Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-779/2023 19.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı Şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs1 iştirakı ilə 05 yanvar 1988-ci il tarixdə Neftçala rayonu, Xəzər kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, məhkum olunmuş, Neftçala rayonu, Xəzər kəndində qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş,Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan Cavid və Həsənağa adlı tanışları ilə qabaqcadan əlbir olmaqla bir qrup şəxs halında birləşib tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 fevral 2023-cü il tarixdə, gecə saat 03:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus nömrəsiz fərdi evin həyətyanı sahəsinin hasarına yaxınlaşaraq həyətə və həyətdə olan yaşayış binasına nəzər yetirməklə işıqların sönülü olmasını müəyyən edib ev sahiblərinin yatdıqlarına əmin olduqdan sonra əvvəlcədən aralarında baş tutmuş sövdələşməyə və cinayətdəki rollannın bölgüsünə uyğun olaraq Həsənağa adlı şəxs evin qarşısından keçən küçədə, Təqsirləndirilən şəxs isə hasarın bayır tərəfdən olan hissəsində pusquda dayanıb sığortalamış, Cavid adlı şəxs hasarın həmin hissəsindən dırmanaraq evin həyətinə düşməklə həyətdəki saxlanc yerinə qanunsuz daxil olaraq oradan ev sahibinə məxsus 400 manat dəyərində bir ədəd qaynaq cihazını və ona aid 30 metr uzunluğunda elektrik naqilini, birinin dəyəri 100 manat, digərinin dəyəri isə 200 manat olmaqla ümumi dəyəri 300 manat olan iki ədəd «Bosch» markalı laqondaları, bir ədəd dəyəri 600 manat olan «Korona» markalı preforatoru, hər birinin dəyəri 100 manat olmaqla ümumi dəyəri 200 manat olan iki ədəd «Bosch» markalı elektrik drellərini və dəyəri 100 manat olan bir ədəd samovarı götürüb hasarın Təqsirləndirilən şəxs dayandığı hissəsinədək daşımış, sonuncunun köməkliyi ilə həmin əşyaları hasarın üzərindən aşırmaqla həyətdən bayıra çıxarıb hər üçü birlikdə yol kənarınadək daşıyaraq oradan keçən taksi avtomobilinə yükləyib aparmaqla birlikdə gizli olaraq talayıb ümumilikdə əmlak sahibi Zərərçəkmiş şəxs1 1.600 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan Cavid və Həsənağa adlı tanışları ilə qabaqcadan əlbir olmaqla bir qrup şəxs halında birləşib tamah niyyəti ilə özgənin əmlakını təkrar gizli olaraq talama məqsədi ilə 07 fevral 2023-cü il tarixdə, gecə saat 04:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən, Zərərçəkmiş şəxs3 məxsus nömrəsiz fərdi evin həyətyanı sahəsinin hasarına yaxınlaşaraq həyətə və həyətdə olan yaşayış binasına nəzər yetirməklə işıqların sönülü olmasını müəyyən edib ev sahiblərinin yatdıqlarına əmin olduqdan sonra əvvəlcədən aralarında baş tutmuş sövdələşməyə və cinayətdəki rollarının bölgüsünə uyğun olaraq Həsənağa adlı şəxs evin qarşısından keçən küçədə, Təqsirləndirilən şəxs isə hasarın bayır tərəfdən olan hissəsində pusquda dayanıb sığortalamışlar, Cavid adlı şəxs hasarın həmin hissəsindən dırmanaraq evin həyətinə düşməklə həyətdəki saxlanc yerinə qanunsuz daxil olaraq oradan ev sahibinə məxsus 400 manat dəyərində iki top elektrik naqilini və ev sahibinin xahişi ilə həyətində qaynaq işləri görmək üçün qonşusu Zərərçəkmiş şəxs4 tərəfindən gətirilmiş 600 manat dəyərində bir ədəd qaynaq cihazını götürüb hasarın Təqsirləndirilən şəxs dayandığı hissəsinədək daşımış, sonuncunun köməkliyi ilə həmin əşyaları hasarın üzərindən aşırmaqla həyətdən bayıra çıxarıb hər üçü birlikdə yol kənannadək daşıyaraq oradan keçən taksi avtomobilinə yükləyib aparmaqla birlikdə gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 400 manat, Zərərçəkmiş şəxs4 isə 600 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan Cavid və Həsənağa adlı tanışları ilə qabaqcadan əlbir olmaqla bir qrup şəxs halında birləşib tamah niyyəti ilə özgənin əmlakını təkrar gizli olaraq talama məqsədi ilə 01 mart 2023-cü il tarixdə, gecə saat 02:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən, X2 məxsus nömrəsiz fərdi evin həyətyanı sahəsinin hasarına yaxınlaşaraq həyətə və həyətdə olan yaşayış binasına nəzər yetirməklə işıqların sönülü olmasını müəyyən edib ev sahiblərinin yatdıqlarına əmin olduqdan sonra əvvəlcədən aralarında baş tutmuş sövdələşməyə və cinayətdəki rollarının bölgüsünə uyğun olaraq Həsənağa adlı şəxs evin qarşısından keçən küçədə, Təqsirləndirilən şəxs isə hasarın bayır tərəfdən olan hissəsində pusquda dayanıb sığortalamışlar, Cavid adlı şəxs hasarın həmin hissəsindən dırmanaraq evin həyətinə düşməklə həyətdəki saxlanc yerinə qanunsuz daxii olaraq oradan ev sahibinin oğlu Zərərçəkmiş şəxs2 (X4) məxsus 100 manat dəyərində bir top elektrik naqilini və 300 manat dəyərində bir ədəd qaynaq cihazını götürüb hasarın Təqsirləndirilən şəxs dayandığı hissəsinədək daşımış, sonuncunun köməkliyi ilə həmin əşyaları hasarın üzərindən aşırmaqla həyətdən bayıra çıxarıb hər üçü birlikdə yol kənarınadək daşıyaraq Həsənağa adlı şəxsin telefonla sifariş verdiyi taksi avtomobilinə yükləyib aparmaqla birlikdə gizli olaraq talayıb ümumilikdə əmlak sahibi Zərərçəkmiş şəxs2 (X4) 400 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, həqiqətən də dostları Cavid və Həsənağa ilə birlikdə 2023-cü ilin fevral və mart ayları ərzində Savalan yaşayış massivində yerləşən fərdi yaşayış evlərinin həyətlərindəki saxlanc yerlərindən oğurluqlar etmişdir. Belə ki, Cavid onun həmkəndlisidir. Həsənağa isə əslən Masallı rayonundan olsa da dayısı onların kəndində yaşadığından dayısıgilə gəlib getdikdə tanımışdır, aralarında münasibət yaranmışdır, Bakı şəhərində olduqda tez-tez görüşürlərmiş. 06 fevral 2023-cü il tarixdə, axşam saat 21:00 radələrində Cavidlə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev metrosu yaxınlığında görüşərək hazırda xatırlamadığı kafelərin birində oturub pivə içmişlər və söhbət əsnasında qərara gəlmişlər ki, oğurluq etsinlər. Bu məqsədlə Həsənağaya zəng edərək Cavidlə birlikdə gedib oğurluq etmək fikrində olduqlannı demişlər, Həsənağa da onlarla razılaşmışdır. Razılaşmalarına əsasən o və Cavid kafedən çıxararaq taksiyə əyləşib «Sabunçu Keçidi» adlanan yerdən Həsənağanı götürüb Məhəmmədi qəsəbəsinə «Əlillər Binası» adlanan binanın qarşısına getmişlər hər biri 1 manat 50 qəpik verməklə üçünə ümumilikdə 4 manat 50 qəpik məbləğində taksiyə pul verərək taksidən düşmüşlər. Taksidən düşdükdən sonra piyada Maştağa qəsəbəsi, Savalan yaşayış massivinə getmişlər və oradakı evlərdən birinin həyətinə girmək qərarına gəlmişlər, ətrafa baxıb oğurluq edəcəkləri evin işıqlarının sönülü olmasından tam əmin olaraq artıq gecə saatlarında Cavid hasardan tullaraq həyətə düşmüş, onun özü hasarın yanında qalmış, Həsənağa İsə ətrafa nəzər yetirirmiş ki, kimsə gəldiyi halda ona, o isə Cavidə məlumat versin. Gecə saat 03:00 radələrində Cavid hasardan həyətə tullanmış, onun özü hasarın küçə tərəfdən olan hissəsinin qarşısında dayanmış, Həsənağa isə ətrafa nəzarət edirmiş ki, kimsə gəldiyi halda onlara desin. Bir qədər keçdikdən sonra Cavid həmin həyətdən bir ədəd qaynaq aparatı, iki ədəd «Bosch» markalı böyük laqonda, bir ədəd «Korona» markalı preforator, bir ədəd «Bosch» markalı drel, bir ədəd samovar və təxminən 10 metr uzunluğunda elektrik naqilini gətirərək hasarın kənarına yığmış, onu və Həsənağanı çağırmış, birlikdə həmin əşyaları götürərək bir kənarda gizlətmişlər. Daha sonra saat təxminən 04:00 radələrində həmin evin qonşuluğunda olan digər evin həyətindən də oğurluq etmək qərarına gələrək Cavid hasardan ikinci evin həyətinə də tullanaraq oradan bir ədəd qaynaq aparatını və təxminən 50 metr uzunluğunda elektrik naqili oğurlayıb bayıra çıxartmışdır. Hər iki evdən taladıqları əşyaları bir yerə toplayıb əl işarəsi ilə saxlatdıqları, yoldan keçən tanımadıqları bir taksi avtomobilinə yükləmişlər və Dərnəgül qəsəbəsinə işləyən Rafət adlı şəxsə sataraq əldə olunmuş pulları öz aralarında bölüşdürmüşlər. Bir müddət keçdikdən sonra, 28 fevral 2023-cü il tarixdə üçü birlikdə görüşüb yenə də oğurluq etmək qərarına gəlmişlər. 01 mart 2023-cü il tarixdə gecə saatlarında oğurluq etmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivinə getmişlər və yaşayış massivində olan zaman evlərdən birinin işiqlarının sönülü olmasını görüb həmin həyətdən oğurluq etmək qəranna gəlmişlər. Cavid həyətə düşdükdən bir qədər sonra bir ədəd qaynaq aparatını və iki ədəd bağlı vəziyyətdə elektrik naqillərini götürərək hasarın dibinə qoymuş, qaynaq aparatı ağır olduğu üçün Cavid ona demişdir ki, hasarın üstünə çıxsın. O, hasarın üstünə çıxdıqdan sonra Cavid yerdən qaynaq aparatını və iki ədəd top elektrik naqilini qaldıraraq ona, o isə Həsənağaya vermiş, Həsənağa onun verdiyi əşyaları küçə tərəfdən hasarın kənarına qoymuşdur. Bundan sonra Həsənağa taksi fəaliyyəti ilə məşqul olan Nicat adlı tanışına zəng edərək olduqları ünvanı ona başa salaraq ora çağırmış. Taksi gəldikdən sonra oğurladıqları əşyaları taksiyə qoyaraq Dərnəgül qəsəbəsinə əlvan metal qəbulu məntəqəsinin yanına aparmışlar və səhərin açılmasını gözləmişlər, qəbul məntəqəsinin işçisi Rafət gəldikdən sonra həmin əşyaları 330 manata onlardan qəbul etmiş, əldə etdikləri pulu üç yerə bölərək hərəsi 100 manat götürüb qalıq 30 manat məbləğində pulu isə taksi sürücüsünə vermişlər. O, özünə çatan pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Nə Rafətə, nə də ki, taksi sürücülərinə oğurluq etməkləri, daşıdıqları həmin əşyaların oğurluq olması barədə heç nə deməmişdirlər.Törətdiyi əməldən peşmandır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Əli oğlu ifadəsində göstərmişdir ki, 2003-cü ildən Maştağa qəsəbəsi, Savalan yaşayış massivi nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Yaşadığı ev bir mərətbəli daş tikilindən ibarət fərdi həyət evidir, həyəti dörd bir tərəfdən daş hasarla əhatə olunur, həyətə giriş dəmir darvazadandır, ətrafda daimi yaşayış olan qonşu evlər yerləşir. 07 fevral 2023-cü il tarixdə səhər saatlarında yuxudan oyanıb həyətə düşdükdə müəyyən etmişdir ki, həyətdə tikdirdiyi, saxlanc yeri kimi istifadə etdiyi daş tikilinin qapısı açıq vəziyyətdədir, içərisindəki əşyaların səliqəsi pozulub, həmin əşyalarının arasında olmuş, fərdi qaydada ustalıqla məşğul olan atası Əlifağa üçün aldığı 400 manat dəyərində bir ədəd Rusiya istehsalı qırmızı rəngli qaynaq cihazı və ona aid 30 metr uzunluğunda elektrik naqili, birinin dəyəri 100 manat, digərinin dəyəri isə 200 manat olmaqla ümumi dəyəri 300 manat olan iki ədəd «Bosch» markalı laqonda, bir ədəd dəyəri 600 manat olan «Korona» markalı perforator, hər birinin dəyəri 100 manat olmaqla ümumi dəyəri 200 manat olan iki ədəd «Bosch» markalı elektrik drelləri və bir ədəd dəyəri 100 manat olan məişətdə istifadə etdiyi samovar, ümumilikdə 1.600 manat dəyərində əmlakı oğurlanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövrnüdə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, təxminən 2008-ci ildən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi nömrəsiz fərdi evdə ailəsi ilə yaşayır. Yaşadığı ev bir mərtəbəli fərdi həyət evidir, dörd bir tərəfdən daş hasarı var, həyətə giriş dəmir darvazadandır, həyətdə əl damı kimi istifadə etdiyi saxlanc yeri var. 07 fevral 2023-cü İl tarixdə səhər saatlarında yuxudan oyanıb həyətə düşdükdə görmüş ki, həyətinin darvazası açıq vəziyyətdədir, təəcüblənmiş, ona görə ki, gecə yatmamışdan əvvəl darvazanı içəri tərəfdən bağlamışdır. Amma darvazası içəri tərəfdən açılmışdır. Həyətinə nəzər yetirdikdə müəyyən etmiş ki, həyətdə evinin qarşısında yerləşən daş tikili, əl damı kimi istifadə etdiyi saxlanc yerinin də qapısı açıq vəziyyətdədir, saxlanc yerinin içərisinə baxdıqda müəyyən etmiş ki, orada saxlanılan özünə məxsus iki top elektrik naqili və bir gün əvvəldən darvazanın yuxarı həssəsini kəsdirmək üçün çağırdığı, qonşuluqda yaşayan usta Əiövsətə məxsus bir ədəd, markasını dəqiq xatırlamadığı qaynaq cihazı yerində yoxdurlar, anlamış ki, oğurlanmışdır. Ona görə də zəng vurub hadisə barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin «102» Xidmətinə məlumat vermişdir. Bir qədər sonra çağırışına ərazi aidiyyəti üzrə Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları gəlmiş, hadisə yerini müayinə edib ərizə və izahatını alıb getmişlər. Həmin hadisə vaxtı ümumilikdə 1.000 manat məbləğində maddi ziyan vurulmuşdur. Belə ki, usta Əlövsətin bildirdiyinə görə onun qaynaq cihazının qiyməti 600 manat olmuş, onun özünə məxsus iki top elektrik naqillərin qiyməti isə 400 manat təşkil edirdi. Bir müddətdən sonra polislərdən eşitmiş ki, həyətindən oğurluq etmiş şəxs tutulub, həmin şəxsi hətta çəkiliş aparmaq üçün həyətinə gətirmişlər, həmin şəxs həyətə necə daxil olmasını, nəyi haradan necə götürüb necə aparmasını əyani surətdə göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, təxminən 2008-ci ildən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi nömrəsiz fərdi evdə ailəsi ilə yaşayır. Fərdi qaydada qaynaqçı kimi fəaliyyət göstərir. Zərərçəkmiş şəxs3 onun qonşusudur. 06 fevral 2023-cü il tarixdə axşam saatlarında qonşusu Mirzə ondan xahiş etmişdir ki, yaşadığı evin həyətinin giriş darvazasını təmir etsin, axşam saatları olduğundan və hava artıq qaraldığından qərara gəlmişlər ki, işi səhərə saxlasınlar, lakin artıq yük olmasın deyə, öz qaynaq cihazını Mirzənin həyətindəki saxlanc yerində saxlamışdır. Sabahısı gün isə Mirzəgilə gedib işini görmək istədikdə məlum olmuşdur ki, gecə Mirzəgilin həyətindən oğurluq baş verib, həyətdəki saxlanc yerinin içərisindən Mirzənin özünə məxsus iki top elektrik naqili və ona məxsus bir ədəd, markasını dəqiq xatırlamadığı 600 manat dəyərində qaynaq cihazı oğurlanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərəçəkmiş şəxs qismində dindirilmiş Abbasov Rəsul (X5) ifadəsində göstərmişdir ki, Gürcüstan Respublikasının vətəndaşı olsa da milliyyətcə azərbaycanlı olduğundan, orta təhsili Bakı şəhəri, Suraxanı rayonu, 85 saylı tam orta məktəbdə azərbaycan dilində aldığından latın qrafikalı azərbaycan əlifbası ilə sərbəst oxuyub yaza bilir. 2004-cü ildən Bakı şəhərində yuxarıda göstərilən ünvanda valideynləri ilə birlikdə yaşayır. Yaşadığı ev iki mərətbəli daş tikilindən ibarət fərdi həyət evidir, həyəti dörd bir tərəfdən daş hasarla əhatə olunur, həyətə giriş dəmir darvazadandır, ətrafda daimi yaşayış olan qonşu evlər yerləşir. 01 mart 2023cü il tarixdə səhər saatlannda yuxudan oyanıb həyətə düşdükdə müəyyən etmişlər ki, həyətdə tikdirdikləri, saxlanc yeri kimi istifadə etdikləri daş tikilinin qapısı açıq vəziyyətdədir, içərisindəki əşyaların səliqəsi pozulub, həmin əşyalarının arasında olmuş, qaynaq işini bacardığına görə atası Abbas üçün aldığı bir ədəd hazırda markası xatırında qalmayan 300 manat dəyərində qaynaq cihazı və özü üçün işlətməyə aldığı ümumi dəyəri 100 manat olan iki top təzə elektrik naqilləri, ümumilikdə 400 manat məbləğində əmlakı oğurlanıb. Həmin gün təcili işləri çıxdığından polisə müraciət edərək hadisə barədə məlumat verməyə vaxt tapmamışlar və yalnız hadisənin üzərindən bir həftə keçdikdən sonra bu barədə ərazi aidiyyəti üzrə atası X6 rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Bir müddət keçdidən sonra polisdən məlumat gəlmişdir ki, həyətlərindən oğurluq etmiş şəxs müəyyən olunaraq tutulub, həmin şəxsi hətta onların ünvana gətirərək videoçəkiliş də aparmışlar, həmin şəxs də həyətlərinə necə daxil olmasını, həyətdən haradan nəyi necə götürməsini əyani olaraq göstərməklə törətdiyi oğurluğu etiraf etmişdir, lakin onlar həmin şəxslə əvvəlcədən heç vaxt rastlaşmamışlar,onunla heç bir tanışlıqları və münasibətləri olmayıb. Talanmış qaynaq cihazı atası Abbasa aid olsa da, onun özü aldığından, pulunu özü ödədiyindən hadisə nəticəsində maddi ziyan da faktiki olaraq ona dəyimişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Lerik rayonunda qeydiyyatda olsa da artıq 16 ildir ki, Maştağa qəsəbəsində yaşayır. Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Dərnəgül Bazarı adlanan yerdə metal qəbulu məntəqəsi açıb işlədir. Hazırda barəsində istintaq aparılan Təqsirləndirilən şəxs, onun dostları Cavid və Həsənağa adlı şəxsləri əvvəllər tanımayıb, aralarında heç bir münasibətləri olmamışdır. Onları ilk dəfə məntəqəsinə satmaq üçün metal məmulatlar gətirəndə görmüşdür, əvvəlcədən aralarında heç bir razılıq və ya sövdələşmə olmayıb. Onlar təxminən 3-4 dəfə 2023-cü ilin təxminən fevral və mart aylarının əvvəllərində ona mal gətiriblər. Həmin mallardan hazırda xatırında qalanlardan üç ədəd qaynaq cihazını, üç ədəd laqondanı, iki ədəd dreli, iki ədəd perforatoru, iki ədəd samovarı və əridərək çəki ilə satdıqları elektrik naqillərini qeyd edə bilər. Hazırda hadisədən artıq xeyli müddət keçdiyindən həmin mallardan konkret olaraq hansını nə vaxt gətirdiklərini dəqiq yadına sala bilmir. Onlar həmin mallan məntəqəsinə iki ədəd ayrı-ayrı taksi avtomobili ilə gətirmişdirlər. Təxmini xatırlayır ki, həmin əşyalara görə onlara hər dəfə 200-300 manat məbləğində pul vermişdir. 2023-cü ilin aprel ayının sonlarında Təqsirləndirilən şəxs Sabunçu rayon Polis İdraəsinin 14-cü Polis Bölməsinin əməkdaşları ilə onun məntəqəsinə gəlmişlər. Məlum olmuşdur ki, Anargilin ona satdıqları əşyaların hamısı oğurluq imiş. Polis əməkdaşları ondan soruşduqda təxminən 3-4 dəfə Anargildən mal qəbul etməyini təsdiq etmiş və onların satdıqları əşyaların məntəqəsində qalan hissələrini özü könüllü olaraq protokolla polis əməkdaşlanna təhvil vermişdir. Təxmini xatırlayır ki, polis əməkdaşlarına 2 ədəd qaynaq cihazı, üç ədəd laqonda, iki ədəd drel və iki ədəd samovar təhvil vermişdir. Həmin vaxt polis əməkdaşlanna hətta özünün müvafiq qeydlər apardığı iş dəftərini və şəxsiyyət vəsiqələri üzərlərində olmadığından özlərini xəbərdar etməklə mobil telefon cihazının fotokamerası vasitəsi ilə çəkdiyi hər üçünün fotoşəkillərini göstərmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 12 iyul 2023-cü il tarixdə doldurulmuş tələbnamədən və Neftçala Rayon Məhkəməsinin 1(053)29/2023 saylı, 26 iyul 2023-cü il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, «02» (iki) il, «09» (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz. Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri iləoğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş elan edilmiş, təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri, cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrin sankisiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və X1 haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. İnsan Hüquqlarının və X1 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində təqsirləndirilməcinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs əməli onun etirafedici ifadəsi ilə yanaşı, Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarında olan 29 aprel 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh., 36). Cinayət işinin materiallarında olan 01 may 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 92). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)347/2023 saylı, 01 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 29 aprel 2023-cü il tarixdən hesablanmaqla, 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh., 109). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, analoji cinayətə görə ona azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını, onun alternativ cəza ilə islah olunmasının qeyri-mümkünlüyünü və işdə olan digər halları nəzərə alaraq, ona ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «29» aprel 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş üzrə maddi sübut bir ədəd «Korona» markalı, preforatorun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000 207120, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən «03» (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hal-hazırki hökmlə təyin olunmuş cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Neftçala Rayon Məhkəməsinin 1(053)29/2023 saylı, 26 iyul 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş «02» (iki) il, «09» (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində «03» (üç) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ümumi » rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «29» aprel 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut bir ədəd «Korona» markalı, preforatorun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Hüquqi xidmətə görə müdafiəçilər Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000 207120, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-779/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-779/2023
19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver