Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-794/2024 25.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzadan 01 ay 07 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu götürülməmiş və ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə tanışı şəxsiyyəti istintaqa məlum olmayan Tərlan adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında 20 iyul 2024-cü il tarixdə, saat 03 radələrində vət.Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivi, 1126 nömrəli fərdi həyət evinin qapısının açıq olmasından və şəxsiyyəti istintaqa məlum olmayan Tərlan adlı şəxsin əvvəlcədən razılaşdıqları kimi küçədə dayanıb onu sığortalamasından istifadə edib yaşayış sahəsinə qanunsuz daxil olub, evdə olan masanın üzərindən Zərərçəkmiş şəxs1 məxsus içərisində qiyməti 5 manat olan ***-***-**-** GSM nömrə kartı olan 350 manat qiymətində 01 ədəd “Redmi” markalı “2201117TG” modelli mobil telefonu, içərisində qiyməti 5 manat olan ***-***-**-** GSM nömrə kartı olan 150 manat qiymətində 01 ədəd “Oppa Reno” markalı mobil telefonu və içərisində 1 manat 50 qəpik nağd pul olan 40 manat dəyərində əl çantasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 551 (beş yüz əlli bir) manat 50 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 21 iyul 2024-cü il tarixdə, saat 18.30 radələrində ev əşyalarının daşınmasına kömək etdiyi üçün sahibinin icazəsi ilə daxil olduğu vət.Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tavaylıq yaşayış massivində yerləşən nömrəsiz fərdi həyət evinin qonaq otağında olan samovarın içindən Zərərçəkmiş şəxs2 məxsus içərisində 150 manat pul olan 10 manat dəyərində 01 ədəd pul kisəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 160 (yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 tanımış, əvvəllər, belə ki, bir dəfə görüb salamlaşmış, lakin münasibəti olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 03:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran sakini tanıdığı Tərlan adlı şəxslə küçədə gəzmişdir. Bu zaman Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci Albalılıq massivində yerləşən bağ evinin qapısının açıq olmasını görüb həyətə daxil olmuş, Tərlan isə küçədə darvazanın qarşısında dayanmışdır ki, kimsə gələrsə ona xəbər etsin. Həyətə daxil olanda qarşıda yaşayış evinin giriş qapısının açıq vəziyətdə olduğunu görmüş və pul əldə etmək üçün evə daxil olmaq qərarına gəlmişdir. Baxıb görmüşdür ki, evin işıqları sönüb və qaranlıqdır. Bu zaman otağın qaranlıq olmasından istifadə edib evə daxil olmuş və bir nəfər şəxsin ayıq vəziyyətdə olduğunu və televizora baxdığını görmüş, digər adamlar da var imiş və digərləri isə yerdə yatmışdırlar. Astadan yeriyib 1 ədəd “Oppa Reno” və 1 ədəd “Redmi” markalı, ümumilikdə 2 ədəd telefon, sonra kənarda dolabın üzərində əl çantasını görüb oğurlamışdır. Sonra, hadisə yerindən uzaqlaşıb kənarda əl çantasının içərisinə baxanda, 1 manat 50 qəpik məbləğində pul, 1 ədəd şəxsiyət vəsiqəsi, 1 ədəd sürücülük vəsiqəsi və 1 ədəd bank kartı olduğunu görmüş və sənədləri sonra tullamışdır. Həmin telefonlardan “Redmi” markalı olanını öz istifadəsi üçün saxlamış, digər “Oppa Reno” markalı mobil telefonu isə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində tanımadığı şəxsə 50 manata satmış və Tərlanla birgə pulu xərcləmiş, sənədləri isə tullamışdırlar. Onun qeyd etdiyi ünvana gizli daxil olmaqda məqsədi oğurluq etmək olmuşdur. O, qeyd etdiyi ünvandan 1 ədəd “Redmi” markalı mobil telefon, 1 ədəd “Oppa Renno” markalı mobil telefon və içərisində 1 manat 50 qəpik məbləğində pul, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, 1 ədəd bank kartı oğurlamışdır. O, cinayəti Bakı şəhəri, Sabunçu rayonu, Nardaran sakini olan Hənifənin oğlu Tərlanla birgə törətmişdir. Oğurluq edən zaman Tərlan qapının qarşısında pusquda dayanmışdır ki, hər hansı bir şəxs gələrsə ona xəbər etsin. Zərərçəkmiş şəxs2 ərizəsi ilə tanış olmuşdur. xx.xx.2024-cü il tarixdə axşam vaxtlarında bir nəfər tanımadığı şəxs ondan əşyaları boşaltmağa köməklik istəmişdir. O, həmin tanımadığı şəxsə xəstə olduğunu bildirib yüngül əşyalara kömək edə biləcəyini bildirmişdir. Həmin şəxsə kömək edən zaman samovarın yanında pul kisəsini görüb götürmüşdür. Pul kisəsinin içərisinə baxanda iki ədəd 50 manatlıq əskinaz, bir ədəd 20 manatlıq əskinaz, üç ədəd 10 manatlıq əskinaz və bank kartları görmüşdür. Pul kisəsini cibinə qoyub həmin köməklik etdiyi yerdən uzaqlaşıb yaşadığı yerə getmişdir. O, pul kisəsini ehtiyacı olduğu üçün oğurlamışdır. Pul kisəsində ümumi iki ədəd 50 manatlıq əskinaz, bir ədəd 20 manatlıq əskinaz, üç ədəd 10 manatlıq əskinaz və bank kartları olmuşdur. Bank kartlarının içərisində pul olmamışdır. Pul kisəsində ümumi 150 manat pul olmuşdur. Pul kisəsi bank kartları və şəxsiyət vəsiqəsini Tavaylıqda zibil yeşiklərinin yanında atmışdır. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində Tavaylıq massivində yeni kirayə tutduğu evə köç etmişdir. Bu zaman ona məxsus əşyaları “Qazel” markalı avtomobildən kirayə tutduğu evə boşaltmışdır. Bu zaman bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq əşyaları evə daşımağa kömək təklif etmişdir. Ona qonşu olduğunu bildirib köməklik etməyə başlamışdır. Sonuncu stolu evə gətirərkən həmin şəxs kiminsə onu çağırdığını bildirib getmişdir. O, “Qazel” sürücüsünün pulunu vermək üçün pul kisəsini arvadı Gülşəndən istəyərkən, Gülşən pul kisəsini evin içərisində stolun üstündə olan samovarın içinə qoyduğunu, həmin vaxt tapmadığını bildirmişdir. Onun içərisində olan “Leo bank” kartı, “Kapital bank” kartı, şəxsiyət vəsiqəsi, iki ədəd 50 manatlıq əskinaz, bir ədəd 20 manatlıq əskinaz, üç ədəd 10 manatlıq əskinazlara olan 150 manat məbləğində pul olan dəyəri 10 manat olan kisəsi oğurlanmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə onu Polis Şöbəsinə çağırmışlar və onun evindən oğurluq etməkdə şübhəli bilinən şəxsin müəyyən olunduğu bildirilmişdir. Polis Şöbəsində o həmin şəxsi tanımışdır və həmin şəxs özünün Təqsirləndirilən şəxs olduğunu bildirərək onun evindən içərisində olan “Leo bank” kartı, “Kapital bank” kartı, şəxsiyət vəsiqəsi, iki ədəd 50 manatlıq əskinaz, bir ədəd 20 manatlıq əskinaz, üç ədəd 10 manatlıq əskinazlara olan 150 manat məbləğində pul olan pul kisəsini oğurlamağını bildirərək oğurluğu hansı qaydada törətdiyini etiraf etmişdir. Ona məxsus “Leo bank” kartı və “Kapital bank” kartında pul olmadığı üçün həmin kartlardan pul çıxarıla bilinməmişdir. Həmin kartların o yenisini çıxartmışdır və həmin kartların oğurlanması ilə bağlı ona heç bir maddi ziyan dəyməmişdir.Ona, ümumi 160 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ünvanlayaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyan ödənilmiş, heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan məhkəmə istintaqının keçirilməsini mümkün hesab edərək onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini elan etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclası zamanı tədqiq edilmiş ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 01:57 radələrində işdən evə gəlmiş, gecə yatarkən havaların isti olması ilə bağlı evin giriş qapısını açıq vəziyətdə qoymuşdur ki, otaqlar sərin olsun və yatarkən masanın üzərində 2 ədəd mobil telefon, içərisində şəxsiyət vəsiqəsi, sürücülük vəsiqəsi və ATB-kartı olan əl çantası da, evdə masanın üzərinə qoyub yatmışdır. xx.xx.2024-cü il tarixdə saat 07 radələrində yatmışdır, bu zaman ATB bankdan onun mobil telefonuna zəng gəlmiş və bildirilmişdir ki, xəbəriniz var, kartınızdan pul çıxarılmasına cəhd edilib. Dərhal, o oyanıb evə və ətrafa baxanda məlum olmuşdur ki, masanın üzərindən ona məxsus içərisində 5 manat dəyərində ***-***-**-** saylı GSM nömrəsi olan 1 ədəd 150 manat dəyərində “Oppa Reno” markalı mobil telefon, içərisində 5 manat dəyərində ***-***-**-** saylı GSM nömrəsi olan 350 manat dəyərində 1 ədəd “Redmi” markalı mobil telefon və içərisində şəxsiyət vəsiqəsi, sürücülük vəsiqəsi və 5213 6751 9990 5473 ATB-kartı olan, içərisində 1 manat 50 qəpik pulum olan 40 manat dəyərində əl çantası naməlum şəxs tərəfindən oğurlanmışdır. Ona görə də bu barədə, DİN-nin “102” xidmətinə zəng edib məlumat vermişdir. Ona məxsus 5213 6751 9990 5473 ATB-kartında pul olmadığı üçün həmin kartdan pul çıxarıla bilməmişdir. Bank kartını ona işdən veriblər və yenisini çıxartdığı üçün həmin kartın oğurlanması ilə bağlı ona maddi ziyan dəyməmişdir. Ona məxsus mobil telefona bu barədə bildiriş gəlsə də, kartında pul olmadığı üçün çıxarda bilməmişdir. Hadisə ilə bağlı ona 551 manat 50 qəpik maddi ziyan dəymiş və sənədləri, maaş kartı oğurlanmışdır. Evin qapısında, pəncərəsində, darvazanın qapısında və digər yerlərdə heç bir sındırılma əlamətləri yoxdur, gecə yatarkən ev qapısını açıq qoymuşdur. Hadisə ilə bağlı şübhələndiyi şəxs yoxdur. Qeyd etmişdir ki, ətrafda müşahidə kamerası olmamışdır. İş üzrə zərərçəkmiş şəxs qismində əlavə dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etmişdir ki, o, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində ona məxsus “Redmi” markalı “2201117TG” modelli mobil telefonun dəyəri 218 manat göstərilsə də həmin mobil telefonun 350 manat dəyərində qiymətləndirilməsini və ona vurulmuş maddi ziyanın 551 manat 50 qəpik dəyərində əsas götürülməsini xahiş etmişdir (i.v.28-30; 142-143); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 20 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivi, 1126 nömrəli fərdi həyət evinə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v.05-09); Maddi sübutun götürülməsi haqqında 29 iyul 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 oğurlanmış 01 ədəd “Redmi” markalı “2201117TG” modelli mobil telefon iş üzrə Təqsirləndirilən şəxs götürülmüşdür (i.v.16); şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.41); hadisə yerinə baxış keçirilməsi haqqında 21 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tavaylıq yaşayış massivində yerləşən nömrəsiz fərdi həyət evinə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v.56-58); cinayət işinin tövsif edilməsi haqqında 31 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsf olunmuşdur (i.v.78); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 31 iyul 2024-cü il tarixli qərardan görünür ki, Vət. Təqsirləndirilən şəxs iş üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v.81-82); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-461/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v.108-112); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-591/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin uzadılması barədə vəsatət və təqdimat təmin edilərək həbsdə saxlanma müddəti 1 ay müddətinə, yəni 29 oktyabr 2024-cü il tarixədək uzadılmışdır (i.v.131-135); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/6335 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd, Çin istehsalı olan “Redmi” markalı, 2201117TG model, 128 GB yaddaş tutumlu mobil telefonun komplektləşdirilməsinə daxil edilən aksessuarlarının olmaması və istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 218,00 manat müəyyən olunur (i.v.136-139); Əşyanın tanınmaya təqdim edilməsi haqqında 09 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 tanınma üçün təqdim edilən və iş üzrə Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “01 ədəd “Redmi” markalı “2201117TG” modelli mobil telefonu ona təqdim edilən 04 ədəd telefon arasından tanıyaraq ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivi, 1126 nömrəli fərdi həyət evindən oğurlanmış mobil telefon olduğunu bildirmişdir (i.v.140-141); İfadənin yerində yoxlanılması haqqında 14 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tanışı Tərlan adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında və özünün törətdiyi cinayət əməllərini əyani formada göstərmişdir (i.v.150-154); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa o, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzadan 01 ay 07 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır(i.v.155-156); Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə 14 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs oğurladığı “Redmi” markalı “2201117TG” modelli mobil telefon maddi sübut qismində tanınmış və Zərərçəkmiş şəxs1 qaytarılması qərara alınmışdır (i.v.157-162); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-653/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin uzadılması barədə vəsatət və təqdimat təmin edilərək həbsdə saxlanma müddəti 15 (on beş) gün müddətinə, yəni 13 noyabr 2024-cü il tarixədək uzadılmışdır (i.v.201-205); Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü və xx.xx.2013-cü il təvəllüdlü iki azyaşlı övladı vardır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs İ epizod üzrə irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə tanışı şəxsiyyəti istintaqa məlum olmayan Tərlan adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında 20 iyul 2024-cü il tarixdə, saat 03 radələrində vət.Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivi, 1126 nömrəli fərdi həyət evinin qapısının açıq olmasından və şəxsiyyəti istintaqa məlum olmayan Tərlan adlı şəxsin əvvəlcədən razılaşdıqları kimi küçədə dayanıb onu sığortalamasından istifadə edib yaşayış sahəsinə qanunsuz daxil olub, evdə olan masanın üzərindən Zərərçəkmiş şəxs1 məxsus içərisində qiyməti 5 manat olan ***-***-**-** GSM nömrə kartı olan 350 manat qiymətində 01 ədəd “Redmi” markalı “2201117TG” modelli mobil telefonu, içərisində qiyməti 5 manat olan ***-***-**-** GSM nömrə kartı olan 150 manat qiymətində 01 ədəd “Oppa Reno” markalı mobil telefonu və içərisində 1 manat 50 qəpik nağd pul olan 40 manat dəyərində əl çantasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 551 (beş yüz əlli bir) manat 50 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Lakin, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/6335 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd, Çin istehsalı olan “Redmi” markalı, 2201117TG model, 128 GB yaddaş tutumlu mobil telefonun komplektləşdirilməsinə daxil edilən aksessuarlarının olmaması və istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 218,00 manat müəyyən olunur. Göründüyü kimi, istintaq orqanı əsassız olaraq təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 ümumilikdə 551 manat 50 qəpik ziyan vurmaqla oğurluq etdiyini qeyd etmiş və zərərçəkmiş şəxsin ifadəsini daha mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki, istintaq orqanı tərəfindən təyin edilmiş və müvafiq qərara əsasən əldə olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/6335 nömrəli ekspert rəyində təqdim edilmiş təqdim edilən 01 ədəd, Çin istehsalı olan “Redmi” markalı, 2201117TG model, 128 GB yaddaş tutumlu mobil telefonun 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 218,00 manat müəyyən edilmişdir. Ekspertiza Mərkəzinin müvafiq rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına daha uyğun gəldiyindən daha mötəbər sübut kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə hesab edir ki, sözügedən epizod üzrə ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vurduğu maddi ziyanın miqdarının 419 (dörd yüz on doqquz) manat 50(əlli) qəpik olması müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vurduğu maddi ziyanın miqdarının 419 (dörd yüz on doqquz) manat 50(əlli) qəpik olması müəyyən edilməli, lakin həcmin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən ümumilikdə cinayət əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi təqsirləndirilən şəxslərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, digər istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və saxlanc yerinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını (CM- 59.1.4), zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməklə onlarla barışıq əldə etməsini(CM- 59.1.12-59.1.13) nəzərə alır və cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü üzrə olan məhkumluğu ödənildiyindən cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Lakin, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli CM- 65.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 29 iyul 2024-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). İş üzrə maddi sübut– “Redmi” markalı “2201117TG” modelli mobil telefonun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 29 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut– “Redmi” markalı “2201117TG” modelli mobil telefonun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-794/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-794/2024
25.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver