Məhkəmə qərarları › İş №1(008)-79/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-79/2024

01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-79/2024 01.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Məhəmmədli oğlunun, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Masallı rayonu Bambaşı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu Bambaşı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 07 iyun 2023-cü il tarixdə saat 16:00 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz olan “Toyota Prius” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanın qarşısında dayandığı yerdən 5-10 km/saat sürətlə hərəkətə başlayıb “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət başlayarkən, yerdəyişərkən, dönərkən manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, bu kimi tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara əməl etməmiş, həmin qaydaları pozub mövcud şəraitdə yolun hərəkət istiqamətinin sağ tərəfindən sol tərəfə keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə vuraraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs hər iki baldır sümüklərinin yerini dəyişən, açıq sınıqları və baldır nahiyəsinin əzilmiş yarası ilə nəticələnən dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, ailəsi ilə birlikdə Masallı rayonu, Bambaşı kəndində qeydiyyatda olmaqla yaşayır. “B,C” kateqoriyalı sürücülük vəsiqəsi almışdır. 07 iyun 2023-cü il tarixdə, saat 16:00 radələrində etibarnamə əsasında idarə etdiyi və “Uber” proqramı vasitəsi ilə taksi kimi fəaliyyət göstərdiyi “Toyota Prius” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi ilə üzü Sabunçu bazarı istiqamətində iki istiqamətli yolun sağ tərəfində dayanmışdır. Qeyd etdiyi istiqamətdə 5-10 km/saat sürətlə hərəkət etməyə başlamış və anidən avtomobilin qabaq sol hissəsi ilə yolun sağ tərəfindən əks istiqamətə keçmək istəyən qadın piyadanın sol ayağından vuraraq dayanmışdır. O, dərhal avtomobildən enərək həmin qadın piyadaya yaxınlaşmış və ona ilkin tibbi yardım göstərmişdir. Yaxınlıqda xidmət aparan Post patrul xidmətinin əməkdaşları hadisə yerinə yaxınlaşmış və xəsarət alan piyadanı xidməti avtomobilə qoyub qadını X3 aparmışlar. Hadisə zamanı avtomobildə tək olmuş, heç bir yük olmamış və özü də xəsarət almamışdır. Hadisə Sabunçu qəsəbəsi, Ə. Məmmədəliyev küçəsində yerləşən “Araz” marketin yaxınlığındakı yolda baş vermiş, piyadanın dayandığına fikir verməmişdir. Lakin baş vermiş hadisədə piyadanın da təqsiri olmuşdur. Belə ki, o yola baxmadan ani hərəkət etməyə başlamışdır. Hadisə anidən baş verdiyi üçün avtomobillə piyadanı ehtiyatsızlıqdan vurmuşdur. O, hərəkətə başladığı yerdən piyadanı vurduğu yerə qədər təxminən 3-4 metr məsafə qət etmişdir. İdarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, hadisə zamanı spirtli içki qəbul etməmişdir. O, yaşadığı Masallı rayonunda olduğu üçün maddi cəhətdən imkanı olmadığı üçün Bakı şəhərinə gələ bilməmişdir. İmkanı olmadığı üçün vurulmuş zərəri tam ödəyə bilmir. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 07 iyun 2023-cü il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə. Məmmədəliyev küçəsində olduğu zaman yolu keçib “Araz” supermarketə girmək istəmişdir. Bu zaman yola çıxıb səkidən təxminən 2 metr aralandıqda soldan və sağdan gələn avtomobilləri buraxmışdır. Bu anda sol tərəfindən ondan təxminən 3-4 metr aralıda dayanmış “Toyota Prius” markalı avtomobilin sürücüsü idarə etdiyi avtomobil ilə yerindən tərpənmiş və üstünə doğru sürərək avtomobilin qabaq sol hissəsi ilə onu vurmuş, nəticədə o, sol ayağından xəsarət alaraq yerə yıxılmışdır. Bundan sonra qeyd olunan avtomobilin sürücüsü sükan arxasından çıxaraq ona baxmışdır. Həmin vaxt hadisə yerinə polis geyimində əməkdaşlar yaxınlaşmış, onlardan bir neçəsi isə mülki geyimdə olmuşdurlar. Polis əməkdaşları onu avtopatrula əyləşdirərək X3 aparmışdırlar. O, həmin xəstəxanada 1 ay müddətində stasionar müalicə almışdır. Həmçinin sürücü onu avtomobil ilə vuran zaman o, yerində dayanmış və hərəkət etməmişdir. Belə ki, o, həmin anda sağ və soldan gələn avtomobilləri buraxıb yolu keçmək istəmişdir. Hadisənin baş verməsinə səbəb sürücünün başının nəyəsə qarışması olmuşdur. Ona görə də avtomobili idarə edərkən onu görməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona cüzi miqdarda pul ödənilmişdir ki, həmin məbləğ heç onun taksi ödənişlərinə kifayət etməmişdir. Hazırda əlil arabasında hərəkət edir. Bununla əlaqədar təqsirləndirilən şəxsdən şikayətçidir, ona layiqli cəza təyin olunmasını xahiş edir. Cinayət işinin 13-cü vərəqəsində olan 06 iyun 2023-cü il tarixli, 2/17890 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin 23-24-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X2” X4 Sabunçu Rayon Şöbəsinin 14 iyun 2023cü il tarixli, 1305 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər iki baldır sümüklərinin yerini dəyişən, açıq sınıqları və baldır nahiyəsinin əzilmiş yarası müəyyən edildi. Xəsarətlər bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. Cinayət işinin 50-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat müəyyən edilmişdir. Cinayət işinin 51-52-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertizasının 21 avqust 2023-cü il tarixli, 8/2330 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən, “Toyota Prius” markalı, 77-BP- 647 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 53-cü vərəqəsində olan DİN-in BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsinin 12 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AE 441879 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Cinayət işinin 83-cü vərəqəsində olan 26 sentyabr 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 47-48-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 10 avqust 2023-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Məmmədov X1 şəhər Jeleznodorojnıy Rayon Məhkəməsinin xx.xx.2012-ci il hökmü ilə Rusiya Federasiyasının 158-ci maddəsinin 2 H ”V” bəndinə əsasən 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Yekaterinburq şəhər Jeleznodorojnıy Rayon Məhkəməsinin 27 may 2014-cü il tarixli hökmü ilə Rusiya Federasiyasının CM-nin 161-ci maddəsinin, 2-ci hissəsinin, A,Q bəndinə əsasən 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı, zərər çəkmiş şəxsin ifadəsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 N°li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən vurulmuş zərərdən cüzi ödəniş olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, onun əməllərində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxslər cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.2-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar