Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-789/2024 20.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı X2, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 3-da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, aldatma və etibardan sui-istifadə etmək yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə X3 2000 manat pul müqabilində Bakı şəhərində fəaliyyət göstərən teatrların birinə aktrisa vəzifəsinə işə düzəldəcəyinə dair vəd verib etibarından sui-istifadə edərək, sonuncunu inandırmaq görüntüsü yaratmaq məqsədilə 17 oktyabr 2023-cü il tarixdə saat 17:56 radələrində ünvan 1 ünvanında yerləşən 16 saylı Notariat kontorunda borc müqaviləsi bağlayıb Nurəngiz Quliyevadan aldığı 1750 manat pulu daha sonra həmin tarixdə yaşadığı evindən götürüb qayıdaraq həmin notariusun qarşısında əlavə olaraq 250 manat pulunu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş şəxs Nurəngiz Quliyevaya 2000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid bu məsələ ilə əlaqəsi olmamışdır. O Nurəngiz Quliyevanı sosial şəbəkədən tanıyır. Əyani tanışlıqları isə Şahid evində olmuşdur. Keçən il sentyabrın 27-də oğlu vəfat etmişdir, həmin an vəziyyəti çox pis olmuşdur. Bu söhbət ilk dəfə aktrisa Yeganə xanımın evində olmuşdur, bu məsələdən nə Nəzifə xanım nə də başqa aktrisaların xəbəri olmamışdır. Orada da onlar danışanda demişlər ki bundan heç kimin xəbəri olmasın. Pulu o Nurəngiz xanımdan borc kimi almışdır, aralarında borc müqaviləsi olmuşdur. Həmin an oğlu vəfat etmişdir və hər şey onun üzərinə düşmüşdür, oğlunun yasını verməyə imkanı çatmamışdır. O zaman Nurəngiz xanım da işə düzəlmək istəmişdir. O da Nurəngiz xanıma bildirmişdir ki, tanışı var onu işə düzəldə bilər. Amma bu məsələdən Nəzifə xanımın nə də bir başqasının məlumatı olmamışdır. Daha sonra Nurəngiz xanım onu təhqir etməyə başlamışdır və onu polisə vermişdir. O saxlanılmışdır və müstəntiqin yanında borcdan 500 manat vermişdir. O son bir il ərzində işləyə bilməmişdir. O təşkilatçıdır, təlimlər təşkil edir və tək gəliri oradan gəlir. Hazırda qalan pulu ödəyə bilmir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2000 manat pul olub, 1750 manat nağd verilib, 250 manat isə xanımın üzərində nağd olmadığı üçün kartla atılıb.ilk dəfə Nurəngiz xanımdan borc almışdır. 5-6 ay idi ki, Nurəngiz xanımı əyani tanımışdır, aralarında işə düzeltmə söhbəti olmuşdur, pulu qaytara bilmədiyi üçün teatra işə düzəldəcəyini bildirmişdir. Nurəngiz xanımın vəziyyəti daha yaxşı olduğu üçün ondan borc almışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı X6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs rəfiqəsi Nəzifənin evində görmüşdür. O, onu əvvəllər tanımamışdır. Orada görəndə ona işə düzəltmək təklifi etmiş və demişdir ki, çoxlarını düzəltmişdir və ondan 5000 manat pul tələb etmişdir. O, o qədər pulu olmadığını, işi düzəltdikdən sonra verəcəyini demişdir. Ləman ondan pulun yarısını tələb etmiş və iş barədə danışacağını bildirmişdir. Bir neçə gün sonra Ləman ona zəng edib işinin 1 həftəyə düzələcəyini bildirmiş və ondan heç olmasa 2000 (iki min) manat istəmişdir. O, pulu Ləmana vermiş və bildirmişdir ki, o, Ləmana inanmır. Pulu gedib notariusda versin. O, Ləmanı notariusa aparmış və ona 2000 (iki min) manat vermişdir. Müqavilənin rüsumunu -115 manatı da ondan alınmışdır. Üstündən bir müddət keçdikdən sonra o, Ləmandan işi tələb etmişdir və Ləman onu süründürməyə başlamışdır və telefona da cavab verməmişdir. Bir neçə ay keçmiş, Ləman ona bildirmişdir ki, narahat olma, pulu elə adamlara vermişdir ki, o adam hələ xaricdədir, hələ vəzifəsinə gəlib çıxmayıb. O, da Ləmana bildirmişdir ki, əgər gəlib çıxmamışdırsa, niyə onu aldatmışdır. Sonradan ona bir nəfərdən zəng gəlmiş və bildirmişdir ki, mesaj gələcək və bildiriləcək ki, hara gələsiniz. Sonradan bilmişdir ki, bu zəngi Ləman elətdirmişdir. O, Ləmandan pulunu tələb etdikdə, Ləman ona hədə-qorxu gəlmişdir və demişdir ki, şikayətin var, məhkəməyə ver. Məhkəməyə verməyə isə onun pulu yoxdur, nə vaxtsa olar, qəpik-qəpik verər, çünki pul onda deyil. Mart ayında Ləman ona bildirmişdir ki, Novruz şənliyi üçün bilet satmışdır. Biletlərin pulunu ona verəcək və biletin şəklini ona vatsapda göndərmişdir. O həmin gün biletdə qeyd olunan ünvana getmişdir. Demişlər ki, burada şənlik yoxdur. Hamını aldadıb bilet satıb, camaat əlində bilet şənliyə gəliblər, lakin geri qayıdıblar, çünki hamıdan biletin pulunu alıb, qaçıb. Onun getkontanktına baxarkən məlum olmuşdur ki, neçə adamdan işə düzəltmək adı ilə pul alıb və həmin adamlar onu prokurorluğa veriblər. Ona vhatsap vasitəsilə göndərdiyi səslər və yazışmalarda bütün sübutlar var. Orada bildirir ki, pulu başqa adama vermişdir, o da xaricdədir, hələ vəzifəsinə gəlməyib”. Sonra deyib ki, bu nazirliyin əli ilə olunan işdir, gözlə. Bir neçəsini düzəltmişdir bilmir niyə görə onun işin belə yubanır. Hər ay da ona bildirmişdir ki, o ayın axırı ona pulu verəcək. Onu Bakı şəhərində fəaliyyət göstərən teatrların birinə işə düzəltməsi üçün, Bakıxanov qəsəbəsində 2000 manat vermişdir. Həmin pulun 1750 manat hissəsinə dair borc müqaviləsi bağlamış bundan sonra qalan 250 manat hissəsini isə Ləman onu natariusdan çıxdıqdan sonra orada gözləmiş və o isə taksi ilə gedib yaşadığı mənzildən götürüb gətirib natariusun qarşısında ona vermişdir. Həmin puldan istintaq zamanı 500 manat qaytarılmış, 1500 manat ziyanı tələb edir, şikayətçidir. Şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Nurəngiz Quliyevanı o, təxminən 30 il müddətdir ki, tanıyır. Onunla yoldaşlıq münasibəti olmuşdur. Təqsirləndirilən şəxs o, təxminən 3 il müddətdir ki, tanıyır. Təqsirləndirilən şəxs bəstəkar-produser kimi fəaliyyət göstərir, Nurəngiz Quliyeva isə aktrisadır. Təxminən bir il bundan öncə Ləman və Nurəngiz onun yaşadığı mənzildə təsadüfən görüşmüşlər. Orada bir qədər işdən söhbət etmişlər, bundan təxminən iki ay sonra Nurəngiz ona bildirmişdir ki, Təqsirləndirilən şəxs onu teatra işə düzəldəcəyinə söz verərək aldadıb 2000 manat pulunu almışdır. O, Nurəngizə bildirmişdir ki, Ləmanın yaşadığı mənzilə getsin və pulunu tələb etsin. Bir müddət bundan sonra ona məlum olmuşdur ki, Nurəngiz Ləman barəsində polisə şikayət etmişdir(i.v.47- 49); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi barədə 27 may 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən 16 saylı notariat kontoruna baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v.27-29); təqdim edilmiş sənədlərə və CD diskə baxış keçirilməsi haqqında 20 iyun 2024-cü il tarixli protokoldan görünür ki, təqdim edilmiş 18 vərəqdən ibarət sənədlərdən 17-i telefon yazışmalarına aiddir, 1 vərəq isə kredit müqaviləsidir. Təqdim edilmiş 17 vərəqədən ibarət telefon yazışmaları mətnləri öyrənilərkən həmin yazışmaların təqdim etmiş şəxsin telefon aparatında adı «Ləman» kimi qeyd edilmiş şəxslə aparılması müəyyən edilir. 17 vərəqdən 14 vərəqəsində təqdim keçiriləcək şənlik tədbirinə buraxılış biletinin şəkili, 1 vərəq isə həmin biletin üzərində olan möhürün yaxınlaşdırılmış vəziyyətdə olan skrinşot şəkilindən ibarətdir. Təqdim edilmiş 1 vərəqdə olan kredit müqaviləsinin isə 17 oktyabr 2023-cü ıl tarixdə 16 saylı notariat ofisində X7 ilə Təqsirləndirilən şəxs aralarında bağlanması, kredit məbləğinin isə 1750 manat olması müəyyən edilir. Həmçinin təqdim edilmiş 1 ədəd CD diskdə «Audio WhatsApp 2024-05-23 v 16.14.58_e3a11652.opus» adlı faylların olması, həmin fayllarda eyni qadın səsli şəxsin «Nurəngiz» adlı şəxsə müraciətlə narahat olmaması, onun işini həll edəcəyini, iş gördüyü adamın belə işləri bacardığını, ondan başqa işə düzəltmək üçün qəbul etdiyi müraciətləri həll etdiyi məzmunlu səslər olması müəyyən edilir. Baxışda iştirək edən X6 həmin yazışmaların Təqsirləndirilən şəxs ilə onun arasında aparılan yazışmalar, CD diskdə olan səslərin isə Ləmanın müxtəlif vaxtlarda ona atdığı səslərin olmasını bildirmişdir (i.v.50); təqdim edilmiş sənədlərə və CD diskə baxış keçirilməsi haqqında 19 iyul 2024-cü il tarixli protokoldan görünür ki, təqdim edilmiş 18 vərəqdən ibarət sənədlərdən 17-i telefon yazışmalarına aiddir, 1 vərəq isə kredit müqaviləsidir. Təqdim edilmiş 17 vərəqədən ibarət telefon yazışmaları mətnləri öyrənilərkən həmin yazışmaların təqdim etmiş şəxsin telefon aparatında adı «Ləman» kimi qeyd edilmiş şəxslə aparılması müəyyən edilir. 17 vərəqdən 14 vərəqəsində təqdim keçiriləcək şənlik tədbirinə buraxılış biletinin şəkili, 1 vərəq isə həmin biletin üzərində olan möhürün yaxınlaşdırılmış vəziyyətdə olan skrinşot şəkilindən ibarətdir. Təqdim edilmiş 1 vərəqdə olan kredit müqaviləsinin isə 17 oktyabr 2023-cü il tarixdə 16 saylı notariat ofisində X7 ilə Təqsirləndirilən şəxs aralarında bağlanması, kredit məbləğinin isə 1750 manat olması müəyyən edilir. Həmçinin təqdim edilmiş 1 ədəd CD diskdə «Audio WhatsApp 2024-05-23 v 16.14.58 e3a11652.opus» adlı faylların olması, həmin fayllarda eyni qadın səsli şəxsin «Nurəngiz» adlı şəxsə müraciətlə narahat olmaması, onun işini həll edəcəyini, ış gördüyü adamın belə işləri bacardığını, ondan başqa işə düzəltmək üçün qəbul etdiyi müraciətləri həll etdiyi məzmunlu səslər olması müəyyən edilir. Baxışda iştirək edən Təqsirləndirilən şəxs həmin yazışmaların həqiqətən onunla Nurəngiz Quliyeva arasında aparılan yazışmalar olmasını, səs yazılarında olan şəxsin isə özünün Nurəngizə atdığı səslər olmasını bildirmişdir (i.v.57); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 19 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmişdir (i.v.75-76); Maddi ziyanın ödənilməsi haqqında 19 iyul 2024-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs X4 dəymiş 2000 (iki min) manat maddi zərərin bir hissəsi 500 (beş yüz) manatı Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir (i.v.78); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v.80); Toplanmış sübutların qiymətləndirilməsi haqqında 09 avqust 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə 18 vərəqədən ibarət kredit müqaviləsi və telefon yazışmalarının fotoşəkilləri, 1 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (i.v.102-105); Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında 10 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur (i.v.106); Axtarışda olan şəxsin tutulmasına dair 10 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat təxminən 18:30 radələrində Neftçilər metrosu yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir (i.v.111); təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması haqqında 12 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan nəzərə alınması və qüvvəsində saxlanılması qərara alınmışdır (i.v.123-124); Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il tarixli azyaşlı övladı vardır(i.v.89); Zərərçəkmiş şəxs və mülki iddiaçı X6 məhkəməyə mülki iddia ərizəsi verərək 1500 manat dəymiş ziyanın təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilsə də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, “...pulu o Nurəngiz xanımdan borc kimi almışdır, aralarında borc müqaviləsi olmuşdur. Həmin an oğlu vəfat etmişdir və hər şey onun üzərinə düşmüşdür, oğlunun yasını verməyə imkanı çatmamışdır. O zaman Nurəngiz xanım da işə düzəlmək istəmişdir. O da Nurəngiz xanıma bildirmişdir ki, tanışı var onu işə düzəldə bilər.” Məhkəmə onun bu məzmunda ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir.Belə ki, onun bu məzmunda ifadəsi zərərçəkmiş şəxsin ifadəsi və iş materiallarında olan digər sübutlarla təkzib olunmuşdur. X1 ifadəsində Təqsirləndirilən şəxs həmin pulu işə düzəltmək üçün aldığını, lakin o, qorxduğundan həmin pulu borc müqaviləsi ilə rəsmiləşdirməyi təklif etdiyini, Ləmanda onunla razılaşdığını bildirmişdir. Eyni zamanda, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində pulu Nurəngiz Quliyevadan işə düzəltmək məqsədilə aldığını etiraf etmişdir. Həmçinin iş materiallarında olan təqdim edilmiş sənədlərlə və CD diskə baxış keçirilməsi haqqında protokollar, eləcə də diskdə olan səs yazıları ilə zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə– min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını(CM- 59.1.4), zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini(CM-59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 10 sentyabr 2024-cü il tarixdən 12 sentyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3),öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır(CPM-198.1.), maddi sübutlar - 18 vərəqədən ibarət kredit müqaviləsi və telefon yazışmalarının fotoşəkilləri, 1 ədəd CD disk maddi sübutun cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 3 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı X6 tərəfindən verilmiş mülki iddia təmin edilməlidir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 67-ci bəndində qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsində qeyd edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İş materiallarında olan iddia ərizəsindən və əlavə olunmuş sənədlərdən görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı X6 mülki iddia ilə məhkəməyə müraciət edərək mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona dəymiş 1500(min beş yüz) manat ziyanın tutularaq X4 ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs hazırki cinayət əməli nəticəsində zərərçəkmiş şəxs və mülki iddiaçı X4 vurduğu zərərin ödənilməyən hissəsi kimi 1500(min beş yüz) manat məbləğ olması həm təqsirləndirilən şəxs tərəfindən qəbul edilmiş, həmçinin iş üzrə sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Odur ki, mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs 1500(min beş yüz) manat məbləğində maddi ziyan tutularaq X2 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda mülki iddiaya əlavə edilmiş qəbzdən görünür ki, X6 tərəfindən mülki iddia ərizəsinə görə 35(otuz beş) manat rüsum dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə hesab edir ki, mülki iddiaçının iddia tələbinin təmin olunması nəzərə alınaraq 35(otuz beş) manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq X2 xeyrinə ödənilməlidir. Beləliklə, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs 1500(min beş yüz) manat maddi ziyan və 35(otuz beş) manat dövlət rüsumu, cəmi 1535 (min beş yüz otuz beş) manat tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı X2 xeyrinə ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 sentyabr 2024-cü il tarixdən 12 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 1500(min beş yüz) manat maddi ziyan və 35(otuz beş) manat dövlət rüsumu, cəmi 1535 (min beş yüz otuz beş) manat tutularaq X2 xeyrinə ödənilsin. Maddi sübutlar - 18 vərəqədən ibarət kredit müqaviləsi və telefon yazışmalarının fotoşəkilləri, 1 ədəd CD diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-789/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-789/2024
20.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver