Məhkəmə qərarları › İş №1(008)-810/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-810/2023

06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-810/2023 06.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Ağsu rayonu, Gəgəli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağsu rayonu, Gəgəli ərazi dairəsi, Gəgəli kəndində qeydiyyatda olan, hazırki cinayət işi üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 1(011)-285/2023 saylı hökmünə əsasən azadlıqdan məhrum etmə cəzası çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakım gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 03 oktyabr 2022-ci il tarixdə, saat 13 radələrində Zərərçəkmiş şəxs qızma məxsus ünvan 1 ünvanına mətbəxin plastik pəncərəsini açmaq yolu ilə qanunsuz daxil olub, həmin evin yataq otağında paltar şkafının alt hissəsindən hər birinin dəyəri 250 (iki yüz əlli) manat olan dörd ədəd ümumi dəyəri 1.000 (bir min) manat olan qızıl qadın üzüyünü, hər birinin dəyəri 700 (yeddi yüz) manat olan üç ədəd ümumi dəyəri 2.100 (iki min yüz) manat olan qızıl sırğa və üzükdən ibarət komplekti, həmin otaqdakı dolabın siyirməsindən bir ədəd 25 (iyirmi beş) manat dəyərində, kütləsi 50,60 qram təşkil edən, üzərində müxtəlif rənglərdə qiymətsiz qaşlar olan, qiymətsiz metal ərintisindən hazırlanmış sarı rəngli qol saatını, bir ədəd 05 (beş) manat dəyərində, kütləsi 5,33 qram təşkil edən, üzərində qiymətsiz rəngsiz şəffaf qaşlar olan, qırmızımtıl rəngli, üzünsov formalı, bəzi qaşlarının yerləri boş olan, qiymətsiz metal ərintisindən hazırlanmış üzüyü, bir ədəd 08 (səkkiz) manat dəyərində, kütləsi 6,85 qram təşkil edən, üzərində qiymətsiz rəngsiz şəffaf qaşlar olan, qiymətsiz metal ərintisindən hazırlanmış sarı rəngli üzüyü, bir ədəd 20 (iyirmi) manat dəyərində, kütləsi 45,37 qram təşkil edən, qiymətsiz metal ərintisindən hazırlanmış sarı rəngli qırıq vəziyyətdə olan boyunbağını, bir ədəd 5 (beş) manat dəyərində, kütləsi 1,08 qram təşkil edən, qiymətsiz metal ərintisindən hazırlanmış sarı rəngli, üzərində «MAİSON SCOTCH» yazıları olan kulonu, bir ədəd 5 (beş) manat dəyərində, kütləsi 1,64 qram təşkil edən, üzərində bir ədəd yaşıl rəngli qiymətsiz qaş olan, qiymətsiz metal ərintisindən hazırlanmış sarı rəngli üzüyü, bir ədəd 5 (beş) manat dəyərində, kütləsi 1,66 qram təşkil edən, üzərində bir ədəd qırmızı rəngli qiymətsiz qaş olan, qiymətsiz metal ərintisindən hazırlanmış san rəngli üzüyü, bir ədəd 5 (beş) manat dəyərində, kütləsi 1,61 qram təşkil edən, üzərində bir ədəd göy rəngli qiymətsiz qaş olan, qiymətsiz metal ərintisindən hazırlanmış san rəngli üzüyü, bir ədəd 5 (beş) manat dəyərində, kütləsi 1,64 qram təşkil edən, üzərində bir ədəd bənövşəyi rəngli qiymətsiz qaş olan, qiymətsiz metal ərintisindən hazırlanmış san rəngli üzüyü gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 3.183 (üç min yüz səksən üç) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ildə azadlığa bıraxıldıqdan sonra müəyyən yerlərdə fəhlə kimi işləmişdir. Bir müddət Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vidadi küçəsində yerləşən, yəni Zərərçəkmiş şəxs məxsus evin həyətindəki digər bir otaqlı evdə 01 oktyabr 2022-ci il tarixdən etibarən kirayə yaşamışdır. Onunla eyni həyətdə olan digər evdə isə ev sahibi Sevda ailəsi ilə birlikdə yaşamışdır. Sonuncular hər gün saat 06 radələrində evdən çıxır, saat 15 radələrində evə qayıdırlar. Maddi cəhətdən çətinlik çəkdiyi və pula ehtiyacı olduğu üçün o, həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 03 oktyabr 2022-ci il tarixdə səhər saat 06 radələrində Sevda və ərinin evdən çıxaraq qapını bağlayıb getdiklərini görmüşdür, bir qədər evə nəzər yetirdikdən sonra, ətrafda və evdə heç kimin olmadığına əmin olub saat 13 radələrində həmin evə yaxınlaşmışdır. Həmin vaxt üzərində olan vintaçanla evin mətbəxinin plastik pəncərəsini açıb içəri daxil olmuşdur. İçəri daxil olduqdan sonra o, yataq otağına keçmək istəmiş, lakin yataq otağının taxtadan olan qapısı bağlı olduğundan o, həmin qapının şüşəsini ehtiyatla sındıraraq qapım içəridən açıb otağa daxil olmuş və həmin otaqda axtarış aparmağa başlamışdır. Həmin vaxt yataq otağında olan dolabın siyirməsini açdıqda bir qədər qızılların olduğunu aşkar edib onları iki ədəd sellofana yığaraq həmin evi tərk edib qaçmaqla oradan uzaqlaşmışdır. O, qaçaraq bir qədər həmin evdən uzaqlaşıb yola kimi gəldikdə əlində olan sellofanlara baxmışdır. Lakin onlardan biri cırılmış və içərisindəki qızıllar yerə dağılmışdır. O, dərhal qaçdığı yolla geri qayıtsa da, həmin qızılları tapa bilməmiş və kimsə onu görər deyə çox axtarmayıb oradan uzaqlaşmışdır. Bundan sonra kirayədə qaldığı evə qayıtmamış və bir neçə gün həmin oğurladığı əşyalarla birlikdə parklarda gecələmişdir. 20 dekabr 2022-ci il tarixdə polis əməkdaşları onu saxlayaraq Sabunçu Rayon Polis İdarəsinə gətirmişlər və o, Sevdanın evindən oğurlayaraq üzərində saxladığı əşyaları polis əməkdaşlarına təqdim etmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirlmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. O və əri Vahid hər gün saat 06 radələrində evdən çıxır və saat 15 radələrində o, saat 19 radələrində isə əri Vahid evə gəlir. Onların yaşadıqları evə bitişik bir otaqlı tikili vardır. O, həmin tikilini kirayə vermək üçün adam axtarmışdır. xx.xx.2022-ci il tarixdə əvvəllər tanımadığı, birinci dəfə gördüyü Sübhan adlı şəxs onların yaşadıqları evə gələrək kirayə qalmaq istədiyim bildirmişdir. O, Sübhana demişdir ki, o, həmin tikilini yalnız ailəli adamlara, aylıq 150 manat olmaqla kirayə verir. Bu zaman Sübhan bildirmişdir ki, onun arvadı bazar günü gələcəkdir. Bu sözdən sonra o, Sübhandan şəxsiyyətini təsdiq edən sənədi istəmişdir. Sübhan isə bazar günü həm sənədi, həm də pulu verəcəyini bildirmişdir. O, Sübhanla razılaşmış və evi aylıq 150 manat olmaq şərti ilə kirayə vermişdir. xx.xx.2022-ci il tarixdə həmişəki kimi səhər saat 06 radələrində o, əri Vahidlə birlikdə evdən çıxaraq işə getmişlər. Həmin gün saat 15 radələrində o, yaşadığı evə qaydan zaman evin mətbəxinin plastik pəncərəsinin açıq olmasını görüb evdən oğurluq olmasından şübhələnmişdir. Bu səbəbdən cəld evin yataq otağına getmiş və həmin vaxt yataq otağının pəncərəsinin sındırıldığım görmüşdür. Bu zaman qızılları saxladığı yerə, yəni paltar şkafının alt hissəsinə baxan zaman ona məxsus qızıl-zinət əşyalarının, həmçinin həmin otaqda olan dolabın siyirməsində saxladığı Özünə məxsus bujiteriyaların oğurlanmasını aşkar etmiş və bu səbəbdən DİN-in 102 xidmətinə zəng edərək oğurluq hadisəsi barədə məlumat vermişdir. Yaşadıqları evdən ona məxsus hər birinin dəyəri 250 (iki yüz əlli) manat olan dörd ədəd ümumi dəyəri 1.000 (bir min) manat olan qızıl qadın üzüyü, hər birinin dəyəri 700 (yeddi yüz) manat olan üç ədəd ümumi dəyəri 2.100 (iki min yüz) manat olan qızıl sırğa və üzükdən İbarət komplekt, həmçinin ümumi dəyəri 50 (əlli) manat olan bujiteriyalar oğurlanmış və nəticədə ona 3.150 (üç min yüz əlli) manat məbləğində maddi ziyan dəymişdir. Ona məxsus qızıl-zinət əşyaları yataq otağındakı paltar şkafının alt hissəsindən, bujiteriyalar isə həmin otaqda olan dolabın siyirməsindən oğurlanmışdır. Hazırda ona dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 03 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evidir (i.v.7-11). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminaslistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 13 oktyabr 2022-ci il tarixli, 011-12139-1222 saylı məktubdan görünür ki, tədqiqata təqdim edilmiş əl izləri DİN-nin KTİ-nin ADİS-nin məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 03 ədədi Təqsirləndirilən şəxs sağ əlinin orta və adsız, sol əlinin isə çeçələ barmağı ilə eynilik təşkil etmişdir (i.v.20). “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 14 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bəzək əşyaları Zərərçəkmiş şəxs təqdim edildikdə o, həmin əşyaları tanıyaraq ona məxsus olduğunu bildirmişdir (i.v.123-124). “İfadənin yerində yoxlanılması haqqında” 21 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurluğun baş verdiyi ünvanda cinayəti törtədiyi şərait və mexanizmi əyani olaraq göstərmişdir (i.v.134-136). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 iyul 2023-cü il tarixli 3-16-16-2-6/3510- 9/4930 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş məmulatların modeli və digər göstəriciləri nəzərə alınmaqla 03 oktyabr 2022-ci il tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 83 manat müəyyən edilir. (Bir ədəd 25 (iyirmi beş) manat dəyərində, kütləsi 50,60 qram təşkil edən, üzərində müxtəlif rənglərdə qiymətsiz qaşlar olan, qiymətsiz metal ərintisindən hazırlanmış sarı rəngli qol saatı; Bir ədəd 05 (beş) manat dəyərində, kütləsi 5,33 qram təşkil edən, üzərində qiymətsiz rəngsiz şəffaf qaşlar olan, qırmızımtıl rəngli, üzünsov formalı, bəzi qaşlarının yerləri boş olan, qiymətsiz metal ərintisindən hazırlanmış üzük; Bir ədəd 08 (səkkiz) manat dəyərində, kütləsi 6,85 qram təşkil edən, üzərində qiymətsiz rəngsiz şəffaf qaşlar olan, qiymətsiz metal ərintisindən hazırlanmış sarı rəngli üzük; Bir ədəd 20 (iyirmi) manat dəyərində, kütləsi 45,37 qram təşkil edən, qiymətsiz metal ərintisindən hazırlanmış sarı rəngli qırıq vəziyyətdə olan boyunbağı; Bir ədəd 5 (beş) manat dəyərində, kütləsi 1,08 qram təşkil edən, qiymətsiz metal ərintisindən hazırlanmış sarı rəngli, üzərində «MAİSON SCOTCH» yazıları olan kulon; Bir ədəd 5 (beş) manat dəyərində, kütləsi 1,64 qram təşkil edən, üzərində bir ədəd yaşıl rəngli qiymətsiz qaş olan, qiymətsiz metal ərintisindən hazırlanmış sarı rəngli üzük; Bir ədəd 5 (beş) manat dəyərində, kütləsi 1,66 qram təşkil edən, üzərində bir ədəd qırmızı rəngli qiymətsiz qaşolan, qiymətsiz metal ərintisindən hazırlanmış sarı rəngli üzük; Bir ədəd 5 (beş) manat dəyərində, kütləsi 1,61 qram təşkil edən, üzərində bir ədəd göy rəngli qiymətsiz qaş olan, qiymətsiz metal ərintisindən hazırlanmış sarı rəngli üzük; Bir ədəd 5 (beş) manat dəyərində, kütləsi 1,64 qram təşkil edən, üzərində bir ədəd bənövşəyi rəngli qiymətsiz qaş olan, qiymətsiz metal ərintisindən hazırlanmış sarı rəngli üzük) (i.v.146-149). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, müvafiq ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndinə əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, ekspert rəyinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 20 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 dekabr 2022-ci il tarixdə, saat 18:20-də tutulmuşdur (i.v.51-52). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 22 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.76-78). “Qətimkan tədbirinin seçilməsi haqqında” 22 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir (i.v.79-80). Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 1(011)-285/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 25 yanvar 2023-cü il tarixdən hesablanması hökm edilmişdir (i.v.105-111). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 26 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 04 mart 2010-cu il tarixli hökmünə əsasən AR CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20 may 2013-cü il tarixdə Amnistiya aktına əsasən cəzadan azad edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 yul 2016-cı il tarixli hökmünə əsasən AR CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, 03 sentyabr 2020-ci il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır (i.v.142-144). Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2012-ci il təvəllüdlü (X1) uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını (CM- 59.1.4), törətdiyi cinayəti etiraf etməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəza ona Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 1(011)- 285/2023 saylı hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona AR CM-nin 66.5-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, AR CM-nin 66.5-ci maddəsinə əsasən ona hazırda təyin edilmiş cəza Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 1(011)-285/2023 saylı hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə maddi sübut hesab olunan bir ədəd 25 (iyirmi beş) manat dəyərində, kütləsi 50,60 qram təşkil edən, üzərində müxtəlif rənglərdə qiymətsiz qaşlar olan, qiymətsiz metal ərintisindən hazırlanmış sarı rəngli qol saatı; Bir ədəd 05 (beş) manat dəyərində, kütləsi 5,33 qram təşkil edən, üzərində qiymətsiz rəngsiz şəffaf qaşlar olan, qırmızımtıl rəngli, üzünsov formalı, bəzi qaşlarının yerləri boş olan, qiymətsiz metal ərintisindən hazırlanmış üzük; Bir ədəd 08 (səkkiz) manat dəyərində, kütləsi 6,85 qram təşkil edən, üzərində qiymətsiz rəngsiz şəffaf qaşlar olan, qiymətsiz metal ərintisindən hazırlanmış sarı rəngli üzük; Bir ədəd 20 (iyirmi) manat dəyərində, kütləsi 45,37 qram təşkil edən, qiymətsiz metal ərintisindən hazırlanmış sarı rəngli qırıq vəziyyətdə olan boyunbağı; Bir ədəd 5 (beş) manat dəyərində, kütləsi 1,08 qram təşkil edən, qiymətsiz metal ərintisindən hazırlanmış sarı rəngli, üzərində «MAİSON SCOTCH» yazıları olan kulon; Bir ədəd 5 (beş) manat dəyərində, kütləsi 1,64 qram təşkil edən, üzərində bir ədəd yaşıl rəngli qiymətsiz qaş olan, qiymətsiz metal ərintisindən hazırlanmış sarı rəngli üzük; Bir ədəd 5 (beş) manat dəyərində, kütləsi 1,66 qram təşkil edən, üzərində bir ədəd qırmızı rəngli qiymətsiz qaş- olan, qiymətsiz metal ərintisindən hazırlanmış sarı rəngli üzük; Bir ədəd 5 (beş) manat dəyərində, kütləsi 1,61 qram təşkil edən, üzərində bir ədəd göy rəngli qiymətsiz qaş olan, qiymətsiz metal ərintisindən hazırlanmış sarı rəngli üzük; Bir ədəd 5 (beş) manat dəyərində, kütləsi 1,64 qram təşkil edən, üzərində bir ədəd bənövşəyi rəngli qiymətsiz qaş olan, qiymətsiz metal ərintisindən hazırlanmış sarı rəngli üzük hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 1(011)-285/2023 saylı hökmü ilə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 dekabr 2022-ci il tarixdən 22 dekabr 2022-ci il tarixədək şübhəli şəxsi qismində saxlanıldığı saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 25 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 1(011)-285/2023 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs həbsdə olması nəzərə alınsın. İş üzrə maddi sübut- bir ədəd 25 manat dəyərində, kütləsi 50,60 qram təşkil edən, üzərində müxtəlif rənglərdə qiymətsiz qaşlar olan, qiymətsiz metal ərintisindən hazırlanmış sarı rəngli qol saatı, bir ədəd 05 manat dəyərində, kütləsi 5,33 qram təşkil edən, üzərində qiymətsiz rəngsiz şəffaf qaşlar olan, qırmızımtıl rəngli, üzünsov formalı, bəzi qaşlarının yerləri boş olan, qiymətsiz metal ərintisindən hazırlanmış üzük, bir ədəd 08 manat dəyərində, kütləsi 6,85 qram təşkil edən, üzərində qiymətsiz rəngsiz şəffaf qaşlar olan, qiymətsiz metal ərintisindən hazırlanmış sarı rəngli üzük, bir ədəd 20 manat dəyərində, kütləsi 45,37 qram təşkil edən, qiymətsiz metal ərintisindən hazırlanmış sarı rəngli qırıq vəziyyətdə olan boyunbağı, bir ədəd 5 manat dəyərində, kütləsi 1,08 qram təşkil edən, qiymətsiz metal ərintisindən hazırlanmış sarı rəngli, üzərində «MAİSON SCOTCH» yazıları olan kulon, bir ədəd 5 manat dəyərində, kütləsi 1,64 qram təşkil edən, üzərində bir ədəd yaşıl rəngli qiymətsiz qaş olan, qiymətsiz metal ərintisindən hazırlanmış sarı rəngli üzük, bir ədəd 5 manat dəyərində, kütləsi 1,66 qram təşkil edən, üzərində bir ədəd qırmızı rəngli qiymətsiz qaş olan, qiymətsiz metal ərintisindən hazırlanmış sarı rəngli üzük, bir ədəd 5 manat dəyərində, kütləsi 1,61 qram təşkil edən, üzərində bir ədəd göy rəngli qiymətsiz qaş olan, qiymətsiz metal ərintisindən hazırlanmış sarı rəngli üzük, bir ədəd 5 manat dəyərində, kütləsi 1,64 qram təşkil edən, üzərində bir ədəd bənövşəyi rəngli qiymətsiz qaş olan, qiymətsiz metal ərintisindən hazırlanmış sarı rəngli üzük hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 128 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar