Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-793/2022 19.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X14 İmanovanın sədrliyi, məhkəmə iclasının katibi Fərahim Balaş oğlu Dadiyevin katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1984-cü ildə Lerik rayonunda anadan olmuş, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Lahıc bağlarında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 14 sentyabr 2018-ci il tarixdən başlayaraq 01 fevral 2007-ci il tarixdə anadan olmuş X5 və 24 iyun 2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 154,00 manat, ümumilikdə cəmi 308,00 manat məbləğində alimentin tutularaq Qaçayeva (Şahmarova) Pərvanə Qüdrət qızına ödənilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13 avqust 2018-ci il tarixli, 2(011)-6448/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 3(008)-3555/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək inzibati qaydada 500,00 manat məbləğində cərimə tənbeh növü təyin olunmasına və icra sənədindəki tələbi icra etmədiyi üçün ona 03 iyun 2021-ci il, 12 iyul 2021-ci il və 25 noyabr 2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 20 iyun 2022-ci il tarixədək şəxsi maraq niyyəti ilə zərərçəkmiş şəxs Qaçayeva (Şahmarova) Pərvanə Qüdrət qızına məhkəmə qətnaməsi üzrə ümumilikdə 13734,00 manat məbləğində borcunu ödəməməklə qeyd edilən məbləğdə sonuncuya maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin biri digəri ilə uzlaşan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən, yəni aliment məbləğini tam ödəməməsində təqsirli bilərək həmin məbləği ödəməkdən qərəzli yayınmadığını qeyd edərək ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, Bakı şəhərinin müxtəlif yerlərində fərdi olaraq fəhləliklə məşğul olur və onun gündəlik gəliri orta hesabla 20,00 - 25,00 manat təşkil edir. 2006-cı ilin aprel ayının 20-də Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 01 fevral 2007-ci il tarixdə Aysu adlı bir qız və 24 iyun 2009-cu il tarixdə Elcan adlı bir oğlan övladları dünyaya gəlmişdir. Aralarında ailə münasibətlərinin pozulması nəticəsində 2013-cü ilin iyun-iyul aylarında keçmiş həyat yoldaşı Pərvanə Şahmarova iki azyaşlı uşaqlarını götürərək gəlin gəldiyi evdən çıxaraq valideynlərinin yaşadığı ünvana gedərək onların himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan bir müddət keçəndən sonra 2013-cü ilin axırlarında keçmiş həyat yoldaşı Pərvanə Şahmarova ondan boşanmaq və uşaqların saxlanılmasından ötrü aliment pulunun alınması üçün aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin məhkəmə tərəfindən onların aralarında bağlanmış nikahları ləğv olunaraq 05 sentyabr 2013-cü il tarixdən başlayaraq 01 fevral 2007-ci il təvəllüdlü qızı Aysu Şahmarzadənin və 24 iyun 2009-cu il təvəllüdlü oğlu Elcan Şahmarzadənin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa hər ay 110,00 manat, ümumilikdə cəmi 220,00 manat məbləğində pulun ondan alınaraq keçmiş həyat yoldaşı Pərvanə Şahmarovaya ödənilməsinə dair 05 fevral 2014-cü il tarixli, 2(011)-310/ 2014 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinə göndərilmiş və məhkəmə qətnaməsindən sonra imkanı daxilində müxtəlif vaxtlarda alimentə görə ödəniş etməyinə baxmayaraq keçmiş həyat yoldaşı Pərvanə Şahmarova aliment pulunun artırılmasından ötrü 2018-ci ilin yay aylarında iddia ərizəsi ilə yenidən aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin rayon məhkəməsi tərəfindən 14 sentyabr 2018-ci il tarixdən başlayaraq yuxarıda adları qeyd edilmiş uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün veriləcək alimentin miqdarı artıralaraq sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 154,00 manat, ümumilikdə cəmi 308,00 manat məbləğində pulun ondan alınaraq keçmiş həyat yoldaşı Pərvanə Şahmarovaya ödənilməsinə dair 13 avqust 2018-ci il tarixli, 2(011)- 6448/2018 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinə göndərilmişdir. O, keçmiş həyat yoldaşı Pərvanəyə məhkəmə qətnaməsi üzrə alimentə görə borclu olduğu məbləği imkanı daxilində ödəməsinə baxmayaraq icra məmuru tərəfindən barəsində bir neçə dəfə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və barəsində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 3(008)-3043/2021 saylı qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs və 19 avqust 2021-ci il tarixli, 39008)- 3555/2021 saylı qərarı ilə 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan əlavə icra məmurunun təqdimatı əsasında məhkəmə qərarı ilə ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. O, məhkəmə qətnamələrindən sonra keçmiş həyat yoldaşı Pərvanəyə akı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 fevral 2014-cü il tarixli, 2(011)-310/2014 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə alimentə görə borclu olduğu məbləği tam olaraq ödəmiş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13 avqust 2018-ci il tarixli, 2(011)-6448/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə alimentə görə borclu olduğu məbləğdən icra dövründə 126,00 manat məbləğində ödəniş etmiş və 20 iyun 2022-ci il tarixədək 13734 manat qalıq borcu qalmışdır. Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü barəsində toplanmış materiallar Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləndən sonra 20 iyun 2022-ci il tarixədək qeyd edilən 13734 manat borcundan 2022-ci ilin iyul və sentyabr aylarının müxtəlif vaxtlarında 1200 manat məbləğində ödəniş etmişdir. Hazırda da aliment məbləğindən hər ay 400 manat olmaqla ödəniş edir. Həmin məbləğdən artıq ödəniş etməyə maddi imkanı yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, o, 2006-cı ilin aprel ayının 20-də Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və nikahları Bakı Şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 01 fevral 2007-ci il tarixdə Aysu adlı bir qız və 24 iyun 2009-cu il tarixdə Elcan adlı bir oğlan övladları dünyaya gəlmişdir. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında ailə münasibətlərinin pozulması nəticəsində, o, 2013-cü ilin iyun-iyul aylarında iki azyaşlı uşaqlarını götürərək gəlin gəldiyi evdən çıxaraq valideynlərinin yaşadığı ünvana gələrək onların himayəsində yaşamağa başlamışdır. Bundan sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs azyaşlı uşaqlarının taleyi ilə maraqlanmadığı üçün uşaqların böyüdülməsində maddi cəhətdən əziyyət çəkdiyi üçün məcburiyyət qarşısında qalaraq 2013-cü ilin axırlarında Təqsirləndirilən şəxs boşanmağa görə və uşaqların saxlanılması üçün aliment pulunun alınmasından ötrü aidiyyəti üzrə Bakı Şəhəri Xətai Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən aralarında bağlanmış nikahları ləğv olunaraq 05 sentyabr 2013-cü il tarixdən başlayaraq 01 fevral 2007-ci il təvəllüdlü X5 və 24 iyun 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün sabit pul məbləğində hər bir uşağa görə hər ay 110,00 manat, ümumilikdə 220,00 manat alimentin keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsinə dair 05 fevral 2014-cü il tarixli, 2(011)- 310/2014 saylı qətnamə çıxarılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması məqsədi ilə Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin ona ödənilməsi barədə borcluya rəsmi qaydada bildiriş təqdim edilmişdir. Məhkəmə qətnaməsindən sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alimentə görə borclu olduğu məbləği tam olaraq ödəniş etmədiyi üçün aliment pulunun artırılmasından ötrü 2018-ci ilin yay aylarında yenidən aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin məhkəmə tərəfindən 14 sentyabr 2018-ci il tarixdən başlayaraq yuxarıda adları qeyd edilmiş uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün veriləcək alimentin miqdarı artıralaraq sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa hər ay 154,00 manat, ümumilikdə cəmin 308,00 manat məbləğində pulun keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 13 avqust 2018-ci il tarixli, 2(011)-6448/2018 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini icra etmədiyi üçün barəsində icra məmuru tərəfindən bir neçə dəfə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 3(008)-3043/2021 saylı qərarı ilə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs 10 (on) gün müddətinə inzibati qaydada həbs və həmin rayon məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 3(008)-3555/2021 saylı qərarı ilə 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan əlavə icra məmurunun təqdimatı əsasında məhkəmə qərarı ilə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Məhkəmə qətnamələrindən sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 fevral 2014cü il tarixli, 2(011)-310/2014 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə alimentə görə borclu olduğu məbləği tam olaraq ödəmiş, lakin Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13 avqust 2018-ci il tarixli, 2(011)-6448/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə alimentə görə borclu olduğu məbləğdən icra dövründə 126 manat məbləğində ödəniş etmiş və 20 iyun 2022-ci il tarixədək 13734 manat qalıq borcu qalmışdır. Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsi tərəfindən keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü barəsində toplanmış materiallar Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləndən sonra o, qeyd edilən borcundan ayda 400 manat məbləğində ödəniş etməyə başlamışdır. O, aliment borcunun tam olaraq ödənilməsini tələb edir. Həmin borc tam ödənilmədiyi təqdirdə Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş həddə cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, şöbəyə daxil olmuş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 fevral 2014- cü il tarixli, 2(011)-310/2014 saylı icra vərəqəsinə əsasən 05 sentyabr 2013-cü il tarixindən başlayaraq borclu Təqsirləndirilən şəxs hər ay hər bir uşağa görə 110,00 manat, ümumilikdə cəmi 220 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar X6 ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata 27 aprel 2014-cü il tarixdə Bakı Şəhəri Xətai icra Şöbəsi tərəfindən başlanılmış, icra sənədi 05 may 2021-ci ildə Bakı Şəhəri Sabunçu icra Şöbəsinin icraatına qəbul edilmiş və bu barədə borclunun qeydiyyatda olduğu ünvan 3 ünvanına bildiriş göndərilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13 avqust 2018-ci il tarixli, 2(011)-6448/2018 saylı icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs hər ay hər bir uşağa görə 154 manat, ümumilikdə cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Pərvanə Şahmarovayna ödənilməlidir, icra sənədi 03 oktyabr 2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icra edilməsinə dair bildiriş qəbul edilərək borclunun ünvanına poçt vasitəsi ilə göndərilmişdir. Hər iki icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs olduğundan icra işləri icra məmurunun 05 may 2021-ci il tarixli qərarı ilə bir icraatda birləşdirilmişdir. Borclunun əmlak və gəlirlərinin axtarışı ilə əlaqədar aidiyyəti təşkilatlara sorğular göndərilmiş, lakin tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak və gəlir yerləri müəyyən olunmamışdır. Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə təqdim edilmiş və həmin məhkəmənin 30 iyun 2021-ci il tarixli, 3(008)-3043/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmiş və bundən əlavə həmin məhkəmənin 19 avqust 2021-ci il tarixli, 3(008)-3555/ 2021 saylı inzibati xəta haqqında qərarına əsasən 500,00 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Müvafiq təqdimata əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi 22 sentyabr 2021-ci il tarixli, 8(008)-832/2021 sayll qərardadı ilə borclu Elsevən Şah- marovun ölkədən getmək hüququnu müvəqqəti məhudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs şöbəyə gələrək ödəniş qəbzləri təqdim etmiş, həmin qəbzlər nəticəsində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 fevral 2014-cü il tarixli, 2(011)-310/2014 saylı qətnaməsi üzrə yaranmış borcun tam ödənildiyi müəyyən edilmişdir. Bundan sonra borclu Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13 avqust 2018-ci il tarixli, 2(011)-6448/2018 saylı qətnaməsini icra etməsi üçün yeni müddət təyin edilmiş, icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə 25 noyabr 2021-ci il tarixdə xəbərdarlıq edilməsinə baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13 avqust 2018-ci il tarixli, 2(011)-6448/2018 saylı icra sənədi üzrə borclu tərəfindən 126 manat ödəniş etsədə, 20 iyun 2022-ci il tarixədək 13734 manat aliment borcu qalmışdır. Bu səbəbdən də, Təqsirləndirilən şəxs xəbərdarlıq olunmasına və barəsində inzibati tənbeh tətbiq ediməsinə baxmayaraq məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi üçün 20 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin istintaq İdarəsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 fevral 2014-cü il tarixli, 2(011)-310/2014 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ilə X2 birgə nikahdan doğulmuş 01 fevral 2007-ci il təvəllüdlü X5 və 24 iyun 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 05 sentyabr 2013-cü il tarixdən başlayaraq cavabdeh Təqsirləndirilən şəxs hər ay hər uşaq üçün 110 manat, cəmi 220 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir (i.v.10-13). Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13 avqust 2018-ci il tarixli, 2(011)-6448/2018 saylı qətnaməsindən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 fevral 2014cü il tarixli, 2(011)-310/2014 saylı qətnaməsi ilə cavabdeh Təqsirləndirilən şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 24 iyun 2009-cu il təvəllüdlü X3 və 24 iyun 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Təqsirləndirilən şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşağa görə 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir (i.v.14-16). Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 13 avqust 2018-ci il tarixli, 2(011)-6448/2018 saylı icra vərəqəsindən görünür ki, icra vərəqəsi 12 oktyabr 2018-ci il tarixdə verilmişdir (i.v.17). Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 05 fevral 2014-cü il tarixli, 2(011)-310/2014 saylı icra vərəqəsindən görünür ki, icra vərəqəsi 18 mart 2014-cü il tarixdə verilmişdir (i.v.18). “İcraata başlamaq haqqında” 27 mart 2014-cü il tarixli qərardan görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 05 fevral 2014-cü il tarixli, 2(011)- 310/2014 saylı icra vərəqəsinə iş üzrə icraata başlanılmışdır (i.v 19). “İcraata başlamaq haqqında” 03 oktyabr 2019-cu il tarixli qərardan görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 13 avqust 2018-ci il tarixli, 2(011)- 6448/2018 saylı icra vərəqəsinə iş üzrə icraata başlanılmışdır (i.v.20). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 3(008)- 3043/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün müddətə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir (i.v.37-39). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 3(008)- 832/2021 saylı qərarından görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 fevral 2014-cü il tarixli, 2(011)-310/2014 saylı və 13 avqust 2018-ci il tarixli, 2(011)-6448/2018 saylı icra sənədlərinin icrasının təmin edilməsi məqsədi ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır (i.v.40-41). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 3(008)- 3555/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir (i.v.54-56). “Alimentin alınması haqqında” 17 dekabr 2019-cu il tarixli qəbzdən görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən 500 manat məbləğində aliment ödənişi edilmişdir (i.v.68). "xxxx" ASC tərəfindən verilmiş 18 avqust 2021-ci il tarixli “Ödəniş kartı üzrə çıxarış”dan görünür ki, Zərərçəkmiş şəxs aliment məbləğindən hissə-hissə olmaqla 9,800,08 manat məbləğində ödəniş edilmişdir (i.v.72-75). "xxxx" ASC tərəfindən verilmiş 16 dekabr 2021-ci il tarixli “Ödəniş kartı üzrə çıxarış”dan görünür ki, Zərərçəkmiş şəxs aliment məbləğindən hissə-hissə olmaqla 1,376,00 manat məbləğində ödəniş edilmişdir (i.v.76). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, qanuni qüvvəyə minmiş məhkəmə qərarları və onların icraya yönəldilməsini təsdiq edən sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə — iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Təqsirləndirilən şəxs həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrdə maddi imkanı olmadığından məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğini ödəməkdən qərəzli yayınmaması ilə bağlı ifadələrinə münasibətdə məhkəmə qeyd edir ki, bu hal ötən müddət ərzində borclunun icra sənədini icra etməməsinə haqq qazandıran hal kimi qiymətləndirilə bilməz. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin ikinci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırki iş materiallarından görünür ki, icra sənədinin icra edilməsi məqsədi ilə Təqsirləndirilən şəxs icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə, barəsində məhkəmə qərarı ilə iki dəfə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə baxmayaraq onun tərəfindən məhkəmə qətnaməsinin tələbləri yerinə yetirilməmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs iş materiallarında olan 14 iyul 2022-ci il tarixli izahatından görünür ki, o, həmin izahatında bildirmişdir ki, “Alimentə görə borclu olduğu məbləği keçmiş həyat yoldaşı Pərvanə Şahmarovaya bu vaxta qədər tam ödəməməsinin səbəbi iki azyaşlı uşağını onunla görüşməyə icazə verməməsi olmuş, o da bu səbəbdən aliment borcunu ödəməkdən yayınmışdır”. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs izahatında göstərdiyi bu xüsusat onun məhkəmə qətnaməsini icra etməkdən qərəzli olaraq yayınmasının bariz nümunəsidir. Belə ki, Zərərçəkmiş şəxs uşaqlarını ataları ilə görüşə icazə verməməsi özü-özlüyündə dövlət adından çıxarılmış və icrası məcburi olan məhkəmə qətnaməsinin icrasından boyun qaçırmaq üçün əsas olmamaqla uşaqların atası olaraq Təqsirləndirilən şəxs uşaqları ilə görüşmək üçün görüş günlərinin müəyyən edilməsi məqsədi ilə məhkəməyə ərizə ilə müraciət etməsi üçün əsasdır ki, hazırda iş materialları ilə belə bir ərizə ilə onun məhkəməyə müraciət etməsi halı da müəyyən edilməmişdir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Təqsirləndirilən şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan: “Qətimkan tədbiri seçmək haqqında” 04 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.140-141). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 03 avqust 2022-ci il tarixli, 012-11964-1222 saylı tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.143-144). “eManat” vasitəsilə həyata keçirilmiş ödəniş qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs aliment məbləğindən 06 iyul 2022-ci il tarixdə 100 manat 08 iyul 2022-ci il tarixdə 100 manat, 09 iyul 2022ci il tarixdə 200 manat məbləğində ödəniş edilmişdir (i.v.90). "xxxx" MMC-nin ödəniş qəbzindən görünür ki, Zərərçəkmiş şəxs aliment məbləğindən 01 avqust 2022-ci il tarixdə 400 manat məbləğində ödəniş edilmişdir (i.v.139). Məhkəmə baxışı zamanı təqdim edilmiş “eManat” vasitəsilə həyata keçirilmiş ödəniş qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs aliment məbləğindən 02 oktyabr 2022-ci il tarixdə 400 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini (CM-59.2), himayəsində iki azyaşlı övladının (xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X7) olmasını (CM-59.1.4), vurulmuş ziyanı qismən ödəməsini (AR CM 59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqi, təqsirləndirilən şəxsin rəsmi qaydada işləmədiyi və islah işləri cəzasının icrasının mümkün olmaması, həmçinin, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin cərimə cəzasına məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməməsi, onun cəmiyyətdən tam təcrid edilmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla bir sıra hüquqlarına məhdudiyyət qoyulmaqla islah olunmasının mümkün olması, onun hər ay qismən də olsa borcdan ödənişlər etməsinin təmin edilməsi üçün fərdi əməklə məşğul olması diqqətə alınmaqla onun cəmiyyətdən tam təcrid edilməməsinin xeyirlərinə aliment ödənilməsi məhkəmə qətnaməsi ilə müəyyən edilmiş uşaqlarının da mənafeyinə xidmət etməsi nəzərə alınaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 00:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işlədiyi və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-793/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-793/2022
19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver