Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-804/2024 14.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Nəzərov X7, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 07 vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1994-cü il tarixdə Ağdam rayonu, Dadaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Xındırıstan ərazi dairəsi, Paşabəyli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi, Ələskər Ələkbərov küçəsi, nömrəsiz fərdi yaşayış evində kirayədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 13 avqust 2024-cü il tarixdə, saat 17 radələrində qonşusu Zərərçəkmiş şəxs, sonuncunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi, İlqar Həsənov küçəsində nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evində şəxsi münasibətlər zəminində bıçaqla qəsdən vuraraq qarının ön divarının döş qəfəsinə doğru uzanan, daxilə nüfuz etməyən 01 ədəd kəsilmiş yarası və sol bel nahiyəsinin 01 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirərək qəsdən zərərçəkmiş şəxs Nəbiyev X1 yüngül zərər vurmuşdur. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, o, 13 avqust 2024-cü il tarixdə, saat 17 radələrində qonşusu Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi, İlqar Həsənov küçəsində nömrəsiz ünvanda bacısı Şahid ilə aralarında sözlə mübahisə yaranmış, Zərərçəkmiş şəxs mübahisəyə müdaxilə edərək onun əllərini tutmuşdur. Zərərçəkmiş şəxs onu itələyərək mətbəxdən küçəyə açılan qapıdan çıxarmaq istəyərkən özündən uzaqlaşdırmaq məqsədi ilə Zərərçəkmiş şəxs bıçaqla qarın nahiyəsindən vurmuşdur. Zərərçəkmiş şəxs bacısı ilə birlikdə onu küçəyə çıxarmış, o, küçədə olarkən əlindəki bıçağı tullayaraq oradan uzaqlaşmışdır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış, ona qarşı şikayət və tələb yoxdur. Məhkəmə hazırlıq iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, 13 avqust 2024-cü il tarixdə, saat 17 radələrində bacısı Şahid ilə Təqsirləndirilən şəxs arasında yaranmış mübahisəyə müdaxilə edərkən Təqsirləndirilən şəxs əllərindən çıxaraq mətbəxə keçmiş, o da, Təqsirləndirilən şəxs arxasınca mətbəxə getmişdir. Təqsirləndirilən şəxs mətbəxdəki mətbəx dəstinin sıyırmasından mətbəx bıçağını əlinə götürmüş, küçəyə çıxış mətbəxdən olduğundan Təqsirləndirilən şəxs evindən qovmaq məqsədi ilə onu itələyərək mətbəxdən küçəyə açılan qapıdan küçəyə çıxarmaq istəmiş, lakin, Təqsirləndirilən şəxs çıxmaq istəməmişdir. O, Təqsirləndirilən şəxs küçəyə çıxarmaq məqsədi ilə onunla əlbəyaxa olmuş, Şahid araya girməsinə baxmayaarq Təqsirləndirilən şəxs onların hər ikisini qəsdən yumruq və təpiklə vurmuş, Təqsirləndirilən şəxs əlindəki bıçaq bədənini kəsmişdir. O, Təqsirləndirilən şəxs itələyərək küçəyə çıxara bilmiş, qapını bağladıqdan sonra qarnından qan axdığını görərək saat 17:30 radələrində çağırışları əsasında evlərinə gələn Təxirəsalınmaz təcili tibbi yardım stansiyasının avtomobilində X8 aparılmışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, qardaşı ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi, Ələskər Ələkbərov küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayır. Təqsirləndirilən şəxs onun qoşusudur. 2024-cü ilin iyun ayında Təqsirləndirilən şəxs spirtli içki qəbul edərək qonşuları narahat etdiyindən narazı olduğunu bildirmiş, bu barədə, Təqsirləndirilən şəxs bu barədə məlumatı olduqdan sonra ona qarşı münasibəti dəyişmişdir. 13 avqust 2024-cü il tarixdə, saat 17 radələrində qardaşı ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi, İlqar Həsənov küçəsində nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında dayandıqları zaman Təqsirləndirilən şəxs əlində spirtli içki şüşələri ilə küçədən keçmiş, onları görərək yaşadıqları ünvanda birlikdə spirtli içki qəbul etməyi təklif etmiş, Zərərçəkmiş şəxs etiraz etməyərək Təqsirləndirilən şəxs yaşadığı ünvana dəvət etmişdir. O, stəkan gətirmək üçün mətbəxə keçmiş, Təqsirləndirilən şəxs onun arxasınca gedərək onun barəsində qonşulara dedikləri ilə bağlı iradını bildirmiş, əlində olan pul qabı ilə onun çiyninə toxunmuşdur. O, öz etirazını bildirməsinə baxmayaraq Təqsirləndirilən şəxs hərəkətlərini davam etdirərək onu vuracağını bildirmiş, ona heçnə edə bilməyəcəyini bildirdikdən sonra ona sillə atmış, aralarında mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs mübahisəyə müdaxilə edərək Təqsirləndirilən şəxs əllərindən tutmuş, o, Təqsirləndirilən şəxs boğazından tutmaq istədikdə, Təqsirləndirilən şəxs əllərindən çıxaraq mətbəxə keçmiş, qardaşı da, Təqsirləndirilən şəxs arxasınca mətbəxə getmişdir. Təqsirləndirilən şəxs mətbəxdəki mətbəx dəstinin sıyırmasından mətbəx bıçağını əlinə götürmüş, küçəyə çıxış mətbəxdən olduğundan Təqsirləndirilən şəxs evindən qovmaq məqsədi ilə qardaşı onu itələyərək mətbəxdən küçəyə açılan qapıdan küçəyə çıxarmaq istəmiş, lakin, Təqsirləndirilən şəxs çıxmaq istəməmişdir. O, Təqsirləndirilən şəxs küçəyə çıxarmaq məqsədi ilə onunla əlbəyaxa olmuş, araya girməsinə baxmayaraq Təqsirləndirilən şəxs onların hər ikisini qəsdən yumruq və təpiklə vurmuş, Təqsirləndirilən şəxs əlindəki bıçaq qardaşının bədənini kəsmiş, qardaşı Təqsirləndirilən şəxs itələyərək küçəyə çıxara bilmiş, qapını bağladıqdan sonra Zərərçəkmiş şəxs qarnından qan axdığını görərək saat 17:30 radələrində çağırışları əsasında evlərinə gələn Təxirəsalınmaz təcili tibbi yardım stansiyasının avtomobilində X8 aparılmışdır. Cinayət işinin 13-cü vərəqəsində olan 14 avqust 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 48-ci vərəqəsində olan 15 avqust 2024-cü il tarixli şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında qərardan görünür ki, Quluyev X2 RPİ-nin MSY yerindən azad edilmişdir. Cinayət işinin 51-53-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X3” X10 Sabunçu Rayon Şöbəsinin 2021 nömrəli, 16 avqust 2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qarının ön divarının döş qəfəsinə doğru uzanan, daxilə nüfuz etməyən 1 ədəd kəsilmiş yarası, sol bel nahiyəsinin 1 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarətlərdən qarının ön divarının döş qəfəsinə doğru uzanan, daxilə nüfuz etməyən 1 ədəd kəsilmiş yarası kəsici alətin təsirindən törənmişdir, bıçağın tiyəsinin kəsici kənarının təsirində əmələ gələ bilər. Sol bel nahiyəsinin 1 ədəd daxilə nüfuz etməyən deşilmişkəsilmiş yarası deşici-kəsici alətin təsirindən törənmişdir, bıçaqla yetirilə bilər. Xəsarətlərin törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs adına tərtib olunmuş xəstəlik tarixində xəstəxanaya daxil olarkən onda alkoqol sərxoşluğunun olması qeyd edilmişdir. Cinayət işinin 66-cı vərəqəsində olan 01 oktyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin 68-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ-nin 49-312-15700 nömrəli, 15 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 15 oktyabr 2024-cü il tarixdə, saat 10 radələrindən saxlanılaraq Sabunçu RPİ-nin İŞ-nə təhvil verilmişdir. Cinayət işinin 81-82-ci vərəqələrində olan 15 oktyabr 2024-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 91-92-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 24 avqust 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Ağdam Rayon Məhkəməsinin 08 fevral 2017-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16 yanvar 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərmiş, bunları ifadə edən ərizəni məhkəməyə təqdim edərək barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs da, məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, artıq Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, bununla əlaqədar onun barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsindəki cinayət təqibi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyindən, zərərçəkmiş şəxslə barışdığından və iş üzrə maddi ziyan olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam verilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 300.1.7, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-804/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-804/2024
14.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver