Məhkəmə qərarları › İş №1(008)-782/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-782/2024

06.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-782/2024 06.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X15 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhərində daimi yaşayış yeri olmayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 aldadaraq ona və oğlu X11 Almaniya Federativ Respublikasına getmək üçün viza düzəltməsi, orada təhsil alması, yaşamaları və işlə təmin olunması üçün şərait yaradılması kimi yalan vədlər verib bunun müqabilində 15000 manat məbləğində pulun verilməsinin zəruriliyini bildirib, 05 may 2021-ci il tarixdə yaşadığı ünvan 3 ünvanda 10000 manatı, təxminən bir həftədən sonra isə 2021-ci ilin may ayının əvvəllərində həmin ünvanda 5000 manatı Zərərçəkmiş şəxs1 vahid niyyətlə əhatə edilən qəsdlə alıb ələ keçirərək sonuncuya 15000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən aldatma və etibardan sui- istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 aldadaraq ona, ərinə və oğluna Polşa Respublikasına getmək üçün viza düzəltməsi, yaşamaları, orada oğluna təhsil alması və işlə təmin olunması üçün şərait yaradılması kimi yalan vədlər verib bunun müqabilində 4900 manat məbləğində pulun verilməsinin zəruriliyini bildirib, 02 noyabr 2021-ci il tarixdə yaşadığı ünvan 3 ünvanda 4900 manatı Zərərçəkmiş şəxs2 alıb ələ keçirərək sonuncuya 4900 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 aldadaraq ona İngiltərə krallığına getmək üçün viza düzəltməsi, orada təhsil alması, yaşaması və işlə təmin olunması üçün şərait yaradılması kimi yalan vədlər verib bunun müqabilində 10000 manat məbləğində pulun verilməsinin zəruriliyini bildirib, 26 aprel 2022-ci il tarixdə Nizami rayonu Qara Qarayev prospekti 115/9 ünvanda yerləşən 52 saylı notariat kontorunda 3000 manatı alıb sonuncu ilə borc müqaviləsini bağlamaqla dahada özünə inamını artırıb, cinayət əməllərini davam etdirərək, həmin günü ünvan 5 ünvanda yerləşən «Qafqaz» hazırlıq kurslarının ofisində 800 manatı, 12 may 2022-ci il tarixdə həmin ünvanda 1750 manatı, 04 iyul 2022-ci il tarixdə 750 manatı, 07 avqust 2022- ci il tarixdə həmin ünvanda 1500 manatı, 30 avqust 2022-ci il tarixdə həmin ünvanda 500 manatı və 04 sentyabr 2022-ci il tarixdə həmin ünvanda 1700 manatı Zərərçəkmiş şəxs3 vahid niyyətlə əhatə edilən qəsdlə alıb ələ keçirərək sonuncuya 10000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 aldadaraq ona və əri X6 Almaniya Federativ Respublikasına getmək üçün viza düzəltməsi kimi yalan vədlər verib bunun müqabilində 2000 ABŞ dolları məbləğində pulun verilməsinin zəruriliyini bildirib, 2022-ci ilin iyul ayının əvvəllərində ünvan 6 ünvanın qarşısında Zərərçəkmiş şəxs4nm avtomobilində məzənnə ilə 1700 manat təşkil edən 1000ABŞ dollarını, 2022-ci ilin sentyabr ayının 15-25 ərəfələrində isə ünvan 7 ünvanın qarşısında məzənnə ilə 1700 manat təşkil edən 1000 ABŞ dollarını Zərərçəkmiş şəxs4 vahid niyyətlə əhatə edilən qəsdlə alıb ələ keçirərək sonuncuya 3400 manat məbləğində miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2014-cü il tarixdən etibarən «Ümumdünya Sülh Federasiyasının X2 İctimai Birliyinin üzvüyəm», sülh səfiridir. 2014-cü il tarixdə 2014-cü il tarixdə «Ümumdünya Sülh Federasiyasının X2 İctimai Birliyi» tərəfindən təşkil edilmiş 10 illik Qadınlar günün münasibəti ilə bağlı İzraildə keçirilən konsfransda iştirak etmişdir, buna görədə sertifikat almışdır. Bakı şəhərində yaşadığı dövr ərzində o sosial şəbəkələrlə reklamlarını paylaşıb tələbələri təşkil etdiyi rus, ingilis və alman dillərinin kurslarına cəlb etmişdir. Bununlada dolanırdı. Bakı şəhərində daimi yaşayış yeri olmadığına görə o müxtəlif ünvanlarda kirayədə yaşayırdı. 2019-2020-ci ildə «Covid 19» xəstəliyi ilə ələqədar olaraq ölkədə elan olunmuş pandemiya dövründə kursları bağlandığına görə o dolanmaq üçün Fövqəlada Hallar Nazirliyinin X9 xəstələrə nəzarət edib tibb baçısmm köməkçisi kimi işləmir. Həmin vaxtı o orada tibb baçısı işləyən Zərərçəkmiş şəxs2 ilə tanış olmuşdur. Afətə o işi barədə məlumat vermişdi, bildirmişdi ki, rus, alman və ingilis dillərini mükəmməl bilir, tərcüməçidir, lakin pandemiyaya görə müvəqqəti olaraq təşkil etdiyi kurslar fəaliyyət göstərmir. 2021-ci ildən o kursların təşkilini bərpa etdi və tələbələri kirayədə yaşadığı ünvan 9 ünvanda o anası Gülşənlə birlikdə kirayədə yaşayırdı, həmçinində tələbələri qəbul edib rus, alman, ingilis dilləri kursları keçirdirdi. Qardaşı Eldarda onlara hərdən bir gəlib baş çəkirdi. Təşkil etdiyi kurslara tələbələrin sayı az olduğuna görə o maddi əziyyət çəkirdi, dolana bilmirdi. 2021-ci ilin mart ayında ona Zərərçəkmiş şəxs1 müraciət edərək xahiş etdi ki, oğlu Nadiri tərəfindən keçirilən alman dili kurslarına yazdın, alman dilini onu öyrədsin. Bağdəsər ona demişdir ki, oğlu Nadirlə birlikdə Almaniya Respublikasına yaşamağa köçməyə istəyir və o ona bu işdə köməklik göstərə bilərmi. Onun həmin vaxtı maddi vəziyyəti pis olduğuna görə o fikirləşdi ki, Bağdəsəri aldadsın və Bağdəsərin pulunu götürüb öz şəxsi problemlərini həll edsin. Buna görədə o Bağdəsəri aldadıb Bağdəsərə dedi ki, onun oğlunu və özünü Almaniyaya göndərə bilər, vizanın təşkili üçün, dil kurslarını xərclərinə görə Almaniyada ilkin dövrlər yaşamaq üçün və sonradan orada oğlunu işlə təmin etmək üçün, həmçinin avia biletlərin alınması görə ümumi olaraq 10000 (on min) manat məbləğində pul lazım olacaq. Bağdəsəri inandırmaq məqsədi ilə o Bağdəsərə «Ümumdünya Sülh Federasiyasının X2 İctimai Birliyinin üzvü», olduğu barədə vəsiqəsini təqdim edib, hətda demişdi ki, Polşa Respublikasının Azərbaycanda xoşməramlı səfiridir, hər bir istənilən ölkəyə viza düzəldə bilər. Bağdəsər ona inandığına görə ondan vaxt istədi ki, 10000 manatı düzəldib ona versin. O da Bağdəsərə dedi ki, pulun düzəltməsini tezləşdirsin, çünki o artıq bu işlərlə məşğul olmağa başlayacaq. 05 may 2021 -ci il tarixdə Bağdəsər onunla əlaqə saxlayıb kirayədə yaşadığı Bakı şəhəri Xətai rayonu Sarayevo 22 ünvanda yerləşən evinə gəldi və orada ona 10000 manat məbləğində pulu verdi. Həmin vaxtı evdə anası Gülşən və qardaşı Eldarda olmuşdur. Gülşənlə Eldar onun Bağdəsərlə aralarında olan söhbətlərə müdaxilə etmirdilər. Bilmirdilər ki, o Bağdəsəri aldadır və pulu Bağdəsərdən hansı məqsədlə alır. Bağdəsərdən pulu alanda Bağdəsərə dedi ki, 2-3 aya Bağdəsərin işini həll edəcək. Bağdəsərdən 10000 manatı alandan sonra o həmin pulu öz ehtiyyaclarına xərclədi, lakin yenədə pul lazım olduğuna görə o Bağdəsərə zəng vurub onun işinin həlli üçün əlavə olaraq 5000 manat lazım olduğunu bildirdi. Bağdəsərə dedi ki həmin 5000 manata o ona və oğluna avia bilet almalıdır ki, viza məsələləri düzəlsin. Bağdəsər narazılıq edib pulu əvvəl vermək istəmədi, ona dedi ki aviabiletlərin qiyməti ona ilkin verdiyi 10000 manata daxil olmalıdır. Lakin o Bağdəsərə dedi ki, 5000 manatı verməsə qalan 10000 manatıda qaytarmağa çətin olacaq, çünki ödənişləri etmişdir və işləri alınmaz. Bağdəsəri razı salandan sonra o təxminən bir həftədən sonra 2021 -ci ilin may ayının əvvəllərində yenədə ona yaşadığı Sarayevo küçəsi 22 ünvanda 5000 manatı verdi. 5000 manatı Bağdəsər ona verəndə yanlarında heç kim olmamışdır. Bundan sonra Bağdəsərin oğlu bir neçə dəfə onun yanma alman dilin kurslarına gəlməyə başladı, lakin sonradan yanma gəlməkdən imtina etdi, Bağdəsərdə ona zəng vurub bu barədə narazılığını bildirib pulları geri istəməyə başladı, o da Bağdəsəri inandırıb dedi ki, Bağdəsəri və oğlunu Almaniyaya göndərəndə orada birdəfəlik kurslara yazdıracaq ki, oğlu alman dilini öyrənsin, sonra isə orada işlə təmin olunsun. Bağdəsərdən aldığı ümumi 15000 manatı o öz şəxsi tələbatlarına xərclədi. Fikirləşdi ki, sonra imkanı olan kimi o pulu Bağdəsərə qaytararaq. 2021-ci ilin oktyabr ayının axırlarında tanışı Zərərçəkmiş şəxs2 ona müraciət edərək bildirmişdir ki, oğlu və əri ilə birlikdə Polşa Respublikasına köçüb yaşamaq istəyir və buna görədə xahiş etdi ki, ona vizanın düzəlməsində köməklik etsin. Onun həmin vaxtı maddi imkanı pis olduğuna görə o Afətidə aldatmağa qərara gəldi, Afətə dedi ki, ona və ailə üzvlərinə Polşa Respublikasına getmək üçün viza düzəldə bilər, buna görə 4900 manat məbləğində pulu istədi. Afət razılaşdı və 02 noyabr 2021-ci il tarixdə kirayədə yaşadığı Xətai rayonu Sarayevo küçəsi 22 ünvanda Afətdən 4900 manat məbləğində pulu aldı, Afətə söz verdi ki, güya bir aya viza məsələsini həll edəcək, aldığı pulu isə öz ehtiyyaclarına xərclədi. 2022-ci ilin mart-aprel aylarında o anası ilə kirayədə qaldığı Sarayevo küçəsi 22 ünvandan evin sahibi tərəfindən çıxarıldılar. Borcları yarandığına görə evin sahibi onları evdən çıxartmışdır. Buna görədə o Zərərçəkmiş şəxs1 yanma gedib Bağdəsəri xahiş etdi ki, ona və anasına onun evində gecələmək üçün 1-2 günlük icazə versin. Bağdəsər razılaşıb ona dedi ki, istədiyi müddətdə anası ilə birlikldə evində qala bilər, otağın birinidə ona verib dedi ki, həmin otağda tələbələrini qəbul edə bilər kursları keçirdə bilər və xahişi o olmuşdur ki, 15000 manat məbləğində pulunu düzəldib ona qaytarsın. O razılaşdı və bir müddət anası Gülşənlə birlikdə Bağdəsərin Xətai rayonunda yerləşən evində qaldı. Həmin ərəfədə ona tanışı Ulduzə zəng vurub soruşdu ki,bir nəfərə Almaniyaya getmək üçün vizanın alınmasında köməklik göstərə bilərmi ? O müsbət cavab verib bildirdi ki, bu məsələni asanlıqla həll edə biləcək. Maddi vəziyyəti pis olduğuna görə o məcbur olub bu cür yalan danışdı, çünki həmin ərəfədə Bağdəsər və Afət ondan pullarını tələb edirdilər. Ulduzə ona Nigar adlı qadının əlaqə nömrəsini verdi və o Nigarla əlaqə saxlayanda Nigar onu Xətai rayonu Məhəmməd Hadi küçəsi 45D ünvanda yerləşən «Qafqaz» hazırlıq kursları ofisinə dəvət etmişdir. 2022-ci ilin mart-aprel aylarında orada ilk dəfə Nigarla görüşdü. Nigarda hazırlıq kurslarını keçirdirdi və söhbət əsnasında o özünü Nigara alman, ingilis və rus dillərin tərcüməçisi kimi təqdim edəndə Nigar ona təklif etdi ki, onun ofisində kursları keçirdsin. O razılaşdı və Nigarın «Qafqaz» hazırlıq kurslarında işləməyə başladı, həmin vaxtı Nigar ondan soruşmuşdur ki, o onun ərinə Almaniyaya getmək üçün vizanın düzəlməsində köməklik göstərə bilərmi? Onun maddi imkanı pis olduğuna görə Nigarada yalandan dedi ki, ərinə viza düzəltmək üçün 2000 ABŞ dolları məbləğində pul lazım olacaq. O Nigarı inandırmaq üçün özünü ona «Ümumdünya Sülh Federasiyasının X2 İctimai Birliyinin üzvü», olduğu barədə vəsiqəsini təqdim edib, hətda demişdi ki, Polşa Respublikasının Azərbaycanda xoşməramlı səfiridir, hər bir istənilən ölkəyə viza düzəldə bilər. Nigar ona dedi ki, 2000ABŞ dollarını tam şəkildə ona verə bilməycək və buna imkanı yoxdur, hissə hissə verməyə təklif etdi, o da razılaşdı. 2022-ci ilin aprel ayının ortalarında ona Zərərçəkmiş şəxs3 adlı bir xanım müraciət edərək bildirmişdir ki, tanışı Afət İmanovanın tanışıdır və onun nömrəsini Afətdən alıb ondan xahiş etdi ki, onun üçün İngiltərəyə viza düzəldə və həmin ölkəyə köçməyə köməklik göstərə bilərmi ? Pulu olmadığına görə o Cəmilənidə aldatmağa qərara gəldi və Cəmiləyə bildirdi ki, onu Avropanın istədiyi ölkəsinə göndərə bilər. Cəmilə onunla görüşmək üçün Xətai rayonu Məhəmməd Hadi küçəsi 45D ünvanda yerləşən «Qafqaz» hazırlıq kursların ofisinə gəldi. Orada o Cəmiləni inandırmaq üçün özünü Cəmiləyə «Ümumdünya Sülh Federasiyasının X2 İctimai Birliyinin üzvü», olduğu barədə vəsiqəsini təqdim edib, hətda demişdir ki, Polşa Respublikasının Azərbaycanda xoşməramlı səfiridir, hər bir istənilən ölkəyə viza düzəldə bilər. Cəmilə ona inandığına görə o ona bildirdi ki, onu ingilis dillərin kurslarının keçirilməsinə, onu İngiltərəyə göndərmək üçün viza düzəltmək, orada 8 ay müddətində ilkin yaşayış şəraitini təşkil etmək və onu İngiltərədə işlə təmin etmək və aviabiletlərin alınması adı ilə ümumi olaraq 10000 manat məbləğində pulun lazım olduğunu dedi. Cəmilə həmin məbləği ona verməyə razılaşdı, lakin xahiş etdi ki, pulu ona hissə hissə versin, çünki tam o məbləğdə pulun verilməsində imkanı olmayacaq. O razılaşdı və 26 aprel 2022-ci il tarixdə səhər saatlarında Cəmilə ona zəng vurub bildirdi ki, 3000 manatı düzəldib, lakin ona bildirdi ki pulu ona rəsmi qaydada verə bilər, çünki ehtiyyat edirdi. O da Cəmiləni inandırmaq üçün Cəmilə ilə Nizami rayonu Qara Qarayev prospektində yerləşən 52 saylı notariat kontorunda görüşüb Cəmilə ilə borc müqaviləsini bağlayıb 3000 manatı Cəmilədən aldı. Həmin günü axşam saatlarında Cəmilə M.Hadi küçəsi 45D ünvanda yerləşən «Qafqaz» hazırlıq kursları ofisə gəlib orada ona əlavə olaraq 800 manatıda verdi. O 3800 manatı Cəmilədən İngiltərəyə viza düzəltmək adı ilə ondan aldı. Bundan sonra 12 may 2022-ci ildə o Cəmilədən İngiltərə üçün dil səviyyəsini yüksək dərəcədə bildiyini təsdiq edən diplomun həlli üçün 1750 manatı, 04 iyul 2022-ci il tarixdə «İELTS» sertifikatını almaq üçün 750 manatı, 07 avqust 2022-ci il tarixdə İngiltərə səfirliyində viza üçün növbəyə qeydiyyata düşmək üçün 1500 manatı, 30 avqust 2022-ci il tarixdə müxtəlif xırda sənədləşmə işlərinin aparılması üçün 500 manatı və sonuncu dəfə 04 sentyabr 2022-ci il tarixdə biletləri bron etmək üçün 1700 manat məbləğində pulu almışdır, həmin pulları o Cəmilədən aldadıb almışdı, Cəmilədən aldığı pulları o şəxsi ehtiyyaclarına xərcləmişdir. Göstərdiyi tarixləridə Cəmilədən həmin pulları o ünvan 11 ünvanda yerləşən «Qafqaz» hazırlıq kürsları ofisdə almışdı. Cəmiləni inandırmaq üçündə hər dəfə pulları alanda ona bu barədə yazılı qəbzləri verirdi. Zərərçəkmiş şəxs4 isə o aldadıb Nigarın əri X4 adma Almaniya Federasiyasına viza düzəltmək adı ilə 2000 ABŞ dolları məbləğində pulu istəmişdi. Nigar razılaşıb bu işə görə 2022-ci ilin iyul ayının əvvəllərində 1000 ABŞ dolları məbləğində pulu ona Xətai rayonu Sarayevo küçəsi 22 saylı binanın qarşısında idarə etdiyi avtomobilin içərisində vermişdir, o Nigardan 1000 ABŞ dollarını alanda Nigara söz verdi ki, 2-3 aya əri Məhəmməd üçün Almaniyaya vizanı düzəldəcək, 2022-ci ilin sentyabr ayının 15-25 tarixlərdə isə Bakıxanov qəsəbəsində Yavər Əliyev küçəsində Dəmiryolu stansiyası yaxınlığında yenə də 1000 ABŞ dolları almışdır. Aldığı ümumi 2000 ABŞ dollarını öz ehtiyyaclarına xərcləmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2021-ci ildə o Təqsirləndirilən şəxs ilə tanış olmuşdur, oğlu X12 Təqsirləndirilən şəxsnm yanma ingili dili kurslarına yazdırmaq istəmişdir. Sözbət əsnasında Təqsirləndirilən şəxs ona bildirmişdir ki, o Polşa Respublikasının Azərbaycan Respublikasında olan xoşməramlı səfiridir və oğlu Nadiri Almaniyaya işləməyə göndərə bilər. 2021-ci ilin mart ayında o Sevda ilə Əhmədli metrosununu yaxınlığında görüşəndə Sevdaya onu və oğlu Nadiri Almayaya köçüb orada yaşamaq istədiyini bildirəndə Sevda ona bu işi asanlıqla həll etdiyini bildirib onu yaşadığı evə dəvət edərək orada ona onu və oğlu Nadiri Almaniyaya getmək üçün vizanın alınmasında və köçməsində köməklik göstərmək üçün 10000 manat məbləğində pulu istədi. Sevda bildirmişdir ki, həmin pula onların viza dəstəyi, təyyarə aviabiletləri və sair sənədləşdirmə işləri daxil olacaq. Sevda ilə razılaşandan sonra o 2021-ci ilin may ayında Sevdanın yaşadığı mənzilə gəlib Sevdaya 10000 manat məbləğində pulu verdi ki, Sevda onu və oğlu Nadiri Almaniyaya köçürmə məsələlərini həll etsin. O pulu Sevdaya anası Gülşənin və qardaşı Eldarın yanında vermişdir, pulu verəndən sonra mütəmadi olaraq Sevda ilə əlaqə saxlayırdı, 2021-ci ilin may ayının əvvəllərində Sevda ona zəng vurub demişdir ki, sənədləri hazırdı və təyyarə biletlərinə görə əlavə olaraq 5000 manat məbləğində pul lazımdır. Həmin pulu düzəldib mən Sevdaya onun yaşadığı evində verəndə yanımızda heç kim olmamışdır. Sevda ondan ümumi olaraq 15000 manat məbləğində pulu alandan sonra həmin pulu ona qaytarmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Ona dəymiş zərərin ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Əliyedər qızını 2020-ci ildən tanıyır, Sevda özünü ingilis alman və rus dillərinin tərcüməçisi kimi təqdim etmişdir, bildirmişdir ki Almaniyaya və Polşaya getmək üçün rahatlıqla viza əldə edə bilir, 2021-ci ildə o əri və oğlu ilə birlikdə Polşaya köçmək üçün Sevdaya müraciət etmişdir, Təqsirləndirilən şəxs ona və ərinə Polşada işləmək üçün oğluna isə təhsil almaq üçün vizaların düzəldəcəyinə söz verib ondan bu işə görə 4900 manat məbləğində pulun verilməsini bildirdi. Oda Sevdaya etibar edib 02 noyabr 2021-ci il tarixdə Sevdanın yaşadığı Sarayevo küçəsi ev 22 ünvanda vermişdir. Sevda ondan pulu götürüb 1 ay müddətində viza məsələlərini həll etdiyinə söz verdi lakin onu aldadaraq onunla əlaqəni kəsmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Ona dəymiş zərərin ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 10 aprel 2022-ci il tarixdə o ünvan 12 ünvanında ev kirayə götürüb həmin evdə yaşayırdı. Həmin vaxtı o özünə Bakı şəhərində iş axtarmağa başladı və işə düzəltmə mərkəzlərin birində o uşaq bağçasına iş ilə bağlı elan tapmışdı və həmin elan ilə bağlı əlaqə saxlamışdı. Ona bildirilmişdir ki həmin bağçada menecer vəzifəsində iş var və o 3 gün həmin baxçaya işə getdi, lakin işin şərtləri onu qane etmədiyindən o həmin işdən imtina etdi. Həmin bağçada işləyən Afət adlı qadın vasitəsi ilə Təqsirləndirilən şəxsm tanıdı. 19 aprel 2022-ci il tarixdə o Təqsirləndirilən şəxs ilə görüşdü və Sevda ilə söhbət etdi. Sevda ona bildirmişdir ki, onu İngiltərəyə kursa göndərəcək və o həmin kursları keçdikdən sonra işlə təmin olunacaq. Sevda ona bildirmişdir ki, o ona 3000 manat başdan pul verməlidir ki, sənədlərini hazırlasın, əlavə olaraq ona bildirmişdir ki, o gələcəkdə də əlavə olaraq pul verəcək. O Sevdaya öz razılığını bildirdi və 26 aprel 2022-ci il tarixdə saat 10 radələrində Sevda ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən dəqiq ünvanın xatırlamadığı ofisdə görüşdüm və 3.000 (üç min) manat pulu sayıb Təqsirləndirilən şəxs verdi. Daha sonra Sevda onda etibar yaratmaq üçün notariat qaydada borc müqaviləsi bağlamağı təklif etdi və onlar birlikdə həmin gün Qara Qarayev prospektində yerləşən 52 saylı notariusa gedib orada aralarında borc müqaviləsi bağladılar. Bundan sonra ayrılaraq getdilər. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə axşam saat təxminən 17 radələrində Sevda ona zəng edərək əlavə 800 (səkkiz yüz) manat da pul lazım olmasını bildirdi və o razılıq verdikdən sonra onlar həmin gün «Bakı Kinoteatrı»nm yanında görüşdülər. Görüş zamanı o Sevdaya 800 manat məbləğində pul verdi. Lakin həmin vaxt tələsdiyi üçün Sevdadan bununla bağlı hər hansı qəbz almadı. Sevda ondan pulu götürüb bildirdi ki, o onun sənədlərini toplayacaq və əgər onun işi 3 ay ərzində alınmasa o ondan götürdüyü pulları geri qaytaracaq. Sevda onu inandırmışdı ki, Polşa Respublikasının Azərbaycan Respublikasında olan xoşməramlı səfiridir və bununla bağlı ona vəsiqə göstərmişdir. Artıq Sevda ilə aralarında münasibət yaranmışdı və beləliklə Sevda ondan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən ofisində xx.xx.2022-ci il tarixdə diplom düzəltmək üçün 1.750 (bir min yeddi yüz əlli) manat, xx.xx.2022-ci il tarixdə «İELTS» sertifikatı almaq üçün 750 (yeddi yüz əlli) manat, səfirliyə girmək üçün xx.xx.2022-ci il tarixdə 1.500 (bir min beş yüz) manat və xx.xx.2022-ci il tarixdə 500 (beş yüz) manat, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə biletləri bron etmək adı ilə 1.700 (bir min yeddi yüz) manat məbləğində pul almışdı. Bundan sonra o Təqsirləndirilən şəxs ilə bir neçə dəfə görüşmüşdü və Sevdadan xahiş etmişdir ki, tez bir zamanda Sevda onun sənədlərini təşkil etsin. Sevda ona hər dəfə müəyyən bəhanələr gətirirdi və bildirirdi ki o müəyyən digər sənədləri toplasın, lakin bir müddət keçdikdən sonra o gördü ki, Sevda onun işlərini həll etmir. xx.xx.2022-ci il tarixdə o Xaçmaz rayonuna qayıtdı, lakin Sevda ilə mütəmadi olaraq telefon ilə əlaqə saxlayırdı. Sevda isə hər dəfə ona bildirirdi ki, tez bir zamanda pulu ona qaytaracaqdır. Lakin Sevda onun pulunu qaytarmamış və onun heç bir sənədlərini təşkil etməmişdir. Sevda bir neçə dəfə bildirmişdir ki, Bağdasər adlı tanışı var, o həmin vaxtı Bağdasər xanımı tanımırdı, daha sonra Bağdasər xanımla tanış oldu və ona məlum oldu ki, Sevda Bağdasər xanıma qarşı da dələdzuluq edib 15.000 manat pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Ona dəymiş zərərin ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2007-ci ildən ünvan 15 ünvanında yerləşən “Qafqaz” hazırlıq kurslarında repititor kimi çalışır. 2022-ci ilin mart-aprel aylarında həyat yoldaşı X1 Federasiyasına gedib orada işləmək qərarına gəlmişdi. O bu barədə tanışı Ulduzə adlı xanıma danışdıqda Ulduzə ona dedi ki, Təqsirləndirilən şəxs adlı bir nəfər tanışı alman dili müəlliməsidir və Sevda Almaniyaya iş vizası alınmasında onlara köməklik göstərə bilər. Ulduzə əlavə olaraq bildirdi ki, özü də uşaqlarını Almaniyaya təhsil almaq üçün göndərmək istəyir və bununla bağlı Sevdaya müraciət edəcəkdir. O Ulduzəyə Sevdanı iş yerinə dəvət etməsini söylədi və bir neçə gündən sonra Sevda onun iş yerinə gəldi. Söhbət zamanı Sevda ona alman və ingilis dilləri müəlliməsi olduğunu, xeyli sayda insanın viza məsələlərini həll edərək onları müxtəlif Avropa ölkələrinə göndərdiyini, hazırda 20-30 nəfər tələbəsi olduğunu və tələbələri hazırlamaq üçün ona ofis lazım olduğunu bildirib onun iş yerində ofis icarələmək istədiyini söylədi. Fləmin ərəfədə iş yerində boş ofis olduğu üçün o Sevdaya orada tələbə hazırlaşdıra biləcəyini söylədi və bundan sonra Sevda orada onlarla birgə işləməyə başladı. Onlar bir yerdə işləməyə başladığları üçün onun Sevdaya inamı yaranmağa başladı və o həyat yoldaşının iş vizasını həll etməyi Sevdaya həvalə etmək qərarına gəldi. O Sevdadan bu barədə soruşduqda Sevda ümumilikdə 2000 ABŞ dolları məbləğində pul qarşılığında yoldaşımın iş vizasını həll edə biləcəyini söylədi. O tanışlarmdan maraqlandıqda Almaniyaya iş vizasının təxminən 2500-3000 ABŞ dolları civarmda düzəldilə bildiyini öyrəndi və Sevdanın təklifinin daha sərfəli olduğunu düşünüb Sevdanın vasitəsilə bu işi həll etmək qərarına gəldi. Sevda ilə Xətai rayonu ərazisində yerləşən «Bakı» kinoteatrın yaxınlığında Sevdanın yaşadığı məhəlləsində görüşüb ona orada avtomobilin içərisində 1000 ABŞ dollarını verdi, Sevda ona ərinin viza məsələsini həll edəcəyini bildirdi, sonradan Sevda onunla əlaqə saxlayaraq digər 1000 ABŞ dollarımda verməli olduğunu bildirdi, o Sevda ilə danışandan sonra 2022-ci ilin sentyabr ayının 15-25 tarixlərində Bakıxanov qəsəbəsində Sabunçu rayon İcra Hakimiyyətinin yaxınlığında adını xatırlamadığı kafedə Sevda ilə görüşüb orada ona 1000 ABŞ dollarını vermişdir. Bundan sonra Sevda ilə dəfələrlə viza barədə maraqlananda Sevda müxtəlif bəhanələr gətirib vaxtı uzadırdı və ona məlum oldu ki sevda ondan əlavədə digər şəxsləri aldatmışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Ona dəymiş zərərin ödənilməsini tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26 aprel 2022-ci il tarixli kfredit müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs 3000 manat məbləğində borc verməsinə tərəflər arasında notarial qaydada təsdiqlənmiş kredit müqaviləsi bağlanmışdır (cild 01; i.v.9). Təqsirləndirilən şəxs tərəfindən imzalanmış qəbzdən görünür ki, o, yazılı şəkildə 05 may 2021-ci il tarixdə X3 15000 manat məbləğində pul götürdüyünü və 2022-ci ilin iyul ayında qaytaracağını göstərmişdir (cild 02; i.v.9). Təqsirləndirilən şəxs tərəfindən imzalanmış qəbzlərdən görünür ki, o, Zərərçəkmiş şəxs3 12 may 2022-ci il tarixdə 1750 manat, 04 iyul 2022-ci il tarixdə 750 manat, 07 avqust 2022-ci il tarixdə 1500 manat, 30 avqust 2022-ci il tarixdə 500 manat, 04 sentyabr 2022-ci il tarixdə 1700 manat məbləğində pul vəsaiti aldığını təsdiq etmişdir (cild 02; i.v.16-20). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, pul vəsaitinin alınmasını təsdiq edən qəbzlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Bununla yanaşı, məhkəmə iş materiallarını tədqiq edərək, qanunvericiliyin tələblərini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarında göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşı dələduzluq edərək onun 4900 manat məbləğində pul vəsaitini, Zərərçəkmiş şəxs4 qarşı dələduzluq edərək onun 3400 manat məbləğində pul vəsaitini ələ keçirməsi epizodları üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən həmin epizodlara münasibətdə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən “cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi” əsası ilə azad edilməlidir. Belə ki, AR CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. AR CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələblərinə, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərə görə, təkrarlıq müstəqil eyni və ya həmcins cinayətlərdən təşkil olunan cinayətlərin çoxluğu olduğundan, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanan cinayət məsuliyyətinə cəlb etmə müddəti ayrı-ayrılıqda hər bir cinayətə münasibətdə müəyyən edilməli, təkrarlığı təşkil edən cinayətlərdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar şəxs cinayət məsuliyyətindən azad olunduqda, onun əməlinin cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edilməsinə və yaxud təkrarlığın Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına yol verilməməlidir. Həmin qərarda, həmçinin, göstərilmişdir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Maddənin məzmunundan göründüyü kimi, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Təqsirləndirilən şəxs tərəfindən verilmiş yazılı ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 ilə bağlı epizodlar üzrə barəsində olan cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar xitam verilməsinə razıdır və məhkəmədən bu halın nəzərə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə epizodların sayının ikidən çox olması nəzərə alınmaqla digər iki epizoda (X5 və Zərərçəkmiş şəxs3 ilə bağlı epizodlar) münasibətdə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməməsi cinayətin təkrar törədilməsini aradan qaldırmasa da, hər bir epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrılıqda hesablanmalı olmasına dair qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 qarşı dələduzluq edərək onun 4900 manat məbləğində pul vəsaitini, Zərərçəkmiş şəxs4 qarşı dələduzluq edərək onun 3400 manat məbləğində pul vəsaitini ələ keçirməsi epizodları üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi və müdafiə tərəfin cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar xitam verilməsinə razılığı nəzərə alınmaqla həmin epizodlar üzrə Təqsirləndirilən şəxs AR CPM-nin 39.1.3-cü bəndinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Əlheydər qızının digər iki epizoda münasibətdə (X5 və Zərərçəkmiş şəxs3 ilə bağlı epizodlar) təqsirli olması yuxarıda sadalanan sübutlarla təsdiq olunduğundan o, AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçünümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. İş materiallarında olan: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 4(011)- 343/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində qiyabi qaydada 20 gün müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin onun tutulduğu tarixdən hesablanması qərara alınmışdır (cild 01; i.v.103-106). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 30 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01; i.v.119-120). “Axtarışda olan şəxsin tutulması haqqında” 05 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 avqust 2024-cü il tarixdə Hava limanında saxlanılmışdır (cild 01;i.v.122). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 4(008)- 505/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay müddətə, yəni 25 oktyabr 2024-cü il tarixədək uzadılmışdır (cild 01; i.v.248-253). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 4(008)- 631/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 gün müddətə, yəni 09 noyabr 2024-cü il tarixədək uzadılmışdır (cild 02; i.v.90-95). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını, onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs X13 qarşı dələduzluq edərək onun 4900 manat məbləğində pul vəsaitini, Zərərçəkmiş şəxs4 qarşı dələduzluq edərək onun 3400 manat məbləğində pul vəsaitini ələ keçirməsinə dair epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən həmin epizodlarla bağlı Təqsirləndirilən şəxs “cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi” əsası ilə AR CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 05 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar