Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-812/2024 29.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1972-ci il tarixdə İsmayıllı rayonu Sulut kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum edilməmiş, işləməyən, İsmayıllı rayonu Sulut kəndində qeydiyyatda olan, faktiki olaraq ünvan 1-də yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən olunmamış vaxtda və mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarından istifadə etməklə 2024-cü ilin iyul ayının əvvəllərində yaşadığı ünvan 1 ünvanında yerləşən həyətyanı sahəsində hasarın kənarında dəmir şifer ilə hasarlanmış üzüm bitkisi əkilmiş sahədə 1 ədədini dibçəkdə, 12 ədədini isə torpaqda qanunsuz olaraq xeyli miqdarda, yəni 13 ədəd tərkibində narkotik maddələr olan narkotik təbiətli çətənə (kannabis) bitkilərini əkib 27 iyul 2024-cü il tarixədək aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə kultivasiya etmiş, onun qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kültivasiya etməsi barədə daxil olmuş məlumat əsasında Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri zamanı 27 iyul 2024-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanın yaxınlığında saxlanılıb yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən həyətdə yerləşən iki mərtəbəli fərdi yaşayış evinin ön tərəfində yerləşən həyətyanı sahəsində qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi yaş vəziyyətdə ümumi təmiz çəkisi 235,0 qram olan 13 ədəd əkilib-becərilməsi qadağan olunmuş aqrotexniki qaydada qulluq göstərilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, özü 1-ci Qarabağ müharibəsində iştirak etmiş, travma almış, ondan sonra ağrıları olduğu üçün marixuanadan istifadə etməyə başlamışdır, bir neçə vaxt bundan əvvəl narkotik vasitə olan marixuana növünün toxumunu tapmış və özündə saxlamışdır. Onun bel və digər nahiyyələrində kəskin ağrılar olmuşdur. Bir dəfə narkotik maddə olan marixuanadan istifadə etmiş və ağrılarının sakitləşdiyini görmüşdür. O qərara gəlmişdir ki, tapdığı narkotik maddənin toxumlarını yaşadığı ünvan 2 ünvanın həyətyanı sahəsində öz şəxsi istifadəsi üçün əkib becərsin. O yaşadığı evin həyətində yaşadığı evlə üzbəüzdə yerləşən həyətyanı sahədə iyul ayının əvvəllərində çətənə bitkisi toxumları əkmişdir. Əkdiyi çətənə bitkisinin çıxmasını görüb onların yaxşı becərməsi üçün onlara su verməklə qulluq etməyə başlamışdır. O həmin bitkilərə qulluq etməyə davam etməklə həmin bitkilər də daha yaxşı inkişaf etməyə başlamışdır. Məqsədi həmin bitkilər böyüdükcə özünün istifadəsi üçün bitkilərin yarpaqlarını dərib qurutmaq olmuşdur. Bu barədə ailə üzvlərinə məlumat verməmişdir. Həmin bitkiləri tək başına əkmiş və əkimində ailə üzvülərinin heç bir rolu olmamışdır. 27 iyul 2024-cü il tarixdə saat təxminən 17 radələrində yaşadığı evin qarşısında olarkən ona bir neçə şəxs mülki geyimdə yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan şəxsiyyətini təsdiq edən sənəd istəyib onun hərəkətlərindən şübhələnərək Sabunçu RPİ-nin 14-cü PŞ-nə dəvət etmişlər. Ona şübhəli şəxs qismində tutulmağının səbəbləri və şübhəli şəxs kimi hüquq və vəzifələri izah edilmiş, ona hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Sabunçu RPİ-nin 14-cü PŞ-də olarkən onun üzərinə şəxsi axtarış keçirmişlər və üzərindən qanunsuz saxladığı predmet və əşya aşkar edilməmişdir. Onun üzərinə polis şöbəsində şəxsi axtarış aparılarkən yaşadığı evin həyətində çətənə bitkilərinin əkməyinin ifşa olunacağını bilərək polis əməkdaşlarına könüllü olaraq çətənə bitkilərini əkməyini bildirmişdir. PŞ-də olarkən ona hüquqlarının müdafiəsi üçün təqdim olunmuş vəkilin iştirakı ilə razılığı əsasında yaşadığı ünvana baxış keçiriləcəyi barədə izah edildikdə həmin vaxt yaşadığı ünvanın həyətində çətənə bitkisi becərdiyindən yaşadığı ünvana baxış aparılmazdan əvvəl vəkilin iştirak etməsindən imtina etmişdir ki, vəkil yaşadığı ünvanın həyətyanı sahəsində çətənə bitkilərini becərməsini özü gözü ilə görməsin ki, gələcəkdə onu ürəkdən müdafiə edə bilsin. Bundan sonra polis əməkdaşlarına yaşadığı ünvan 3 ünvanın həyətyanı sahədə çətənə bitkilərini əkdiyi yeri göstərmişdir. Yaşadığı ünvanın həyətyanı sahəsində əkdiyi ümumi sayı 13 ədəd çətənə bitkiləri polis əməkdaşları tərəfindən müvafiq sənədləşdirmə aparılaraq əkdiyi yerdən çıxarılıb torbaya qablaşdırılıb möhürlənmişdir. Narkotik tərkibli çətənə bitilərini becərməkdə məqsədi şəxsi istifadəsi ilə bağlı olmuşdur. O həmin narkotik vasitəni özü qəbul etmək üçün əkmişdir. Həmin narkotik vasitəni kiməsə satmaq, pay vermək fikri olmamışdır. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Sabunçu rayon Polis İdarəsinin 14-cü PŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Onun ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün şöbə rəisinin adına 27 iyul 2024-cü il tarixdə raport yazmışdır. Şöbə rəisininin razılığı ilə əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün və Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə tərəfindən 27 iyul 2024-cü il tarixdə qərar verilməklə Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşından ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin sənədlər əsasında o Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşı Şahid2 ilə birlikdə 27 iyul 2024-cü il tarixdə saat 16:50 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanın yaxınlığına gələrək mövqe seçib müşahidəyə başlamışlar. Həmin gün saat 17 radələrində qeyd olunan ünvanda yerləşən evin qarşısına bir nəfər zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin çıxdığını görüb ona yaxınlaşmışlar. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxs də özünü təqdim etmiş və məlum olmuşdur ki, o, Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə PŞ-nə məlumat daxil olduğunu bildirib Təqsirləndirilən şəxs PŞ-nə dəvət etmişlər. PŞ-də olarkən Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi barədə izah edildikdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsində vəkilin iştirak etməsindən imtina etmiş və bununla bağlı olaraq vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılmasına etiraz etməməyi ilə bağlı ərizə vermişdir. Sabunçu RPİ-nin 14-cü PŞ-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan olunmuş əşya olduğu halda təqdim etməsi təklif etdikdə Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən «Redmi» markalı mobil telefonu təqdim edərək üzərində qanunla qadağan olmayan əşyaların olmamasını, lakin yaşadığı evin həyətyanı sahəsində 13 ədəd çətənə bitkisini əkib becərməsini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı iş üçün əhəmiyyət kəsb edəq maddi sübut müəyyən olunub götürülməmişdir. PŞ-də olarkən Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə yaşadığı evdə axtarış keçiriləcəyi barədə izah edildikdə Təqsirləndirilən şəxs yaşadığı ünvanda axtarış aparılmazdan əvvəl vəkilin iştirak etməsindən imtina etmişdir. Bununla bağlı olaraq vəkilin iştirakı olmadan yaşadığı ünvanda axtarış aparılmasına etiraz etməməyi ilə bağlı ərizə vermişdir. PŞ-də Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında narkotik vasitə çətənə bitkisi əkib becərməkdə, yaşadığı ünvanda narkotik vasitə saxlamaqda şübhəli olduğundan yaşadığı ünvana baxış keçirəcəklərini bildirdikdə Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik vasitə çətənə bitkisinin əkib becərməsi ilə məşğul olur. Hazırda həmin sahədə özünün qəbul etməsi məqsədi ilə çətənə bitkisini əkib becərmiş və özü də qulluq etmişdir. PŞ-də olarkən Təqsirləndirilən şəxs yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilməsi təklif olunduqda o buna razılıq verib bu barədə ərizə yazdıqdan sonra onun yaşadığı ünvana daxil olmuşlar. Təqsirləndirilən şəxs yaşadığı ünvanda axtarış və götürmə aparılması barədə qərarla tanış edib yaşadığı ünvanda və ya həyətyanı sahədə qanunla dövriyyəsi qadağan edilmiş əşya olduğu halda təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən həyətyanı sahəni göstərib bildirmişdir ki, həmin həyətyanı sahəsində hasarın kənarında dəmir şifer ilə hasarlanmış üzüm bitkisi əkilmiş sahədə xüsusi qaydada qulluq edilmiş 40-90 sm hündürlükdə 12 ədədin torpaqda, 70 sm hündürlükdə 1 ədədin isə dibçəkdə çətənə bitkilərini əkərək qulluq edərək suvarmışdır, həmin çətənə bitkilərinin yarpaqlarını gələcəkdə qurudaraq özü üçün istifadə edib qəbul edicəkdir. Həmin günü dəvət olunmuş mütəxəssis aqranomun iştirakı ilə Təqsirləndirilən şəxs etirazı olmadan həyətyanı sahəsinə baxış keçirilmişdir. Mütəxəssis aqranomun iştirakı ilə baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanın ön tərəfində yerləşən hasarın kənarında dəmir şifer ilə hasarlanmış üzüm bitkisi əkilmiş sahədə xüsusi qaydada qulluq edilmiş 40-90 sm hündürlükdə 12 ədədin torpaqda, 70 sm hündürlükdə 1 ədədin isə dibçəkdə əkilmiş çətənə bitkilərinin olması aşkar olunmuşdur. Həmin bitkilərin yetişdirildiyi yerə baxan mütəxəssis çətənə bitkilərinə işıqlanma və havalanma şəraiti yaradılmış mühütdə aqrotexniki qaydada qulluq olunduğunu, suvarıldığını və diblərinin götürüldüyünü bildirmişdir. Aşkar olunmuş çətənə bitkiləri ekspertizaya təqdim olunması üçün tərəflərindən polietilen torbaya yığılaraq möhürlənmiş və götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, o həmin çətənə bitkilərinin gələcəkdə yarpaqlarını qurudaraq özü üçün qəbul edəcəkdir. Bundan sonra baxış zamanı hər hansı bir qanunsuz əşya və bitki aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən həyətyanı sahənsində əkilmiş, xüsusi qaydada qulluq edilmiş çətənə bitkilərinin aşkar edilib götürülməsinə dair protokol tərtib olunmuş və tərtib olunmuş protokola tədbir iştirakçıları o cümlədən Təqsirləndirilən şəxs özü də etiraz etmədən imza etmişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 27 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00 radələrində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.16); şəxsi axtarış və götürmə aparılması haqqında 27 iyul 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz cins şalvarın sağ yan cibindən “Redmi” markalı mobil telefonu təqdim edərək əlavə üzərində heç bir qanunsuz əşya olmadığını, lakin yaşadığı ünvanın həyətyanı sahəsində 13 ədəd çətənə kolları əkib-becərdiyini bildirdi. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya, sənəd və maddələr aşkar edilmədi.(i.v.28-29); baxış və götürmə aparılması haqqında 27 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanın həyətyanı sahəsində yerləşən hasarın kənarında dəmir şifer ilə hasarlanmış üzüm bitkisi əkilmiş sahədə xüsusi qaydada qulluq edilmiş 40-90 sm hündürlükdə torpaqda 12 ədəd, 70 sm hündürlükdə 1 ədədi isə dibçəkdə əkilmiş çətənə bitkiləri aşkar olunaraq götürülmüşdür (i.v.39-40); 27 iyul 2024-cü il tarixli aqranom rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı iki mərtəbəli yaşayış evinin fərdi yaşayış evinin ön tərəfində, dəmir şifer ilə hasarlanmış təxminən 5 kv m sahəsi olan yerdə, üzüm ağacının yanında əkilməsi və becərilməsi qadağan olunan 40-90 sm müxtəlif hündürlükdə 12 (on iki) ədəd, bir ədəd dibçəkdə 70 sm hündürlükdə 1 (bir) ədəd, cəmi 13 (on üç) ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunmuşdur. Çətənə bitkilərinə aqrotexniki qaydada qulluq olunmuş, torpaq səthi alaq otlardan təmizlənmiş və suvarılmışdır. Çətənə bitkiləri polis əməkdaşları tərəfindən çıxarılmış, sayılmış, qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür (i.v.41); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-7/1227 nömrəli 28 iyul 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ümumi sayı 13 (on üç) ədəd yaş vəziyyətdə ümumi çəkisi-235,0 qram olan bitkilər əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqranomun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir (i.v.46-48); Baxış keçirilməsi barədə 28 iyul 2024-cü il tarixli protokoldan görünür ki, həmin görüntü açıldıqda fərdi yaşayış evinin qarşısında xüsusi geyimində şəxs və mülki geyimdə olan şəxslər görüntüyə gəlir. Polis kapitanı xüsusi geyimində olan şəxs özünü 14-cü PŞnin təhqiqatçısı Əfsun Əzimov kimi təqdim edir və Sabunçu RPİ 14-cü PŞ-nin əməkdaşları tərəfindən narkotik bitkiləri əkib becərməsində şübhəli bilinən Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanın yaxınlığında saxlanılıb yaşadığı yaşayış sahəsinə 27 iyul 2024cü il tarixdə baxış keçirilməsini bildirir. Bundan sonra baxışda iştirak edən şəxslər özlərini təqdim etmələrindən məlum olur ki, baxışda Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməliyyat müəvəkkilləri Şahid1, Şahid2, mətəxəssis aqranom X1 və saxlanılan Təqsirləndirilən şəxs iştirak edir. Təqsirləndirilən şəxs yaşadığı evdə baxış və götürmə aparılması barədə qərarla tanış edib yaşadığı ünvanda və həyətyanı sahədə qanunla dövriyyəsi qadağan edilmiş əşya olduğu halda təqdim etməsi təklif olunur. Təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanın həyətyanı sahəsində çətənə bitkilərini əkməsini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanın ön tərəfində yerləşən hasarın kənarında dəmir şifer ilə hasarlanmış üzüm bitkisi əkilmiş sahədə xüsusi qaydada qulluq edilmiş 12 ədədinin torpaqda, 1 ədədinin isə dibçəkdə əkilmiş çətənə bitkiləri aşkar olunur. Aşkar olunmuş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq olunub-olunmamasını müəyyən etmək məqsədi ilə mütəxəssis aqranomun iştirakı ilə sahəyə baxış zamanı mütəxəssis aqranom çətənə bitkilərinə aqrotexniki qaydada qulluq olunduğunu, suvarıldığını və diblərinin götürüldüyünü bildirir. Aşkar olunmuş çətənə bitkiləri ekspertizaya təqdim olunması üçün çətənə bitkiləri polietilen torbalara yığılaraq möhürlənir və götürülür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, o həmin çətənə bitkilərinin gələcəkdə yarpaqlarını qurudaraq özü üçün qəbul edəcəkdir. Baxış zamanı başqa qanunsuz əşya və predmet aşkar edilmir. Təhqiqatçı həmin çətənə bitkilərinin qablaşdırmaq üçün bağlamaların üzərində qeydlər edir, iştirak edənlər bağlamanın üzərini imzalayır və bağlamalar qablaşdırılmaqla möhürlənir. Bununla əlaqədar tərtib olunmuş protokol cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.63); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 29 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə ittiham elan edilmişdir (i.v.64-65); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 29 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və onun dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v.84-86); Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında 29 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.87); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v 95); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsinin xx.xx.2024-cü il tarixli 5427 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.99-100); Sübutların qiymətləndirilməsi haqqında 15 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əkib yetişdirməklə kultivasiya etdiyi yaş vəziyyətdə ümumi çəkisi 235,0 qram olan 13 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri (ekspertiza tədqiqatından sonra qalıq 234.74 qram) cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində əkib yetişdirməklə kultivasiya etdiyi, aqrotexniki qaydada qulluq göstərilmiş narkotik təbiətli çətənə (kannabis) bitkilərinin aşkar edilməsinə dair baxışın və götürmənin aparılması görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübit kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (i.v.106-112); Məhkəmə iclasında bir ədəd “DVD” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 27 iyul 2024-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) — üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Tərkibində narkotik maddələr olan bitkilər» adlı İİİ siyahının 1.2-ci bəndinə əsasən 13 ədəd çətənə bitgisi xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını(CM-59.2) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 27 iyul 2024-cü il tarixdən 29 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan 13 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı(CPM-132), 72 (yetmiş iki) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 4 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 iyul 2024-cü il tarixdən 29 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 11 (on bir) ay (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs əkib yetişdirməklə kultivasiya etdiyi yaş vəziyyətdə ümumi çəkisi 235,0 qram olan, ekspertiza tədqiqatından sonra qalıq 234.74 qram 13 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 15 iş saatına görə 90 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********0000001944, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-812/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-812/2024
29.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver