Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-80/2023 16.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Aslanlı Akşin Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs vəkili 06 saylı vəkili bürosunun vəkili Müdafiəçi3, Zərərçəkmiş şəxs vəkil i 09 saylı vəkili bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi qaydada işləyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, X10 küçəsi ev 3 L-də qeydiyyatda olan və yaşayan, barsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 21 yanvar 2022-ci il tarixdə, saat 11:00 radələrində ünvan 1 ünvanda olan qohumu Zərərçəkmiş şəxs onun valideynlərini təhqir etməsi və yaşadıqları evin qarşısında olan yolu tutmaq istəməsi səbəbindən şəxsi münasibətlər zəminində mübahisə edərək qəsdən yumruq zərbələri vurub, ona sol göz yuvasıətrafı və sol said nahiyələrinin qançırları kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən və burun nahiyəsinin qançırı ilə müşayiət olunan burun sümüyünün yerini dəyişməyən qapalı sınığı, sol qaş nahiyəsinin əzilmiş yarası, ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətli pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ceyhun və onun ailəsi isə qonşusudur, həm də ki, atasının ögey xalasının oğludur. Ceyhunun yolu özbaşına olaraq bağlaması üstündə 1-2 ildir ki, onlarla ailəvi mübahisə edirlər. 21 yanvar 2022-ci il tarixdə, saat 11:00 radələrində atasının küçədən səsinin gəlməsini eşitmişdir. Bundan sonra küçəyə çıxmış, Ceyhunun aqressiv şəkildə yenə yol üstündə mübahisə etməsini görmüşdür. Sonra o, Ceyhunu kənara çəkmiş, onunla sakitcə söhbət etməyə onu sakitləşməyə çağırmışdır. Həmin zaman atası artıq oradan çıxıb getmişdir. Bundan sonrakı dəqiqələrdə Ceyhunun yanına qardaşı Anar da gəlmiş, həmin zaman Ceyhun sərxoş halda onu hədələməyə və ailə üzvlərinin ünvanına təhqirlər yağdırmağa başlamışdır. Həmçinin Ceyhun onun yaxasından tutmuş, onu itələmək istəmiş, o da hirslənib onun burun nahiyəsindən bir yumruq zərbəsi və sol qaş nahiyəsindən bir yumruq zərbəsi vurmuş, həmçinin daha bir yumruq zərbəsi ilə onun sol qolundan da vurmuşdur. Sonra oraya gələn Samirə və yeznəsi Ceyhun onları aralamışlar. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 3 azyaşlı övladı var, orta təhsillidir, fərdi əməklə məşğuldur. Ədalət uzaq qohumudur, onlar qonşuluqda yaşayırlar. Məhəmməd Ədalətin oğlu, Ceyhun isə Ədalətin qızı Aytənin həyat yoldaşıdır. Bir müddəidir ki, onların ailəsi ilə münaqişədədirlər. Onun evinin hasarını irəli çəkməyinə görə aralarında münaqişə yaranmışdır. Əsas da Ədalət və kürəkəni Ceyhun da ondan hasarı geri çəkməyi tələb edir. 21 yanvar 2022-ci il tarixdə, saat 11:00 radələrində evinin qarşısında Dadaşov küçəsi 17 saylı ünvanda olarkən Ceyhun, Ədalət və Məhəmmədlə yol üstündə yenidən söhbət etmişdir. Daha sonra aralarında olan yenə həmin yol üstündə olan söhbət münaqişəyə çevrilmişdir. Onunla Məhəmməd arasında münaqişə başlamış, qəflətən Məhəmməd onun baş və burun eləcə də sol qaş nahiyəsindən, həmçinin sol qolundan yumruq və təpik zərbələri vurmuş, o, xəsarət alıb yerə yıxılmışdır. Həmçinin Ceyhun da üzərinə hücum çəkmiş, onun da əlində dəmir parçası olmuş, əlində olan dəmirlə onun sol qolundan vurmuşdu. Həmin zaman oraya Samirə ilə qardaşı Anarda gəlmiş, Anarı da Ceyhun vuraraq xəsarət yetirmişdir. Onlar barışmamış, təqsirləndirilən şəxsə ağır cəza təyin olunmasını xahşi etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, 21 yanvar 2022-ci il tarixdə, saat 11:00 radələrində evdə olarkən küçədən səs-küy gəlməsini eşitmiş, bayıra çıxdıqda qardaşı eyhunun Ədalət kişinin oğlu Məhəmmədlə mübahisə etməsini görmüşdür. Həmçinin Ədalət kişi və qızı Aytən eləcə də Aytənin həyat yoldaşı Ceyhunuda orada olmasını görmüş, qardaşından Məhəmməd yolu genişləndirməyi, qardaşının hasarı geri çəkməyini israrla tələb etmiş, sonra isə Məhəmməd qardaşı Ceyhunu yumruq və təpik zərbələri ilə, əlindəki təxminən 1 metr uzunluğunda qara rəngli dəmir parçası ilə vurmuşdur. O onları aralamaq istəmiş orada münaqişə daha da böyümüşdür. Oraya Samirə də gəlmiş, münaqişə zamanı Ceyhun onu yumruq və təpik zərbələri ilə vurmuş o, sol gicgah alın və sağ almacıq nahiyəsindən xəsarət almışdır. Onu Ceyhun döymüşdür. Samirənin xəsarət almasını görməmiş, sonrakı zamanda polislər oraya gəldiyindən o, polis şöbəsində ərizə izahat yazıb ekspertiza getmişdir. Münaqişə 1 saata yaxın davam etmiş, hadisənin şahidi qonşular da olmuşdur. Hadisə zamanı o, Ceyhun və Samirə xəsarət almışlar. Onu yalnız Ceyhun döyübdür. Məhkəmə iclasında ifadis elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 21 yanvar 2022-ci il tarixdə, saat 11:00 radələrində evdə olarkən küçədən səs-küy gəlməsini eşitmiş, dərhal bayıra çıxdıqda yoldaşı Ceyhunun al-qan içində olmasını, orada Məhəmmədin, Anarın və Ədalətin və kürəkəni Ceyhunun da orada olmasını görmüşdür. O onlara tərəfə gedəndə aralarında münaqişə baş vermiş, Məhəmməd onu itələmiş, o, yerə yıxılmış və sağ diz oynağı və sağ bel nahiyəsindən xəsarət almışdır. Həmçinin oraya gedəndə Anar da artıq xəsarət almışdır. O, Anarla Ceyhunun kim tərəfindən döyülməsini görməmiş, münaqişə nəticəsində o da Məhəmməd tərəfindən xəsarət almışdır Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 21 yanvar 2022-ci il tarixdə, saat 11:00 radələrində o, evdə olarkən küçədən səs-küy gəlməsini eşitmiş, sonra bayıra çıxmış, həmin zaman evinin yaxınlığında Ceyhunun və qardaşı Anarın aqressiv şəkildə Məhəmmədlə münaqişə etməsini görmüşdür. X7 təhqir etməyə və üzərinə hücum etməyə başlamışdır. Bu zaman Məhəmməd Ceyhunu vurmuş və Anarı da özündən aralamağa çalışmış, sonra oraya Samirə və Ceyhun adlı Məhəmmədin yeznəsi də gəlmişlər. Onlar Ceyhunu və Anarı Məhəmməddən ayırmış, həmin zaman Ceyhun onların heç birini vurmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 Ürfət oğlu ifadəsində göstərmişdir ki, 21 yanvar 2022-ci il tarixdə, saat 11:00 radələrində o, evdə olarkən küçədən səs-küy gəlməsini eşitmiş, sonra bayıra çıxmış, həmin zaman evinin yaxınlığında Ceyhunun və qardaşı Anarın aqressiv şəkildə Məhəmmədlə münaqişə etməsini görmüş, sonra onları ayırmağa başlamışdır. Daha sonra isə oradan Məhəmmədi götürüb evə aparmışdır. Məhəmmədin Ceyhunu vurmasını görmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, DİO-da xidmət edir yə hal-hazırda Sabunçu RPİ-nin Post Patrul bölüyündə xidmət edir, polis serjantıdır. İnzibati ərazi üzrə 6854 çağırışlı avtopatrulla 12-ci polis şöbəsinin inzibati ərazisində hər gün xidmət edir. 21 yanvar 2022-ci il tarixdə, təxminən saat 11:30 radələrində Sabunçu RPİ-in 12-ci PŞ-in inzibati ərazisində iş yoldaşı ilə xidmətdə olmuşdur. Bu zaman növbətçi hissədən onlara Dadaşov küçəsində münaqişə olması barədə məlumat verilmiş, onlar oraya dərhal bir neçə saniyə sonra yaxınlaşmışlar. Orada olan zaman 3 nəfər şəxsin dava-dalaş etməsini görmüşlər. İş yoldaşıyla dərhal oraya yaxınlaşıb,onları sakitləşdirib, dava-dalaş edən adını sonradan bildiyi Şahid3, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs adlı şəxsləri və sonra oraya gələn digər şəxsləri şöbəyə dəvət etmişlər. Şahid5 X4 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» X9 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 140 saylı, 24 yanvar 2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun nahiyəsinin qançırı ilə müşayiət olunan burun sümüyünün yerini dəyişməyən qapalı sınığı, sol qaş nahiyəsinin əzilmiş yarası, sol göz yuvasıətrafı və sol said nahiyələrinin qançırları müəyyən edildi. Burun sümüyünün yerini dəyişməyən qapalı sınığı, sol qaş nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətli pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətdir. Sol gözyuvası və sol said nahiyələrinin qançırları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 10 mart 2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət Məcəlləsinin 128-ci maddəsinə görə-sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzası nəzərdə tutulmuşdur. Həmin maddənin qeyd hissəsinə əsasən bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, tərəflər arasında barışıq yoxdur və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və X3 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə X2 törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi onun etirafedici ifadəsi ilə yanaşı, Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, mübahisənin məişət problemləri üstündə yaranmasını və işdə olan digər halları nəzərə alaraq, ona «cərimə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə təbiq olunur və bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən 1.000 (min) manat miqdarında cərimə cəzası təyin edilsin. Hökmün icrası Bakı şəh., Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-80/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-80/2023
16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver