Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-794/2025 09.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1995-ci ildə Zərdab rayonu Yuxarı Seyidlər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsində yerləşən «Ayxan» marketdə mühafizəçi vəzifəsində işləyən, Zərdab rayonu, Yuxarı Seyidlər Ərazi Dairəsi, Yuxarı Seyidlər kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan Yaşayış massivi, fərdi yaşayış evində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması, özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, o, 01 iyul 2025-ci il tarixdə, saat 14:40-da mühafizəçi vəzifəsində işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsində yerləşən «Ayxan» marketə müştəri qismində daxil olmuş Zərərçəkmiş şəxs mağazaya sellofan torba ilə daxil olmasının qadağan olduğunu cüzi səbəb kimi bəhanə edib, mağazada ictimai yerdə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarını, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın mənafelərinə toxunan hərəkətlər edib, özünü kənar şəxslərin fövqündə qoyaraq, heç bir əsaslı səbəb olmadan həmin mağazanın daxilində, daha sonra mağazanın həyətində, «Renault Megan» markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükan arxasına əyləşib oradan çıxıb getmək istəyən Zərərçəkmiş şəxs ilə mübahisə edib, sonuncunun ünvanına uca səslə nalayiq ifadələr işlədib, yumruqla avtomobilin sol qabaq yan şüşəsini vurub sındırmış, şüşə qırıntılarının Zərərçəkmiş şəxs sol qolu üzərinə düşməsi nəticəsində sol said-bazu, sol bazu və sol said nahiyələrinin kəsilmiş səthi yaraları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirib, Zərərçəkmiş şəxs məxsus avtomobilin şüşəsini sındırıb və ban hissəsini yumruqla zərbələr endirib əzməklə 700 manat dəyərində ziyan vurub özgənin əmlakını zədələməklə qərəzli hərəkətlər törədib xuliqanlıq etmişdir. Bununla da, o, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2020-ci ildən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsində yerləşən “Ayxan” marketdə mühafizəçi vəzifəsində çalışır. 01 iyul 2025-ci il tarixdə, saat 14:40 radələrində işlədiyi mağazada olarkən əvvəllər tanımadığı, aralarında hər hansı münasibət, ədavət və ya düşmənçilik olmayan Zərərçəkmiş şəxs əlində sellofan paketlə mağazanın daxilində gəzdiyini müşahidə etmişdir. Zərərçəkmiş şəxs yaxınlaşaraq özünü təqdim etmiş, mağazanın rəhbərliyinin göstərişinə əsasən kənardan gətirilmiş paketin mağazaya daxil edilməsinə icazə verilmədiyini bildirmişdir. O, xahiş etmişdir ki, əlində saxladığı paketi mağazada xüsusi ayrılmış əmanət dolabına yerləşdirsin və alış-verişini tamamlayaraq mağazadan çıxarkən götürsün. Zərərçəkmiş şəxs onun sözlərinə əhəmiyyət verməmiş və kobud davranmışdır. Mağazada müştərilər olduğu üçün səs-küy yaranmaması məqsədilə Zərərçəkmiş şəxs ilə birlikdə həyətə çıxmış və onu sakitləşdirərək mağaza qaydalarını izah etməyə çalışmışdır. Lakin, Zərərçəkmiş şəxs həyətdə də, sözlərinə əməl etməyərək kobud danışmış, daha sonra idarə etdiyi ‘Renault’ markalı avtomobilin sükanı arxasına əyləşərək həmin ərazidən çıxmağa cəhd etmişdir. Bununla bağlı, o, əsəbləşərək avtomobilin sol qabaq qapısının şüşəsini yumruqla sındırmış, avtomobilin kuza hissəsinə zərbə vurmuş və onun ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt “Ayxan” marketdə işləyən işçilərin bəziləri və ətrafda olan, adlarını və anket məlumatlarını bilmədiyi şəxslər onun yanına gələrək onu sakitləşdirmiş və Zərərçəkmiş şəxs aralamışlar. Zərərçəkmiş şəxs ona fiziki zor tətbiq etməmiş, hər hansı xəsarət yetirməmiş, tibbi müayinədən keçməmiş və məhkəmə-tibbi ekspertiza müayinəsindən keçmək istəmir. Bundan başqa, Zərərçəkmiş şəxs ilə onun arasında başqa heç kim mübahisə etməmiş, ona fiziki zor tətbiq edən olmamışdır. Yumruqla Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin sol qabaq qapısının şüşəsini vurub sındırarkən şüşə sonuncunun sol qoluna düşərək kəsik əmələ gətirmişdir. Qeyd olunan mübahisə və dava-dalaş təxminən 10 dəqiqə davam etmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs istintaqda verdiyi və elan edilmiş ifadəsində göstərmişdir ki, 01 iyul 2025-ci il tarixdə, saat 14:40 radələrində, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Babək küçəsində yerləşən “Ayxan” marketə alış-veriş məqsədilə getmişdir. Marketin 1-ci mərtəbəsində uşaqlar üçün çəkələk alıb, kassada ödəniş etdikdən sonra meyvə almaq məqsədilə 2-ci mərtəbəyə qalxmışdır. Bu zaman əvvəllər tanımadığı, aralarında hər hansı ədavət və düşmənçilik olmayan və marketdə mühafizəçi vəzifəsində çalışan Təqsirləndirilən şəxs ona yaxınlaşaraq əlində saxladığı sellofan torbanı marketdə xüsusi ayrılmış əmanət yerinə qoymağı, marketə digər yerdən gətirilmiş əşya ilə daxil olmağın və onu mağazada gəzdirməyin qadağan olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs “Ayxan” marketin 1-ci mərtəbəsində alış-veriş edərək kassada ödəniş etdiyini, qəbzinin mövcud olduğunu və meyvə-tərəvəz alıb qısa müddətdə mağazadan çıxacağını, buna görə də, əlindəki sellofan torbanı başqa yerə qoymadığını izah etdikdə, Təqsirləndirilən şəxs onunla kobud danışmış və onu mağazadan oğurluq etməkdə ittiham etməyə başlamışdır. Bu səbəbdən aralarında sözlü mübahisə yaranmışdır. Mübahisənin böyüməməsi məqsədilə marketdən çıxaraq həyətdə saxladığı “Renault Megane” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasına əyləşərək oradan uzaqlaşmaq istədikdə, mübahisə etdiyi Təqsirləndirilən şəxs avtomobilə hücum etmiş, onun ünvanına nalayiq ifadələr işlətmiş, onu təhqir etmiş, avtomobilin kuza hissəsinə yumruq və təpiklə zərbə vurmuş, sol qabaq yan şüşəsini sındırmış və sol qoluna yumruqla xəsarət yetirmişdir. O, heç kimə fiziki zor tətbiq etməmiş, heç kimi vurmamışdır. Qeyd olunan hadisə təxminən 10 dəqiqə davam etmişdir. Avtomobilin şüşəsinin sındırılması və kuzasının bəzi hissələrinin zədələnməsi nəticəsində ona təxminən 700 manat məbləğində maddi ziyan dəymişdir. Mübahisə marketdə başlamış, marketin arxasında davam etmişdir. Dava-dalaş zamanı yanlarına marketdə işləyən, adlarını və anket məlumatlarını bilmədiyi, tanımadığı çoxsaylı əməkdaşlar gəlmiş, onu döyən Təqsirləndirilən şəxs sakitləşdirərək ondan aralamışdırlar. Hadisənin təsiri altında olduğundan əvvəl düşünmüşdür ki, həmin şəxslər də onu döymək məqsədilə yanına gəlmişlər. Bu səbəbdən polis şöbəsində verdiyi izahatında və məhkəmə-tibbi müayinədən keçərkən fikrini düzgün ifadə etməmiş, “Ayxan” marketin çoxsaylı əməkdaşları tərəfindən döyülərək xəsarət aldığını bildirmişdir. Hadisənin şahidləri isə adlarını və anket məlumatlarını bilmədiyi marketdə işləyən şəxslər və müştərilər olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 2020-ci ildən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsində yerləşən “Ayxan” marketdə mühafizəçi vəzifəsində çalışır. 01 iyul 2025-ci il tarixdə, saat 14:40 radələrində işlədiyi marketdə bir nəfər əvvəllər tanımadığı, aralarında hər hansı münasibət, ədavət və düşmənçilik olmayan, araşdırma zamanı adı müəyyən edilmiş Zərərçəkmiş şəxs əlində sellofan paketlə mağazanın daxilində gəzdirdiyini müşahidə etmişdir. Marketdə mühafizəçi vəzifəsində çalışan Təqsirləndirilən şəxs müştəri Zərərçəkmiş şəxs yaxınlaşaraq özünü təqdim etmiş, mağazanın rəhbərliyinin göstərişinə əsasən kənardan gətirilmiş paketlə mağazaya daxil olmağa icazə verilmədiyini bildirmiş və xahiş etmişdir ki, əlində saxladığı paketi marketdə xüsusi ayrılmış əmanət dolabına qoyub, alış-verişini tamamladıqdan sonra götürsün. Zərərçəkmiş şəxs mühafizəçi vəzifəsində çalışan Təqsirləndirilən şəxs sözlərinə əhəmiyyət verməyərək onunla kobud danışmışdır. Mağazada müştərilər olduğundan səs-küy yaranmaması məqsədilə hər iki şəxs birlikdə həyətə çıxmış, o isə mağazada qalıb işini davam etdirmişdir. Həyətdən səs-küy eşidildikdən sonra baxdıqda görmüşdür ki, Zərərçəkmiş şəxs “Renault” markalı avtomobilin sükanı arxasında əyləşmişdir. Təqsirləndirilən şəxs avtomobilin sol qabaq tərəfində dayanaraq nalayiq ifadələr işlətmiş və ani hərəkətlə yumruqla avtomobilin sol qabaq yan şüşəsini vuraraq sındırmış, avtomobilin ban hissəsinə də yumruqla zərbə vurmuşdur. Təqsirləndirilən şəxs sakitləşdirmək məqsədilə marketdə işləyən bir neçə əməkdaş yaxınlaşaraq onu Zərərçəkmiş şəxs aralamışdırlar. Qeyd olunan hadisə təxminən 10 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs mübahisə zamanı Təqsirləndirilən şəxs qarşı fiziki zor tətbiq etməmiş, ona xəsarət yetirməmişdir. Mübahisə yalnız Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxsarasında baş vermiş, avtomobilin şüşəsini isə Təqsirləndirilən şəxs yumruqla vuraraq sındırmışdır İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanıması və icraata qəbul edilməsi haqqında” 04 avqust 2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. (i.v. 1). "Hadisə yerinə baxış keçirilməsi haqqında” 01 iyul 2025-ci il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsində yerləşən «Ayxan» marketin həyətində baş vermişdir. (i.v. 8-10). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X2 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının 1435 nömrəli, 04 iyul 2025-ci il tarixli rəyindən görünür ki, məhkəmə-tibbi müayinəsi zamanı Zərərçəkmiş şəxs sol said-bazu, sol bazu və sol said nahiyələrinin kəsilmiş səthi yaraları müəyyən edilmiş, xəsarətlər iti kənara malik əşya (alət), ola bilsin şüşə parçasının təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi 01 iyul 2025-ci il tarixə və şəraitə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. (i.v. 15-16). "Sübutların qiymətləndirilməsi haqqında” 03 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubliksı CM-nin 221.1-ci maddəsi ilə ittiham elan edilmişdir. (i.v. 64-67). Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın 121990 nömrəli vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs vəsiqənin sahibi müharibə veteranları üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. (i.v. 89). İ-91344 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. (i.v. 89). İ-6762 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir. (i.v. 89). “Qətimkan tədbiri seçilməsi haqqında” 03 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 90-91). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 05 noyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 94). Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018 və xx.xx.2021 təvəllüdlü iki azyaşlı övladı vardır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qarabağda işlədiyi üçün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər — min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs özünü CM-nin 221.1-ci maddəsi ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli X1 şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.1-ci bəndində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları; 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, təqsirləndirilən şəxsin əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.1, 1.16-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Günel Məmmədova
Məhkəmə qərarları › İş №1(008)-794/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-794/2025
09.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver