Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-794/2023 30.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X14 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X6, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 2001-ci il tarixdə Beyləqan rayonu, İmamverdilər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam ali təhsilli, "xxxx" MMCnin sürücüsü işləyən, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, İmamverdilər kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 22 mart 2023-cü il tarixdə, saat 06:30 radələrində "xxxx" MMC-yə məxsus etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz olan “X11” markalı **-JY-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq maksimum sürət həddi məhdudlaşdırılan yaşayış məntəqəsində 60 km/saatdan, yəni 60-70 km/saat sürətlə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindən keçən Pirşağı-Kürdəxanı yolunda Meyvə Tingliyi adnanan ərazidə yerləşən “Araz” marketin qarşısındakı yolda Pirşağı qəsəbəsindən üzü Kürdəxanı qəsəbəsi istiqamətində hərəkət edən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olatı tədbirləri görməli, habelə həmin Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin, yəni 1.3 üfıiqi nişanlanma xəttini (əks istiqamətli nəqliyyat axınlarım ayıran qoşa ağ bütöv üfüqi nişanlama xətti) kəsib keçmək qadağan olduğu halda, bu kimi tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara əməl etməmiş, həmin qaydaları pozub mövcud şəraitdə yolun hərəkət istiqamətinin sağ tərəfindən sol tərəfə keçən piyada X4 yol ayrıeısı olan qoşa xəttən 1,80 metr aralıda idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə vuraraq ehtiyyatsızlıqdan Səkinə Əmralıyevaya baş beyin və onurğa beyninin boyun şöbəsinin əzilməsi, l-ll boyun fəqərələrinin yerini dəyişən qapalı sınıqları, sol tərəfli hemotoraks (sol döş boşluğuna qan yığılması), sol ağciyərin əzilmiş- cırılmış yaraları, çənə və sol körpücük sümüklərinin, sol tərəfli 11-111-1V-V-V1-V11 qabırğaların yerini dəyişən qapalı sınıqları, çənə nahiyəsinin əzilmiş yaralan və dişlərin travmatik sınıqları, sol budun qançırı və sol diz oynağı nahiyəsinin sıynğı ilə nəticələnən, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmamn əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəli olan xəsarətlər yetirməklə Səkinə Əmralıyevanın ölümünə səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs AR CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, 2022-ci ilin noyabr ayından "xxxx" MMC-yə sürücü kimi işə düzəlmiş və MMC-yə məxsus müxtəlif yük avtomobillərini idarə etməklə Bakı şəhərinin müxtəlif yerlərində olan mağazalara şirniyyat daşıyırmış. 22 mart 2023-cü il tarixdə, səhər saatlarında "xxxx" MMC-yə məxsus etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “X12” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evdən çıxaraq metronun «Ulduz» metrostansiyasında yerləşən iş yerinə gedirmiş. Həmin vaxt anası Şahid2 avtomobilin qabaq sağ oturacağında əyləşmiş, avtomobildə isə yük olmamışdır. Saat təxminən 06:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindən keçən Pirşağı-Kürdəxanı yolu ilə saatda 60-70 km sürətlə yolun 1-ci zolağı ilə hərəkət etdiyi zaman təxminən 100 metr irəlidə dövlət nömrə nişanını xatırlamadığı Opel Vectra markalı avtomobilin onun hərəkət zolağında dayandığını görüb 2-ci zolağa keçmiş və bu zaman həmin avtomobil tərəfdən bir nəfər qadın piyadanın iti addımlarla yolun sağ tərəfindən sol tərəfinə doğru keçdiyini gördükdə uzun siqnal işarəsi vermişdir. Bir anlıq həmin qadının yolun 2-ci zolağında dayandığını görüb əyləcə basmadan yolun əks istiqamətinə keçib qadını sol tərəfdən ötmək istəmiş, lakin elə bu anda qadın piyada da iti addımlarla yolun əks istiqamətinə doğru keçməyə başlamışdır. Həmin vaxt o, avtomobili nə qədər sola doğru qaçırtmaq istəsə də hadisənin qarşısını ala bilməmiş və avtomobilin qabaq sağ hissəsi ilə həmin qadını vurduğu anda əyləcə basmışdır. Yolun əks istiqamətində avtomobil bir neçə metr həmin qadını sürütləmiş və dayanmışdır. Bundan sonra o, dərhal avtomobildən çıxaraq kömək məqsədi ilə xəsarət alan qadına yaxınlaşmış, ətrafda olan tanımadığı şəxsləri çağırmış və orada olan şəxslərin köməyi ilə qadını avtomobilin yük yerinə uzadaraq ona ilk tibbi yardım göstərilməsi üçün əvvəlcə Zabrat qəsəbəsi istiqamətində yolun sol tərəfində yerləşən Kürdəxanı qəsəbəsi poliklinikasına aparmışdır. Poliklinikanın qapılarının bağlı olduğunu və işləmədiyini gördükdə dərhal X13 yollanmışdır. Orada isə ona bildirmişlər ki, qadın öldüyündən ona heç bir köməklik göstərmək mümkün olmayacaqdır. Əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərmişdir ki, Bərdə rayonu, Otuzikilər kəndində ailəsi ilə birlikdə yaşayır, özü heç bir yerdə işləmir. Səkinə Əmralıyeva onun qızıdır, sonuncunun rəsmi nigahdan iki övladı vardır. Böyük qızı Xədicə 2011-ci il təvəllüdlü, kiçik oğlu Hüseyn isə 2014- cü il təvəllüdlüdür. Səkinə özü Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxam qəsəbəsi ərazisində yerləşən «İL» marketdə çörək sexində işləyirmiş. 22 mart 2023-cü il tarixdə səhər saat 06:00 radələrində Murad adlı şəxs idarə etdiyi X12 markalı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxam qəsəbəsi ərazisində yolu keçən piyada Səkinətıi vurmuş, nəticədə Səkinə xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən yolda ölmüşdür. Hadisə Səkinənin çörək sexində işlədiyi «İL» marketin qarşısında baş vermiş, hadisə günü o, Bərdə rayonunda yaşadığı evdə olmuş, həmin gün bir qədər sonra kürəkəni Novruz ona zəng edib hadisə barədə bildirmişdir. Hazırda vurulmuş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilmiş və o, təqsirləndirilən şəxslə barışmış, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Beyləqan rayonu, İmamverilər kəndində qeydiyyatdadır, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Saleh Hüseynzadə küçəsi, nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. 22 mart 2023-cü il tarixdə, səhər saatlarında oğlu Təqsirləndirilən şəxs "xxxx" MMC-yə məxsus etibarnamə əsasında idarə etdiyi Mercedes Benz markalı yük avtomobili ilə yaşadıqları evdən çıxaraq iş yerlərinə gedirmişlər. Həmin vaxt o, avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. Saat təxminən 06:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindən keçən Pirşağı-Kürdəxanı yolunda Murad bir nəfər qadın piyadanın iti addımlarla yolun sağ tərəfindən sol tərəfmə doğru keçdiyini gördükdə uzun siqnal işarəsi vermiş, bir anlıq həmin qadının yolun 2-cİ zolağında dayandığını görüb əyləcə basmadan yolun əks istiqamətinə keçib qadını sol tərəfdən ötmək istəmiş, lakin elə bu anda qadın piyada da iti addımlarda yolun əks istiqamətinə doğru keçməyə başlamışdır. Həmin vaxt Murad avtomobili nə qədər sola doğru qaçırtmaq istəsə də hadisənin qarşısını ala bilməmiş və avtomobilin qabaq sağ hissəsi ilə həmin qadını vurduğu anda əyləcə basmışdır. Yolun əks istiqamətində avtomobil bir neçə metr həmin qadını sürütləmiş və dayanmışdır. Bundan sonra Murad dərhal avtomobildən çıxaraq kömək məqsədi ilə xəsarət alan qadına yaxınlaşmış, ətrafda olan tanımadıqları şəxsləri çağırmış və orada olan şəxslərin köməyi ilə qadını avLomobilin yük yerinə uzadaraq ona ilk tibbi yardım göstərilməsi üçün əvvəlcə Zabrat qəsəbəsi istiqamətində yolun sol tərəfində yerləşən Kürdəxanı qəsəbəsi poliklinikasına aparmışlar. Poliklinikanın qapılarının bağlı olduğunu və işləmədiyini gördükdə dərhal X13 yollanmışlar. Orada isə onlara bildirmişlər ki, qadın öldüyündən heç bir köməklik göstərmək mümkün olmayacaqdır. Hadisə yerində qadın piyada bir neçə dəfə gözünü açıb bağladığı üçün onun sağ olduğunu düşünmüşlər. Qadını xəstəxanaya apardıqda onlara qadının öldüyü barədə məlumat verilmişdir. Şahid1 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 22 mart 2023-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindən keçən Pirşağı-Kürdəxanı yolunda Meyvə Tingliyi adnanan ərazidə yerləşən “Araz” marketin qarşısındakı yolda baş vermişdir. Piyada yolu sağdan sola keçirmiş. Hadisə yerində nəqliyyat vasitə olmamışdır. Hadisə yerində 9,30 metr uzunluğunda tək tormoz izi vardır (i.v.6-14). “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” 22 mart 2023-cü il tarixli protokoldan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar “X12” markalı, **- SY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin qabaq sağ farasının sınması, qabaq sağ qanadının, kapotun qabaq sağ hissəsinin, buferin sağ hissəsinin əzilmiş vəziyyətdə olması müəyyən edilmişdir (i.v.15-20). “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 22 mart 2022-ci il tarixli, 1/1268 saylı rəydən görünür ki, hadisə günü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v.22). “Baxış keçirilməsi haqqında” 18 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisindən keçən Pirşağı-Kürdəxanı yolunun Meyvə Tingliyi adlanan hissəsində yerləşən «Araz» marketin qarşısındakı yolda baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar İL marketin qarşısında quraşdırılmış videomüşahidə kamerasının görüntüsünü monitorlardan mobil telefona çəkməklə 01 ədəd CD diskə köçürüb həmin görüntüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, diskdə 22 saniyə davam etmiş, VİD-20230517-WA0010.mp4 adlanan, İL marketin qarşısında quraşdırılmış videomüşahidə kamerasının görüntüsündə sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “X12” markalı **-JY-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağ tərəfindən sol tərəfinə keçən piyada X3 yolun əks istiqamətində vurduğu görsənir (i.v.38). Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X15 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 12 aprel 2022-ci il tarixli, 92 nömrəli rəyindən görünür ki, X1 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Baş beyin və onurğa beyninin boyun şöbəsinin əzilməsi. 1-11 boyun fəqərələrinin yerini dəyişən qapalı sınıqları. Sol tərəfli hemotoraks (sol döş boşluğuna qan yığılması). Sol ağciyərin əzilmiş-cırılmış yaralan. Çənə və sol körpücük sümüklərinin, sol tərəfli 11-111-1V-V-V1- Vİİ qabırğaların yerini dəyişən qapalı sınıqları. Çənə nahiyəsinin əzilmiş yaraları və dişlərin travmatik sınıqları. Sol budun qançırı və sol diz oynağı nahiyəsinin sıyrığı. Xəsarətlər həyati olub S.S.Əmralıyevanm ölümüşdən az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəlidir. X1 Ölümünə səbəb almış olduğu xəsarətlərlə əlaqədar baş beyin və onurğa beyninin boyun şöbəsinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 2-4 saat əvvələ uyğun gəlir. X2m meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (i.v.39-43). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən verilmiş 30 may 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2022-ci il tarixdə 30 aprel 2032-ci il tarixədək etibarlı olan BD 028360 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır (i.v.52). Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 02 iyun 2023-cü il tarixli, 8/1556 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən “X12” markalı, 90- JY-547 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saal sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə, onun hərəkətlərinə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur (i.v.53-56). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi təqsirləndirilən şəxsin ifadəsi, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 31 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.33). “Qətimkan tədbirinin seçilməsi haqqında” 24 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.106-107). Zərərçəkmiş şəxsin hüquqi varisi X7 tərəfindən məhkəmənin hazırlıq iclası zamanı verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, müsbət xarakterizə olunmasını (AR CM 59.2), zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını (CM- 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tam ödənilməsini (CM- 59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqı gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut-01 dədə disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut-01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 85 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödəsilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-794/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-794/2023
30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver