Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-786/2023 23.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X7 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Nadir oğlunun, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1982-ci tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi X8 küçəsi, ev 3 D ünvanda qeydiyyatda olmaqla, hazırda Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmünə əsasən həbsdə olmaqla cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, o, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, X2 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 01 noyabr 2022-ci il tarixdə saat 07:30 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin heyətinə hasardan aşma yolu qanunsuz daxil olaraq həyətdə yerləşən saxlanc yeri sayılan avtomobil qarajından özgənin əmlakını yəni, Zərərçəkmiş şəxs məxsus 285 manat dəyərində bir ədəd radionun, 100 manat dəyərində bir ədəd televizorun, 200 manat dəyərində bir ədəd kondisionerin tranfarmatorunun, 300 manat dəyərində bir ədəd cərəyan toplayan transfamnatorun içərisini söküb əlvan metalını, 45 manat dəyərində bir ədəd dəmir materialdan olan havasərinləndiricini, ümumi dəyəri 210 manat olan “Ford" markalı avtomobilin 4 ədəd əyləc disklərini və alminium materialından olan ümumi dəyəri 150 manat olan qazanları gizli olaraq talayıb Zərərçəkmiş şəxs cəmi 1290 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən iki il olar ki, narkotik maddələrin aludəçisidir. Heç bir yerdə işləmədiyindən maddi sıxıntıları olmuşdur. Həmin ərəfələrdə narkotik maddə almağa maddi imkanı olmadığından oğurluq etmək qərarına gəlmişdir. 31 oktyabr 2022-cİ il tarixdən 01 noyabr 2022-ci il tarixə keçən gecədə saat 05 radələrində yaşadığı evdən çıxaraq Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi Q.Musabəyov küçəsində qonşuluqda yaşayan Namiq adlı şəxsin yaşadığı evin həyətinə hasardan aşma yolu ilə daxil olmuşdur.Bundan sonra həyətdə olan yaşayış olmayan evə pəncərəsindən İçəri daxil olaraq oradan da qaraja daxil olmuşdur. Qarajda olan zaman orada olan bir ədəd radio, bir ədəd televizor, bir ədəd kondisionerin tranfarmatorunun içərisini söküb əlvan metalını çıxarmış, qarajda olan 4 ədəd əyləc disklərini və alminium materialından olan qazanlan özü ilə gətirdiyi torbalara yığaraq qaraja girdiyi yerdən də çıxmışdır. Həmin əşyaların bir qismini həmin günü səhəri yoldan təsadüfü keçən səyyar əlvan metal alan şəxsə satıb əldə etdiyi pula narkotik vasitə alıb qəbul etmişdir. Oğurluqdan qalan əşyalar isə polis əməkdaşları tərəfindən protokollaşdınlaraq maddi subut olaraq götürülmüşdür. Törətdiyi əməldən səmimi peşmandır. Zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəyərək onunla barışıq əldə etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirlmiş Zərərçəkmiş şəxs Nadir oğlu ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. Yaşadığı fərdi yaşayış sahəsi olmaqla həyət, həyətdə olan qaraj və evdən ibarətdir. Həyətdə eyni zamanda hazırda yaşayış olmayan bir otaqiı ev vardır. Həmin evin pəncərəsindən də həyətdə yerləşən avtomobil qarajına yol da vardır. Həmin qarajda müxtəlif məişət əşyaları, radio, televizor və qazan dəstələri saxlanı İmişdir. 31 oktyabr 2022-ci il tarixdən 01 noyabr 2022-ci il tarixdə olan müddətdə səhər saat 07:35 radələrində yaşadığı evdə olan zaman qonşuluqda yaşayan qonşusu Əbdül onu çağıraraq həmin yaşayış olmayan evə məhəllədə narkoman olaraq tanıdıqları Səxavət adlı şəxsin daxil olmaq istədiyini gördüyünü ona bildirmişdir. O da evdə yaşadığı evin pəncərəsinin qarşısında dayanıb həyətdə olan həmin yaşayış olmayan evi kənardan müşahidə etməyə başlamışdır. Bu zaman yaşadığı məhəllədən Səxavət olaraq tanıdığı şəxsin hasardan aşma yolu İlə həyətə daxil olaraq yaşayış olmayan evin pəncərəsini açaraq evə daxil olmasını və ordan da qaraja daxil olmasını görmüşdür. Səxavətin narkotik maddənin təsiri altında olmasından ehtiyat edərək ona yaxınlaşmamış, Səxavətin də onun müşahidə edilməsindən məlumatı olmamışdır.Bundan bir neçə dəqiqə sonra Səxavətin əlində torba ilə qarajdan çıxaraq hasardan aşıb getməsini görmüşdür. Bundan sonra qaraja daxil olduqda qarajda olan 285 manat dəyərində bir ədəd radionun, 100 manat dəyərində bir ədəd televizorun, 200 manat dəyərində bir ədəd kondisionerin tranfarmatorunun, 300 manat dəyərində bir ədəd cərəyan toplayan transfarmatorun içərisinin sökülüb əlvan metalının çıxanlmasını, qarajda olan 45 manat dəyərində bir ədəd dəmir materialından olan havasərinləndiricinin, ümumi dəyəri 210 manat olan 4 ədəd əyləc disklərinin və alminium materialından olan ümumi dəyəri 150 manat olan qazanların oğurlanmasını aşkar etmişdir. O sonradan Səxavətin valideynlərinin yaşadığı ünvana gəlmiş həmin ünvanda olan Səxavət oğurluq hadisəsini törətmədiyini bildirdikdə baş vermiş oğurluq hadisəsi barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş və baş vermiş hadisə ilə bağlı Sabunçu RPİ-nin 12-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Baş vermiş hadisə ilə bağlı ona 1290 manat məbləğində maddi ziyan yetirilmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmiş, o təqsirləndirilən şəxslə barışımış və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 01 noyabr 2022-ci İl tarixdə saat 07:30 radələrində çörək almaq üçün küçəyə çıxıb mağazaya getmək istəmişdir. Həmin vaxtı küçədən qonşusu Namiqin qarajının qapısının açıq olmasını görmüşdür.Həmin vaxtı qarajda qonşuluqda yaşayan yaşadığı məhəllədə narkoman olaraq tanıdığı Səxavətin orada olmasını və əlində olan torbaya nə isə doldurduğunu görmüşdür. Səxavətin qarajdan oğurluq etməsini qonşusu Namiqə bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 01 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 5 ünvanıdır. Hazırda həmin evdə yaşayış yoxdur. Evin pəncərəsi açıq vəziyyətdədir. (i.v.9-12). “Maddi sübutun götürülməsi haqqında” 02 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, 02 noyabr 2022-ci il tarixdə, saat 07:35 radələrində ünvan 6 ünvanda Zərərçəkmiş şəxs Natiq oğluna məxsus evdən və qarajdan oğurlanmış əmlakların bir qismi Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüşdür (i.v.13-15). “Sübutların qiymətləndirilməsi haqqında” 21 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, onun Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 1(008)-298/2023 saylı hökmünə əsasən həbsdə olması və cəza çəkməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd radio, 01 ədəd televizor, 01 ədəd kondisonerin transfarmatorunun içərisindən sökülmüş əlvan metal qalıqları maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (i.v.89-91). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndinə əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 03 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 noyabr 2023-cü il tarixdə, saat 19:00-da tutulmuşdur (i.v.34). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 05 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.68-70). “Qətimkan tədbirinin seçilməsi haqqında” 05 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir (i.v.71). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 18 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.73). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 1(008)- 298/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 01 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (i.v.81-86). Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı (xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1) uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını (CM- 59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (CM-59.1.12), zərərçəkmiş şəxsə dəymiş ziyanın tam aradan qaldırılmasını (CM-59.1.13), törətdiyi cinayəti etiraf etməsini, əməlindən peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəza ona Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 1(008)- 298/2023 saylı hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona AR CM-nin 66.5-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən həmin cəza Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 1(008)-298/2023 saylı hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 1(008)-298/2023 saylı hökmü ilə müəyyən edilmiş tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və onun Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 1(008)- 298/2023 saylı hökmünə əsasən həbsdə olması nəzərə alınmalı, iş üzrə maddi sübut hesab olunan 01 ədəd radio, 01 ədəd televizor hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Zərərçəkmiş şəxs Nadir oğluna qaytarılmalı, 01 ədəd kondisonerin transfarmatorunun içərisindən sökülmüş əlvan metal qalıqları məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla-01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 1(008)-298/2023 saylı hökmü ilə qəti olaraq təyin edilmiş 01 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 1(008)-298/2023 saylı cinayət işi üzrə 12 noyabr 2022-ci il tarixdən 14 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət, o cümlədən, hazırki cinayət işi üzrə 03 noyabr 2022-ci il tarixdən 05 noyabr 2022-ci il tarixədək şübhəli şəxsi qismində saxlanıldığı saxlandığı 02 gün müddət, cəmi 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 03 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 1(008)-298/2023 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs həbsdə olması nəzərə alınsın. İş üzrə maddi sübut- 01 ədəd radio, 01 ədəd televizor hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Zərərçəkmiş şəxs Nadir oğluna qaytarılsın, 01 ədəd kondisonerin transfarmatorunun içərisindən sökülmüş əlvan metal qalıqları məhv edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi iləBakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-786/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-786/2023
23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver