Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-802/2022 16.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Dadiyev Fərahim Balaş oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni və narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımış və özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs psixotrop maddəyə və narkotik vasitəyə olan tələbatını təmin etmək məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,129 qram olan ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və təmiz çəkisi 0,442 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış və 08 noyabr 2021-ci il tarixdə, saat 19:45 radələrində Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak bağları ərazisində özünü şübhəli apardığına görə Azərbaycan Respublikası DİN-nin X10 Alayının 11 -ci Patrul Bölüyünün əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb, Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan əynindəki qara-göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd Prima siqaret qutusunun içərisindən 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,036 qram və 0,093 qram- ümumi təmiz çəkisi 1,129 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət eyni tərkibli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,442 qram olan qəhvəyi rəngli, kustar usulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 13 yanvar 2022-ci il tarixdə, saat 15 radələrində qonaq kimi gəldiyi tanışı Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 ünvanda yerləşən bağ evində olarkən Zərərçəkmiş şəxs1 evdən çölə çıxmaxsından istifadə edərək həmin evin mətbəxt otağında yerləşən qaz sobasının alt tərəfində olan rəfinin qapısını açaraq oradan vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 məxsus 800 manat və sonuncunun qohumu Zərərçəkmiş şəxs2 məxsus 1700 manat pulu gizli olaraq ələ keçirib, Zərərçəkmiş şəxs1 800 manat və Zərərçəkmiş şəxs2 1700 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 177.1 və 234.1-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü AR CM-nin 177.1-ci maddəsi ilə qismən, AR CM-nin 234.1-ci maddəsi ilə tam təqsirli bilərək AR CM-nin 234.1-ci maddəsinə münasibətdə ifadəsində göstərmişdir ki, o, 09 noyabr 2021-ci il tarixdə axşam saatlarında həmin vaxt icarə əsasında idarə etdiyi “Baic” markalı “**-BE-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinə gedərək orada tanımadığı şəxsə 30 manat pul ödəyərək 02 ədəd bükümdə “şüşə” kimi tanıdığı metamfetamin və 01 ədəd bükümdə isə “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin almışdır və bir hissəsini istifadə etdikdən sonra üzərində saxlamışdır. 08 noyabr 2021 -ci il tarixdə, axşam saatlarında “Uber" şirkətində işləyərkən tanıdığı Nəsir onun mobil telefon nömrəsinə zəng edərək sifariş vermişdir ki, “xalası oğlunu götürüb işlədiyi Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində Mayak bağları sahəsinə gedib orada iş icraçısından pul götürəcəkdir”. O da razılaşmışdır, idarə etdiyi avtomobil ilə “Sahil” metrostansiyasının yanına gəlmişdir və orada Nəsirlə görüşdükdən sonra idarə etdiyi “Biac” markalı avtomaşınla Sabunçu rayonu, Ramana qəsəbəsinə gəlmişlər. Orada da Nəsirin qohumu olan Rac adlı şəxslə görüşmüşlər və Rac da onun idarə etdiyi avtomobilə əyləşmişdir. Bundan sonra idarə etdiyi avtomobillə Racin göstərdiyi yollarla Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak bağları adlanan ərazidə yerləşən yeni tikilmiş, yaşayış olmayan, təmirsiz evin qarşısına gəlmişlər.Yolda gələrkən isə Rac kiminləsə mobil telefonla danışaraq həmin şəxsə işlədiyi evə gəldiyini demişdir. Rac sonra telefonla danışa-danışa maşından düşərək həmin tikiliyə getmişdir, o və Nəsir isə maşında Raci gözləmişlər. Bir neçə dəqiqədən sonra Rac əlində bir topa kabeli götürərək maşına tərəf gəlmişdir və gələrkən isə ona maşının yük yerinin qapısını açmağını bildirmişdir. Buna görə də o maşından düşərək avtomobilin yük yerinin qapısını açmışdır və Rac özü ilə gətirdiyi kabeli avtomobilin yük yerinə qoymuşdur. Rac onlara bildirmişdir ki, həmin kabeli iş içraçısının Raca ödəməli pulun müqabilində icraçının özünə deyərək götürübdür. Bundan sonra o idarə etdiyi “Baic” markalı “**-BE-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Bağlar” massivi ərazisində şəhər istiqamətində hərəkət etməyə başlamışdır. O həmin yolda yerləşən “stop” deyilən ərazidə yolu tanımadığı yerdə bilmədən yüksək sürətlə hərəkət etdirərkən ərazidə xidmət edən Post Patrul Xidməti bölüyünün əməkdaşları PPX avtomobili ilə avtomobilinin yanına gələrək ona avtomobilini saxlamağını işarə etmişlər və o da avtomobilini saxlamışdır. Həmin vaxt polis əməkdaşları ərazidə baş vermiş oğurluq hadisəsi ilə bağlı xidmət etdiklərini bildirmişlər və ondan avtomobilinin yük yerini açmağını istəmişlər. O da avtomobilinin yük yerini açdıqda içərisində elektrik kabelini görmüşlər. Ondan həmin kabelin hardan almağını soruşduqda o da kabelin müştəriyə məxsus olmasını demişdir. Lakin polis əməkdaşları onlara inanmamışlar və onun da həmin vaxt üzərində narkotik vasitə olmasına görə özünü şübhəli aparmışdır. Buna görə də polis əməkdaşları onu Xəzər RPİ-nin 1-ci PŞ-nin inzibati binasına dəvət etmişlər. O etiraz etmədən polis əməkdaşları ilə birlikdə 1-ci Polis Şöbəsinin inzibati binasına getmişlər. Orada polis əməkdaşları ona Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə şübhəli şəxs qismində tutulduğunu bildirərək dəvət olunmuş müdafiəçinin iştirakı ilə onun üzərinə baxış və şəxsi axtarış keçirməyə başlamışlar. Üzərinə şəxsi axtarış və götürmə keçirilməsindən əvvəl polis əməkdaşları ondan üzərində hər hansı qadağan olunmuş əşya və maddə olub-olmamasını soruşmuşlar. O da tutulduğu üçün üzərində “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamin və “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin olmasını bildirmişdir. Bundan sonra o, əynində olan idman şalvarının sağ yan cibindən “Prima” markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir və bildirmişdir ki, həmin siqaret qutusunun içərisində olan 01 ədəd sellofan bükümdə və 01 ədəd siqaretin qızılı kağızına bükümdə olan maddələr “şüşə" kimi tanıdığı metamfetamin və 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş maddə olan kakos kimi tanıdığı, yəni heroin vardır. Bundan sonra onun üzərindən aşkar olunaraq götürülmüş maddələr zərfə qablaşdırılmaqla götürülmüşdür və bu barədə tərtib olunmuş protokola o da imza etmişdir. O, narkotik vasitəni və psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir, satmaq niyyəti olmadığını bildirmişdir. AR CM-nin 177.1-ci maddəsinə münasibətdə Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Vaqiflə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən evlərində qonşu olmuşdur. 13 yanvar 2022-ci il tarixdə o, Vaqifgilə qonaq getmişdir. Onlar günorta saatlarında Vaqiflə birlikdə evdə yemək yemişlər. Bir qədər sonra Vaqif çölə çıxmış, o isə mətbəxtdə tək qalmışdır. Həmin vaxt qaz sobasının aşağı hissəsində olan qapının aralı olduğunu və orada dərman qabının olduğunu görmüşdür. O, dərman qabını açdıqda içində 50 manatlıq pulların olduğunu görmüş və həmin pulları götürmüşdür. Sonradan saydıqda həmin dərman qabının içərisində 550 manat pul olduğunu görmüşdür. Vaxtilə Vaqif onun atasından borc aldığından və atası öldüyündən həmin borcu qaytarmadığından o, da həmin borcun qarşılığı olaraq Vaqifin evindəki pulları götürmüşdür. Bundan sonra o, Vaqiflə sağollaşmışdır və Vaqifin çağırdığı taksiyə minərək yaşadığı evə gəlmişdir. O, evə çatdıqdan sonra Vaqif ona zəng edərək, 2500 manat pulunu götürübgötürmədiyini soruşmuşdur. O isə 2500 manat yox, 550 manat pul götürdüyünü demişdir. Bundan sonra Vaqif polisə şikayət etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Vaqifin evindən 600 manat deyil, 550 manat məbləğində pul götürdüyünü, istintaq zamanı cibində 550 manatdan əlavə də 50 manat özünə məxsus pulun olması səbəbindən 600 manat pul götürdüyünü dediyini, istintaq zamanı zərərçəkmiş tərəfə 600 manat, sonradan isə anası tərəfindən daha 300 manat məbləğində pul ödənildiyini, onun zərərçəkmiş şəxsin evindən 2500 manat məbləğində deyil, 550 manat məbləğində pul götürdüyünü, Zərərçəkmiş şəxs1 atasına nə qədər və nə ilə bağlı borcunun olduğunu bilmədiyini, sadəcə borclu olduğunu bildiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Pirşağı qəsəbəsi, 161 nömrəli bağda tək yaşayır. Lakin arabir qardaşı Zərərçəkmiş şəxs2 da onunla həmin ünvanda yaşayır. O, fəhləlik etməklə dolanır. O, qazandığı pulları qardaşı Məlikə verirmiş ki, o, saxlasın. Təqsirləndirilən şəxs onun həmkəndlisi olmuş, lakin daha sonra Qurban Əhmədli qəsəbəsinə gedərək orada yaşamışdır. Lakin onunla Qurbanın əlaqəsi kəsilməmiş və onlara gəlib-getmişdir. 11 yanvar 2022-ci il tarixdə Qurban onun yaşadığı evə gəlmiş və ona köməklik etməyə başlamışdır. Bundan sonra Qurban səhəri gün getmişdir. 13 yanvar 2022-ci il tarixdə Qurban yenidən onların evinə qonaq gəlmişdir. Qurban ondan bağ yeri tapmaqda köməklik etməyini xahiş etmişdir. O isə Qurbana bağ yeri tapmaqda köməklik edəcəyinə söz vermişdir. Həmin günü Qurban günorta saatlarınadək onlarda qalmış və sonra o, Qurbana günorta yeməyi hazırlamış və Qurban onunla yemək yemişdir. Bundan sonra o, həyətdə saxladığı toyuqları və mal-qaranı yemləməyə getmiş və Qurban da evdə qalmışdır. Təxminən 15-16 radələrində Qurban həyətə çıxaraq ona demişdir ki, təcili getməlidir. Həmin vaxt üzərində pulu olmadığından istifadəsində olan ***-***-**-** mobil nömrəsindən qardaşı Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək siqaret almaq üçün pul istəmişdir. Vaqif də ona mətbəx otağında olan qaz sobasının alt hissəsinə pul qoyduğunu və ordakı qabların birindən pulu götürməsini bildirmişdir. O da həmin qaz sobasının yanına gəlmiş və sobanın alt gözünün qapağını açıb baxanda orada 2 ədəd boş dərman qutularını, lakin içərisində pul olmadığını görmüşdür. O bundan sonra qardaşı Məlikə zəng edərək onun dediyi yerdə pul olmadığını demişdir. Məlik də telefondan ona demişdir ki, həmin qabların içərisində 2500 manat pul olubdur. Bundan sonra o, Qurbanın oradan pul oğurlamasından şübhələnərək dərhal Qurbana zəng etmiş, lakin onun telefonu bağlı olmuşdur. Bu zaman o, bu barədə DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. 15-ci polis şöbəsinin əməkdaşları hadisə yerinə gəlmişlər. O da həmin vaxt izahat və ərizəsində 2500 manat pulunun oğurlanmasını demişdir. Hazırda onlara dəymiş zərərin 600 manat hissəsi istintaq zamanı, 300 manat hissəsi isə Təqsirləndirilən şəxs anası tərəfindən ödənilmişdir. Lakin cinayət nəticəsində vurulmuş zərər tam ödənilmədiyindən o, zərərçəkmiş şəxslə barışmır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Qardaşı Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 161 nömrəli bağda yerləşən ata evində tək yaşayır. Lakin onun iş yeri Pirşağı qəsəbəsində olduğundan işə gedib-gəldiyinə görə çox vaxt qardaşı ilə birlikdə yaşayır. Həmçinin qardaşı ilə birlikdə həmin evin həyətində mal-qara və toyuq-cücə də saxlayırlar, qardaşı da nəzarət edir. Qardaşı Vaqif fəhləlik edərək topladığı pulları ona verərək həmin pulları onun saxlamağını xahiş etmişdir. Çünki o, yaşca Vaqifdən böyükdür və həmişə də onlar pullarını bir yerdə saxlayırlar. Lakin Vaqif istədikcə ona pul verir. O, Vaqiflə birlikdə 2500 manat pul toplamış və həmin pulları da o, evin mətbəx otağında yerləşən qaz sobasının alt hissəsində olan hissəyə saxlamışdır. O, həmin pulları orada olan 2 ədəd dərman qabına qoyub saxlamışdır. Lakin o bu barədə qardaşı Vaqifə deməyi unutmuşdur. Təqsirləndirilən şəxs onun həmkəndlisi olmuş, lakin daha sonra Qurban Əhmədli qəsəbəsinə gedərək orada yaşamışdır. Lakin onunla Qurbanın əlaqəsi kəsilməmiş və onlara gəlib-getmişdir. 13 yanvar 2022-ci il tarixdə o, işdə olarkən qardaşı Vaqif mobil telefonla zəng edərək ondan siqaret almaq üçün pul istəmişdir. O, isə Vaqifə demişdir ki, “mətbəxdəki qaz sobasının aşağı hissəsinə dərman qablarının içərisində pul qoymuşam, oradan 50 manat götür”. Sonra yenidən Vaqif ona zəng edərək “həmin yerə baxmışam, orada pul yoxdur” demişdir. O isə Vaqifə demişdir ki, “oraya 2500 manat pul qoymuşam”. Vaqif də ona həmin yerdə pul olmadığını demişdir. O isə evə kimin gəlib-getməsini soruşmuşdur. Vaqif də ona demişdir ki, evə həmin günü Qurban gəlmişdir. Daha sonra Vaqifə demişdir ki, bu barədə DİN-nin 102 zəng xidmətinə məlumat versin. O, işdən çıxa bilmədiyindən evə gec gəlmişdir. Ancaq həmin vaxt polis əməkdaşları gəlib getmişdirlər. Hazırda onlara dəymiş zərərin 600 manat hissəsi istintaq zamanı, 300 manat hissəsi isə Təqsirləndirilən şəxs anası tərəfindən ödənilmişdir. Lakin cinayət nəticəsində vurulmuş zərər tam ödənilmədiyindən o, zərərçəkmiş şəxslə barışmır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-nin X10 Alayının 11-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində işləyən, polis serjantı Şahid1 ifadəsində bildirmişdir ki, o, xx.xx.2021 -ci il tarixdə, saat 08:30-dan 20:30-dək 9673 çağırışlı avtopatrulla postaçı yoldaşı polis serjantı Şahid2 ilə birlikdə xidmətdə olduğu zaman təxminən saat 19:45 radələrində Şüvəlan qəsəbəsində, “Mayak bağlan” adlanan ərazidə "STOP" deyilən yerdə yan tərəflərində "Uber" yazılan "BAİC" markalı 99-BE- 753 qeydiyyat nömrəli avtomobil qeyri-adi manevr etməsi ilə diqqətlərini cəlb etmişdir. Xidmət etdiyikləri inzibati ərazidə oğurluq hadisələri baş verdiyinə görə onlar həmin avtomobili saxlamışlar. Həmin avtomobildə sürücüdən başqa iki nəfər sərnişin də olmuşdur. Onlar özlərini həmin şəxslərə təqdim etdikdən sonra söhbət etdikəri zaman həmin şəxslər özlərini şübhəli aparmağa başlamışlar. Bu səbəbdən də onlar avtomobilin yük yerini açmasını onlardan tələb etmişlər. Avtomobilin yük yerinə baxarkən içərisində rulon formasında ağ rəngli elektrik naqilini aşkar etmişlər. Onlar həmin şəxslərdən elektrik naqilinin haradan əldə etdiyini soruşduqda sürücü onlara bildirmişdir ki, "mən ustayam kabel də özümündür, “Vasmoy”un bazarından almışam və yenidən şəhərə aparıram". Onlar sürücünün belə danışmağından həmin elektrik naqilinin cinayət yolu ilə əldə edilməsindən şübhələnmişlər və onların hər üçünü avtomobillə birlikdə Xəzər rayon Polis İdarəsinin 1 -ci Polis Şöbəsinə aparmışlar. Orada məlum olmuşdur ki, həmin şəxslər - sürücü Təqsirləndirilən şəxs, sərnişinlər X9 və Şərifov Rac Hicran oğludur. Onlar raportla həmin şəxsləri avtomobillə birlikdə Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin NH-nə təhvil vermişlər. İlkin təhqiqat araşdrması zamanı təhqiqatçının xidməti otağında vəkilin və onların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış və şəxsi axtarış keçirilmişdir və baxışdan əvvəl ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa, təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd “Prima” siqaret qutusunun içərisində 01 ədəd bükümdə siqaretin gümüşü kağızına bükülmüş qəhvəyi rəngli narkotik maddəyə bənzər maddə, şəffar rəngli selofana bükülmüş 01 ədəd bükümdə ağ rəngli kristal formada maddə, 01 ədəd bükümdə siqaretin qızılı kağızına bükülmüş maddəni təqdim etmiş və bildirmişdir ki, həmin maddələr narkotik vasitədir və onu şəxsi istifadəsi üçün üzərində saxlayıb daşımışdır. Şəxsi axtarış davam edərkən onun üzərindən digər predmet və ya əşya aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi və götürmə haqqında” 13 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Əbülfəz Qarayev küçəsi fərdi yaşayış evidir. Ev Zərərçəkmiş şəxs1 məxsusdur. Oğurluq hadisəsi sözügedən evdə baş vermişdir. Baxış keçirilən ev bir otaq və bir mətbəxdən ibarətdir. Yataq otağında bir ədəd çarpayı bir ədəd şkaf, stol və stul vardır. Mətbəxdə bir ədəd qaz sobası, stol-stul və şkaf vardır (cild 01, i.v.8-11). “Təqdim edilmiş maddi sübutun götürülməsi haqqında” 17 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, HK-1-125 saylı material üzrə aparılan araşdırma zamanı oğurlanan pulun qalığı 5 ədəd 50 AZN əskinasları, 01 ədəd 20 AZN əskinası, 01 ədəd 10 AZN əskinası və 01 ədəd 1 AZN əskinası, cəmi 281 AZN Təqsirləndirilən şəxs maddi sübut kimi götürülmüşdür (cild 01, i.v.16). “Üzləşdirmə haqqında” 18 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Firuddin oğlu ilə Təqsirləndirilən şəxs üzləşdirilməsi zamanı zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı onun zərərçəkmiş şəxsin yaşadığı evin mətbəxt otağında olan qaz sobasının aşağı gözündə ola saxlanc yerindən 02 ədəd dərman qablarına qoyulmuş 2500 manat pulu oğurladığını demiş, Təqsirləndirilən şəxs isə zərərçəkmiş şəxsin göstərdiyi yerdən 600 manat məbləğində pul oğurladığını bildirmişdir (cild 01, i.v.42-45). “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 18 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurluq etdiyi ünvan 3 ünvanında yerləşən evin qarşısına gələrək evin Zərərçəkmiş şəxs1 mənsub olduğunu, 13 yanvar 2022-ci il tarixdə həmin evin mətbəxt otağındakı qaz sobasının alt gözündən 600 manat pul oğurladığını bildirmiş və həmin qaz sobasını və pulu oğurladığı yeri əyani şəkildə göstərmişdir (cild 01, 65-70). “Baxış, şəxsi axtarış və götürmə keçirilməsi haqqında” 08 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı onun əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd proima siqaret qutusunun daxilində 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş qəhvəyi rəngli, spesifik iyli narkotik vasitəyə bənzər maddə, 01 ədəd siqaretin qızılı kağızına bükülmüş ağ rəngli kristal şəkilli maddəni təqdim edərək həmin maddələri 07 noyabr 2021-ci tarixdə Suraxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir (cild 01, 134-136). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 noyabr 2021ci il tarixli 6/4958 nömrəli rəyindən görünür ki: tədqiqata təqdim olunmuş ağ kağız üzərində “...İştirak etdilər: (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1,036 qr., 0,093 qr., ümumi təmiz çəkisi 1,129 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metomfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,442 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (cild 01, i.v.150-155). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş məhkəmə-narkoloji eksperizasının 19 noyabr 2021-ci il tarixli, 4561 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( cild 02, i.v. 82-83). “Maddi sübut kimi tanıma və saxlama haqqında” 03 yanvar 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,036 qram və 0,093 qram-ümumi çəkisi 1,129 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət eyni tərkibli psixotrop maddə metamfetamin və 1 ədəd bükümdə təmiz çəkisi 0,442 qram qəhvəyi rəngli, kustar usulla hazırlanmış narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Xəzər RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir (cild 02, i.v.95-96). “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” 06 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.1 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı çəkilmiş görüntülərin köçürüldüyü 01 ədəd "DVD-R" disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınmış və saxlanılması üçün iş materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs götürülmüş 281 manat pul iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və tərəflər tanış olduqdan sonra sahibinə qaytarılması qərara alınmışdır (cild 02, i.v.216-233) Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, müvafiq istintaq hərəkətlərinin protokolları, AR CM-nin 177.1-ci maddəsi ilə təqsirli olması isə təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 177.1-ci maddəsi ilə qismən təqsirli bilərək zərərçəkmiş şəxsin evindən cəmi 550 manat məbləğində pul götürdüyünü, həmin pulu zərərçəkmiş şəxs Vaqifin onun rəhmətlik atasına olan borcunun əvəzində götürdüyünü bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin ifadələrində səmimi olmaması və onun ifadəsində xüsusatların iş materiallarında olan digər sübutlarla yanaşı, özünün də ziddiyyətli ifadələri ilə təkzib olunduğu qənaətinə gəlir. Belə ki, təqsirləndirilən şəxsin istintaqın ilk günüdən etibarən verdiyi ifadələrindən görünür ki, o, Vaqifin evindən 600 manat pul götürdüyünü bildirmişdir. Lakin hazırda məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin evində olan qaz sobasından 550 manat pul götürdüyünü, orda cəmi bir dərman qabının olduğunu və içərisində 2500 manat deyil, 550 manat məbləğində pul olduğunu bilirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsindəki bu ziddiyyətlə bağlı təqsirləndirilən şəxsə sual verildikdə o, saxlanılan zaman cibindən 600 manat pul aşkar edildiyini, həmin məbləğdən 50 manatın özünə məxsus olduğunu, 550 manatı isə Vaqifin evindən götürülmüş pul olduğunu bildirmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs oğurluq nəticəsində zərərçəkmiş şəxslərə vurduğu 2500 manat ziyandan 600 manat hissəsini ödəmişdir (cild 02, i.v.270). Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslər təqsirləndirilən şəxsin anası tərəfindən onlara əlavə 300 manat məbləğində də pul ödənildiyini bildirmişlər, təqsirləndirilən şəxs özü də həmin xüsusatı təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, hazırki halda Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı zərərçəkmiş şəxslərə məxsus 600 manat məbləğində pulu, məhkəmə istintaqı zamanı 550 manat pul məbləğini götürməsini bildirməsi, istintaq zamanı zərərçəkmiş şəxslərə 600 manat məbləğində, sonradan isə anası tərəfindən 300 manat məbləğində pul ödənilməsi Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı zamanı zamanı ifadələrində səmimi olmamasına dəlalət edir. Belə ki, Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində aşkar edilmiş məbləğdən 50 manatının özünə, qalan 550 manatın isə zərərçəkmiş şəxsin evindən götürülmüş pul olduğunu bildirsə də, iş materiallarında olan “Təqdim edilmiş maddi sübutun götürülməsi haqqında” 17 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, HK-1-125 saylı material üzrə aparılan araşdırma zamanı oğurlanan pulun qalığı 5 ədəd 50 AZN əskinasları, 01 ədəd 20 AZN əskinası, 01 ədəd 10 AZN əskinası və 01 ədəd 1 AZN əskinası, cəmi 281 AZN Təqsirləndirilən şəxs maddi sübut kimi götürülmüşdür (cild 01, i.v.16). Bu isə onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman onun üzərindən 600 və ya 550 manat məbləğində deyil, 281 manat məbləğində pul aşkar edilmişdir ki, bu da Təqsirləndirilən şəxs bu dəlilinin də əsassız olmasına və öz təsdiqini tapmamasına dəlalət edir. Bundan savayı, 550 manat məbləğində oğurluq etdiyini deyən şəxsin istintaq zamanı zərərçəkmiş şəxsə 600 manat, daha sonra isə 300 manat ödəməsi özü də təqsirləndirilən şəxsin ifadələrinin həqiqəti əks etdirməməsinin göstəricisidir. Bundan savayı, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin pulunu oğurlamadığını, Zərərçəkmiş şəxs1 atasının sağlığında atasına olan borcunun əvəzi olaraq 550 manat məbləğində pul vəsaitini götürdüyünü bildirsə də, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 belə bir söhbətin olmadığını və onun Qurbanın atasından borc almadığını göstərmiş, təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs1 atasına nə ilə əlaqədar və hansı məbləğdə borcunun olmasını bilmədiyini göstərmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs ifadəsindən görünür ki, o, ifadəsində qaz sobasının içərisində olan dərman qabını açdıqda orada 50 manatlıqların olduğunu görmüş və pulu orada saymadan götürmüşdür. Məhkəmə göstərilənləri ümumiləşdirərək təqsirləndirilən şəxsin “zərərçəkmiş şəxsin pulunu oğurlamadığını, Zərərçəkmiş şəxs1 atasının sağlığında atasına olan borcunun əvəzi olaraq götürməsi”nə dair dəlilinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin atasına olan borcunun məbləğini bilmədən, hətta həmin məbləği bilmiş olsa idi belə, pulu götürərkən saymadan götürməsi onun həmin dəlilinin sadəcə məsuliyyətdən yaxa qurtarmaq üçün irəli sürülmüş dəlil kimi qiymətləndirilməsinə əsas verir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla və zərərçəkmiş şəxslərin ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ifadələrini özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, AR CM-nin 177.1-ci maddəsinə münasibətdə zərərçəkmiş şəxslərin, AR CM-nin 234.1-ci maddəsinə münasibətdə şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 18 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 18 yanvar 2022-ci il tarixdə, saat 21:15-də tutulmuşdur (cild 01, 53-54). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi barədə” 20 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin Müvəqqəti Saxlama yerindən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 01, i.v.81-82). “Şübhəli şəxsin tutulması haqqında” 08 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 08 noyabr 2021-ci il tarixdə, saat 19:45-də tutulmuşdur (cild 01, 124). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi barədə” 10 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin Müvəqqəti Saxlama yerindən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 02, i.v.24-25). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 25 noyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 05 dekabr 2017-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 4500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, 30 oktyabr 2021-ci il tarixdə cərimə cəzası tam ödənilmişdir (cild 02, i.v.58). Şəki Ağır Cinayətlər Məhkəməsinin 05 dekabr 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 5000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, onun 11 aprel 2017-ci il tarixdən 13 aprel 2017-ci il tarixədək həbsdə olduğu 02 gün müddət nəzərə alınmaqla cərimə cəzası 4500 manata endirilmişdir (cild 02, i.v.60-70). Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs oğurluq nəticəsində zərərçəkmiş şəxslərə vurduğu 2500 manat ziyandan 600 manat hissəsini ödəmişdir (cild 02, i.v.270). Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 vurulmuş ziyandan daha 300 manat məbləğində pulun təqsirləndirilən şəxsin anası tərəfindən ödənildiyini göstərmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2022-ci il tarixli, 4(011)-541/2022 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 14 oktyabr 2022-ci il tarixdən hesablanmaqla barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 01 iyun 2012-ci il təvəllüdlü (X3), 29 may 2013-cü il təvəllüdlü (X2), 23 yanvar 2015-ci il təvəllüdlü (X1) uşaqları var. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərdən peşman olmasını (AR CM-nin 59.2-ci maddəsi), himayəsində azyaşlı övladlarının olmasını (AR CM-nin 59.1.4-cü maddəsi), AR CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətə münasibətdə vurulmuş zərərin qismən, 900 manat hissəsinin ödənilməsini (AR CM-59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 177.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına, AR CMnin 234.1-ci maddəsi ilə isə maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, AR CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti cəza təyn edilməli, onun istintaq zamanı həbsdə saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2022-ci il tarixli, 4(011)-541/2022 saylı qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut- Təqsirləndirilən şəxs götürülmüş və saxlanılması üçün Zərərçəkmiş şəxs2 verilmiş 281 manat məbləğində pul hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs2 qaytarılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs AR CM-nin 177.1-ci maddəsi ilə təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla-06 ay müddətə azadlıqdan məhrum etmə cəzası AR CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə 08 noyabr 2021-ci il tarixdən 10 noyabr 2021-ci il tarixədək, AR CM-nin 177.1-ci maddəsi ilə 18 yanvar 2022-ci il tarixdən 20 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 noyabr 2022-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2022-ci il tarixli, 4(011)-541/2022 saylı qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 1,029 qram psixotrop maddə olan metamfetamin və 0,392 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 81,82 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut-Təqsirləndirilən şəxs götürülmüş və saxlanılması üçün Zərərçəkmiş şəxs2 verilmiş 281 manat məbləğində pul hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs2 qaytarılsın. İş üzrə maddi sübut – 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-802/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-802/2022
16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver