürmə aparılması zamanı video görüntüləri əks olunmuş CD disk cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işinə əlavə edilmişdir (i.v.163-171); İ-26934 nömrəli və İ-3958 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqələrinin surətindən görünür ki, X5 “Vətən müharibəsi iştirakçısı” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Məhkəmə iclasında bir ədəd “CD” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 26 fevral 2024-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X5 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0,568 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə X2 həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, “Vətən müharibəsi iştirakçısı” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmasını (CM-59.2) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs X2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 26 fevral 2024-cü il tarixdən 28 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 89 (səksən doqquz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, X5 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində ünvan 4 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli X2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində X3 elektron nəzarət vasitəsi tətbiq edilməli, X3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, X3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X2 26 fevral 2024-cü il tarixdən 28 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il 06(altı)ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X5 yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. X2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət X2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. X2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X5 ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Sabunçu st. XPŞ-də saxlanılan X1 aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,568 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0,518 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat X1 tutularaq dövlət nəfinə keçirilsin. X2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-773/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-773/2024
30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver