Məhkəmə qərarları › İş №1(008)-798/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-798/2023

01.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-798/2023 01.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X7 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirərək M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə cinayət əlaqəsinə girib özgənin əmlakını gizli talamaq məqsədi ilə 11 yanvar 2023-cü il tarixdə saat 03 radələrində ünvan 1 ünvanda yerləşən «M» marketin qarşısına gələrək Təqsirləndirilən şəxs2 marketin yaxınlığında dayanıb ətrafı nəzarətdə saxlayaraq onu sığortalayıb bununlada ona marketə daxil olmaqa şərait yaratmış, o isə üzərində gətirdiyi bıçaqla marketin giriş qapsının alt hissəsini sökmə yolu ilə saxlanc yeri hesab edilən həmin marketin icarəsinə qanunsuz daxil olandan sonra dükanda saxlanılan Zərərçəkmiş şəxs məxsus olan 200 manat xırda əskinazlarta nağd pulu, 5 blok hər biri 42 manat olan 210 manat dəyərində «Sobrani» markalı siqaretləri, 5 blok hər biri 42 manat olan 210 manat dəyərində «Dunhill» markalı siqaretləri, 4 blok hər biri 39 manat olan 156 manat dəyərində «Kent 8» markalı siqaretləri, 8 blok hər biri 39 manat olan 312 manat dəyərində «Kent4» markalı siqaretləri, 3 blok hər biri 39 manat olan 117 manat dəyərində «Kent 1» markalı siqaretləri, 5 blok hər biri 39 manat olan 195 manat dəyərində «Kent Mentol» markalı siqaretləri, 10 blok hər biri 39 manat olan 390 manat dəyərində «Davidoff» markalı siqaretləri, 5 blok hər biri 38 manat olan 190 manat dəyərində «Winston» markalı siqaretləri, hər biri 20 manat olan 11 ədəd 220 manat dəyərində «Freez» markalı elektron siqaretləri gizli oraraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs 2200 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib özgənin əmlakını gizli talamaq məqsədi ilə 11 yanvar 2023- cü il tarixdə saat 03 radələrində ünvan 1 ünvanda yerləşən «M» marketin qarşısına gələrək, o Təqsirləndirilən şəxs1 həmin dükana qanunsuz daxil olub rahat oğurluq cinayətinin törətməsini üçün sonuncuya şərait yaradaraq tutulma təhlükəsi ehtimal olan anda Təqsirləndirilən şəxs1 hər hansı bir siqnal (məlumat) verilməsi üçün dükanın qarşısında dayanıb ətrafı nəzarətdə saxlayaraq Təqsirləndirilən şəxs1 sığortalamış, Təqsirləndirilən şəxs1 isə üzərində gətirdiyi bıçaqla marketin giriş qapsının alt hissəsini sökmə yolu ilə saxlanc yeri hesab edilən həmin dükanın içərəsinə qanunsuz daxil olaraq həmin dükandan vətəndaş Zərərçəkmiş şəxs məxsus olan 200 manat xırda əskinazlarla nağd pulu, 5 blok hər biri 42 manat olan 210 manat dəyərində «Sobrani» markalı siqaretləri, 5 blok hər biri 42 manat olan 210 manat dəyərində «Dunhill» markalı siqaretləri, 4 blok hər biri 39 manat olan 156 manat dəyərində «Kent 8» markalı siqaretləri, 8 blok hər biri 39 manat olan 312 manat dəyərində «Kent 4» markalı siqaretləri, 3 blok hər biri 39 manat olan 117 manat dəyərində «Kent 1» markalı siqaretləri, 5 blok hər biri 39 manat olan 195 manat dəyərində «Kent Mentol» markalı siqaretləri, 10 blok hər biri 39 manat olan 390 manat dəyərində «Davidoff» markalı siqaretləri. 5 blok hər biri 38 manat olan 190 manat dəyərində «VVinston» markalı siqaretləri, hər biri 20 manat olan 11 ədəd 220 manat dəyərində «Freez» markalı elektron siqaretləri gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs 2200 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən istintaq orqanı tərəfindən cinayətin işinin istintaqı zamanı kobud qanun pozuntularına yol verilməsi müəyyən edildiyindən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs2 müdafiəçisi Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 yazılı vəsatətlər təqdim edərək iş materiallarında Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs kimi müdafiəçisinin orderinin olmadığını, onun istintaq zamanı müdafiəçisi olan “Kredo” vəkil bürosunun vəkili X1 şahidin nümayəndəsi kimi order təqdim etdiyini və tərəflə də şahidin nümayəndəsi kimi müqavilə bağladığını, belə olan halda təqsirləndirilən şəxsin müdafiə hüququnun kobud şəkildə pozulduğunu, bununla yanaşı vəkil orderinə kənar şəxs tərəfindən müdaxilə edilərək şahidin nümayəndəsi ifadəsindən sonra “və təqsirləndirilən şəxsin müdafiəsi” ifadəsinin yazıldığını, bir orderlə iki statusda olan şəxsin müdafiəsinin qanuni olmadığını, prokurorluq orqanının diqqətinin cinayət işinin materiallarında olan sənədlərdə saxtalaşdırmaya cəlb edilməli olmasını, ibtidai istintaq zamanı kobud pozuntulara yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılmasının zəruri olduğunu qeyd edib Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə kobud pozuntulara yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarılmasını və ədalət mühakiməsi əleyhinə olan cinayətlə bağlı cinayət işinin başlanılmasının təmin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ayrı-ayrılıqda müdafiəçi tərəfindən verilmiş vəsatətin təmin edilməsini, cinayət işinin ibtidai istintaq mərhələsinə qaytarılmasını xahiş etmişlər. Təqsirləndirilən şəxs1 müdafiəçisi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 vəsatətin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Təqsirləndirilən şəxs2 müdafiə hüququnun faktiki olaraq təmin edildiyini, istintaqın sonunadək yanında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan müdafiəçi X2, bu halın həm iş materialları, həm də Təqsirləndirilən şəxs2 və müdafiəçi X5 tərəfindən təsdiq edildiyini, belə olan halda təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmadığını qeyd edərək vəsatətin təmin edilməməsini, cinayət işinin məhkəmə baxışına verilməsini xahiş etmişdir. Məhkəmə vəsatətin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə tədqiq edərək, proses iştirakçılarını dinləyərək, o cümlədən, müdafiəçi X3 izahatını nəzərə alaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin müdafiə hüququ həm müstəntiq, həm də müdafiəçi tərəfindən pozulduğundan həmin pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, məhkəmənin şifahi sorğusuna əsasən “Kredo” vəkil bürosunun vəkili X5 tərəfindən məhkəməyə təqdim edilmiş 16 iyun 2023-cü il tarixli, ******* nömrəli vəkil orderinin kötüyündən görünür ki, həmin orderdə X3 Təqsirləndirilən şəxs2 yalnız “şahidin nümayəndəsi” kimi hüquqi yardım göstərməsi təsbit olunmuşdur. Bununla yanaşı, məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs2 müdafiəçi X5 ilə sadəcə şahidin nümayəndəsi kimi ona hüquqi yardım göstərməsi üçün müqavilə bağlandığını, istintaqın sonunadək müdafiəçi X5 onun yanında olaraq bütün sənədləri imzalasa da, ona təqsirləndirilən şəxs qismində cəlb edilməsi, bütün sənədləri təqsirləndirilən şəxs olaraq imzalaması barədə məlumat vermədiyini, hətta o, Kamal Novruzovdan cinayət işinin materialları ilə tanış olan zaman hələ də şahid olub-olmamasını soruşduqda, Kamal Novruzovun ona “şahid qismində imzalayırsan bütün sənədləri, narahat olma, imzala” dediyini, onun təqsirləndirilən şəxs qismində məhkəməyə verilməsindən məhkəmə bildirişini alan zaman xəbər tutduğunu bildirmişdir. Məhkəmə iclasına dəvət olunaraq izahatı alınmış “Kredo” vəkil bürosunun vəkili X5 ilkin olaraq müdafiə taktikası olaraq təqsirləndirilən şəxsin müdafiəçisi orderini təqdim etmədən bütün sənədləri imzaladığını, daha sonra isə müstəntiqin ona bütün sənədləri verdiyini və bu səbəbdən sənədləri təqsirləndirilən şəxsin müdafiəçisi olmadığı halda imzaladığını, orderə sonradan əlavə olunmuş “təqsirləndirilən şəxsin müdafiəsi” sözünün kim tərəfindən əlavə edildiyini bilmədiyini, lakin həmin ifadənin özü tərəfindən əlavə edilmədiyini, təqsirləndirilən şəxsə “şahid qismində imzalayırsan bütün sənədləri, narahat olma, imzala” sözünü demədiyini göstərmişdir. Sədrlik edən tərəfindən müdafiəçi X4 ünvanlanmış “Siz Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan, hüquqi savadı olan müdafiəçi olduğunuz və hüquqlarını müdafiə etdiyiniz şəxslə sadəcə şahidin nümayəndəsi kimi müqavilə bağlayaraq bürodan da buna dair order almanıza baxmayaraq müstəntiqin təqdim etdiyi bütün sənədləri iş üzrə təqsirləndirilən şəxsin müdafiəçisi olmadığınız halda hansı səbəbdən imzalayaraq təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına zəmin yaratmasınız” sualına müdafiəçi konkret cavab verə bilməmiş və yenə də müstəntiq tərəfindən təqdim edilmiş sənədləri imzaladığını bildirməklə kifayətlənmişdir. Həmçinin, cinayət işinin materiallarında olan 16 iyun 2023-cü il tarixli, ******* nömrəli vəkil orderindən görünür ki, “Cinayət işi, Şahidin nümayəndəsi” ifadəsi ilə “və təqsirləndirilən şəxsin müdafiəsi” ifadəsi fərqli qələmlərlə icra olunmuşdur ki, bu da həmin ifadənin sonradan orderə əlavə edilməsinə dair şübhələri artırır. Həmin ifadənin kim tərəfindən orderə əlavə edilməsi və orderdə hər hansı saxtalaşdırmanın aparılmasının müəyyən edilməsi isə aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. Məhkəmə vəkil orderinin müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə səlahiyyətlərin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəd olmasını, hazırda tərəflər arasında yalnız şahidin nümayəndəsi qismində hüquqi yardımın göstərilməsi ilə bağlı müqavilə bağlanaraq bu səlahiyyətin həyata keçirilməsi məqsədi ilə müdafiəçi X4 order verildiyini, müdafiəçinin təqsirləndirilən şəxsin müdafiəçisi kimi səlahiyyətinin olmadığı halda istintaqın sonunadək bütün sənədləri onun müdafiəçisi kimi imzalamasını nəzərə alaraq göstərilən bu halların müstəntiq və müdafiəçi tərəfindən həm qanunvericiliyin, həm də təqsirləndirilən şəxsin müdafiə hüquqlarının kobud şəkildə pozulmasına dəlalət etdiyi qənaətinə gəlir. “Vəkil orderi və order markası haqqında” əsasnamənin 1.5-ci maddəsinə əsasən vəkil orderi müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə səlahiyyətlərin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. 19.4-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək, hüquqlarını izah etmək, öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq, şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq hüquqlarını təmin etməlidir. 90.7.2-ci maddəsinə əsasən tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan edildiyi andan şübhəli şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu halda tutulmanın əsaslarını bilmək və tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq, onu tutmuş şəxsdən, təhqiqatçıdan, müstəntiqdən və ya prokurordan hüquqları haqqında yazılı bildiriş almaq hüquqlarını həyata keçirir. 91.5.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada həbsə alındığı və ya ittiham elan olunduğu andan müdafiəçiyə malik olmaq hüququnu həyata keçirir. 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. 303.3.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına yol verildikdə (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır; 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən halları və müdafiəçinin vəsatətlərində göstərdiyi dəlilləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilərək cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə məhkəməyədək icraat zamanı AR CPM-nin yuxarıda qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X6 barəsində ayrıca xüsusi qərar çıxarılmalı, “Kredo” vəkil bürosunun vəkili X3 təqsirləndirilən şəxsin müdafiəçisi olmadığı halda prosessual sənədləri onun müdafiəçisi olaraq imzalaması ilə bağlı hərəkətlərinə görə onun barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyası qarşısında məsələ qaldırılmalı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 16 iyun 2023-cü il tarixli, ******* nömrəli vəkil orderində qeyd olunan “və təqsirləndirilən şəxsin müdafiəsi” ifadəsinin kim tərəfindən orderə əlavə edilməsi və vəkil orderinin saxtalaşdırılması faktının olub-olmaması, əgər belə bir hal baş vermişdirsə müvafiq araşdırmanın aparılaraq əmələ hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat göndərilməlidir. Bununla yanaşı CPM-nin 306.1-ci maddələrinin müddəaları baxımından cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul etmiş məhkəmə, təqsirləndirilən şəxslər barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi, uzadılması və ya ləğv edilməsi ilə bağlı məsələyə münasibət bildirməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 173.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı hallar istisna olmaqla, qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə cinayət işinin istintaqı zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X6 barəsində ayrıca xüsusi qərar çıxarılsın. Xüsusi qərar təsir tədbirlərinin görülməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilsin. Xüsusi qərarın surəti gələcəkdə yuxarıda göstərilən ciddi qanun pozuntularının qarşısının alınmasına nəzarətin gücləndirilməsindən və müvafiq tədbirlərin görülməsindən ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilsin. “Kredo” vəkil bürosunun vəkili X3 təqsirləndirilən şəxsin müdafiəçisi olmadığı halda prosessual sənədləri onun müdafiəçisi olaraq imzalaması ilə bağlı hərəkətlərinə görə X5 barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyası qarşısında məsələ qaldırılsın. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 16 iyun 2023-cü il tarixli, ******* nömrəli vəkil orderində qeyd olunan “və təqsirləndirilən şəxsin müdafiəsi” ifadəsinin kim tərəfindən orderə əlavə edilməsi və vəkil orderinin saxtalaşdırılması faktının olub-olmaması, əgər belə bir hal baş vermişdirsə müvafiq araşdırma aparılmaqla əmələ hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar