Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-776/2024 23.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirərək M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə məhkəməyə verilmişdir ondan ötəri ki, o qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını tamah niyyəti ilə gizli olaraq talama məqsədilə ilə, 2024-cü il fevral ayının axırlarında saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Aibalılıq yaşayış sahəsi, Mirəli Mirəliyev küçəsində yerləşən vətəndaş Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə daxil olmuş, evin içərisindən bir ədəd 40 manat eləyərində qol saatını, bir ədəd 8 manat dəyərində qol saatını, evin həyətində yerləşən saxlanc yeri hesab edilən əl damından bir ədəd 70 manat dəyərində dəmir kəsən aparatı, bir ədəd 5 litrlik Rusiya istehsalı olan latun materialdan 180 manat dəyərində samovarı, bir ədəd 5 litrlik 20 manat dəyərində aliminium qazanı, bir ədəd 10 litrlik 30 manat dəyərində aliminium qazanı və 100 metr uzunluğunda 60 manat dəyərində 4-lük elektrik kabelini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 408 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını tamah niyyəti ilə gizli olaraq talama məqsədilə ilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 08 mart 2024-cü il tarixdə saat 21:40 radələrində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi, Aibalılıq yaşayış sahəsi, B.Bağırov küçəsində yerləşən tikilməkdə olan idman meydançasının ərazisinə, oradan isə saxlanc yeri hesab edilən qazanxanaya qanunsuz daxil olub divara bərkidilmiş Zərərçəkmiş şəxs3 qapalı səhmdar şirkətinə məxsus 6.450 manat dəyərində bir ədəd 100 kw-lıq Almaniya istehsalı olan, “Buderus” markalı yoğuşmalı qazan (kombi aparatı), həmin aparata məxsus “Grundfos” markalı 01 ədəd 25/70 mm-lik 275 manat dəyərində pompa, “Grundfos” markalı 01 ədəd 25/80 mm-lik 495 manat dəyərində pompa, “Grundfos” markalı 01 ədəd 32/80 mm-lik 595 manat dəyərində pompa, 02 ədəd hər biri ayrılıqda 10 manat olan “Amerikanka” markalı 25 mm-lik 20 manat dəyərində pompa üçün detal, 01 ədəd “Amerikanka” markalı 32 mm-lik 20 manat dəyərində pompa üçün detal, 02 ədəd hər biri ayrılıqda 10 manat olan 25 mm-lik ümumi dəyəri 20 manat olan klapan, 02 ədəd hər biri ayrılıqda 18 manat olan 32 mm-lik ümumi dəyəri 36 manat olan vintel, 02 ədəd hər biri ayrılıqda 5 manat olan 112 mm-lik ümumi dəyəri 10 manat olan vintel, 02 ədəd hər biri ayrılıqda 7 manat olan 40/32-yə ümumi dəyəri 14 manat olan baçonka, 02 ədəd hər biri ayrılıqda 7 manat olan 40/25-ə ümumi dəyəri 14 manat olan baçonka, 12 ədəd hər biri ayrılıqda 12 manat olan 25 mm- lik ümumi dəyəri 144 manat olan vintel, 06 ədəd hər biri ayrılıqda 18 manat olan 32 mm-lik ümumi dəyəri 108 manat olan vintel, 01 ədəd 35 manat dəyərində 50 mm-lik filter, 10 ədəd hər biri ayrılıqda 8 manat olan 25 mm-lik ümumi dəyəri 80 manat olan amerikanka, 10 ədəd hər biri ayrılıqda 12 manat olan 32 mm-lik ümumi dəyəri 120 manat olan amerikanka, 04 ədəd hər biri ayrılıqda 5 manat olan 112 mm-lik ümumi dəyəri 20 manat olan vintel, 03 ədəd hər biri ayrılıqda 7 manat olan ümumi dəyəri 21 manat olan düz keçid, 02 ədəd hər biri ayrılıqda 10 manat olan 25 mm-lik ümumi dəyəri 20 manat olan klapan, 01 ədəd 32 mm-lik 16 manat olan klapan, 08 ədəd hər biri ayrılıqda 1,20 manat olan 112 mmlik ümumi dəyəri 9,60 manat olan baçonka, 01 ədəd 25 mm-lik dəyəri 2,50 manat olan baçonka, 08 ədəd hər biri ayrılıqda 3,50 manat olan 32 mm-lik ümumi dəyəri 28 manat olan baçonka, 02 ədəd hər biri ayrılıqda 8 manat olan 50x32-yə ümumi dəyəri 16 manat olan baçonka, 06 ədəd hər biri ayrılıqda 6 manat olan 25 mm-lik ümumi dəyəri 36 manat olan dirsək, 02 ədəd hər biri ayrılıqda 2,50 manat olan 25x112-lik ümumi dəyəri 5 manat olan baçonka, 02 ədəd hər biri ayrılıqda 3,50 manat olan 32x25-lik ümumi dəyəri 7 manat olan baçonka, 02 ədəd hər biri ayrılıqda 3 manat olan 32x25-lik ümumi dəyəri 6 manat olan keçid, 02 ədəd hər biri ayrılıqda 5 manat olan %-ə 50-lik ümumi dəyəri 10 manat olan paylayıcı, 02 ədəd hər biri ayrılıqda 5 manat olan 1/2-ə 80-lik ümumi dəyəri 10 manat olan paylayıcı, 12 ədəd hər biri ayrılıqda 7 manat olan 25 diametrli ümumi dəyəri 84 manat olan bürünc tərkibli amerikanka, 04 ədəd hər biri ayrılıqda 4,50 manat olan 25 diametrli ümumi dəyəri 18 manat olan bürünc tərkibli amerikanka, 04 ədəd hər biri ayrılıqda 3 manat olan 15 diametrli ümumi dəyəri 12 manat olan bürünc tərkibli amerikanka, 03 ədəd hər biri ayrılıqda 5 manat olan 25-lik ümumi dəyəri 15 manat olan traynik bürünc tərkibli amerikanka, 02 ədəd hər biri ayrılıqda 2 manat olan 25-dən 15ə ümumi dəyəri 4 manat olan çöl keçid, 02 ədəd hər biri ayrılıqda 3 manat olan 25-dən 15-ə ümumi dəyəri 6 manat olan iç keçid, 10 ədəd hər biri ayrılıqda 2 manat olan 25-lik ümumi dəyəri 20 manat olan bürünc tərkibli amerikanka baçonka, 04 ədəd hər biri ayrılıqda 3,50 manat olan 32-nin 25-ə ümumi dəyəri 14 manat olan çöl rezba, 04 ədəd hər biri ayrılıqda 4 manat olan 32-nin 25-ə ümumi dəyəri 16 manat olan iç rezba, 06 ədəd hər biri ayrılıqda 3,50 manat olan 32-lik ümumi dəyəri 21 manat olan baçonka, dəyəri 60 manat olan 100 metr uzunluqda mis elektrik kabeli, dəyəri 160 manat olan 100 metr uzunluqda 3x1,5-ə mis elektrik kabeli, 04 ədəd hər biri ayrılıqda 4 manat olan 32-nin 25-ə ümumi dəyəri 16 manat olan çöl rezba, 04 ədəd hər biri ayrılıqda 12 manat olan 32-lik ümumi dəyəri 48 manat olan bürünc tərkibli amerikanka, 01 ədəd dəyəri 20 manat olan yapışdırıcını oğurlamaqla zərərçəkmiş hüquqi şəxsə ümumilikdə 9.157,1 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını tamah niyyətilə gizli olaraq talama məqsədilə, tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2024-cü ilin may ayının 15- də saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əlimərdan Əlimanov küçəsi, döngə 1, 14 saylı fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olmuş, tanışı Təqsirləndirilən şəxs3 onların evə qanunsuz daxil olub rahat oğurluq cinayətinin törətməsi üçün şərait yaradaraq tutulma təhlükəsi ehtimal olan anda onlara hər hansı bir siqnal (məlumat) verilməsi üçün həyətdə dayanıb ətrafı nəzarətdə saxlayaraq tanışlarını sığortalamış, özü isə Təqsirləndirilən şəxs2la birlikdə fərdi yaşayış evinə plastik pəncərəni əllə itələyib açmaq yolu ilə daxil olub, ümumi dəyəri 1480 manat olan bir cüt sırğa, bir ədəd üzük və bir ədəd klon, 720 manat nağd pul, dəyəri 80 manat olan “Makita’’ firmasına aid bir ədəd perferator, dəyəri 330 manat olan “Makita” firmasına aid bir ədəd laqonda, eyni firmaya məxsus dəyəri 210 manat olan bir ədəd laqondanı gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 2.810 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkəməyə verilmişdir ondan ötəri ki, o qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını tamah niyyəti ilə gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 08 mart 2024-cü il tarixdə saat 21:40 radələrində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış sahəsi, B.Bağırov küçəsində yerləşən tikilməkdə olan idman meydançasının ərazisinə, oradan isə saxlanc yeri hesab edilən qazanxanaya qanunsuz daxil olub divara bərkidilmiş Zərərçəkmiş şəxs3 qapalı səhmdar şirkətinə məxsus 6.450 manat dəyərində bir ədəd 100 kw-lıq Almaniya istehsalı olan “Buderus” markalı yoğuşmalı qazan (kombi aparatı), həmin aparata məxsus “Grundfos” markalı 01 ədəd 25/70 mm-lik 275 manat dəyərində pompa, “Grundfos” markalı 01 ədəd 25/80 mm-lik 495 manat dəyərində pompa, “Grundfos” markalı 01 ədəd 32/80 mm-lik 595 manat dəyərində pompa, 02 ədəd hər biri ayrılıqda 10 manat olan “Amerikanka” markalı 25 mm-lik 20 manat dəyərində pompa üçün detal, 01 ədəd “Amerikanka” markalı 32 mm-lik 20 manat dəyərində pompa üçün detal, 02 ədəd hər biri ayrılıqda 10 manat olan 25 mm-lik ümumi dəyəri 20 manat olan klapan, 02 ədəd hər biri ayrılıqda 18 manat olan 32 mm-lik ümumi dəyəri 36 manat olan vintel, 02 ədəd hər biri ayrılıqda 5 manat olan 112 mm-lik ümumi dəyəri 10 manat olan vintel, 02 ədəd hərbiri ayrılıqda 7 manat olan 40/32-yə ümumi dəyəri 14 manat olan baçonka, 02 ədəd hər biri ayrılıqda 7 manat olan 40/25-ə ümumi dəyəri 14 manat olan baçonka, 12 ədəd hər biri ayrılıqda 12 manat olan 25 mm-lik ümumi dəyəri 144 manat olan vintel, 06 ədəd hər biri ayrılıqda 18 manat olan 32 mm-lik ümumi dəyəri 108 manat olan vintel, 01 ədəd 35 manat dəyərində 50 mm-lik filter, 10 ədəd hər biri ayrılıqda 8 manat olan 25 mm-lik ümumi dəyəri 80 manat olan amerikanka, 10 ədəd hər biri ayrılıqda 12 manat olan 32 mm-lik ümumi dəyəri 120 manat olan amerikanka, 04 ədəd hər biri ayrılıqda 5 manat olan 112 mm-lik ümumi dəyəri 20 manat olan vintel, 03 ədəd hər biri ayrılıqda 7 manat olan ümumi dəyəri 21 manat olan düz keçid, 02 ədəd hər biri ayrılıqda 10 manat olan 25 mm-lik ümumi dəyəri 20 manat olan klapan, ədəd 32 mm-lik 16 manat olan klapan, 08 ədəd hər biri ayrılıqda 1,20 manat olan 112 mm- lik ümumi dəyəri 9,60 manat olan baçonka, 01 ədəd 25 mm-lik dəyəri 2,50 manat olan baçonka, 08 ədəd hər biri ayrılıqda 3,50 manat olan 32 mm-lik ümumi dəyəri 28 manat olan baçonka, 02 ədəd hər biri ayrılıqda 8 manat olan 50x32-yə ümumi dəyəri 16 manat olan baçonka, 06 ədəd hər biri ayrılıqda 6 manat olan 25 mm-lik ümumi dəyəri 36 manat olan dirsək, 02 ədəd hər biri ayrılıqda 2,50 manat olan 25x 112-lik ümumi dəyəri 5 manat olan baçonka, 02 ədəd hər biri ayrılıqda 3,50 manat olan 32x25-lik ümumi dəyəri 7 manat olan baçonka, 02 ədəd hər biri ayrılıqda 3 manat olan 32x25-lik ümumi dəyəri 6 manat olan keçid, 2 ədəd hər biri ayrılıqda 5 manat olan %-ə 50-lik ümumi dəyəri 10 manat olan paylayıcı, 02 ədəd hər biri ayrılıqda 5 manat olan Yı-ə 80-lik ümumi dəyəri 10 manat olan paylayıcı, 12 ədəd hər biri ayrılıqda 7 manat olan 25 diametrli ümumi dəyəri 84 manat olan bürünc tərkibli amerikanka, 04 ədəd hər biri ayrılıqda 4,50 manat olan 25 diametrli ümumi dəyəri 18 manat olan bürünc tərkibli amerikanka, 04 ədəd hər biri ayrılıqda 3 manat olan 15 diametrli ümumi dəyəri 12 manat olan bürünc tərkibli amerikanka, 03 ədəd hər biri ayrılıqda 5 manat olan 25-lik ümumi dəyəri 15 manat olan traynik bürünc tərkibli amerikanka, 02 ədəd hər biri ayrılıqda 2 manat olan 25-dən 15ə ümumi dəyəri 4 manat olan çöl keçid, 02 ədəd hər biri ayrılıqda 3 manat olan 25-dən 15-ə ümumi dəyəri 6 manat olan iç keçid, 10 ədəd hər biri ayrılıqda 2 manat olan 25-lik ümumi dəyəri 20 manat olan bürünc tərkibli amerikanka baçonka, 04 ədəd hər biri ayrılıqda 3,50 manat olan 32-nin 25-ə ümumi dəyəri 14 manat olan çöl rezba, 04 ədəd hər biri ayrılıqda 4 manat olan 32-nin 25-ə ümumi dəyəri 16 manat olan iç rezba, 06 ədəd hər biri ayrılıqda 3,50 manat olan 32-lik ümumi dəyəri 21 manat olan baçonka, dəyəri 60 manat olan 100 metr uzunluqda mis elektrik kabeli, dəyəri 160 manat olan 100 metr uzunluqda 3x1,5-ə mis elektrik kabeli, 04 ədəd hər biri ayrılıqda 4 manat olan 32-nin 25-ə ümumi dəyəri 16 manat olan çöl rezba, 04 ədəd hər biri ayrılıqda 12 manat olan 32-lik ümumi dəyəri 48 manat olan bürünc tərkibli amerikanka, 01 ədəd dəyəri 20 manat olan yapışdırıcını oğurlamaqla zərərçəkmiş hüquqi şəxsə ümumilikdə 9.157,1 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını tamah niyyətilə gizli olaraq talama məqsədilə, 2024-cü ilin may ayının 15-də saat 01 radələrində tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əlimərdan Əlimanov küçəsi, döngə 1, 14 saylı fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olmuş, özü tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 evə qanunsuz daxil olub rahat oğurluq cinayətinin törətməsi üçün şərait yaradaraq, tutulma təhlükəsi ehtimal olan anda onlara hər hansı bir siqnal (məlumat) verilməsi üçün həyətdə dayanıb ətrafı nəzarətdə saxlayaraq tanışlarını sığortalamış, Təqsirləndirilən şəxs1 digər tanışı Təqsirləndirilən şəxs2la fərdi yaşayış evinə plastik pəncərəni əllə itələyib açmaq yolu ilə qanunsuz daxil olub, ümumi dəyəri 1480 manat olan bir cüt sırğa, bir ədəd üzük və bir ədəd klonu, 720 manat nağd pulu, dəyəri 80 manat olan “Makita” firmasına aid bir ədəd perferatoru, dəyəri 330 manat olan “Makita” firmasına aid bir ədəd laqondanı, eyni firmaya məxsus dəyəri 210 manat olan bir ədəd laqondanı gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 2.810 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkəməyə verilmişdir ondan ötəri ki, o qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını tamah niyyətilə gizli olaraq talama məqsədilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında cari ilin may ayının 15-də saat 01 radələrində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əlimərdan Əlimanov küçəsi, döngə 1, 14 saylı fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olmuş, tanışı Təqsirləndirilən şəxs3 onların evə qanunsuz daxil olub rahat oğurluq cinayətinin törətməsi üçün şərait yaradaraq tutulma təhlükəsi ehtimal olan anda tanışlarına hər hansı bir siqnal (məlumat) verilməsi üçün həyətdə dayanıb ətrafı nəzarətdə saxlayaraq tanışlarını sığortalamış, Təqsirləndirilən şəxs2 digər tanışı Təqsirləndirilən şəxs1la fərdi yaşayış evinə plastik pəncərəni əllə itələyib açmaq yolu ilə daxil olub, ümumi dəyəri 1480 manat olan bir cüt sırğa, bir ədəd üzük və bir ədəd klon, 720 manat nağd pul, dəyəri 80 manat olan “Makita” firmasına aid bir ədəd perferator, dəyəri 330 manat olan “Makita” firmasına aid bir ədəd laqonda, eyni firmaya məxsus dəyəri 210 manat olan bir ədəd laqondanı gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 2.810 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən istintaq orqanı tərəfindən cinayətin işinin istintaqı zamanı kobud qanun pozuntularına yol verilməsi müəyyən edildiyindən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə iclasında Dövlət ittihamçısı yazılı vəsatət təqdim edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməsini və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, cinayət işinin materiallarından görünür ki, müstəntiq təqsirləndirilən şəxslərə və onların müdafiəçilərinə 25 sentyabr 2024-cü il tarixdə, Zərərçəkmiş şəxs2 26 sentyabr 2024-cü il tarixdə, Zərərçəkmiş şəxs1 və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə 27 sentyabr 2024-cü il tarixdə ibtidai istintaqın qurtarmasını elan etmiş, 28 sentyabr 2024-cü il tarixdə təqsirləndirilən şəxsləri və onların müdafiəçilərini, 01 oktyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2, 02 oktyabr 2024-cü il tarixdə isə Zərərçəkmiş şəxs1 və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə cinayət işinin materialları tanış etmiş, məhkəməyə təqdim edilmiş ittiham aktı isə 27 sentyabr 2024-cü il tarixdən tərtib edilməyə başlanılaraq ittiham aktının tərtibi 11 oktyabr 2024-cü il tarixdə başa çatdırılmış və həmin gün ibtidai araşdırmaya prosessual rəhbərəliyi həyata keçirən prokuror tərəfindən imzalanmışdır. Halbuki, Azərbaycan Respublikası 287.1-ci maddəsinə əsasən cinayət işinin materialları ilə tanış olduqdan sonra müstəntiq təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin və onların nümayəndələrinin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsi barədə vəsatətlərinin olub-olmamasını aydınlaşdırır. Cinayət prosesi iştirakçısının xahişi ilə yazılı vəsatətin hazırlanması və verilməsi üçün 48 saatadək vaxt verilə bilər. Eləcə də CPMin 287.2-ci maddəsinə əsasən vəsatətin tam və ya qismən rədd edilməsi haqqında müstəntiq əsaslandırılmış qərar çıxarır və həmin qərarın surətini vəsatətin verildiyi andan 48 saatdan gec olmayaraq vəsatəti vermiş şəxsə təqdim edir. Vəsatət həll edilməyənədək cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilə bilməz. CPM-in 287.3-cü maddəsinə əsasən müstəntiqin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsindən imtina olunması barədə qərarından bu vəsatətin rədd edilməsi barədə qərarın surəti verildiyi vaxtdan 48 saat müddətində istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora şikayət verilə bilər. Beləliklə, ibtidai istintaq zamanı qanunvericiliyin tələblərinə riayət edilməmiş, təqsirləndirilən şəxslər cinayət işinin materialları ilə tanış olduqları gün, zərərçəkmiş şəxslər isə cinayət işinin materialları ilə tanış olmamışdan öncə, cinayət işinin materialları ilə tanış olduqdan sonra müstəntiq təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin və onların nümayəndələrinin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsi barədə vəsatətlərinin olub-olmamasını aydınlaşmadan, vəsatətlərinin olduğu halda onlara qanunla müəyyən edilmiş müddəti vermədən ittiham aktını tərtəb etməyə başlamışdır. Bununla da, müstəntiq tərəfindən qanunun tələbinə əməl edilməyərək prosessual pozuntuya yol verilmişdir ki, tərtib edilmiş ittiham aktı Azərbaycan Respublikası CPM-in 289-cu maddəsinin tələblərinə uyğun olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən, hazırkı iş üzrə CPM-in 303.3.6-cı maddəsinə əsasən ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud qanun pozuntusudur və bu qanun pozuntularına yol verildikdə, cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Eləcə də, CPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu barəsində xüsusi qərar çıxarmalıdır. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxslər vəsatətin təmin edilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə iclasında iştirak edən Müdafiəçi2 cinayət işin məhkəmə baxışına təyin edilməsini, vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi3 vəsatətin təmin edilməsinə etiraz etmədiklərini və vəsatətin həlli məsələsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Məhkəmə iş materiallarını araşdıraraq verilmiş vəsatətin əsaslı olması və təmin edilməsi qənaətinə gəlir. Belə ki, cinayət işinin materiallarından görünür ki, müstəntiq təqsirləndirilən şəxslərə və onların müdafiəçilərinə 25 sentyabr 2024-cü il tarixdə, Zərərçəkmiş şəxs2 26 sentyabr 2024-cü il tarixdə, Zərərçəkmiş şəxs1 və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə 27 sentyabr 2024-cü il tarixdə ibtidai istintaqın qurtarmasını elan etmiş, 28 sentyabr 2024-cü il tarixdə təqsirləndirilən şəxsləri və onların müdafiəçilərini, 01 oktyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2, 02 oktyabr 2024-cü il tarixdə isə Zərərçəkmiş şəxs1 və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə cinayət işinin materialları tanış etmiş, məhkəməyə təqdim edilmiş ittiham aktı isə 27 sentyabr 2024cü il tarixdən tərtib edilməyə başlanılaraq ittiham aktının tərtibi 11 oktyabr 2024-cü il tarixdə başa çatdırılmış və həmin gün ibtidai araşdırmaya prosessual rəhbərəliyi həyata keçirən prokuror tərəfindən imzalanmışdır. Halbuki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 284.2-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır. 285.1-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. 285.2-ci maddəsinə əsasən cinayət prosesinin iştirakçılarını cinayət işinin materialları ilə tanış edərkən müstəntiq onların xahişi ilə müvafiq texniki vasitələrdən istifadə etməklə protokollara əlavə edilən yazılar, fotoşəkillər, çəkiliş lentləri və başqa məlumat daşıyıcılarını nümayiş etdirir. 285.3-cü maddəsinə əsasən zərər çəkmiş şəxs, mülki iddiaçı və ya mülki cavabdeh cinayət işinin materialları ilə öz nümayəndəsi ilə birlikdə tanış olmaq hüququna malikdirlər. 285.5-ci maddəsinə əsasən cinayət işinin materialları ilə tanış olan şəxslər ona aid zəruri sənədlərdən çıxarışlar etmək, surət çıxarmaq, maddi sübutların fotoşəklini çəkmək hüququna malikdirlər. 287.1-ci maddəsinə əsasən cinayət işinin materialları ilə tanış olduqdan sonra müstəntiq təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin və onların nümayəndələrinin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsi barədə vəsatətlərinin olub-olmamasını aydınlaşdırır. Cinayət prosesi iştirakçısının xahişi ilə yazılı vəsatətin hazırlanması və verilməsi üçün 48 saatadək vaxt verilə bilər. 287.2-ci maddəsinə əsasən vəsatətin tam və ya qismən rədd edilməsi haqqında müstəntiq əsaslandırılmış qərar çıxarır və həmin qərarın surətini vəsatətin verildiyi andan 48 saatdan gec olmayaraq vəsatəti vermiş şəxsə təqdim edir. Vəsatət həll edilməyənədək cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilə bilməz. 287.3-cü maddəsinə əsasən müstəntiqin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsindən imtina olunması barədə qərarından bu vəsatətin rədd edilməsi barədə qərarın surəti verildiyi vaxtdan 48 saat müddətində istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora şikayət verilə bilər. 288-ci maddəsinə əsasən vəsatətin kimin tərəfindən verilməsindən və kimin mənafeyinə toxunmasından asılı olmayaraq, vəsatət təmin edildikdən sonra müstəntiq təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, habelə zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə cinayət işinin materiallarının vəsatətə dair hissəsi ilə tanış olmaq üçün imkan yaratmalıdır. 289.1-ci maddəsinə əsasən bu Məcəllənin 284—288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra müstəntiq ittiham aktı tərtib edir. 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır; 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Göründüyü kimi, Bakı şəhəri Sabunçu RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X1 qanunvericiliyin tələblərinə riayət etməmiş, təqsirləndirilən şəxslər cinayət işinin materialları ilə tanış olduqları gün, zərərçəkmiş şəxslər isə cinayət işinin materialları ilə tanış olmamışdan öncə cinayət işinin materialları ilə tanış olduqdan sonra təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin və onların nümayəndələrinin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsi barədə vəsatətlərinin olubolmamasını aydınlaşmadan, vəsatətlərinin olduğu halda vəsatətlərini təqdim etmələri üçün onlara qanunla müəyyən edilmiş müddəti vermədən ittiham aktını tərtib etməyə başlamış, bununla da AR CPM-nin 284—286, 288-ci maddələrinin tələblərini pozmuşdur. Bununla yanaşı, Zərərçəkmiş şəxs2 14 may 2024-cü il tarixli ilkin izahatından görünür ki, o, izahatında evindən həyat yoldaşına məxsus gödəkçənin cibində olan portmananın içərisindən 270 manat pulun, bir cüt sırğa, üzük və klonun oğurlandığını bildirmişdir (cild 01; i.v.5-6). Bundan sonra müstəntiq tərəfindən Zərərçəkmiş şəxs2 05 sentyabr 2024-cü il tarixdə zərərçəkmiş şəxs qismində tanınmış və həmin tarixdə müstəntiq tərəfindən ona ünvanlanmış suala cabab olaraq qızılları həyat yoldaşına yeni aldığını, hələ ki, həyat yoldaşının ondan istifadə etmədiyini bildirmişdir (komputer vasitəsi ilə yazılmış ifadələr) (cild 02; i.v.141-142). Məhkəmə iş materialları ilə tanış olan zaman Zərərçəkmiş şəxs2 ilkin izahatı ilə 05 sentyabr 2024-cü il tarixli ifadəsi arasında ziddiyyətlər olduğunu nəzərə alaraq oğurlanması iddia olunan qızılların kimə məxsus olmasının dəqiqləşdirilməsi məqsədi ilə Zərərçəkmiş şəxs2 məhkəmənin hazırlıq iclasına dəvət olunmuş, o, rayonda olduğundan məhkəmə iclasına gələ bilməyəcəyini bildirmişdir. Bu səbəbdən məhkəmə iclasında bütün proses iştirakçılarının iştirakı və fasiləsiz audio-video yazı aparılmaqla Zərərçəkmiş şəxs2 ilə telefon əlaqəsi yaradılmış, o, həyat yoldaşına məxsus pul kisəsindən oğurlanmış pulların onların birgə əmlakı olmaqla ailə büdcəsinə aid olduğunu, lakin qızılların həyat yoldaşına məxsus olduğunu, uzun müddətdir ki, həyat yoldaşının həmin qızıllardan istifadə etdiyini bildirmişdir. Məlumdur ki, AR CM-nin oğurluq cinayəti mülkiyyət əleyhinə olan cinayətdir, mülkiyyət hüququ isə subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Hazırki halda AR CM-nin oğurluq cinayətinin predmeti olan qızıl-zinət əşyaları mülkiyyət hüququ ilə Zərərçəkmiş şəxs2 həyat yoldaşına məxsus olmaqla törədilməsi iddia olunan cinayət nəticəsində də zərərçəkmiş şəxs məhz əmlakın mülkiyyətçisi qızılların mülkiyyətçisi olmuşdur ki, belə olan halda istintaq orqanının hansı əsasla mülkiyyətçini deyil, onun həyat yoldaşını zərərçəkmiş şəxs qismində tanıması qanuni və əsaslı olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 87.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. 87.4-cü maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən bu barədə qərar qəbul olunduğu andan şəxs zərər çəkmiş şəxs qismində tanınır. Cinayət işi başlanan anda şəxsi zərər çəkmiş şəxs qismində tanımağa əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. 87.6.1-87.6.10-cu maddələrinə əsasən zərər çəkmiş şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir: 87.6.1. ittihamın mahiyyətini bilmək; 87.6.2. ifadə vermək; 87.6.3. izahat vermək; 87.6.4. cinayət işinə əlavə olunması və məhkəmə iclasında tədqiq edilməsi üçün materiallar təqdim etmək; 87.6.5. etirazlar etmək; 87.6.6. vəsatətlər vermək; 87.6.7. məhkəmə istintaqı başlananadək hər an onun xüsusi ittihamçı qismində tanınmasını tələb etmək; 87.6.8. cinayət prosesini həyata keçirən orqanların hərəkətlərinə qarşı öz etirazını bildirmək və həmin etirazın istintaq və ya digər prosessual hərəkət protokollarında qeyd olunmasını tələb etmək; 87.6.9. iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq və protokoldakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlər vermək; istintaq və ya digər prosessual hərəkətlərdə iştirak edərkən, habelə məhkəmə iclasında qeyd olunması zəruri olan halların protokolda öz əksini tapmasını tələb etmək; məhkəmə iclasının protokolu və ona əlavə edilmiş audioyazı ilə tanış olmaq, protokola qeydlərini vermək; 87.6.10. ibtidai istintaq başa çatdığı, o cümlədən cinayət işinin icraatına xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq. 284.1.1-ci maddəsinə əsasən ittiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edən müstəntiq ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir. 284.2-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır. 285.1-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. 285.-ci maddəsinə əsasən cinayət prosesinin iştirakçılarını cinayət işinin materialları ilə tanış edərkən müstəntiq onların xahişi ilə müvafiq texniki vasitələrdən istifadə etməklə protokollara əlavə edilən yazılar, fotoşəkillər, çəkiliş lentləri və başqa məlumat daşıyıcılarını nümayiş etdirir. 285.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs və müdafiəçi cinayət işinin materialları ilə cinayət prosesinin digər iştirakçılarından əvvəl tanış olur və bu tanışlığı birlikdə və ya ayrı-ayrılıqda aparmaq hüququna malikdirlər. Zərər çəkmiş şəxs, mülki iddiaçı və ya mülki cavabdeh cinayət işinin materialları ilə öz nümayəndəsi ilə birlikdə tanış olmaq hüququna malikdirlər. 285.5-ci maddəsinə əsasən cinayət işinin materialları ilə tanış olan şəxslər ona aid zəruri sənədlərdən çıxarışlar etmək, surət çıxarmaq, maddi sübutların fotoşəklini çəkmək hüququna malikdirlər. 287.1-ci maddəsinə əsasən cinayət işinin materialları ilə tanış olduqdan sonra müstəntiq təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin və onların nümayəndələrinin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsi barədə vəsatətlərinin olub-olmamasını aydınlaşdırır. Cinayət prosesi iştirakçısının xahişi ilə yazılı vəsatətin hazırlanması və verilməsi üçün 48 saatadək vaxt verilə bilər. 287.2-ci maddəsinə əsasən vəsatətin tam və ya qismən rədd edilməsi haqqında müstəntiq əsaslandırılmış qərar çıxarır və həmin qərarın surətini vəsatətin verildiyi andan 48 saatdan gec olmayaraq vəsatəti vermiş şəxsə təqdim edir. Vəsatət həll edilməyənədək cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilə bilməz. 287.3-cü maddəsinə əsasən müstəntiqin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsindən imtina olunması barədə qərarından bu vəsatətin rədd edilməsi barədə qərarın surəti verildiyi vaxtdan 48 saat müddətində istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora şikayət verilə bilər. 288-ci maddəsinə əsasən vəsatətin kimin tərəfindən verilməsindən və kimin mənafeyinə toxunmasından asılı olmayaraq, vəsatət təmin edildikdən sonra müstəntiq təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, habelə zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə cinayət işinin materiallarının vəsatətə dair hissəsi ilə tanış olmaq üçün imkan yaratmalıdır. 289.1-ci maddəsinə əsasən bu Məcəllənin 284—288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra müstəntiq ittiham aktı tərtib edir. 289.3.5-ci maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsindəzərər çəkmiş şəxsi səciyyələndirən hallar göstərilir. 292.2-ci maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən şəxsə və onun qanuni nümayəndəsinə, habelə zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə, onların qanuni nümayəndələrinə və nümayəndələrinə gələcəkdə vəsatət və şikayətlərini məhkəməyə göndərmək hüququnu izah etməklə cinayət işinin məhkəməyə göndərilməsi barədə onlara dərhal məlumat verməlidir. 290.2.11 və 290.2.12-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror müstəntiqin tərtib etdiyi ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğunluğunu, o cümlədən, AR CPM-nin müddəalarına uyğun olaraq ibtidai istintaqın aparılma qaydalarına riayət edilməsini yoxlamaq üçün ittiham aktı ilə daxil olmuş cinayət işini öyrənir. Məhkəmə qeyd edir ki, cinayət nəticəsində maddi, mənəvi və fiziki zərər vurulmamış şəxsin zərərçəkmiş şəxs kimi tanınması cinayət əsasında həqiqətən zərərçəkmiş şəxsin hüquqlarının pozulması və AR CPM-nin ona verdiyi hüquqlardan istifadə etməsinin qanunsuz olaraq istisna edilməsi ilə nəticələnir ki, bu isə yolverilməz olmaqla məhkəməyə təqdim edilmiş ittiham aktının AR CPM-nin 289 və 290.3.2-ci maddələrinin tələblərinə uyğun olmamasının göstəricisidir. Bununla yanaşı, Nümayəndə Zərərçəkmiş şəxs3 QSC-nin nümayəndəsi qismində tanınsa da, onun hüquqi şəxsə həqiqətən aidiyyətini təsdiq edən hər hansı sənəd (direktor olmasını təsdiq edən sənəd və ya nümayəndədirsə onun etbarnaməsi) əlavə edilməmişdir. Halbuki, AR CPM-nin 7.0.31-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi — cinayət prosesi zamanı zərər çəkmiş şəxsin, mülki iddiaçının, yaxud mülki cavabdehin qanuni mənafeyini təmsil etmək üçün notariat qaydasında təsdiq edilmiş etibarnaməsi olan vəkil, həmçinin zərər çəkmiş fiziki şəxsin, yaxud mülki iddiaçı və ya mülki cavabdeh olan fiziki şəxsin yaxın qohumu, habelə zərər çəkmiş hüquqi şəxsin, yaxud mülki iddiaçı və ya mülki cavabdeh olan hüquqi şəxsin qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləridir. Bundan savayı, müstəntiq tərəfindən ittiham aktına məhkəməyə çağırılacaq şəxslərin siyahısı əlavə edilsə də, həmin siyahıda müstəntiqin imza yeri boş olmaqla onun tərəfindən imzalanmamışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən halları və dövlət ittihamçısının vəsatətində göstərdiyi dəlilləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilərək cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə məhkəməyədək icraat zamanı AR CPM-nin yuxarıda qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq Bakı şəhəri Sabunçu RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X1 barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Bununla yanaşı CPM-nin 306.1-ci maddələrinin müddəaları baxımından cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul etmiş məhkəmə, təqsirləndirilən şəxslər barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi, uzadılması və ya ləğv edilməsi ilə bağlı məsələyə münasibət bildirməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, məhkəmə baxışının normal gedişinə mane olmaq, istintaq orqanının və məhkəmənin çağırışlarına üzrlü səbəb olmadan gəlməmək və cəmiyyət üçün təhlükə yaratmaq ehtimalları müəyyən olunmadığından, habelə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmasına dair hallar mövcud olmadığından məhkəmə hesab edir ki, onların barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 173.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı hallar istisna olmaqla, qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Sabunçu RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X1 ayrıca xüsusi qərar çıxarılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-776/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-776/2024
23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver