Məhkəmə qərarları › İş №1(008)-808/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-808/2022

21.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-808/2022 21.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 İmanovanın sədrliyi, Fərahim Balaş oğlu Dadiyevin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış və Azərbaycan Respublikası ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 30 may 2022ci il tarixdə, saat 14 radələrində tanışı Zərərçəkmiş şəxs ünvan 3 ünvanda yerləşən evində qonaq olarkən sonuncunun elektron məlumat daşıyıcısı olan "xxxx" ASC-yə aid 4173 8652 2002 1264 nömrəli plastik bank kartını gizli olaraq ələ keçirdikdən sonra xx.xx.2022-ci il tarixdə müxtəlif vaxtlarda 2 manat, 40 manat, 2 manat və 50 manat; 03 iyun 2022-ci il tarixdə müxtəlif vaxtlarda 3,45 manat və 230 manat; xx.xx.2022-ci il tarixdə müxtəlif vaxtlarda 3 manat və 68 manat; xx.xx.2022-ci il tarixdə müxtəlif vaxtlarda 2 manat, 27 manat, 2,37 manat, 158 manat, 3 manat və 35 manat; xx.xx.2022-ci il tarixdə müxtəlif vaxtlarda 2,85 manat və 190 manat; xx.xx.2022-ci il tarixdə müxtəlif vaxtlarda 3 manat və 115 manat; xx.xx.2022-ci il tarixdə müxtəlif vaxtlarda 3,75 manat və 250 manat; xx.xx.2022- ci il tarixdə müxtəlif vaxtlarda 2 manat və 45 manat; 11,06.2022-ci il tarixdə müxtəlif vaxtlarda 2 manat, 95 manat, 3 manat və 95 manat; sonuncu dəfə xx.xx.2022-ci il tarixdə müxtəlif vaxtlarda 2 manat və 130 manat, cəmi 1.564 manat 42 qəpik pulu əvvəlcədən bildiyi fərdi məxfi şifrə pin kodu daxil etməklə vahid niyyətlə əhatə olunan qəsdlə Bakı şəhərində müxtəlif ərazilərdəki satış nöqtələrində post terminallar vasitəsi ilə ödənişlər etməklə və bankomatlardan nağd pul çıxarmaqla, o, cümlədən sonuncu dəfq ünvan 4 ünvanda yerləşən “Buta” marketdə quraşdırılmış bankomatdan nağd pul çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs 1.564 manat 42 qəpik məbləğində maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də işin biri digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona CM-nin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun atalığının həyat yoldaşı Zərərçəkmiş şəxs mütəmadi olaraq ona kartını verərək oradan pul çıxarılmasını xahiş etmiş, o da həmişə pulu çıxararaq Nahidəyə təqdim etmişdir. O, Nahidənin yalnız "xxxx" kartının deyil, “Beynəlxalq Bank” olan maaş kartının da kodunu bilmiş və oradan da lazım olanda pul çıxardaraq Nahidəyə təqdim etmişdir. Bəzi hallarda Zərərçəkmiş şəxs o puldan ona borc kimi vermişdir. O, heç vaxt Nahidədən gizli və onun xəbəri olmadan kartdan pul çıxarmamışdır. Sadəcə o, Zərərçəkmiş şəxs aldığı borcu qaytarmadığından Zərərçəkmiş şəxs onun kartdan oğurluq etməsi ilə bağlı polisə müraciət etmiş və onu tutdurmuşdur. Mümkün qədər qısa müddət ərzində Zərərçəkmiş şəxs borcunu qaytaracaqdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evinə tez-tez getdiyini, Nahidənin ona qarşı çox yaxşı davrandığını, münasibətlərinin yaxşı olduğunu, Nahidənin zaman-zaman ona borc pul verdiyini, bəzi hallarda həmin borcdan qaytardığı məbləğlərin olduğunu, Zərərçəkmiş şəxs ondan polisə şikayət edən zaman Nahidəyə olan borcunun elə ittihamda göstərilən 1500 manat civarında olduğunu göstərmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Ağaminin atalığı Samir Əliyevlə 2020-ci ilin sonlarında tanış olmuş, həmin dövürdə X1 İsmayılovla birgə onun yaşadığı binada kirayədə yaşayırmış. 2021-ci ilin əvəllərində Samir Əliyevlə evləndikdən sonra Samir onun evində yaşamış, kirayədə tək yaşayan Ağamiyə bildirmişdir ki, istənilən vaxt qapısı üzünə açıqdır, hər gün evinə gələ bilər. Evləndikdən 5-6 ay sonra, yəni 2021 -ci ilin avqust ayından başlayaraq teztez Ağami evinə gəlmiş, evində yemiş, çayını içmiş, Ağaminin paltarlarını yumuş, ütüləmiş, Ağaminin cibinə xərclik pul qoymuş, hərdən gecəni Ağami onun evində qalmışdır. O, Ağamini öz övladı Hüseyndən seçməmiş, Ağamiyə övladı kimi qayğı göstərmişdir. O, artıq qalan pulunu "xxxx"a aid bank kartında toplamış, əlində nağd pulu olmayanda pulu həmin kartdan çıxarmış, kartın kodunu heç kim bilməmiş, heç oğlu Hüseynədə deməmiş, kart həmişə evində olmuş və kartı heç kimə verməmişdir. O, istifadəsində olan mobil telefonuna "xxxx"ın mobil tətbiqinin proqramını yüklədiyindən kartında olan puluna nəzarət edə bilirmiş. "xxxx"ın bankomatı hər yerdə olmadığından ona pul lazım olanda pulu həyətində, “Səhram” marketin yanında yerləşən bankomatdan çıxarırmış. 2022-ci ilin may ayının ortalarında telefonunun yaddaşı yükləndiyindən tez-tez telefonu donurmuş, odur ki, telefonunda olan artıq proqramları, o cümlədən "xxxx"ın mobil tətbiqinin proqramını silmişdir. Bundan sonra telefonunda donma və ləngimə dayanmışdır. xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində oğlu Hüseynlə birgə oğlunun məktəbdəki tədbirinə gedərkən evdən geç çıxdığından artıq tədbirə gecikmişdir. Qapıdan çıxarkən baxmışdır ki, cibində pulu azdır. Bu zaman Ağamiyə "xxxx" kartını vermiş, “1897” olan kodunu demiş, Ağamidən xahiş etmişdir ki, qaçaraq aşağı düşüb kartdan 200 manat pul çıxarsın. Ağami kartı götürərək “Səhram” marketin qarşısına getmiş, həmin vaxtadək o, Ağamiyə hazırladığı günorta yeməyini masanın üzərinə qoymuşdur. Təxminən 10 dəqiqə sonra Ağami evə qayıtmış, "xxxx"ın kartını və kartdan çıxardığı 200 manatı qonaq otağında ona vermişdir. O, Ağaminin gözünün qarşısında kartı qonaq otağındakı şkafın siyirməsınə qoymuş, Ağamiyə demişdir ki, mətbəxə keçib yeməyini yesin. O, tələsdiyindən evin açarını Ağamiyə verərək oğlu Hüseynlə birgə evdən çıxmış, Ağami evdə qalmışdır. Ağamiyə tapşırmışdır ki, yemək yedikdən sonra evin qapısını bağlayıb açarı 1-ci mərtəbədə yerləşən marketə versin. Həmin tarixdə saat 17 radələrində oğlu Hüseynlə birgə evinə qayıdarkən Ağami artıq evindən getmiş, o, 1-ci mərtəbədən açarı götürərək evinə girmişdir. Həmin gündən sonra Ağami evinə gəlməmiş, lakin əhəmiyyət verməmiş, belə ki, bilirmiş ki, Ağami yaşadığı binada kirayə qalır, ürəyi nəysə istəsə gələcək. Təxminən 5-6 gün sonra ona kart lazım olmuş, evinə nəzər yetirsə də tapa bilməmiş, düşünmüşdür ki, bazar günü evdə olarkən vaxt edib evi dərindən axtarar. Lakin ağlına belə gəlməmişdir ki, Ağami kartı oğurlaya bilər. 12 iyun 2022-ci il tarixdə həftənin bazar günü işə getmədiyindən evdə kartı axtarsa da, tapa bilməmişdir. Qəfildən ağlına gəlmişdir ki, "xxxx" mobil tətbiqini yükləsin. O, həmin proqramı yükləyən kimi ona gələn SMS-lərdən görmüşdür ki, əsasən də “Səhram” marketin qarşısındakı bankomatdan xx.xx.2022-ci il tarixdə Ağami ona 200 manat çıxarıb pulu və kartı ona verdikdən sonra kartından 2 manat, 40 manat, 2 manat, 50 manat, xx.xx.2022-ci il tarixdə 3,45 manat, 230 manat, xx.xx.2022-ci il tarixdə 3 manat və 68 manat, xx.xx.2022-ci il tarixdə 2 manat, 27 manat, 2,37 manat, 158 manat, 3 manat, 35 manat, xx.xx.2022-ci il tarixdə 2,85 manat, 190 manat, xx.xx.2022-ci il tarixdə 3 manat, 115 manat, xx.xx.2022-ci il tarixdə 3,75 manat, 250 manat, xx.xx.2022-ci il tarixdə 2 manat, 45 manat, xx.xx.2022-ci il tarixdə 2 manat, 95 manat, 3 manat, 95 manat, xx.xx.2022-ci il tarixdə isə 2 manat və 130 manat nağdlaşdırılmış, mağazalarda və ya kafelərdə ödəniş edilmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri ərazisində kartından cəmi 1.564 manat 42 qəpik pul nağdılaşdırılmış və kartdan istifadə edilməklə xərclənmişdir. Sonuncu dəfə, yəni xx.xx.2022-ci il tarixdə kartından 2 və 130 manat həyətindəki bankomatdan, yəni Sabunçu rayonu, ünvan 5 ünvanda yerləşən “Buta” marketdəki bankomatdan çıxarılmışdır. Əlavə olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında, yəni Ağami 200 manatı çıxarıb kartı ona qaytaranadək özü kartından 2 manat, 5 manat və 3 manat pul çıxarmış, Ağami kartından 200 manat çıxardıqdan sonra kartında 2.195 manat 22 qəpik pul qalmışdır. Kartından pullar əsasən “Səhram” marketin yanındakı bankomatdan çıxarıldığından və yaşadığı evinin yanındakı mağazalardan alışveriş edildiyindən, həmçinin kartının kodunu cəmi bir dəfə xx.xx.2022-ci il tarixdə Ağamiyə dediyindən və kartı şkafın sıyırmasına qoyarkən bunu Ağami gördüyündən, eləcə də pul bir dəfədə hamısı deyil, az-az çıxarıldığından 100 faiz əmin olmuşdur ki, kartı Ağami oğurlayıb. xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində Ağamiyə zəng vurmuş, "xxxx" kartının onda olubolmamasını soruşmuş, Ağami bildirmişdir ki, kart onda deyil. O, Ağamidən tələb etmişdir ki, tez evə gəlsin və bu məsələni aydınlaşdırsınlar. Həmin gün Ağami evə gəlməmişdir. Bu səbəbdən də o, 12 iyun 2022-ci il tarixdə, saat 17:45-də DİN-in 102 xidmətini yığaraq oğurluq barədə şikayət etmiş və kartını bağlatmışdır. 13 iyun 2022-ci il tarixdə yenidən Ağamini yığarkən Ağami ona demişdir ki, “rayondadır, 14 iyun 2022-ci il tarixdə, saat 15 radələrində evinə gələcək, məsələni aydınlaşdırarlar”. O, oğurluq barədə polis əməkdaşlarına məlumat vermiş, izah etmişdir ki, Ağaminin gedən yeri yoxdur, saat 15 radələrində evinə gələcək. 14 iyun 2022-ci il tarixdə Ağami evə gələrkən kartını “Səhram" marketin qarşısındakı bankomata salanda 13-cü PB-nin əməkdaşları Ağamini saxlamışlar. Həmin tarixdə polis əməkdaşları Ağamidən götürdükləri kartını özünə qaytarmışlar. Daha sonra bildirmişdir ki, kartının oğurlanmasını bilməmiş, bilsəydi ən azından kartına 02 iyun 2022-ci il tarixdə 20 manat, xx.xx.2022-ci il tarixdə 100 və 200 manat, 07 iyun 2022-ci il tarixdə 100 manat və xx.xx.2022ci il tarixdə 512 manat pul qoymazdı. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs heç vaxt işləmədiyini və borcu qaytarmasının mümkün olmadığını bildiyindən ona heç vaxt borc vermədiyini, bəzi hallarda sadəcə xərclik pulu verdiyini, Təqsirləndirilən şəxs başqa heç kimin onun kartının dörd rəqəmli kodunu bilmədiyini göstərmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü oğurluq cinayətində təqsirli bilməyərək Nahidə Talıboya borcunun olması səbəbi ilə yalandan onun oğurluq etməsini göstərərək polisə şikayət etdiyini bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin dəlillərini əsassız hesab edir. Belə ki, həm zərərçəkmiş şəxsin ibtidai istintaq dövründən məhkəmə istintaqınadək verdiyi ifadələrdən, həm də təqsirləndirilən şəxsin istintaqın ilkin günündən hazırda məhkəmə istintaqına qədər verdiyi ifadələrdən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə münasibəti həmişə yaxşı olmuş, o, Təqsirləndirilən şəxs onun evində qalmağa icazə vermiş və ona ailə qayğısı göstərmişdir. Hətta zərərçəkmiş şəxs ona kifayət qədər etibar edərək özünə məxsus pul kartlarının kod nömrəsini də ona vermiş və bəzi hallarda kartdan pul çıxarmağı ona həvalə etmişdir. Belə olan halda zərərçəkmiş şəxsin heç bir səbəb olmadan təqsirləndirilən şəxsdən şikayət etməsi ümumiyyətlə inandırıcı deyil. Bundan savayı, Təqsirləndirilən şəxs 14 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində “Səhram” marketin qarşısındakı bankomatdan Zərərçəkmiş şəxs məxsus "xxxx" kartı ilə pul çıxarmaq istəyərkən saxlanılması, Zərərçəkmiş şəxs məxsus 4173 8652 2002 1264 nömrəsi olan kartın Təqsirləndirilən şəxs aşkar edilməsi Təqsirləndirilən şəxs dəlillərinin əsassız olmasına dəlalət edən əsas hallardan biridir. Təqsirləndirilən şəxs məhkəmə iclasında bunun səbəbi kimi Zərərçəkmiş şəxs zamanzaman ona borc verməsi və onun həmin borcu qaytara bilməməsi ilə əlaqələndirsə də, zərərçəkmiş şəxs heç vaxt Təqsirləndirilən şəxs borc vermədiyini, ona pul versə belə bunu borc kimi vermədiyini, Təqsirləndirilən şəxs işləmədiyini və həmin pulu qaytara bilməyəcəyini öncədən bildiyini göstərmişdir. Məhkəmə onu da qeyd edir ki, əgər həqiqətən də Zərərçəkmiş şəxs məqsədi qəsdən kartı Təqsirləndirilən şəxs verərək ondan şikayət edərək onu tutdurmaq olsa idi, o, kartı Təqsirləndirilən şəxs verdiyi gün polis orqanlarına məlumat verərdi. Hazırki işin hallarından isə görünür ki, Zərərçəkmiş şəxs kartının oğurlanması və kartdan pulların çıxarılması ilə bağlı şikayət ərizəsi ilə 12 iyun 2022-ci il tarixdə polis orqanlarına müraciət etmiş, Təqsirləndirilən şəxs isə 14 iyun 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs məxsus kartdan pul çıxararkən saxlanılmışdır ki, bu da zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi kimi Təqsirləndirilən şəxs kartı götürdükdən sonra Zərərçəkmiş şəxs evinə gəlməməsinin və onun kartından gizli şəkildə pullar çıxarmasının və ödənişlər etməsinin göstəricisidir. Bununla yanaşı, məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məhz 1500 manat civarında borcunun olmasını göstərməsi özü də onun özünün müdafiəsi üçün öncədən planlaşdırılmış və bu şəkildə ifadə verməsinin daha inandırıcı olmasını düşünərək məhkəmə istintaqı zamanı özünümüdafiə xarakterli ifadə verməsinə dəlalət edir. Belə ki, işləməyən və borcu qaytarmaq imkanının olmaması bəlli olan şəxsə zərərçəkmiş şəxs tərəfindən 1500 manat civarında borcun verilməsi və təsadüfən verilmiş borcun zərərçəkmiş şəxs tərəfindən oğurlanması iddia edilən məbləğlə üst-üstə düşməsi məhkəmə tərəfindən real və inandırıcı hesab edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlazərərçəkmiş şəxsin ifadəsi, təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi ifadələri və istintaq hərəkətinin protokolları müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli və məsuliyyətdən yayınmağa yönəlmiş ifadə kimi qiymətləndirir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 12 iyun 2022-ci il tarixli protokolundan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, “Səhram” market geniş əraziyə malik, magistral yolun kənarında yerləşən marketdə yolun əks istiqamətində Akkord evləri yerləşən marketə daxil olduqda Million, emanat və digər terminallar mövcuddur (i.v.4-5). 14 iyun 2022-ci il tarixli raportdan görünür ki, 14 iyun 2022-ci il tarixdə, saat 15:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs oğu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, “Səhram” marketin qarşısındakı bankomatdan "xxxx" kartı ilə pul çıxarmaq istəyərkən saxlanılaraq 13-cü PB-nə gətirilmişdir (i.v.10). “Könüllü təqdim olunan əşyanın götürülməsi haqqında” 14 iyun 2022-ci il tarixli protokoldan görünür ki, 14 iyun 2022-ci il tarixdə 13-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq təqdim olunmuş Təqsirləndirilən şəxs könüllü olaraq özündə olan vətəndaş Zərərçəkmiş şəxs məxsus "xxxx"ın 4173 8652 2002 1264 nömrəli kartını təqdim etmişdir (i.v.14). Zərərçəkmiş şəxs məxsus olan “Yelobank”a dair 01 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək, o cümlədən 20 may 2022-ci il tarixdən 15 iyun 2022-ci il tarixədək olan müddəti əhatə edən hesabdan çıxarışlardan görünür ki, xx.xx.2022-ci il tarixdə -2 manat, 40 manat, 2 manat, 50 manat; xx.xx.2022-ci il tarixdə -3,45 manat, 230 manat; xx.xx.2022-ci il tarixdə -3 manat, 68 manat; xx.xx.2022-ci il tarixdə -2 manat, 27 manat, 2,37 manat, 158 manat, 3 manat, 35 manat; xx.xx.2022-ci il tarixdə -2,85 manat, 190 manat; xx.xx.2022-ci il tarixdə -3 manat, 115 manat; xx.xx.2022-ci il tarixdə -3,75 manat, 250 manat; xx.xx.2022-ci il tarixdə -2 manat, 45 manat; xx.xx.2022-ci il tarixdə -2 manat, 95 manat, 3 manat, 95 manat; xx.xx.2022-ci il tarixdə isə -2 manat, 130 manat, cəmi 1.564 manat 42 qəpik pulun nağdılaşdırılması, marketlərdə və kafelərdə hesabdan pul çıxarılması müəyyən edilmişdir (i.v.18-21). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına əsasən ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Mərkəzi X2 tərəfindən 10 iyul 2012-ci il tarixində qəbul edilmiş “Ödəniş kartlarının emissiyası və istifadəsi qaydaları”nın 2.1.1-ci bəndinə əsasən ödəniş kartı nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş alətidir. Həmin qaydaların 2.1.6-cı və 2.1.19-cu bəndlərinə görə kart hesabı kart vasitəsilə həyata keçirilən əməliyyatların uçotunun aparılması üçün açılan cari bank hesabıdır. Ödəniş kartlarının hazırlanması zamanı kartda olan elektron daşıyıcıya (çipə) və (və ya) maqnit lentə kart istifadəçisi haqqında məlumatlar yüklənir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.3-1ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan: “Axtarışda olan şəxsin tutulmasına dair” 19 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 sentyabr 2022-ci il tarixdə, saat təxminən 12:00 radələrində saxlanılaraq Sabunçu RPİ-nin İş-nə təhvil verilmişdir (i.v.51). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 4(008)- 799/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 19 sentyabr 2022-ci il tarixdən hesblanmaqla 01 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.74-79). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.80). Məhkəmə Təqsirləndirilən şəxs gənc olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM 59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, onun həbsdə saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 sentyabr 2022-ci il tarixdən 21 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanldığı 01 ay 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 ay 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 09 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar