Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-782/2025 10.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 7 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirərək müəyyənetdi: İbtidai araşdırma orqanının ittiham aktı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham olunmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxs, etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə tanışı X6 oğlu Fəxri Əmrahlının hərbi xidmətdən saxlanılması üçün əlillik təqaüdünə çıxması məsələsini həll edəcəyinə, eləcə də əlillik təqaüdünə çıxmaq məsələsi həll olunduqdan sonra həmin işlə əlaqədar bir dəfəlik 40.000 manat müavinət alacağına dair yalandan vəd verib aldadaraq, 2024-cü ilin dekabr ayının sonlarında istintaqa məlum olmayan tarixlərdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Kürdəxanı şossesi, giriş 154, 2/2 nömrəli binanın həyətində Coşqun Əmrahovun iki dəfəyə 600 manat pulunu almış, daha sonra həmin işin həlli ilə bağlı mobil telefondan müəyyən şəxslərə zəng etməli olduğunu, lakin mobil telefonunun xarab olduğunu, kreditini özünün ödəcəyini bildirib 2025-ci ilin yanvar ayında istintaqa məlum olmayan tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən İrşad telecom mağazasından Coşqun Əmrahovun adına 900 manat dəyərində Honor markalı mobil telefonu alıb ələ keçirmiş, bundan sonra eyni işə görə 2025-ci ilin fevral ayında istintaqa məlum olmayan tarixlərdə yaşadığı binanın həyətində Coşqun Əmrahovun üç dəfəyə 540 manat pulunu almış, daha sonra eyni işə görə xx.xx.2025-ci il tarixdən 2025-ci ilin iyun ayının sonuna qədər olan müddət ərzində hissə-hissə olmaqla Bakı şəhəri, Abşeron rayonu və Quba rayonu ərazisində yerləşən müxtəlif ünvanlardakı ödəmə terminallarından və Coşqun Əmrahovun tanışlarının kart hesabından özünün bildirdiyi cinayətdən xəbəri olmayan istintaqa şəxsiyyəti Sadiq kimi bəlli olan şəxsin 4169 7388 2318 9992 saylı kart hesabına 1.615 manat, cinayətdən xəbəri olmayan X3 4169 7388 3578 4574 saylı kart hesabına 6.385 manat, cinayətdən xəbəri olmayan Şahid oğlunun 4169 7388 4435 5317 saylı kart hesabına 320 manat, özünə məxsus 5411 2498 1250 6397 nömrəli kart hesabına 9366 manat olmaqla ümumilikdə 17.686 manat pul köçürtdürmüş, həmçinin Fəxri Əmrahlının əlillik təqaüdünə çıxması məsələsini həll edən Aygün adlı həkimə mobil telefon almaq lazım olduğunu, kreditini həkimin özünün ödəcəyini bildirib xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Kontakthome mağazasından Coşqun Əmrahovun adma 1770 manat dəyərində Samsung Galaxsy S24 markalı mobil telefonu alıb ələ keçirmiş, eləcə də, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi olan müddət ərzində X10 adlı həkimin ***-***-**-** nömrəsinin balansına hissə-hissə olmaqla ümumilikdə 80 manat pul köçürtdürməklə Coşqun Əmrahovun ümumilikdə 21.576 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə tanışı X6 oğlu Fəxri Əmrahlının əlillik təqaüdünə çıxması məsələsini həll edən Aygün adlı həkimin həkimin həbs edildiyini, bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi istintaq olunduğunu, Coşqun Əmrahovun adının həmin cinayət işində hallandığını, onun adının həmin cinayət işindən çıxartdıracağını yalandan bildirib aldadaraq, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi olan müddət ərzində hissə-hissə olmaqla Bakı şəhəri və Abşeron rayonu ərazisində yerləşən müxtəlif ünvanlardakı ödəmə terminallarından və tanışlarının kart hesabından özünün bildirdiyi cinayətdən xəbəri olmayan Şahid 4169 7388 4435 5317 saylı kart hesabına 5850 manat, özünə məxsus 5411 2498 1250 6397 nömrəli kart hesabına 1000 manat olmaqla ümumilikdə 6.850 manat pul köçürtdürmüş, xx.xx.2025-ci il tarixdə eyni işə görə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Kürdəxanı şossesi, giriş 154, bina 2/2, 118 nömrəli mənzildə müstənitqə pay vermək adı ilə 264.40 manat dəyərində toyuq ət məhsulları, xx.xx.2025-ci il tarixə görə eyni işə görə eyni ünvanda müstənitqə pay vermək adı ilə 91.10 manat dəyərində toyuq ət məhsulları, xx.xx.2025-ci il tarixə görə eyni işə görə eyni ünvanda müstənitqə pay vermək adı ilə 251.30 manat dəyərində toyuq məhsulları, 200 manat dəyərində kəsilmiş qoç almış, xx.xx.2025-ci il tarixdə eyni işə görə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Kürdəxanı şossesi, giriş 154, 2/2 nömrəli binanın 16-cı mərtbəsinin eyvanında Coşqun Əmrahovun 1500 manat pulunu alaraq ümumilikdə 9.156 manat 80 qəpik pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə hazırlıq iclası zamanı zərərçəkmiş şəxs X1 dəfə pulu İsmail-X2 yaşadığı 16-cı mərtəbədə yerləşən mənzilin eyvanında verdiyini bildirmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək kiraəyədə yaşadığı “Göy Qurşağı” yaşayış massivində sonuncu dəfə zərərçəkmiş şəxs tərəfindən ona 1500 manat pul verildiyini göstərmişdir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC xx.xx.2025-ci il tarixli 19 saylı məktubunda göstərmişdir ki, bina 2 mənzil 118 "xxxx" yaşayış kompleksi, ünvan 3i ünvanında yerləşir. Həmçinin onu da bildiririk ki, Təqsirləndirilən şəxs "xxxx" yaşayış kompleksi bina 2 mənzil 118 ünvanında kirayədə yaşamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış çıxarışından görünür ki, "xxxx" MTK-nın ünvanı Abşeron rayonu, Məmmədli kəndidir. Göründüyü kimi, verilmiş ittihamda “Göy Qurşağı” yaşayış massivinin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Kürdəxanı şosesində yerləşdiyi göstərilsə də, iş üzrə sorğuya cavablardan aydın olur ki, hadisələrin baş verdiyi “Göy Qurşağı” yaşayış massivi Abşeron rayonu, Məmmədli kəndinin ərazisinə daxildir. Həmçinin, Sabunçu rayonunun inzibati ərazi dairələrində Məmmədli kəndi yoxdur. Bundan başqa, Sabunçu rayon icra hakimiyyətinin rəsmi veb saytına baxış zamanı Bakı şəhəri Sabunçu rayonuna daxil olan qəsəbə və kəndlər arasında Məmmədli kəndi olmadığı müəyyən olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs və dövlət ittihamçısı işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi işin baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə, cinayət işinin materiallarına qanunvericiliyin aşağıda sadalanan müddəalarına münasibətdə qiymət verərək hesab edir ki, hazırkı cinayət işinə cinayət əməlinin törədildiyi yer üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılmalı olduğundan, baş vermiş cinayət hadisələrinin törədildiyi yer isə Abşeron rayonu olduğundan, cinayət işi cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 67.4-cü maddəsinə əsasən hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir. Burada yalnız ifadəsi imperativ mənada göstərilmişdir. 74.1-ci maddəsinə əsasən, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 29.1-ci maddəsinin mətnində göstərilmişdir ki, heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. 77.1-ci maddəsinə əsasən, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. 299.3 və 299.3.1-ci maddələrinə əsasən, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəmə daxil olmuş cinayət işinin ona aid olubolmaması məsələsinə baxılır. 300.1 və 300.1.4-cü maddələrinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilə bilər. Göründüyü kimi qanunvericilik növ və ərazi aidiyyətinə imperativ önəm verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Qeyd olunan konstitusion müddəaya əsasən cinayət təqibi ilə bağlı məhkəmə aidiyyətinin pozulması yolverilməzdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi məhkəmə aidiyyəti pozulmaqla Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərildiyindən, CPM-nin yuxarıda sadalanan müddəalarına əsasən cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətinin bitməsini nəzərə alaraq barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.4 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-782/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-782/2025
10.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver