Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-80/2025 29.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı-Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi–Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 1,00 qram tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini və xeyli miqdarda təmiz çəkisi 0,842 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib özündə saxlayaraq daşımış, 12 avqust 2024-cü il tarixdə saat 15 radələrində Sabunçu rayon Polis İdarəsinin 12-ci PŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Yeni Ramana küçəsi ünvanında küçədə saxlanılaraq Sabunçu RPl-nin 12-ci polis şöbəsinə gətirilib həmin şöbənin inzibati binasında xidməti otaqda üzərində şəxsi axtarış aparılaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd bükümdə ayrı-ayrılıqda xeyli miqdarda 1,00 qram tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və xeyli miqdarda təmiz çəkisi 0,842 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, İki ilə yaxındır ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Bakı şəhərinin müxtəlif ərazilərində tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə, 11 avqust 2024-cü il tarixdə narkotik vasitə və psixotrop maddə əldə etmək üçün “Whatsapp” sosisal şəbəkəsi vasitəsi ilə “Kazım” adlı İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlamış, razılığa gəldikdən sonra onlayn olaraq onun kart hesabına 40 AZN pul köçürmüş, “Kazım” adlı şəxs pulun köçürülməsindən sonra narkotik vasitə və psixotrop maddəni Yasamal rayonu ərazisində yerləşən Yasamal parkında əvvəlcədən təyin edilmiş yerdən götürə biləcəyini dedikdən sonra o, həmin tarixdə saat 22 radələrində qeyd olunan ünvana gedib əvvəlcədən qoyulmuş yerdən narkotik vasitə və psixotrop maddəni götürüb şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşımışdır. 12 avqust 2024-cü il tarixdə saat 15 radələrində ünvan 3 ünvanında küçədə piyada hərəkət edən zaman Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin iki nəfər əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş və şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd təqdim etməsini istəmişlər. O, üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğu üçün həyəcanlı olmuş və üzərində şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd olmamışdır. Ona görə də, polis əməkdaşlarının yanından tez uzaqlaşmaq istəmişdir. Polis əməkdaşları onun hərəkətlərindən şübhələnib onu Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə dəvət etdikdə o, etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə qeyd etdiyi polis şöbəsinə getmişdir. Şöbədə barəsində şübhəli şəxs qismində tutulması ilə əlaqədar qərar qəbul edilmiş, o, dövlət hesabına vəkillə təmin edilmiş, şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, bununla bağlı qərar qəbul edilmiş, o həmin qərarla tanış edilmişdir. Bundan sonra, üzərinə şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilmişdir. Həmin vaxtı o, ərizə ilə müraciət edərək üzərinə aparılacaq şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şəxsi axtarış başlamazdan əvvəl üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet olub-olmaması soruşulmuşdur. Bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroini və bir ədəd bükümdə psixotrop maddə metamfetamini çıxarıb otaqda olan masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra, onun üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilmiş, digər iştirakçılarla birlikdə o da həmin protokolu və qablaşdırmanın üzərini imzalamışdır. Narkotik vasitənin, həmçinin psixotrop maddənin satışı ilə məşğul olmur, özü istifadə edir. Verilmiş suallara cavabında bildirmişdir ki, ona qarşı hər hansı zorakılıq, təzyiq olmamışdır, törətdiyi əməldən peşman deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 12 avqust 2024-cü il tarixdə saat 15 radələrində Sabunçu RPİ-nin 12-ci Polis şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə ünvan 3ndə xidmətdə olan zaman küçədə bir nəfər kişi cinsindən olan şəxsin özünü şübhəli apadığını görüb həmin şəxsə yaxınlaşmışlar. Onlar həmin şəxsə özlərini təqdim edib, onunla bir qədər söhbət etdikdən sonra üzərində şəxsiyyətini təsdiq edən sənədinin olub-olmamasını soruşduqda həmin şəxs özünü şübhəli aparmağa davam edərək üzərində şəxsiyyətini təsdiq edən heç bir sənədinin olmadığını bildirmiş, onlardan da yayınmağa çalışmışdır. Ona görə də, həmin şəxsi Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə dəvət etmişlər. Qeyd olunan şəxs onlarla birlikdə polis şöbəsinə getməyə etiraz etməmişdir. Onlar şöbənin əməliyyat qrupunun üzvü olan təhqiqatçı ilə telefon əlaqəsi saxlayıb bir nəfər şübhəli şəxsin onlar tərəfindən şöbəyə gətirilməsini bildirmişlər. Bundan sonra, həmin şəxslə birlikdə 12-ci polis şöbəsinə getmişlər. Şöbədə məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra şöbənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş və onun hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri, 7 saylı Vəkil Bürosundan dəvət edilmiş vəkil gəlmişdir. Dəvət edilmiş vəkil Təqsirləndirilən şəxs təqdim olunmuş və ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmiş və sonuncu bu barədə qəbul edilmiş qərarla tanış edilmişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək, üzərində keçiriləcək şəxsi axtarış və götürmə zamanı vəkilinin iştirak etməməsini xahiş etmişdir. Təhqiqatçı tərəfindən videoçəkiliş vasitəsi ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroini və bir ədəd bükümdə psixotrop maddə metamfetamini həmçinin, əynində olan cins şalvarın sol yan cibindən bir ədəd qara rəngli «Samsung Galaxy A32» markalı mobil telefon aparatın, bir ədəd qara rəngli «Samsung Galaxy A3» markalı mobil telefon aparatını, “Kapital bank”a aid “Birbank Umico” plastik kartını və “Kapital bank”-a aid plastik kartı masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdə olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ağ rəngli kristalşəkilli madə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini anket məlumatlarını bilmədiyi “Kazım” adlı İran İslam Respublikası vətəndaşından onlayn olaraq sonuncunun hesabına 40 manat pul göndərib, əvvəlcədən qoyulduğu Yasamal rayonu ərazisində yerləşən Yasamal parkının yaxınlığından əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, digər iştirakçılarla birlikdə o da qablaşdırmanın üzərini və tərtib olunmuş protokolu imzalamışdır. Təqsirləndirilən şəxs saxlanılan, tutulan, üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman ona qarşı zor tətbiq edilməmişdir. Şahid Sabunçu RPİ 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 12-ci PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə ətraflı baxış keçirilən zaman onu bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddə, bir ədəd sellofana bükülmüş içərisində ağ rəngdə kristal formalı maddə həmin şalvarın sol yan cibindən bir ədəd 4169 7385 8485 3711 və 5239 1517 7278 1863 nömrəli plastik kartlar, iki ədəd Samsung markalı telefon təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddələri narkotik vasitə “Heoin” və “Patı "olduğunu, İran vətəndaşına 40 manat köçürərək aldığını və Yasamal parkın yaxınlığından götürərək istifadə üçün üzərində saxladığını bildirmişdir. Əlavə suallara cavab olaraq 2 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini qeyd etmişdir. Götürülmüş maddələr qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 159 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir(i.v. 25-27). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 avqust 2024-cü il tarixli 3-16-16/2-6/4105 nömrəli rəyindən görünür ki: tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün “№ 159” dairəvi möhür əksi, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş... saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,00 qram olan tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,842 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr’-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir(i.v.30-34). “mobil telefon aparatına baxış keçirilməsi haqqında” 14 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış və götürmə aparılması zamanı götürülmüş bir qara rəngli, «**********57871» və «**********57873» imei kodlu, üzərində ***-***-**-** saylı mobil GSM nömrə olan «Samsung Galaxy A32» markalı mobil telefon aparatına və bir ədəd qara rəngli, «3572xx/xx/214305/0» və «3572xx/xx/214305/8» imei kodlu, üzərində ***-***-**-** saylı mobil GSM nömrə olan «Samsung Gaiaxy A3» markalı mobil telefon aparatma baxış keçirilmişdir. Baxış zamanı «Samsung Gaiaxy A32» markalı mobil telefonun işlək vəziyyətdə olması, lakin «Samsung Gaiaxy A3» markalı mobil telefonun isə işlək vəziyyətdə olmaması müəyyən edilmişdir. «Samsung Gaiaxy A32» markalı mobil telefonu işə saldıqdan sonra ekranın yuxarı sağ hissəsində saat görsənir. Həmçinin ana ekranda “Zəng etmək”, mesaj bölməsi və “Whatsapp”adlı proqram görsənir. Ekranı yuxarı çəkdikdə isə müxtəlif sosial proqramların olduğu, həmin proqramların içərisində sms yazmaq üçün nəzərdə tutulmuş keçidin olduğu müəyyən edilmişdir. Baxış zamanı mobil telefonun çıxış və daxil olan zənglər siyahısına, eləcə də mesajlar bölməsinə və “WhatsApp”adlı proqramda olan sms yazışmalarında, həmçinin səsli yazışmalarda cinayət işi üzrə sübut əhəmiyyət kəsb edəcək məlumat aşkar edilməmişdir. Bundan başqa «Samsung Gaiaxy A3» markalı mobil telefona baxış zamanı telefonun üz ekranın sınmış vəziyyətdə olması, həmçinin ekranın almış olduğu zərbə nəticəsində işlək vəziyyətdə olmaması səbəbindən mobil telefona baxış keçirmək mümkün olmamışdır(i.v.73). “videogörüntünün əks olunduğu diskə baxış keçirilməsi haqqında” 14 avqust 2024-cü il tarixli protokoldan görünür ki, polis şöbəsində xidməti otaqların birində polis əməkdaşlarının iştirakı ilə vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması haqqında qərar qəbul edilmiş və şəxsi axtarış və götürmə aparılmazdan əvvəl təhqiqatçı 12-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X2 şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Görüntünün sonunda şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroini və bir ədəd bükümdə psixotrop maddə metamfetamini çıxarıb otaqda olan masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan başqa o, əynində olan cins şalvarın sol yan cibindən bir ədəd qara rəngli « Samsung Galaxy A32» markalı mobil telefon aparatını, bir ədəd qara rəngli « Samsung Galaxy A3» markalı mobil telefon aparatını, həmçinin “Kapital bank"a aid **********853711 nömrəli “Birbank ümico” plastik kartını və “Kapital bank”-a aid **********781863 nömrəli plastik kartı masanın üzərinə qoyaraq təqdim etmişdir. O, təqdim etdiyi iki ədə büküm barəsində bildirdi ki, bükümlərin içərisindəki maddə heroin və "patı”-dır. Onları şəxsi istifadəsi üçün, 12 avqust 2024-cü il tarixdə anket məlumatlarını bilmədiyi “Kazım” adlı İran İslam Respublikası vətəndaşından onlayn olaraq sonuncunun hesabına 40 manat pul göndərib, əvvəlcədən qoyulduğu Yasamal rayonu ərazisində yerləşən Yasamal parkının yaxınlığından əldə etdiyini bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə narkotik vasitə heroin və 01 ədəd bükümdə psixotrop maddə metamfetamin zərfə qoyulur, möhürlənir və imzalarla təsdiq olunur(i.v.75). “maddi sübut kimi tanıma haqqında” 15 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş xeyli miqdarda təmiz çəkisi 1,00 qram olan heroin və xeyli miqdarda təmiz çəkisi 0,842 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, ekspert tədqiqatından sonra qalıq çəkisi 0,950 qram olan narkotik vasitə heroin və ekspert tədqiqatından sonra qalıq çəkisi 0,792 qram olan psixotrop maddə metamfetamin məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir(i.v76-77). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji mərkəzinin ambulator məcburi-narkolojl tibbi yoxlamanın 15 avqust 2024-cü il tarixli 5600 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(i.v.105-106). “DVD diskə baxış keçirilməsi haqqında” 30 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı “Bakcell” nömrəsinə narkotik vasitə barədə SMS mətnlər göndərmiş nömrənin və həmin nömrədən eyni məzmunlu SMS mətnlər göndərilmiş digər nömrənin, eləcə də zənglərin detallaşması və məxsusluq tarixçəsi olması müəyyən edilməmişdir(i.v.110). “DVD diskə baxış keçirilməsi haqqında” 20 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı “Azerfon” nömrəsinə narkotik vasitə barədə SMS mətnlər göndərmiş nömrənin və həmin nömrədən eyni məzmunlu SMS mətnlər göndərilmiş digər nömrənin, eləcə də zənglərin detallaşması məxsusluq tarixçəsi olması müəyyən edilməmişdir(i.v.113). “sübutların qiymətləndirilməsi haqqında” 02 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1,00 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin və 0,842 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işinin materiallarından ayrıca icraata material ayrılaraq, Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə göndərilmiş, iş üzrə Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 avqust 2024-cü il tarixli 3- 16-16/2-6/4105 nömrəli və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 15 avqust 2024-cü il tarixli 5600 nömrəli rəyləri, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan disk və digər istintaq sənədləri iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi qiymətləndirilmişdir(i.v.132-138). İş materiallarında olan: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 13 avqust 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır(i.v.1). “şübhəli şəxsin tutulması haqqında” 12 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15.00-da tutulmuşdur(i.v.14). “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir(i.v.46-47). “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” 14 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.63-64). “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 14 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir(i.v.65-66). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən və iş materiallarına əlavə edilmiş hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 69.3, 93.1.2-ci maddələri ilə 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 66.5, 69.3-cü maddələri ilə 01 il 02 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 04 ay 24 gün müddətinə vaxtından əvvəl şərti azad edilmişdir(i.v.85-86). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023--cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 69.3, 93.1.2-ci maddələri ilə 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 66.5, 69.3-cü maddələri ilə 01 il 02 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir(i.v 87-91). 28 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, CPM-nin 53.1.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır(i.v 24). 30 noyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir(i.v 127). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(007)-565/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 66.5, 69.3-cü maddələri ilə qəti olaraq 01 il 02 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı 29 may 2023-cü il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-2176/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilərək hökm dəyişdirilərək, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 il 02 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdı. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(010)-194/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə və Bakı Apelyasiya Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli qərarı ilə saxlanılmış, əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, qəti olaraq 01 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 04 ay 24 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-80/2025 saylı 30 yanvar 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə dəyişdirilmiş, təqsirləndirilən şəxs tutulanadək icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 10 may 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 06 may 2025-ci il tarixdə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 07 may 2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 may 2025-ci il tarixdə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq MSY-yə təhvil verilməsi üçün PŞ-nə gətirilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-80/2025 saylı 13 may 2025-ci il tarixli qərarı ilə iş üzrə icraat təzələnərək məhkəmə baxışı iclasına təyin edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Cinayət əməlinin törədildiyi zaman qüvvədə olan: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar hesab olunur. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 71.5-ci maddəsinə görə şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəl törətdiyi cinayət əməlinə görə ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə və bununla da ona güzəşt edilməsinə baxmayaraq həmin müddətdə yenidən cinayət törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır(CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(007)-565/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 66.5, 69.3-cü maddələri ilə qəti olaraq 01 il 02 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı 29 may 2023-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(010)-194/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə və Bakı Apelyasiya Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli qərarı ilə saxlanılmış, əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, qəti olaraq 01 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 04 ay 24 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini 12 avqust 2024-cü il tarixdə, yəni cəzanın çəkilməmiş hissəsi ərzində olan müddətdə törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar olmaması və ağırlaşdıran hallar (cinayətlərin residivi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı, ona cinayətlərin residivi nəzərə alınmaqla cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 7(010)-194/2024 saylı qərarı ilə tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli hökmü ilə (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilmiş) təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hömklə Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. AR CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar olmaması və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri(CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli 7(010)-194/2024 saylı qərarı ilə tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli hökmü ilə (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilmiş) təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya qismən birləşdirilməli, AR CM-nin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində saxlandığı müddət həmin cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı məhkəmə istintaqı zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut-narkotik vasitə olan heroin, psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd DVD və 02 ədəd CD disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir(CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 7(010)-194/2024 saylı qərarına əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin və AR CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına Bakı Nizami Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 1(007)-565/2023 saylı hökmü ilə(Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-2176/2023 saylı xx.xx.2023cü il tarixli qərarı ilə dəyişdirilmiş) təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 04 ay 24 gün hissəsi qismən birləşdirilməklə Təqsirləndirilən şəxs 02 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 avqust 2024-cü il tarixdən 14 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 il 03 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 06 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut-ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan narkotik vasitə olan 0,950 qram heroin, psixotrop maddə olan 0,792 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 114(bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. İş üzrə maddi sübut-01 ədəd “DVD” və CD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına(25s*6m=150m, 5s*11m=55m) görə 205 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №1(008)-80/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-80/2025
29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver