Məhkəmə qərarları › İş №1(008)-801/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-801/2023

16.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-801/2023 16.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı Şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi X1, Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi X4 iştirakı ilə xx xxxx 1977-ci il tarixdə Yevlax şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi qaydada işləyən, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Ala- Tava küçəsi ÖZ/Tik ev 196-da qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, T.ABbasov küçəsi ev 39 A, mənzil 47-də yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 153.1 və 153.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə məqsədi ilə 11 mart 2023-cü il tarixdə, saat 08:00 radələrində etibarnamə əsasında idarə etdiyi «Toyota Prius» markalı, «az ** OZ ***» dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Sabunçu rayonu, M.Araz küçəsində yerləşən 198 saylı orta məktəbinin yaxınlığına gələrək həmin məktəbin ətrafında piyada hərəkət edən on dörd yaşına çatmayan xx xxx 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobili ilə yaxınlaşıb avtomobilin salonundan düşmədən əynində olan şalvarının qabaq hissəsini açıb cinsi orqanını çıxarıb Zərərçəkmiş şəxs1 nümayiş etdirərək sonuncuya zor tətbiq etmədən onunla seksual hərəkətlərinin etməsini təklif edib əxlaqsız hərəkətlər törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə məqsədi ilə 12 may 2023-cü il tarixdə, saat 08:00 radələrində etibarnamə əsasında idarə etdiyi «Toyota Prius» markalı, «az ** OZ ***» dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Sabunçu rayonu, M.Araz küçəsində yerləşən 198 saylı orta məktəbinin yaxınlığına gələrək həmin məktəbin ətrafında piyada hərəkət edən on altı yaşına çatmayan xx xxxxxxxx 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobili ilə yaxınlaşıb avtomobilin salonundan düşmədən eynində olan şalvarının qabaq hissəsini açıb cinsi orqanını çıxarıb Zərərçəkmiş şəxs2 nümayiş etdirərək ona zor tətbiq etmədən onunla seksual hərəkətlərinin etməsini təklif edib əxlaqsız hərəkətlər törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 153.1 və 153.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o heç bir cinayət əməlini törətməmişdir. Təxminən bir il yarım müddətdə o göy rəngli «Toyota prius» markalı, «az ** OZ ***» dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb taksi fəaliyyəti ilə məşqul olub ailəsini dolandırar. Böyük oğlunun 15 yaşı var, kiçik oğlu isə 7 yaşlıdır. Kiçik oğlu 12 saylı orta məktəbin 1-ci sinifində oxuyur, böyük oğlu isə lal-kardı. «Toyota prius» markalı, «az ** OZ ***» dövlət qeydiyyat nişanlı avtomobil Vadim adlı şəxsə məxsusdur və o həmin avtomobili Vadimin ona verdiyi etibarnamə əsasında idarə edir. Avtomobilə görə o gündəlik 25 manatı Vadimə ödəyir. 12 may 2023-cü il tarixdə, səhər saat 08:00 radələrində o idarə etdiyi göy rəngli «Toyota Prius» markalı, «az ** OZ ***» dövlət qeydiyyat nişanlı avtomobili ilə M.Araz küçəsi ilə hərəkətdə olmuşdu. Avtomobildə o tək olmuşdur, müştəri olmayıb. Orada yerləşən 198 saylı orta məktəbin qarşısından keçən zamanı şəkər xəstəxəsi olduğu üçün yungul ayaqyoluna istədi. Ətrafda ayaqyolu olmadığı üçün o avtomobilini 198 saylı məktəbin yanında təsadüfən saxlayıb avtomobilində olan boş butulkanı götürüb həmin butulkaya öz ehtiyyatcarını ödəmək istədi. O avtomobilini saxlayıb avtomobilin salonundan düşmədən öz cinsiyyət orqanını şalvarından çıxarıb həmin butulkaya öz sidiyini ifrac etməklə ehtiyyaclarını ödəməyə başladı. Həmin vaxtı avtomobilinin pəncərəsi açıq olduğuna görə onu yoldan keçən tanımadığı təxminən 14-15 yaşlı qız görüb qışqıraraq səs-küy salmağa başladı. O da özünü itirdi və avtomobili ilə dərhal oradan uzaqlaşdı. Həmin azyaşlı qıza o heç bir əxlaqsız təklif etməmişdir. Sonradan polis bölməsində tutulan zamanı ona məlum oldu ki, həmin qız Zərərçəkmiş şəxs2dır. O Aliməyə 11 mart 2023-cü il tarixdə, saat 08:00 radələrində avtomobildə cinsi orqanını çıxarıb nümayiş etdirməmişdir, «gəl səni çaldırım» sözlərini Aliməyə deməmişdir. Onun günahı yoxdur. Məhkəmədən onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş qanuni nümayəndə X1 iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, məktəbdə o ikinci smendə təhsil alır. Hər gün saat 13:00 radələrində məktəbə gedir, saat 18:00 radələrində evə qayıdır. O məktəbə tək gedib gəlir, məktəb evin yaxınlığında yerləşir. Evlə məktəbin arasında təxminən 500- 600 metr məsafə var. Həftənin 6-cı günlərində o məktəbə səhər saat 08:00 radələrində gedir, saat 13:00 radələrində məktəbdən çıxıb evinə qayıdır. 11 mart 2023-cü il tarixdə həftənin 6-cı günü olduğuna görə o səhər saat 08:00 radələrində məktəbə getdi. Piyada gedəndə o gördü ki, ona tərəf göy rəngli «Toyota Prius» markalı avtomobil saxladı. Həmin avtomobilin sürücüsünü o əvvəllər görməmişdir. Avtomobilin sürücüsünü o sonradan yəni 16 may 2023-cü il tarixdə, axşam saatlarında 12-ci Polis Şöbəsində görmüş və adının Təqsirləndirilən şəxs olduğunu bilmişdi. Belə ki. Ehtiram avtomobilini onun yanında saxlayanda o 198 saylı orta məktəbin qarşısına çatmışdı. Ehtiram avtomobili saxlayıb ön şüşəsini yendirdi və onu səslədi, Ehtiram ona «qızım bir dəqiqə olar səni» ona müraciət etdi. Ehtiram avtomobildən düşməmişdir və mən Ehtirama tərəf baxanda elə bildi ki, Ehtiram ondan yolu soruşur. Bir anlıq dayananda, Ehtiram ona «gəl səni çaldırım» sözünü dedi. O bu sözün mənasını başa düşmədi və elə bildi ki, Ehtiram ondan nəsə soruşur, birdə Ehtiramdan soruşdu ki, «ona nə kömək lazımdır?» Ehtiram yenədə ona dediyi sözü təkrarladı, Ehtiram ona ikinci dəfə deyəndə ki «gəl səni çaldırım», onun gözü Ehtiramın şalvarına sataşdı və o gördü ki, Ehtiram şalvarının qağabını açıb öz cinsi orqanını çıxardaraq cinsi orqanını ona göstərir. O Ehtiramın bu hərəkətlərini görüb dərhal oradan qaçıb getdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş qanuni nümayəndə X4 iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, 198 saylı orta məktəbin 9C sinfin şagirdidir. Hər gün səhər saat 08:00-da məktəbə gedir, saat 13:00 radələrində məktəbdən çıxıb evinə qayıdır. Yaşadığı ev məktəbin yaxınlığında yerləşir. O çox vaxtı məktəbə piyada tək gedir. Evi ilə məktəbin arasında təxminən 500 metr məsafə var. 12 may 2023cü il tarixdə, səhər saat 07:30 radələrində dərsə getmək üçün evdən çıxmaq hazırlaşanda atası Elmir onu məktəbə aparmağa təklif etdi. O razılaşdı və atası Elmir avtomobili ilə onu saat 08:00 radələrində məktəbə apardı. Atası onu dərsə aparanda işə gecikdiyinə görə onu avtomobili ilə 198 saylı orta məktəbin yaxınlığında olan «Oba» marketin yaxınlığında düşürtdü, O da oradan məktəbə piyada getdi. «Oba» marketin məktəbə qədər olan məsafə təxminən 50 metrdir həmin market tərəfdən o piyada məktəbə tərəf gedəndə gördü ki, onun yanında asta sürətlə göy rəngli «Toyota Prius» markalı avtomobil asta sürətlə hərəkət etməyə başladı. O dayanmadan piyada məktəb tərəfə getməyə davam edirdi. Həmin sürücü sonradana 12-ci polis şöbəsində adını bildiyi kimi Təqsirləndirilən şəxs avtomobilin ön şüşəsini açıb onu səslədi, O elə bildi ki, sürücü ondan nəsə soruşmaq istəyir və bir anlıq dayananda, gördü ki, sürücü Təqsirləndirilən şəxs əynində olan şalvarının qabağını öz cinsi orqanın çıxarıb ona dedi ki, «gəl səni çaldınm». O sürücünün ona etdiyi bu əxlaqsız təklifinə görə qorxdu ki, sürücü ona nəsə edə bilər və buna görə ətrafda olan camaatdan kömək istədi, səs küy salıb qışqırmağa başladı. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X2 Hüquqi Şəxsin 1493 saylı, 27 may 2023-cü il tarixli kompleks məhkəmə psixatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründədə hər hansı psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri qeyd olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin dərk etmək və onlan idarə etmək qabiliyyətində olmuşdur. Buna görədə Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 21 və 22ci maddələrin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs ümumilikdə situativ və ünsiyyetçil olmaqla özünü psixoloji müdafiə etməyə meyillidir. Əqli və psixi inkişafı normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs sensor-perseptiv proseslərinin fərdi xüsusiyyətləri , hadisə şəraitini nəzərə alınmaqla o, İş üçün əhəmiyyətli halları düzgün qavraya bilər. Təqsirləndirilən şəxs başqaların təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. Lakin o, situasiyadan asılı olaraq hadisəni öz xeyrinə yönəldib danışa bilər. Təqsirləndirilən şəxs sözügedən əməli törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X2 Hüquqi Şəxsin 1443 saylı, 24 may 2023-cü il tarixli kompleks məhkəmə psixoloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O iş üçün əhəmiyyət kəsb edən hallan düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstraverte daha yaxındır. Zərərçəkmiş şəxs2 ünsiyyətçilik konfliktə ve mübahisəyə meyli olmamaq, situativlik və s. kimii fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs2 əqli inkişafında gerililik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs2 əqli və psixi inkişafı normaya uyğundur. O, etdiyi hərəkətləri adekvat olaraq qavramaqla onlann mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs2 başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. Zərərçəkmiş şəxs2 əqli İnkişafı və fərdipsixoloji xüsusiyyətləri nəzərə alınmanqla, o ona qarşı törədilmiş hərekəüərin mahiyyətini dərk edə bilər. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X2 Hüquqi Şəxsin 1444 saylı, 24 may 2023-cü il tarixli kompleks məhkəmə psixoloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərinə göre ekstraverte daha yaxındır. Zərərçəkmiş şəxs1 ünsiyyətçilik konfliktə və mübahisəyə meyilli olmamaq, sadəlövhlük s.kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs1 əqli inkişafında gerililik əlamətləri müşahidə olunmur.Zərərçəkmiş şəxs1 əqli və psixi inkişafı normaya uyğundur. O, etdiyi hərəkətləri adekvat olaraq qavramaqla onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs1 başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. Zərərçəkmiş şəxs1 əqli inkişafı və fərdi-psixoloji xüsusiyyətləri nəzərə alınmanqla, o ona qarşı törədilmiş hərəkətlərin mahiyyətini dərk edə bilər. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 31 may 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materialları arasında olan diskə baxış keçirilən zaman müəyyən oldu ki, diskdə 3 ədəd video fayl var. «23534», «65656», «1312412» adlı fayla baxdıqda müəyyən olunur ki, «65656» faylda 06 saniyədən ibarət olan videogörüntü var. Həmin videoyazıya baxdıqda müəyyən olunur ki, göy rəngli «Toyota Prius» markalı avtomobil yolun kənarında saxlayıb, həmin avtomobilin sürücüsü səki ilə piyada hərəkət edən Zərərçəkmiş şəxs2 nəsə soruşur. Bundan sonra avtomobilin sürətini artıraraq oradan uzaqlaşır. Zərərçəkmiş şəxs2 iti alddımlarla hərəkət etməyə davam edir. «1312412» faylda 12 sayniyədən ibarət olan videogörüntü var. Həmin videoyazıya baxdıqda müəyyən olunur ki, göy rəngli «Toyota Prius» markalı avtomobil yolun kənarında saxlayıb, həmin avtomobilin sürücüsü səki ilə piyada hərəkət edən Zərərçəkmiş şəxs2 nəsə soruşur. Zərərçəkmiş şəxs2 sürücünün ona dediyi sözdən sonra narazı halda avtomobildən kənara çəkilir, sürücü isə «Toyota Prius» markalı avtomobili ilə oradan uzaqlaşır. Zərərçəkmiş şəxs2 isə əsəbi və narazı halda iti addımlarla yolu keçərkən sürücünün hərəkətlərindən əsəbləşdiyini göstərələri jestləri əli ilə həyata keçirdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 153.1 və 153.2-ci maddələri ilə-on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə, habelə həmin şəxsi cinsi zorakılıq hərəkətləri və ya seksual fəaliyyəti müşahidə etməyə cəlb etmə, eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədilmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin göstərdikləri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, video disk və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli Cinayət Məcəlləsinin 153.1 və 153.2-ci maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrin sankisiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə məhkəmə iclasında verdiyi ifadə məhkəmə iclasında dindirilmiş zəçərərçəkmiş şəxslərin göstərdikləri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, video disk və məhkəmə iclasında araşdırılmış digər sübutlarla təkzib olunur. Təqsirləndirilən şəxs əməli özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 153.1 və 153.2-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən, onların şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, himayəsində yetkinlik yaşına çatmayan uşaqların olmasını, ona qarşı şikayət və tələbin olmamasını (bu barədə notrial qaydada ərizə) Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. İnsan Hüquqlarının və X3 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində təqsirləndirilməcinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 153.1 və 153.2-ci maddələrinə əsasən on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə, habelə həmin şəxsi cinsi zorakılıq hərəkətləri və ya seksual fəaliyyəti müşahidə etməyə cəlb etmə-üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə, Eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə-üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında 16 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh., 29). Cinayət işinin materiallarında olan 18 may 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 69). Cinayət işinin materiallarında olan 18 may 2023-cü il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)403/2023 saylı, 18 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 16 may 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh., 85). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, onun barəsində Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrinin tətbiq olunması üçün əsasların və maddələrin sankisiyasında alternativ cəzaların olmamasını nəzərə alaraq, ona ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «16» may 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Bir ədəd videodisk cinayət işinin materialları arasında saxlanılmalıdır. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000 207120, VÖEN **********). İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153.1 və 153.2ci maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 153.1-ci maddəsinə əsasən «02» (iki) il müddətinə, Cinayət Məcəlləsinin 153.2-ci maddəsinə əsasən «02» (iki) il, «03» (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəzalar Cinayət Mcəlləsinin 66.2-ci maddəsinə əsasən cəzalar qismən toplanılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində «03»(üç) il, «03» (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «16» may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Bir ədəd videodisk cinayət işinin materialları arasında saxlanılsın. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000 207120, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar