Məhkəmə qərarları › İş №1(008)-8/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-8/2024

15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-8/2024 15.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, "Müdafiəçi2 və Partnyorları" Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3 Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X1 Elmanovnanın iştirakı ilə xx xxxx 1991-cı il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, "xxxx" MMC-də marketinq və satış şöbəsinin rəisi vəzifəsində , orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi ev 15, mənzil 23-də qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs 16 iyul 2022-ci il tarixdən 17 iyul 2022-ci il tarixə keçən gecə saat 04:00 radələrində sərxoş vəziyyətdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində yerləşən «Sea Breeze» istirahət mərkəzində çimərlikdə Şahid1 ədəbsiz təkliflər etdikdən sonra buna irad bildirən, onun əri A.Y.Makarovu təhqir edərək heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlər etməklə A.Y.Makarovun sifət və ənsə nahiyəsinə yumruqla vurmaqla onun ənsə nahiyəsinin hematoması və alt dodağın əzilməsi yarası ilə müşayiət olunan ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, həmin vaxt Zərərçəkmiş şəxs2 mübahisəni sakitləşdirmək məqsədi ilə Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinin qarşısını alaraq onu kənara çəkməyə çalışmış, Təqsirləndirilən şəxs isə hərəkətlərini davam etdirərək ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs2 müqavimət göstərməklə ünvanına nəlayiq ifadələr işlədib xuliqanlıq niyyəti ilə onun sifət nahiyəsinə iki dəfə vurmaqla burun və sol əng sümüklərinin yerini dəyişən qapalı sınıqları ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, sol gözyuvası ətraf nahiyənin dərialtı hematoması və ağlı qişaya qansızma, sol qaş nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 baş vermiş hadisədən əvvəl tanımamış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. O, 16 iyul 2022-ci il tarixdən 17 iyul 2022-ci il tarixə keçən gecə saat 02:00 radələrində bibisioğlu B.H.Səmədzadə ilə birlikdə əylənmək məqsədi ilə Sabunçu rayonu ərazisində yerləşən «Sea Breeze» istirahət mərkəzinin ərazisində yerləşən «Blue Beach» adlı restorant-club adlanan yeri keçib çimərliyin ortasında adı olmayan kafedə əyləşərək spirtli içki qəbul edib əylənmişdir. 16 iyul 2022-ci il tarixdən 17 iyul 2022-ci il tarixə keçən gecə saat 04:00 radələrində restoranın bağlandığı elan edildiyindən bu səbəbdən bibisioğlu Bəşirlə birlikdə restoranın çıxışına doğru hərəkət etməyə başlamışdır. Kafedə olan qonaqlarda yanları ilə çıxışa doğru hərəkət etmiş, Bəşir solunda, sonradan adını bildiyi Aleksandra isə təxminən 2-3 metr sağında hərəkət etmişdir. O, spirtli içki qəbul etdiyindən qohumu Bəşirə rus dilində «hamımız içkiliyik, yatmaq vaxtıdır» deyə söz demişdir. Bu vaxt sonradan adını bildiyi Aleksandr geridən yaxınlaşaraq yüksək səslə həyat yoldaşına nə üçün söz atması barədə ona sual vermişdir. O, isə Aleksandr adlı şəxsə həyat yoldaşına heç bir söz atmadığını, dediyi sözü isə ümumi işlətdiyini bildirmişdir. Aleksadr isə səs-küy salıb sözlü mübahisə etməyə başladıqda bu vaxt Əliskəndər adlı şəxs yanlarına gələrək mübahisəyə qoşulmuş, sözlü mübahisənin gedişində Əliskəndər qəflətən sifət nahiyəsinə yumruq atmışdır. O, isə mübahisənin gedişatından dava düşəcəyini ehtimal etdiyindən Əliskəndərin yumruq zərbəsindən yayına bilmiş, elə bu vaxt Aleksandrda yumruq atsada həmin zərbədən də yayınmışdır. Öz növbəsində Əliskəndərə sifət nahiyəsindən bir yumruq zərbəsi vurduqda zərbənin təsirindən yerə yıxılmışdır. Bu vaxt Aleksandr üzərinə gəldikdə əlbəyaxa olub qumun üzərinə yıxıldıqda Aleksandr dəfələrlə onu vurmağa çalışmışdır. O, da əsəbləşdiyindən Aleksandrın baş nahiyəsinə bir zərbə vurmuş, bundan sonra bibisioğlu Bəşir və orada olan qonaqlar sakitçilik yaratmağa başlamışlar. Aleksandr isə huşunu itirərək yerə yıxılan Əliskəndəri yerdə qucaqlayıb kömək istəmişdir. Törətdiyi əməldən penmaşdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Şahid1 həyat yoldaşıdır, iki azyaşlı övladları vardır, Zərərçəkmiş şəxs2 bacısının əri, Yelena, Yelenanın bacısının əri Əziz və Tatyana ailəvi tanışlarıdır. 16 iyul 2022-ci il tarixdə, saat 20 radələrində həyat yoldaşı Aleksandra, Əliskəndər, ailəvi dostları Yelena, Əziz və Tatyana ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən «Sea Breeze» istirahət mərkəzində keçirilmiş «Zivert»-in konsertinə gəlmişlər. Həmin gün saat 23:30 radələrindəa konsert yekunlaşdığından tanışları ilə birlikdə «Sea Breeze» istirahət mərkəzinin ərazisində yerləşən «Blue Beach» adlı restorant-club adlanan yeri keçib çimərliyin ortasında adı olmayan kafedə əyləşərək spirtli içki qəbul edib musiqiyə qulaq asıb əylənmişdir. O, 16 iyul 2022-ci il tarixdən 17 iyul 2022-ci il tarixə keçən gecə saat 04:25 radələrində Aleksandra, Əliskəndər, Yelena, Əziz və Tatyana ilə birlikdə evə getmək üçün kafedən çıxıb çimərlik ilə çıxışa doğru hərəkət etməyə başlamışlar. Əliskəndər hamıdan öndə, Yelena, Yelenanın ardı ilə Aleksandra, daha sonra o, ardı ilə Əziz və Tatyana gəlmiş, təxminən bir-birilərinin arasında 5-6 metr məsafə olmuşdur. O, həyat yoldaşı Aleksandranın arxası ilə hərəkət edən zaman sol tərəfdə dayanmış əynində açıq yaşıl rəngli fosforlu idman köynəyi, açıq boz rəngli idman şalvarında olan hündürboylu təxminən 30 yaşlarında sonradan polis bölməsində adının Orxan olduğunu bildiyi bir nəfər şəxs həyat yoldaşı Aleksandraya doğru yaxınlaşıb nəsə deməyə başlamışdır. O, yaxınlaşdıqda Orxanın həyat yoldaşı Aleksandraya rus dilində ədəbsiz təklif etdiyini eşitmişdir. Aleksandra isə heç bir cavab verməyərək geriyə dönüb ona baxmışdır. Sonradan adını bildiyi Orxana yaxınlaşaraq hansı səbəbdən arvadı ilə söhbət etməsi və ədəbsiz təkliflər etməsi barədə sual vermiş, həmin vaxtda Orxanın sərxoş olduğunu hiss etmişdir. Orxan isə rus dilində ünvanına söyüşlər söyərək onun üzünə bir yumruq zərbəsi vurmuşdur. O, isə etdiyi hərəkətə görə Orxanın üzr istəyəcəyini zənn etdiyindən vuracağını gözləməmişdir. Bu səbəbdən də Orxanın yumruq zərbəsindən sonra müvazinətini saxlaya bilməyərək kürəyi üstə yerə yıxılmış, aldığı zərbənin təsirindən dodağı qanamış, həmin vaxt Orxanın yanına iki nəfər şəxsdə gəlmişdir. Onun vurulmasını görən Əliskəndərdə qaçaraq onlara tərəf yaxınlaşmağa başlamış, ətrafdan tanımadığı şəxslər də hadisəni görüb ətraflarına toplamışdır. O, isə ilkin aldığı zərbə səbəbindən yıxıldığı yerdən ayağa qalxmağa çalışanda Orxan ünvanına rus dilində söyüşlər söyüb yumruqla başının arxa tərəfinə ikinci zərbəni vurmuş, Əliskəndər isə yanlarına çatıb qanunsuz hərəkətlərinin qarşısını alıb Orxanı sakitləşdirmək məqsədi ilə ayırıb kənara çəkmək istəmişdir. Orxan isə Əliskəndərin də ünvanına söyüşlər söyüb onun yumruqla bir nəfə vurmuş, Əliskəndər zərbənin təsirindən qumun üzərinə yıxılmış, Əliskəndər isə nə baş verdiyini anlamayaraq ayağa qalxdıqda Orxan üzərinə hücum edərək ikinci dəfə yumruq zərbəsi endirmişdir. Kənarda olan şəxslər isə dayanaraq hadisəyə müdaxilə etməmiş, Əliskəndər isə ikinci yumruq zərbəsindən sonra huşunu itirdikdə Orxan sakitləşərək kənara çəkilmişdir. Əliskəndərin huşunun itdiyini gördükdən sonra ona yaxınlaşıb oturaqlı vəziyyətdə boynunu qucağına alıb qışqırmağa başlamışdır. Bundan sonra ətrafda olan şəxslər köməklik məqsədi ilə su vermişdir. Hal-hazırda onlar barışmışlar. Onun şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o 16 iyul 2022-ci il tarixdə, saat 20:00 radələrində Aleksandr, Aleksandra, Yelena, Əziz və Tatyana ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, «Sea Breeze» istirahət mərkəzində keçirilmiş «Zivert»-in konsertinə gəlmişlər. Həmin gün saat 23:30 radələrində konsert yekunlaşdığından yuxarıda adlarını qeyd etdiyi tanışları ilə birlikdə «Sea Breeze» istirahət mərkəzinin ərazisində yerləşən «Blue Beach» adlı restorant-club adlanan yeri keçib çimərliyin ortasında adı olmayan kafedə əyləşərək spirtli içki qəbul edib musiqiyə qulaq asaraq əylənmişlər. 16 iyul 2022-ci il tarixdən 17 iyul 2022- ci il tarixə keçən gecə saat 04:25 radələrində Aleksandr, Aleksandra, Yelena, Əziz və Tatyana ilə birlikdə evə getmək üçün kafedən çıxıb çimərlik ilə çıxışa doğru hərəkət etməyə başlamışlar. O, hamıdan öndə hərəkət etmiş, ardı ilə Yelena, Aleksandra, Aleksandr, Əziz və Tatyana gəlmiş, təxminən bir-birilərinin arasında 5-6 metr məsafə olmuşdur. Öndə hərəkətdə olan zaman arxadan yüksək səs tonu eşidib nə baş verdiyini öyrənmək məqsədi ilə geriyə çevrildikdə Aleksandr və Aleksandranın dayandığını, yanlarında olan əynində açıq yaşıl rəngli fosforlu idman köynəyi, açıq boz rəngli idman şalvarında olan hündürboylu təxminən 30 yaşlarında sonradan polis bölməsində adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin isə söyüşlər söyərək qəflətən Aleksandra yumruq zərbəsi vurduğunu görmüşdür. Aleksandr yumruq zərbəsinin təsirindən kürəyi üstə qumun üzərinə yıxılmış, təxminən aralarında 15-20 metr məsafə olmuşdur. O, isə dava-dalaşın səbəbini bilmədən mübahisəni sakitləşdirmək məqsədi ilə hadisə baş verən tərəfə qaçmağa başlamışdır. Ətrafdan tanımadığı şəxslər də hadisəni görüb ora toplaşmışdır. Yaxınlaşan zaman Orxan söyüşlərini davam etdirərək ayağa qalxmağa çalışan Aleksandrın başına ikinci dəfə yumruqla zərbə vurmuşdur. O, da hadisənin səbəbini bilmədiyi üçün ilkin olaraq çatıb Orxanın yenidən Aleksandrı vurmasının qarşısını almaq üçün araya girib sakitçilik yaratmaq məqsədi ilə «lazım deyil» deyib Orxanı kənara çəkməyə çalışmışdır. Orxan isə onunda ünvanına söyüşlər söyərək yumruqla ağzının sol tərəfinə bir zərbə endirmişdir. Zərbənin təsirindən qumun üzərinə yıxılsada özündə güc tapıb ayağa qalmışdır. Orxan isə üzərinə hücum edib ikinci zərbəni üzünün sol tərəfinə, daha dəqiq göz ətrafı və qaşına vurmuş, ikinci zərbə daha ağrılı olmuşdur. Zərbənin təsirindən huşunu itirdiyi üçün sonrakı prosesslərdən xəbri olmamış, üzünə su vurulanda isə ayılıb qumun üzərində uzandığını, qaynı Aleksandrın isə başını qucaqladığını görmüşdır. Hal-hazırda onlar barışmışlar. Onun şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 16 iyul 2022-ci il tarixdə, saat 20:00 radələrində əri Aleksandr, qohumları Əliskəndər, ailəvi dostları Yelena, Əziz və Tatyana ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən «Sea Breeze» istirahət mərkəzində keçirilmiş «Zivert»-in konsertinə gəlmişlər. Həmin gün saat 23:30 radələrində konsert yekunlaşdığından tanışları ilə birlikdə «Sea Breeze» istirahət mərkəzinin ərazisində yerləşən «Blue Beach» adlı restorant-club adlanan yeri keçib çimərliyin ortasında adı olmayan kafedə əyləşərək spirtli içki qəbul edib musiqiyə qulaq asıb əylənmişdir. O, 16 iyul 2022-ci il tarixdən 17 iyul 2022-ci il tarixə keçən gecə saat 04:25 radələrində Aleksandr, Əliskəndər, Yelena, Əziz və Tatyana ilə birlikdə evə getmək üçün kafedən çıxıb çimərlik ilə çıxışa doğru hərəkət etməyə başlamışlar. Əliskəndər hamıdan öndə, Yelena, ardı ilə o, ardınca əri Aleksandr, ən sonda isə Əziz və Tatyana gəlmiş, təxminən bir-biriləri arasında 5-6 metr məsafə olmuşdur. Hərəkətdə olan zaman əynində yaşıl rəngli fosforlu köynək, boz rəngli idman şalvarında olan təxminən 30 yaşlarında sonradan adını bildiyi Orxan adlı şəxsin yanından keçdikdə sonuncu rus dilində «sən niyə burada tək gəzirsən, səni kimi qızlar tək gəzməli deyil, piyansan, gedək mənimlə, russan ya ukraniyalı?» deyə sual vermişdir. O, isə Orxanın ədəbsiz təkliflərindən təəcübləndiyi üçün heç bir cavab vermədən geriyə çevrilərək əri Aleksandr tərəfə baxmışdır. Aleksandr isə yaxın məsəfədə olduğundan Orxanın ədəbsiz təklifini eşitib yanlarına gəlib onun ədəbsiz təklif etməsinin səbəbini soruşmuşdur. Orxan isə rus dilində Aleksandrın ünvanına söyüşlər söyüb üzünə bir yumruq zərbəsi vurmuş, Aleksandr isə Orxanın yumruq zərbəsindən sonra kürəyi üstə qumun üzərinə yıxıldıqda dava-dalaş olduğunu görüb tanımadığı şəxslər ətraflarına toplaşıb hadisəni seyr etməyə başlamışdır. Orxanın yanına isə iki nəfər şəxsdə gəlmiş, həmin şəxsləri isə tanımamışdır. Aleksandrın vurulmasını görən Əliskəndərdə qaçaraq onlara tərəf yaxınlaşmağa başlamış, Aleksandr isə ilkin aldığı zərbənin təsirindən yıxıldığı yerdən ayağa qalxmağa çalışdıqda Orxan yenidən söyüşlər söyüb Aleksandrın başına yumruqla bir dəfə də vurmuş, Əliskəndər isə yanlarına çatıb dava-dalaşı sakitləşdirmək məqsədi ilə Orxanı kənara çəkmək istəmişdir. Orxan isə spirtli içkinin təsiri altında olduğundan Əliskəndəridə söyüb yumruqla bir dəfə sifətindən vurmuş, Əliskəndər aldığı zərbənin təsirindən geriyə gedərək qumun üzərinə yıxıldıqdan sonra nə baş verdiyini anlamayaraq ayağa qalxmışdır. Orxan isə yenidən Əliskəndərin üzərinə hücum edib ikinci dəfə üz nahiyəsinə zərbəsini endirmiş, kənarda dayanan şəxslər isə Orxanın iri cüssəli olduğunu görüb qorxduqları üçün hadisəyə müdaxilə etmək istəməmişdir. Əliskəndər isə Orxanın ikinci yumruq zərbəsindən sonra huşunu itirərək qumun üzərinə yıxılmış və bundan sonra heç bir dava-dalaş olmamış, Aleksandr isə huşunu itirən Əliskəndərə kömək etməyə çalışmış, Əziz isə su tökərək Əliskəndərin üzünün yuyulmasına köməklik etməyə çalışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Tatyana onun həyata yoldaşı, Şahid4 baldızıdır. Təqsirləndirilən şəxs isə hadisə baş verən zaman tanımış, aralarında ədavət və düşmənçilik olmamışdır. 16 iyul 2022-ci il tarixdə, saat 20:00 radələrində ailəvi dostları Aleksandr, Aleksandra, Əliskəndər, həyat yoldaşı Tatyana və baldızı Yelena ilə birlikdə «Zivert»-in konsertində iştirak etmək məqsədi ilə «Sea Breeze» istirahət mərkəzinə gəlmişlər. Həmin gün saat 23:30 radələrində konsert yekunlaşdığından yuxarıda adlarını qeyd etdiyi tanışları ilə birlikdə «Sea Breeze» istirahət mərkəzinin ərazisində yerləşən «Blue Beach» adlı restorant-club adlanan yeri keçib çimərliyin ortasında adı olmayan kafedə əyləşərək spirtli içki qəbul edib musiqiyə qulaq asıb əylənmişlər. Saat 04:25-radələrində həyat yoldaşı Tatyana, Aleksandr, Aleksandra, Əliskəndər və baldızı Yelena ilə birlikdə evə getmək məqsədi ilə kafedən çıxıb çimərlik ilə çıxışa doğru hərəkət etməyə başlamışlar. Həyat yoldaşı Tatyana yanında hərəkət etmişdir. O, spirtli içki qəbul etdikləri və hadisənin üzərindən uzun zaman keçdiyindən kimin öndə və ya geridə hərəkət etməsini dəqiq xatırlamamış, ümumilikdə bir-biriləri ilə aralarında 5-6 metr məsafə olmuşdur.Tatyana ilə birlikdə çıxışa doğru hərəkət edən zaman qarşıdan Aleksandrın səsinin gəldiyini, ətraflarına isə adamların toplaşdığını gördükdə dava-dalaş olmasını başa düşmüş, buna görədə həyat yoldaşı Tatyananı dayandırıb özü insan kütləsinə yaxınlaşdıqda yumruq zərbəsinin səsini eşitmişdir. Çevrilib baxdıqda tanışı Əliskəndərin yerə uzandığını və huşunun getdiyini gördükdə sonradan adını bildiyi Orxanın tanışı Əliskəndəri vurduğunu başa düşmüşdür. O, da tez hadisəyə müdaxilə edərək Orxanı sakitləşdirdib ehtiyyatlada olsa kənara çəkmiş, daha sonra isə Aleksandrın yerdə uzanmış vəziyyətdə olan Əliskəndərin boynunu qucaqlayıb qumun üzərində oturduğunu görmüş, Aleksandrın dodaq nahiyəsində, Əliskəndərin isə sifətində qan olduğunu görmüşdür. Tez su gətirdib Əliskəndərin üzünün yuyulmasına köməklik etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şahid2 həyat yoldaşıdır. 16 iyul 2022-ci il tarixdə, saat 20:00 radələrində həyat yoldaşı Əziz, bacısı Yelena, ailəvi dostları Aleksandr, Aleksandra və Əliskəndərlə birlikdə «Zivert»-in konsertində iştirak etmək məqsədi ilə «Sea Breeze» istirahət mərkəzinə gəlmişdir. Həmin gün saat 23:30 radələrində konsert yekunlaşdığından tanışları ilə birlikdə «Sea Breeze» istirahət mərkəzinin ərazisində yerləşən «Blue Beach» adlı restorant-club adlanan yeri keçib çimərliyin ortasında adı olmayan kafedə əyləşərək spirtli içki qəbul edib musiqiyə qulaq asıb əylənmişdir. 16 iyul 2022-ci il tarixdən 17 iyul 2022-ci il tarixə keçən gecə saat 04:00 radələrində həyat yoldaşı Əziz, Yelena, ailəvi dostları Aleksandr, Aleksandra və Əliskəndərlə birlikdə evə getmək məqsədi ilə kafedən çıxıb çimərlik ilə çıxışa doğru hərəkət etməyə başlamış, spirtli içki qəbul etdiklərindən və hadisənin üzərindən uzun zaman keçdiyindən kimin öndə və ya geridə hərəkət etməsini dəqiq xatırlamamışdır. Dəqiq bildiyi həyat yoldaşı Əziz yanında olmuş, ümumilikdə bir-biriləri ilə aralarında 5-6 metr məsafə olmuşdur. O, həyat yoldaşı Əziz ilə birlikdə çıxışa doğru hərəkət edən zaman qarşıdan Aleksandrın səsinin gəldiyini, ətraflarına isə adamların toplaşdığını gördükdə dava-dalaş olmasını başa düşmüşdür. Buna görədə də kənarda dayanmış, Əziz isə nə baş verdiyini anlamaq üçün insan kütləsinin toplaşdığı tərəfə getmidir. Qısa müddət sonra yaxınlaşdıqda Aleksandrın yerdə uzanmış vəziyyətdə olan Əliskəndərin boynunu qucaqlayıb qumun üzərində oturduğunu görmüşdür. Aleksandrın dodaq nahiyəsində, Əliskəndərin isə sifətində qan olduğunu, həyat yoldaşı Əzizin isə Əliskəndərin sifətini su ilə yumaq üçün köməklik göstərdiyini görmüş, Aleksandra isə həmin anları özü mobil telefonu ilə qeydə almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 1571 saylı, 21 iyul 2022-ci il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs2 burun və sol əng sümüklərinin yerini dəyişən qapalı sınıqları, sol göz yuvası ətraf nahiyənin dərialtı hematoması və ağlı qişaya qansızma, sol qaş nahiyəsinin əzilmiş yarası müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən 17 iyul 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 1572 saylı, 21 iyul 2022-ci il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs1 ənsə nahiyəsinin dərialtı hematoması, alt dodağın əzilmiş yarası müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən 17 iyul 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 17/1571 saylı, 02 noyabr 2022-ci il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs2 burun və sol əng sümüklərinin yerini dəyişən qapalı sınıqları, sol gözyuvası ətraf nahiyənin dərialtı hematoması və ağlı qişaya qansızma, sol qaş nahiyəsinin əzilmiş yarası müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən 17 iyul 2022-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən burun və sol əng sümüklərinin yerini dəyişən qapalı sınıqları ümumilikdə və hərbiri ayrı-ayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, sol gözyuvası ətraf nahiyənin dərialtı hematoması və ağlı qişaya qansızma: sol qaş nahiyəsinin əzilmiş yarası isə ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlər müxtəlif lokalizasiyalı olduğundan qeyd olunan xəsarətlərin bir zərbə təsirindən törənməsi inkar olunur. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 18/1572 saylı, 02 noyabr 2022-ci il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs1 ənsə nahiyəsinin dərialtı hematoması, alt dodağın əzilmiş yarası müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən 17 iyul 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər müxtəlif lokalizasiyalı olduğundan qeyd olunan xəsarətlərin bir zərbə təsirindən törənməsi inkar olunur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 25 avqust 2022-cı il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin 20 avqust 2013-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 332.2.1, 62-ci maddələri ilə təqsirli bilibin, 400 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin materialları arasında olan bir ədəd diskə baxış keçirilən zaman müəyyən oldu ki, bir nəfər əynində göy rəngli cins şalvar, göy rəngli qısaqol yay koftası üzü saqqallı, sifət və qaş hissəsi qan içərisində olan şəxsin qumun üzərinə uzandığı, əynində hərbi geyimə bənzər qısa qol yay koftası geyinmiş şəxsin isə yerə uzanmış şəxsin boynunun qucaqlayaraq ağlaması, həmin şəxsin özünündə dodaq hissəsində xəsarətin olması, bu vaxt əynində açıq qəhvəyi rəngli qısa qol yay koftası qar şalvar geyinmiş şəxsin ağlayan şəxsə yaxınlaşaraq əli ilə çiyninə toxunub nəsə deməyə çalışması, ağlayan şəxsin isə həmin şəxsdən əlini çəkməsini tələb etməsi, həmin şəxsin isə bundan sonra kənarda dayanmış sarı rəngli fosforlu qısa qol köynək və ağ rəng idman ayaqqabısı geyinmiş şəxsə qoşularaq çıxıb getməsi, bir nəfər ağ köynək geyinmiş şəxsin isə köməklik məqsədi ilə xəsarət alan şəxsin qaş nahiyəsinə su tökdüyü müəyyən edilmişdir. Həmin şəxslərin Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Şahid2 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.2-ci maddələrinə əsasənzərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədilmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, təqsirləndirilən şəxsin qismən etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, iş materiallarında olan videodisk və digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.2-ci maddəlrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma-iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədilməyə görə-iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, tərəflər arasında barışıq olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan 24 noyabr 2022-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdən saat 16:00 radələrindən tutulmuş hesab edilmişdir (səh.,196). Cinayət işinin materiallarında olan 25 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh., 210). Təqsirləndirilən şəxs dindirilməsi 25 noyabr 2022-ci il tarixdə, saat 10:20 radələrində başlamış, həmin tarixdə saat 11:30 radələrində bitmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)524/2022 saylı, 25 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin olunmamışdır (səh., 230). Cinayət işinin materiallarında olan 25 noyabr 2022-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh., 238). Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamın 1.1-ci maddəsinə əsasən həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsi mümkünlüyü araşdırılmalıdır. Həmin Sərəncamın 10.5-ci maddəsinə əsasən həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməli, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməli, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılmalıdır. «Xuliqanlıq işləri yzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarından görünür ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qaydadedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan hakimiyyət nümayəndəsi dedikdə ictimai qaydanın pozulmasının qarşısını almaq səlahiyyətiolan bütün vəzifəli şəxslər başa düşülür. Digər şəxslər dedikdə isə üzərinəictimai vəzifələrin yerinə yetirilməsi öhdəliyi qoyulmuş, yaxud vətəndaşlıqborcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirakedən, hakimiyyət nümayəndəsi olmayan şəxs başa düşülür. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunsada, məhkumluğun ödənilməsini, az ağır cinayət törətməsini, törətdiyi əməldən peşman olmasını, onun onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümükülüyünü, törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslərin şikayət və tələbin olmamasını, işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həbsdə saxlandığı «01» (bir) gün azadlığın məhdudlaşdırılması cəzasının «02» (iki) gününə bərabər tutulmaqla «02» (iki) gün ona təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 24 noyabr 2022-ci il tarixdən, 25 noyabr 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu «01» (bir) gün (saatlarla hesablanmaqla) müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.2-ci maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən «01» (bir) il, «08» (səkkiz) ay müddətinə, Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə əsasən «02» (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanaraq qəti olaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq «03» (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 24 noyabr 2022-ci il tarixdən 25 noyabr 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu «01» (bir) gün (saatlarla hesablanmaqla) müddət nəzərə alınsın, həmin müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən «02» (iki) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq «02» (iki) il, «11» (on bir) ay, «28» (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəh., Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. İş üzrə maddi sübut bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar