Məhkəmə qərarları › İş №1(008)-793/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-793/2023

31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-793/2023 31.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs X2 iştirakı ilə xx xxxx 1984-cü il tarixdə Xocavənd rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvələr məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti İlə özgənin əmlakını gizli talamaq məqsədi ilə 24 aprel 2023-cü il tarixdə, təxminən saat 03:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi evinə gələrək bir qədər müşahidə apanb ətrafdan heç kimin onun hərəkətlərini görmədiyinə tam əmin olduqdan sonra həmin evin həyətinə hasardan aşmaq yolu ilə daxil olmaqla evin otaqlanna pəncərədən daxil olaraq sonuncuya məxsus üzərində rəngsiz, şəffaf qaş olan, sarı rəngli, halqasının üzərində «e*583, 8E və 2» damğaları olan, qaş h issəsi gümüşü rəngli və üzərində cızıqlar olan, 583/585 əyarlı, çəkisi 3,09 qram olan 263 manat dəyərində 01 ədəd üzük, «Ürək» formalı, sarı rəngli, asılqan hissəsində «AA3 ADOR 585» damğalan və cızıqlar olan, 583/585 əyarlı, çəkisi 1,00 qram olan 85 manat dəyərində 01 ədəd kulon, üzərində ümumilikdə 02 ədəd rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli, kilidində «BDL, U2 və d*583» damğaları və cızıqlar olan, 583/585 əyarlı, çəkisi 3,26 qram olan 277 manat dəyərində 01 cüt sırğa, üzərində ümumilikdə 14 ədəd rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli, kilidində «7 və 01*583» damğası və cızıqlar olan, 583/585 əyarlı, çəkisi 3,91 qram olan 332 manat dəyərində 01 cüt sırğa, əsas elementi torşəkilli gül formalı, sarı rəngli, kilidində «1VÖ və b*583» damğaları olan, 583/585 əyarlı, çəkisi 5,91 qram olan 502 manat dəyərində 01 cüt sırğan, əsas elementi silindr formalı, sarı rəngli, kilidində «ARPAŞ585» damğası və cızıqlar olan, 583/585 əyarlı, çəkisi 2,80 qram olan 238 manat deyərində 01 cüt sırğa, qırmızımtıl sarı rəngli, qulaqcığında «E*583» damğası və cızıqlar olan, 583/585 əyarlı, çəkisi 7,27 qram olan 618 manat dəyərində 01 ədəd boyunbağı, aversində mərkəzdə sol tərəfə baxan kişi barelyefi, kənarları boyunca «B.M.NİKOLAY İİ İMPERATORC İ SAMODERJEÜC VSEROSS» yazılan, reversində mərkəzdə rus imperiyasının gerbi, kənarları boyunca «50 KOPBEKZ 1895 Q» yazıları olan gümüşü rəngli, üst hissəsində deşilmiş zədə izi və cızıqlar olan, 925 əyarlı gümüş, çəkisi 9,83 qram olan 49 manat dəyərində 01 ədəd sikkə olmaqla, ümumilikdə dəyəri 2.364 manat olan qızıl-zinət və gümüş əşyaları, 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti 50.00 manat müəyyən edilmiş 01 ədəd çin istehsalı olan «Samsung» markalı, «NP305U1Z» madel (cərəyan qidalandıncısı ilə birlikdə) notebooku, 10 manat dəyərində 01 ədəd «DR.Sante» markalı, 1/000 ml tutumlu keratin şampun, 6 manat dəyərində 01 ədəd «Oriflame Essentials» markalı, 75 ml tutumlu krem, 3 manat dəyərində 01 ədəd «LPSi» markalı saç kremi, 2 manat dəyərində 01 ədəd «Farmasf» markalı, 4 hissəli göz təni, 10 manat dəyərində 01 ədəd «X7» markalı, 50 ml tutumlu krem, 2 manat dəyərində 01 ədəd «Viktoriya Sekret» markalı, 180 ml tutumlu sprey, 3 manat dəyərində 01 ədəd «Gazelli» markalı, 150 ml tutumlu duş geli, 1 manat dəyərində 01 ədəd «Gazelli» markalı, 250 ml tutumlu duş geli, 3 manat dəyərində 01 ədəd «Gazelli» markalı, 200 ml tutumlu duş geli, 20 manat dəyərində 01 ədəd «Cheeky Love» markalı, 100 ml tutumlu ətiri, eləcə də 2.120 manat nəğd pulu və 2.474 manat məbləğində qızıl-zinət, gümüş sikkə, notebook, ətir və gigiyenik vasitələri gizli talamaqla zərarçəkmiş şəxs Zərərçəkmiş şəxs 4.594 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 23 aprel 2023-cü il tarixdə, təxminən saat 14:00 radələrində Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsində 60 marşrut avtobusuna əyləşib Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsinə ni, orada avtobusdan düşüb piyada yaşadığı evə getmişdir. Sabunçu rayonu, ünvan 3 ünvanın qarşısından keçərkən evdə qıfıl olduğunu görmuşdur. Maddi vəziyyətinin pis olduğu üçün həmin tarixdə, axşam saatlarında dəmir yığıb sataraq bir qədər pul əldə etmək məqsədi ilə yaşadığı evdən çıxmışdır. Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsində yerləşən dispanserin yanına qədər getmişdir. Dəmir tapa bilmədiyindən 24 aprel 2023-cü il tarixdə, təxminən saat 03:00 radələrində yenidən Sabunçu rayonu, Bakıxanov küçəsi, Ə.Kərim küçəsi ilə piyada yaşadığı yerə gəlmişdir. Bu zaman təkrar Ə.Kərim küçəsi, döngə 3, ev 4, mənzil 2 ünvanda olan evdən dəmir tapmaq məqsədi ilə həmin evin daş hasarından aşaraq evin isərisinə daxil olmuşdur. Evin arxa tərəfində olan pəncərənin açıq olduğunu görmüşdür. Dəmir üçün evdən çıxarkən özü ilə işlənmiş «fəhlə əlcəyi»də götürmüşdür. Həmin əlcəkləri taxmış və cibində saxladığı qara rəngli tibbi maska ilə ağzını bağlamış, həmin pəncərənin dəmir barmaqlığını əlləri ilə dartıb divardan ayırmışdır. Pəncərənin qarşısında olan dolabı əlləri ilə itələyərək aşırıb evə daxil olmuşdur. Qonaq otağına daxil olmuş, qonaq otağında güzgülü termonun üstündəki meyvə qabının içərisində olan 120 manat nağd pul və 01 cüt qızılı rəngli sırğanı götürüb əynində olan şalvarın sağ yan cibinə qoymuşdur. Yataq otağına daxil olmuş, yataq otağında olan dolabın üstündə olan bir neçə ətir və gigiyenik əşyaları mətbəxdən götürmüş və torbaya yığmışdır. Dolabın rəflərini mətbəxdən götürdüyü bıçaqla açmış, rəfdə şəffaf sellofanın içərində pul olduğunu görmüş, həmin sellofanın içərisində 2.000 manat nəğd pulu və 3 ədəd bank kartlarını götürüb əynində olan şalvarın sol yan cibinə qoymuşdur. Bundan sonra həmin rəfdə bir neçə ədəd qızıl-zinət əşyaları nəzərdə tutulmuş qablarını görmüş, həmin qabların içərilərində olan müxtəlif qızıl-zinət əşyalarını və bir ədəd gümüşü rəngli antik qəpiyi götürüb əynindəki qara rəngli cins gödəkçənin sağ yan cibinə qoymuşdur. Həmin rəfdə olan «Samsung» markalı notebookuda götürmüşdür. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 25 aprel 2023-cü il tarixdə, saat 14:00 radələrində yaşadığı evə gəlib mənzilin qapısını açıb içəri daxil olanda dəhlizdə olan dolabın yerə aşdığını görmüşdür. Həmin vaxt dolabın arxasında olan pəncərənin dəmir barmaqlığının çıxarıldığını, eləcə də taxta pəncərənin isə açıldığım görmüşdür. Dərhal yataq otağına daxil olmuş və oradakı dolabın rəflərinə baxmış, dolabın eyni rəfinə qoyduğu 2.000 manat nəğd pul, 3.500 dəyərində müxtəlif qızılzinət əşyaları, 01 ədəd gümüş materialdan hazırlanmış antik 10-luq medalyon, 01 ədəd noutbukun, eləcə də gigiyenik vasitələr, ətirlər, anası Fəridə Quliyevaya məxsus təqaüd kartı və özünə məxsus 02 ədəd bank kartlarının oğurlandığım müəyyən etmişdir. Bundan başqa qonaq otağında olan güzgülü kamotun üzərinə qoyduğu 120 manat nəğd pulun da oğurlandığını aşkar etmiş və bu barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin «102» Xidmətinə məlumat vermişdir. Hal-hazırda onun şikayət və tələbi yoxdur. Məhkəmədən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsində yerləşən «Xalqlar Dostluğu» Ticarət Mərkəzinin nəzdnində fəaliyyət göstərən «Gold Center»də qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmaqdır. İş fəaliyyətinə uyğun olaraq aldığı hər bir qızıl-zinət əşyaları, eləcə də onları satan şəxslərin anket məlumatları barədə mağazanın «Qızılın və brilyantlann alqı-satqısı kitabı»nda müvafiq qeydlər aparır. 26 aprel 2023-cü il tarixdə, saat 15:00 radələrində tanımadığı şəxsin, istintaq prosesində adını və soyadını bildiyi Təqsirləndirilən şəxs işlədiyi mağazaya gəlib bir cüt Rusiya istehsalı, 583 əyarlı, işlənmiş torşəkilli gül formalı qızıl sırğanı satmaq istədiyini və həmin bir cüt qızıl sırğanın anasına məxsus olmasını bildirmişdir. O isə cavabında qızılı yoxlayacağını və qızılı 310 manata ala biləcəyini söyləmişdir. Təqsirləndirilən şəxs isə bununla razılaşmış, ondan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin avtomobilində olduğunu bildirmiş, ondan 310 manat pul almış, şəxsiyyət vəsiqəsini isə avtomobildən gətirməmişdir. Təqsirləndirilən şəxs həmin vaxt ona bir ədəd antik gümüş qəpik təqdim etmiş, lakin həmin antik qəpiyi almaqdan imtina etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2014-cü ildən etibarən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsində yerləşən «Laçın» Ticarət Mərkəzində qızıl-zinət əşyalarının təmiri ilə məşğuldur. İş fəaliyyətinə uyğun olaraq aldığı hər bir gümüş, qızıl-zinət əşyaları barədə, eləcə də onları satan şəxslərin anket məlumatlarım mağazanın «Qızıl-zinət əşyalarının alqı-satqısı» kitabında müvafiq qeydlər aparmışdır. Cari ilin aprel ayının sonlarında, tanımadığı şəxs, istintaq prosesində adını və soyadını biidiyi Təqsirləndirilən şəxs işlədiyi mağazaya gəlib bir ədəd gümüş qəpik satmaq istədiyini bildirmişdir. Həmin gümüş qəpiyin özünə məxsus olmasını bildirmiş, 01 ədəd gümüş qəpiyi yoxladıqdan sonra 8 manata ala biləcəyini demişdir. Təqsirləndirilən şəxs bununla razılaşmışdır. Ondan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməyini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsində yerləşən «Laçın» Ticarət Mərkəzində qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğuldur. İş fəaliyyətinə uyğun olaraq aldığı hər bir gümüş, qızıl-zinət əşyaları barədə, eləcə də onlan satan şəxslərin anket məlumatları barədə mağazanın «Qızıl-zinət əşyalarının alqı-satqısı» kitabında müvafiq qeydlər aparmışdır. Cari ilin aprel ayının sonlarında, əvvəllər tanımadığı şəxsin işlədiyi mağazaya gəlib bir ədəd Rusiya istehsalı, təxminən 7,2 qram çəkidə olan 583 əyarlı, «Ərəbski» adlanan qızıl boyunbağının həyat yoldaşına məxsus olduğunu və maddi vəziyyətinin pis olduğuna görə satmaq istədiyini bildirmişdir. Şəxsiyyət vəqisəni təqdim etdikdən sonra onun Təqsirləndirilən şəxs olduğunu müəyyən etmiş, ona əmin boyunbağını 445 manata ala biləcəyini bildirmiş, Təqsirləndirilən şəxs isə bununla razılaşmışdır. Mağazanın «Qızıl-zinət əşyalarının alqı-satqısı» kitabında həmin qızıl boyunbağı barədə müvafiq qeydlər apardıqdan sonra ona 445 manat nəğd pul Təqsirləndirilən şəxs vermişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertizası Mərkəzinin 6/3165-9/4194 saylı, 13 iyun 2023-cü il tarixli məhkəmə iqtisad ekspertizası, ərzaq və saneye mallarının əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızma məxsus üzərində rəngsiz, şəffaf qaş olan, sarı rəngli, halqasının üzərində «e*583, 8E və 2» damğalan olan, qaş hissəsi gümüşü rəngli və üzərində cızıqlar olan, 583/585 əyarlı, çəkisi 3,09 qram olan 01 ədəd üzük 263 manat, «Ürək» formalı, sarı rəngli, asılqan hissəsində «AA3 ADOR 585» damğalan və cızıqlar olan, 583/585 əyarlı, çəkisi 1,00 qram olan 01 ədəd kulon 85 manat, üzərində ümumilikdə 02 ədəd rəngsiz, şəffaf qaşlar olan, san rəngli, kilidində «BDL, U2 və d*583» damğaları və cızıqlar olan, 583/585 əyarlı, çəkisi 3,26 qram olan 01 cüt sırğa 277 manat, üzərində ümumilikdə 14 ədəd rəngsiz, şəffaf qaşlar olan, san rəngli, kilidində «7 və m*583» damğası və cızıqlar olan, 583/585 əyarlı, çəkisi 3,91 qram olan 01 cüt sırğa 332 manat, əsas elementi torşəkilli gül formalı, sarı rəngli, kilidində «1VÖ və b*583» damğalan olan, 583/585 əyarlı, çəkisi 5,91 qram olan 01 cüt sırğanın qiyməti 502 manat, əsas elementi silindr formalı, san rəngli, kilidində «ARPAŞ585» damğası və cızıqlar olan, 583/585 əyarlı, çəkisi 2,80 qram olan 01 cüt sırğanın qiyməti 238 manat, qırmızımtıl san rəngli, qulaqcığında «E*583» damğası və cızıqlar olan, 583/585 əyarlı, çəkisi 7,27 qram olan 01 ədəd boyunbağını 618 manat, aversində mərkəzdə sol tərəfə baxan kişi barelyefi, kənarları boyunca «B.M.NİKOLAY İİİMPERATORC İ SAMODERJEÜC VSEROSS» yazıları, reversində mərkəzdə rus imperiyasının gerbi, kənarları boyunca «50 KOPBEK2 1895 Q» yazıları olan gümüşü rəngli, üst hissəsində deşilmiş zədə izi və cızıqlar olan, 925 əyarlı gümüş, çəkisi 9,83 qram olan 01 ədəd sikkənin qiyməti 49 manat olmaqla, qızıl-zinət və gümüş əşyaların ümumilikdə dəyəri 2.364 manat qiymətləndirilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertizası Mərkəzinin 9/4164 saylı, 21 iyun 2023-cü il tarixli məhkəmə əmtəəşünaslıq, ərzaq və saneye mallarının tədqiqi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus bir ədəd Çin istehsalı olan «Samsung» markalı, «NP305U1Z» model (cərəyan qidalandıncısı ilə birlikdə) notebookun işlək vəziyyətdə olmaması nəzərə alınmaqla ehtiyat hissəsi kimi 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti 50.00 manat müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertizası Mərkəzinin 9/4163 saylı, 24 may 2023-cü il tarixli məhkəmə əmtəəşünaslıq, ərzaq və saneye mallarının tədqiqi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd «DR.Sante» markalı, 1.000 ml tutumlu keratin şampun 10 manat, 01 ədəd «Oriflame Essentials» markalı, 75 ml tutumlu krem 6 manat, 01 ədəd «LPSİ» markalı saç kremi 3 manat, 01 ədəd «Farmaf» markalı, 4 hissəli göz teni 2 manat, 01 ədəd «X7» markalı, 50 ml tutumlu krem 10 manat, 01 ədəd «Viktoriya Sekret» markalı, 180 ml tutumlu sprey 2 manat, 01 ədəd «Gazelli» markalı, 150 ml tutumlu duş geli 3 manat, 01 ədəd «Gazelli» markalı, 250 ml tutumlu duş geli 1 manat, 01 ədəd «Gazelli» markalı, 200 ml tutumlu duş geli 3 manat, 01 ədəd «Cheeky Love» markalı, 100 mi tutumlu ətir 20 manat, 01 ədəd «Active Woman» markalı ətirin isə 80 %-dən çox hissəsi istifadə edildiyi üçün qiymətsiz müəyyən edilmişdir. Ekspertiza tədqiqatına təqdim edilən malların istifadə olunmaları nəzərə alınmaqla 2023-cü ilin may ayına olan bazar qiyməti ilə ümumi dəyəri 60.00 manat müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ-i tərəfindən doldurulmuş 29 may 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 oktyabr 2004-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 19 yanvar 2006-cı ildə Azərbaycan Pespublikasının Prezidentini 19 yanvar 2006-cı il tarixli 351 saylı əfv fərmanına əsasəe cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuşoğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla ziyan vurmaqla törədilmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, ona qarşı şikayət və tələbin olmamasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağın olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. İnsan Hüquqlarının və X4 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs təqsirləndirilmələrinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs əməli Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsndə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 177.2.3-cü maddsinə əsasən oğurluq-yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla ziyan vurmaqla törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında 08 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 may 2023-ci il tarixdə şübhəli şəxs qismind tutulmuşdur (səh., 36). Cinayət işinin materiallarında olan 10 may 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,55). Cinayət işinin materiallarında olan 10 may 2023-cü il təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunması barədə Bakı şəhəri, Sabunçu Rayon Prokurorunun qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmişdir (səh., 70). Cinayət işinin materiallarında olan 10 may 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görününür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (səh., 73). Cinayət işinin materiallarında olan 25 iyul 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görününür ki, Təqsirləndirilən şəxs elan edilmiş Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə olan ittiham dəyişdirilmədən saxlanılmışdır (səh., 168). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, dəymiş ziyanın ödənilməsini, zərərəçəkmiş şəxsin şikayət və tələbin olmamasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağın olmasını, onun alternativ cəza ilə islah olunmasının mümkün olmasını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamın 1.1-ci maddəsinə əsasən həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsi mümkünlüyü araşdırılmalıdır. Həmin Sərəncamın 10.5-ci maddəsinə əsasən həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməli, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməli, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılmalıdır. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həbsdə saxlandığı «02» (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının «04» (dörd) gününə bərabər tutulmaqla «04» (dörd) gün ona təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 08 may 2023-cü il tarixdən, 10 may 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu «02» (iki) gün müddət nəzərə alınmalıdır. İş üzrə maddi sübutlar üzərində rəngsiz, şəffaf qaş olan, sarı rəngli, halqasının üzərində «e*583, 8E və2» damğaları olan, qaş hissəsi gümüşü rəngli və üzərində cızıqlar olan, 583/585 əyarlı, çəkisi 3,09 qram olan 01 ədəd üzük, «Ürək» formalı, sarı rəngli, asılqan hissəsində «AA3 ADOR 585» damğaları və cızıqlar olan, 583/585 əyarlı, çəkisi 1,00 qram olan 01 ədəd kulon, üzərində ümumilikdə 02 ədəd rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli, kilidində «BDL, U2 və d*583» damğaları və cızıqlar olan, 583/585 əyarlı, çəkisi 3,26 qram olan 01 cüt sırğa, üzərində ümumilikdə 14 ədəd rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli, kilidində «7 və m*583» damğası və cızıqlar olan, 583/585 əyarlı, çəkisi 3,91 qram olan 01 cüt sırğa, əsas elementi torşəkilli gül formalı, sarı rəngli, kilidində «1VÖ və b*583» damğaları olan, 583/585 əyarlı, çəkisi 5,91 qram olan 01 cüt sırğa, əsas elementi silindr formalı, sarı rəngli, kilidində «ARPAŞ585» damğası və cızıqlar olan, 583/585 əyarlı, çəkisi 2,80 qram olan 01 cüt sırğanın qiyməti 238 manat, qırmızımtıl sarı rəngli, qulaqcığında «E*583» damğası və cızıqlar olan, 583/585 əyarlı, çəkisi 7,27 qram olan 01 ədəd boyunbağı, aversində mərkəzdə sol tərəfə baxan kişi barelyefi, kənarları boyunca «B.M.NİKOLAY İİ İMPERATORC İ SAMODERJEÜC VSEROSS» yazıları, reversində mərkəzdə rus imperiyasının gerbi, kənarları boyunca «50 KOPBEKZ 1895 Q» yazıları olan gümüşü rəngli, üst hissəsində deşilmiş zədə izi və cızıqlar olan, 925 əyarlı gümüş, çəkisi 9,83 qram olan 01 ədəd sikkə, 01 ədəd çin istehsalı olan «Samsung» markalı, «NP305U1Z» madem (cərəyan qidalandırıcısı ilə birlikdə) notebook, 01 ədəd «DR.Sante» markalı, 1.000 ml tutumlu keratin şampun, 01 ədəd «Oriflame Essentials» markalı, 75 ml tutumlu krem, 01 ədəd «LPSİ» markalı saç kremi, 01 ədəd «Farması» markalı, 4 hissəli göz teni, 01 ədəd «X7» markalı, 50 ml tutumlu krem, 01 ədəd «Viktoriya Sekret» markalı, 180 ml tutumlu sprey, 01 ədəd «Gazelli» markalı, 150 ml tutumlu duş geli, 01 ədəd «Gazelli» markalı, 250 ml tutumlu duş geli, 01 ədəd «Gazelli» markalı, 200 ml tutumlu duş geli, 01 ədəd «Cheeky Love» markalı, 100 ml tutumlu ətir və 01 ədəd «Active Woman» markalı ətir maddi sübut kimi tanınaraq sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 240 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB 330100 **********7120, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən «03» (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 08 may 2023-cü il tarixdən 10 may 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı «02» (iki) gün müddət nəzərə alınsın, həmin müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən «04» (dörd) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq «02» (iki) il, «11» ( on bir) ay, «26» (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəh., Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. İş üzrə 240 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. İş üzrə maddi sübutlar üzərində rəngsiz, şəffaf qaş olan, sarı rəngli, halqasının üzərində «e*583, 8E və2» damğaları olan, qaş hissəsi gümüşü rəngli və üzərində cızıqlar olan, 583/585 əyarlı, çəkisi 3,09 qram olan 01 ədəd üzük, «Ürək» formalı, sarı rəngli, asılqan hissəsində «AA3 ADOR 585» damğaları və cızıqlar olan, 583/585 əyarlı, çəkisi 1,00 qram olan 01 ədəd kulon, üzərində ümumilikdə 02 ədəd rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli, kilidində «BDL, U2 və d*583» damğaları və cızıqlar olan, 583/585 əyarlı, çəkisi 3,26 qram olan 01 cüt sırğa, üzərində ümumilikdə 14 ədəd rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli, kilidində «7 və m*583» damğası və cızıqlar olan, 583/585 əyarlı, çəkisi 3,91 qram olan 01 cüt sırğa, əsas elementi torşəkilli gül formalı, sarı rəngli, kilidində «1VÖ və b*583» damğaları olan, 583/585 əyarlı, çəkisi 5,91 qram olan 01 cüt sırğa, əsas elementi silindr formalı, sarı rəngli, kilidində «ARPAŞ585» damğası və cızıqlar olan, 583/585 əyarlı, çəkisi 2,80 qram olan 01 cüt sırğanın qiyməti 238 manat, qırmızımtıl sarı rəngli, qulaqcığında «E*583» damğası və cızıqlar olan, 583/585 əyarlı, çəkisi 7,27 qram olan 01 ədəd boyunbağı, aversində mərkəzdə sol tərəfə baxan kişi barelyefi, kənarları boyunca «B.M.NİKOLAY İİ İMPERATORC İ SAMODERJEÜC VSEROSS» yazıları, reversində mərkəzdə rus imperiyasının gerbi, kənarları boyunca «50 KOPBEKZ 1895 Q» yazıları olan gümüşü rəngli, üst hissəsində deşilmiş zədə izi və cızıqlar olan, 925 əyarlı gümüş, çəkisi 9,83 qram olan 01 ədəd sikkə, 01 ədəd çin istehsalı olan «Samsung» markalı, «NP305U1Z» madem (cərəyan qidalandırıcısı ilə birlikdə) notebook, 01 ədəd «DR.Sante» markalı, 1.000 ml tutumlu keratin şampun, 01 ədəd «Oriflame Essentials» markalı, 75 ml tutumlu krem, 01 ədəd «LPSİ» markalı saç kremi, 01 ədəd «Farması» markalı, 4 hissəli göz teni, 01 ədəd «X7» markalı, 50 ml tutumlu krem, 01 ədəd «Viktoriya Sekret» markalı, 180 ml tutumlu sprey, 01 ədəd «Gazelli» markalı, 150 ml tutumlu duş geli, 01 ədəd «Gazelli» markalı, 250 ml tutumlu duş geli, 01 ədəd «Gazelli» markalı, 200 ml tutumlu duş geli, 01 ədəd «Cheeky Love» markalı, 100 ml tutumlu ətir və 01 ədəd «Active Woman» markalı ətir maddi sübut kimi tanınaraq sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB 330100 **********7120, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar