Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-8/2025 25.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızınıın sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X5, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1 müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs2 müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5, Təqsirləndirilən şəxs3 müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmə baxış iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs1 elan olunmuş ittihama əsasən, o, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs9 inandırıb etibarından sui- istifadə etməklə məcburi köçkünlər üçün nəzərdə tutulmuş Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Qobu Park” yaşayış kompleksində ev almağa kömək edəcəyi adı ilə aldadaraq 01 iyun 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Oba” marketin qarşısında 3000 manat nağd pulunu ələ keçirərək Zərərçəkmiş şəxs9 3000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs15a özünü “Gilan MMC”nin işçisi kimi təqdim edib geniş əlaqələrə malik olduğunu bildirərək inandırıb etibarından sui-istifadə etməklə Zərərçəkmiş şəxs15 təsis etdiyi "xxxx" MMC-nin “Gilan MMC’nin inşa etdiyi yaşayış binalarının fasadlarının üzlənməsi ilə bağlı keçiriləcək tenderdə qalib gəlməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq 04 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq Prospektində yerləşən Zərərçəkmiş şəxs15 vəkillik fəaliyyəti ilə məşğul olan tanışının ofisində 10000 manat nağd pulunu ələ keçirərək, Zərərçəkmiş şəxs15 10000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs7 inandırıb etibarından sui-istifadə etməklə məcburi köçkünlər üçün nəzərdə tutulmuş Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Qobu Park” yaşayış kompleksində ev almağa kömək edəcəyi adı ilə aldadaraq xx.xx.2021-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Oba” marketin qarşısında 3000 manat nağd pulunu ələ keçirərək Zərərçəkmiş şəxs7 3000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs8 inandırıb etibarından sui-istifadə etməklə məcburi köçkünlər üçün nəzərdə tutulmuş Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Qobu Park” yaşayış kompleksində ev almağa kömək edəcəyi adı ilə aldadaraq xx.xx.2021-ci il tarixdə axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Oba” marketin qarşısında 3000 manat nağd pulunu ələ keçirərək Zərərçəkmiş şəxs8 3000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs19 inandırıb etibarından sui-istifadə etməklə həbsdə olan həyat yoldaşı X12 həbsdən azad etdirəcəyi adı ilə aldadaraq 2021 -ci ilin mart ayının əvvələrində Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsində yerləşən yeni tikilmiş evdə Zərərçəkmiş şəxs19 5000 manat pulunu, 2021 -ci ilin mart ayının ortalarında isə 7000 manat pulunu ünvan 1 ünvanın yaxınlığında, 2021 -ci ilin mart ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsində yerləşən yeni tikilmiş evdə 1000 manat pulunu, 2021 -ci ilin mart ayının sonlarında Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində Nizami rayon məhkəməsinin inzibati binasının qarşısında sonuncunun cinayətdən xəbəri olmayan qaynı Şahid5 alıb ələ keçirərək Zərərçəkmiş şəxs19 ümumilikdə 13500 manat xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs2 və X15 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə Cavid Həşimovun tanışı Zərərçəkmiş şəxs6 oğlu Şahid3 Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional İdarəsinə işə düzəldəcəyinə dair yalan vədlər verib, inandırıb etibarını qazanaraq, aralında yaranmış inam və etibardan sui- istifadə edib aldadaraq, Şahid3 2021-ci ilin may əvvəllərində Bakı şəhəri Yasamal rayonu Qurd qapısı adlanan ərazidəki restoranda qrup üzləri Təqsirləndirilən şəxs2 və Cavid Həşimovla birlikdə 6000 manat, xx.xx.2021 -ci il tarixdə 1000 manat pulu Cavid Həşimova məxsus 4169 7385 2499 2751 nömrəli Kapital Bank ASC-yə aid plastik kart hesabına köçürülməsinə nail olmaqla, 2021ci ilin may ayının ortalarında Zərərçəkmiş şəxs6 istintaqla müəyyən edilməyən təsadüfi taksi sürücüsü ilə göndərdiyi 1000 manat pulu Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospektində yerləşən Ruslan-93 marketin qarşısında və sonucu dəfə 2021-ci ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Bünyadov küçəsində yerləşən “Çinarlı” restoranın həyətində 1500 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 ümumilikdə 9500 manat yəni xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə yaxın qohumu Zərərçəkmiş şəxs5 inandırıb etibarından sui-istifadə etməklə 2-ci qrup əlillik müavinətim bərpa etdirmək adı ilə yalan vəd verib aldadaraq, Bakı şəhəri, Yasamal rayonu, metronun Nizami stansiyasının yaxınlığındakı Boranı restoranın qarşısında xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs5 5100 manat, xx.xx.2021-ci il tarixdə həmin ünvanda 2100 manat pulunu Zərərçəkmiş şəxs5 tapşırığına əsasən cinayətdən xəbəri olmayan qohumu Şahid2 almaqla, 20 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs5 300 manat pulunun Şahid2 tərəfindən istintaqla müəyyən edilməyən tanışının plastik kart hesabına ödəmə terminalı vasitəsi ilə köçürülməsinə nail olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs5 ümumilikdə 7500 manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 inandırıb etibarından sui-istifadə etməklə Sumqayıt şəhərində mənzil, “Azsamand” markalı nəqliyyat vasitəsi və 2-ci qrup əlillik müavinatı verdirəcəyinə dair yalan vəd verib aldadaraq, Bakı şəhəri Nərimanov rayonu Şəki restoranın yaxınlığında xx.xx.2021-ci il tarixdə 7000 manat, xx.xx.2021-ci il tarixdə həmin ünvanda 3000 manat pulunu, 21.01,2022-ci il tarixdə 1000 manat pulu Zərərçəkmiş şəxs4 tapşırığına əsasən cinayətdən xəbəri olmayan dostu X16 tərəfindən, həmin tarixdə 500 manat pulun Zərərçəkmiş şəxs4 cinayətdən xəbəri olmayan dostu X13 tərəfindən və 22.01,2022-ci il tarixdə 500 manat pulun Zərərçəkmiş şəxs4 özü tərəfindən istifadəsində olan plastik kart hesabına köçürülməsinə nail olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs4 xeyli miqdarda yəni, 12000 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə, özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs12, onu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mingəçevir X14 hissəninə yanğın söndürən vəzifəsinə düzəlməsinə köməklik edəcəyi barədə yalan vədlər verib aldadaraq inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək xx.xx.2022-ci il tarixdə Şəki rayonu Turan qəsəbəsində yerləşən “AL market”də olan “Milliön” elektron ödəmə sistemi terminalından istifadə edilməklə tanışı X2 məxsus “Azərtürkbank”a aid debet kartına göndərilməsi üsulu ilə 5.000 (beş min) manat, xx.xx.2022-ci il tarixdə Yevlax rayonu Xaldan qəsəbəsində yerləşən marketdə olan “E-manat” müştəri xidmətləri terminalından istifadə edilməklə tanışı Ramil Mustafayevə məxsus “Rabitəbank”a aid debet kartına göndərilməsi üsulu ilə 1.800 (bir min səkkiz yüz) manat, xx.xx.2022-ci il tarixdə Şəki rayonu Turan qəsəbəsində yerləşən “AL markefdə olan “Milliön” elektron ödəmə sistemindən istifadə edilməklə tanışı Ramil Mustafayeva məxsus “Rabitəbanka”a aid debet kartına göndərilməsi üsulu ilə 2.000 (iki min) manat, xx.xx.2022-ci il tarixdə X7 istifadəsində olan Kapital Banka məxsus bank kartından, “Bir bank” proqramından istifadə edilməklə tanışı Ramil Mustafayeva məxsus “Rabitəbanka”a aid debet kartına göndərilməsi üsulu ilə 600 (altı yüz) manat, xx.xx.2022-ci il tarixdə Şəki rayonu Turan qəsəbəsində yerləşən “AL markefdə olan “Milliön” elektron ödəmə sistemindən istifadə edilməklə tanışı Ramil Mustafayeva məxsus “Rabitəbanka”a aid debet kartına göndərilməsi üsulu ilə 600 (altı yüz) manat olmaqla, ümumilikdə 10.000 (on min) manat pulunu vahid niyyətlə ələ keçirib Zərərçəkmiş şəxs12 xeyli miqdarda ziyan vurmaqla qəsdən təkrar dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs11, onu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mingəçevir X14 hissəninə yanğın söndürən vəzifəsinə düzəlməsinə köməklik edəcəyi barədə yalan vədlər verib aldadaraq inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən, Asan Xidmət Mərkəzində olan “Milliön” elektron ödəmə sistemi terminalından istifadə edilməklə tanışı X2 məxsus “Azərtürkbank”a aid debet kartına göndərilməsi üsulu ilə ümumilikdə 5.550 (beş min beş yüz əlli) manat pulunu vahid niyyətlə ələ keçirib, Zərərçəkmiş şəxs11 xeyli miqdarda ziyan vurmaqla qəsdən təkrar dələduzluq cinayətini törətmişdir. Bundan sonra o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs10 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mingəçevir X14 hissəninə yanğın söndürən vəzifəsinə işə düzəlməsinə köməklik edəcəyi barədə yalan vədlər verib aldadaraq inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui- istifadə edərək xx.xx.2022-ci il tarixdə Yevlax rayonu Xanabad kəndində yerləşən “Azpetrol” Yanacaqdoldurma məntəqəsində yerləşən “E-manat” müştəri xidmətləri terminalından istifadə edilməklə tanışı Şahid11 məxsus “Kapital Bank”a aid bank kartına göndərilməsi üsulu ilə 6.000 (altı min) manat, xx.xx.2022-ci il tarixdə Şəki rayonu Turan qəsəbəsində yerləşən “AL markefdə olan “Milliön” elektron ödəmə sistemi terminalından istifadə edilməklə tanışı Şahid11 məxsus “Kapital Bank”a aid bank kartına göndərilməsi üsulu ilə 2.080 (iki min səksən) manat olmaqla, ümumilikdə 8.080 (səkkiz min səksən) manat pulunu vahid niyyətlə ələ keçirib zərəçəkmiş şəxs Xəyal Qasımova xeyli miqdarda ziyan vurmaqla qəsdən təkrar dələduzluq cinayətini törətmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 elan olunmuş ittihama əsasən, o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə yaxın qohumu Zərərçəkmiş şəxs5 hissə-hissə olmaqla ümumilikdə 7500 manat pulunu son dəfə 20 dekabr 2021-ci il tarixdə ünvan 4 ünvanda bank kartına köçürmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs5 2-ci qrup əlillik müavinatını bərpa etdirmək adı ilə yalan vəd verib, aldadaraq, Zərərçəkmiş şəxs5 xeyli miqdarda yəni, 7500 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı etibarından sui-istifadə etməklə Zərərçəkmiş şəxs4 hissə-hissə olmaqla ümumilikdə 12000 manat pulunu son dəfə 22 yanvar 2022-ci il tarixdə Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən ödəmə terminalından bank kartına pulun köçülürülməsi yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs4 əlillik müavinatı düzəltmək adı ilə yalan vəd verib, aldadaraq, Zərərçəkmiş şəxs4 xeyli miqdarda yəni, 12000 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs17 hissə-hissə olmaqla vahid niyyətlə ümumilikdə 13700 manat pulunu son dəfə 2022-ci ilin iyul ayının ortalarında Astara rayonu, Siyakü kəndində yerləşən "xxxx" marketdə yerləşən Pashapay MMC məxsus ödəmə terminalından bank kartına köçürmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs17 anası X3 və Zərərçəkmiş şəxs17 qaynatası X4 əlillik müavinatı düzəltmək adı ilə eləcə də Zərərçəkmiş şəxs17 dayısı oğlu X1 vəzifəsinə işə düzəltmək yalan vəd verib, aldadaraq, Zərərçəkmiş şəxs17 xeyli miqdarda yəni, 13700 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən, X17 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 hissə-hissə olmaqla ümumilikdə 10020 manat pulunu 2022-ci ilin oktyabr ayı ərzində son dəfə Nərimanov rayonu, Y.Çəmənzəminli küçəsində yerləşən “Mona Liza” restoranının yaxınlığında ələ keçirib Zərərçəkmiş şəxs1 oğlu Şahid15 adına Bakı şəhəri, Yasamal rayonu ərazisində Müdafiə Nazirliyi tərəfindən 3 otaqlı tam təmirli mənzil verdirəcəyi adı ilə yalan vəd verib, aldadaraq, Zərərçəkmiş şəxs1 10020 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən, X17 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs18 hissə-hissə olmaqla ümumilikdə 11500 manat pulunu 2022-ci ilin oktyabr-noyabr ayı aralığında son dəfə Füzuli rayonu, Əhmədbəyli kəndində yerləşən ödəmə terminalından bank kartına göndərmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs18 oğlu MƏmmədli Sənanın adına Bakı şəhəri, Yasamal rayonu ərazisində Müdafiə Nazirliyi tərəfindən 3 otaqlı tam təmirli mənzil verdirəcəyi adı ilə yalan vəd verib, aldadaraq, Zərərçəkmiş şəxs18 11500 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Eyni zamanda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittihama əsasən o, X15 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə Cavid Həşimovun tanışı Zərərçəkmiş şəxs6 oğlu Şahid3 Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional İdarəsinə işə düzəldəcəyinə dair yalan vədlər verib, inandırıb etibarını qazanaraq, aralında yaranmış inam və etibardan sui-istifadə edib aldadaraq, Şahid3 2021ci ilin may əvvəllərində Bakı şəhəri Yasamal rayonu Qurd qapısı adlanan ərazidəki restoranda qrup üzləri Təqsirləndirilən şəxs1 və Cavid Həşimovla birlikdə 6000 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat pulu Cavid Həşimova məxsus 4169 7385 2499 2751 nömrəli Kapital Bank ASC-yə aid plastik kart hesabına köçürülməsinə nail olmaqla, 2021ci ilin may ayının ortalarında Zərərçəkmiş şəxs6 istintaqla müəyyən edilməyən təsadüfi taksi sürücüsü ilə göndərdiyi 1000 manat pulu qrup üzvü Təqsirləndirilən şəxs1 vasitəsi ilə Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospektində yerləşən Ruslan-93 marketin qarşısında və sonucu dəfə 2021-ci ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Bünyadov küçəsində yerləşən “Çinarlı” restoranın həyətində Təqsirləndirilən şəxs1 vasitəsi ilə 1500 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 ümumilikdə 9500 manat yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə dövlət ittihamçısı X9 yazılı vəsatət verərək Təqsirləndirilən şəxs1 əməlində ona qarşı irəli sürülmüş ittihamla müqayisədə daha ağır, yəni Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs17 ümumilikdə 13700 manat maddi ziyan vurulması ilə bağlı ittiham elan edilməsi məsələsinə baxılması üçün dövlət ittihamçısı tərəfindən cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, Sabunçu RPİ-nin İstintaq şöbəsinin sabiq müstəntiqi, polis mayoru X18 barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, ibtidai istintaq orqanı əldə edilmiş sübutlarla Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs17 qarşı dələduzluq edərək vahid niyyətlə ümumilikdə 13700 manat pulunu ələ keçirmələri qənaətinə gələrək xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edərkən həmin epizodu Təqsirləndirilən şəxs3 elan edilmiş yekun ittihama (üçüncü epizod kimi) daxil etsə də, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edərkən həmin epizodu Təqsirləndirilən şəxs1 elan edilmiş yekun ittihama daxil etməmiş, eləcə də ittiham aktının təsviri-əsaslandıcı və nəticəvi hissələrində göstərməmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib tanışı Zərərçəkmiş şəxs17 hissə-hissə olmaqla ümumilikdə 13700 manat pulunu son dəfə 2022ci ilin iyul ayının ortalarında Astara rayonu, Siyakü kəndində yerləşən "xxxx" marketdə yerləşən Pashapay MMC məxsus ödəmə terminalından tanışının bank kartına köçürmə yolu ilə ələ keçirmiş, Zərərçəkmiş şəxs17 onun anası X3 və Zərərçəkmiş şəxs17 qaynatası X4 əlillik müavinatı düzəltmək adı ilə eləcə də Zərərçəkmiş şəxs17 dayısı oğlu X1 vəzifəsinə işə düzəltmək barədə yalan vəd vermiş, özünü onlara Anar adlı şəxs kimi təqdim etmiş, eləcə də Üzeyir özünü daima Mirqabil kimi ona deyib aldatmış, Zərərçəkmiş şəxs17 xeyli miqdarda yəni, 13700 manat ziyan vurmuşdur. İlkin olaraq 6000 manat pulu Astara rayonu Miki kəndində Ruslanla ələ keçirsə də, qalan 5000 manatını uzaq tanışı Əhliman adlı şəxs Binəqədi rayonu ərazisində ona verib, yerdə qalan pulları kart vasitəsilə köçürmə yoluyla ələ keçirmişlər. Təqsirləndirilən şəxs1 məhkəmə istintaq zamanı da ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs17 pulunu ələ keçirməklə dələduzluq etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ibtidai istintaq ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib tanışı Zərərçəkmiş şəxs17 hissə-hissə olmaqla ümumilikdə 13700 manat pulunu son dəfə 2022-ci ilin iyul ayının ortalarında Astara rayonu, Siyakü kəndində yerləşən "xxxx" marketdə yerləşən Pashapay MMC məxsus ödəmə terminalından tanışı bank kartına köçürmə yolu ilə ələ keçirmişlər. Belə ki, Zərərçəkmiş şəxs17 onun anası X3 və Zərərçəkmiş şəxs17 qayınatası X4 əlillik müavinatı düzəltmək adı ilə eləcə də Zərərçəkmiş şəxs17 dayısı oğlu X1 vəzifəsinə işə düzəltmək yalan vəd vermişlər. O, Ruslanı onlara “Anar” adlı şəxs kimi təqdim etmiş, eləcə də özünü daima Mirqabil kimi ona deyib aldatmışdır. Onlar ilkin olaraq 6000 manat pulu Astara rayonu Miki kəndində Ruslanla ələ keçirsə də, qalan 5000 manatını Əhliman adlı şəxs Binəqədi rayonu ərazisində Ruslana verib, yerdə qalan pulları kart vasitəsilə köçürmə yoluyla ələ keçirmişlər. Təqsirləndirilən şəxs3 məhkəmə istintaq zamanı da ifadəsində Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs17 qarşı dələduzluq etmələrini təsdiq etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 ibtidai istintaq zamanı bildirmişdir ki, 2022-ci ilin iyun-iyul aylarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ümumilikdə 13700 manat pul vermişdir. Onlar bunun müqabilində anasına və qayınatasına əlillik müavinəti düzəltmək vədini vermiş, eləcə də dayısı oğlu Maliki sürücü vəzifəsinə işə düzəltmək vədini verib onu aldatmışlar. Göründüyü kimi, Zərərçəkmiş şəxs17 ümumilikdə 13700 manat maddi ziyan vurulması epizodu üzrə Təqsirləndirilən şəxs3 həmin cinayət əməlini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsinə dair əsaslı şübhələr vardır. Beləliklə, Təqsirləndirilən şəxs1 əməlində ona qarşı irəli sürülmüş ittihamla müqayisədə daha ağır, yəni Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs17 ümumilikdə 13700 manat maddi ziyan vurulması ilə bağlı ittiham elan edilməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməli və ona başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə vəsatəti və cinayət işi materiallarını qarşılıqlı təhlil edərək hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs17 qarşı dələduzluq edərək vahid niyyətlə ümumilikdə 13700 manat pulunu ələ keçirmələri qənaətinə gələrək xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CMin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edərkən həmin epizodu Təqsirləndirilən şəxs3 elan edilmiş yekun ittihama (üçüncü epizod kimi) daxil etsə də, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edərkən həmin epizodu Təqsirləndirilən şəxs1 elan edilmiş yekun ittihama daxil etməmiş, eləcə də ittiham aktının təsviri-əsaslandıcı və nəticəvi hissələrində göstərməmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs3 ilə birlikdə Zərərçəkmiş şəxs17 evinə getdiyini, həmin epizod üzrə ona 5000 manat pul çatdığını etiraf etmişdir. Təqsirləndirilən şəxs3 məhkəmə istintaq zamanı ifadəsində Təqsirləndirilən şəxs1 ilə iş düzəltmək məqsədilə Zərərçəkmiş şəxs17 məxsus evə getdiklərini, 700 manat pul aldığını göstərmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 ibtidai istintaq zamanı bildirmişdir ki, 2022-ci ilin iyun-iyul aylarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ümumilikdə 13700 manat pul vermişdir. Onlar bunun müqabilində anasına və qayınatasına əlillik müavinəti düzəltmək vədini vermiş, eləcə də dayısı oğlu Maliki sürücü vəzifəsinə işə düzəltmək vədini verib onu aldatmışlar. Məhkəmə araşdırması zamanı dövlət ittihamçısının vəsatətində göstərilən xüsusatlar cinayət işinin materialları və məhkəmədə araşdırılmış sübutlarla müqayisəli şəkildə təhlil edilmiş, Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamla, digər Təqsirləndirilən şəxs3 qarşı irəli sürülmüş ittiham arasında uyğunsuzıuq olduğu aşkar olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 318.2-ci maddəsinə görə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyin müddəalarına görə dövlət ittihamçısının vəsatəti əsasında təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu əsası ilə cinayət işinə baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarılması imperativ xarakter daşıyır. Belə olan halda yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməli və Təqsirləndirilən şəxs1 əməlinə münasibətdə Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs17 ümumilikdə 13700 manat maddi ziyan vurulması ilə bağlı ittiham elan edilməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Bundan başqa, cinayət işinin istintaqı zamanı prosessual pozuntuya yol verilmiş müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsinin 155, 318 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı X9 tərəfindən verilmiş vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin, Təqsirləndirilən şəxs1 daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhər Sabunçu rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs1 Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Hakim: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-8/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-8/2025
25.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver