Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-815/2023 15.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi- Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Noda kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası, nömrəsiz ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 27 iyul 2023-cü tarixdə, saat 12 radələrində yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası nömrəsiz ünvanın qonaq otağında arvadı Zərərçəkmiş şəxs ilə köynəyini yaxşı yumadığı səbəbindən ailə məişət zəmində aralarında yaranmış mübahisə zamanı əl zərbələri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə dəfə vuraraq ona sağ təpə-gicgah nahiyəsinin dəriaitı hematoması, alın və hər iki said nahiyələrinin qançırlarından ibarət, ümumilikdə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə, qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, hadisə günü Lamiyə ilə aralarında köynəyə görə mübahisə yaranmışdır. Belə ki, o, ağ köynəyini ütüləmək üçün bacısı Firuzəyə vermiş, bacısı ona köynəkdə ləkə olduğunu bildirmişdir. Hər dəfə Lamiyə onun köynəklərini yuyanda köynəklərdə qırmızı ləkə qalırmış. O, Lamiyədən niyə köynəyi təmiz yumadığını soruşduqda, Lamiyə ona köynəyi anasının yuduğunu bildirmişdir. O, həmin vaxt digər otaqda olan anasından köynəyi yuyub-yumadığını soruşduqda anası köynəyi yumadığını bildirmişdir. Bu zaman o, əsəbləşərək Lamiyədən niyə yalan danışdığını soruşmuş, Lamiyə isə həmin vaxt ağzına gələn sözləri deyərək stolun üzərində olan qabları divara çırpmağa başlamışdır. O, Lamiyənin üzərinə getmək istəyərkən Lamiyə yataq otağına qaçmış və taxtın üzərinə çıxmışdır. Həmin vaxt anası onun qarşısına keçərək Lamiyəni vurmağa imkan verməmişdir. O, özü işə tələsdiyindən geyinərək işə getmişdir. O, evdən çıxarkən Lamiyədə heç bir xəsarət olmamışdır. O, hadisə günü Lamiyəyə ümumiyyətlə toxunmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs hadisə günü evdə Lamiyə ilə tək olmadıqlarını, evdə bacısı ilə anasının da olduğunu, onların da olanlara şahid olduqlarını, təhqiqatçıya da bu barədə dediyini, təhqiqatçı tərəfindən komputerlə yazılmış ifadələri oxumadan imzaladığını, təhqiqatçıya Lamiyəni vurmadığını dəfələrlə bildirdikdə təhqiqatçı ona “qolundan tutsan belə kifayətdi ki, cinayət olsun, həm də ekspert rəyi var, ona görə də verdiyim sənədləri imzala” dediyini, bu səbəbdən sənədləri oxumadan imzaladığını, Lamiyə ilə mübahisələrinin 10-15 dəqiqə davam etdiyini, Lamiyənin nə başından, nə də başqa hər hansı nahiyyəsindən vurmadığını, Lamiyənin yalan danışdığını və ona şər atdığını, Lamiyənin ona bu işlərdə professional olduğunu və onun başına oyun açacağını dəfələrlə bildirdiyini, bacısının Lamiyənin videosunu çəkdiyini, həmin videoda Lamiyənin onun Lamiyəni əslində vurmadığını etiraf etdiyini, daha sonra Lamiyənin həmin videonu sildiyini, təhqiqatçı tərəfindən dindirilərkən otaqda tək olduqlarını, Lamiyə səs-küy saldığından onun otaqdan çıxarıldığını, Lamiyəni bu hadisədən sonra Cəlilabad rayonuna atasının yanına apardığını, qısa müddət öncə Lamiyənin Cəlilabad Rayon Polis İdarəsinə atasından da şikayət edərək atasının ona xəsarət yetirdiyini bildirdiyini, atasının özünün ona zəng edərək Lamiyənin psixoloji problemlərinin olduğunu və onu da tutdurmaq istədiyini bildirdiyini göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə günü evdə heç kim olmamışdır. Əmrah bacısına onun köynəyini ütüləməsini dedikdə bacısı Firuzə köynəkdə ləkə olduğunu bildirmişdir. Əmrah bıçağı götürərək onun üzərinə gəlmiş və nə üçün köynəyi belə yuduğunu demişdir. O, Əmrahın əlindən bıçağı almaq istəyərkən Əmrah bıçağı onun qarnına vurmuşdur. Çətinliklə də olsa Əmrahın əlindən bıçağı almışdır. Həmin vaxt isə bıçaq onun qoluna dəymişdir. Bu zaman qolunda xəsarət yaranmış və qolunda kəsik izi qalmışdır. Ondan sonra Əmrah onun bel nahiyyəsinə təpiklə, təpəsinin ortasına isə yumruqla vurmuşdur. Hazırda o, təqsirləndirilən şəxslə barışmış və Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs hadisə günü Əmrahın bacısının evdə olduğunu, anasının isə işdə olduğunu, Əmrahla aralarında olan mübahisənin 1 saat davam etdiyini, həmin müddət ərzində heç kimin onu Əmrahın əlindən almadığını, Əmrahın bıçaqla da onu vurduğunu, bıçağı onun qoluna batırdığını, təhqiqatçının hansı səbəbdən bu barədə yazmadığını bilmədiyini, öz ifadələrini oxuyaraq imzaladığını, qolundakı qançırların qolunun Əmrah tərəfindən əllə sıxılması nəticəsində yarandığını, Əmrahın dindirilməsində özünün də iştirak etdiyini, Əmrahın təhqiqatçı ondan Lamiyəni vurduğunu soruşanda deyilənlərin yalan olduğunu bildirdiyini, təxminən hadisədən 2 saat sonra polisə zəng etdiyini, Əmrahın təhqiqatçının yanında onu vurduğunu etiraf etdiyini, Əmrahın bacısı video çəkərkən həqiqətən də Əmrahın onu vurmadığını və xəsarət yetirmədiyini dediyini, buna səbəb isə təhqiqatçının ona “get evə sakit otur ki, səni evdən çıxarmasınlar” deməsinin olduğunu, bəli bu yaxınlarda atasının da onu vurması barədə Cəlilabad Rayon Polis İdarəsinə şikayət verdiyini, atasının onun belindən vurduğunu bildirmişdir. Sədrlik edən zərərçəkmiş şəxsə hansı səbəbdən eyni suallara dəqiqə fərqi ilə tam fərqli cavab verməsinin səbəbini soruşduqda zərərçəkmiş şəxs həyəcanlı olduğundan bu formada cavablar verdiyini bildirmişdir. Zərərçəkmiş şəxsə onun göstərdiyi xəsarətlərlə ekspert rəyində aşkar edilmiş xəsarətlərin uyğun gəlməməsi və bununla bağlı nə deyə bilməsi ilə sual ünvanlandıqda isə zərərçəkmiş susaraq suala cavab verə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsin bacısıdır. Hadisə günü o da evdə olmuşdur. Belə ki, o, Əmrahgillə eyni həyətdə yaşayır və tez-tez anasıgilə gəlir. Hadisə günü səhər o, qardaşına yemək vermiş, qardaşı ona köynəyini ütüləməsini bildirmişdir. O, köynəyi ütüləmək istəyərkən köynəkdə ləkə görmüş və Əmraha demişdir ki, köynəkdə ləkə var, başqa köynək geyinsin, o, özü köynəyi yenidən yuyar. Bu zaman Əmrah Lamiyədən niyə köynəyi ləkəli yuduğunu soruşduqda Lamiyə köynəyi anasının yuduğunu bildirmişdir. Həmin vaxt anası işdən gələrək yatırmış. Əmrah gedib anasını oyadaraq köynəyi yuyub-yumadığını soruşmuş, anası isə yumadığını bildirmişdir. Əmrah əsəbləşərək Lamiyədən niyə yalan danışdığını soruşmuşdur. Əmrahın əsəbləşdiyini görəndə Lamiyə yataq otağına qaçmışdır. Həmin vaxt anası da səsə oyanmışdır. Lamiyə qardaşının ünvanına nalayiq sözlər deyəndə Əmrah onun üstünə gedərkən anası qabağına keçərək buna imkan verməmişdir. Sonra Lamiyə otağın qapısını bağlamış və heç kimi içəri buraxmamışdır. Əmrah işə getdikdən bir müddət sonra Lamiyənin polisə zəng etdiyini bilmişlər. Lamiyə otaqdan anasına “gör sənin oğlunun başına nə oyun açacam, onu tutduracam” demişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid X6 hadisə günü Əmrahın Lamiyəyə ümumiyyətlə toxunmadığını, dəfələrlə Lamiyənin özünə xəsarət yetirmək istədiyini, dəfələrlə onun əlindən bıçaq aldıqlarını, hətta bir dəfə bıçağı Lamiyənin əlindən alarkən digər bacısının əlinin kəsildiyini, bıçağı hər dəfə əlinə alaraq özünü kəsəcəyini bildirdiyini, bir dəfə bıçağı Əmraha verərək “məni öldür” dediyini, Lamiyənin videosunu çəkərkən özünün Əmrahın onu vurmadığını etiraf etdiyini, daha sonra Lamiyənin həmin videonu sildiyini, Lamiyənin söylədiklərinin yalan-böhtan olduğunu, Lamiyə hadisədən bir neçə saat evdən çıxıb gedərkən alnında, başında, qolunda heç bir xəsarətin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, göyərti bağlamaqla məşğuldur. Gecə saat 3-4 radələrində işə gedir və səhər saatlarında evə qayıdır. Hadisə günü səhər o, evə gəlmiş, bir stəkan çay içərək yatmağa getmişdir. O, yatarkən oğlu Əmrah onu yuxudan oyadaraq ağ köynəyini onun yuyub-yumadığını soruşmuş, o isə həmin köynəyi yumadığını bildirmişdir. Əmrah Lamiyədən niyə yalan danışdığını soruşduqda Lamiyə Əmrahın ünvanına nalayiq ifadələr işlədərək söyməyə başlamışdır. O, səsə oyanaraq mətbəxə getmişdir. Firuzə də həmin gün onlar da olmuşdu. Lamiyə söyüş söydüyündən Əmrah onun üstünə getmək istəyəndə Lamiyə yataq otağına gedərək taxtın üstünə çıxmışdır, bu zaman Əmrah Lamiyənin üstünə gedərkən o, Əmrahın qarşısına keçərək buna imkan verməmişdir. Sonra Əmrah işə getmiş, Lamiyə isə otağın qapısını bağlayaraq onları da içəri buraxmamışdır. Onun telefonu Lamiyədə olmuşdur. Lamiyənin polisə zəng etdiyini sonradan bilmişlər. Lamiyənin dedikləri yalandır. Əmrah həmin gün Lamiyəni ümumiyyətlə vurmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq X1 dəfələrlə özünə xəsarət yetirmək istədiyini, onun əlindən evdə kəsici-deşici əşyaları gizlətdiklərini, dəfələrlə onun əlindən bıçaq aldıqlarını, Lamiyənin hadisədən sonra evdən çıxıb gedərkən hər hansı nahiyyəsində xəsarət olmadığını, həmin xəsarətlərin özü tərəfindən yetirildiyini düşündüyünü, Əmrahın Lamiyəni vurmadığını, təhqiqatçının yanına gedərək hadisə günü olanlara şahidlik etdiyini bidlirsə də, təhqiqatçının ona əhəmiyyət vermədiyini və izahatını almadığını bildirmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis şöbəsinin baş təhqiqatçısı X9 verilmiş suallara cavab olaraq Əmrahın özünün etirafedici ifadə verdiyini, hadisə günü hadisənin Əmrahgilin yataq otağında baş verdiyini və həmin otaqda heç kəsin olmadığını, evdə kiminsə olub-olmadığını bilmədiyini, lakin hadisənin baş verdiyi yataq otağında heç kəsin olmadığını, Əmrahın Lamiyənin bədənin müxtəlif yerlərinə əllə vurduğunu bildirdiyini, Əmrahın onu bıçaqla vurması barədə söz demədiyini, konkret hansı nahiyyələrinə vurmasını dəqiqləşdirmədiyini, ekspert rəyi daxil olandan sonra da nə təqsirləndirilən, nə də zərərçəkmiş şəxsə rəylə bağlı hər hansı sual verərək xəsarətlərin lokalizasiyasını dəqiqləşdirmədiyini bildirmişdir. Sədrlik edən tərəfindən təqsirləndirilən şəxsin anasının idarəyə gələrək hadisə yerində olduğunu ona bildirməsi və X4 hansı səbəbdən izahatının alınmaması ilə bağlı sual ünvanlandıqda təhqiqatçı susaraq suala cavab verə bilməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş ekspert X10 verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlərdən sağ-təpə gicgah nahiyyəsinin dərialtı hematomasının yüngül dərəcəli, alın və hər iki said nahiyyələrinin qançırlarının isə dərəcəsi təyin olunmayan xəsarətlər olduğunu, xəsarətlərin yumruq və ya hər hansı bərk küt əşyanın təsirindən yaranmasının mümkün olduğunu, xəsarətlərin yıxılma nəticəsində yaranmasının mümkün olmadığını, sağ təpə-gicgah nahiyyəsi dedikdə təpədən sağ tərəfdə sağ qulağa yaxın nahiyyənin nəzərə tutulduğunu, Lamiyənin qolundakı xəsarətin qolun sıxılması nəticəsində yaranmasının mümkün olmadığını və bərk zərbədən yaranan qançır olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” 27 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası, nömrəsiz ünvanda baş vermişdir (i.v.11-13). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X17 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının 29 iyul 2023-cü il tarixli, 1797 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ təpə-gicgah nahiyəsinin dəriaitı hematoması, alın və hər iki said nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 27 iyul 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakterinə və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də, müayinə olunan şəxsin özü tərəfindən yetirilməsi inkar olunur (i.v.19-20). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.53). “Sübutların qiymətləndirilməsi haqqında” 15 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 128-ci maddəsi ilə tövsif edilmiş, zərərçəkmiş şəxsin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, məhkəmə-tibbi ekspertizasının rəyinin və işdə olan digər protokolların sübut kimi qəbul edilməsi qərara alınmışdır (i.v. 57-58). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Hazırkı ittiham üzrə Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin nə vaxt, hansı şəraitdə və kim tərəfindən yetirilməsi mübahisəli olmaqla həmin hal üzrə zidiyyətli və şübhəli məqamlar müəyyən edilmişdir. Məhkəmənin gəldiyi qənaətə görə istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs ittihamda göstərilən tarixdə və şəraitdə xəsarətlərin Təqsirləndirilən şəxs tərəfindən yetirilməsinə dair nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, toplanılmış sübutlar isə xəsarətin Təqsirləndirilən şəxs tərəfindən yetirilməsini təsdiq etmək və ona AR CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsi üçün yetərli olmamışdır. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Belə ki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamları təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları təqsirləndirilən şəxsin xeyrinə həll etməli olması qanunvericiliklə birbaşa müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə gəldiyi qənaəti əsaslandırarkən ilk növbədə zərərçəkmiş şəxsin məhkəmə istintaqına qədərki mərhələdə verdiyi ifadələrlə məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin əlaqəli və müqayisəli şəkildə tədqiq edilməsini zəruri hesab edir. Belə ki, məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan (i.v.9-10) Zərərçəkmiş şəxs 27 iyul 2023-cü il tarixli ilkin izahatından görünür ki, o, həmin izahatında bildirmişdir ki, 27 iyul 2023-cü il tarixdə, saat 12:00 radələrində yaşadıqları evdə olan zaman Əmrah evdən çıxmaq istəyən zaman geyinmək üçün ondan istəmiş, bu zaman aralarında sözlə mübahisə yaranmış,mübahisə zamanı Əmrah əli ilə onun bədəninin müxtəlif yerlərinə vurub xəsarət yetirmiş, bundan sonra Əmrah evdən çıxıb getmiş və o, 102 Xidmətinə zəng etmişdir. Zərərçəkmiş şəxs həmin izahatından sonra təhqiqatçı tərəfindən verilmiş suallara cavab olaraq həmin vaxt evdə Əmrahla ondan başqa heç kəsin olmadığını, Əmrahın onu əli ilə döyərək xəsarət yetirdiyini, hadisənin yaşadıqları evin qonaq otağında baş verdiyini, hadisənin 3 dəqiqə davam etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs qismində tanındıqdan sonra iş materiallarına əlavə edilmiş (i.v.30-32) zərərçəkmiş şəxsin dindirilməsinə dair 07 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 27 iyul 2023-cü il tarixli izahatındakı xüsusatlar olduğu kimi zərərçəkmiş şəxsin dindirilməsinə dair protokola kopyalanmış, müvafiq ekspert rəyinin alınmasına baxmayaraq təhqiqatçı tərəfindən zərərçəkmiş şəxsdə aşkar olunmuş xəsarətlərlə bağlı heç bir dəqiqləşdirmə aparılmadan zərərçəkmiş şəxsə verilmiş suallar da eyni ilə 27 iyul 2023-cü il tarixdə verilmiş izahatdakı kimi köçürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində hadisə günü evdə heç kimin olmadığını, Əmrahın bacısına onun köynəyini ütüləməsini dedikdə bacısı Firuzənin köynəkdə ləkə olduğunu bildirdiyini, Əmrahın bıçağı götürərək onun üzərinə gəldiyini və nə üçün köynəyi belə yuduğunu dediyini, onun Əmrahın əlindən bıçağı almaq istəyərkən Əmrah bıçağı onun qarnına vurduğunu, çətinliklə də olsa Əmrahın əlindən bıçağı aldığını, həmin vaxt isə bıçağın onun qoluna dəydiyini və qolundan xəsarət aldığını, qolunda kəsik izinin qaldığını, ondan sonra Əmrahın onun bel nahiyyəsinə təpiklə, təpəsinin ortasına isə yumruqla vurduğunu göstərmişdir. Göründüyü kimi, zərərçəkmiş şəxs hadisə günü, yəni 27 iyul 2023-cü il tarixdə izahat verərkən və 07 avqust 2023-cü il tarixdə zərərçəkmiş şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs onun bədəninin müxtəlif nahiyyələrinə xəsarət yetirməsini göstərsə də, konkret olaraq hansı nahiyyələrinə xəsarət yetirildiyini göstərməmiş, həmin gün ekspertizada müayinədən keçərkən ekspertə 27 iyul 2023-cü il tarixdə Əmrahın onu əllə döyərək xəsarət yetirdiyini bildirmiş, təhqiqat zamanı heç bir izahat və ifadəsində bədəninin konkret hansı nahiyyələrindən xəsarət aldığını göstərməmiş, məhkəmə istintaqı zamanı isə Əmrahın bıçağı götürərək onun üzərinə gəldiyini, onun Əmrahın əlindən bıçağı almaq istəyərkən Əmrah bıçağı onun qarnına vurduğunu, çətinliklə də olsa Əmrahın əlindən bıçağı aldığını, həmin vaxt isə bıçağın onun qoluna dəydiyini və qolundan xəsarət aldığını və qolunda kəsik izinin qaldığını, ondan sonra Əmrahın onun bel nahiyyəsinə təpiklə, təpəsinin ortasına isə yumruqla vurduğunu göstərmişdir. Məhkəmə ilk növbədə zərərçəkmiş şəxsin ifadəsində olan xəsarətlərin yetirilmə mexanizmi, hansı üsulla yetirilməsi, zərərçəkmiş şəxsdə aşkar edilmiş xəsarətlər, hadisənin baş vermə yeri, hadisənin baş verdiyi zaman hadisə yerində başqa şəxsləri olub-olmaması ilə bağlı zərərçəkmiş şəxsin ifadəsindəki ziddiyyətli məqamların ayrıca təhlil edilməsini iş üzrə düzgün nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Məhkəmə zərərçəkmiş şəxsin istintaq zamanı imzaladığı izahat və ifadələri, təqsirləndirilən şəxsin və məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələrini, müvafiq ekspert rəyinin təsviri və nəticəsi hissəsində göstərilənləri nəzərə alaraq zərərçəkmiş şəxsin ifadələrində səmimi olmaması, öz təxəyyülünə uyğun hadisələr uydurması və hər dəfə fərqli xüsusatlara istinad edərək hüquq mühafizə orqanlarını yanıltmağa və hər vəchlə Təqsirləndirilən şəxs məsuliyyətə cəlb olumasına cəhd etməsi qənaətinə gəlir. Belə ki, zərərçəkmiş şəxs həm təhqiqat zamanı təhqiqatçıya, həm də ekspertizadan keçirilən zaman ekspertə Təqsirləndirilən şəxs əli ilə onun bədəninin müxtəlif nahiyyələrindən vurduğunu göstərsə də, məhkəmə iclasında Əmrahın köynəyində olan ləkə ilə bağlı aralarında yaranan mübahisə əsnasında Əmrahın bıçaqla onun üzərinə gəldiyini, bıçağı Əmrahın əlindən almaq istəyən zaman Əmrahın bıçaqla onun qarnına vurduğunu, Əmrahın əlindən bıçağı alan zaman qolunun bıçaqla kəsildiyini və qolunda kəsik izinin qaldığını, daha sonra Əmrahın onun belindən təpiklə, təpəsinin ortasından isə yumruqla vurduğunu bildirmişdir. İş materiallarında olan (i.v.19-20) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X17 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının 29 iyul 2023-cü il tarixli, 1797 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ təpə-gicgah nahiyəsinin dəriaitı hematoması, alın və hər iki said nahiyələrinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 27 iyul 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs Əmrahın bıçaqla onu vurduğunu, bıçağı onun qoluna batırdığını, təhqiqatçının hansı səbəbdən bu barədə yazmadığını bilmədiyini, öz ifadələrini oxuyaraq imzaladığını, qolundakı qançırların qolunun Əmrah tərəfindən sıxılması nəticəsində yarandığını bildirmiş, zərərçəkmiş şəxsə onun göstərdiyi xəsarətlərlə ekspert rəyində aşkar edilmiş xəsarətlərin uyğun gəlməməsi və bununla bağlı nə deyə bilməsi ilə sual ünvanlandıqda isə zərərçəkmiş susaraq suala cavab verə bilməmişdir. Məhkəmə zərərçəkmiş şəxsin təhqiqat zamanı bir dəfə də olsun Təqsirləndirilən şəxs onun bədəninin hansı nahiyyələrindən xəsarət yetirdiyini göstərmədiyini, başından xəsarət yetirilməsinə dair heç bir cümlə belə qeyd etmədiyini, təhqiqat zamanı Təqsirləndirilən şəxs onun bədəninin müxtəlif nahiyyələrindən əllə xəsarət yetirdiyini bildirməsinə baxmayaraq məhkəmə istintaqı zamanı tamamilə başqa məzmunda ifadə verərək Təqsirləndirilən şəxs onun qarnına bıçaqla, belinə təpiklə vurduğunu, bıçağı əlindən alan zaman qolunun kəsildiyini və qolunda kəsik izinin qaldığını, verilmiş suala cavab zamanı isə Əmrahın bıçağı onun qoluna batırdığını, Əmrahın təpəsinin məhz orta nahiyyəsindən yumruqla vurmasını bildirməsini, onun ifadəsindəki xüsusatların ekspert rəyində olan xəsarətlərlə ümumiyyətlə uzlaşmadığını və iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə tamamilə ziddiyyət təşkil etdiyini nəzərə alaraq zərərçəkmiş şəxsin ifadələrində səmimi olmaması və hər dəfə müxtəlif hadisələr uydurmasına daiir nəticəyə gəlir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X17 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının 29 iyul 2023-cü il tarixli, 1797 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ təpə-gicgah nahiyəsinin dəriaitı hematoması, alın və hər iki said nahiyələrinin qançırları müəyyən edilsə də, onun qarın və bel nahiyyəsində heç bir xəsarət aşkar edilməmiş, müayinə zamanı onun qolunda kəsik izlərinin olması müəyyən edilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsə qolundakı qançırların hansı şəraitdə yaranması barədə sual ünvanlandıqda (halbuki, zərərçəkmiş şəxs öz ifadəsində həmin qançılarla bağlı heç nə göstərməmiş və yalnız dövlət ittihamçısı tərəfindən ekspert rəyində olan xəsarətlər elan olunaraq ona sual ünvanlandıqda o, bu barədə bildirmişdir) o, Əmrahın onun sol qolunu (halbuki, ekspert rəyinə əsasən onun hər iki qolunun said hissəsində qançırlar müəyyən edilmişdir) sıxması nəticəsində qolunda qançır yarandığını bildirmişdir. Halbuki, məhkəmə istintaqı zamanı dindirilmiş ekspert X2 Lamiyə Rauf qızında aşkar edilmiş bütün xəsarətlərin yumruq və ya hər hansı bərk küt əşyanın təsirindən yaranmasının mümkün olduğunu, Lamiyənin qollarındakı xəsarətlərin qolun sıxılması nəticəsində yaranmasının mümkün olmadığını və bərk zərbədən yaranan qançır olduğunu göstərmişdir ki, bu da zərərçəkmiş şəxsin qolunda olan qançırlarla bağlı sonradan ona ünvanlanmış suala cavab olaraq göstərdiyi və özünün ümumiyyətlə ifadəsində qeyd etmədiyi xəsarətlərlə bağlı da düzgün cavab verməməsinə dəlalət edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onun başının hansı nahiyyəsindən vurmasına dair sual ünvanlandıqda Zərərçəkmiş şəxs məhkəmə iclasında əli ilə əyani şəkildə də göstərərək Təqsirləndirilən şəxs onun düz təpə nahiyyəsinin ortasından yumruqla vurduğunu qeyd edərək sağ təpə gicgah nahiyyəsinə və alın nahiyyəsinə Təqsirləndirilən şəxs tərəfindən hər hansı xəsarət yetirilməsinə dair heç nə göstərməsə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X17 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının 29 iyul 2023-cü il tarixli, 1797 saylı rəyində Zərərçəkmiş şəxs sağ təpəgicgah nahiyəsinin dəriaitı hematoması, alın nahiyyəsində qançırların olması müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş ekspert X7 ünvanlanmış suala cavab olaraq ekspert sağ təpə-gicgah nahiyyəsi dedikdə təpədən sağ tərəfdə sağ qulağa yaxın nahiyyənin nəzərə tutulduğunu, həmin xəsarətin məhz sağ təpə nahiyyəsinə bərk küt əşya və ya yumruq nəticəsində vurulması nəticəsində yaranmasının mümkün olduğunu, Lamiyənin alnında olan qançırların da bərk küt əşyanın təsirindən yaranmasının real olduğunu bildirmişdir. Göründüyü kimi, zərərçəkmiş şəxs məhkəmə iclasında ona yetirilmiş xəsarətlərin mexanizmi və üsulu barədə tamamilə başqa, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla uzlaşmayan ifadələr vermişdir ki, bu da zərərçəkmiş şəxsin müxtəlif zaman kəsiklərində müxtəlif məzmunda hadisə mexanizmləri uydurmaqla ifadələr verməsinin, bununla da düzgün ifadə verməməsinin göstəricisidir. Bundan savayı, zərərçəkmiş şəxs həm təhqiqat zamanı, həm də məhkəmə istintaqının əvvəlində hadisə zamanı evdə Əmrahla tək olduqlarını və onlardan başqa evdə heç kəsin olmadığını göstərməsinə baxmayaraq məhkəmə istintaqının sonrakı gedişatı zamanı ifadə verərkən özü də öncədən evdə heç kəsin olmadığını göstərməsini unudaraq hadisə günü Əmrahın bacısı Firuzəyə köynəyini ütüləməsini bildirdiyini, Firuzənin köynəkdə ləkə olduğunu dedikdən sonra Əmrahla aralarında mübahisə yarandığını, Firuzənin də hadisə yerində olaraq hadisəyə şahidlik etdiyini, hətta Əmrahın bıçaqla onun üzərinə gəldiyi zaman heç kəsin onu Əmrahın əlindən almadığını bildirmişdir ki, bu da zərərçəkmiş şəxsin ilk gündən hadisə yerində heç kəsin olmamasına dair göstərdiyi xüsusatın yalan olmasına, məhkəmə istintaqının əvvəlində də hadisə zamanı evdə Əmrahla tək olduqlarını bildirməklə məhkəməni də yanıltmağa cəhd etməsinə dəlalət edən hallardan biridir. Bununla yanaşı, zərərçəkmiş şəxs təhqiqat araşdırması zamanı hadisənin evin qonaq otağında 3 dəqiqə ərzində baş verdiyini bildirsə də, məhkəmə istintaqı zamanı hadisənin evin yataq otağında 1 saat ərzində baş verdiyini bildirmişdir ki, bu da zərərçəkmiş şəxsin hadisənin hər bir detalı barəsində ziddiyyətli və biri digəri ilə uzlaşmayan ifadələr verməsinin göstəricisi olmaqla zərərçəkmiş şəxsin bu cür ifadələri ilə şəxsə ittiham verilməsini istisna edir. Bununla yanaşı, zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verilmiş suala cavab olaraq təhqiqatçı tərəfindən Əmrahın onun iştirakı ilə dindirildiyini və həmin vaxt Əmrahın ona qarşı irəli sürülmüş iddiaların yalan olduğunu bildirdiyini göstərmiş, bir neçə dəqiqə sonra zərərçəkmiş şəxsə eyni sual ünvanlandıqda zərərçəkmiş şəxs Əmrahın təhqiqatçının yanında onu vurduğunu etiraf etdiyini bildirmişdir ki, bu da ümumiyyətlə zərərçəkmiş şəxsin suallara cavablarının adekvat olmaması, düşünmədən cavablar verməsinin və verilmiş cavablarının şəxsi təxəyyülünün məhsulunun olması qənaətinə gəlməyə imkan verən hallardan biridir. Bununla yanaşı, məhkəmə iclasında təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hadisədən sonra bacısı tərəfindən aparılmış videoçəkiliş zamanı əslində Əmrahın onu vurmadığını bildirdiyini göstərmiş, zərərçəkmiş şəxsə bununla bağlı sual ünvanlanan zaman zərərçəkmiş şəxs həqiqətən də təqsirləndirilən şəxsin bacısı tərəfindən videoçəkiliş aparılan zaman Əmrahın onu vurmadığını etiraf etdiyini bildirdiyini təsdiq etmişdir. Zərərçəkmiş şəxs bunun səbəbi kimi təhqiqatçının ona “get evə sakit otur ki, səni evdən çıxarmasınlar” deməsinin olduğunu bildirsə də, məhkəmə zərərçəkmiş şəxsin səbəb kimi istinad etdiyi halın absurd olması qənaətinə gələrək onun şikayəti əsasında araşdırma aparılan iş üzrə sadəcə təhqiqatçının sözü ilə Əmrahın onu vurmadığını bildirməsini məntiqsiz hesab edir. Bununla yanaşı zərərçəkmiş şəxs AR DİN-nin 102 Xidmətinə hadisə günü hadisədən təxminən 2 saat sonra zəng etdiyini göstərmişdir ki, bu hal özü də zərərçəkmiş şəxsdə aşkar edilmiş və zərərçəkmiş şəxsin ifadəsində göstərdikləri əsasında ona Təqsirləndirilən şəxs tərəfindən yetirilməsini iddia etdiyi xəsarətlərə uyğun gəlməyən həmin xəsarətlərin hadisədən sonrakı ötən müddət ərzində başqa şəxs tərəfindən yetirilməsinin mümkün olmasına, həmin xəsarətlərin məhz Təqsirləndirilən şəxs tərəfindən yetirilməsinin təsdiq edilməsində şübhəli hal kimi qiymətləndirilməsinə və yaranmış bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməsinə əsas verir. Göstərilənləri nəzərə alaraq məhkəmə hadisə günü və bütün təhqiqat araşdırması dövründə zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs onun bədəninin konkret olaraq hansı nahiyyələrindən vurmasını göstərməməsini, ibtidai araşdırma dövründə Təqsirləndirilən şəxs onu yalnız əllə vurmasını göstərməsinə baxmayaraq məhkəmə istintaq zamanı tamamilə başqa ifadə verərək Əmrahın onu bıçaqla qarnına və qoluna, təpiklə bel nahiyyəsinə, yumruqla isə təpəsinin orta nahiyyəsinə vurmasını göstərməsini, onun göstərdiyi xəsarətlərlə ekspert rəyində müəyyən edilmiş xəsarətlərin lokalizasiyasının, yetirilmə üsulu və mexanizminin uyğun gəlmədiyini, hadisənin baş vermə yeri, hansı zaman kəsiyində baş verməsi, hadisə yerində başqa şəxslərin olub-olmaması barədə fərqli xüsusatlar göstərməsini, bununla da ziddiyyətli və işin həqiqi hallarına uyğun olmayan ifadələr verməsini nəzərə alaraq ona yetirilmiş xəsarətlərin məhz Təqsirləndirilən şəxs tərəfindən yetirilməsinin digər sübutlarla təsdiq edilmədiyi halda yalnız zərərçəkmiş şəxsin hələ də tam qərarlaşmamış və ziddiyyətlərdən ibarət ifadələri əsasında şəxsə ittiham verilməsinin qanuni və əsaslı olmaması qənaətinə gəlir. Bununla yanaşı, məhkəmə zərərçəkmiş şəxsin ifadələrinin təqsirləndirilən şəxs və iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə müqayisəli şəkildə təhlil edilməsini zəruri hesab edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarından görünür ki, Təqsirləndirilən şəxs təhqiqat zamanı təhqiqatçı tərəfindən komputer vasitəsi ilə yazılmış eyni ilə zərərçəkmiş şəxsin izahat və ifadəsindəki qaydada yazılmaqla sadəcə birinci şəxsin adından yazılmaqla köçürülmüş ifadələrində 27 iyul 2023-cü il tarixdə, saat 12:00 radələrində yaşadıqları evdə olan zaman Lamiyədən köynəyini istədiyini, köynəyini geyinmək istəyən zaman köynəkdə ləkə olduğunu gördüyünü, Lamiyədən niyə köynəyini təmiz yumadığını soruşduqda Lamiyənin acıqlı cavab verməsi nəticəsində aralarında mübahisə yarandığını, bu zaman əsəbləşib əli ilə Lamiyənin bədəninin müxtəlif nahiyyələrinə bir neçə zərbə vurduğunu, daha sonra evdən çıxıb işə getdiyini bildirmiş, təhqiqatçı tərəfindən verilmiş suala cavab olaraq isə hadisə vaxtı yanlarında heç kəsin olmadığını, Lamiyənin sifət nahiyyəsinə əli ilə bir zərbə vurduğunu, hadisənin 3 dəqiqə davam etdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək göstərmişdir ki, o, təhqiqatçı tərəfindən yazılmış ifadələri oxumadan imzalanmışdır. Hadisə günü Lamiyə ilə aralarında köynəyə görə mübahisə yaranmışdır. Belə ki, o, ağ köynəyini ütüləmək üçün bacısı Firuzəyə vermiş, bacısı ona köynəkdə ləkə olduğunu bildirmişdir. Hər dəfə Lamiyə onun köynəklərini yuyanda köynəklərdə qırmızı ləkə qalırmış. O, Lamiyədən niyə köynəyi təmiz yumadığını soruşduqda, Lamiyə ona köynəyi anasının yuduğunu bildirmişdir. O, həmin vaxt digər otaqda olan anasından köynəyi yuyubyumadığını soruşduqda anası köynəyi yumadığını bildirmişdir. Bu zaman o, əsəbləşərək Lamiyədən niyə yalan danışdığını soruşmuş, Lamiyə isə həmin vaxt ağzına gələn sözləri deyərək stolun üzərində olan qabları divara çırpmağa başlamışdır. O, Lamiyənin üzərinə getmək istəyərkən Lamiyə yataq otağına qaçmış və taxtın üzərinə çıxmışdır. Həmin vaxt anası onun qarşısına keçərək Lamiyəni vurmağa imkan verməmişdir. O, özü işə tələsdiyindən geyinərək işə getmişdir. O, evdən çıxarkən Lamiyədə heç bir xəsarət olmamışdır. O, hadisə günü Lamiyəyə ümumiyyətlə toxunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə təqsirləndirilən şəxsin ifadəsindəki xüsusatları zərərçəkmiş şəxsin ifadələri, o cümlədən, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələri, ekspertin dindirilməsi zamanı göstərdiyi xüsusatlarla əlaqəli şəkildə tədqiq edərək onun məhkəmə istintaqı zamanı verilmiş ifadələrini işi həqiqi halları ilə uzlaşan inandırıcı ifadələr kimi qəbul edir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs hadisə zamanı Lamiyə ilə evdə tək olmadıqlarını, evdə bacısı və anasının da olduğunu, mübahisənin evin mətbəxində başlayaraq yataq otağında başa çatdığını, hadisədən sonra bacısı tərəfindən videoçəkiliş aparılan zaman Lamiyənin həmin çəkiliş zamanı əslində Əmrahın onu vurmadığını bildirdiyini, daha sonra həmin görüntünün Lamiyə tərəfindən silindiyini, Lamiyənin bu yaxınlarda atası tərəfindən döyülməsi ilə bağlı polis orqanlarına şikayət verdiyini bildirmiş və onun göstərdiyi həmin xüsusatlar məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin ifadələri ilə təsdiqlənmiş, zərərçəkmiş şəxs sadəcə Təqsirləndirilən şəxs anasının evdə olmasına dair halı təsdiq etməmişdir. Halbuki, təhqiqatçının göstərdiklərinə əsasən hadisə Əmrahla Lamiyənin yaşadığı evin qonaq otağında baş vermiş, hadisə zamanı evdə heç kəs olmamışdır ki, bu hal özü təhqiqatçının işin həqiqi hallarını təhrif etməsinin, şahidlərin ifadələrini almalı olduğu halda qanunun tələblərini pozaraq həmin şəxslərin hadisə zamanı evdə olmaların gizlətməklə evdə heç kəsin olmadığını göstərməsinin, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bədəninin konkret hansı nahiyyələrindən xəsarət yetirməsini dəqiqləşdirməsinin mütləq olduğu halda bunu etməməsinin, Təqsirləndirilən şəxs guya ona verilmiş suala cavab olaraq Zərərçəkmiş şəxs sadəcə sifətindən bir dəfə əli ilə vurduğunu göstərən zaman ekspert rəyi ilə Lamiyədə aşkar edilməsi göstərilmiş xəsarətlərlə bağlı təqsirləndirilən şəxsə hər hansı sual ünvanlamamaqla işə laqeyd və formal yanaşmasının və heç bir araşdırma aparmadan Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürərək materialı məhkəməyə verməsinin göstəricisidir. Belə ki, məhkəməyə təqdim edilmiş təhqiqat materiallarından görünən odur ki, təhqiqatçı zərərçəkmiş şəxsin adından bir nümunədə izahat hazırlayaraq təhqiqatın sonunadək həmin nümunədən həm zərərçəkmiş şəxsin dindirilməsi protokolunda, həm sübutların qiymətləndirilməsi haqqında qərarda, həm yekun protokolda, həm də təqsirləndirilən şəxsin izahat və ifadələrində istifadə etməklə materialı məhkəməyə göndərmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis şöbəsinin baş təhqiqatçısı X9 verilmiş suallara cavab olaraq hadisə günü hadisənin Əmrahgilin yataq otağında baş verdiyini və həmin otaqda heç kəsin olmadığını, evdə kiminsə olub-olmadığını bilmədiyini, lakin hadisənin baş verdiyi yataq otağında heç kəsin olmadığını (təhqiqatçının cavablarından yaranan təəssürat ondan ibarətdir ki, sanki təhqiqatçı hadisə günü hadisə baş verən evdə olmuş və hadisə yataq otağında baş verən zaman orada heç kəsin olmadığına əmin olmuşdur), Əmrahın Lamiyənin bədənin müxtəlif yerlərinə əllə vurduğunu bildirdiyini, Əmrahın onu bıçaqla vurması barədə söz demədiyini, konkret hansı nahiyyələrinə vurmasını dəqiqləşdirmədiyini, ekspert rəyi daxil olandan sonra da nə təqsirləndirilən, nə də zərərçəkmiş şəxsə rəylə bağlı hər hansı sual verərək xəsarətlərin lokalizasiyasını dəqiqləşdirmədiyini bildirmişdir. Lakin təhqiqat materiallarına əsasən təhqiqatçı hadisənin evin qonaq otağında baş verdiyini, evdə heç kəsin olmadığını göstərmişdir ki, bu da həmin hissədə təhqiqatçının işin hallarına uyğun olmayan cavablar verməsinə dəlalət edir. Sədrlik edən tərəfindən təhqiqatçıya təqsirləndirilən şəxsin anasının idarəyə gələrək hadisə yerində olduğunu ona bildirməsi və Təqsirləndirilən şəxs anasının hansı səbəbdən izahatının alınmaması ilə bağlı sual ünvanlandıqda təhqiqatçı susaraq suala cavab verə bilməmişdir. Göstərilən bu hallar məhkəməyə təqdim edilmiş sənədlərin təhqiqatçı tərəfindən formal olaraq tərtib olunmasına və bununla da təqsirləndirilən şəxsin iş materiallarında olan ifadələrinin deyil, hazırda məhkəmə iclasında verilmiş ifadələrinin həqiqi və real olmasına dair məhkəmədə müvafiq qənaətin yaranması üçün əsasdır. Bununla yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər X3 və X4 ifadələri ilə də təqsirləndirilən şəxsin ifadəsindəki xüsusatlar təsdiq edilməklə Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin Təqsirləndirilən şəxs tərəfindən yetirilməsi təkzib edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsin bacısıdır. Hadisə günü o da evdə olmuşdur. Hadisə günü səhər o, qardaşına yemək vermiş, qardaşı ona köynəyini ütüləməsini bildirmişdir. O, köynəyi ütüləmək istəyərkən köynəkdə ləkə görmüş və Əmraha demişdir ki, köynəkdə ləkə var, başqa köynək geyinsin, o, özü köynəyi yenidən yuyar. Bu zaman Əmrah Lamiyədən niyə köynəyi ləkəli yuduğunu soruşduqda Lamiyə köynəyi anasının yuduğunu bildirmişdir. Həmin vaxt anası işdən gələrək yatırmış. Əmrah gedib anasını oyadaraq köynəyi yuyub-yumadığını soruşmuş, anası isə yumadığını bildirmişdir. Əmrah əsəbləşərək Lamiyədən niyə yalan danışdığını soruşmuşdur. Əmrahın əsəbləşdiyini görəndə Lamiyə yataq otağına qaçmışdır. Həmin vaxt anası da səsə oyanmışdır. Lamiyə qardaşının ünvanına nalayiq sözlər deyəndə Əmrah onun üstünə gedərkən anası qabağına keçərək buna imkan verməmişdir. Sonra Lamiyə otağın qapısını bağlamış və heç kimi içəri buraxmamışdır. Əmrah işə getdikdən bir müddət sonra Lamiyənin polisə zəng etdiyini bilmişlər. Lamiyə otaqdan anasına “gör sənin oğlunun başına nə oyun açacam, onu tutduracam” demişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid X6 hadisə günü Əmrahın Lamiyəyə ümumiyyətlə toxunmadığını, dəfələrlə Lamiyənin özünə xəsarət yetirmək istədiyini, dəfələrlə onun əlindən bıçaq aldıqlarını, hətta bir dəfə bıçağı Lamiyənin əlindən alarkən digər bacısının əlinin kəsildiyini, bıçağı hər dəfə əlinə alaraq özünü kəsəcəyini bildirdiyini, bir dəfə bıçağı Əmraha verərək “məni öldür” dediyini, Lamiyənin videosunu çəkərkən özünün Əmrahın onu vurmadığını etiraf etdiyini, daha sonra Lamiyənin həmin videonu sildiyini, Lamiyənin söylədiklərinin yalan-böhtan olduğunu, Lamiyə hadisədən bir neçə saat evdən çıxıb gedərkən alnında, başında, qolunda heç bir xəsarətin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, göyərti bağlamaqla məşğuldur. Gecə saat 3-4 radələrində işə gedir və səhər saatlarında evə qayıdır. Hadisə günü səhər o, evə gəlmiş, bir stəkan çay içərək yatmağa getmişdir. O, yatarkən oğlu Əmrah onu yuxudan oyadaraq ağ köynəyini onun yuyub-yumadığını soruşmuş, o isə həmin köynəyi yumadığını bildirmişdir. Əmrah Lamiyədən niyə yalan danışdığını soruşduqda Lamiyə Əmrahın ünvanına nalayiq ifadələr işlədərək söyməyə başlamışdır. O, səsə oyanaraq mətbəxə getmişdir. Firuzə də həmin gün onlar da olmuşdu. Lamiyə söyüş söydüyündən Əmrah onun üstünə getmək istəyəndə Lamiyə yataq otağına gedərək taxtın üstünə çıxmışdır, bu zaman Əmrah Lamiyənin üstünə gedərkən o, Əmrahın qarşısına keçərək buna imkan verməmişdir. Sonra Əmrah işə getmiş, Lamiyə isə otağın qapısını bağlayaraq onları da içəri buraxmamışdır. Onun telefonu Lamiyədə olmuşdur. Lamiyənin polisə zəng etdiyini sonradan bilmişlər. Lamiyənin dedikləri yalandır. Əmrah həmin gün Lamiyəni ümumiyyətlə vurmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq X1 dəfələrlə özünə xəsarət yetirmək istədiyini, onun əlindən evdə kəsici-deşici əşyaları gizlətdiklərini, dəfələrlə onun əlindən bıçaq aldıqlarını, Lamiyənin hadisədən sonra evdən çıxıb gedərkən hər hansı nahiyyəsində xəsarət olmadığını, həmin xəsarətlərin özü tərəfindən yetirildiyini düşündüyünü, Əmrahın Lamiyəni vurmadığını, təhqiqatçının yanına gedərək hadisə günü olanlara şahidlik etdiyini bidlirsə də, təhqiqatçısının ona əhəmiyyət vermədiyini və izahatını almadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, təhqiqat materiallarında hadisə günü Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs mübahisə edərkən onların olduğu yerdə heç kəsin olmadığı göstərilsə də, məhkəmə istintaqı zamanı hadisə günü hadisə yerində Əmrah Ağeyevin anası və bacısının olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında hadisə yerində Əmrahın bacısı X3 olduğunu etiraf edərək anasının evdə olmadığını bildirsə də, məhkəmə həm Təqsirləndirilən şəxs, həm də Firuzə İsmayıllının hadisə günü anaları X4 evdə olduğunu bildirmələrini, təhqiqatçıya təqsirləndirilən şəxsin anasının idarəyə gələrək hadisə yerində olduğunu ona bildirməsi və Təqsirləndirilən şəxs anasının hansı səbəbdən izahatının alınmaması ilə bağlı sual ünvanlandıqda təhqiqatçının susaraq suala cavab verə bilməməsini və belə bir halın baş verməsini təkzib etmədiyini, şahid X4 ifadəsində göstərdiyi xüsusatların ən xırda detallarına qədər həm Təqsirləndirilən şəxs, həm də şahid Firuzə İsmayıllının ifadələri ilə uzlaşdığını və məhkəmədə onun hadisə yerində olmamasına dair heç bir şübhə yaranmadığını nəzərə alaraq zərərçəkmiş şəxsin hadisə günü X4 evdə olmamasına dair göstərdiyi xüsusatın da ifadəsindəki digər xüsusatlar kimi həqiqəti əks etdirməməsi qənaətinə gəlir. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, məhkəmə istintaqı zamanı hadisə günü hadisə yerində olaraq Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında olanlara şahid olduqları müəyyən edilmiş şahidlər X6 və X8 təqsirləndirilən şəxsin yaxın qohumları olsalar da, təqsirləndirilən şəxsin ifadəsi və şahidlərin ifadələri arasında bir dənə də olsun sual doğura biləcək ziddiyyətli, biri digərinə uyğun olmayan halların aşkar edilməməsi, zərərçəkmiş şəxs tərəfindən verilmiş ifadələrin birinin digərinə tam əks olması, ifadələr arasında çoxsaylı ziddiyyətlərin olması, həmin ifadələrin nəinki zərərçəkmiş şəxsin ilkin izahat və ifadələri ilə, o cümlədən, məhkəmə istintaqı zamanı müxtəlif məhkəmə iclaslarında verdiyi ifadələrlə uzlaşmaması, zərərçəkmiş şəxsin hər məhkəmə iclasında fərqli xüsusatlar göstərməsi, onun ifadəsində göstərdiyi Təqsirləndirilən şəxs tərəfindən yetirildiyini iddia etdiyi xəsarətlərin müvafiq məhkəmə-tibb ekspertizasının rəyində müəyyən edilmiş xəsarətlərə uyğun gəlməməsi iş üzrə dindirilmiş şahidlərin ifadələrinin mötəbər sübut kimi qiymətləndirilərək həmin ifadələrə sübut kimi istinad olunmasını mümkün edir. Göründüyü ki, təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs qarın və qol nahiyyəsinə bıçaqla, həmçinin, qollarına əllə sıxılma nəticəsində, bel nahiyyəsinə təpiklə, təpəsinin orta nahiyyəsinə yumruqla xəsarət yetirilməsinə dair ifadəsində göstərdiyi hallar iş üzrə dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapmamış, müvafiq ekspert rəyində müəyyən edilmiş xəsarətlərlə (Belə ki, ekspert rəyi ilə Lamiyənin qarnında və belində heç bir xəsarət müəyyən edilməmiş, əlində bıçaq kəsilməsi nəticəsində yaranmış kəsik izləri aşkar edilməmiş, təpəsinin orta nahiyyəsində xəsarətin olması qeyd edilməmişdir) uzlaşmamış, o cümlədən, məhkəmə istintaqı zamanı dindirilmiş ekspertə ünvanlanmış suallara verdiyi cavablarla da (Belə ki, ekspert Lamiyənin qolundakı qançırların əllə sıxılma nəticəsində yaranmasının mümkün olmadığını, onun təpəsinin orta deyil, sağ təpə, yəni sağ qulağına yaxın olan hissədə hematomanın müəyyən edildiyini göstərmişdir) təkzib edilmişdir. İstintaq orqanının istinad etdiyi sübut növü olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X17 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının 29 iyul 2023-cü il tarixli, 1797 saylı rəyi olmuşdur ki, həmin rəyə münasibətdə məhkəmə qeyd edir ki, ekspert rəyi Zərərçəkmiş şəxs sağ təpə-gicgah nahiyəsinin dəriaitı hematoması, alın və hər iki said nahiyələrinin qançırların müəyyən edilməsini, xəsarətlərin bərk küt əşya (əşyalar) təsirindən törənməsini, müddətinin qərarda göstərilən 27 iyul 2023-cü il tarixə uyğun gəlməsini və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olmasını təsdiq edən sübut növü olsa da, həmin xəsarətlərin kim tərəfindən yetirilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Başqa sözlə, xəsarətlərin dərəcəsini, yetirilməsi şəraitini və tarixini müəyyən edən məhkəmə-tibb ekspertizasının rəyi faktı təsdiq edən sübut olmaqla həmin xəsarətlərin kim tərəfindən yetirilməsinin müəyyən edilməsində sübut kimi istifadə oluna bilmədiyindən həmin ekspert rəyindəki xəsarətlərin konkret şəxs tərəfindən yetirilməsinin müəyyən edilməsi üçün iş materiallarında kifayət qədər mötəbər və təkzibedilməz sübutlar olmalıdır. Lakin hazırki halda iş materiallarında həmin rəydə göstərilən xəsarətlərin məhz Təqsirləndirilən şəxs tərəfindən yetirilməsini təsdiq edən sübut kimi zərərçəkmiş şəxsin iş materiallarında olan qeyri-dəqiq ifadələrindən başqa sübut olmamaqla yanaşı, həmin hal məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlar-təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadələr, şahidlərin ifadələri ilə təkzib edilmiş və ən önəmlisi zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsindəki göstərdiyi xəsarətlərlə üstüstə düşməmişdir. Belə ki, zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı hadisə günü Təqsirləndirilən şəxs onun hansı nahiyyələrinə xəsarət (qarın, bel və təpəsinin orta nahiyyəsində xəsarətlər, qolunda isə bıçaq dəyməsi nəticəsində yaranan kəsik izi) yetirməsini əks etdirən ifadələri ilə iş materiallarında olan məhkəmə-tibb ekspertizasının rəyini (zərərçəkmiş şəxsin sağ-təpə gicgah nahiyyəsində hematoma, alın və qollarında qançırların olması) yanaşı qoyduqda həmin ekspert rəyinin sanki hazırki iş üzrə zərərçəkmiş şəxsə aid olmaması qənaətinə gəlmək mümkündür. Məhkəmə iş üzrə mövcud olan bütün sübutlara həm ayrılıqda, həm də sübutların bir-biri ilə müqayisəli şəkildə, onların məcmusuna cəm halında qiymət verərək qeyd edir ki, hadisənin baş vermə şəraitini müəyyən etmək üçün zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri arasındakı zidiyyətlər, zərərçəkmiş şəxsin özünün məhkəmə istintaqı zamanı hadisənin mexanizmi və baş vermə üsulu barəsində tamamilə başqa məzmunda ifadə verməsi və həmin ifadəsindəki xüsusatları təsdiq edən bir dənə də olsun sübutun müəyyən edilməməsi, ekspert rəyində göstərilən xəsarətlərin məhz Təqsirləndirilən şəxs tərəfindən yetirilməsini təsdiq etmək üçün Zərərçəkmiş şəxs təhqiqat zamanı vermiş olduğu ümumi sözlərdən ibarət və məhkəmə istintaqı zamanı özü tərəfindən tam başqa məzmunda verilmiş ifadəsi ilə təzib edilmiş ifadəsindən başqa digər sübutların mövcud olmaması, beləliklə, həmin xəsarətlərin hansı şəraitdə əmələ gəlməsi və kim tərəfindən yetirilməsi ilə bağlı hazırkı material üzrə şübhəli məqamlar olduğundan, iş materiallarında bu məqamlara aydınlıq gətirən sübutlar mövcud olmadığından və belə sübutlar məhkəmə istintaqı zamanı da müəyyən edilmədiyindən toplanmış sübutlar xəsarətlərin Təqsirləndirilən şəxs tərəfindən yetirilməsini təsdiq etmək üçün kifayət etmir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X12 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 1-ci abzasında göstərilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayətprosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, məhkəməyədək sadələşdirilmiş icraat materialınin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsi ilə onun təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməli, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, maddi sübut, mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirliliyi sübuya yetirilmədiyindən ona AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-815/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-815/2023
15.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver