Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-783/2024 12.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Cəfəropva İfadə Gündüz qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1999-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 dekabr 2022-ci il tarixdə, saat 23 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs tərəfindən icarəyə götürülüb klub kimi fəaliyyət göstərən “Borussıa Dortmund” Playstation klubun iş saatlarında klubda işləyən işləyən Şahid razılığı ilə müştəri qismində kluba daxil olaraq, ikinci mərtəbədə gizlənmiş, sonuncunun klubun üçüncü mərtəbəsində olmasından istifadə edərək ikinci mərtəbədə quraşdırılmış özgənin Zərərçəkmiş şəxs məxsus hər birinin qiyməti 300 manat olmaqla 600 manat dəyərində iki ədəd “Sony Playstation 3” oyun konsollarını, hər birinin dəyəri qiyməti 40 manat olmaqla 240 manat dəyərində həmin oyun konsollarının altı ədəd “Sony” markalı idarəetmə pultlarını, qiyməti 450 manat olan bir “Sony Playstation 4” oyun konsolunu və hər birinin dəyəri 50 manat olmaqla 100 manat dəyərində həmin oyun konsolunun iki ədəd “Sony” markalı idarəetmə pultlarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1390 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, ünvan 2 ünvanında yerləşən “Borussıa Dortmund” Playstation kluba bir neçə dəfə müştəri qismində gedərək orada müxtəlif oyunlar oynamışdır. Son zamanlar pula ehtiyacı olduğundan “Borussıa Dortmund” Playstation klubda olan oyun konsollarını oğurlayıb sataraq pul əldə etmək fikrinə düşmüşdür. 16 noyabr 2022-ci il tarixdə təxminən saat 23 radələrində həmişə olduğu kimi "Borussia Dortmund” playstation kluba getmişdir və kluba getməkdə məqsədi oğurluq etmək olmuşdur. Klub 3 mərtəbəlidir, birinci mərtəbədə heç nə fəaliyyət göstərmir. İkinci və üçüncü mərtəbədə isə "Sony Playstation 4” və "Sony Playstation 3” markalı oyun konsolları quraşdırılıb. O, kluba daxil olan zaman iki üç nəfər şəxs oyun oynayırdılar, klubu işlədən şəxsə salam vermiş və boş yer olub-olmamasını soruşmuşdur, həmin şəxs isə keçib əyləşməsini deyərək sifariş götürəcəyini bildirmişdir. Lakin o, sakit şəkildə ikinci mərtəbəyə düşmüş, orada təmir işləri getdiyi üçün və gecə vaxtı orada heç kəsin olmamasından istifadə edərək gizlənmişdir ki, sakitçilik olan kimi oyun konsollarını və pultları oğurlasın. Bir qədər sonra klubda olan müştərilər getmiş, klubu işlədən şəxs isə klubun üçüncü mərtəbəsində olmuşdur. Bundan sonra o, müştərilərin getməsindən və klubu işlədən şəxsin üçüncü mərtəbədə olmasından istifadə edərək ikinci mərtəbədə quraşdırılmış iki ədəd "Sony Playstation 3” markalı oyun konsollarını, həmin oyun konsollarının altı ədəd "Sony" markalı idarəetmə pultlarını, bir "Sony Playstation 4” markalı oyun konsolunu və həmin oyun konsolunun iki ədəd "Sony" markalı idarəetmə pultlarını gizli oğurlayaraq özü ilə götürmüş və birinci mərtəbədə yerləşən açıq vəziyyətdə olan giriş qapısından sərbəst çıxıb getmişdir. Bir gün sonra, oğurladığı iki ədəd "Sony Playstation 3” markalı oyun konsollarını, həmin oyun konsollarının altı ədəd "Sony" markalı idarəetmə pultlarını və bir ədəd "Sony Playstation 4” markalı oyun konsolunun iki ədəd "Sony" markalı idarəetmə pultlarını Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Neftçilər metrostansiyasının yaxınlığındakı makler bazarında tanımadığı şəxsə ümümilikdə 300 manata satmışdır, bir ədəd "Sony Playstation 4” markalı oyun konsolunu isə özündə saxlamışdır. Oğurluq etdiyi gündən bir neçə gün sonra klubu işlədən Zərərçəkmiş şəxs onun yaşadığı evə gələrək, işlətdiyi klubdan oyun konsollarını oğurladığına görə 13-cü polis bölməsinə şikayət etdiyini deyib, oğurladığı "Playstation" oyun konsollarını və idarəetmə pultlarını ona qaytarmağını tələb etmişdir. O, isə Zərərçəkmiş şəxs oğurladığı "Playstation" oyun konsollarından iki ədədini və idarəetmə pultlarını tanımadığı şəxsə satdığını deyib, bir ədəd "Sony Playstation 4“ oyun konsolunun özündə olduğunu bildirmiş və həmin oyun konsolunu Zərərçəkmiş şəxs qaytarmışdır, yerdə qalan oyun konsollarının və idarəetmə pultlarının dəyəri hesablanıb, Zərərçəkmiş şəxs dəymiş ziyan qardaşı X1 tərəfindən tamamilə ödənilmişdir. Etdiyi əməldən peşman olduğunu bildirərək, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasına zərərçəkmiş Zərərçəkmiş şəxs teleqram yazaraq Təqsirləndirilən şəxs Rəfail oğlunun dəymiş ziyanı qarşıladığı üçün şikayətçi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, 2018-ci ildən ünvan 3 ünvanında yerləşən “Borussia Dortmund” Playstation klubu icarəyə götürüb işlədir. Klub 3 mərtəbəlidir, birinci mərtəbəni əvvəllər başqa bir şəxs market kimi işlədirmiş, lakin hal-hazırda birinci mərtəbədə heç nə fəaliyyət göstərmir. İkinci və üçüncü mərtəbini isə özü işlədir, Şahid isə onun işçisidir, gündəlik işlədiyinə görə hər gün ona 10 manat verir. Klubun ikinci mərtəbəsində təmir işləri gedir. 17 noyabr 2022-ci il tarixdə klubu işlədən Şahid onun istifadə etdiyi mobil telefonuna zəng edərək, klubda quraşdırılmış ona məxsus 450 manat dəyərində bir ədəd “Sony Playstation 4” markalı oyun konsolunun, hər birinin dəyəri 50 manat olmaqla 100 manat dəyərində həmin oyun konsolunu iki ədəd “Sony” markalı idarəetmə pultunun, hər birinin dəyəri 300 manat olmaqla 600 manat dəyərində iki ədəd “Sony Playstation 3” markalı oyun konsollarmın və hər birinin dəyəri 40 manat olmaqla 240 manat dəyərində həmin oyun konsollarının altı ədəd “Sony” markalı idarəetmə pultunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etdiyini bildirmişdir. Həmin ərəfələrdə o, şəxsi işləri ilə əlaqədar Bakı şəhərində olmadığı üçün polis bölməsinə şikayət etməyə gedə bilməmiş, Şahid və qardaşı X2 bildirmişdir ki, bu barədə polisə məlumat versinlər. X4 da klubda baş vermiş oğurluq hadisəsi ilə bağlı DİN-nin «102» Xidməti- Zəng mərkəzi sisteminə zəng edərək məlumat vermiş, Şahid isə Sabunçu RPÎnin 13-cü polis bölməsinə gedərək orada oğurluq hadisəsi ilə bağlı yazılı ərizə və izahat vermişdir. O, klubda quraşdırılmış videomüşahidə kameralarının yaddaş qurğusuna qeydə alınmış vidogörüntülərə baxdıqda görmüşdür ki, 16 noyabr 2022-ci il tarixdə saat 22:40-da bir nəfər tanımadığı sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs müştəri qismində kluba gəlir və klubda işçisi olan Şahid salam verir. Həmin vaxt Fariz həmin şəxsə keçib əyləşməsini bildirir, sonra həmin şəxs sakit şəkildə ikinci mərtəbəyə düşür, orada təmir getdiyi üçün və gecə vaxtı orada heç kəsin olmamasından istifadə edərək gizlənir, hamı gedəndən sonra “Playstation” oyun konsollrım və həmin oyun konsollarmın idarəetmə pultlarmı gizli oğurlyaraq özü ilə götürür və birinci mərtəbədə yerləşən giriş qapısından çıxıb gedir. Həmin vaxt Şahid isə üçüncü mərtəbədə olduğu üçün ikinci mərtəbədə olan “Playstation” oyun konsollarını və idarəetmə pultlarını oğurlayan Təqsirləndirilən şəxs oğurluq etməsini eşitməmişdir. Təqsirləndirilən şəxs oğurluq hadisəsi barədə polisə şikayət etdiyini bildikdən sonra özündə qalan bir ədəd “Sony Playstation 4” markalı oyun konsolunu ona qaytarmış, yerdə qalan oyun konsollarm və idarəetmə pultların dəyərini hesablamış və ona dəymiş ziyan Təqsirləndirilən şəxs qardaşı Səttar adlı şəxs tərəfindən tamamilə ödənilmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ümumlikdə ona 1390 manat maddi ziyan dəymişdir. Şahid məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, 2018-ci ildən ünvan 3 ünvanında fəaliyyət göstərən “Borussia Dortmund” Playstation klubda işçi kimi işləyir. Həmin klubu Zərərçəkmiş şəxs 2018-ci ildən işlədir, klubda olan oyun aparatlarıda Zərərçəkmiş şəxs məxsusdur. Klub 3 mərtəbəlidir, birinci mərtəbəni əvvəllər başqa bir şəxs market kimi işlədirmiş, lakin hal-hazırda birinci mərtəbədə heç nə fəaliyyət göstərmir. İkinci və üçüncü mərtəbini isə Zərərçəkmiş şəxs klub kimi işlədir, ikinci mərtəbədə təmir işləri gedir. Əvvəllər bir neçə dəfə bir nəfər şəxs kluba müştəri qismində gəlib getmişdir və özünü heç də şübhəli aparmamışdır. 16 noyabr 2022- ci il tarixdə axşam saatlarında həmin müştəri kluba gəlmiş və ona adi qaydada salam vermiş, həmin vaxt o, həmin şəxsi tanımadığı üçün keçib əyləşməsini və indi yaxınlaşıb sifarişini qəbul edəcəyini bildirmişdir. Lakin sonradan həmin müştərini görməmiş, fikirləşmişdir ki, ola bilsin ki, çıxıb gedib. 16 noyabr 2022-ci il tarixdən, 17 noyabr 2022- ci il tarixə keçən gecə təxminən saat 01:30 radələrində klubdan hamı getdikdən sonra o, birinci mərtəbədə yerləşən giriş qapısını örtüb getmiş, lakin həmin günü qapının açarı ustalarda qaldığı üçün qapını açarla bağlamamış, sadəcə örtüb getmişdir. Səhəri günü, yəni 17 noyabr 2022-ci il tarixdə səhər saatlarında kluba daxil olmuş və bu zaman klubda olan Zərərçəkmiş şəxs məxsus 450 manat dəyərində bir ədəd “Playstation 4” markalı oyun konsolunun, həmin oyun konsolunun hər birinin dəyəri 50 manat olan 100 manat dəyərində iki ədəd pultunun, hər birinin dəyəri 300 manat olan iki ədəd “Playstation 3” markalı oyun konsollarının və hər birinin dəyəri 40 manat olan 240 manat dəyərində altı ədəd həmin oyun konsollarının pultlarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra klubda quraşdırılmış videomüşahidə kamerasına baxdıqda məlum olmuşdur ki, 16 noyabr 2022-ci il tarixdə saat 22:40-da müştəri qismində gələn şəxs kluba gəlir və ona adi qaydada salam verir. Həmin vaxt o, həmin şəxsi tanımadığı üçün keçib əyləşməsini və indi yaxınlaşıb sifarişini qəbul edəcəyini bildirmişdir. Sonra həmin şəxs ondan ayrılıb sakit şəkildə ikinci mərtəbəyə düşür, orada təmir getdiyi üçün və gecə vaxtı orada heç kəsin olmamasından istifadə edərək gizlənir, hamı gedəndən sonra oyun konsollarmı və həmin oyun konsollarının pultlarmı gizli oğurlyaraq özü ilə götürür və birinci mərtəbədə yerləşən giriş qapısından çıxıb gedir. Həmin vaxt o, özü isə üçüncü mərtəbədə olduğu üçün ikinci mərtəbədə olan “Playstation” oyun konsollarını və idarəetmə pultlarını oğurlayan şəxsin oğurluq etməsini eşitməmişdir. Oğurluq hadisəsini aşkar etdiyi gün o, polis bölməsinə şikayət etməmiş, fikirləşmişdir ki, həmin şəxsi tapa bilər, lakin tapa bilməmişdir. 19 noyabr 2022-ci il tarixdə klubu işlədən Zərərçəkmiş şəxs qardaşı X2 xahiş etmişdir ki, klubdan oğurluq olması barədə DİN-nin 102 xidmətinə zəng etsin, Tural da DÎN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, həmin ərəfələrdə Zərərçəkmiş şəxs şəxsi işləri ilə əlaqədar Bakı şəhərində olmadığı üçün polis bölməsinə gələ bilməmiş, ona görə də 19 noyabr 2022-ci il tarixdə o, özü polis bölməsinə getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 19 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən “Borussıa Dortmund” Playstation klubdur və həmin oyun salonu üç mərtəbəlidir, ikinci və üçüncü mərtəbəsində yerləşir. (i.v.6-7). “Şübhəli şəxsin tutulması haqqında” 22 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 22 dekabr 2022-ci il tarixdə, saat 18:30-da tutulmuşdur (i.v. 46). “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində başqa yerə egtməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə” 24 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.68-69). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 19 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartoçkasında heç bir məlumat yoxdur.(i.v.82). “Şəxsin məcburi gətirilməsi barədə” 28 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məcburi qaydada Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə gətirilməsi qərara alınmışdır(i.v.73). Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan olunması haqqında 05 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və o, tutularaq Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təhvil verilməsi qərara alınmışdır(i.v.75-76). Cinayət işi üzrə icraatın dayandırılması haqqında 05 yanvar 2023-cü il tarixli qərardan görünür ki, cinayət işinin icraatı təqsirləndirilən şəxs istintaqa gətirilənə qədər dayandırılmışdır(i.v.79-80). “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” 19 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnərək icraata qəbul edilərək ibtidai istintaqı davam etdirilmiş və təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri nəzərə alınmışdır(i.v.85-86). “Axtarışda olan şəxsin könüllü gəlməsi haqqında” 19 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs axtarışda olması barədə məlumatı olmamış və könüllü olaraq istintaq orqanına gəlmişdir(i.v.84). “Sübutların qiymətləndirilməsi haqqında” 23 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş AR Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri nəzərə alınmış, onun əməlində AR CM-nin 177.2.3-cü maddəsi ilə nəzərədə tutulan cinayətin tərkib hissəsi aşkar olunmadığından həmin hissədə barəsində cinayət təqibinə xitam verilmiş, oğurlanmış, zərərçəkmiş şəxsə məxsus olan “Sony Playstation 4” oyun konsolu maddi sübut hesab edilmiş, təqsirləndirilən və zərərçəkmiş şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra məsul saxlanc üçün zərərçəkmiş şəxsə təhvil verilmiş, ilkin materiallar, hadisə yerinə baxış protokolu, maddi sübutun götürülməsi haqqında protokol, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin ifadələri, maddi sübut iş üzrə sübut növü kimi qiymətləndirilmişdir(i.v.97-103). “Maddi sübutun götürülməsi haqqında” 21 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş bir ədəd Sony Playstation 4” oyun konsolu maddi sübut kimi götürülmüşdür(i.v.93-96). Ərizə və iltizama əsasən bir ədəd “Sony Playstation 4” oyun konsolu maddi sübutun məhkəmənin qüvvəyə minmiş hökmünədək saxlanmasını, xarab olmasını və zədədlənməsinin qarşısını almaq üçün tədbirlər görülməsini öhdəsinə götürülməklə Zərərçəkmiş şəxs təhvil verilmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş iltizam və teleqramdan görünür ki, dəymiş ziyan ödənilmiş və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144- 146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. 1-ci bəndi cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədtlmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. 2-ci bəndi şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini (CM- 59.2), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (CM-59.1.12), zərərçəkmiş şəxsə dəymiş ziyanın tam aradan qaldırılmasını (CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, dəymiş ziyanın məbləğini(1390 manat), ilk dəfə cinayət əməli törətməsi nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında dörd cəza növü nəzərdə tutulmuşdur: ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində saxlandığı müddət bir günə dörd gün hesabı ilə ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, hökmün Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut “Sony Playstation 4” oyun konsulu hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək hər ay qazancından dövlət nəfinə 15% tutulmaqla 01 il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 dekabr 2022-ci il tarixdən 24 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət islah işləri cəzasının müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla 08 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq hər ay qazancından dövlət nəfinə 15% tutulmaqla 11 ay 22 gün müddətə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut “Sony Playstation 4” oyun konsulu hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №1(008)-783/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-783/2024
12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver