Məhkəmə qərarları › İş №1(008)-782/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-782/2023

07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-782/2023 07.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxxxx 1982-ci il tarixdə Rusiya Federasiyasının, Stavropol vilayətində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi qaydada işləyən, heç yerdə işləməyən, orta təhsilli, əvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Neftçilər küçəsi nömrəsiz fərdi evdə yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs 05 noyabr 2022-ci il tarixdə, saat 13:00 radələrində sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi «Opel Vectra» markalı, «az ** SV ***» dövlət nömrə nişanlı avtomobillə H.Əliyev prospekti ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi istiqamətindən «Bakı Olimpiya Stadionu» istiqamətində yolun sağ tərəfdən 3-cü hərəkət zolağında 60 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 1-ci hissəsi və 42-ci maddəsinin 6-cı hissəsində göstərilən, yəni «sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli olduğu, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalı, solda hərəkət hissəsi ilə bir səviyyədə yerləşən eyni istiqamətli tramvay yolları olduqda, 5.8.1 və ya 5.8.2 nişanları ilə başqa hərəkət qaydası müəyyən edilməmişdirsə, həmin yollardan keçərək sola və geriyə dönmək lazımdır kimi tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara əməl etməyərək, hərəkətini davam etdirib «Bakı Olimpiya Stadionu»na çatmamış sağ yola dönmə əməliyyatını edərkən yolun sağ tərəfdən 1-ci hərəkət zolağında eyni istiqamətdə hərəkətdə olaraq sağ yola dönmə əməliyyatı edən Zərərçəkmiş şəxs idarə etdiyi «Tufan-S50» markalı mopedin qabaq tərəfi «X4» markalı, «az ** SV ***» dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəf hissəsi ilə toqquşaraq aşmış, nəticədə ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs sol körpücük sümüyünün yerini dəyişən qapalı sınığı ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarət yetirməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 37-ci maddəsinin 4-cü bəndində göstərilən, yəni «nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir» kimi tələblərini pozmaqla yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Neftçilər küçəsi, nömrəsiz evdə yaşayır. Fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olur. «X4» markalı, «az ** SV ***» dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir. «BC» dərəcəli sürücülük vəsiqəsi vardır. 05 noyabr 2022-ci il tarixdə, saat 12:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindən iki nəfər müştəri götürərək H.Əliyev prospekti ilə onların dediyi ünvana, 20 Yanvar dairəsinə aparmışdır. Həmin gün saat 12:50 radələrində üzü şəhər istiqamətində yolun sağ tərəfdən 3-cü hərəkət zolağı ilə hərəkətdə olmuşdur. «Bakı Olimpiya Stadionu»na çatmamış sağ tərəfə dönmə əməliyyatını həyata keçirmək üçün hazırlaşmış, yolun sağ tərəfindən 1-ci hərəkət zolağında onunla eyni istiqamətdə mopedin hərəkətdə olduğunu görmüşdür. Sağa dönmək üçün hərəkətdə olduğu 3-cü hərəkət zolağından 2-ci, sonra da 1-ci hərəkət zolağına daxil olaraq sağa dönmə əməliyyatını həyata keçirmişdir. Dönən zaman sağ tərəfdə 1-ci hərəkət zolağında hərəkətdə olan həmin moped eyni istiqamətdə dönmə əməliyyatım həyata keçirmiş və mopedin qabağı avtomobilinin arxa sağ tərəfinə ilişmiş, bir neçə metr hərəkət etdikdən moped aşmışdır. O, dərhal avtomobili saxlayaraq yerə düşmüş və həmin şəxsə yaxınlaşaraq ona kömək edib yerdən qaldırmışdır. Hərəkətdə olan avtomobillərin sürücüləri də avtomobilləri saxlayaraq hadisə yerinə yaxınlaşmış və mopedin sürücüsünə köməklik etmişlər. Sürücüdən özünü necə hiss etdiyini soruşmuş, o da heç bir şey olmadığını, özünü yaxşı hiss etdiyini bildirmişdir. O, sürücüyə təcili tibbi yardım maşını çağırmağı, hadisə barədə polisə məlumat verməyi təklif etmiş, həmin sürücü də heç bir xəsarətinin olmadığını, polisə məlumat verməyin lüzumsuz olduğunu bildirmişdir. Həmin şəxs adının Sədrəddin olduğunu bildirmiş, o, 3-4 dəqiqə onun yanında gözlədikdən bir daha sürücüdən özünü necə hiss etdiyini soruşduğu zaman həmin şəxs təkrarən özünü yaxşı hiss etdiyini bildirmişdir. Ona görə də, o, avtomobilinə əyləşmiş, güzgüdən baxdığı zaman sürücünün də mopedə əyləşərək hərəkətə başladığını görmüşdür. O, hərəkətinə davam edərək müştəriləri 20 Yanvar metrostansiyasının yanındakı dairəyə aparıb düşürtmüş və öz işləri ilə məşğul olmuşdur. 22 noyabr 2022-ci il tarixdə ona polisdən zəng gəlmiş və Sabunçu rayon Polis İdarəsinə yaxınlaşması bildirilmişdir. O, Sabunçu rayon Polis İdarəsinə gəldikdən sonra ona məlum olmuşdur ki, 05 noyabr 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürücü Zərərçəkmiş şəxs sol körpücük sümüyü sınmışdır. O, bunu bildikdən sonra Sədrəddini tapmış və onunla əlaqə saxlayaraq görüşməklə, ona bütün müalicə xərclərində köməklik etmişdir. Onun heç bir günahı yoxdur. Mopedin təkəri, onun idarə etdiyi avtomobilə toxunmuşdur. O hadisə yerindən qaçmamışdır. Özü barədə Zərərçəkmiş şəxs özü barədə, mobel telefon nömrəsi barədə məlumat vermişdir. Xəstəxanaya getmək barədə təklif etmişdir. Lakin zərərçəkmiş şəxs bundan imtina etmişdir. Onun heç bir günahı yoxdur. Zərərçəkmiş şəxslə barışmışdır. Hadisə yerindən qaçmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ilin oktyabr ayının əvvəllərində özünə işlənmiş «Tufan-S50» markalı moped almış, sürücülük vəsiqəsi yoxdur. Həmin mopedin motoru 0.49 litr həcmli olduğuna görə həmin mopedin idarə edilməsi üçün sürücülük vəsiqəsinə ehtiyac yoxdur, şəxsiyyət vəsiqəsi əsasında idarə edir. 05 noyabr 2022-ci il tarixdə idarə etdiyi «Tufan- SSO» markalı mopedlə Abşeron rayonu, Məmmədli qəsəbəsindən yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsinə gedən zaman həmin gün saat 12:50 radələrində H.Əliyev prospekti ilə Koroğlu metrostansiyası istiqamətində yolun sağ tərəfdən 1-ci hərəkət zolağı ilə hərəkətdə olmuşdur. Bu zaman yolun sol tərəfindən 3-cü hərəkət zolağı ilə onunla eyni istiqamətdə hərəkətdə olan «Opel Vectra» markalı avtomobil onun hərəkətdə olduğu zolaq tərəfə, yəni yolun sağ tərəfdən ikinci hərəkət zolağı, sonra da onun hərəkətdə olduğum zolağa doğru istiqamətlənmişdir. O, hərəkətini düz davam etdirəcəyi halda həmin minik avtomobili onun hərəkətdə olduğu zolağa keçərək «Bakı Olimpiya Stadionu»na çatmamış sağ tərəfə dönmə əməliyyatının həyata keçirdiyi üçün o da məcbur olub həmin avtomobillə toqquşmamaq üçün mopedi sağa döndərmişdir. Həmin yola daxil olduqdan sonra idarə etdiyi mopedin qabaq tərəfi həmin avtomobilin qabaq sağ qapısına dəymiş və o, idarəetməni itirdiyi üçün moped aşmışdır. «Opel Vectra» markalı avtomobilin sürücüsü dərhal avtomobili saxlayaraq yerə düşərək ona yaxınlaşmış, hadisə yerinə toplaşan şəxslərin köməkliyi ilə onu yerdən qaldırıb yolun kənarında otuzdurmuşdur. Onun sol çiyin nahiyəsində ağrı olmuş, sürücü, ondan hər hansı bir xəsarət alıb-almadığını, hər hansı bir köməklik lazım olub-olmadığını, xəstəxanaya getmək istəyib-istəmədiyini soruşmuşdur. O, düşünmüşdür ki, sol çiyin nahiyəsi əzilib və bir müddət sonra ağrı keçər. Ona görə də, xəsarət almadığını, xəstəxanaya getməyin zəruri olmadığını bildirmişdir. Ona görə də, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə əyləşib idarə edərək getmişdir. O da 5-10 dəqiqədən sonra həmin mopedi idarə edərək yaşadığı Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən evə getmişdir. Həmin gün axşam saatlarında o, sol çiynində olan ağrıların şiddətləndiyini görüb türkəçarə müalicə üçün sınıqçıya getmişdir. Orada ona sınıqçı sol körpücük sümüyünün sındığını və rentgen müayinəsindən keçməyin zəruri olduğunu bildirmişdir. Səhəri gün həftənin bazar günü olduğu üçün o, növbəti gün, yəni 07 noyabr 2022-ci il tarixdə Binəqədi rayonu ərazisində yerləşən xəstəxanalardan birinə gedib rentgen müayinəsindən keçmişdir. Orada da ona məlum olmuşdur ki, sol körpücük sümüyü sınmışdır. Sonra da həmin gün Sabunçu tibb mərkəzinə də getmişdir. Xəstəxanadan verilmiş məlumat əsasında o, Sabunçu rayon Polis İdarəsinə dəvət olunduqdan sonra Təqsirləndirilən şəxs tapılmış və ona araşdırma müddətində zəng edərək görüşmüşdür. Təqsirləndirilən şəxs onun xəstəxana xərclərini ödəmişdir. Təqsirləndirilən şəxs avtomobildən düşdükdən sonra ozünü ona təqdim etmiş, adını Əbdüləli olduğunu bildirmiş, onda hər hansı bir xəsarətin olub-olmasını, bədəninin hansı yerinin ağrıdığını soruşmuşdur. Lakin o Təqsirləndirilən şəxs heç yerinin ağrımadığını, hər şeyin yaxşı olduğunu, heç nəyə lüzum olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ona mobil telefonu barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 8/616 saylı, 10 aprel 2023-cü il tarixli məhkəmə yol nəqliyyat hadislərinin məhkəmə ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən «Opel Vectra» markalı, «az ** SV ***» dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 1ci hissəsinin və 42-ci maddəsinin 6-cı hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən «Tufan S50» markalı mopedin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin X3 Sabunçu rayon şöbəsinin 2634 saylı, 12 noyabr 2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol körpücük sümüyünün yerini dəyişən qapalı sınığı qeyd olundu. Xəsarət bərk küt əşyanın (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 05 noyabr 2022-ci il tarixdə və şəraitdə, yəni yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin başlanması haqqında qərardan görünür ki, fakta görə Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə cinayət işin başlanmışdır (səh., 01). Zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (səh., 50). Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 19 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə ittiham elan edilmiş, Zərərçəkmiş şəxs barəsində Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 338.4.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh növünün tətbiq edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Sabunçu RPİ-in DYPŞ-nə göndərilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anamiya Birliyi X3 Sabunçu rayon şöbəsinin 12 noyabr 2022-ci il tarixli, 2634 nömrəli və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2023-cü il tarixli 8/616 nömrəli rəyləri, DİN-in X2 Xidmətinin 28 noyabr 2022-ci il tarixli, 003-20603-1222 nömrəli m əktubu ilə daxil olan bir ədəd disk və digər istintaq sənədləri iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi qiymətləndirilmişdir (səh., 96). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında 20 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 106) Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh., 131) Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, işin icraatına xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilir, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir, onunla barışmışdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış, tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 263-cü maddənin qeydinə əsasən, bu məcəllənin 263.1 və ya 263.1- 1-ci maddələrində nəzərdə tutulmuş cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inziabti xəta tərkibinin əlamətləri olduqda, o Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyətə cəlb edilir. Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədilyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Beləliklə məhkəmə X1 törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmamasını (bu barədə notarial qaydada ərizə) nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 128 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, Dövlət xəzinədarlığı Agentliyi, Kod 21005 VÖEN ********** müxbir hesab AZ 41, NABZ******************** SVİFT BİK CTREAZ 22 hesaba keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbirinə və cinayət işinin materialları arasında olan bir ədəd diskə 1(008)782/2023 saylı, 07 dekabr 2023-cü il tarixli hökmündə qiymət verilməsi nəzərə alınmalıdır. İş üzrə və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39, 43.3, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı üçün xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə 128 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, Dövlət xəzinədarlığı Agentliyi, Kod 21005 VÖEN ********** müxbir hesab AZ 41, NABZ******************** SVİFT BİK CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbirinə və cinayət işinin materialları arasında olan bir ədəd diskə 1(008)782/2023 saylı, 07 dekabr 2023-cü il tarixli hökmündə qiymət verilməsi nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar