Məhkəmə qərarları › İş №1(008)-78/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-78/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-78/2024 06.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi4, Müdafiəçi2, Müdafiəçi3, Müdafiəçi1, Müdafiəçi7, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 vəkili və nümayəndəsi Müdafiəçi6 iştirakı ilə Təqsirləndirilən şəxs4 qanuni nümayəndəsi X5 iştirakı ilə 22 avqust 1999-cu il tarixdə Bakı şəhərində doğulmuş, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxx 2002-ci il tarixdə Şuşa şəhərində doğulmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Şuşa şəhəri, Ağaşı Quşçular kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi «Şuşa şəhərciyi» yaşayış massivi nömrəsiz fərdi evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 18 avqust 2001-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, natamam təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 3 ünvanda qeydiyyatda olan, ünvan 4mış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxxxx 2007-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, subay, orta məktəb şagirdi, əvvəllər məhkum olunmamış, işləməyən, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Kürkəndi kəndində qeydiyyatda olan, ünvan 5 ünvanda yaşayan, barəsində «nəzarət altına vermə» qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 10 iyun 2023-cü il tarixdə, saat 23:00 radələrində dostları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, yetkinlik yaşına çatmayan 01 yanvar 2007ci il təvəllüdlü Təqsirləndirilən şəxs4 və şəxsiyyətləri istintaqla araşdırılan digər şəxslərlə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən «X17» yaşayış və istirahət mərkəzinə həmin gün oradakı «X19» restoranın açıq havada keçirilən açılış mərasimində və konsert tədbirində iştirak etmək üçün gəlib öncədən sifariş edilmiş masa arxasında əyləşərək birlikdə spirtli içki qəbul etməklə alkoqol sərxoşluğu vəziyyətinə gəldikdən sonra 11 iyun 2023-cü il tarixdə, saat 03:00 radələrində növbəti spirtli içki qədəhini əlinə götürərək «sağlıq» söyləyib spirtli içkini birgə qəbul etmək məqsədi ilə başqalarına şəxsi mühafizəçiləri kimi təqdim etdiyi, əslində isə yalnız dostluq münasibətlərində olduğu şəxslərlə birlikdə yaxınlıqdakı masada Zərərçəkmiş şəxs2, Şahid2 və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə birlikdə istirahət edən tanışı Zərərçəkmiş şəxs1 yaxınlaşdığı vaxt dostlarının əyləşdiyi masaya tək deyil, həmin mühafizəçilərlə birlikdə gəldiyinə görə ətrafdakıların gözü qarşısında Zərərçəkmiş şəxs1 tərəfindən ona irad tutulmasına və yanındakı dostlarının ünvanına qeyri-etik ifadələrin işlədilməsinə həmin anda cavab verməsə də, bu iradları və nalayiq ifadələrə aydınlıq gətirmək məqsədi ilə saat 03:30 radələrində ictimai yer hesab edilən restoranın əsas girişçıxış qapısının qarşısında ətrafına topladığı Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs4 və qeyriləri ilə birlikdə bir qrup şəxs halında birləşib əsaslı səbəb olmadan E.L. Məmmədovun ona tutduğu iradı cüzi səbəb kimi əsas gətirərək kütləvi tədbirdə iştirak edən xeyli sayda şəxslərin istirahətini, qeyriyaşayış sahəsinin iş fəaliyyətini və insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış qaydalarını pozmaqla onların gözü qarşısında uca səslə nalayiq ifadələr işlədib ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslərə etinasızlıq, laqeydlik, eqozim nümayiş etdirən hərəkətlər edərək yumruğu ilə Zərərçəkmiş şəxs1 sifət nahiyəsindən vurub ona sol göz almasının ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz yuvası ətrafı nahiyəsinin qançırı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaqla qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 10 iyun 2023-cü il tarixdə, saat 23:00 radələrində dostları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, yetkinlik yaşına çatmayan 01 yanvar 2007ci il təvəllüdlü Təqsirləndirilən şəxs4 və şəxsiyyətləri istintaqla araşdırılan digər şəxslərlə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən «X17» yaşayış və istirahət mərkəzinə həmin gün oradakı «X19» restoranın açıq havada keçirilən açılış mərasimində və konsert tədbirində iştirak etmək üçün gəlib öncədən sifariş edilmiş masa arxasında əyləşməklə istirahət etdikdən sonra 11 iyun 2023-cü il tarixdə, saat 03:00 radələrində Təqsirləndirilən şəxs1 növbəti spirtli içki qədəhini əlinə götürərək «sağlıq» söyləyib həmin içkini birgə qəbul etmək məqsədi ilə başqalarına şəxsi mühafizəçiləri kimi təqdim etdiyi dostları ilə birlikdə yaxınlıqdakı masada Zərərçəkmiş şəxs2, Şahid2 və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə birlikdə istirahət edən Zərərçəkmiş şəxs1 yaxınlaşdığı vaxt «dost məclisinə» tək deyil, mühafizəçilərlə birlikdə gəldiyinə görə ətrafdakıların gözü qarşısında Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs1 irad tutulması və dostlarının ünvanına qeyri-etik ifadələrin işlədilməsi ilə bağlı saat 03:30 radələrində yaranmış mübahisənin və səslənmiş nalayiq ifadələrin bilavasitə ona aidiyyəti olmadığı halda həmin münaqişənin şəxsən özü ilə bağlı olmasını cüzi səbəb kimi göstərməklə ictimai yer hesab edilən restoranın əsas giriş-çıxış qapısının qarşısında guya mübahisəni çözmək üçün toplanmış Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs4 və qeyriləri ilə birlikdə bir qrup şəxs halında birləşib əsaslı səbəb olmadan kütləvi tədbirdə iştirak edən xeyli sayda şəxslərin istirahətini, qeyri-yaşayış sahəsinin iş fəaliyyətini və insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış qaydalarını pozmaqla onların gözü qarşısında uca səslə nalayiq ifadələr işlədib ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslərə etinasızlıq, laqeydlik, eqozim nümayiş etdirən hərəkətlər edib saat 03:51 radələrində «White Villas 2» kotteclər məhəlləsi 32-49 saylı ünvanın qarşısında yumruğu ilə Zərərçəkmiş şəxs2 sifət nahiyəsinə vurub ona üst və alt dodağın selikli qişa səthinin əzilmiş yaraları, üst çənədə sağda V dişin tac hissəsinin sınığı və dişdibi yumşaq toxumalara qansızma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaqla qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs3 10 iyun 2023-cü il tarixdə, saat 23:00 radələrində dostları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, yetkinlik yaşına çatmayan 01 yanvar 2007ci il təvəllüdlü Təqsirləndirilən şəxs4 və şəxsiyyətləri istintaqla araşdırılan digər şəxslərlə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən «X17» yaşayış və istirahət mərkəzinə həmin gün oradakı «X19» restoranın açıq havada keçirilən açılış mərasimində və konsert tədbirində iştirak etmək üçün gəlib öncədən sifariş edilmiş masa arxasında əyləşməklə istirahət etdikdən sonra 11 iyun 2023-cü il tarixdə, saat 03:00 radələrində Təqsirləndirilən şəxs1 növbəti spirtli içki qədəhini əlinə götürərək «sağlıq» söyləyib həmin içkini birgə qəbul etmək məqsədi ilə başqalarına şəxsi mühafizəçiləri kimi təqdim etdiyi tanışları ilə birlikdə yaxınlıqdakı masada Zərərçəkmiş şəxs2, Şahid2 və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə birlikdə istirahət edən Zərərçəkmiş şəxs1 yaxınlaşdığı vaxt «dost məclisinə» tək deyil, mühafizəçilərlə birlikdə gəldiyinə görə ətrafdakılarin gözü qarşısında Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs1 irad tutulması və dostlarının ünvanına qeyri-etik ifadələrin işlədilməsi ilə bağlı saat 03:30 radələrində yaranmış mübahisənin və səslənmiş nalayiq ifadələrin bilavasitə ona aidiyyəti olmadığı halda həmin münaqişənin şəxsən özü ilə bağlı olmasını cüzi səbəb kimi göstərməklə ictimai yer hesab edilən restoranın əsas giriş-çıxış qapısının qarşısında guya mübahisəni çözmək üçün toplanmış Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs4 və qeyriləri ilə birlikdə bir qrup şəxs halında birləşib əsaslı səbəb olmadan kütləvi tədbirdə iştirak edən xeyli sayda şəxslərin istirahətini, qeyri-yaşayış sahəsinin iş fəaliyyətini və insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış qaydalarını pozmaqla onların gözü qarşısında uca səslə nalayiq ifadələr işlədib ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslərə etinasızlıq, laqeydlik, eqozim nümayiş etdirən hərəkətlər edib «White Villas 2» kotteclər məhəlləsi 32-49 saylı ünvanın qarşısında əlləri ilə Zərərçəkmiş şəxs2 boyun-boğaz nahiyəsinə sarılıb sıxaraq bunun ardınca sağ ayağı ilə Zərərçəkmiş şəxs2 sol ayağına təpik zərbəsi endirməklə boyun, sol qalça və sol diz oynağı nahiyələrinin qançırları kimi dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs4 10 iyun 2023-cü il tarixdə, saat 23:00 radələrində dostları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və şəxsiyyətləri istintaqla araşdırılan digər şəxslərlə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən «X17» yaşayış və istirahət mərkəzinə həmin gün oradakı «X19» restoranın açıq havada keçirilən açılış mərasimində və konsert tədbirində iştirak etmək üçün gəlib öncədən sifariş edilmiş masa arxasında əyləşməklə istirahət etdikdən sonra 11 iyun 2023-cü il tarixdə, saat 03:00 radələrində Təqsirləndirilən şəxs1 növbəti spirtli içki qədəhini əlinə götürərək «sağlıq» söyləyib həmin içkini birgə qəbul etmək məqsədi ilə başqalarına şəxsi mühafizəçiləri kimi təqdim etdiyi tanışları ilə birlikdə yaxınlıqdakı masada Zərərçəkmiş şəxs2, Şahid2 və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə birlikdə istirahət edən Zərərçəkmiş şəxs1 yaxınlaşdığı vaxt «dost məclisinə» tək deyil, mühafizəçilərlə birlikdə gəldiyinə görə ətrafdakılarin gözü qarşısında Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs1 irad tutulması və dostlarının ünvanına qeyri-etik ifadələrin işlədilməsi ilə bağlı saat 03:30 radələrində yaranmış mübahisənin və səslənmiş nalayiq ifadələrin bilavasitə ona aidiyyəti olmadığı halda həmin münaqişənin şəxsən özü ilə bağlı olmasını cüzi səbəb kimi göstərməklə ictimai yer hesab edilən restoranın əsas giriş-çıxış qapısının qarşısında guya mübahisəni çözmək üçün toplanmış Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və qeyriləri ilə birlikdə bir qrup şəxs halında birləşib əsaslı səbəb olmadan kütləvi tədbirdə iştirak edən xeyli sayda şəxslərin istirahətini, qeyri-yaşayış sahəsinin iş fəaliyyətini və insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış qaydalarını pozmaqla onların gözü qarşısında uca səslə nalayiq ifadələr işlədib ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslərə etinasızlıq, laqeydlik, eqozim nümayiş etdirən hərəkətlər edib yumruğu ilə Zərərçəkmiş şəxs1 sağ qoluna vurub sonuncuya sağ dirsək oynağı nahiyəsinin qançırı kimi dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 10 iyun 2023-cü il tarixdə, saat 23:30 radələrində «X17» istirahət mərkəzinə orada yeni fəaliyyətə başlayan «Rose bar» adlı restoranın açılış mərasimində iştirak etmək üçün getmişdir. Açıq havada keçirilən açılış tədbirində çoxlu sayda adamlar olmuşdur. Orada massa dostları ilə oturmuş Zərərçəkmiş şəxs1la onun arasında mübahisə yaranmışdır. Mübahisəni Zərərçəkmiş şəxs1 tərəfindən soyüş söydüyünə görə yaranmışdır. Lakin o Zərərçəkmiş şəxs1 heç bir xəsarət yetirməmişdir. Əslinə qalsa onu döymüş və xəsarət yetirmişlər. P.Şahid3, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və M.V.Mikayılov ora onun zəngindən sonra ora gəlmişlər. O qardaşı Təqsirləndirilən şəxs1 zəng vuraraq döyüldüyünü və xəsarət aldığını, onu gəlib həkimə aparmalarını demişdir. Onun avtomobilinə vurub xəsarət yetirmişdir. Heç bir günahı yoxdur. Məhkəmədən onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 10 iyun 2023-cü il tarixdə onlar dostları ilə birlikdə bağda idilər. Bağda olan zaman dostu Təqsirləndirilən şəxs1 mobil telefonuna qardaşı Təqsirləndirilən şəxs1 zəng gəlmişdir. Təqsirləndirilən şəxs1 qardaşının «X17» istirahət mərkəzində vurulduğunu, döyüldüyünü bildirmişdir. Təqsirləndirilən şəxs1 gardaşına gəlib onu həkimə aparmalarını demişdir. Bağda olan Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və M.V.Mikayılov və o ora getmişlər. Hadisə vaxtı o orada olmamışdır. Heç kimə xəsarət yetirməmişdir. Əslinə ona vurmuşlar. Heç bir günahı yoxdur. Məhkəmədən onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 10 iyun 2023-cü il tarixdə onlar bağda idilər. Bağdan o Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, M.V.Mikayılov və Təqsirləndirilən şəxs4 qardaşı Elmirdən Elgünə zəng gələndən sonra çıxmışlar. Təqsirləndirilən şəxs1 qardaşının «X17» istirahət mərkəzində vurulduğunu, döyüldüyünü bildirmişdir. Təqsirləndirilən şəxs1 gardaşına gəlib onu həkimə aparmalarını demişdir. Onlar ora getmiş. Hadisə vaxtı orada olmamışdır. Heç kimə xəsarət yetirməmişdir. O Cavadı nə vura, nə dəki saxlaya bilməz. Heç bir günahı yoxdur. Məhkəmədən onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi X5 iştirakı ilə dindirilmiş təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 10 iyun 2023-cü il tarixdə onlar bağda idilər. Bağdan o Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, M.V.Mikayılov və Təqsirləndirilən şəxs3 getmişlər. Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs1 zəng gəlmişdi. Elmir zəng zamanı Elgünə «X17» istirahət mərkəzində onu vurduqlarını, ona döydüklərini bildirmişdir. Onlar ora getmiş. Avtomobil sürə bildiyindən avtomobili saxlamışdır. Sonra içəri daxil olmuşlar. Orada Təqsirləndirilən şəxs2 başının qanamasını görmüşdür. Təqsirləndirilən şəxs2 başını yumuşlar. Sonra Təqsirləndirilən şəxs3 gəlmiş. Onlar çıxıb getmişlər. O avtomobilin yanında olmuşdur. Heç bir günahı yoxdur. Məhkəmədən onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 10 iyun 2023-cü il tarixdə o, uşaqlıq dostları olan Zərərçəkmiş şəxs2 və «Vüqar» adlı şəxslə birlikdə saat 23:00 radələrində Nardaran qəsəbəsində yerləşən «X17» istirahət mərkəzinə orada yeni fəaliyyətə başlayan «Rose bar» adlı restoranın açılış mərasimində və «Jah Khalib» adlı müğənninin konsertində iştirak etmək üçün getmişlər. Həmin gün həftə sonu olduğu üçün istirahət mərkəzində xeyli sayda adam var idi. Tədbirdə o dostu ilə birlikdə üç nəfər qızla tanış olmuş və eyni masa arxasında əyləşib birlikdə spirtli içki qəbul edərək əylənmişlər. Onun yanında olan qızın adı Fira olmuş, digər iki qızın adını isə bilməmişdir. Yeni tanış olduğu qızla restoranda oturub söhbət edən zaman tanıdığı və yaxın münasibətdə olduğu «Elmir» adlı şəxs yanında olan şəxsi mühafizəçiləri ilə birlikdə əlinə içki qədəhi götürüb onun masasına yaxınlaşmış və sağlıq deyərək həmin spirtli içkini içmişdir. Elmirin yanında ümumilikdə 10 nəfərdən artıq sayda şəxsi mühafizəçi olmuşdur. Təxminən 10-15 dəqiqə sonra Elmir yenidən eyni qaydada, yəni bir neçə nəfər şəxsi mühafizəçilərinin müşayiəti altında əlində tutduğu içki qədəhi ilə qızlarla oturduğu masaya yaxınlaşmışdır. Küçədə görüşərkən öpüşüb görüşdüyü, münasibət saxladığı, dəfələrlə eyni məclislərdə iştirak etdiyi Elmirin bu dəfə masaya mühafizəçiləri ilə birlikdə gəlib-getməsi onun xoşuna gəlməmişdir. O, bu barədə Elmirə irad bildirib demişdir ki, «ayıbdır, qardaş dediyin uşaqların stoluna mühafizəçilərlə gəlməyə ehtiyac yoxdur, tək gəl». Elmir bu sözə kobud formada cavab qaytarmış və o, hiss etmişdir ki, dediyi sözlər Emirin xətrinə dəymişdir. Lakin bu məsələ uzanmamış və Elmir içkisini içib stoldan aralanmışdır. Bundan təxminən bir saat sonra o, yanında olan «Fira» adlı qızla birlikdə restorandan çıxıb «X17» mərkəzində icarəyə götürdüyü «White villa» adlı kottecinə getmiş, həmin otaqda qızla istirahət etdikdən təxminən bir saat sonra isə qız kottecdə qalmış, o isə oradan çıxıb restorana qayıtmaq istəmişdir. Geri qayıdanda o, «Rose bar» restoranının girişində Elmirin yanında iki nəfər mühafizəçi ilə birlikdə dayanmasını görmüşdür. İçəri keçmək istəyəndə isə Elmir ona: «səni bir dəqiq olar?» deyərək yanına səsləmişdir. O, Elmirə yaxılaşanda isə Elmir demişdir ki: «Sən mənimlə bayaq niyə belə danışdın? Yeri gələndə mənim axranım da var, adamım da var, sən mənimlə başabaş gələ bilməzsən». O isə Elmirə qardaş olduqlarını deyib, bir müddət öncə dediyi sözün nəyə görə xətrinə dəydiyini Elmirdən soruşmuşdur. Lakin mülayim danışığa baxmayaraq yanına topladığı mühafizəçilərin və tanış adamların yanında Elmir ona qarşı daha da kobud danışığa keçib aqressivləşmişdir. Bunun ardınca Elmir onu itələməyə başlamış, o da cavab olaraq Elmiri itələmişdir. Daha sonra isə artıq Elmir onun ünvanına ağır söyüşlər söydüyü üçün o da cavabında Elmiri söymüşdür. Elə bu anda Elmir əli ilə onun sağ göz nahiyəsindən vurmuşdur. Bu zərbə nəticəsində o, sağ göz qapağından xəsarət almışdır. O da Elmirin sifətindən yumruq atmışdır. Ətrafda olan şəxslər Elmirlə onu bir-birindən ayırmışlar. Bu anda kənarda dayanan, üzdən tanımadığı və birinci dəfə gördüyü, xarici görkəmi yadında qalmayan şəxs bir dəqiqəlik yaxınlaşmağını ondan istəmişdir. O da piyada həmin şəxsə tərəf getmək istədiyi anda isə sağ yanaq-çənə nahiyəsindən güclü yumruq zərbəsinin dəydiyini hiss etmişdir. Zərbənin təsirindən onun sağ yanağı bərk əzilmiş, ağız nahiyəsindən qan gəlməyə başlamış və o, huşunu itirərək yerə yıxılmışdır. Yerə yıxıldığı zaman sağ dirsək və sol bilək nahiyələri də sıyrılmışdır. Bu zərbənin ona kim tərəfindən yetirilməsini ümumiyyətlə görməmişdir. Yerdə yıxılmış vəziyyətdə olduğu vaxt tanımadığı və üzlərini xatırlamadığı adamlar onu təpikləmişlər. Bir qədər sonra isə tanımadığı adamlar yerdən onu qaldırmışlar. Ayağa qalxanda artıq əynində olan ağ rəngli köynək üstündə olmamışdır. Həmin köynəyin əlbə-yaxa dartışma zamanı hansı şəraitdə cırılmasını və harada qalmasını xatırlamamışdır. O, sonradan bilmişdir ki, dostu Cavad səs-küyə restorandan çölə çıxaraq onun yerə yıxıldığını görəndən sonra Elmirin mühafizəçiləri ilə əlbə-yaxa dalaşmışdır. O, özündə olmadığı üçün Cavadın dalaşması anını görməmişdir. Heç nədən döyüldüyü üçün həmin vaxt çox əsəbi olmuşdur. O, Cavadla söhbət etdiyi vaxt Elmirin adını bilmədiyi kiçik qardaşı bir neçə nəfər mühafizəçisi ilə birlikdə onların toplaşdığı yerə gəlib ailə söyüşləri söyməyə başlamışlar. Bu vaxt Cavadla o həmin adamların üzərinə hücum edib davaya başlanışlar. Onun fikri Cavadda olmadığı üçün Cavadın konkret olaraq kimə və hansı üsulla xəsarət yetirməsini görməmişdir. O isə oraya gələn, üzünü xatırlamadığı Elmirin mühafizəçilərindən birinə yumruq atmışdır. Orada kimin mühafizəçi, kimin isə Elmirin dostu olması bilinməmişdir. Bundan sonra «X17» istirahət mərkəzinin mühafizəçiləri araya girib onu davadan ayırmış və hadisə yerindən kənarlaşdırmışlar. Bundan sonra o, dostu Cavadla birlikdə oradan çıxıb getmişdir. Hadisə zamanı o özü Elmirə bir neçə yumruq və təpik zərbəsi atmışdır. Həmin zərbələrin Elmirə hər hansı xəsarət yetirməsini bilməmişdir. Elmirin onun göz qapağına yumruq vurmasını görmüşdür. Ona digər xəsarətləri yetirmiş şəxsləri isə görməmiş və tanımamışdır. Bundan başqa hadisə günü qaranlıq vaxtı baş vermiş, Cavad və o spirtli içkinin təsiri altında olmuşlar. Hadisə günü restorana gedəndə əynində göy rəngli cins şalvar və ağ rəngli yumru boğaz yay köynəyi olmuşdur. Sonradan dava-dalaş zamanı cırılmış və naməlum şəraitdə əynindən çıxmış köynəyinin harada olmasını bilməmişdir. «Rose bar» restoranının çölündə başlamış və özünün də iştirak etdiyi davadalaş təxminən 15 dəqiqə ərzində davam etmişdir. Videoda yanında olan və dava-dalaşda iştirak edən digər şəxsləri isə tanımamış, həmin şəxslərin kim olmasını isə bilməmişdir. Cavad onunla söhbət edərək sakitləşdirmək istəmişdir. Bunun ardınca kənardan şəxslər gəlmiş, Elmirin kiçik qardaşı və digər mühafizəçilər elə həmin şəxslər olmuşdur. Bundan sonra isə Cavadın və onun iştirakı ilə dava-dalaş başlamışdır. Videoda görünən başqa şəxslərin kim olmasını isə dəqiq bilməmişdir. Hadisə zamanı o, əsəbi olduğu üçün Elmirin əyləşdiyi «Range Rover» markalı, «az ** ZZ ***» dövlət qeydiyyat nişanlı minik avtomobilinin kapotuna bir neçə dəfə əli ilə bərkdən vurmuşadur. Həmin avtomobilin digər yerlərinə vurmamışdır. Elmir isə hadisədən sonra ona demişdir ki, avtomobili Cavad əzmişdir. O hadisə vaxtı həyəcanlı, içkili və əsəbi olmuş, buna görə də bütün baş verənlərə diqqət ayıra bilməmişdir. Hal-hazırda onun şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslərlə barışmışdır. Bu barədə məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 10 iyun 2023-cü il tarixdə o, uşaqlıq dostları Zərərçəkmiş şəxs1 və «Vüqar» adlı şəxslə birlikdə saat 22:30 radələrində Nardaran qəsəbəsində yerləşən «X17» istirahət mərkəzinə orada yeni fəaliyyətə başlayan «Rose bar» adlı restoranın açılış mərasimində iştirak etmək üçün getmişlər. Həmin gün «Jah Khalib» adlı müğənninin konserti olduğu üçün istirahət mərkəzində açıq havada keçirilən açılış tədbirində təxminən 40.000 nəfərə yaxın adam olmuşdur. Həmin tədbirdə o dostları ilə birgə üç nəfər qızla tanış olmuş və eyni masa arxasında əyləşmişlər. Gecə saat 23:30 radələrində dostu Vüqar restorandan çıxıb getmişdir. Elnurla o, yeni tanış olduqları qızlarla birlikdə restoranda oturub söhbət edən zaman məşq zalından tanıdığı, yaxın münasibətdə olduğu Təqsirləndirilən şəxs1 əlinə içki qədəhi götürüb masaya yaxınlaşmış və sağlıq deyərək həmin spirtli içkini içmişdir. Sonrada Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs1 arasında mübahisə yaranmışdır. O konkret olaraq Zərərçəkmiş şəxs1 kim tərəfindən vurulmasını görməmişdir. Dava-dalaş zamanı isə Elnurun köynəyi cırıldığı üçün yalnız şalvarı əynində qalmışdır. «Rose bar» restoranının çölündə başlamış və onun da iştirak etdiyi dava-dalaş təxminən 15 dəqiqə ərzində davam etmişdir. Hadisə nəticəsində dişi qırılmış, damaq, sağ dirsək, sol qarınböyrək nahiyələrində, başının arxa sol hissəsində, sol dizində xəsarətlər əmələ gəlmişdir. Münaqişə qızışan zaman Təqsirləndirilən şəxs1 və kiçik qardaşı tərəfindən ona xəsarət yetirilib-yetirilməməsini isə dəqiq bilməmiş, çünki müxtəlif istiqamətlərdən ona zərbələr gəldiyi üçün bunu aydın görə bilməmişdir. Hal-hazırda onun şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslərlə barışmışdır. Bu barədə məhkəməyə ərizə təqdim edir. Məhkəmə iclsında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 10 iyun 2023-cü il tarixdə dostu Zərərçəkmiş şəxs1 onunla mobil telefonda əlaqə saxlayıb «X17» istirahət mərkəzində yerləşən «Rose bar» restoranına dəvət etmişdir. Həmin gün restoranın həm açılışı olmuş, həm də «Jah Khalib» adlı Rusiya müğənnisinin böyük solo konserti keçirilmişdir. O da buna etiraz etməyib dəvəti qəbul etmişdir. Həmin gün saat 20- 21 radələrində o özünə məxsus idarə etdiyi «BMW 760» markalı, «az ** RR ***» dövlət qeydiyyat nişanlı minik avtomobili ilə oraya getmişdir. Elnur ona demişdi ki, yanında Cavad da olacaqdır. O həmin restorana çatanda rezervasiya olunan masada artıq Elnur, Cavad, Toğrul olmuşdur. Toğrulun soyadını və ata adını bilmədiyini, tünd yaşıl rəngli «Lexus» markalı minik avtomobilini idarə edirdi. Onlar orada olarkən qərara gəlmişlər ki, «X17» ərazisində yerləşən «White villa» adlı kotteci bir günlük icarəyə götürsünlər. O da buna etiraz etməmiş və hətta bunun üçün 200 manat pul da ödəmişdir ki, üstünə əlavə pul qoyulsun və kottec icarəyə götürülsün. Cavadla o istirahət mərkəzinin ərazisində «Porsche Macan» markalı, boz rəngli avtomobili idarə edən Tünzalə və Leyla adlı qızlarla tanış olub öz masalarına dəvət etmişlər. Həmçinin o, Nəcibə və Zivər adlı dostlarını da restorana dəvət etmişdir. Elnurun və Toğrulun da yanında qızlar var idi. Elnurun yanındakı qızın adı «Fira» idi. Cavad, Elnur və Toğrul spirtli içki olan viski içsələr də, o alkoqollu içki içən olmadığı üçün içməmişdir. Həmçinin ortaq dostları olan Eldar kirayəyə götürülən villada olmuş və cəmi bir dəfə restorana girib bir neçə dəqiqə oturduqdan sonra kottecə qayıtmışdır. Orada istirahət edərkən təxminən 40 dəqiqə sonra digər dostu Elmirin də restorana gəldiyini görmüşdür. Həmin vaxt Elmirin yanında «İbiş» kimi tanıdığı İbrahim, başqa bir Cavad adlı ortaq tanış və Fərhad adlı şəxs, bundan başqa Şakir və Nicat adlı şəxslər, həmçinin ümumiyyətlə tanımadığım bir neçə nəfər cavan uşaqlar olmuşdur. Bundan başqa Elmirlə eyni masada tanımadığı bir neçə nəfər qadın əyləşmişdir. Elmir restorana gələndə onların masasına yaxınlaşıb Elnurla və digər uşaqlarla da görüşüb sonra öz masasna getdmişdir. O özüa də ara-sıra Elmirin masasına gedib Elmirlə oturmuşdur. Təxminən bir saat sonra Elmir əlinə viski qədəhi aldıb yanında olan Şakir və Nicatla birlikdə Elnurla əyləşdiyi masaya sağlıq deməyə yaxınlaşmışdır. Nicat və Şakir Elmirin arxasında dayanaraq gözləyirdilər. Bu vaxt Elnur hamının içində işarə edib Elmirə demişdir ki, «bunları s...r elə burdan qardaş dediyin uşağın stoluna gəlirsənsə tək gəl». Bu sözünə Elmirin nəsə cavab verib-verməməsini xatırlamamışdır. Artıq 11 iyun 2023-cü il tarixdə, saat 02-03 radələrində Elnur yanında olan Fira adlı qızla kottecə gedib bir qədər sonra geri qayıtmışdır. Elnur qayıdana qədər isə Elmir onu kənara çəkib bir qədər öncə Elnurun hörmətsizlik edib söyüşlə danışmasının xoşuna gəlmədiyini, Elnurun düz hərəkət etmədiyini ona bildirmişdir. O isə demişdir ki, «Elnur içkilidir, həm də dostumuzdur, söhbəti bağlayın getsin». Elmir də onun sözünə görə bu məsələnin bağlandığını bildirmişdir. Həmin ərəfəyə yaxın artıq məclis dağılışırdı deyə Elmir öz dostları ilə birlikdə getməyə hazılaşırmışdır. Çünki Elmir artıq çölə çıxıb Nicat adlı şəxsin idarə etdiyi «Range Rover» markalı, «az ** ZZ ***» dövlət qeydiyyat nişanlı avtomobilin içərisində, qabaq sərnişin oturacağında oturmuşdu. Elnuru görən Elmir avtomobildən düşüb restoranın qabağında olan Elnurla söhbət etməyə başladılar. Həmin vaxt o da Elnurun yanında olmuşdur. Onların söhbətindən başa düşmüşdür ki, tərəflər bir qədər öncə Elnurun işlətdiyi qeyri-etik ifadələrə aydınlıq gətirilməsi mövzusunda danışıq aparırlar. O isə bu söhbətin böyüməməsi üçün hər ikisinin içkili olmasını nəzərə alıb sakitləşdirmək istəmişdir. Elmir özünü sakit aparsa da, Elnur daha aqressiv olmuş və vəziyyəti daha da gərginləşdirmişdir. Kənarda dayanan adamlar da hərə ortaya bir söz atıb vəziyyəti qəlizləşdirirdilər. X12 əvvəlcə itələşməyə, dartışmağa başladılar. Elnur içkili olduğu üçün öz köynəyini əynindən çıxarmış və yalnız şalvarda qalmışdır. Bu anda bir qədər aralıda Elnurun dostu Toğrul Elmirin dostlarından kimisə vurmuş, yəni dava düşmüşdür. Bu anda isə Elnurla Elmir daha da qızışdılar və Elnur əli ilə Elmirin sifətinə zərbə vurmuşdur. Həmin zərbədən Elmirin qaşı partlamış, qan gəlməyə başlamış, gözünün altı qızarmışdır. Elmir isə cavab olaraq Elnuru vurmuşdur. Orada Elnur da daxil olmaq şərti ilə hamı uca səslə söyüşlər söymüşdür. Həmin anda Elmirin mühafizəçiləri və dostları, o cümlədən Elnurun yanında olan Cavad, Toğrul və digər şəxslər bir yerə toplaşmışdır. Ətrafda çoxlu sayda kənar adamlar da var idi. O, Elnuru kənara çəkib ağzını tutmuşdur ki, söyüş söyməsin. Bu zaman isə Elmir öz avtomobilinə minərək hadisə yerinə yaxınlaşmışdır. Bunu görən Elnur onun yanından qaçaraq Elmirin avtomobilinə yaxınlaşmışdır. Həmin vaxt orada Cavad da olmuşdur. Cavad v ə Elnur hər ikisi əlləri, ayaqları ilə avtomobilin kapotuna, qapılarına, arxa tərəfində vuraraq söyüşlər söyüb qışqırırdılar ki, Elmir avtomobildən düşsün. Bu zərbələrdən sınma və əzilmə səsləri gəlmişdir. Qaranlıq olduğuna görə o, nəyinsə sınmasına fikir verməmişdir. Bundan sonra Elmir avtomobildən düşsə də, aralarında dava-dalaş olmamışdır. Bunun ardınca o, Elmirə yaxınlaşaraq sakitləşdirmək istəmişdir. Cavad, Elnur, Toğrul, habelə oraya haradan gəldiklərini bilmədiyi Elnurun dostları Rəşad, Fərhad və Şamxal adlı şəxslər bir yerdə dayanıb söhbət etmişlər. Həmin vaxt o, həmin kütlənin içərisində olmamış, lakin baş verənləri kənardan görmüşdür. Elmir isə sakitləşməyərək həyəcanlı və əsəbi halda onun yanından öz mobil telefonu ilə kiməsə zəng vurub «gəlin bura» deyərək kimlərisə çağırmışdır. Bir neçə dəqiqə sonra isə Elnur, Cavad, Toğrul və digərlərinin yığışdıqları yerə Elmirin kiçik qardaşı Elgün, yanında isə Mikayıl, mühafizəçi Nicat, Peyman adlı şəxs və adlarını bilmədiyi başqa şəxslər də getmişlər. Həmin şəxslər kütlənin içərisinə girəndə isə dava daha da qızışmışdır. Cavad yumruğu ilə əvvəlcə Elmirin qardaşı Elgünü, ardınca isə mühafizəçi Mikayılı vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 11 iyun 2023-cü il tarixdə o istirahət etmək üçün yeznəsi Nicata məxsus «Mercedes Benz G Class 63» markalı, «az ** EF ***» dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Nardaran qəsəbəsində yerləşən «X17» istirahət mərkəzinə getmişdir. Oraya getməzdən əvvəl dostu Təqsirləndirilən şəxs1la danışmış və orada olmasını öyrənmişdir. O, Elmirə restoranda birlikdə oturmağı təklif edən zaman Elmir yanında xanımı olmayan oğlanın restorana buraxılmadığını bildirmişdir. O da xahiş etmişdir ki, birtəhər onu restorana keçirtsinlər. Bundan sonra Elmir ona köməklik edib restorana keçirə bilmişdi. Restoranın içərisinə girəndə isə ortaq tanışlarının vasitəsi ilə tanıdığı və səmimi münasibətlərdə olduğu Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 da başqa bir masa arxasında əyləşib birlikdə spirtli içki qəbul etdiklərini görmüşdür. Hətta onların masasına yaxınlaşıb salamlaşaraq görüşmüşdür. O, «X17» mərkəzinə gələndə saat 02:30 radələri idi. Restorana girib özünə alkoqolsuz içki sifariş vermiş və oturub camaata baxmağa başlamışdır. Həmin vaxt orada çoxlu sayda adamlar olmuşdur. Bir qədər restoranda olduqdan sonra bar masasının yanındakı tanımadığı şəxslərdən biri ona demişdir ki, restoranın çölündə dava var. Ona maraqlı gəldiyi üçün o, dərhal restoranın çölünə çıxmış və görmüşdür ki, Elmirin Elnurla üzbəüz dayanaraq nəyinsə aqressiv şəkildə mübahisəsini aparırlar. Tərəflər bir-birinə qışqıra-qışqıra nəyisə izah edir və söyüşlər söyürdülər. Elnur danışıq zamanı əlini Elmirin çiyninə qoymuş, Elmir isə Elnurun əlini çiynindən kənara çəkmişdir. Bunun ardınca isə Elmirlə Elnur bir-biri ilə sinədən itələşmiş və bir-birini əlləri ilə vurmağa başlamışlar. O, vəziyyətin gərgin olduğunu görüb oradan çıxıb getmək istəmiş, ona görə də idarə etdiyi avtomobilə minərək öz yaşadığı evə qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 11 iyun 2023-cü il tarixə keçən gecə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi, Qızılqum küçəsində yerləşən bağ evində olmuşdur. Saat təxminən 01:00 radələrində qardaşı Elmirin öz «instagram» səhifəsində «X17» istirahət mərkəzində video paylaşmışdır. Saat təxminən 03:00 radələrində Elmir ona zəng vuraraq həyəcanlı vəziyyətdə demişdir ki, «bizi döyürlər tez gəlin». O da Mikayılla, Məhəmməd, Peyman və Murad «X17» istirahət mərkəzinə getmişdir. Oraya çatanda görmüşdür ki, diskotekanın qarşısında xeyli müştərilər və oranın işçiləri toplaşıb, ucadan nalayiq söyüşlər işlədilir, diskotekanın fəaliyyəti dayanmışdır. Söyüş söyən şəxs sonradan tanıdığı Elnur adlı şəxs olmuşdur. Elnur Elmirin ünvanına nalayiq söyüşlər işlətmişdir. O, Elmiri həmin vaxt orada görməmişdir. Elnur nalayiq söyüşlər işlətdiyi üçün o, yaxınlaşıb irad bildirmək istədiyi anda Elnurun dostu Cavad qəfildən onun boğaz nahiyəsinə yumruqla bir dəfə zərbə vurmuş və o, zərbədən yerə yıxılmışdır. Həmin vaxt Mikayıl onu ayağa qaldırmış və kənara aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göətərmişdir ki, 10 iyun 2023-cü ildən 11 iyun 2023-cü il tarixə keçən gecə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qızılqum küçəsində yerləşən bağ evində Təqsirləndirilən şəxs1la birlikdə qəlyan çəkmişdir. Saat təxminən 03:00 radələrində Elmir ona mobil telefonla zəng vurararaq həyəcanlı vəziyyətdə demişdir ki, «bizi döyürlər tez gəlin». Bundan sonra o, idarə etdiyi «Nissan Patrol» markalı, «az ** TT ***» dövlət qeydiyyat nişanlı avtomobillə Elgünlə birgə «X17» istirahət mərkəzinə getmişlər ki, dava-dalaşın səbəbini öyrənsinlər. Çünki Elmir zəng edərək demişdi ki, kimlərləsə dalaşıb. Oraya çatanda Elmirin sürücüsü olan Nicatı görmüşdür. Orada səs-küy olmuş və söyüşlər söyülmüşdür. O, Elgünlə birlikdə həmin insan toplusunun içərisinə girmiş, bir neçə saniyə sonra isə həmin insan kütləsinin içərisində olan adını sonradan öyrəndiyi «Cavad» adlı hündür, idmançı cüssəli şəxs Elgünə yumruq zərbəsi vurmuş və Elgün həmin zərbədən yerə yıxılmışdır. Bundan dərhal sonra isə Cavad onun sağ yanaq nahiyəsindən yumruq zərbəsi atmışdır. O həmin anda bir qədər geri çəkildiyi üçün zərbə ona dəysə də, hər hansı xəsarət almamışdır. Buna cavab olaraq Elmirin adını bilmədiyi digər dostları da Cavadı vurmuşlar. Bu anda ortada böyük qarmaqarışıqlıq düşmüşdür. O, yerə yıxılmış vəziyyətdə olan Elgünə yaxınlaşıb yerdən qaldırmış və hadisə yerindən uzaqlaşdırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə birgə məşq etdikləri idman zalında tanış olmuş və səmimi münasibətləri yaranmışdır. O, rəsmi olaraq heç bir yerdə işləmədiyinə görə ara-sıra yaxın adamlara «ayıq sürücü» xidməti göstərmişdir. Təqsirləndirilən şəxs1 ilə şəhər ərazisində dəfələrlə görüşüb birgə vaxt keçirmişdir. 10 iyun 2023-cü il tarixdə gecə saatlarında E.Ü. İsmayılov ona təklif etmişdir ki, birlikdə «X17» istirahət mərkəzinə getsinlər. O da buna etiraz etməyərək oraya getmişdir. Onlar Elmirə məxsus olan «Range Rover» markalı, «az ** ZZ ***» dövlət qeydiyyat nişanlı minik avtomobili ilə getmişlər. Həmin vaxt avtomobili Elmirin özü idarə etmişdir. İstirahət mərkəzinə çatanda Elmirlə birlikdə «Rose bar» restoranına girmişdir. O namaz qıldığı üçün ayrıca masada əyləşmişdir. Restoranda olarkən məlum olmuşdur ki, Elmirin şəhər ərazisindən tanıdığı «Elnur» adlı və başqa tanışları da oradadırlar. Gecə radələrində artıq 11 iyun 2023-cü il tarixdə Elmir əyləşdiyi masadan duraraq «Elnur» adlı şəxsin masasına yaxınlaşmışdır. Həmin vaxt o da təxminən 2-3 metr aralıda dayanmaq şərti ilə Elmirin arxasınca getmişdir. Çünki Elmir spirtli içkinin təsirindən sərxoş olmuş və o, fikirləşmişdir ki, birdən piyada gedərkən Elmir müvazinətini itirib restoranın ortasında olan hovuza yıxılar. Ona görə yaxınlığında olmaq üçün Elmirin dalınca getmişdir. Onunla birlikdə Elmirin arxasınca dostlarından başqa kiminsə gəlibgəlmədiyini xatırlamamışdır. Elmirlə Elnurun arasında söz mübahisəsi də olmuşdur. Həmin vaxt restoranda mahnı sədaları və səs-küy olduğu üçün Elnurla Elmirin bir-birinə qarşı hansı kəlmələri səsləndirmələrini o başa düşməmişdir. Bir qədər sonra o, restoranın həyətində olarkən həmin mübahisənin davamında Elnurla Elmirin tutaşmasını görmüşdür. Elnur yumruğu ilə Elmirin sifətinə vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 10 ildir ki, tanımış, Elmirlə birlikdə «Olimpik star» adlanan mərkəzdə yerləşən idman zalında məşq etmişlər. Onun daimi iş yeri olmadığına görə özünə məxsus olan «Hyundai i-30» markalı, «az ** RT ***» dövlət qeydiyyat nişanlı minik avtomobili ilə taksi kimi, ara-sıra da ayıq sürücü kimi işləyib pul qazanmışdır. Dəfələrlə olub ki, Elmir özü və ya dostları ilə birlikdə spirtli içki məclisində olarkən onu yanına çağırıb ki, ayıq sürücü kimi xidmət göstərim. 11 iyun 2023-cü il tarixdə, gecə saat 02-03 radələrində o yaşadığı evdə olarkən istifadəsində olan «055 641 41 92» saylı mobil telefon nömrəsinə E.Ü. İsmayılov istifadəsində olan mobil telefon nömrəsindən zəng edərək Nardaran qəsəbəsində yerləşən «X17» istirahət mərkəzində olduğunu demiş və ayıq sürücü lazım olduğunu bildirərək onu həmin istirahət mərkəzinə dəvət etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 özünə və ya hansısa dostuna ayıq sürücünün lazım olmasını isə o Elmirdən soruşmamışdır. O yaşadığı evdən həmin istirahət mərkəzinə taksi avtomobili sifariş vermişdir. Sifarişi əsasında ünvanına gələn «Toyota Prius» markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin sürücüsü təxminən 35-40 dəqiqə ərzində onu Nardaran qəsəbəsində yerləşən «X17» istirahət mərkəzinə çatdırmışdır. O oraya çatanda görmüşdür ki, orada çoxlu sayda adamlar var. Həmin adamların əksər hissəsi bir yerə toplaşaraq uca səslə söhbət edir, qışqırır, söyüşlər söyürlər. Bir qədər kənarda isə o, E.Ü. İsmayılovun dayanmasını görmüşdür. Təqsirləndirilən şəxs1 yanında onun şəxsən tanımadığı və adlarını bilmədiyi bir neçə nəfər uşaq olmuşdur. Həmin uşaqlar deyəsən Təqsirləndirilən şəxs1 dostları olmuşdur. O, Təqsirləndirilən şəxs1 yaxınlaşıb üzünə baxanda sifət nahiyəsində xəsarət izlərini görmüşdür. O, bunu görüb Təqsirləndirilən şəxs1 nə baş verməsini soruşsa da, Elmir çox əsəbi halda ona: «heç nə heç nə, sən çıx get, sənlik bir iş yoxdur» deyə cavab vermişdir. Elmir bu sözləri ona deyə-deyə öz dostları ilə birlikdə üzünü çevirib ondan kənara getdiyi üçün o, daha heç nə deməmiş və başqa bir taksi avtomobili çağırıb oradan öz evinə qayıtmışdır. O, orada təxminən 3-4 dəqiqə ərzində olmuşdur. O, Təqsirləndirilən şəxs1 və dostlarının əsəbi halda olmalarını görmüş və gördüyü vəziyyətdən başa düşmüşdür ki, orada dava baş vermişdir. Həmin gün o, Təqsirləndirilən şəxs1 xahişi əsasında ayıq sürücü kimi oraya getmiş, «Rose bar» restoranında və ya istirahət mərkəzinin ərazisində yerləşən başqa obyektdə istirahət etməmiş, dava-dalaş hadisəsi isə onun gözünün qarşısında baş verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 10 iyun 2023-cü il tarixdə, saat 22:00 radələrində «Orxan» adlı dostu ilə birlikdə «Rose bar» adlı restoranın açılış mərasimində iştirak etmək üçün «X17» istirahət mərkəzinə getmişdir. Oraya getdikdən sonra «Rose bar» adlı restoranın kabinetlərinin birində əyləşmişdir. Həmin kabinetdə onlardan başqa soyadlarını və ata adlarını bilmədiyi «Anar», «İlkin», «Rəsul» və «Murad» adlı tanışları da olmuşdur. Restoranda çörək yeyib alkoqollu içki qəbul etmişdir. 11 iyun 2023-cü il tarixdə, saat 03:40 dəqiqədə restorandan çıxaraq əylənmək üçün başqa bir restorana piyada şəkildə keçid edərkən restoranın girişinə çoxlu sayda insanların toplaşdığını görmüşdür. Dostları buna əhəmiyyət verməyərək oradan uzaqlaşsalar da, o, mübahisə edən şəxslərdən birinin tanış olmasını görmüşdür. Həmin şəxs Zərərçəkmiş şəxs1 olmuşdur. O, Elnuru 10 iyun 2023-cü il tarixdə, saat 23:30 radələrində «Rose bar» adlı restoranda gördüyündən yanına yaxınlaşaraq salamlaşmışdır. Elnur da restoranda «Cavad» və «Eldar» adlı şəxslərlə, həmçinin tanımadığı başqa şəxslərlə əyləşib istirahət etmişdir. O, «Cavad» və «Eldar» adlı şəxsləri də «TT Fight club» adlı idman zalından tanımışdır. 11 iyun 2023-cü il tarixdə, saat 03:40 radələrində «Rose bar» adlı restoranın giriş hissəsində mübahisə edən şəxslərdən birinin Elnur olmasını, əynində köynəyin olmadığını, ətrafdakıların Elnuru sakitləşdirməyə çalışdıqlarını görüb bunun üçün Elnuru tanıdığından o da Elnurun yanına getmişdir. Elnurun mübahisə zamanı yanına yaxınlaşdıqda çox sərxoş olduğunu görüb mübahisənin daha da böyüməməsi üçün qucaqlayıb kənara çəkmək istəmişdir ki, Elnur anidən onu kənara itəlyib qaçaraq mübahisə etdiyi şəxslərin üzərinə gedərək həmin adamların birini əli ilə vurmuşdur. Elnur onu itləyib qaçarkən qolunda fiziki ağrı yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 10 iyun 2023-cü il tarixdə Elnur onu «X17» istirahət mərkəzinə dəvət etmiş, həmin gün orada «Jah Khalib» adlı musiqiçinin konserti nəzərdə tutulmuşdur. O, həmin gün saat 22:00 radələrində oraya getmiş və o vaxt konsert artıq bitmişdi. Elnur ilə kotteclərin yanında görüşmüş, Elnurun yanında Cavad və Eldar adlı şəxslər olmuşdur. Həmçinin Elnurun yanında bir neçə ümumiyyətlə tanımadığı şəxslər də olmuşdur. Onlar bir müddət birlikdə orada oturub biraz əyləndikdən sonra istirahət mərkəzinin ərazisində yerləşən «Rose Bar» adlı restorana getmək qərarına gəlmişlər. Oraya gəldikdə o, Elnurun dostları ilə birlikdə əyləşmiş və istirahət edib spirtli içki qəbul etmişdir. Restoranda əyləşdikdən bir müddət sonra orada olan tanımadığı sonradan adını bildiyi «Elmir» adlı şəxs bir neçə dəfə onun əyləşdiyi masaya yaxınlaşaraq Elnura birlikdə spirtli içki qəbul etməyi təklif etmişdir. Həmçinin Elmir masaya yaxınlaşdıqda yanında bir neçə iri bədən quruluşlu şəxslər də olmuşdur. Bir müddət sonra o, Elnur və Eldar masadan durub hamı ilə sağollaşaraq kotteclər tərəfə getmişlər. Kottecdə olduqları zaman Elnuru kimsə çağırmışdır. O, Elnuru çağıran adamın kim olduğunu bilməmişdir. Eldar onu tək qoymamaq üçün kottecdə qalmış, Elnur isə çağıran adamın yanına getmişdir. O, bildiyi qədər Elnur «Rose bar» restoranına qayıtmışdır. Təxminən yarım saat ərzində o, Eldarla birlikdə Elnuru kottecdə gözləmişdir. Bundan sonra Eldara zəng gəlmiş və zəng edən şəxs Elnurun dalaşdığını söyləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 10 iyun 2023-cü il tarixdə «X17» istirahət mərkəzinə rəfiqəsi Turanə ilə birlikdə saat təxminən 22:30 radələrində getmişdir. «Sea Breeze» istirahət mərkəzinin ərazisində rəfiqəsi avtomobili idarə edərkən yolun qırağında bir nəfər əvvəl tanımadığı şəxs əl edib saxlatdıraraq dostunu və özünü «Rose Bar» adlı restorana aparmağını xahiş etmişdir. Onlar həmin şəxsləri tanımamış və həmin gün tanış olmuşlar. Həmin yerdən «Rose bar»a kimi bir az uzaq olduğu üçün Turanə həmin şəxslərin xahişini yerə salmamış və həmin şəxslər avtomobilə əyləşmişlər. Yolda onlar tanış olmuş, birinin adı Cavad digərinin isə adı Vüqar olmuşdur. Artıq restorana çatdıqda həmin şəxslər birlikdə vaxt keçirməyi və «Rose bar» restoranına gəlməyi təklif etmişlər. O da rəfiqəsi ilə birlikdə razılaşıb həmin restoranda eyni masa arxasında oturmuşlar. Təxminən 10-15 dəqiqə sonra isə hissə-hissə bir neçə nəfər şəxs gələrək masada əyləşmiş, gələn adamların içində bir neçə oğlan və qadınlar olmuşdur. Həmin vaxt o qiyabi olaraq tanıdığı «Elmir» adlı şəxsin bir neçə dəfə masaya yaxınlaşaraq orada əyləşən oğlanlarla sağlıq deyib spirtli içki qəbul etdiyini görmüşdür. O, artıq çox adamın yığıldığını görüb tanımadığı şəxslərin ətrafında oturmaq istəməmiş, buna görə də oradan getmək qərarına gəlmişdir. Bu barədə rəfiqəsinə dedikdə, sonuncu burada maraqlı olduğunu və onunla gəlməyəcəyini bildirib məclisdə qalmışdır. Buna görə o, tək «Rose bar» restoranından çıxaraq rezervasiya etdiyi «Dzenn» adlı restorana getmiş və səhər saat təxminən 06:00 radələrinədək tək orada əylənib vaxt keçirmişdir. Gecə saat 04:00 radələrində rəfiqəsi Turanə «WhatsApp» ani mesajlaşma proqramında ona yazaraq «Rose bar» restoranında dalaşma olduğunu bildirmişdir. O, buna reaksiya bildirməmiş və olduğu restoranda qalmışdır. Bundan sonra isə səhər saatlarında o, rəfiqəsi ilə kotteclər tərəfdə görüşüb evə getmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, vətənində gəzmək və istirahət etmək üçün 30 may 2023-cü il tarixdə daimi yaşadığı Moskva şəhərindən Bakıya gəlmişdir. 11 iyun 2023-cü il tarixdə qız rəfiqəsi olan «Leyla» ilə birlikdə saat 13:00 radələrində taksi avtomobili ilə Nardaran qəsəbəsində yerləşən «X17» istirahət mərkəzinə dincəlmək üçün getmişlər. Oraya çatıb birlikdə «X19» adlı restorana tərəf piyada gedən zaman təsadüfən tanışı Elnuru, yanında isə digər tanışı Eldarı görmüşdür. Ona görə də onlar birlikdə restoranın içərisində yerləşən hovuzun kənarında yeyib-içməyə başlamışlar. Bir qədər sonra onun yanına adlarını bilmədiyi bir neçə nəfər xanım və bir neçə nəfər cavan oğlan da gəlmişdir. Sonradan qoşulan oğlanlar Elnurun dostları olmuş və o, həmin şəxsləri şəxsən tanımamışdır. Onlardan yalnız birinin adının «Cavad» olduğunu orada öyrənmişdir. «Cavad» adlı şəxs hündür, yekəpər, idmançı cüssəli olmuşdur. Həmin gün restoranın içərisində nəsə konsert tədbiri də nəzərdə tutulduğu üçün saat 18:00 radələrinə yaxın restoranın əməkdaşları hovuzun kənarında əyləşənləri qaldırıb xahiş etmişlər ki, konsertə hazırlıq işləri ilə əlaqədar ərazini boşaltsınlar. Spirtli içki qəbul etdiyi üçün özünü çox pis hiss etməyə başlamışdır. Ona görə də dostları ilə birlikdə həmin vaxt restoranın çölündə dostları ilə birlikdə olan Elnura mobil telefonla özünü pis hiss etdiyini bildirib xahiş etmişdir ki, onu restorandan götürsünlər. Elnur da gəlib onu oradan kirayəyə götürülən villaya aparmışdır. Onun tam sərxoş vəziyyətdə olduğunu görən rəfiqəsi Leyla isə çıxıb getmişdi. O, villada olan çarpayıda uzanmış və sərxoş olduğu üçün yuxuya getmişdir. Gecə saat 04:00 radələrində o, qapının bərkdən döyülməsi səsinə oyanmışdır. O, oyananda isə artıq Elnur, Cavad və yanında olan şəxslər villanın içərisində əsəbi vəziyyətdə olmuşlar. Həmin adamların bu narahat və əsəbi vəziyyətlərini görüb nə baş verməsini soruşsa da, heç kim ona bir söz deməyərək: - «Sən yat, yat. Sənlik bir iş yoxdur, səhər danışarıq» bildirmişlər. Bundan sonra bir söz deməyib yatmağa davam etmişdir. Səhər saat 11:00 radələrində istirahət mərkəzinin əməkdaşları villaya gəlib onu oyatmışlar. 11 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Nardaran qəsəbəsi ərazisində yerləşən «X17» istirahət mərkəzində Elnur, Cavad və qeydlərinin iştirak etdiyi kütləvi dava-dalaşda o iştirak etməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai Şahid4 ifadəsində göstərmişdir ki, 10 iyun 2023-cü il tarixdə, günorta saat 12:00 radələrindən etibarən o, dostu Elnurla birlikdə «X17» istirahət mərkəzində olmuş, birlikdə zaqar alıb baseynin kənarında spirtli içki içib yemək yeyərək istirahət etmişdir. Həmin gün axşam «Rose bar» restoranının açılışı olmuş, habelə «Jah Khalib» adlı məşhur müğənninin solo konserti nəzərdə tutulmuşdur. O özü gün ərzində çoxlu spirtli içki qəbul etdiyi üçün uşaqların kirayəyə götürdüyü «White Vİİİ-2» adlanan villalar məhəlləsinin 18 nömrəli villasında dincəlmişdir. Elnur, Toğrul, Cavad, Vüqar və Toğrulun adını bilmədiyi qohumu isə qızlarla birlikdə «Rose bar» restoranında olmuşlar. Həmin qızlardan yalnız Elnurun yanında olan «Fira» adlı qızı tanımış, digər qızların kim olduğunu bilməmişdir. O cəmi bir dəfə həmin restorana baş çəkib Elnurgilin masasında oturub içki içmiş və təsadüfən rastlaşdığı Elmirlə də orada görüşmüşdür. Elnur da yanındakı şəxslərlə bir yerdə öz masalarında qızlarla birlikdə yeyib-içirdilər. O, Elmirin masasına yaxın düşmədiyi üçün Elmirin konkret olaraq kimlərlə oturmasını bilməmişdir. O, bir saata yaxın Elnurun masasında oturduqdan sonra yenidən villaya qayıdaraq orada dincəlmişdir. Ona görə də restoranda və həyətdə nələrin baş verməsini bilməmişdir. Gecə saat 04 radələrində o, villada yatan zaman Vüqar ona zəng edərək soruşmuşdur ki, «sən hardasan?». O, otaqda yatdığını dedikdə Vüqar dava düşdüyünü bildirmişdir. O, dərhal əynini geyinib villadan həyətə çıxmış və 5-10 metr piyada hərəkət etdikdən sonra Cavad, Elnur, Vüqar, Toğrul, istirahət mərkəzinin mühafizəçiləri və tanımadığı şəxslərin villaya tərəf gəldiklərini görmüşdür. Cavad əsəbi olduğu üçün villanın elektron, yəni kartla işləyən qapısını əlləri ilə sıxıb sındırmış və cəftəsini yerindən çıxarmışdır. Buna baxmayaraq qapı açılmamışdır. Ona görə də o, villanın arxa tərəfindəki iri pəncərə jalyüzünün açıq olmasından istifadə edib otağa daxil olmuş və içəridən kart vasitəsi ilə qapını açaraq uşaqları içəri buraxmışdır. Elnur və digər dostların danışdıqlarından belə başa düşmüşdür ki, onlar Elmir və dostları ilə dalaşıblar. O isə bu hadisələrin heç birini görməmişdir. Onlar davaya görə polislərin gələcəyini düşünüb az müddət sonra istirahət mərkəzini tərk etmişlər. Oradan birlikdə «Astoria» otelinin kottecinə gedib bir villa kirayələyərək orada gecələmişlər. O Elnuru görəndə onun üzündə xəsarət olmuş, Cavadda xəsarətin olubolmamasını bilməmiş, Vüqarda isə ümumiyyətlə xəsarət olmamışdır. O, baş vermiş davadalaş prosesini ümumiyyətlə görməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxs tərəfindən verilmiş 1340 saylı, 14 iyun 2023-ci il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs1 sağ yanaq nahiyəsinin dərialtı hematoması və əzilmiş yaraları, sol göz almasının ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözyuvası ətrafı nahiyənin qançırı, alın, sağ dirsək oynağı və sol said nahiyələrinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk-küt əşya təsirindən törənmişdir, kənar şəxs tərəfindən yetirilə bilər, müddəti qərarda göstərilən 11 iyun 2023-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə sağ yanaq nahiyəsinin dərialtı hematoması və əzilmiş yaraları, sol göz almasının ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözyuvasıətrafı nahiyənin qançırı ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir; alın, sağ dirsək oynağı və sol said nahiyələrinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Lokalizasiya və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxs tərəfindən verilmiş 1342 saylı, 14 iyun 2023-ci il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs2 üst və alt dodağın selikli qişa səthinin əzilmiş yaraları, üst çənədə sağda V dişin tac hissəsinin travmatik sınığı və dişdibi yumşaq toxumalara qansızma; boyun, sol qalça və sol diz oynağı nahiyələrinin qançırları, oynaqda qismən hərəkət məhdudluğu və ağrı simptomu ilə müşayiət olunan sağ dirsək oynağının dərialtı hematoması müəyyən edildi. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, kənar şəxs tərəfindən yetirilə bilər, müddəti qərarda göstərilən 11 iyun 2023-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə üst və alt dodağın selikli qişa səthinin əzilmiş yaraları, üst çənədə sağda V dişin tac hissəsinin travmatik sınığı və dişdibi yumşaq toxumalara qansızma, oynaqda qismən hərəkət məhdudluğu və ağrı simptomu ilə müşayiət olunan sağ dirsək oynağının dərialtı hematoması ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir; boyun, sol qalça və sol diz oynağı nahiyələrinin qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Lokalizasiya və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. 11 iyun 2023-cü il tarixdə qeydə alınan videogörüntüdən bir ədəd sərt diskə baxış keçirilərək müəyyən olmuşdur ki, 11 iyun 2023-cü il tarixdə, saat 03:39 radələrində əynində şalvar, göbəkdən yuxarı hissədən isə çılpaq vəziyyətdə olan iş üzrə dindirilmiş Zərərçəkmiş şəxs1 əsəbi vəziyyətdə olması, əl-qol hərəkətləri etməsi yanında olan şəxslərin onu sakitləşdirilməsi müəyyən edilir. Eyni zamanda Zərərçəkmiş şəxs1 yanında Zərərçəkmiş şəxs2 və digər şəxslərin söhbət etməsi müəyyən edilmişdir. Zərərçəkmiş şəxs2 söhbət apardığı şəxslərin əhatəsini tərk edərək təkbaşına irəliyə doğru hərəkət edir. Zərərçəkmiş şəxs1 ətrafına toplaşaraq onu dayandırmaq istəyən şəxsləri özündən kənarlaşdırıb Zərərçəkmiş şəxs2 getdiyi istiqamətdə hərəkət edir. Həmin kütlənin içərisindən dava-dalaş bənzəyən aktiv hərəkətlər qeydə alınır. Bir nəfər şəxs Şahid1 qolundan yapışaraq həmin insan kütləsinin içərisindən çıxarıb iti yerişlərlə onu u oradan uzaqlaşdırır. Təqsirləndirilən şəxs3 insan kütləsinin içərisindən qaçaraq çıxıb Təqsirləndirilən şəxs1 arxasınca gəlir. Kamera görüntülərdən görünür ki, M.N.Hsənəzadə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 tələsik dava-dalaşın baş verdiyi nöqtəyə iti yerişlərlə hərəkət etməyə başlamışlar. İş üzrə Azercell Telekom MMC-dən alınmış 27 noyabr 2023-cü il tarixdə alınmış məktubdan görünür ki, 050 697 72 32 nömrəli mobil telefon nömrəsinin Azercell şəbəkəsində istifadəsi aşkar edilməmişdir. 050 982 17 16 mövcud olan zənggəlrin siyahısı, SMS siyahısı və əhatə dairəsinə dair məlumatlar olan disk isə iş materialları arasında saxlanılmışdır. **********16 **********0053 xx.xx.2023 32 ARAYANİN Hesen Aliyev kuc 509821716 22:42 CELL İD-si **********16 **********3644 xx.xx.2023 22 ARAYANİN Hesen Aliyev kuc 509821716 22:56 CELL İD-si ********** 00**********16 xx.xx.2023 29 ARANANİN Hesen Aliyev kuc 509821716 22:57 CELL İD-si ********** 00**********16 xx.xx.2023 42 ARANANİN Hesen Aliyev kuc 509821716 23:02 CELL İD-si **********16 **********0053 xx.xx.2023 37 ARAYANİN Hesen Aliyev kuc 509821716 23:48 CELL İD-si **********16 **********9501 xx.xx.2023 82 ARAYANİN Hesen Aliyev kuc 509821716 23:49 CELL İD-si **********58 00**********16 xx.xx.2023 SMS ARANANİN Suvelan.DYS 509821716 8:18 CELL İD-si ********** 00**********58 xx.xx.2023 62 ARANANİN Zaqulba,Preziden 508757558 16:50 CELL İD-si t İqametgahi,XDM X qulle. **********58 **********8885 xx.xx.2023 30 ARAYANİN Baki s-ri Sabuncu 508757558 17:56 CELL İD-si r-nu Rovshen Salman 21 ********** 00**********58 xx.xx.2023 14 ARANANİN Suvelan. 508757558 19:56 CELL İD-si ********** 00**********58 xx.xx.2023 40 ARANANİN Suvelan. 508757558 20:48 CELL İD-si **********58 **********7374 xx.xx.2023 30 ARAYANİN Baki sh., Xezer r- 508757558 21:28 CELL İD-si nu, Qala qes.,Shimal hissesi (Atcicliq) **********58 **********2040 xx.xx.2023 78 ARAYANİN Absheron,Yeni- 508757558 21:37 CELL İD-si Suraxani qese.shiimal-qerb hissesi **********58 **********2040 xx.xx.2023 101 ARAYANİN Absheron r-nu, 508757558 21:38 CELL İD-si X13. **********58 **********0700 xx.xx.2023 40 ARAYANİN Mikayil Huseynov 508757558 23:31 CELL İD-si kuc,Milli park ********** 00**********58 xx.xx.2023 5 ARANANİN Baki sh. , 20-ci 508757558 23:55 CELL İD-si sahe X18, **********58 00**********16 xx.xx.2023 SMS ARAYANİN Sumqait 508757558 8:18 CELL İD-si akart 00**********58 xx.xx.2023 SMS ARANANİN Suvelan. 508757558 14:04 CELL İD-si 99********** 00**********58 xx.xx.2023 SMS ARANANİN Absheron,Yeni- 508757558 18:35 CELL İD-si Suraxani qese.shiimal-qerb hissesi 9600 00**********58 xx.xx.2023 SMS ARANANİN Suvelan. 508757558 3:24 CELL İD-si 2500 00**********58 xx.xx.2023 SMS ARANANİN Xezer 508757558 16:50 CELL İD-si ray.,Zaqulba ticaret merkezi 2500 00**********58 xx.xx.2023 SMS ARANANİN Xezer 508757558 16:50 CELL İD-si ray.,Zaqulba ticaret merkezi İş üzrə Azercell Telekom MMC-dən alınmış Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 050 578 30 74, Təqsirləndirilən şəxs4 istifadəsində olmuş 050 *** ** ** zənggəlrin siyahısı, əhatə dairəsinə dair məlumatlar olan disk isə iş materialları arasında saxlanılmışdır. ******** 00******* xx.xx.20 27 ARANANİN Suvelan. 50875 ** ***58 23 1:40 CELL İD-si 7558 ******** 00******* xx.xx.20 9 ARANANİN Suvelan. 50875 ** ***58 23 1:47 CELL İD-si 7558 ******** ********** xx.xx.20 18 ARAYANİN Suvelan. 50875 **58 1550 23 3:15 CELL İD-si 7558 ******** ********** xx.xx.20 8 ARAYANİN Suvelan. 50875 **58 1550 23 3:25 CELL İD-si 7558 ******** 00******* xx.xx.20 12 ARANANİN Xezer ray.,Zaqulba ticaret 50875 ** ***58 23 3:42 CELL İD-si merkezi 7558 ******** ********** xx.xx.20 19 ARAYANİN Sabunchu r-nu, Nardaran qes. 50875 **58 7787 23 4:19 CELL İD-si 7558 ******** ********** xx.xx.20 9 ARAYANİN Sabunchu r-nu, Nardaran qes. 50875 **58 0403 23 4:21 CELL İD-si 7558 ******** 00******* xx.xx.20 16 ARANANİN Sabunchu r-nu, Nardaran qes. 50875 ** ***58 23 4:24 CELL İD-si 7558 ******** 00******* xx.xx.20 36 ARANANİN Sabunchu r-nu, Nardaran qes. 50875 ** ***58 23 4:24 CELL İD-si 7558 ******** 00******* xx.xx.20 40 ARANANİN Baki sh.,Bilgeh qes.,740 sayli 50875 ** ***58 23 4:35 CELL İD-si bag. 7558 ******** ********** xx.xx.20 37 ARAYANİN Sabuncu r-nu, Bilgeh - Jumeirah 50875 **58 1134 23 4:38 CELL İD-si Hotel 7558 ******** ********** xx.xx.20 63 ARAYANİN Zaqulba qes., R.İmanov kuc 50875 **58 1134 23 4:39 CELL İD-si 7558 ******** ********** xx.xx.20 4 ARAYANİN Suvelan. 50875 **58 0053 23 4:44 CELL İD-si 7558 ******** ********** xx.xx.20 28 ARAYANİN Suvelan. 50875 **58 0147 23 4:52 CELL İD-si 7558 ******** ********** xx.xx.20 30 ARAYANİN Suvelan. 50875 **58 0147 23 4:52 CELL İD-si 7558 ******** 00******* xx.xx.20 62 ARANANİN Zaqulba,Prezident 50875 ** ***58 23 16:50 CELL İD-si İqametgahi,XDMX qulle. 7558 ******** ********** xx.xx.20 30 ARAYANİN Baki s-ri Sabuncu r-nu Rovshen 50875 **58 8885 23 17:56 CELL İD-si Salman 21 7558 ******** 00******* xx.xx.20 14 ARANANİN Suvelan. 50875 ** ***58 23 19:56 CELL İD-si 7558 ******** 00******* xx.xx.20 40 ARANANİN Suvelan. 50875 ** ***58 23 20:48 CELL İD-si 7558 ******** ********** xx.xx.20 30 ARAYANİN Baki sh., Xezer r-nu, Qala 50875 **58 7374 23 21:28 CELL İD-si qes.,Shimal hissesi (Atcicliq) 7558 ******** ********** xx.xx.20 78 ARAYANİN Absheron,Yeni-Suraxani 50875 **58 2040 23 21:37 CELL İD-si qese.shiimal-qerb hissesi 7558 ******** ********** xx.xx.20 101 ARAYANİN Absheron r-nu, X13. 50875 **58 2040 23 21:38 CELL İD-si 7558 ******** ********** xx.xx.20 40 ARAYANİN Mikayil Huseynov kuc,Milli park 50875 **58 0700 23 23:31 CELL İD-si 7558 ******** 00******* xx.xx.20 5 ARANANİN Baki sh. , 20-ci sahe X18, 50875 ** ***58 23 23:55 CELL İD-si 7558 ******** 00******* xx.xx.20 SMS ARAYANİN Sumqait 50875 **58 ***16 23 8:18 CELL İD-si 7558 akart 00******* xx.xx.20 SMS ARANANİN Suvelan. 50875 ***58 23 14:04 CELL İD-si 7558 99***** 00******* xx.xx.20 SMS ARANANİN Absheron,Yeni-Suraxani 50875 ***** ***58 23 18:35 CELL İD-si qese.shiimal-qerb hissesi 7558 9600 00******* xx.xx.20 SMS ARANANİN Suvelan. 50875 ***58 23 3:24 CELL İD-si 7558 2500 00******* xx.xx.20 SMS ARANANİN Xezer ray.,Zaqulba ticaret 50875 ***58 23 16:50 CELL İD-si merkezi 7558 2500 00******* xx.xx.20 SMS ARANANİN Xezer ray.,Zaqulba ticaret 50875 ***58 23 16:50 CELL İD-si merkezi 7558 İş materiallarında olan məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının B.Ə.S.İ.İ-i tərəfindən doldurulmuş 06 iyul 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının B.Ə.S.İ.İ-i tərəfindən doldurulmuş 06 iyul 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının B.Ə.S.İ.İ-i tərəfindən doldurulmuş 06 iyul 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının B.Ə.S.İ.İ-i tərəfindən doldurulmuş 06 iyul 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən- xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən törədilmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, zərərçəkmiş şəxs, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, iş materiallarında olan videodisk və digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən- xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən törədilmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, zərərçəkmiş şəxs, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, iş materiallarında olan videodisk və digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən- xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən törədilmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, zərərçəkmiş şəxs, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, iş materiallarında olan videodisk və digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən- xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən törədilmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, zərərçəkmiş şəxs, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, iş materiallarında olan videodisk və digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs4 əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməməsi barədə məhkəmə iclasında verdiyi ifadələr özünü müdafiə xarakteri daşıyır, məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Onun verdiyi ifadə məhkəmə iclasında dindirilmiş, elan edilmiş zərərçəkmiş şəxs, şahid ifadələri, ekspertiza rəyləri, videodisk, sərt disk və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 ifadəsinə tənqidi yanışır. Çünki ifadə məhkəmə iclasında araşdırılmış sübutlarla təkzib olunur. Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməməsi barədə məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır, məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Onun verdiyi ifadə məhkəmə iclasında dindirilmiş, elan edilmiş zərərçəkmiş şəxs, şahid ifadələri, ekspertiza rəyləri, videodisk,sərt disk və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib olunur. Məhkəmə Təqsirləndirilən şəxs2 ifadəsinə tənqidi yanışır. Çünki ifadə məhkəmə iclasında araşdırılmış sübutlarla təkzib olunur. Təqsirləndirilən şəxs3 özünü təqsirli bilməməsi barədə məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır, məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Onun verdiyi ifadə məhkəmə iclasında dindirilmiş, elan edilmiş zərərçəkmiş şəxs, şahid ifadələri, ekspertiza rəyləri, videodisk, cinayət işinin materiallarında olan digər sübutlarla təkzib olunur. Məhkəmə Təqsirləndirilən şəxs3 ifadəsinə tənqidi yanışır. Çünki ifadə məhkəmə iclasında araşdırılmış sübutlarla təkzib olunur. Təqsirləndirilən şəxs4 özünü təqsirli bilməməsi barədə məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır, məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Onun verdiyi ifadə məhkəmə iclasında dindirilmiş, elan edilmiş zərərçəkmiş şəxs, şahid ifadələri, ekspertiza rəyləri, videodisk, cinayət işinin materiallarında olan digər sübutlarla təkzib olunur. Məhkəmə Təqsirləndirilən şəxs4 ifadəsinə tənqidi yanışır. Çünki məhkəmə iclasında araşdırılmış sübutlarla təkzib olunur. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs1 əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Təqsirləndirilən şəxs2 cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Təqsirləndirilən şəxs3 cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Təqsirləndirilən şəxs4 əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən törədilmə görə- iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə məsuliyyətə cəlb olunmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət törətməsini, ona qarşı şikayət və tələbin olmamasını (bu barədə notarial qaydada ərizə), müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə məsuliyyətə cəlb olunmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət törətməsini, ona qarşı şikayət və tələbin olmamasını (bu barədə notarial qaydada ərizə) Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 ilk dəfə məsuliyyətə cəlb olunmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət törətməsini, ona qarşı şikayət və tələbin olmamasını (bu barədə notarial qaydada ərizə) Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs3 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə X4 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs4 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs4 ilk dəfə məsuliyyətə cəlb olunmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət törətməsini, ona qarşı şikayət və tələbin olmamasını (bu barədə notarial qaydada ərizə), onun yetkinlik yaşına çatmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs4 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan 13 iyun 2023-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 13 iyun 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdən saat 16:10 radələrindən tutulmuş hesab edilmişdir (cild 01, səh.,52). Cinayət işinin materiallarında olan 15 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (cild 01, səh., 217). Təqsirləndirilən şəxs1 dindirilməsi 15 iyun 2023-cü il tarixdə, saat 12:10 radələrində başlamış, həmin tarixdə saat 12:20 radələrində bitmişdir. Cinayət işinin materiallarında olan 4(008)392/2023 saylı, 15 iyun 2023-cü il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 13 iyun 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) aü müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 02, səh., 26). Cinayət işinin materiallarında olan 13 iyun 2023-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 13 iyun 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdən saat 17:40 radələrindən tutulmuş hesab edilmişdir (cild 01, səh.,76). Cinayət işinin materiallarında olan 15 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (cild 01, səh., 229). Təqsirləndirilən şəxs2 dindirilməsi 15 iyun 2023-cü il tarixdə, saat 13:10 radələrində başlamış, həmin tarixdə saat 13:20 radələrində bitmişdir. Cinayət işinin materiallarında olan 4(008)394/2023 saylı, 15 iyun 2023-cü il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 13 iyun 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) aü müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 02, səh., 40). Cinayət işinin materiallarında olan 13 iyun 2023-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 13 iyun 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdən saat 19:25 radələrindən tutulmuş hesab edilmişdir (cild 01, səh.,101). Cinayət işinin materiallarında olan 15 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (cild 01, səh., 241). Təqsirləndirilən şəxs3 dindirilməsi 15 iyun 2023-cü il tarixdə, saat 13:40 radələrində başlamış, həmin tarixdə saat 13:50 radələrində bitmişdir. Cinayət işinin materiallarında olan 4(008)393/2023 saylı, 15 iyun 2023-cü il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 13 iyun 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) aü müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 02, səh., 33). Cinayət işinin materiallarında olan 13 iyun 2023-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, X6 13 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdən saat 20:50 radələrindən tutulmuş hesab edilmişdir (cild 01, səh.,129). Cinayət işinin materiallarında olan 15 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (cild 01, səh., 202). Təqsirləndirilən şəxs4 dindirilməsi 15 iyun 2023-cü il tarixdə, saat 11:30 radələrində başlamış, həmin tarixdə saat 11:40 radələrində bitmişdir. Cinayət işinin materiallarında olan 15 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs4 müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində «nəzarət altına vermə» qətimkan tədbiri seçilmişdir (cild 01, səh., 213 ) Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamın 1.1-ci maddəsinə əsasən həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsi mümkünlüyü araşdırılmalıdır. Həmin Sərəncamın 10.5-ci maddəsinə əsasən həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməli, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməli, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılmalıdır. Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara aşağıdakı cəza növləri təyin edilir: 85.1.1. cərimə; 85.1.2. ictimai işlər; 85.1.3. islah işləri; 85.1.3-1. azadlığın məhdudlaşdırılması; 85.1.4. müəyyən müddətə azadlıqdan məhrum etmə. Həmin Məcəllənin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə uyğun olaraq, uşaqların hüquq və vəzifələri 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsə aid edilir. Konstitusiyaya uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquqi təsir vasitələrinin səmərəli olması onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olunmasına xidmət edir. Cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatma və anlaqlılıq zəruri şərt hesab olunur. Cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. On dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, oğurluğa, soyğunçuluğa, quldurluğa və s. əməllərə görə cinayət məsuliyyətinə cəlb edilir. İctimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman bu Məcəllədə nəzərdə tutulmuş yaş həddinə çatmamış şəxslər barəsində görülən tədbirlər və həmin tədbirlərin tətbiqi qaydası müvafiq qanunla müəyyən edilir. Göründüyü kimi, Cinayət Məcəlləsində, bir qayda olaraq, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması üçün cinayət törədərkən on altı yaşına çatması tələb olunur. Bir sıra hallarda isə qanunverici törədilən cinayətin xarakterini, qəsdən törədilməsini, belə əməllərin kriminal xarakterini dərk etmək qabiliyyətinə malik olmanı və digər halları nəzərə alaraq ayrı-ayrı cinayətlərə görə cinayət məsuliyyətinə cəlb etmək üçün zəruri yaş həddini on dörd yaş hesab edir. Qanunverici 14 yaşından 18 yaşına qədər olan şəxsləri yetkinlik yaşına çatmayanlar qrupuna aid edərkən onların kifayət qədər əqli yetişkənliyə çatmadıqlarını və həyat təcrübələrinin az olmasını nəzərə almışdır. Bu səbəbdən də cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə məsuliyyətin həlli və cəza təyini zamanı onların həyat və tərbiyə şəraitinin, psixi inkişaf səviyyəsinin, onun şəxsiyyətinin digər xüsusiyyətlərinin və kənar şəxslərin ona təsirinin nəzərə alınmasını məcburi sayır. Qanunverici cinayətin subyekti qismində çıxış edən yetkinlik yaşına çatmayan şəxslər barəsində cinayət mühakimə icraatının aparılmasının xüsusi qaydalarını, habelə bu kateqoriya şəxslərə münasibətdə tətbiq oluna biləcək məhdud sayda cəza növləri nəzərdə tutmaqla onların bu sahədə hüquq və azadlıqlarının təmin edilməsinə xüsusi diqqətlə yanaşmışdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, uşaqların müdafiəsi siyasəti Azərbaycan Respublikasının dövlət siyasətinin tərkib hissəsidir. Uşaqların hüquq və azadlıqlarının qorunması, uşaqların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, onların qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin prioritet istiqamətlərini təşkil edir. Bu baxımdan Cinayət və Cinayət-Prosessual Məcəllələrində, eləcə də «Uşaq hüquqları haqqında» Qanunda cinayət icraatı qaydalarının uşaqlara tətbiqinin ayrıca xüsusiyyətləri nəzərdə tutulmuşdur. Adıçəkilən Qanunun 42-ci maddəsinə görə, uşaqlar barəsində məhkəməyədək icraatın, həmçinin birinci, apellyasiya və kassasiya instansiyaları icraatının xüsusiyyətləri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilir. Uşaqların törətdikləri cinayətlər üzrə məhkəməyədək icraat yalnız ibtidai istintaq şəklində aparılır. Uşaqlar barəsində həbsə alma qətimkan tədbirinin tətbiq edilməsinə yalnız onlara az ağır zorakı cinayətin, habelə ağır və ya xüsusilə ağır cinayətin törədilməsi istinad edildikdə yol verilir. Uşaqların azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbirləri məhkəmələr tərəfindən yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə təyin edilməlidir. Qeyd olunmalıdır ki, yetkinlik yaşına çatmayanlara təyin edilə biləcək cəza növləri müəyyən edilərkən onların əqli və iradəvi xüsusiyyətlərinin, cinayətin törədilməsi hallarının, eləcə də cəmiyyətdə olan faydalı roluna uyğun olaraq yenidən inteqrasiyasına yardım etmiş olmasının nəzərə alınması tələbi beynəlxalq hüquq normalarından da irəli gəlir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 40-cı maddəsinə müvafiq olaraq, iştirakçı dövlətlər cinayət qanunvericiliyini pozmuş hesab edilən, onu pozmaqda təqsirləndirilən və ya təqsirli sayılan hər bir uşağın onunla elə bir rəftar hüququnu tanıyırlar ki, belə rəftar uşaqda ləyaqət və mənlik hislərinin inkişafına kömək edir, uşaqda insan hüquqlarına və başqalarının əsas azadlıqlarına hörmət hissini möhkəmləndirir və bu zaman uşağın yaşını və onun reinteqrasiyasına və cəmiyyətdə faydalı rol oynamasına kömək göstərilməsinin arzu edildiyini nəzərə alır. Beynəlxalq hüquq normalarına uyğun olaraq formalaşmış yeni yanaşmaya görə yetkinlik yaşına çatmayan şəxs cinayəti işləmiş kimi deyil, cinayəti törədəcək şəraitə düşürülmüş şəxs kimi qiymətləndirilir. Bu yanaşma uşağı bir cinayətkar olaraq görmür və cinayətə yönəldildiyini qəbul etməklə, onu da cinayətin müəyyən mənada qurbanı kimi qəbul edir. Lakin bu vəziyyət cinayət törətmiş uşağın cəzasız qalacağı mənasına gəlməməli, tətbiq ediləcək sanksiya uşağın vəziyyətinə və törətdiyi əmələ uyğun və mütənasib olmalıdır. «Xuliqanlıq işləri yzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarından görünür ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qaydadedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. 3. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədənailədə,mənzildə,qohumlar arasında,şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə,sağlamlığa zərər vurma, əmlakı dağıtma vəbu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçünəsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqacinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur.Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimaiqaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadəedən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndiriləbilər. Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qaydadedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. Məhkəmə, təqsirləndirilən şəxs X1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, az ağır cinayət törətməsini, onun onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümükülüyünü, zərərçəkmiş şəxslərin şikayət və tələbin olmamasını, onun müsbət xarakterizə olunmasını, işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, az ağır cinayət törətməsini, onun onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümükülüyünü, zərərçəkmiş şəxslərin şikayət və tələbin olmamasını, onun müsbət xarakterizə olunmasını, işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs3 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, az ağır cinayət törətməsini, onun onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümükülüyünü, zərərçəkmiş şəxslərin şikayət və tələbin olmamasını, onun müsbət xarakterizə olunmasını, işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs4 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, az ağır cinayət törətməsini, onun onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümükülüyünü, törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslərin şikayət və tələbin olmamasını, onun yetkinlik yaşına çatmadığını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi həbsdə saxlandığı 13 iyun 2023-cü il tarixdən 06 mart 2024-cü il tarixə kimi həbsdə olduğu «08» (səkkiz) ay, «22» (iyirmi iki) gün müddət nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, X2 şübhəli şəxs kimi həbsdə saxlandığı 13 iyun 2023-cü il tarixdən 06 mart 2024-cü il tarixə kimi həbsdə olduğu «08» (səkkiz) ay, «22» (iyirmi iki) gün müddət nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 şübhəli şəxs kimi həbsdə saxlandığı 13 iyun 2023-cü il tarixdən 06 mart 2024-cü il tarixə kimi həbsdə olduğu «08» (səkkiz) ay, «22» (iyirmi iki) gün müddət nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 şübhəli şəxs kimi həbsdə saxlandığı 13 iyun 2023-cü il tarixdən 15 iyun 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu «02» (iki) gün müddət nəzərə alınmalı, «02» (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının «04» (dörd) gününə bərabər tutulmaqla «04» (dörd) gün ona təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası müddəti Təqsirləndirilən şəxs4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Abşeron rayonu, Sumqayıt şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 oğlu barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli, o məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 oğlu barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli, o məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli, o məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş «nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Həmin Məcəllənin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Həmin Məcəllənin 175.3-cü maddəsinə əsasən məhkəmənin həbs, ev dustaqlığı və ya girov qismində seçdiyi qətimkan tədbiri yalnız məhkəmə tərəfindən dəyişdirilə və ya ləğv oluna bilər. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut olan bir ədəd disk və yaddaş daşıyıcısı olan sərt disk cinayət işinin materialları arasında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən «01» (bir) il, «05» (beş) ay, «14» (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 13 iyun 2023-cü il tarixdən 06 mart 2024-cü il tarixə kimi həbsdə olduğu «08» (səkkiz) ay, «22» (iyirmi iki) gün müddət nəzərə alınsın, həmin müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının «01» (bir) il, «05» (beş) ay, «14» (on dörd) gün müddətinə bərabər tutulsun, hazırki hökmlə təyin olunmuş cəza çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs1 oğlu barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclas zalından həbsdən azad edilsin, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilsin və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən «01» (bir) il, «05» (beş) ay, «14» (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 13 iyun 2023-cü il tarixdən 06 mart 2024-cü il tarixə kimi həbsdə olduğu «08» (səkkiz) ay, «22» (iyirmi iki) gün müddət nəzərə alınsın, həmin müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının «01» (bir) il, «05» (beş) ay, «14» (on dörd) gün müddətinə bərabər tutulsun, hazırki hökmlə təyin olunmuş cəza çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclas zalından həbsdən azad edilsin, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilsin və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən «01» (bir) il, «05» (beş) ay, «14» (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 13 iyun 2023-cü il tarixdən 06 mart 2024-cü il tarixə kimi həbsdə olduğu «08» (səkkiz) ay, «22» (iyirmi iki) gün müddət nəzərə alınsın, həmin müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının «01» (bir) il, «05» (beş) ay, «14» (on dörd) gün müddətinə bərabər tutulsun, hazırki hökmlə təyin olunmuş cəza çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclas zalından həbsdən azad edilsin, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilsin və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən «01» (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 13 iyun 2023-cü il tarixdən, 15 iyun 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu «02» (iki) gün (saatlarla hesablanmaqla) müddət nəzərə alınsın, həmin müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən «04» (dörd) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs4 üzərində qəti olaraq «11» (on bir) ay, «26» (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə Sumqayıt şəh., Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs4 üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş «nəzarət altına vermə» qətimkan tədbiri hökm qvnuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd disk və yaddaş daşıyıcısı olan sərt disk cinayət işinin materialları arasında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar