Məhkəmə qərarları › İş №1(008)-805/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-805/2024

02.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-805/2024 02.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.2003-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 19 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2024-cü il tarixdə cəzası bitib qeydiyyatdan çıxarılmış, Kürdəmir rayonu, Sığırlı kəndində qeydiyyatda olan, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə, xx.xx.1995-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti lə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 elan edilmiş ittihama əsasən o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını zərəçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə 30 iyul 2024-cü il tarixdə saat 04 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib onu vurub yerə yıxaraq Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən alın və sağ gözyuvasıətrafı nahiyələrin qançırları, alt dodağın səthi əzilmiş yarası, sağ dirsək və sol diz oynağı nahiyələrin sıyrıqları xəsarətlərini yetirib müqavimətini qıraraq şalvarının cibindən ona məxsus 700 ( yeddi yüz ) manat dəyərində bir ədəd «Samsung Galaxy 30 » markalı mobil telefon, mobil telefonun içərisində 7 (yeddi) manat dəyərində ***-***-**-** GSM nömrəsi, 60 ( altmış ) manat dəyərində bir ədəd «Nokia» markalı mobil telefon, mobil telefonun içərisində hər birinin dəyəri 7 (yeddi) manat olan ***-***-**-** və ***-***-**-** GSM nömrələri və 150 ( yüz əlli) manat pulunu ələ keçirib zərərçəkmiş şəxsə ümumilikdə 931 (doqquz yüz otuz bir) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs2 elan edilmiş ittihama əsasən o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını zərəçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə 30 iyul 2024-cü il tarixdə saat 04 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib onu vurub yerə yıxaraq Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən alın və sağ gözyuvasıətrafı nahiyələrin qançırları, alt dodağın səthi əzilmiş yarası, sağ dirsək və sol diz oynağı nahiyələrin sıyrıqları xəsarətlərini yetirib müqavimətini qıraraq şalvarının cibindən ona məxsus 700 ( yeddi yüz ) manat dəyərində bir ədəd «Samsung Galaxy 30 » markalı mobil telefon, mobil telefonun içərisində 7 (yeddi) manat dəyərində ***-***-**-** GSM nömrəsi, 60 ( altmış ) manat dəyərində bir ədəd «Nokia» markalı mobil telefon, mobil telefonun içərisində hər birinin dəyəri 7 (yeddi) manat olan ***-***-**-** və ***-***-**-** GSM nömrələri və 150 ( yüz əlli) manat pulunu ələ keçirib zərərçəkmiş şəxsə ümumilikdə 931 (doqquz yüz otuz bir) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hadisədən təxminən, 15 gün əvvəl dostu Samir ilə Bakı şəhəri, Yasamal rayonu, Şamaxinka deyilən yerdə təsadüfən qarşılaşmış, sonra birlikdə Bakı şəhəri, Nizami rayonu, 8-ci km deyilən yerə gəlmiş, bir neçə gün 8-ci km bazarında birlikdə arabaçı kimi işləmiş və birlikdə müvəqqəti bir gecəlik olan evlərdə qalmışlar. Hadisə baş verən gün, yəni 30 iyul 2024-cü il tarixdə dostu Samirlə birlikdə Bakı şəhəri, Xəzər rayonuna iş dalınca getməli olmuşlar, çünki, Samirin tanışı onlara orada iş təklif etmişdir. Onlar Bakı şəhəri, Xəzər rayonuna çatdıqları zaman Samirin tanışı zəng edərək işi çıxdığını, gələ bilməyəcəyini demişdir. Bundan sonra onlar, üzərilərində yol pulları olmadığı üçün, tanımadıqları şəxslərdən yol soruşa-soruşa Yeni Günəşli qəsəbəsinə qalxıb oradan Qaraçuxur qəsəbəsinə gündəlik yaşadıqları yerə gəlmək istəmişlər. Bu zaman Günəşli qəsəbəsində əvvəllər tanımadıqları, özünü onlara Xəyal kimi təqdim edən, lakin, sonradan istintaqdan adının Zərərçəkmiş şəxs olduğunu bildikləri şəxslə qarşılaşmışlar. Onlar həmin şəxsdən yol soruşmuş, həmin şəxs isə onlara yalnız taksi ilə gedə biləcəklərini demiş, onlar isə həmin şəxsə üzərilərində pul olmadığını bildirmiş, həmin şəxs isə, taksinin pulunu özü verəcəyini demiş və onlar ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində X8 yanında adını bilmədikləri kafeyə gəlmiş, orada 3-4 bakal spirtli içki olan pivə içmişlər. Bundan sonra həmin şəxs, pulunun qurtardığını və gedib evdən pul götürəcəyini bildirmiş, onlar birlikdə taksiyə minmiş və Bakı şəhəri, Xətai rayonu, Köhnə Günəşli qəsəbəsinə həmin şəxsin yaşadığı mənzilə getmişlər. Onlar aşağıda Samirlə birlikdə taksidə gözləmiş, həmin şəxs isə evdən pul götürmüş və gəlmiş, sonra taksi sürücüsünə Bakı şəhəri, Nizami rayonu, “Qara Qarayev” metrostansiyasınm yanma sürməyi bildirmiş və onlar birlikdə həmin ünvana gəlmişlər. Bakı şəhəri, Nizami rayonu, “Qara Qarayev“ metrostansiyasınm yanında yerləşən adını bilmədiyi dönərxanada birlikdə oturmuş, orada dönər sifariş vermişlər, Kərrar isə mağazaya spirtli içki olan araq almağa getmiş və alıb gətirmişdir. Onlar, həmin dönərxanada dönər ilə araq içmişdirlər. Həmin araq qurtardıqdan sonra, Kərrar yenə də, araq almağa getmiş və alıb gətirmişdir. Həmin arağı da içdikdən sonra, Kərrar çox içkili olduğu üçün, düşürüb itirməsin deyə özünə məxsus “Samsung Galaxy 30” və “Nokia” markalı mobil telefonlarını Samirə vermişdir ki, saxlasın. Daha sonra Kərrarm çağırdığı taksiyə minərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsinə gəlmiş, taksidən düşmüşlər, biraz aralaşmış, balaca, dar bir yola gəlmişlər, orada Kərrar söyüş söydüyü üçün Kərrarı itələmiş, həmin şəxs yıxılmışdır, yerdə olan zaman yumruq zərbəsi ilə çənəsindən bir dəfə vurmuş, cibində olan 150 manat məbləğində pulunu götürmüş və oradan uzaqlaşaraq qaçmışlar. Təxminən, 100 metr aralaşdıqdan sonra Samir Kərrarın mobil telefonlarının onda qaldığını demiş, o da, Kərrara məxsus mobil telefonları Samirdən almış, sındırmış və tanımadığı bir həyət evinin həyətinə atmışdır. Bundan sonra onlar, həmin yerdən uzaqlaşaraq getmiş, əldə etdikləri pulu birlikdə xərcləmişlər. Məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisədən təxminən 15 gün əvvəl dostu Raqil ilə Bakı şəhəri, Yasamal rayonu, Şamaxinka deyilən yerdə təsadüfən qarşılaşmış, sonra birlikdə Bakı şəhəri, Nizami rayonu, 8-ci km deyilən yerə gəlmiş, bir neçə gün 8-ci km bazarında birlikdə arabaçı kimi işləmiş və birlikdə müvəqqəti bir gecəlik olan evlərdə qalmışlar. Hadisə baş verən gün yəni, 30 iyul 2024-cü il tarixdə dostu Raqil ilə birlikdə Bakı şəhəri, Xəzər rayonuna iş dalınca getməli olmuş, çünki, onun tanışı onlara orada iş təklif etmişdir. Onlar Bakı şəhəri, Xəzər rayonuna çatdıqları zaman tanışı zəng edərək işi çıxdığını, gələ bilməyəcəyini demişdir. Bundan sonra onlar üzərilərində yol pulları olmadığı üçün, tanımadıqları şəxslərdən yol soruşa-soruşa Yeni Günəşli qəsəbəsinə qalxıb oradan Qaraçuxur qəsəbəsinə gündəlik yaşadıqları yerə gəlmək istəmişlər. Bu zaman Günəşli qəsəbəsində əvvəllər tanımadıqları, özünü onlara Xəyal kimi təqdim edən, lakin, sonradan istintaqdan adının Zərərçəkmiş şəxs olduğunu bildikləri şəxslə qarşılaşmışlar. Onlar, həmin şəxsdən yol soruşmuş, həmin şəxs isə, onlara yalnız taksi ilə gedə biləcəklərini demiş, onlar isə həmin şəxsə üzərilərində pul olmadığını bildirmiş, həmin şəxs isə, taksinin pulunu özü verəcəyini demiş və onlar ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində X8 yanında adını bilmədikləri kafeyə gəlmiş, orada 3-4 bakal spirtli içki olan pivə içmişlər. Bundan sonra həmin şəxs, pulunun qurtardığını və gedib evdən pul götürəcəyini bildirmiş, onlar birlikdə taksiyə minmiş və Bakı şəhəri, Xətai rayonu, Köhnə Günəşli qəsəbəsinə, həmin şəxsin yaşadığı mənzilə getmişlər. Onlar aşağıda Raqil ilə birlikdə taksidə gözləmiş, həmin şəxs isə evdən pul götürmüş və gəlmiş, sonra taksi sürücüsünə Bakı şəhəri, Nizami rayonu, “Qara Qarayev” metrostansiyasının yanına sürməyi bildirmiş və onlar birlikdə həmin ünvana gəlmişlər. Bakı şəhəri, Nizami rayonu, “Qara Qarayev” metrostansiyasının yanında yerləşən, adını bilmədiyi dönərxanada birlikdə oturmuşlar, orada dönər sifariş vermişlər, Kərrar isə mağazaya spirtli içki olan araq almağa getmiş və alıb gətirmişdir. Onlar həmin dönərxanada dönər ilə araq içmişlər. Həmin araq qurtardıqdan sonra, Kərrar yenə də, araq almağa getmiş və alıb gətirmişdir. Həmin arağı da içdikdən sonra, Kərrar çox içkili olduğu üçün, düşürüb itirməsin deyə özünə məxsus “Samsung Galaxy 30” və “Nokia” markalı mobil telefonlarını ona vermişdir ki, saxlasın. Daha sonra Kərrarın çağırdığı taksiyə minərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsinə gəlmiş, taksidən düşmüş, biraz aralaşıb, balaca, dar bir yola gəlmişlər, orada Kərrar Raqili təhqir edərək ona qarşı söyüş söymüş, Raqil də, Kərrarı itələmiş, həmin şəxs yıxılmışdır, yerdə olan zaman Raqil yumruq zərbəsi ilə Kərrarın çənəsindən bir dəfə vurmuş, bu zaman o da, həmin şəxslərdən təxminən, 1 metr aralı dayanmış, həmin şəxsləri aralaşdırmışdır, cibində olan 150 manat məbləğində pulunu Raqil götürmüş və oradan uzaqlaşaraq qaçmışlar. Təxminən, 100 metr aralaşdıqdan sonra o, Kərrarın mobil telefonların onda qaldığını demiş, Raqil də Kərrara məxsus mobil telefonları ondan almış, sındırmış və tanımadığı bir həyət evinin həyətinə atmışdır. Bundan sonra onlar, həmin yerdən uzaqlaşaraq getmiş, əldə etdikləri pulu birlikdə xərcləmişlər. Əməlindən peşmandır. Məhkəmədən himayəsində azyaşlı uşaqlarının olmasını, ilk dəfə cinayət törətməsini nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 30 iyul 2024-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri, Xətai rayonu, Köhnə Günəşli qəsəbəsində yerləşən adını bilmədiyi kafedən çıxmışdır. Bu zaman o, kafenin çölündə olan zaman, tanımadığı 2 nəfər ona yaxınlaşaraq vəhhabilərin məscidinin harada olduğunu soruşmuşlar. O da, həmin şəxslərə vəhhabilər məscidinin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində olduğunu demişdir. Həmin şəxslərdən biri ona Beyləqan rayonundan gəldiyini, vəziyyətlərinin acınacaqlı olduğunu, yəni maddi imkanlarının olmadığını bildirmişdir. Onun həmin şəxslərə yazığı gəldiyi üçün həmin şəxslərdən ac, yaxud susuz olduqlarını soruşmuşdur. Həmin şəxslər ona ac olduqlarını bildirmişdir. Bu zaman o, həmin şəxslərə gəlin gedək Bakı şəhəri, Nizami rayonu, “Qara Qarayev” metrostansiyasının yaxınlığında dönər yeyək demişdir. Bu təklifdən sonra, həmin 2 nəfər şəxs və o, həmin şəxslərlə birlikdə Bakı şəhəri, Nizami rayonu, “Qara Qarayev” metrostansiyasının yaxınlığında yerləşən dönərxanaya getmiş və orada əyləşərək dönər sifariş vermişlər. Bu zaman o, həmin şəxslərə spirtli içki olan araq içmək istəyib-istəmədiklərini soruşmuş və həmin şəxslərdən biri ona “olsa pis olmaz” demişdir. O, bu sözdən sonra, mağazaya gedərək 01 ədəd 0,5 ml olan spirtli içki sayılan araq almış və yenidən həmin dönərxanaya qayıtmışdır. Orada yeyib-içdikdən sonra yenidən o, araqları qurtardığı üçün mağazaya gedərək həmin araqdan birini də almışdır. Həmin ikinci aldığı araqdan yarıdan çoxunu içmişlər. O, pivə içdiyi üçün arağın yerdə qalanını içməmişdir. Bundan sonra xatırlamadığı, o və yaxud həmin şəxslər “Uber” taksi şirkəti vasitəsilə taksi sifariş edərək birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə getmişlər. Onlar yadında dəqiq qalmayan yerə gedib çatdıqdan sonra həmin şəxslər ona “qaqa gedək qonağımız ol, sən bu gün bizə yaxşı qulluq etmisən” demişlər. Bundan sonra həmin şəxslər ona tanımadığı evləri göstərmişlər ki, güya həmin şəxslərin evinə gedirmişlər. Ona hörmət əlaməti olaraq yol vermiş və “buyur, sən qabaqda get” demişlər. Bu təklifdən sonra o, həmin şəxslərin qabağına keçərək getmişdir. Bir neçə addım atdıqdan sonra həmin şəxslər ona arxadan badalaq verərək yerə yıxmış, o, yerə yıxılan zaman ona çoxsaylı təpik və yumruq zərbələri vuraraq əynində olan qara rəngli idman şalvarının sol cibində olan ümumilikdə 150 manat məbləğində nağd pul və 01 ədəd 60 manat dəyərində, üzərində ***-***-**-** GSM nömrəsi olan “Nokia” markalı mobil telefon və 01 ədəd 700 manat dəyərində, üzərində ***-***-**-** və ***-***-**-** GSM nömrələri olan “Samsung Galaxy 30” markalı mobil telefonu onun üzərindən götürərək oradan uzaqlaşmışlar. Bundan sonra o, DİN-in “102” xidmətinə zəng edərək baş vermiş hadisə barəsində məlumat vermişdir. Hadisə nəticəsində ona ümumilikdə 931 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs2 şikayətçi olmadığını, ona dəymiş ziyanın sonuncunun valideynləri tərəfindən tam olaraq ödənildiyini, digər Təqsirləndirilən şəxs1 şikayətçi olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul olunması haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə verdiyi məlumat əsasında sonuncunun iştirakı ilə Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində yerləşən hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri dar yol olmaqla hər iki tərəfində daş hasar yerləşir. Hadisə yerinin yaxınlığında heç bir ictimai iaşə obyekti və TŞ kameraları yoxdur. Hadisə yerinə baxış zamanı iş üçün sübut əhəmiyyəti kəsb edən heç bir maddi sübut aşkar edilməmişdir.. Zərərçəkmiş şəxs kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə AR CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə AR CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” X9 Sabunçu Rayon Şöbəsinin 1878 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs alın və sağ gözyuvasıətrafı nahiyələrin qançırları, alt dodağın səthi əzilmiş yarası, sağ dirsək və sol diz oynağı nahiyələrinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2024cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 iş üzrə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 iş üzrə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-478/2024 saylı, qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 02 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-477/2024 saylı, qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Maddi ziyanın ödənilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ********* saylı cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs2 qardaşı X1 istintaqa təqdim etdiyi maddi ziyan olan 931 manat pulu Zərərçəkmiş şəxs təqdim etmiş və həmin pul vəsaiti sonuncu tərəfindən qəbul edilmişdir. AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat aşkar olunmamışdır. AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Əmirov X4 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 19 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2024-cü il tarixdə cəzası bitib qeydiyyatdan çıxarılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(003)-505/2024 saylı qərarından görünür ki, AR ƏN PX-nin 17 saylı CÇM-də cəza çəkən Təqsirləndirilən şəxs1 cəzasının çəkilməmiş qalan 03 ay 19 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Elektron məhkəmə informasiya sistemində Təqsirləndirilən şəxs2 “qohumluq məlumatları”ndan görünür ki, onun himayəsində xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X5 adlı iki övladı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144- 146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi oğurluq əməlləri CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrinə əsasən soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və ya insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə–üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində onun cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Əmirov X4 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədən və ödənilmədən yenidən cinayət törətmişdir ki, bu da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi hesab olunur. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivinin olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalı, təyin ediləcək cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmalı, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli (CM-65.2), cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalı, təyin ediləcək cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməli (CM-56.1.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur, Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar