Məhkəmə qərarları › İş №1(008)-79/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-79/2021

21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-79/2021 21.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs Mamedaliyeçin iştirakları ilə, xx.xx.1970-cı ildə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Oktyabr küçəsi, ev 25-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Mamedaliyeçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i : Təqsirləndirilən şəxs narkotik vasitədən asıllığını təmin etmək məqsədilə xx xxxxxx 2020-ci il saat 11:00-da Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində istintaqla müəyyən olunmamış şəxsdən 30 manata almaqla satış məqsədi olmadan qanunsuz olaraq 0,388 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək üstündə saxlamaqla daşımış və həmin gün saat 14 radələrində Zabrat qəsəbəsi «Badamlıq» yeni yaşayış massivindəki yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin, yəni Zərərçəkmiş şəxs əmlakını gizli talamağa cəhd edərkən qonşular tərəfindən saxlanılıb Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşlarına təhvil verildikdən sonra polis bölməsinə gətirilmiş, orada şəxsi axtarış zamanı tünd göy rəngli cins şalvarının sağ yan cibindən siqaretin gümüşü kağızından hazırlanmış kiçik bağlamada (bükümdə) şəxsi istehlak miqdarından artıq miqdarda 0,388 qram narkotik vasitə kustar üsulla hazırlanmış heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən özünün, zərərçəkmiş şəxslər və şahid ifadəsi, işin digər tədqiq olunmuş halları ilə təsdiqini tapır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3 və 234.1-ci maddələri ilə ona elan olunmuş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsində, Badamlıq deyilən ərazidən keçərkən həyətyani sahəsi 3 tərəfdən təxminən 1,60 sm hündürlükdə daş hasarla əhatə olunmuş, həyətinin giriş qapısı olmayan 2 mərtəbəli ev görmüş və həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə evin sağ tərəfindən boş ərazidən keçməklə həyətə daxil olmuş, yerdən götürdüyü metal parçası ilə evin mətbəxinin plastikdən olan pəncərəsi aşağı hissədən sıxmaqla açmış və evə daxil olmuşdur. Evdə təmir işləri aparıldığı üçün evin otaqları boş olmuş, o, daha sonra evin mətbəxinə keçmiş, ətrafa baxdıqda 1 ədəd qızdırıcı soba olduğunu görmüşdür. Həmin sobanı götürərək evə daxil olduğu pəncərəyə yaxınlaşmış, sobanı həmin pəncərəyə qoymuş, özü isə pəncərədən həyətə düşmüşdür. Əlini qaldırıb sobanı götürmək istəyərkən qışqırıq səsləri eşitmiş, çönüb arxaya baxdıqda arxasında tanımadığı 2-3 nəfər şəxsin olduğunu görmüşdür. Qaçmaq imkanı olmadığından könüllü olaraq təslim olmuşdur. Həmin şəxslər elə həmin yerdə onu saxlamış, əvvəlcə ev sahibinə, daha sonra isə DİN-nin 102 xidmətinə məlumat vermişdilər. Bir-neçə dəqiqə sonra polis əməkdaşları gəlib, onu Polis bölməsinə aparılmışdır. İttiham aktında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması qeyd olunsa da və narkotik maddələrdən istifadə etməsinə baxmayaraq, o, həmin gün narkotik vasitə əldə etməmiş və ya üzərində saxlamamışdır. Polis əməkdaşları tərəfindən ona təzyiq göstərildiyi üçün özünə qarşı ifadə vermiş və hansısa sənədləri imzalamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Qaryağdı küçəsində fərdi ev tikdirir. Evin yerləşdiyi torpaq sahəsi 4 tərəfdən mişar daşları ilə hasara alınsa da, evin darvazası yoxdur. Hər gün evə gedib baxmış, evdən çıxarkən kənar şəxslərin daxil olmaması üçün daim evin giriş qapısını və pəncərələrini bağlamışdır. xx.xx.2020-ci il tarixdə qonşusu Əmir ona zəng edərək bildirmişdir ki, onun evinə bir nəfər pəncərədən girib sobanı götürüb çıxanda onu saxlamışlar. O, xahiş etmişdir ki, bu barədə polisə məlumat versinlər və özü də, ora gəlir. Əmir 102 xidmətinə zəng etmiş və oğurluq etmək istəyən şəxsi hadisə yerinə gələn polis əməkdaşına təhvil vermişdir. O, evinə çatdığı zaman həmin şəxs polis əməkdaşları tərəfindən polis bölməsinə aparılmış, həmin şəxsi o, polis bölməsində görmüşdür. Oğurlanmasına cəhd edilən mikrodalğalı sobanı 200 manata almış, polis əməkdaşları hadisə yerində mikrodalğalı elektirik sobasının foto şəkilini çəkdikdən sonra sobanı ona qaytarmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il saat 14 radələrində yaşadığı evdə olmuş, küçədə səs eşidib evdən çıxmış, qonşuluqda yaşayan Tofiq adlı şəxsin tanımadığı bir nəfər şəxsi tutub, saxladığını görmüşdür. Tofiqdən nə baş verdiyini soruşduqda Tofiq ona bildirmişdir ki, həmin şəxs qonşuluqda yaşayan Zərərçəkmiş şəxs evinə oğurluq etmək üçün daxil olmuş, evdən çıxarkən onun tərəfindən saxlanılmışdır. O, əvvəlcə DİN-nin 102 xidmətinə, daha sonra isə ev sahibi Zərərçəkmiş şəxs baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Bir-neçə dəqiqə sonra polis əməkdaşları, daha sonra isə Gülabi hadisə yerinə gəlmiş, daha sonra həmin şəxs polis bölməsinə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 15-ci Polis bölməsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2020-ci il saat 15:00 radələrində iş yerində olarkən polis bölməsinin növbətçi hissəsinə DİN-nin 102 xidmətindən Sabunçu rayonu, Zabrat qəsəbəsi, Qaryağdı küçəsində evdən oğurluq edən şəxsin qonşular tərəfindən saxlanılması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında rəhbərliyin göstərişinə əsasən o və əməliyyat müvəkkili Şahid3 həmin ünvana getmişlər. Hadisə yerinə çatanda qonşuların bir nəfəri saxladığını görmüşlər. Qonşular onlara həmin şəxsin qonşu Zərərçəkmiş şəxs evinə pəncərədən girdiyini görmələrini və soba ilə çıxarkən onu saxladıqlarını bildirmişlər. Saxlanılan şəxslə sorğu aparılarkən həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və etiraf etmişdir ki, həqiqətən həmin evə oğurluq etmək üçün pəncərəni açaraq daxil olmuş, 1 ədəd soba götürmüş evdən çıxarmaq üçün pəncərənin kənarına qoymuş, özü pəncərədən çıxmış və bu an saxlanılmışdır. Onunla söhbət edən zaman sözlərini aydın tələffüs etməməsi, sərxoş vəziyyətdə olması, lakin spirtli içkinin qoxusu gəlmədiyinə görə narkotikdən istifadə etməsində şübhələr yaranmışdır. Bu barədə soruşanda etiraf etmişdir ki, narkotik vasitə istifadəçisidir. Oğurluq cinayəti törətməkdə və narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün onu 15-ci Polis bölməsinə gətirilmiş və baş vermiş hadisə barədə məruzə etmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış, eləcə də oğurluq nəticəsində əldə etdiyi predmetlər varsa, təqdim etsin. Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağızdan hazırlanmış bağlama çıxarmışdır. Bağlama açıldığı zaman içərisində qəhvəyi rəngli, toz halında narkotikə oxşar maddə aşkar olunmuş, dərhal həmin maddə zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənərək baxış iştirakçıları tərəfindən imzalanmışdır. Daha sonra, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunduqdan sonra baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ 15-ci PB-nin əməkdaşı Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 25-26-cı vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid2 və Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir bükümdə siqaretin gümüşü rəngli kağızına bükülmüş, qəhvəyi rəngli, toz şəkilli, narkotik maddə olan heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin 41-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 114 (yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 42-44-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 6/1496 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd bükümdə olan maddə 0,388 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf ediildikdən sonra heroinin təmiz çəkisi 0,338 qramdır. Cinayət işinin 74-76-cı vərəqəsində olan Sabunçu Rayon Məhkəməsinin 4(008)- 461/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesalanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 111-ci vərəqəsində olan xx xxxxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Sonifer” markalı, 1 ədəd soba maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,338 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışı video görüntüləini özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 115-116-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloci Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2826 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloCi dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 78-80-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxx 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.3-cü maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında xx xxxxxxx 2017-ci il tarixli qanun tətbiq edilməklə cinayət əməli CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmiş, üzərində 06 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. xx.xx.2009-cu il tarixdən cəza çəkməsi nəzərə alınaraq azad edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Mamedaliyeçin əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Mamedaliyeçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs Mamedaliyeçin “…narkotik maddələrdən istifadə etməsinə baxmayaraq, o, həmin gün narkotik vasitə əldə etməmiş və ya üzərində saxlamamışdır. Polis əməkdaşları tərəfindən ona təzyiq göstərildiyi üçün özünə qarşı ifadə vermiş və hansısa sənədləri imzalamışdır” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, protokollar və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs Mamedaliyeçə cəza təyin edərkən cinayət əməlini qismən etiraf etməsini yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxsna cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və Təqsirləndirilən şəxsna təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin müddəalarına əsasən cəzasını ümumi reCimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs Mamedaliyeçin azadlığının xx xxxxxx 2020-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxsna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 01 “Sonifer” markalı sobanın sahibinə qaytarılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq çəkisi 0,338 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə 02 (iki) il 03 (üç) ay, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi reCimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Maddi sübut olan - 01 “Sonifer” markalı sobanın sahibinə qaytarılması nəzərə alınsın, Sabunçu rayon Polis İdarəsində saxlanılan, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq çəkisi 0,338 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar