Məhkəmə qərarları › İş №1(008)-799/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-799/2023

13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-799/2023 13.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 09 sentyabr 1988-ci il tarixdə Rusiya Federasiyası Stavropol vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, heç yerdə işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 8.732 qram narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla daşımış, 21 may 2023-cü il tarixdə, saat 12:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mayakovski küçəsində yerləşən «X8» vağzalının yaxınlığında özünü şübhəli apardığı üçün Sabunçu RPİ-in Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb, inzibati ərazi aidiyyəti üzrə Sabunçu RPİ-in 12-ci PŞ-nə aparılıb, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olmuş göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofanın içərisində saxladığı 22 ədəd ağ kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-0.494 qram, 0.373 qram, 0.360 qram, 0.463 qram, 0.361 qram, 0.486 qram,

0. 361 qram, 0.407 qram, 0.344 qram, 0.308 qram, 0.493 qram, 0.282 qram, 0.492 qram, 0.434 qram, 0.390 qram, 0.332 qram, 0.335 qram, 0.423 qram, 0.348 qram, 0.393 qram, 0.394 qram, 0.459 qram ümumi təmiz çəkisi 8.732 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, tərkiblərinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 21 may 2023-cü il tarixdə «X5»ın yaxınlığında olan zaman qabaq işığının biri olmayan «Vaz 21099» markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin pəncərədən yolun kənarına sellofan torba atdığını görmüşdür. Maraq yarandığı üçün həmin sellofan torbanı götürmüş və içərisinə baxdıqda 22 ədəd kağız bükümdə nəşə, yəni qurudulmuş marixuana olduğunu görüb cibinə qoyub yoluna davam etmişdir. Saat 12:00 radələrində Sabunçu rayonu, «X5»nın yaxınlığından keçərkən iki nəfər polis əməkdaşlarını görmüşdür. Polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edib, xidməti vəsiqələrini göstərərək şəxsiyyətini təsdiq edən sənəd göstərməsini təklif etmişlər. Üzərində heç bir sənəd olmadığından və ifşa olunmağından qorxub, həyəcanlanmış və polis əməkdaşlarından tez bir zamanda yayınmağa çalışmışdır. Lakin polis əməkdaşları onun hərəkətlərindən şübhələnib, birlikdə 12-ci PŞ-nə getməyi təklif etmişlər. Axtarış keçirilməzdən öncə ona üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı bir əşya və ya predmetin olduğu təqdirdə təqdim etmək təklif edilmişdir. Bu səbəbdən əynində olmuş göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd sellofanın içərisində olan 22 ədəd bükümdə olan ot kütlələri nəşəni, yəni qurudulmuş marixuananı, şalvarının sağ yan cibindən bir ədəd özünə məxsus «Nokia» markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa qanunla dövriyyəsi qadağan edilən hər hansı bir əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Törətdiyi əməldən peşmandır. Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-in Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid1 ilə birlikdə 21 may 2023-cü il tarixdə, saat 12:00 radələrində Sabunçu qəsəbəsi, Mayakovski küçəsində yerləşən «X5»nın yaxınlığında inzibati ərazidə xidmət apararkən bir nəfər əvvəllər tanımadığı, heç bir münasibəti, ədavət və düşmənçiliyi olmadığı, polis şöbəsində anket məlumatları onlara məlum olan Təqsirləndirilən şəxs onları gördükdə özünü şübhəli aparmağa başladığı üçün ona yaxınlaşıb özlərini təqdim edib, şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığını deyib, həyəcanlanıb tez bir zamanda onlardan aralanıb getməyə cəhd etmişdir. Onun hərəkətlərindən şübhələnib, birlikdə Sabunçu RPİ-in 12-ci PŞ-nə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə şöbəyə gəlmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə aparıb təhvil vermələri ilə bağlı şöbənin rəhbərliyinə raportla məruzə edilmişdir. Təqsirləndirilən şəxs üzərində daşınması, saxlanılması qanunla qadağan olunan əşya və predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etmək təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olmuş göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd sellofanın içərisində 22 ədəd bükümləri və şalvarının sağ yan cibindən bir ədəd «Nokia» markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümlərin içərisində narkotik vasitə qurudulmuş marixuanadır, İran İslam Respublikasının vətəndaşı «X5»nın yaxınlığında qoyduqdan sonra o, gedib həmin ünvandan götürüb, bir qismini özü istifadə etmək, bir qismini isə satmaq məqsədi ilə üzərində saxlayıb daşımış, satışdan əldə olunmuş 110 manatı həmin şəxsə gandərməli idi. Eyni zamanda Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən bir ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin 7/745 saylı, 21 may 2023-cü il tarixli məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ot kütlələri» yazılar və imzalar olan zərfdə bir ədəd sellofan torbadakı 22 ədəd ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-0.494 qram, 0.373 qram, 0.360 qram, 0.463 qram, 0.361 qram, 0.486 qram, 0.361 qram, 0.407 qram, 0.344 qram, 0.308 qram, 0.493 qram, 0.282 qram, 0.492 qram, 0.434 qram, 0.390 qram, 0.332 qram, 0.335 qram, 0.423 qram, 0.348 qram, 0.393 qram, 0.394 qram, 0.459 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, tərkiblərinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi 8.732 qramdır. Təqdim olunmuş 22 ədəd kağız bükürrtlərdəki marixuanalar tərkiblərinə görə eynidir Marixuanaların təmiz çəkisi:8.732 qram, tədqiqata sərf edildi 0.44 qram, qalıq 8.292 qramdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin 5/816 saylı, 22 iyun 2023-cü il tarixli məhkəmə komputer-texniki ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd «Nokia» markalı, «N 1280» modelli, «**********41793» imei kodlu mobil telefon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş «Nokia» markalı, «N1280» modelli mobil telefonun «Kontaktlar» bölməsində 248 ədəd müxtəlif ad və nömrələr, «Mesajlar» bölməsində bir ədəd qəbul edilən «SMS» mesajı, zənglər bölməsində iki ədəd cavabsız zənglər, iki ədəd yığılan nömrələr və bir ədəd qəbul edilən zəng müəyyən olundu. Lakin rəyin tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə qeyd olunan məlumatları köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı. Rəyin «Tədqiqi hissəsi»in 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş «Nokia» markalı, «N 1280» modelli mobil telefonun yaddaşından hər hansı bir məlumatın (kontakt, zəng, SMS mesaj və sairə) pozulub-pozulmaması üzrə tədqiqat aparılması mümkün olmadı. Təqdim edilmiş «Nokia» markalı, «N 1280» modelli mobil telefonun texniki göstəriciləri sosial şəbəkələrə aid proqram təminatı vasitəsilə məlumat mübadiləsinin aparılmasına imkan verilmədiyindən qeyd olunan məlumatlar mobil telefonun yaddaşında müəyyən olunmadı. Təqdim edilmiş «Nokia» markalı, «N 1280» modelli mobil telefonda foto və video çəkiliş xidmətləri mövcud deyildir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 X6 X3 3661 saylı, 10 iyun 2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik Ekspertizası Məhkəmə Psixatrik X2 Hüquqi Şəxsin 1608 saylı, 10 iyun 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, cinayət əməlini törədərkən hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkməmiş, hazırda da onda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olmuş, hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Onun hərəkəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrin təsiri altına düşmür. Törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. A.M. Xıdırov törətdiyi əməl barəsində anlaqlı hesab edilir. Hazırkı psixi vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan verir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ-i tərəfindən 02 iyun 2023-cü il tarixində doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 sentyabr 2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, «03» (üç) il, «08» (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 mart 2017ci il tarixli qərarı ilə 177.2.4-cü maddə hökmdən xaric edilib, Cinayət Məcəlləsinin 177.2.1 maddəsinə əsasən «03» (üç) il, «06» (altı)ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs istifadəsində olmuş «***-***-**-**» saylı nömrə ilə aparılan danışıqların, rabitə və digər texniki vasitələrinə ötürülən məlumatlarını əks etdirən 01 ədəd CD diskə tərəfimdən baxış keçirilmişdir. Baxış zamanı «***-***-**-**» saylı mobil nömrənin ünvan 3 ünvanda qeydiyyatda olan xx xxxxx 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına qeydiyyata alındığı, həmin nömrə ilə günün müxtəlif saatlarında, müxtəlif mobil nömrələrlə danışıqların və SMS yazışmaların aparıldığı müəyyən edilmişdir, iş üçün əhəmiyyət kəsb edən aşağıdakı məzmunda SMS yazışmalar aşkar edilmişdir: 04 iyun 2022-ci il saat 16:38:29-da ***-***-**-** saylı mobil nömrə ilə «Aks 20 manatm var atsağ qram götrey mene cavab de«; 04 iyun 2022-ci il saat 23:19:11-də «***-***-**-**» mobil nömrə ilə «Akş alınr yatm gözdyüm»; 25 iyun 2022-ci il saat 02:23:34-də ***-***-**-** saylı mobil nömrə ilə «aksin axsamin xeyir varindsa 5 manati gotrum mene cavab de sakirden 5 mana almisam»; 28 iyun 2022-ci il saat 23:58:28-də «***-***-**-**» saylı mobil nömrə ilə «Tek balamin cani noqte boydada hecneyim yoxdu atmadı iranü mal»; 29 iyun 2022-ci il saat 00:10:19-da «***-***-**-**» saylı mobil nömrə ilə «Neye geliç bos bosuna gorum uşaqda vat o cindir ucun biraz goturuç»; 05 iyul 2022-ci il saat 01:20:05-də «***-***-**-**» saylı mobil nömrə ilə «nermin men seni tanimrdim men bir oğlanla oturmuşdum sen oğlana zeng vurdun dedinki 30 manat pulm vartema isdedin sen agryrdi burnvu çekirdin letifnen»; 05 iyul 2022-cı il saat 13:16:27-də ***-***-**-** saylı mobil nömrə ilə «nermin o birdamci sey senin ucun boyuk bir sey oldu bezilerine gondersen bezilerne elinen verirsen olar menen ustundu senin ucun nermin mene isin dusmesi»; 09 iyul 2022-ci il saat 15:16.26-da ***-***-**-** saylı mobil nömrə ilə «nermin salam necesn nermin pati istiyen var varindi mene de»; 12 iyul 2022-ci il saat 01:28:45-də ***-***-**-** saylı mobil nömrə ilə «Salam necesen kiwi olar qiznanam gelim hem oturum biraz hemde terezimi goturum olar ?»; 14 oktyabr 2022-ci İl saat 04:50:08-də ***-***-**-** saylı mobil nömrə ilə «AKS SEN LOMKADA YATA BİLMİRDİN NOLDU NETEZ YATDİN»; 15 oktyabr 2022-ci il saat 08;35;21-də ***-***-**-** saylı mobil nömrə ilə «Adboy vertem yigirsan daniwa bılmirem prablem var evde tema yoxdu birde olmayacak yigma»; 04 yanvar 2023-cü il saat Q0:59:59-da ***-***-**-** saylı mobl nömrə ilə «Bebey senin yaninan gedenen pis gundeyem yerimnen terpene bilmirem indi 5m pul tapmisam ozucun goturmusense mene 2 3tusu ver ozime gelim cox pisem»; 04 mart 2023-cü il saat 23:30:40-da «***-***-**-**» saylı mobil nömrə ilə «Subut deyirsen eledimde qorxdunki rauf malunnan goturer ona gore vay suven qopartdun, sen hemise menim malimnan isdifade elemisen, isdifade eliyende qehbe olar buda sene subut»; 05 mart 2023-cü il saat 01:49:10-da «***-***-**-**2» «Sahİn senin öz sözündü zürafe fil doğa bilmez mene dedilerki sahine qramın pulunu vermisen 06 getrib 04 de sene qoyub sene allah sahidimdiki inanmadım dedim ki sahin kimede elese mene elemez şorada telefonu qabağma qoydu senin özün öz ağznan dediyvi telefona yazb qulağmnan esittim bugün mene deyirsenki senin malın olub ömrü boyu qabağva qoymusam cekmisen menim olmuyub uşağlar pulu yiğblar mene veribler deye sen onan qırmaisan yada mene cox cekdirmisen deye qırmalsan sen dedinki bazardaydım vüsal aslanan geldi meni guya vurmağa vüsala neler dedin serefsiz (nalayiq ifadələr) buğun vüsalın qucağnda oturmusan mala göre 1 ilden sora sen ne olasan men yaxsı biiırem bugünd e diyirsen ki maldan qranın anasını (nalayiq ifadə) qufağmnan eşidim senin dediyvi zürafe fil doğa bilmez anasnı (nalayiq ifadə) sen oz İcinde yaxsı bilirsen ki sen nesen 1 ilden sora hamıda bilecek sen bildiyin kimi onda senin ne çölün nede icin olacağ»; 23 mart 2023-cü il saat 15:57:37-də «***-***-**-**» saylı mobil nömrə ilə «Fayiq dunen deyirdinki men varyoxnu (nalayiq ifadə) narkamanardan döyülem basa düşdüm sen hansı narkamanardansan fayiq anam qebri o pulu yiye bilsen menim anamın qebrini sen (nalayiq ifadə) sen»; 05 aprel 2023-cü il saat 22:01.13-də «***-***-**-**» saylı mobil nömrə ilə «İsi 2 dene sudü 3b»; 05 aprel 2023-cü il saat 22:01:12-də «***-***-**-**» saylı mobil nömrə ilə «İsi 2 dene sudü 3birinde kofe götür» 09 may 2023-cü il saat 19:20:2Ə-də «***- ***-**-**» saylı mobil nömrə ilə «Basa dusmedim seni ay qardaş menıy deyile yanimdaki isdiyir gotirmey menim pulum var beyem; 10 may 2023-cü il saat 09:27:58-də ***-***-**-** saylı mobil nömrə ilə «Demey sen mene gore yox mala menen yoldasliq eliyirsenmis he.nolarki canin saq olsun.birde yiqib nerahat element seni isinde ol»; Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı bir ədəd DVD diskə köçürülmüş görüntüdən görünür ki, baxışda iştirak edən şübhəli şəxs Təqsirləndirilən şəxs videogörüntüdə əks olunan şəxs narkotik vasitələr istifadə etdiyini, polis şöbəsində olan zaman fikrini düzgün çatdırmayıb üzərinə baxış keçirilən zaman və izahatında 21 may 2023-cü il tarixdə adını və anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşından qurudulmuş marixuananı aldığını, İran İslam Respublikası vətəndışını görmədiyini, həmin şəxs narkotik vasitəni Sabunçu rayonu «X5»nın yaxınlığında qoyduqdan sonra ona məlumat verdiyini, o da öz növbəsində gedib həmin ünvandan götürüb bir qismini satmaq, bir qismini isə özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını, satışdan əldə olunmuş 110 manatı həmin şəxsə göndərməli olduğunu bildirmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı 1 siyahının 5-ci qrafasına əsasən aşkar olunmuş narkotik vasitələr miqdarına görə şəxsi istehlak miqdarından artın miqdar hesab olunur. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən-satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma-cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, təqsirləndirilən şəxsin qismən etirafeici, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntü və iş materiallarında olan (telefon danışıqları, mesajları) və sair digər sübutlarla tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən- satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə-üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuüşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən əza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan 21 may 2023-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 may 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdən saat 12:00 radələlərindən tutulmuş hesab edilmişdir (səh.,21). Cinayət işinin materiallarında olan 23 may 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 may 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,61). Dindirmə 23 may 2023-cü il tarixdə, saat 10:05-də başlanmış, saat 11:20-də başa çatmışdır. Bu barədə protokol tərtib olunmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)412/2023 saylı, 23 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 21 may 2023-cü il tarixdən hesablanmaqla «03» (üç)ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh.,90). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, maddənin sankisiyasında alternativ cəzanın olmamasını, olsa belə onun alternativ cəza ilə islah olunmasını qeyrimümkünlüyünü, onun əvvəllər məhkum olunmasını, azad olunduqdan sonra islah olunmamasını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 X6 X3 3661 saylı, 10 iyun 2023-cü il tarixli rəyi ilə müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «21» may 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübutlar-keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə-8.292 qram marixuana məhv edilməli, iki ədəd disk cinayət işinin materialları arasında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 152 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən «04» (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «21» may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübutlar-keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə-8.292 qram marixuana məhv edilsin, iki ədəd disk cinayət işinin materialları arasında saxlanılsın. 152 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar