Məhkəmə qərarları › İş №1(008)-809/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-809/2025

12.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-809/2025 12.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Rəfael oğlunun və qanuni nümayəndəsi X2 təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – “Mirzəyev və Partyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1991-ci il tarixdə Masallı rayonu Həsənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Xırdalan çörək zavodunda unçu işləyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu Həsənli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşamış və barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, 20 fevral 2025-ci il tarixdə saat 08:30 radələrində idarə etdiyi, texniki cəhətdən saz olan “X10” markalı **-QJ- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Sabunçu rayonu E.Mehdiyev küçəsilə «Stimul» hospitalı istiqamətində birinci zolaqla hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci və 6-cı hissələrinin tələblərini pozmuş, yəni sürücü hərəkətə başlamazdan, yerdeyişməzdən, dönməzdən, ötməzdən və dayanmadan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verilməlidir, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, dairəvi hərəkət edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır, onun hadisənin qarşısını almağa texniki imkanı olsada bunu etməyib nəticədə həmin yolun ikinci zolağında hərəkətdə olan X4 idarə etdiyi “Dacia Logan” markalı, **-XF- *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa hissəsinə dəyərək toqquşmuş nəticədə sonuncu avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs Rəfael oğluna ehtiyatsızlıqdan sağ ayağın qançırla müşayiət olunan V ayaq-darağı sümüyünün qapalı, xətti sınığı, sol gicgahtəpə nahiyəsinin, üst dodağın və döş qəfəsinin qançırlan ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs AR CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o, “X10” markalı **-QJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəailiyyət ilə məşğul olur. 20 fevral 2025-ci il tarixdə o, idarə etdiyi avtomobillə Sabunçu rayonu Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi ilə «Stimul» klinikası istiqamətində saatda 10-20 km sürətlə hərəkət edirdi, həmin vaxt sürətini azaldıb ikinci dərəcəli yola dönən zaman arxadan eyni istiqamətdə hərəkətdə olan avtomobili gözləmədən yolun sol hissəsi ilə dönüş edərkən avtomobilin sağ qabaq hissəsi ilə anidən sağ tərəfdən ikinci zolaqla hərəkət edən “Dacia Logan” markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa təkər hissəsindən vurmuşdur. Zərbədən həmin avtomobil idarə etməni itirib yolun sağ hissəsində dayanmış “Mercedes” markalı avtomobilə çırpılmışdır. Həmin vaxt o, dərhal həmin avtomobilə gedib orada xəsarət alan azyaşlıları çıxardıb yardım etmiş və təcili yardıma zəng etmişdir. Həmin vaxt onun avtomobilində iki nəfər tanımadığı sərnişin olmuşlar. Özünü təqsirli bilərək, əməlindən peşman olmasını, barəsində amnistiya aktının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs Rəfael oğlu ifadəsində göstərmişdir ki, 20 fevral 2025-ci il tarixdə saat 08:30 radələrində anası Pərvanə, bacısı Nuray və qardaşı Əkbərlə atası Şahid2 idarə etdiyi “Dacia Logan” markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu erazisində yerləşən «Stimul» klinikası istiqamətində hərəkət edirmişlər. Həmin vaxt anası qabaq sərnişin oturacağında onlar isə arxada oturmuşlar, o, avtomobilin sol arxa oturacağında əyləşmişdir. Həmin vaxt “Toyota” markalı avtomobil anidən onlann yoluna çıxaraq avtomobilinə çırpılmış nəticədə onların avtomobili yolun kənarında dayanan “Mercedes” markalı avtomobilə dəyib dayanmışdır. Həmin vaxt o, ayağından və başqa yerlərindən xəsarətlər almış və atası onu təcili olaraq xəstəxanaya çatdırmışdır. Həkim münayinəsi zamanı sağ ayağında sınıq olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X3 bildirmişdir ki, 20 fevral 2025-ci il tarixdə saat 08:30 radələrində həyat yoldaşı Rəfaelin idarə etdiyi “Dacia Logan” markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu erazisində yerləşən «Stimul» klinikası istiqamətində hərəkət edən zaman anidən “Toyota” markalı avtomobil heç bir xarici işıq sıqnalını yandırmadan, digər zolaqdan hərəkət edən nəqliyyat vasitəsini gözləmədən onların yoluna çıxaraq avtomobilin sağ arxa təkər hissəsindən vurmuşdur. Zərbədən onların avtomobili yolun sağ hissəsində dayanmış “Mercedes” markalı avtomobilə çırpılmış və aşmışdır. Həmin vaxt avtomobildə ondan və həyat yoldaşından başqa uşaqları da olmuşdur. Təqsirləndirilən şəxs yalan ifadə verib bildirir ki, guya o, avtombildən uşaqların çıxarılmasına yardım etmişdir. Əksinə həmin vaxt həyat yoldaşı ilə mübahisə etməyə başlamışdır. Uşaqları avtomobildən həyat yoldaşı özü çıxartmışdır. Təqsirləndirilən şəxs heç bir maddi yardım göstərməmiş, bir dəfə də olsun zəng edib vəziyyətləri ilə maraqlanmamışdır. Ümumiyyətlə təqsirləndirilən .şəxsin həmin istiqamətdə dönməyə icazəsi olmadığı halda qəflətən birinci zolaqdan birbaşa sola dönüş etmişdir. Həmin qəza onlarda, uşaqlarda ciddi travmalara səbəb olmuş, uşaqlar qorxmuşdur. Təqsirləndirilən şəxs onlara heç bir maddi və mənəvi dəstək olmadığından şikayətçidir. Barəsində ən sərt cəza verilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Əziz oğlu ifadəsində göstərmişdir ki, 20 fevral 2025-ci il tarixdə saat 08:30 radələrində həyat yoldaşı Pərvanə, övladları, Nuray, Əkbər və Əli idarə etdiyi “Dacia Logan” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu ərazisində yerləşən «Stimul» klinikası istiqamətində saatda 50 km sürətlə hərəkət edirdi. Həmin vaxt həyat yoldaşı Pərvanə qabaq sərnişin oturacağında övladları isə arxada oturmuşlar, az ağır xəsarət alan övladı Əli Məmmədov avtomobilin sol arxa oturacağında əyləşmişdir. Həmin vaxt arxadan Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota” markalı **-QJ-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinə çırpılmış və o, idarə etməni itirərək yolun kənarında dayanan “Mercedes” markalı avtomobilə deyib dayanmışdır. Onun avtomobili çırpılmanın nəticəsində aşmışdır. Həmin vaxt oğlu və digər övladları ayağından və başqa yerlərindən xəsarətlər almış və o, təcili olaraq oğlu Əlini və digər ailə üzvlərini xəstəxanaya çatdırmışdır. Həkim müayinəsi zamanı oğlu Əlinin sağ ayağında sınıqlar olduğu məlum olmuşdur. Digər ailə üzvlərində də xəsarətlər olmuşdur. Hadisə zamanı ailə üzvlərini o, özü maşından çıxarmışdır. Təqsirləndirilən şəxs onlara heç bir köməklik etməmişdir. Hadisədən sonra onlarla əlaqə saxlamamış, vəziyyətləri ilə maraqlanmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasıında dindirilmiş digər Şahid2 Əziz oğlu ilə oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, F.Mehdiyev küçəsinə baxış keçirilmiş, sxem tərtib olunaraq və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; xx.xx.2025-cü il tarixli, 2/9905 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı alkoqol sərxoşluğu olmamışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X12 Sabunçu Rayon Şöbəsinin xx.xx.2025-ci il tarixli, 363 saylı rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs Rəfael oğlunda sağ ayağın qançırla müşayiət olunan V ayaqdarağı sümüyünün qapalı xətti sınığı, sol gicgah-təpə nahiyəsinin, üst dodağın və döş qəfəsinin qançırlan müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Rəfael oğlu ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; MEM-nin 8/975 nömrəli, 02 iyun 2025-ci il tarixli ekspert rəyindən görünür ki, “X9” markalı **-QJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci və 6-cı hissələrinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısın almağa texniki imkanı olmuşdur.

2. rəyin tədqiqi hissəsində gösterilən səbəblərə görə: - hərəkət üçün təhlükə yaranan anda “Dacia Logan” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 32.3 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Şahid2 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. - hərəkət üçün təhlükə yaranan anda “Dacia Logan” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 32.3 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Şahid2 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur; AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, DİN-nin BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-ci il tarixədək etibarlı olan) BC 355603 nömrəli "B1 B C1 C” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, istintaq zamanı məlum olmuşdur ki, hərəkət üçün təhlükə yaranan anda “Dacia Logan” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşma yerindən 32.3 metrdən kiçik məsafədə olmuşdur, ona görə də həmin avtomobilin sürücüsü Şahid2 barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi Təqsirləndirilən şəxs özünü CM-nin 263.1-ci maddəsi ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin X1 barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 5.1-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə 150 (bir yüz əlli) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ:

“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar